Azərbaycan respublikasinin daxiLİ İŞLƏr naziRLİYİ QƏrar № Q2-001-12


Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə qarşılıqlı münasibət



Yüklə 170,87 Kb.
səhifə15/32
tarix25.12.2016
ölçüsü170,87 Kb.
#3261
1   ...   11   12   13   14   15   16   17   18   ...   32
12. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə qarşılıqlı münasibət

 

12.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar.



12.2. Yol hərəkətinə nəzarəti həyata keçirən YPX inspektoru diplomatik immunitetlərə malik olan şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan digər şəxslərlə münasibətdə aşağıdakıları rəhbər tutur:

1) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların gəlməsi reqlamentləşdirilən ərazilər istisna olmaqla Azərbaycan Respublikası ərazisində sərbəst hərəkət edə bilərlər;

2) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində avtomobildə hərəkət edərkən onların üzərində aşağıda göstərilən sənədlər olmalıdır:

a) şəxsiyyəti təsdiq edən sənəd - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş əcnəbilərin qeydiyyata alınması haqqında vəsiqə (xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqları, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilər üçün), Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi, yaxud pasport və ya şəxsiyyəti təsdiq edən digər sərhədkeçmə sənədi;

c) avtomobili idarə etmək üçün sənədlər - 8 noyabr 1968-ci ildə qəbul edilmiş Yol hərəkəti haqqında Beynəlxalq Vyana Konvensiyasının tələblərinə cavab verən beynəlxalq və ya Milli sürücülük vəsiqəsi, yaxud Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin Qeydiyyat imtahan bölümləri tərəfindən verilmiş sürücülük vəsiqəsi;

d) nəqliyyat vasitəsinə aid qeydiyyat sənədləri,



Qeyd: Diplomatik nümayəndəlik və konsulluqlara, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlara, habelə onların diplomatik personalı və bu personalın ailə üzvlərinə məxsus nəqliyyat vasitələrinə aşağıdakı dövlət qeydiyyat nişanları verilir: 

1) xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnaməsi və “D” seriyası üzrə dövlət qeydiyyat nişanı;

2) diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların inzibati-texniki və xidməti personalına və bu personalın ailə üzvlərinə “T” seriyası üzrə dövlət qeydiyyat nişanı;

3) fəxri konsulluqların nəqliyyat vasitələrinə “FK” seriyası üzrə dövlət qeydiyyat nişanı.

12.3. Qeydiyyata alınması haqqında vəsiqələrində onların diplomatik imtiyazları olması barədə qeyd olan əcnəbilər diplomatik immunitetə malikdir. //çıxarılıb//

12.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən, Azərbaycan Respublikasında toxunulmazlıq hüququndan istifadə edən əcnəbilərin Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə məsuliyyət məsələsi beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir. Diplomatik immunitet və imtiyazlar hüququndan istifadə edən şəxslərin yol hərəkəti qaydalarının pozuntusuna görə inzibati məsuliyyətə cəlb edilməsi, inzibati qaydada tutulması, şəxsi axtarış aparılması və üzərində olan əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi, şahid ifadələrinin verilməsinə cəlb edilməsi qanunla qadağan olunur.

12.5. Diplomatik immunitetə malik olan şəxslərin yol hərəkəti sahəsində törətdiyi inzibati xətaya görə YPX inspektoru tərəfindən müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir, bu halda həmin şəxsin sürücülük vəsiqəsi alınmır.

12.6. YPX inspektoru nəqliyyat vasitəsinin diplomatik immunitetə malik olan əcnəbi tərəfindən sərxoş vəziyyətdə idarə edilməsindən şübhələndikdə, ona müayinədən keçməyi təklif edir. Əcnəbi buna etiraz etdikdə YPX inspektoru onu nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırır və bu barədə növbətçi hissəyə məlumat verir. Daha sonra o, inzibati protokol tərtib edərək əcnəbinin tibbi müayinədən yayınmasını qanunvericilikdə müəyyən edilmiş qaydada sənədləşdirir.

12.7. YPX inspektoru nəqliyyat vasitəsinin idarə etməkdən kənarlaşdırdığı diplomatik immunitetə malik olan əcnəbiyə, mənsub olduğu dövlətin respublikamızdakı nümayəndəliyinə məlumat verməsi üçün telefon danışığı aparmağa imkan yaratmalıdır.

12.8. YPX inspektoru diplomatik immunitetə malik olan əcnəbinin razılığı əsasında, sürücülük vəsiqəsi olan və əcnəbi ilə eyni nəqliyyat vasitəsində hərəkət edən şəxsə saxlanmış nəqliyyat vasitəsini idarə etməyə icazə verməlidir.

12.9. Sürücüsü yol hərəkətində iştirakdan kənarlaşdırılmış nəqliyyat vasitəsi müvafiq xarici dövlətin respublikamızdakı səfirliyinin nümayəndəsinə təhvil verilir.

12.10. Diplomatik immunitetə malik olan şəxsin xidməti və şəxsi nəqliyyat vasitələri təxliyyə avtomobili vasitəsilə müvəqqəti saxlanması üçün duracağa aparıla bilməz. Belə nəqliyyat vasitəsi hərəkətə maneə törətdiyi hallarda onların yerini evakuatorla dəyişmək olar.

12.11. Diplomatik immunitetə malik olan şəxslərin xidməti və şəxsi nəqliyyat vasitələrində təcili tibbi yardım göstərmək, habelə təbii fəlakət yerlərinə getmək, həmçinin nəqliyyat vasitələrinin daşınması üçün istifadə oluna bilməz.

 


Yüklə 170,87 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin