Azərbaycan respublikasinin daxiLİ İŞLƏr naziRLİYİ QƏrar № Q2-001-12


 Növbətçi hissənin işinin qiymətləndirilməsi



Yüklə 170,87 Kb.
səhifə23/32
tarix25.12.2016
ölçüsü170,87 Kb.
#3261
1   ...   19   20   21   22   23   24   25   26   ...   32
20. Növbətçi hissənin işinin qiymətləndirilməsi

 

20.1. Növbətçi hissənin sutka ərzində xidmətdə olan əməkdaşlarının işi DYP İdarəsinin rəhbərliyi, nizami hissənin komandiri və qərargah rəisi tərəfindən aşağıdakı meyarlar əsasında qiymətləndirilir:



1) növbə ərzində xidmət aparılan ərazidə qəzaların vəziyyəti;

2) növbətçi hissə əməkdaşlarının əməliyyat şəraitinə, öz vəzifə və hüquqlarına, yol-patrul xidmətinin fəaliyyətini nizamlayan normativ aktların tələblərinə bələd olması;

3) yol hərəkətinə nəzarətə cəlb olunmuş qüvvə və vasitələrlə operativ idarə olunmanın səviyyəsi;

4) Yol nəqliyyat hadisələri barədə daxil olmuş məlumatların tam həcmdə və vaxtında alınması;

5) daxil olmuş məlumatların həcmi və onlarla əlaqədar görülmüş tədbirlərin keyfiyyəti;

6) vətəndaşların müraciətlərinə baxılması, növbətçi hissəyə gətirilmiş və tutulub saxlanılmış şəxslərlə iş zamanı qanunçuluğa riayət edilməsi və vətəndaşlarla davranışın vəziyyəti;

7) yol hərəkətində və başqa qeyri-standart (ekstremal) vəziyyətlərdə qəbul edilən qərarların düzgünlüyü;

8) hadisə yerindən yayınan sürücülərin, qaçırılan və oğurlanan nəqliyyat vasitələrinin axtarışı, cinayətkarların yaxalanması, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə YPX əməkdaşlarının xidməti fəaliyyətinin təşkil edilməsi;

9) silahdan, mövcud texniki və rabitə vasitələrindən və məlumat materiallarından istifadə etmək bacarığı;

10) silah-sursatın, xüsusi texniki və xidməti nəqliyyat vasitələrinin mühafizəsi;

11) xidməti sənədlərin vəziyyəti, növbətçi hissədə xidmət aparan əməkdaşların zahiri görkəmi və növbətçi otaqlarının səliqəli saxlanılması.

 


Yüklə 170,87 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin