Azərbaycan respublikasinin daxiLİ İŞLƏr naziRLİYİ QƏrar № Q2-001-12


 Məlumatların toplanması və qiymətləndirilməsi sahəsində məsul növbətçinin hərəkətləri



Yüklə 170,87 Kb.
səhifə22/32
tarix25.12.2016
ölçüsü170,87 Kb.
#3261
1   ...   18   19   20   21   22   23   24   25   ...   32
19. Məlumatların toplanması və qiymətləndirilməsi sahəsində məsul növbətçinin hərəkətləri

 

19.1. Məsul növbətçi xidmət aparılan ərazidə məlumatların gündəlik və artım üzrə toplanmasını, təhlil edilməsini və qiymətləndirilməsini təmin edir.



19.2. Növbətçi növbə ərzində aşağıdakı məlumatlara malik olmalıdır:

1) baş vermiş yol-nəqliyyat və təhlükəli cinayət hadisələri barədə;

2) aşkar olunmuş YHQ pozuntuları barədə;

3) hadisə yerindən yayınmış sürücülər, qaçırılmış və oğurlanmış nəqliyyat vasitələri, axtarılan cinayətkarlar barədə;

4) nəzərdə tutulan və həyata keçirilən kütləvi ictimai-siyasi, idman və digər tədbirlər, bu tədbir yerlərində şəxsi heyətin iştirak dərəcəsi barədə;

5) xüsusi təyinatlı avtomobillərin, mühafizə olunan şəxslərin, habelə rəsmi nümayəndə heyətlərinin müşayiət olunması barədə;

6) hava şəraitinin dəyişməsi, avtomobil yollarının vəziyyəti, yol qurğularının və yol hərəkətini nizamlayan texniki vasitələrin vəziyyəti barədə;

7) əməliyyat şəraitinə, qüvvə və vasitələrin yerləşdirilməsinə təsir göstərə biləcək digər amillər barədə.

19.3. Məsul növbətçi daxil olmuş məlumatları sistemləşdirir və ümumiləşdirərək DYP İdarəsinin rəisinə və onun müavinlərinə, nizami hissənin komandirinə, habelə bu Təlimatla və digər normativ-hüquqi aktlarda nəzərdə tutulduğu hallarda DİN-in Növbətçi Hissələri operativ idarəetmə xidmətinə məruzə edir.

19.4. YNH barədə məlumat daxil olduqda məsul növbətçi aşağıdakı məlumatları dəqiqləşdirir:

1) hadisənin yeri və baş vermə vaxtı, onun xarakteri (növü), şəraiti və nəticəsi;

2) zərər çəkənlər barədə məlumat (soyadı, adı, atasının adı, yaşı, ünvanı, iş yeri, telefonu və s.);

3) zərər çəkənlərə tibbi yardım göstərilməsi, onların göndərildiyi tibb müəssisəsinin ünvanı, təsadüfi nəqliyyat vasitələri ilə göndərildiyi halda həmin nəqliyyat vasitəsinin markası və dövlət qeydiyyat nişanı barədə məlumatları;

4) hadisəyə aidiyyəti olan nəqliyyat vasitələrinin markası və dövlət qeydiyyat nişanları, onların sürücüləri barədə məlumatları;

5) məlumat verənin soyadı, adı, atasının adı, ünvanı, telefonu, vəzifəsi.

19.5. Xidmət aparılan ərazi xaricində baş vermiş YNH barədə məlumat daxil olduqda bununla əlaqədar ərazi üzrə müvafiq polis orqanlarının operativ növbətçi hissələrinə məlumat verilir.

19.6. Cinayət hadisəsinin baş verməsi barədə məlumat daxil olduqda onun yeri, vaxtı, şəraiti, nəticəsi, zərərçəkənlər, dəymiş ziyan, oğurlanmış əşyaların əlamətləri, hadisənin şahidləri, cinayətkarların əlamətləri və onlar haqqında məlumatlar dəqiqləşdirilir.

19.7. İctimai təhlükəsizliyin qrup halında pozulması və digər hüquq pozuntuları barədə məlumat daxil olduqda onun yeri və vaxtı, iştirakçıların sayı, fəallar, baş vermə səbəbi və nəticələri dəqiqləşdirilir.

19.8. YNH barədə daxil olmuş məlumat əvvəlcə iş kitabına, dəqiqləşdirildikdən sonra “Yol-nəqliyyat hadisələrinin qeydiyyatı” kitabına (DİN-in 326-99 əmrinə 4 saylı əlavə) qeyd edilir. Hadisə barədə nizami hissənin komandirinə və nəzərdə tutulmuş hallarda DİN-in Növbətçi Hissələrin operativ idarəetmə xidmətinə məruzə edilir.

19.9. YNH barədə məlumat aldıqdan sonra məsul növbətçi:

1) zərər çəkənlərə yardım göstərilməsi, hadisənin izlərinin saxlanması üçün əməliyyat-istintaq qrupunun gəlməsinə qədər hadisə yerinə ərazidə xidmət aparan əməkdaşları göndərir;

2) hadisə nəticəsində xəsarət alanlara tibbi yardım göstərilməsi üçün tədbirlər görür;

3) nəqliyyat vasitəsi yandığı halda yanğından mühafizə və xilasetmə orqanlarının əməkdaşlarını hadisə yerinə çağırır;

4) hadisə yerində olan nəqliyyat vasitələrinin, onlarda olan yükün və vətəndaşların şəxsi əmlakının qorunması üçün müvafiq sərəncam verir;

5) əməliyyat-istintaq qrupunun hadisə yerinə getməsi üçün tədbirlər görür (əməliyyat-istintaq qrupunun tərkibi yol-nəqliyyat hadisəsinin nəticəsindən asılı olaraq nizami hissənin və daxili işlər orqanının məsul növbətçiləri tərəfindən birgə müəyyənləşdirilir);

19.10. Deputatlar, hakimiyyət orqanlarının rəhbər işçiləri, görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin həlak olması və yaxud xəsarət alması ilə nəticələnən YNH haqqında məlumat alındıqdan dərhal sonra DİN-in Növbətçi Hissələri operativ idarəetmə xidmətinə məlumat verilir.

19.11. Xidmət aparılan ərazidə ictimai təhlükəsizliyin təmin edilməsi üçün məsul növbətçi:

1) YPX əməkdaşlarını ictimai təhlükəsizliyin təmin olunmasına cəlb edir;

2) şəhər-rayon polis orqanlarının növbətçiləri vasitəsi ilə yollarda sərxoş şəxslərin saxlanılaraq polis orqanına təhvil verilməsini təmin edir.

19.12. Nəqliyyat vasitələrinin müşayiət edilməsi zamanı məsul növbətçinin hərəkətləri:

1) xüsusi təyinatlı nəqliyyat vasitələrinin müşayiəti zamanı məsul növbətçi DİN-in müvafiq normativ aktının tələblərini rəhbər tutur;

2) müşayiət marşrutu üzrə xidmət aparan əməkdaşları əvvəlcədən məlumatlandırır, müşayiət olunanların təhlükəsizliyinin təmin edilməsi üçün YPX inspektorlarının vəzifələrini dəqiqləşdirir;

3) marşrut üzrə xidmət aparan YPX inspektorları ilə yerli polis orqanlarının əməkdaşlarının birgə fəaliyyəti üçün müvafiq tədbirlər görür;

4) texniki və ya digər səbəblərdən müşayiət olunan nəqliyyat vasitələrinin dayanması zamanı bu səbəblərin aradan qaldırılması və hərəkətin davam etdirilməsi üçün müvafiq tədbirlər görür.

19.13. İri həcmli, ağır çəkili və təhlükəli yüklərin nəqliyyat vasitələrində avtomobil yolları ilə razılaşdırılmış daşınması zamanı məsul növbətçi DİN-in bu barədə normativ aktının tələblərini rəhbər tutur.

19.14. Növbətçi hissəyə gətirilmiş şəxslərlə araşdırma zamanı məsul növbətçinin hərəkətləri:

1) yol hərəkəti ilə əlaqədar pozuntulara görə, ictimai təhlükəsizliyin pozulmasında, habelə cinayət törətməkdə şübhəli bilinən şəxs növbətçi hissəyə gətirilmiş şəxslərlə araşdırmanı məsul növbətçi özü aparır.

2) gətirilmənin əsasını və qanunauyğunluğunu, gətirilmiş şəxsin şəxsiyyətini, onun vəziyyətini (sərxoş, xəstə olub-olmadığını) müəyyən edir, gətirilmiş şəxsin hüquqlarını izah edir;

3) gətirilmiş şəxs barədə araşdırmanı mümkün qədər qısa müddətdə aparır (3 saatdan çox olmayaraq);

4) sərxoş vəziyyətdə qaydanı pozan şəxslərin tibbi müayinəsini təşkil edir;

5) yol hərəkəti qaydalarını pozduğuna görə növbətçi hissəyə gətirilmiş şəxsin Azərbaycan Respublikasının Milli Məclisinin deputatı və ya hakim olduğu aydınlaşdırıldıqda dərhal onu azad edir və bu barədə nizami hissənin komandirinə və DİN-in Növbətçi Hissələri operativ idarəetmə xidmətinə məlumat verir;

6) diplomatik immunitetə malik olmayan əcnəbilər ilə araşdırmanı ümumi əsaslarla aparır və bu barədə nizami hissənin komandirinə məlumat verir;

7) şəxsin növbətçi hissəyə əsassız gətirilməsi aydın olduqda ondan üzr istəyərək, dərhal azad edir, öz səlahiyyətlərini aşmış əməkdaş barədə nizami hissənin komandirinə məlumat verir.

19.15. Silah, əməliyyat-texniki, xüsusi və nəqliyyat vasitələrinin verilib-alınması və saxlanması sahəsində məsul növbətçinin hərəkətləri:

1) silahlar, döyüş sursatları, əməliyyat-texniki və xüsusi, radio-rabitə vasitələri silah otağındakı dəmir şkaflarda açarla bağlı və möhürlənmiş vəziyyətdə saxlanılır;

2) məsul növbətçi silah otağının açarını öz köməkçisindən başqa heç kəsə verə bilməz. Açarların verilməsi xüsusi qeyd aparılmaqla və möhürün nömrəsi göstərilməklə edilir. Açarlar geriyə alınarkən məsul növbətçi möhürlərin pozulmasını aşkar edərsə təhvil-təslim nizami hissənin komandirinin təyin etdiyi komissiyanın iştirakı ilə aparılır;

3) Xidməti borcunu yerinə yetirən əməkdaşlara təhkim edilmiş silah bir sutkadan artıq olmayan müddətə əvəzedici vərəqə əsasında silah, əməliyyat-texniki və xüsusi vasitələrin təhvil verilməsi və alınması jurnalında (Təlimata 6 saylı əlavə) qeydiyyat aparılmaqla verilir və qəbul edilir;

4) nəqliyyat vasitələri hasarlanmış həyətdə, duracaq və ya qarajlarda məsul növbətçinin nəzarəti altında saxlanılır;

5) məsul növbətçi və onun köməkçisi növbətçi hissəyə verilmiş sənəd, əşya və digər maddi sübutların məsul şəxslərə verilməsinə qədər növbətçi hissədə saxlanmasına məsuliyyət daşıyırlar.

6) hüquqi aktlar və məlumat xarakterli sənədlər, məxfi jurnal və blanklar, alınmış qiymətli əşyalar ayrıca metal şkaflarda saxlanılır.

19.16. Məlumat-informasiya işini təmin etmək sahəsində məsul növbətçinin hərəkətləri:

1) dövlət yol polisinin, daxili işlər orqanlarının başqa xidmət sahələrinin fəaliyyəti ilə bağlı vətəndaşlar və ya vəzifəli şəxslər növbətçi hissəyə müraciət etdikdə, növbətçi ətraflı izahat verir (gizli və ya məxfi xarakter daşıyan məlumatlar istisna olmaqla), //çıxarılıb// araşdırma aparır;

2) müraciət edənlər tərəfindən axtarılan şəxsin və ya nəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsi iştirakçısı olub-olmaması ilə əlaqədar növbətçi müvafiq yoxlama aparır və müraciət edənə məlumat verir;

3) müstəqil və ya nizami hissənin komandirinin razılığı ilə növbətçi son dərəcə nəzakətli və taktiki olaraq YNH zamanı həlak olanların və yaralıların yaxın qohumlarına bu barədə xəbər verilməsini təmin edir;

4) məsul növbətçi nəqliyyat vasitələri və onların sahibləri barədə daxili işlər orqanları əməkdaşlarının sorğularına cavab verir.

 


Yüklə 170,87 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin