Azərbaycan respublikasinin daxiLİ İŞLƏr naziRLİYİ QƏrar № Q2-001-12


Nizami hissənin komandir müavini - qərargah rəisinin nümunəvi vəzifələri



Yüklə 170,87 Kb.
səhifə25/32
tarix25.12.2016
ölçüsü170,87 Kb.
#3261
1   ...   21   22   23   24   25   26   27   28   ...   32
22. Nizami hissənin komandir müavini - qərargah rəisinin nümunəvi vəzifələri

 

22.1. Nizami hissənin komandir müavini - qərargah rəisinin vəzifələri aşağıdakılardır:



1) nizami hissənin iş planını işləyib hazırlayır və onun icrasına, nizami hissədə olan qüvvə və vasitələrin istifadəsinə nəzarət etmək;

2) DİN-in normativ sənədlərinin tələblərinə müvafiq olaraq nizami hissədə xidmətin qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsi üçün əhəmiyyətli olan məlumatların qeydiyyatını, uçotunu, analizini təşkil etmək;

3) şəxsi heyət tərəfindən xidmətin aparılması qaydalarına əməl olunması və qanunvericiliyin tələblərinin düzgün tətbiq olunmasına riayət olunmasını öyrənmək, neqativ halları aşkar etmək məqsədilə təsdiq edilmiş iş planına və ya tapşırığa uyğun olaraq xidməti yoxlamaları təşkil etmək//çıxarılıb// şəxsən həmin yoxlamalarda iştirak etmək;

4) rəhbərlik tərəfindən daxil olan və nəzarətə götürülən müraciətlərin baxılmasını təmin etmək, sistematik təhlil nəticəsində şikayət doğuran səbəblərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində təkliflər hazırlamaq, əməli tədbirlər görmək;

5) nizami hissənin kargüzarlıq işinin təmin olunmasını təşkil etmək;

6) nizami hissənin xidməti ərazisində əməliyyat vəziyyətini təhlil etmək, qüvvə və vasitələrin səmərəli istifadəsi məqsədilə təkliflər hazırlamaq, patrul post və marşrutların dislokasiyasının layihəsini hazırlamaq;

7) növbətçi hissənin işini təhlil etmək, növbətçilərin funksional vəzifələrinin icrasına nəzarət etmək;

8) aparılan axtarış, təhqiqat işləri üzrə materialların icrasına və baxılma müddətlərinə nəzarət etmək;

9) inzibati təcrübə sahəsində xidməti fəaliyyəti təşkil etmək, onun nəticələrinin təhlili əsasında bu işin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;

10) yol hərəkəti sahəsində mövcud qanunvericiliyin tətbiqi ilə bağlı icra intizamına nəzarətin həyata keçirilməsi üçün tədbirlər işləyib hazırlamaq;

11) xüsusi təyinatlı avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin olunmasında şəxsən iştirak etmək;

12) xidmətdə fərqlənən əməkdaşların mükafatlandırılması üçün təkliflər vermək.

Qeyd: Nizami hissələrin digər əməkdaşlarının vəzifələri müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq müəyyənləşdirilir.

 


Yüklə 170,87 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin