Azərbaycan respublikasinin daxiLİ İŞLƏr naziRLİYİ QƏrar № Q2-001-12


YPX nizami hissəsinin komandirinin nümunəvi vəzifələri



Yüklə 170,87 Kb.
səhifə24/32
tarix25.12.2016
ölçüsü170,87 Kb.
#3261
1   ...   20   21   22   23   24   25   26   27   ...   32
21. YPX nizami hissəsinin komandirinin nümunəvi vəzifələri

 

21.1. Nizami hissənin komandiri müvafiq dövlət yol polisi orqanının rəisinə tabedir və bu nizami hissənin əməliyyat xidməti fəaliyyətinin təşkili və vəziyyətinə görə şəxsi məsuliyyət daşıyır. Nizami hissənin komandirinin vəzifələri aşağıdakılardır:



1) nizami hissənin qüvvə və vasitələrinin idarə edilməsinə dair əməliyyat şəraitinin təhlili əsasında təkliflər hazırlamaq və müvafiq DYP orqanının rəisinə təqdim etmək;

2) şəxsi heyətin təlimatlandırılmasını təşkil edərək onun keçirilməsində iştirak etmək, şəxsi heyətin xidmət aparmalarına daim nəzarət etmək, onların sıra hazırlığına, xarici görünüşünə, geyim formasına nəzarət etmək;

3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində və cinayətkarlıqla mübarizədə digər DİO ilə qarşılıqlı fəaliyyətini təmin etmək, hüquq pozuntularının qarşısının alınması və onun nəticələrinin aradan qaldırılmasının forma və üsulları üzrə təlimin keçirilməsində onlara metodiki və əməli köməklik göstərmək;

4) xidmət aparılması zamanı əməkdaşlar tərəfindən şəxsi təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərə, eləcə də tabel silahından, texnikadan və xüsusi vasitələrdən istifadə qaydalarına riayət olunmasına nəzarət etmək;

5) nizami hissənin xidməti fəaliyyətinin nəticələrinin bütövlükdə və hər bir əməkdaş üçün ayrılıqda uçotunun aparılmasını təşkil etmək, naryadların xidməti fəaliyyətinin konkret nəticələrini gündəlik olaraq təhlil etmək, yol hərəkəti sahəsində təhlükəsizliyin təmin olunması və yol hərəkəti sahəsində mövcud qanunvericiliyin tələblərinin tətbiq olunmasında onların rolunun artırılması üçün tədbirlər görmək;

6) neqativ halları, nizami hissənin xidməti fəaliyyətindəki nöqsanları və onların səbəblərini aşkar etmək və aradan qaldırılması üçün əməli tədbirlər görmək;

7) daxili işlər orqanlarının hissə və xidmətləri ilə qarşılıqlı əlaqədə axtarılan nəqliyyat vasitələrinin aşkar edilməsi və tutulması üzrə işi təşkil etmək, aylıq olaraq bu sahədə nəticələri təhlil edərək xidməti fəaliyyətin səmərəliliyinin artırılmasına dair təkliflər hazırlamaq;

8) YPX inspektor heyətinin seçilməsini həyata keçirmək, tabeliyində olan əməkdaşların işgüzar və mənəvi keyfiyyətlərini bilmək, onların funksional vəzifələrini işləyib hazırlamaq;

9) şəxsi heyətlə döyüş, xidməti və fiziki hazırlıq təlimlərinin keçirilməsini təşkil etmək, tabeliyində olan əməkdaşların təlim və tərbiyəsi işinə şəxsən rəhbərlik etmək, şəxsi heyət tərəfindən intizamın və qanunçuluğun pozulması hallarının qarşısının alınması üçün tədbirlər görmək;

10) nizami hissə üçün xidməti bina və lazımi avadanlıq (texniki vasitələr) ayrılması barədə DYP-nin rəhbərliyinə təkliflər vermək;

11) şəxsi heyətin ehtiyac və tələbatını bilmək, onların həlli üçün vaxtında tədbirlər görmək, yaşayış, məişət və digər sosial məsələlərin həllində onlara köməklik göstərmək;

12) xüsusi təyinatlı avtomobillərin hərəkət təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsində şəxsən iştirak etmək, keçirilən belə tədbirlərin qüvvə və vasitələrlə təmin olunmasını təşkil etmək.

 


Yüklə 170,87 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin