Azərbaycan respublikasinin daxiLİ İŞLƏr naziRLİYİ QƏrar № Q2-001-12


 Dövlət yol polisi idarə, şöbə, bölmə rəislərinin yol-patrul xidmətinə rəhbərlik üzrə nümunəvi vəzifələri



Yüklə 170,87 Kb.
səhifə27/32
tarix25.12.2016
ölçüsü170,87 Kb.
#3261
1   ...   24   25   26   27   28   29   30   31   32
24. Dövlət yol polisi idarə, şöbə, bölmə rəislərinin yol-patrul xidmətinə rəhbərlik üzrə nümunəvi vəzifələri

 

24.1. Dövlət yol polisi idarə, şöbə, bölmə rəislərinin yol-patrul xidmətinə rəhbərlik sahəsində vəzifələri aşağıdakılardır:



1) qüvvə və vasitələrinin yerləşməsinə və istifadə olunmasına nəzarət etmək, xidmət ərazisində qəzaların, habelə hərəkət iştirakçıları tərəfindən qanunçuluğa riayət edilməsi vəziyyətindən asılı olaraq xidməti fəaliyyəti təhlil etmək və qiymətləndirmək;

2) şəxsi heyətinin peşə hazırlığı səviyyəsinin artırılması məqsədilə təlim-tədris məşğələlərini keçirmək;

3) nizami hissələrin rəhbərliyinin təkliflərinə baxmaq və şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş qərarlar qəbul etmək;

4) şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsinə yönəlmiş tədbirlər görmək;

5) vətəndaşların müraciətləri, kütləvi informasiya vasitələrinin məlumatları əsasında araşdırmalar aparılmasını təmin etmək, şəxsi heyət tərəfindən qanunçuluğa riayət olunmasına xüsusi diqqət yetirmək və əməkdaşlara maddi-mənəvi həvəsləndirmə tədbirləri tətbiq etmək;

6) intizam tənbeh xidməti fəaliyyətinin forma və metodlarını təkmilləşdirmək, maddi-texniki təminatını yaxşılaşdırmaq, xidməti fəaliyyətlə bağlı metodiki tövsiyyələr işləyib hazırlamaq, müsbət iş təcrübəsini yaymaq;

7) nizami hissələrin rəhbərliyinə xidməti vəzifələrinin icrasında köməklik göstərmək;

8) bu Təlimatın tələblərinə uyğun olaraq xidmətin təşkilinə və aparılmasına nəzarət etmək.

 

 

 



“Yol-patrul xidməti haqqında

Təlimata 1 saylı əlavə

 

“Təsdiq edirəm”



__________________________________

 

__________________________________



(vəzifə, rütbə, soyadı)

__________________________________

(nizami hissənin adı)

 


Yüklə 170,87 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin