Azərbaycan respublikasinin daxiLİ İŞLƏr naziRLİYİ QƏrar № Q2-001-12


YPX-nin işinin qiymətləndirilməsi



Yüklə 170,87 Kb.
səhifə20/32
tarix25.12.2016
ölçüsü170,87 Kb.
#3261
1   ...   16   17   18   19   20   21   22   23   ...   32
17. YPX-nin işinin qiymətləndirilməsi

 

17.1. YPX nizami polis hissələrinin, DYP bölümlərinin və hər bir əməkdaşının xidməti fəaliyyəti aşağıdakı əsas istiqamətlər üzrə qiymətləndirilir:



1) qanuniliyə riayət olunması;

2) qanunlar və digər normativ-hüquqi aktların tələblərini, əməliyyat şəraitini, öz hüquq və vəzifələrini bilməsi;

3) cinayətlərin açılmasında əməkdaşların rolu, yol-nəqliyyat və digər hadisələrə reaksiya verilməsi operativliyi;

4) naryada daxil edilmiş qüvvə və vasitələrin operativ idarə edilməsinin təmin olunması;

5) axtarış və idarəetmə informasiyasının qəbulu, işlənməsi və ötürülməsinin keyfiyyəti;

6) cinayətlər və YNH haqqında daxil olan məlumatların, ərizələrin uçotunun vaxtlı-vaxtında aparılması;

7) xidməti sənədləşmənin aparılmasının düzgünlüyü;

8) vətəndaşların müraciətlərinin nəticələrinə görə qəbul edilən qərarların qanuniliyi və əsaslılığı;

9) texniki vasitələrdən istifadənin effektivliyi;

10) silah, döyüş sursatı, əməliyyat-texniki və xüsusi vasitələrin, rabitə, mühafizə vasitələrinin, operativ və kriminalistik texnikanın, xidməti sənədlərin mühafizəsi;

11) vətəndaşlar və daxili işlər orqanlarının əməkdaşları ilə davranma mədəniyyəti;

12) əməkdaşların xarici görünüşü, xidməti binalar, nəqliyyat və növbətçi hissəyə təhkim olunmuş digər əmlakın saxlanması vəziyyəti.

17.2. Yol hərəkətinə nəzarət üzrə fəaliyyət hər ay və hər rüb nizami hissə komandiri tərəfindən ümumiləşdirilir və təhlil olunur. Nəticələr əməliyyat müşavirələri, təlimatlandırmalarda yol polisi əməkdaşlarının diqqətinə çatdırılır, eləcə də xidməti binadakı stendlərdə işıqlandırılır.

17.3. YPX inspektorlarının işi onların birbaşa komandirləri (taqım, bölük komandiri) və ya DYP bölümlərinin (DYP idarə, şöbə, bölmə, qrup rəhbərləri) tərəfindən aşağıdakı əsas istiqamətlər üzrə qiymətləndirilir:

1) YPX inspektorlarının fəaliyyətini tənzimləyən hüquqi aktları, əməliyyat şəraitini, öz hüquq və xidməti vəzifələrini bilmə;

2) xidmət apardığı ərazidə qəzalılıq vəziyyəti, yol nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə şərait yaradan yol hərəkəti qaydalarının pozuntularının qarşısının alınması sahəsində fəaliyyəti;

3) hərəkətə nəzarət zamanı qanuniliyə riayət olunması, DİN-in, BDYPİ-nin yol hərəkətinə nəzarətin həyata keçirilməsi sahəsində qərar, əmr və göstərişlərinin tələblərinin yerinə yetirilməsi;

4) xidmət aparılması zamanı əməkdaş tərəfindən yol verilmiş xidməti intizamın və qanun pozuntularının sayı;

5) əməkdaşın hərəkətlərindən daxil olmuş, o cümlədən təsdiqlənmiş şikayətlərin sayı;

6) vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına riayət olunması;

7) inzibati xətalar haqqında materialların rəsmiləşdirilməsinin keyfiyyəti;

8) yol-nəqliyyat şəraitinin çətinləşdiyi hallarda hərəkətin tənzimlənməsi sahəsində əməkdaşın professionallığı;

9) əllə hərəkətlərlə yol hərəkətini tənzimləmək bacarığı;

10) cinayətlər və inzibati hüquq pozuntularının qarşısının alınması və aradan qaldırılmasında, cinayətlərin açılmasında, cinayətkarların saxlanmasında iştirakı;

11) təhkim olunmuş patrul nəqliyyatının, əməliyyat-texniki və xüsusi vasitələrin saz vəziyyətdə saxlanması və onlardan istifadə etmək bacarığı;

12) xidməti və fiziki hazırlığı;

13) sıra hazırlığı və xarici görünüşü.

17.4. YPX-nin nizami polis hissəsinin bütövlükdə fəaliyyəti aşağıdakı istiqamətlər üzrə qiymətləndirilir:

1) xidmət aparılan ərazidə qəzalılığın vəziyyəti, inzibati-hüquqi fəaliyyətin yol-nəqliyyat hadisələrinin törədilməsinə səbəb olan yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasının qarşısının alınmasına yönəldilməsinin vəziyyəti;

2) şəxsi heyət arasında nizam-intizamın vəziyyəti və əməkdaşlar tərəfindən qanunçuluğa riayət olunması;

3) fövqəladə hallar və digər ekstremal vəziyyətlərdə hərəkət etmək hazırlığı;

4) sosioloji sorğular, vətəndaşların müraciətlərinin nəticələrinə əsasən əhalinin nizami hissənin fəaliyyətinə münasibəti;

5) patrul nəqliyyatının saz vəziyyətdə saxlanması və onun təyinatı üzrə istifadə olunması, əməliyyat-texniki və xüsusi vasitələrin tətbiqinin səmərəliliyi.

 


Yüklə 170,87 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin