Azərbaycan respublikasinin daxiLİ İŞLƏr naziRLİYİ QƏrar № Q2-001-12


Nəqliyyat vasitələrinin müşayiət olunması qaydası



Yüklə 170,87 Kb.
səhifə18/32
tarix25.12.2016
ölçüsü170,87 Kb.
#3261
1   ...   14   15   16   17   18   19   20   21   ...   32
15. Nəqliyyat vasitələrinin müşayiət olunması qaydası

 

15.1. Mütəşəkkil nəqliyyat dəstəsinin patrul avtomobilləri ilə müşayiət olunması DİN, BDYPİ, Bakı şəhər BPİ DYP İdarəsinin rəhbərliyi tərəfindən müəyyən olunur.



15.2. Mütəşəkkil nəqliyyat dəstəsinin müşayiəti müəyyən edilmiş rəngləmə sxemləri, yazılar və tanınma nişanlarına malik, eləcə də xüsusi səs və işıq siqnalları ilə təchiz olunmuş patrul avtomobilləri vasitəsilə həyata keçirilir.

15.3. Müşayiət tapşırığı aldıqdan sonra nizami hissə komandiri:

1) müşayiət üçün zəruri olan patrul avtomobilinin sayını müəyyən edir;

2) mütəşəkkil nəqliyyat dəstəsinin hərəkət marşrutunu, hərəkətin təşkilinin xüsusiyyətlərini, patrul post və marşrutlarının dislokasiyasını, rabitə sistemini və müşayiəti həyata keçirən ekipajın heyətinin müşayiət olunanla qarşılıqlı əlaqəsini öyrənir;

3) müşayiətin tərkib və rəhbərini təyin edir, onu təlimatlandırır. Müşayiəti həyata keçirən patrul avtomobilinin heyəti//çıxarılıb// iki əməkdaşdan ibarət olmalıdır;

4) müşayiət üçün ayrılmış nəqliyyat vasitələrinin və mövcud radio-rabitə vasitələri, xüsusi işıq və səs siqnallarının sazlığının yoxlanmasını təşkil edir.

15.4. Müşayiəti həyata keçirən nəqliyyat vasitələrinin sürücülərinin təlimatlandırılmasını müşayiətin rəhbəri həyata keçirir.

15.5. Mütəşəkkil nəqliyyat dəstəsi bir patrul avtomobili vasitəsi ilə müşayiət zamanı o, müşayiət olunan nəqliyyat dəstəsinin önündə, onların hərəkət təhlükəsizliyini təmin edən məsafədə//çıxarılıb// verilmiş istiqamətdə hərəkət üçün nəzərdə tutulmuş kənar sol zolaqla hərəkət etməlidir.

15.6. Mütəşəkkil nəqliyyat dəstəsi iki patrul avtomobili vasitəsi ilə müşayiət zamanı onlardan biri Təlimatın 15.5 bəndində göstərildiyi kimi hərəkət edir (aparıcı), ikincisi isə hərəkət istiqamətində bir hərəkət zolağı olan yollarda və digər təhlükəli yerlərdə digər nəqliyyat vasitələrinin mütəşəkkil nəqliyyat dəstəsinə qoşulmasının qarşısını almaq üçün müşayiət olunan mütəşəkkil nəqliyyat dəstəsinin arxasınca hərəkət edir.

15.7. Mütəşəkkil nəqliyyat dəstəsi üç patrul avtomobili vasitəsi ilə müşayiət zamanı onlardan biri (aparıcı) müşayiət olunan mütəşəkkil nəqliyyat dəstəsinin önündə, müşayiət təhlükəsizliyini təmin edən məsafədə, ikincisi (siqnal) təhlükəsiz və maneəsiz hərəkətin təmin olunması üçün mütəşəkkil nəqliyyat dəstəsinin önündə tədbirlərin görülməsi, naryadların müşayiət olunan nəqliyyat vasitələrinin yaxınlaşması haqqında xəbərdar edilməsi və aparıcı patrul avtomobili vasitəsi heyətinin hərəkət şəraiti haqqında məlumatlandırılması məqsədilə aparıcı avtomobilin önündə, 200-400 metr məsafədə verilmiş istiqamətdə hərəkət üçün nəzərdə tutulmuş kənar sol zolaqla hərəkət edir. Üçüncü patrul avtomobili (sonuncu) mütəşəkkil nəqliyyat dəstəsinin arxasınca hərəkət edir.

15.8. Müşayiət zamanı hərəkət sürətini müşayiətin rəhbəri yol şəraitindən, nəqliyyat vasitələri və piyadaların hərəkət intensivliyindən, müşayiət olunan nəqliyyat vasitələrinin xarakteristikalarından asılı olaraq müəyyən edir. Bu zaman sürət DİN-in 04.11.1999-cu il tarixli 018 saylı əmri ilə təsdiq edilmiş, “Xüsusi təyinatlı avtomobillərin təhlükəsiz hərəkətinin təmin olunması haqqında” Əsasnamədə nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları ilə müəyyən edilmiş həddi aşmamalıdır.

15.9. Müşayiət olunan mütəşəkkil nəqliyyat dəstəsinin hərəkət sürəti yol hərəkəti qaydaları ilə icazə verilmiş sürətdən az olarsa, yol şəraiti isə eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinə onu ötməyə imkan verməzsə, müşayiət rəhbəri onun arxasında yığılan nəqliyyatın buraxılması üçün tədbirlər görür.

15.10. Hüquqi və yaxud fiziki şəxslərə məxsus nəqliyyat vasitələrinin yol polisinin patrul avtomobilləri vasitəsi ilə müşayiət olunması həmin nəqliyyat vasitələrinin sahibləri ilə bağlanmış müvafiq müqavilələrdə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

 


Yüklə 170,87 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin