Azərbaycan respublikasinin daxiLİ İŞLƏr naziRLİYİ QƏrar № Q2-001-12


Nəqliyyat vasitələrinin və yol hərəkəti iştirakçılarının axtarışı işi



Yüklə 170,87 Kb.
səhifə12/32
tarix25.12.2016
ölçüsü170,87 Kb.
#3261
1   ...   8   9   10   11   12   13   14   15   ...   32
9. Nəqliyyat vasitələrinin və yol hərəkəti iştirakçılarının axtarışı işi

 

9.1. YPX inspektoru qaçırılmış, oğurlanmış nəqliyyat vasitələrinin, YNH yerindən qaçıb gizlənmiş yol hərəkəti iştirakçılarının axtarılması ilə bağlı tədbirlər görür.



9.2. Patrul post və marşrutlarında xidmət aparan zaman YPX inspektoru markasına, rənginə və xarakterik əlamətlərinə görə axtarışda olanlara bənzəyən nəqliyyat vasitələrini saxlayır, tipini, modelini, dövlət qeydiyyat nişanını, eyniləşdirmə nömrəsini, şassi (rama), ban və mühərrikin nömrəsini nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində yazılanlarla tutuşdurur və ya mərkəzi informasiya sisteminə qoşulmuş kompüter vasitəsilə yoxlayır. 

9.3. Axtarılan nəqliyyat vasitəsi tapıldığı halda YPX inspektoru dərhal bu barədə nizami hissə və ya daxili işlər orqanının növbətçi hissəsinə məruzə edir, nəqliyyat vasitəsinin və onun içində olan şəxslərin saxlanması üçün tədbirlər görür. Bu zaman şəxsi təhlükəsizliyin, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə riayət olunması üçün bütün zəruri tədbirlər, eləcə də izlər, cinayət alətləri, digər maddi sübutların tamlığının qorunması üçün tədbirlər görülür.

9.4. YPX inspektoru axtarışda olan nəqliyyat vasitəsini aşkar etdiyi halda baxış haqqında protokol (Təlimata 17 saylı əlavə) tərtib edir.

9.5. Axtarılan nəqliyyat vasitələrinin və cinayət əməlləri törətmiş şəxslərin saxlanması, eləcə də təqdim olunmuş sənədlərin, dövlət qeydiyyat nişanlarının saxtalaşdırılması, nəqliyyat vasitələrinə istehsalçı zavodlar tərəfindən vurulmuş markanın dəyişdirildiyi, məhv edildiyi, aqreqatların nömrələrinin qeydiyyat sənədlərinə, uçot məlumatlarına müvafiq olmadığının aşkarlanması, itirilmişlər (oğurlanmışlar) arasında olan sənədlərin aşkar olunması zamanı materialların rəsmiləşdirilməsi cinayət-prosessual qanunvericiliyin normalarına müvafiq olaraq həyata keçirilir. Toplanmış ilkin məlumatlar, nəqliyyat vasitələri pozuntunun aşkarlandığı (törədildiyi) yer üzrə daxili işlər orqanına təhvil verilir.

9.6. Təlimat zamanı axtarışda olan nəqliyyat vasitəsi və şəxs barədə məlumat alan YPX inspektoru bu barədə xidməti kitabçasında (Təlimata 5 saylı əlavə) qeyd edir, xidmət zamanı nəqliyyat vasitələri arasında onları axtarır.

9.7. “Yaxalama” planı və digər axtarış tədbirlərinin keçirilməsi barədə əmr aldıqda bu plana uyğun yerini tutur və hərəkəti haqqında növbətçi hissəyə məruzə edir.

9.8. Axtarışı elan edilmiş və yaxud cinayət törətməkdə şübhəli bilinən şəxsi yaxalamaq mümkün olmadıqda YPX inspektoru dərhal növbətçi hissəyə onun hərəkət istiqaməti və ehtimal olunan gizlənə biləcəyi yer barədə məlumat verir.

9.9. “Yaxalama” təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri planının və ya daxili işlər orqanlarının digər əməliyyat planlarının həyata keçirilməsi zamanı DYP əməkdaşları sipər postlarına cəlb olunur və əlamətlərinə görə axtarılanlara bənzəyən nəqliyyat vasitələrinin yoxlanmasını həyata keçirir.

 


Yüklə 170,87 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin