Azərbaycan respublikasinin daxiLİ İŞLƏr naziRLİYİ QƏrar № Q2-001-12



Yüklə 170,87 Kb.
səhifə9/32
tarix25.12.2016
ölçüsü170,87 Kb.
#3261
1   ...   5   6   7   8   9   10   11   12   ...   32
7. YPX-nin aparılması qaydası

 

7.1. Posta (patrul marşrutuna) çatdıqdan sonra YPX inspektoru:



1) texniki tənzimləmə vasitələrinin, xüsusi vasitələrin, rabitə vasitələrinin sazlığını, yol və küçələrin vəziyyətini, aparılan təmir-tikinti və digər işlərin həyata keçirilməsi şəraitini yoxlamalı, patrul postu, marşrutu ərazisində operativ şərait haqqında əvəz etdiyi əməkdaşdan xidmət yerində müvafiq məlumat almalıdır;

2) patrul postunun, marşrutunun, eləcə də patrul nəqliyyatının təhvil alınması və aşkarlanmış çatışmazlıqlar haqqında nizami hissənin növbətçi hissəsinə məruzə etməlidir;

3) YPX inspektoru hərəkətdə olan maneələrin aradan qaldırılması, hərəkət hissəsində nasazlıq və digər səbəblərdən saxlanmış nəqliyyat vasitələrinin kənar edilməsi, təhlükəli sahələrin işarələnməsi üçün tədbirlər görməli, hərəkət iştirakçılarına yolun vəziyyəti, hərəkətdə olan maneələr, YNH və digər qəzalar haqqında məlumat verməlidir;

4) hərəkət iştirakçıları ilə ünsiyyətdə cinayət faktlarına dair alınmış məlumatlar haqqında növbənin sonunda yuxarı vəzifəli şəxsə raportla məruzə etməli və informasiyanı təxirəsalınmadan müəyyən olunmuş qaydada daxili işlər orqanının növbətçi hissəsinə ötürməlidir.

7.2. Patrul marşrutunda (postda) xidmət aparan zaman YPX inspektoru hərəkət prosesinə nəzarət etməlidir. Bu zaman yol hərəkətinə nəzarət yol-nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə səbəb olan YHQ pozuntularının qarşısının alınması və xəbərdar edilməsinə yönəldilərək, nəqliyyat vasitələrinin səbəbsiz dayanması və hərəkətdə ləngimənin aradan qaldırılması üçün tədbirlər görülməlidir.

7.3. İki və daha artıq YPX inspektorundan ibarət naryadın rəhbəri xidmət apardığı dövrdə naryadın fəaliyyətinə rəhbərliyi həyata keçirməklə yanaşı aşağıdakı funksiyaları yerinə yetirir:

1) naryadda olan YPX inspektorunun işini təşkil etməli, yaranmış vəziyyətdən asılı olaraq, onların yerləşməsi və xidmət aparma qaydasına dəyişikliklərin edilməsi zərurəti haqqında taqım komandiri, növbətçi hissəyə məruzə etməlidir;

2) YPX inspektorlarının xidmət aparmasına nəzarəti həyata keçirməli və vəzifələrin yerinə yetirilməsi zamanı onlara əməli köməklik göstərməlidir;

3) xidməti sənədləşmənin aparılmasının keyfiyyətini, YNH və inzibati hüquq pozuntularına dair materialların keyfiyyətini yoxlamalı, aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görməlidir;

4) əməliyyat-texniki, patrul nəqliyyatı və xüsusi vasitələrin istifadə olunması qaydalarına əməl edilməsinə nəzarət etməlidir.

7.4. Nəqliyyat vasitələrinin dayandırılması üçün əsaslar aşağıdakılardır:

1) nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə//çıxarılıb////çıxarılıb//, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə digər DYP əməkdaşından məlumat daxil olduqda;

2) nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda;

3) analoji nəqliyyat vasitəsinin (rənginə, markasına və xüsusi əlamətlərinə görə) axtarışda olması;

4) nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya Daxili İşlər Nazirliyinin qərarı olduqda;

5) sürücü və ya nəqliyyat vasitəsinin digər yol hərəkəti iştirakçıları və ya polis əməkdaşlarına yardım göstərilməsi üçün cəlb edilməsi zərurəti;

6) hərəkətin xarakteri sürücünün nəqliyyat vasitəsini idarə etmək qabiliyyətində olmasına şübhə doğurduqda (nəqliyyat vasitəsinin əsaslandırılmamış aşağı sürətlə idarə edilməsi, hərəkət zolağında düzgün yerləşdirilməməsi, o cümlədən, yolun çiyninə qismən çıxmaq, əsassız tormozlama və ya sürətləndirmə və digər hallar) və bu hal digər hərəkət iştirakçılarına təhlükə yaratmasını ehtimal etməyə əsas verdikdə;

7) nəqliyyat vasitəsinin texniki vəziyyətinin normalara uyğunsuzluğu müəyyən edildikdə, banının hissələrinin zədələri olduqda və daşınan yük dağıldıqda və ya hərəkət üçün təhlükə yaratdıqda;

8) nəqliyyat vasitəsinin alın şüşəsində müvafiq texniki baxış talonu olmadıqda;

9) xüsusi tədbirlər keçirildikdə (yaxalama, reyd və digər);

10) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanılması məqsədilə yalnız stasionar YPX postlarında;

11) nəqliyyat vasitəsi və ya onun sahibi barədə mərkəzi informasiya sistemində olan məlumatların uyğunsuzluğu aşkar edildikdə.

7.5. Piyada xidmət aparan YPX inspektoru nəqliyyat vasitəsinin dayandırılması barədə tələbi fit və jezllə işarə verməklə edir. Patrul avtomobilində, motosikletində hərəkətə nəzarət zamanı nəqliyyat vasitəsinin dayandırılması tələbi xüsusi işıq və səs siqnallarından, səsgücləndiricidən istifadə etməklə yerinə yetirilir. Bu tələb nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə edilməlidir. Yol hərəkətinin tənzimlənməsi zamanı xüsusi səs siqnallarından və səsgücləndiricidən əhalinin rahatlığına və sakitliyə riayət etmək şərti ilə istifadə edilə bilər.

7.6. Nəqliyyat vasitəsinin dayandırılması tələbi elə edilməlidir ki, sürücü nəqliyyat vasitəsini saxlayarkən digər hərəkət iştirakçılarına maneə yaratmasın.

7.7. Ekipajda iki YPX inspektorundan biri patrul avtomobilindən düşərək dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yaxınlaşır, özünü sürücüyə təqdim edir və bundan sonra dayandırılmanın səbəbini bildirməklə ondan aşağıdakı sənədlərin təqdim olunmasını tələb edir:

1) sürücülük vəsiqəsini;

2) sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada alındıqda, onu əvəz edən müvəqqəti icazə vərəqini və sürücünün şəxsiyyətini təsdiq edən sənədi;

3) fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməni;

4) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini;

5) daşınan yükə dair sənədləri;



6) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini.

7.8. Nəqliyyat vasitəsinin dayandırılması tələbi sürücü tərəfindən yerinə yetirilmədikdə, pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi, hərəkət istiqaməti, dövlət qeydiyyat nişanı və digər mühüm əlamətləri göstərməklə YPX inspektoru qonşu patrul marşrutu və ya postda xidmət aparan YPX naryadına bu barədə radio-cihaz vasitəsi ilə məlumat verir və bundan sonra yazılı formada raport (Təlimata 14 saylı əlavə) tərtib edir.

7.9. Nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən keçirilir. Sürücü tibbi müayinəyə aparılarkən tibbi müayinəyə göndərmə protokolu tərtib olunur (Təlimata 16 saylı əlavə).

7.10. Arzuolunmaz nəticələrin baş verməsinin qarşısının alınması üçün təxirəsalınmaz dayandırma zərurətinin olduğu hallar istisna olmaqla, nəqliyyat vasitəsinin yolun məhdud görüntülü hissələrində, döngədən əvvəl və ya sonra, bilavasitə yoxuşun sonundan əvvəl və ya sonra, yolayrıcının, piyada keçidlərinin qarşısında, dəmiryol keçidləri zonasında, tunellərdə, hərəkət istiqamətində 3-dən az hərəkət zolağı olan körpülərdə (yol ötürücülərində) və digər təhlükəli yerlərdə dayandırılması qadağandır.

7.11. Nəqliyyat vasitələrinin dayandırılması minimal müddətə və hərəkət üçün maneə yaratmayan yerlərdə həyata keçirilməlidir. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün DYP əməkdaşı dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər. Nəqliyyat vasitələrinin səbəbsiz saxlanılması qadağandır.

7.12. YPX-nın əməkdaşı tərəfindən yol hərəkətinə nəzarətin dislokasiya ilə müəyyən edilməmiş yerlərdə və iş qrafikinin və ya post cədvəlinə uyğun olmayan hallarda həyata keçirilməsi ehtimal olunduqda bu barədə növbətçiyə məruzə edilir və onun göstərişlərinə müvafiq olaraq hərəkət edilir. Növbətçi hissənin məlumatlandırılmasının mümkün olmadığı halda bu əməkdaşların şəxsiyyəti və onların işlədikləri DİO-nun müəyyən edilməsi ilə bağlı məlumat toplayıb bu barədə xidmətin sonunda yuxarı vəzifəli şəxsə raportla məruzə edir.

7.13. Yol polisinin patrul avtomobilləri ilə müşayiət olunan, eləcə də xüsusi işıq və səs siqnalları verən mütəşəkkil nəqliyyat dəstəsi və ya ayrı-ayrı xüsusi təyinatlı avtomobillərin keçdiyi zaman YPX inspektoru onların patrul post və ya marşrutu ərazisindən təhlükəsiz, maneəsiz keçməsi üçün tədbirlər görür.

7.14. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Baş Nazirinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsmanın), Məhkəmə-Hüquq Şurasının üzvlərinin və Azərbaycan Respublikası hakimlərinin şəxsiyyəti, həmin şəxslərin xidməti və şəxsi nəqliyyat vasitələri toxunulmaz olduğuna görə onların yoxlanılmasına və ya inzibati qaydada tutulmasına yol verilə bilməz.

7.15. Nəqliyyat vasitəsinin saxlanması haqqında qərar hər bir konkret halda YPX inspektoru tərəfindən qanun pozuntusunun davam etdirilməsini istisna edən konkret şərait nəzərə alınaraq müstəqil şəkildə qəbul edilir. Nəqliyyat vasitəsinin sürücüsünün sərxoş vəziyyətdə olduğunu ehtimal etmək üçün kifayət qədər əsas olan halda nəqliyyat vasitəsi saxlanılır. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma sürücünün sərxoşluq vəziyyətinə dair xüsusi texniki vasitələrin göstəricilərinə və ya tibbi müayinənin nəticələrinə uyğun olaraq həyata keçirilir. Tabesizlik göstərildikdə YPX inspektoru saxlanılmış nəqliyyat vasitəsinin sonrakı hərəkətinin mümkünlüyünü istisna edən tədbirlər görür, (təkərin fırlanmasının qarşısını alan, bloklayan, texniki qurğudan və ya digər vasitələrdən istifadə etməklə), bu barədə növbətçi hissəsini məlumatlandırır, şahidlərin iştirakı ilə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq polis əməkdaşının qanuni sərəncamı və ya tələbinə qərəzli tabesizliyə görə pozuntu haqqında raport tərtib edir, //çıxarılıb// qanun pozuntusunu törətmiş şəxsin ən yaxın daxili işlər orqanına gətirilməsi üçün tədbirlər görür.

7.16. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:

1) dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və ya onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, habelə həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda;

2) nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya Daxili İşlər Nazirliyinin qərarı olduqda;

3) nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda (saxta və ya qeyri-standart olduqda) və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə idarə etdikdə;

4) dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi onu idarə edən şəxs tərəfindən təqdim edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;

5) dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinlərdən birində müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadıqda;

6) nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda.

7.17. YPX inspektoru göstərilən səbəblər aradan götürülənədək müvəqqəti olaraq mühafizə olunan duracaqlarda saxlanılması üçün nəqliyyat vasitələrini müəyyən edilmiş qaydada oraya göndərir. Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir. (“Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimata 8 saylı əlavə).

7.18. Nəqliyyat vasitəsinin saxlanma səbəbini üç saat ərzində yerində aradan qaldırmaq mümkün olduqda YPX inspektoru nəqliyyat vasitəsini yanında saxlayır. Belə səbəb aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən, mübahisəli hallar araşdırıldıqdan və ya pozuntuya görə inzibati tənbeh tətbiq edildikdən dərhal sonra saxlanılan nəqliyyat vasitəsi sahibinə qaytarır.

7.19. Üç saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa gətirilir (göndərilir).

7.20. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin aşkarlanması məqsədilə YPX inspektoru Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 403-cü maddəsilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinə baxış, həmin Məcəllənin 402-ci maddəsinə uyğun olaraq şəxsi axtarış, fiziki şəxsin üzərində olan əşyalara baxış həyata keçirir.

7.21. Baxış zamanı aşkar olunmuş, qanunazidd əməllərin törədilməsindən xəbər verən əşya və ya predmetlər, eləcə də onların sahibləri daxili işlər orqanının növbətçi hissəsinə gətirilir və həmin qanun pozuntusuna dair bütün materiallar növbətçi hissəyə təqdim olunur.

7.22. YPX inspektoru aşağıdakı hallarda hərəkət iştirakçısını nizami polis hissəsinin və ya DİO-nun növbətçi hissələrinə gətirir:

1) şəxs YPX inspektorunun qanuni sərəncamına və ya tələbinə qəsdən tabe olmadıqda;

2) inzibati xəta haqqında protokolu yerində tərtib etmək və ya YNH üzrə sənədləşməni aparmaq mümkün olmadıqda;

3) nəqliyyat vasitəsini idarə edən şəxsin şəxsiyyətini müəyyənləşdirmək məqsədilə;

4) daşınan yükün sənədləri olmadıqda

5) nəqliyyat vasitəsini idarə edən şəxsin cinayət və ya YNH törətməsində şübhə yarandıqda;

7.23. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir və inzibati xəta törətmiş şəxsə dərhal protokolun surəti //çıxarılıb// verilir. Protokol xüsusi hazırlanmış və nömrə üzrə YPX inspektoruna ciddi hesabatla verilən blank formasında tərtib edilir.

7.24. Yol hərəkəti qaydalarının pozuntusunun aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, protokolda onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd olunmalıdır. Yol hərəkəti qaydalarının pozulması nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar protokolda əksini tapmalıdır.

7.25. Sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək onun sürücülük vəsiqəsi götürülür və həmin şəxsə nəqliyyat vasitəsini bir ay müddətində müvəqqəti idarə etmə hüququ verən, xüsusi hazırlanmış və YPX inspektoruna nömrə üzrə ciddi hesabatla verilən blank formasında tərtib edilmiş sənəd verilir, sürücülük vəsiqəsi inzibati protokola əlavə edilir. Nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə minənədək uzadılır.



7.26. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır və surəti inzibati xəta törətmiş şəxsə verilir. İnzibati xəta törətmiş şəxsə cəriməni xüsusi texniki vasitədən (POS-terminal) istifadə etməklə plastik kart vasitəsilə ödəmək imkanı yaradılır. Cərimə plastik kart vasitəsilə ödənildikdə iki nüsxədə qəbz çap olunur. Qəbzin bir nüsxəsi qərara əlavə edilir, ikinci nüsxəsi isə qərarın surəti ilə birlikdə inzibati xəta törətmiş şəxsə verilir.

7.27. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.

7.28. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Təlimatın 7.27-ci bəndində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün DİN Baş DYP İdarəsinin mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

7.29. Nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti qaydalarını pozmuşdursa o, qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və YPX inspektoru //çıxarılıb// müvafiq sənədləşmə aparır.

7.30. Nəqliyyat vasitəsi dayandırıldığı halda sürücünün sənədləri qaydasındadırsa və o, yol hərəkəti qaydasını pozmamışdırsa YPX inspektoru sənədləşmə aparmadan sürücüyə hərəkətini davam etməyə icazə verir.

7.31. Aşkar edilmiş yol hərəkəti qaydalarının pozuntusu faktı üzrə inzibati xəta haqqında protokol tərtib edir (qaydanı bir neçə şəxs pozmuşdursa, onlardan hər biri barədə ayrıca inzibati protokol tərtib edir). İnzibati xəta haqqında protokolda aşağıdakı məlumatlar göstərilir:

1) protokolun tərtib edildiyi tarix və yer;

2) protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

3) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat;

4) inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;

5) inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi;

6) şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı;

7) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları;

8) inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar;

9) inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər;

10) inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar.

7.32. Vətəndaşlardan YHQ pozulması barədə alınmış məlumatlar yoxlanılaraq təsdiqini tapdığı halda YPX inspektoru tərəfindən sənədləşdirilir.

7.33. Nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və DYP-nin yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər. Həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər.

7.34. Nəqliyyat vasitəsinin təqib olunması zamanı YPX inspektoru tərəfindən aşağıdakı tələblər yerinə yetirilməlidir:

1) təqib olunan nəqliyyat vasitəsini daim görünüş dairəsində saxlayır;

2) təqib olunanın bütün hərəkətlərini əvvəlcədən qiymətləndirir, onun gizlənməsinə imkan vermir;

3) bacarıq və ehtiyatla manevr edir;

4) təqib olunanın yaxalanması üçün ən qısa marşrut seçir;

5) təqib olunan nəqliyyat vasitəsinin sürücü və sərnişinlərinin hərəkətlərinə diqqət yetirir (nəqliyyat vasitəsindən atılan əşya, salonda yerdəyişmə və s.);

6) növbətçi hissəni təqib marşrutu barədə daim məlumatlandırır, nəqliyyat vasitəsinin yaxalanması məqsədi ilə əlavə qüvvə ayrılması üçün müraciət edir;

7) təqib olunan nəqliyyat vasitəsinə arxadan yaxınlaşaraq, səsgücləndirici vasitəsilə nəqliyyatın yol kənarında saxlanılmasını tələb edir.

7.35. Təqib zamanı YPX inspektoru özünün və hərəkətin digər iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə aşağıda göstərilən təhlükəsizlik tədbirlərini yerinə yetirməyə borcludur:

1) təqib vaxtı xüsusi səs və sayrışan işıq siqnallarını daim işlək vəziyyətdə saxlamaqla səsgücləndirici vasitəsi ilə hərəkət iştirakçılarını öz niyyəti barədə məlumatlandırmalıdır;

2) konkret şəraitdən asılı olaraq hərəkət sürəti seçməli, manevr etməzdən əvvəl onun təhlükəsizliyinə tam əmin olmalıdır;

3) təqib olunana və hərəkətin digər iştirakçılarına qarşı diqqətli olmalıdır;

4) hərəkət iştirakçılarının təhlükəsizlik tədbirlərinə riayət etmələri barədə onları məlumatlandırmalıdır;

5) təqib təhlükəli olduqda və ya onun bir nəticə verməməsi aydın olduqda təqibi dayandırmalıdır (növbətçinin razılığı əsasında, onunla rabitə olmadıqda bu qərarı YPX inspektoru özü qəbul edir).

7.36. Təqib zamanı nəqliyyat vasitəsində olan şəxslərin silahlı olduğu halda YPX inspektoru imkan daxilində bu barədə növbətçi hissəyə məruzə edir və bundan sonra növbətçinin göstərişinə əsasən və yaranan vəziyyətə uyğun olaraq hərəkət edir.

7.37. İri qabaritli, ağır çəkili və təhlükəli yüklərin daşınması qaydalarının pozulmasının aşkarlandığı halda YPX inspektoru nizami hissənin rəhbərliyi və ya növbətçidən müvafiq göstərişlər alınanadək göstərilən nəqliyyat vasitələrinin sonrakı hərəkətini qadağan edərək, belə nəqliyyat vasitələrinin yolun hərəkət hissəsindən kənara çəkilməsi və ya imkan daxilində qərar qəbul edilənədək onların ən yaxın YPX postuna, dayanacağa qədər müşayiət olunması üçün tədbirlər görür. Təhlükəli yüklər daşıyan avtomobilləri imkan daxilində təhlükəsizlik zolağının hüdudlarından kənara çəkmək lazımdır.

7.38. Patrul postu və ya marşrutunda xidmət apararkən YPX inspektoru avtomobil yollarının şərait və vəziyyətinə, texniki tənzimləmə vasitələrinin (svetoforlar, yol nişanları və s.) saz vəziyyətdə olmasına, eləcə də yolun hərəkət hissəsində işlərin həyata keçirilməsinə nəzarət edir. Svetofor obyektlərinin, digər texniki tənzimləmə vasitələrinin işinin effektivliyinin müəyyən edilməsi məqsədi ilə nəqliyyat axınlarına vizual müşahidəni həyata keçirir və yol hərəkəti qaydalarının pozulma səbəblərini müəyyən edir, sutkanın vaxtından asılı olaraq ərazidə yol hərəkətinin təşkilinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir.

7.39. Çatışmazlıqlar aşkarladıqda YPX inspektoru bu barədə növbətçi hissəyə məlumat verir ki, o da bunları “ Yol şəraiti, texniki tənzimləmə vasitələri və yol nişanlarının vəziyyətindəmüəyyən edilən çatışmamazlıqların uçotu” jurnalına qeyd edir (Təlimata 12 saylı əlavə). Nasazlıqlar və hərəkət üçün maneələr aradan qaldırılana qədər zəruri olduqda hərəkətin tənzimlənməsini həyata keçirir, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görür.

7.40. Aşkar edilmiş inzibati xətalarla bağlı tərtib olunmuş bütün materiallar götürülmüş sənədlərlə birlikdə xidmətin sonunda xidmət rəhbərinə və ya növbətçi hissəyə təhvil verilir.

7.41. YPX inspektoru xidmət yerini yalnız nizami hissənin komandirinin, onun müavinləri və ya növbətçi inspektorun icazəsi və ya göstərişi ilə aşağıdakı hallarda tərk edə bilər:

1) qonşu marşrutlarda hərəkətdəki maneə və təhlükələrin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsi zamanı;

2) bu Təlimatın 7.24 bəndinə müvafiq olaraq vətəndaşların növbətçi hissəyə gətirilməsi;

3) saxlanılmış nəqliyyat vasitələrinin duracağa gətirilməsi;

4) digər polis naryadları, digər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xidməti vəzifələrin yerinə yetirilməsi ilə bağlı təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə yardım göstərilməsi;

5) bu Təlimatın 7.26 bəndinə müvafiq olaraq nəqliyyat vasitələrinin təqib olunması;

6) yol-nəqliyyat hadisələri, bədbəxt hadisələr və digər hadisələr zamanı xəsarət alanlara yardım göstərilməsi;

7) hadisə yerinin mühafizəsi;

8) yanğın və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün tədbirlərin görülməsi;

9) gözlənilmədən xəstələnmə;

10) müəyyən olunmuş vaxtda istirahət və qida qəbulu.

7.42. Patrul nəqliyyatında xidmət aparılması zamanı aşağıdakılar qadağandır:

1) kənar şəxs və yüklərin daşınması, eləcə də patrul nəqliyyatının nəzarətsiz qoyulması;

2) müəyyən xidməti vəzifələrin yerinə yetirilməsi zərurəti istisna olmaqla, yol hərəkəti qaydalarının pozulması, o cümlədən müəyyən olunmuş hərəkət sürətinin aşılması, təyin olunmuş marşrutdan özbaşına kənarlaşma, xidmətin aparılma qaydasının dəyişdirilməsi;

3) patrul nəqliyyatının idarə olunmasının kənar şəxsə verilməsi;

4) saxlanılmış şəxslərin patrul avtomobilində nəzarətsiz qoyulması;

5) YPX inspektoru tərəfindən xidmət aparılması zamanı post və marşrutlarda, patrul avtomobilində vətəndaşlarda ikrah hissi yaradan hərəkətlərə yol verilməsi;

6) müəyyən edilmiş iş qrafikindən və ya post cədvəlindən kənara çıxmaq.

7.43. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı yol hərəkəti qaydalarının pozulması vəziyyəti yarandığı halda YPX inspektoru bu barədə digər hərəkət iştirakçılarını məlumatlandırmaqla qırmızı və ya göy sayrışan işıq siqnallarından istifadə etməlidir.

7.44. YPX nizami polis hissələrinin komandirləri, YPX baş inspektoru, YPX inspektoru, habelə yol hərəkətinə nəzarət işinə cəlb edilən DYP bölümlərinin orta rəis heyətinin aşağıdakı hüquqları vardır:

- nəqliyyat vasitələrini saxlamaq, sürücünün sənədlərini yoxlamaq;

- yol hərəkəti haqqında qanunvericiliyin tələblərini pozmuş şəxslərdən belə hərəkətlərə son qoyulmasını tələb etmək;

- nəqliyyat vasitələrini yol hərəkətində iştirakdan kənarlaşdırmaq və ya istismarını qadağan etmək (mühafizə olunan duracağa göndərmək);

- yol hərəkəti haqqında qanunvericiliyin tələblərini pozmuş şəxslərə səlahiyyəti daxilində xəbərdarlıq və inzibati tənbeh tədbirləri tətbiq etmək;

- inzibati protokol tərtib etmək;


Yüklə 170,87 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin