Azərbaycan respublikasinin daxiLİ İŞLƏr naziRLİYİ QƏrar № Q2-001-12



Yüklə 170,87 Kb.
səhifə6/32
tarix25.12.2016
ölçüsü170,87 Kb.
#3261
1   2   3   4   5   6   7   8   9   ...   32
5. Xüsusi texniki vasitələrdən və evakuatordan istifadə qaydası

 

5.1. Nəqliyyat vasitələrinin hərəkət sürətinin müəyyən olunması üçün nəzarət ölçü cihazları, YHQ pozuntularını qeydə alan digər texniki vasitələr, nəqliyyat vasitələrinin məcburi saxlanması üçün qurğular, sürücülük vəsiqələrində, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrində saxtalaşdırmaların aşkarlanması üçün cihazlar, avtomobilin şüşələrinin işıqburaxma qabiliyyətini, nəqliyyat vasitələrinin tullantılarında çirkləndirici maddələrin miqdarını ölçən qurğular və digər texniki vasitələr onlardan istifadə qaydaları haqqında təlimata uyğun olaraq tətbiq edilir. Metroloji yoxlamadan keçməmiş və ya yoxlama şəhadətnamələrinin vaxtı keçmiş nəzarət ölçü cihazlarının tətbiqi qadağandır.



5.2. Nəqliyyat vasitələrinin hərəkət sürətini ölçərək qeyd edən radarlar müəyyən sahələrdə qəzalılıq vəziyyəti və sürücülərin intizamına təsirinin nəticələri, nəqliyyat axını intensivliyinin təhlili və onların effektiv istismar olunması nəzərə alınaraq tətbiq edilir və bu barədə də post kitabında (cədvəlində) müvafiq qeyd aparılır.

5.2-1. Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 İnformasiya stendi servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır.

5.3. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmalıdır.

5.3-1. İnzibati Xətalar Məcəlləsinin 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-1, 151-2.1, 151-3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən foto və ya video materiallar) Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin Mərkəzi İnformasiya Sisteminə ötürülür, avtomatik olaraq nömrələnir və inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsi icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilir və Mərkəzi İnformasiya Sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir.

5.3-2. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sisteminə göndərilir.

5.3-3. İnzibati xəta haqqında elektron protokolda İnzibati Xətalar Məcəlləsinin 410.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə), inzibati xəta haqqında elektron protokolla əlaqədar vəsatət verilməsi qaydası, inzibati cərimənin miqdarı və ödənilməsi qaydası da göstərilməlidir.

5.3-4. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Təlimatın 5.3-1-ci bəndində nəzərdə tutulmuş qaydada elektron protokol tərtib olunur.

5.3-5. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır.

5.4. Xüsusi texniki vasitələrlə işə onların istismar təlimatlarını öyrənmiş və onların tətbiqi qaydalarına dair məqbullar vermiş YPX inspektor heyəti buraxılır. Xüsusi texniki vasitələri istifadə üçün almış YPX inspektoru onların işlək olmasına görə fərdi məsuliyyət daşıyır.

5.5. Hər bir nəzarət ölçü cihazı üçün Sürətölçənin göstəricilərinin uçotu kitabı” açılır (Təlimata 11 saylı əlavə) ki, bu da növbənin sonunda yol hərəkətinə nəzarət zamanı aşkar edilmiş YHQ pozuntuları barədə məlumat cihazı tətbiq etmiş YPX inspektoru tərəfindən qeyd edilir.

5.6. Rabitə vasitələri (radio-rabitə, radio-cihaz, telefon) naryadların idarə olunması və onlar arasında qarşılıqlı əlaqənin təmin edilməsi üçün tətbiq edilir.

5.7. İnformasiyanın rabitə kanalları ilə ötürülməsi, rabitə sisteminin təşkili və fəaliyyəti DİN tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Xidməti vəzifələrin yerinə yetirilməsi ilə bağlı olmayan məsələlər üzrə radio-cihaz vasitəsilə danışıqların aparılması qadağandır.

5.8. İnzibati Xətalar Məcəlləsinin 158-1.1-ci və ya 158-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında deyilsə nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə foto və ya video çəkiliş aparılmaqla inzibati xəta törətmiş şəxsin iştirakı olmadan nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Bu halda inzibati xəta haqqında protokolda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. Protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

5.8-1. İnzibati Xətalar Məcəlləsinin 158-1.1-ci və ya 158-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin protokolun surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. Protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə Məcəllənin 429-6.2.1 və 429-6.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir.

5.9. Bu Təlimatın 7.20 bəndində göstərilən hallar, habelə nəqliyyat vasitəsinin qanunvericilikdə müəyyən edilmiş dayanma, durma və parklanma qaydalarının pozulduğu hallarda YPX inspektoru tərəfindən evakuator (təxliyyə avtomobili) nəqliyyat vasitəsinin saxlanılması üçün duracağa aparılması məqsədilə aşağıdakı qaydada tətbiq edilir:

1) YPX inspektoru radio-cihaz vasitəsilə qayda pozuntusu barədə növbətçi hissəyə məlumat verir və həmin yerə evakuator çağırır;

2) YPX inspektoru nəqliyyat vasitəsinin duracağa göndəriş vərəqəsini (Təlimata 15 saylı əlavə) doldurur (avtomobilin banında görünən zədələr və nəqliyyat vasitəsinin sahibinin məlumatlandırılması üçün görülmüş tədbirlər barədə göndəriş vərəqəsində qeydlər etməklə) və evakuatorun heyətinə təqdim edir;

3) YPX inspektoru bütün imkanlardan istifadə edərək bu haqda nəqliyyat vasitəsinin sahibinin məlumatlandırılması üçün tədbirlər görür;

4) göndəriş vərəqəsinin əsasında evakuatorun heyəti nəqliyyat vasitəsini duracağa aparır;

5) duracağa gətirilmiş nəqliyyat vasitəsi onun qulluqçularına aktla (“Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimata 8 saylı əlavə) təhvil verilir;


Yüklə 170,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin