Soyad: Hacıyeva Kurs: 3



Yüklə 104,19 Kb.
tarix07.12.2022
ölçüsü104,19 Kb.
#72950
turizm sənayə təşkili



Sənaye və Texnologiya Kolleci
Ad: Aysel
Soyad: Hacıyeva
Kurs: 3
Qrup: M198
Mövzu: Turizm sənayesinin təşkili
Müəllim adı: Abdulova Gülnarə
Fənn: Turizm biznesinin təşkili və idarə olunmasi

Turizm əsasən sosial-iqtisadi sahə kimi XIX əsrin ortalarından inkişaf etməyə başlamışdır. Bu dövrə qədər isə turizm fərdi gəzinti və səyahət xarakteri daşımış, qeydiyyata düşmədən müxtəlif əraziləri, ölkələri gəzən adamlara «turist» demişlər. 1954-cü ildə Birləşmiş Millətlər Təşkilatının yığıncağında «Turizm» sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir. Yenə BMT-nin 1963-cü ildə keçirilən Roma konfransında isə «turist» anlayışına konkret tərif vermək cəhdi edilmişdir. Sözsüz ki, bu konfransda turizmə konkret tərif verə bilməmişlər. Lakin hal-hazırda turizm bütün dünya miqyasında sosial-iqtisadi və kulturoloji sahə kimi inkişaf etdiyinə görə onun haqqında müxtəlif elmi ədəbiyyatlar meydana gəlmişdir. Bu istiqamətdə Azərbaycan alimlərinin də müəyyən nailiyyətləri vardır. Bunlardan S.T. Yeqanlının, E.M. Hacıyevin, C.A.Məmmədovun B.Ə.Bilalovun və başqalarının adlarını xüsusi olaraq qeyd etmək olar. B.Ə.Bilalov «turizm» sözünün mənasını aşağıdakı formada izah etmişdir: «Turizm-fransız sözü olmaqla mənası fiziki şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə istirahət, sağlamlaşdırma, tanış olma, idrakı (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti 8 getmələridir (səyahətləridir)».Turizmin təşkili işi istirahət və əyləncənin ən fəal formalarından biri olmaqla yanaşı həm də bir çox sosialiqtisadi, mədəni-siyasi və kulturoloji funksiyaların həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. Turizm müasir dünyanın qlobal əhəmiyyətə malik olan, sosial və iqtisadi əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradan, biznes maraqlarının əhatə dairəsini genişləndirən sahədir. Dünyanın hər yerində turizmin inkişafına dövlətlər və sivilizasiyalar səviyyəsində böyük maraq göstərilir. Elə buna görə də, hazırda beynəlxalq maliyyə qurumları və təşkilatları turizmin inkişafına öz maraq və diqqətlərini artırırlar. Aparılan sosialoji tədqiqatlardan məlum olmuşdur ki, hələ keçən yüzilliyin sonlarında turizm sahəsindən dünyada əldə olunan gəlirin həcmi ABŞ dolları ilə 450 milyardı ötüb keçmişdir. Onun inkişafının orta illik artım faizi isə 4.3 faizdən çox olmuşdur. Sovetlər İttifaqı dağıldıqdan sonra müstəqillik əldə etmiş Azərbaycan Respublikasında da turizmin inkişafına maraq artmış və bu sahəyə dövlət səviyyəsində xüsusi qayğı göstərilir. Hələ 2002-ci ilin avqust ayının 27-də «Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı» qəbul olunmuşdur. Ölkədə turizmin inkişafını təşkil edə biləcək dövlət strukturları yaradılmışdır. Respublikamızın bir sıra ali məktəblərində turizmin təşkilinin elmi əsaslarının tədris olunması bu sahəyə göstərilən maraqı əks etdirir. Məhz bu baxımdan «Turizmin əsasları» dərsliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində «Turizmin əsasları» fənninin tədrisində 4 əsas yer tutur. Turizmə olan bu münasibətin əsasında sözsüz ki, ilk növbədə ölkənin sosial-iqtisadi maraqları dayanır. Bu sosial-iqtisadi maraqların təminatı üçün isə, Azərbaycan Respublikasının kifayət qədər imkanları və təbii-coğrafi potensialı vardır. Dünyada mövcud olan 11 iqlimin 9-nun Azərbaycanda olması bu ölkənin turizm üçün əlverişli bir məkan olması haqqında aydın təsəvvür yaradır. Elə bu faktın özü Azərbaycanın beynəlxalq turizm marşrutuna daxil olması üçün kifayət edir. Ölkəmizin dənizi, aranı, dağı, meşələri, çayları, bulaqları, gölləri, yaylaqları turistlərin buraya cəlb olunması üçün diqqəti çəkən obyektlərdir. Ölkəmizdə sahibkarlıq inkişaf etdikcə bu obyektlərin hər birində turizm mərkəzlərinin yaradılması imkanları artır. Digər tərəfdən Azərbaycan xalqının maddi rifahı yaxşılaşdıqca turizm səfərlərinə çıxmaq meylləri də çoxalır. Artıq imkanlı azərbaycanlıların xarici turizm səfərlərinə çıxanlarının da sayı gündən-günə artır. Bu gün insanların hər birinin maraqlarının tam şəkildə təminatı üçün turizmin təşkili ilə məşğul olan peşəkar kadrlara çox böyük ehtiyac vardır. Peşəkar turizm mütəxəssisləri ayrı-ayrı bölgələrin fiziki və iqtisadi coğrafiyasını dərindən öyrənməli, həmin bölgələrdə turizmin təşkilinin təcrübi və elmi əsaslarını işləyib hazırlamağı bacarmalıdırlar. Digər tərəfdən turizm mütəxəssisləri üçün dünya haqqında geniş informasiyaya yiyələnmək texnologiyası mövcuddur. Bu texnologiyalar içərisində telekanallarla yanaşı internetin sürətli inkişafı xüsusi əhəmiyyət kəsb edir. İnternetdə olan informasiya bolluğu beynəlxalq turizmin imkanları ilə daha geniş şəkildə tanış olmaq imkanı yaradır. İnternetdə yayılan informasiyalardan istifadə etməklə turizmin alternativ variantlarını, xidmət obyektlərini, onun təşkilinin təcrübi əsaslarını öyrənmək mümkündür. Sözsüz ki, inkişaf etmiş ölkələrin turizm sahəsində əldə etdiyi təcrübəni müqayisəli şəkildə öyrənməyə ehtiyac vardır. Belə ölkələrdən Fransa, İspaniya, Yunanıstan, 5 Türkiyə, Avstriya, Amerikanın və başqa ölkələrin adını xüsusi olaraq qeyd etmək lazımdır. Aparılan araşdırmalara görə bu və ya digər ölkələrin milli gəlirinin 30 faizdən çoxunu turizm sahəsindən əldə olunan gəlir təşkil edir. Beynəlxalq turizm ildən-ilə inkişaf edir. Aparılan hesablamalara görə 2020-ci ilə qədər turizm özünün ən yüksək inkişaf həddinə çatacaq. Belə ki, həmin ildə dünya üzrə turistlərin sayı 1,5 milyard nəfərdən çox olacaqdır. Bu da indiki dövrlə müqayisədə iki dəfə çoxdur. Təbii ki, bu inkişaf daxilində Azərbaycan Respublikasının da öz payı olacaqdır. Məhz bu faktlar turizm ilə məşğulluğun aktuallığını çox qabarıq şəkildə üzə çıxarır. Azərbaycanda turizm işi elə peşəkarlıqla təşkil olunmalıdır ki, o beynəlxalq bazarda mövcud olan güclü rəqabətə davam gətirə bilsin. Deməli, bu rəqabətə davam gətirmək üçün turizm sahəsində iqtisadi kadrların hazırlanması məsələsi həmişə aktual olaraq qalır. Lakin, Azərbaycanın indiki vəziyyəti turizmin inkişafına qismən də olsa mane olur. Belə ki, turizm üçün daha əlverişli olan Dağlıq Qarabağ və onun ətrafında olan 11 rayon bu gün Ermənistanın işğalı altındadır. Eləcədə, işğal altında olan torpaqlarımızdan məcburən qaçqın düşənlər qaçqın şəhərciklərində, istirahət evlərində, mehmanxanalarda və s. yerlərdə müvəqqəti olaraq məskunlaşmışlar. Bu da turizmin infrastrukturunun zəifləməsinə özünün güclü təsirini göstərir. Belə bir fakt məlumdur ki, hələ Sovet dövründən qalmış ayrı-ayrı pansionatlarda da qaçqın və məcburi köçkünlər məskunlaşmışdır. Ancaq buna baxmayaraq bu gün Azərbaycanın turizm üçün əlverişli coğrafi şəraiti, müxtəlif iqlim qurşaqlarının, zəngin heyvanat aləminin, dənizinin və dənizsahili qumluqların, qədim mədəni tarixi irsin, milli ənənələrin, zəngin milli mətbəxin olması diqqəti cəlb edən amillərdir. «Böyük İpək Yolu»nun Azərbaycan ərazisindən keçməsi ölkəmizin dünyaya inteqrasiya olunmasına təkan 6 verir. Ümumiyyətlə, Çindən gəlib Azərbaycan ərazisindən keçən «Böyük İpək Yolu»nun (e. ə. II əsrdə kəşf olunub) yenidən bərpası başqa ölkələrin də beynəlxalq turizm bazarında iştirak etməsinə əlverişli şərait yaradır. Ümumdünya Turizm təşkilatı da bu gün «Böyük İpək Yolu»nun bərpasına xüsusi maraq göstərir. Bu təşkilat Ukraynanın Sudak şəhərində «Böyük İpək Yolu ilə Krım 2003» adlı beynəlxalq forum keçirmiş, bu məsələni reallaşdırmaq və onun həllini sürətləndirmək üçün hələ 1991-ci ildə Xivədə, 1994-cü ildə Səmərqənddə, 2002-ci ildə Buxarada xüsusi bəyannamələr qəbul etmişdir. Həmin təşkilatın səyi nəticəsində «Böyük İpək Yolu»nun turizm layihəsinə 24 dövlət üzv olmuşdur. Sevindirici haldır ki, son illərdə Azərbaycana gələn və Azərbaycandan başqa ölkələrə gedən turistlərin sayı gündən-günə artır. Məsələn, əgər 1996-cı ildə Azərbaycana 203.3 min turist gəlmişdirsə, 2004-cü ildə ölkəmizə gələn turistlərin sayı 1 milyon 300 min nəfərdən artıq olmuşdur. Hal-hazırda bu rəqəm iki dəfə artmışdır. Azərbaycanda turizm marşrutlarına daxil olan çoxlu memarlıq abidələri, qədim qaya təsvirləri və mənzərəli yerlər vardır. Bütün bunlar Mədəniyyət və Turizm nazirliyinin müvafiq şöbələri tərəfindən öyrənilmiş və konkret proqramlar işlənib hazırlanmışdır. Eyni zamanda bütün turizm resursları öyrənilib təhlil olunmuşdur. Həmçinin, turizmin maddi-texniki bazası üzərində kompleks şəkildə iş aparılır. İndi ölkəmizin müxtəlif ərazilərində dünya standartlarına uyğun gələn otellər, əyləncə mərkəzləri, istirahət zonaları yaradılır. Turizmin təşkilinin müxtəlif forma və metodları işlənilir. Bizim təqdim etdiyimiz bu dərslik, məhz turizm sahəsi üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələrin peşəkarlaşmasına kömək etmək məqsədi daşıyır.
İlk öncə əlaqələr yaradılmasından əvvəl işgüzar turizm fəaliyyətinin məqsədi, forma və metodları dəqiqləşdirilməlidir. Daha doğrusu, müəyyən qrupa göstəriləcək xidmət sahələrinin əhatə dairəsi müəyyən edilməlidir.
Əlaqələr üçün hazırlanan informasiyalar da işgüzar fəaliyyətin xidmət sahəsini, onun məkan və zamanını əvvəlcədən reallaşdırmalıdır. Şirkətin xidmət imkanları təkrarən nəzərdən keçirilməlidir. Göstəriləcək xidmətin planı tutulmalı, əks tərəfin isə göstərilən xidmət müqabilində ödəyəcəyi məbləğ əvvəlcədən müəyyənləşdirilməlidir. Bundan sonra mövcud məlumatlar sifarişçiyə çatdırılmalıdır, eyni zamanda sifarişçinin onun qarşısında irəli sürülən şərtlərə münasibəti öyrənilməlidir. Həyata keçirilən bu prosesə məlumat mübadiləsi deyilir. Belə ki, qarşılıqlı məlumat mübadiləsi aparmadan hər iki tərəfin maraqlarını təmin etmək mümkün deyildir. Məlumat mübadiləsi prosesində əsasən şifahi sözlərdən, müxtəlif jestlərdən və kütləvi şəkildə yayılması nəzərdə tutulan yazılı materiallardan geniş istifadə olunur. Müştəriyə göndərilən məlumatlar verbal və qeyriverbal xarakter daşıya bilər. Yəni həm şifahi, həm də yazılı formada ola bilər. Qeyd olunan əlaqə üsullarının seçimi şirkətin menecerlərinin istəyindən və imkanlarından çox asılıdır. Ümumiyyətlə, əlaqə mübadiləsi yaratmaq turizm işinin təşkilinin ən çətin və əsas sahələrindən biri kimi qiymətləndirilməlidir. Çünki, məlumat mübadiləsi zamanı çox tez-tez anlaşılmazlıqlar baş verir və bu da turizm işinin təşkilinin səmərəliliyinə öz mənfi təsirini göstərir. Bu çətinliklər hansı hallarda baş verir? Qoyulan bu sual mübadilə zamanı yaratmış çətinliklər haqqında əvvəlcədən düşünmək imkanı verir. Həmin çətinliklər əsasən aşağıdakılardan ibarətdir: - Məlumatların qeyri-müəyyən olması; - Məlumatın hər iki tərəfdən düzgün şərh edilməməsi; -Sifarişçinin, yaxud təşkilatçının aldığı məlumatı yanlış qavraması; - Tərəflərin baxışlarının və intellektual səviyyələrinin birbirinə uyğun gəlməməsi; - Məlumatın bilərəkdən, yaxud bilməyərəkdən təhrif olunması; - Əlaqələrin intensiv şəkildə olması üçün rabitə xidmətinin qənaətbəxş olmaması; - Canlı əlaqələrin yaradılması prosesi üçün nəqliyyat vasitələrinin çatışmazlığı və ya nasazlığı. Etiraf etmək lazımdır ki, qeyd olunan bu hallar ən peşəkar fəaliyyət göstərən turizm şirkətlərində də baş verə bilər. Məsələn, hələ kifayət qədər iş təcrübəsi olmayan təşkilatçı menecer sifarişçiyə xidmət məlumatlarını kifayət qədər dəqiq çatdıra bilməməyi ucbatından müəyyən çətinliklər yarana bilər. Eyni zamanda turist səfərinə hazırlaşan şəxs, yaxud qrup onu yanlış başa düşə bilər. Buna görə də menecer əks tərəfin məlumatı qavramaq səviyyəsini dönə-dönə yoxlamağa və ətraflı izahatlar verməyə məcburdur. Əks halda xoşa gəlməz hadisələrin baş verməsi nəticəsində o, öz işini itirə bilər, yaxud da inzibati cəza ilə üz-üzə qalar. Məhz bu deyilənləri nəzərə alaraq fəal dinləmə prosesi turizm işinin səmərəliliyini artıran ən başlıca amillərdən biri hesab edilir. Fəal dinləmə olmadan həmsöhbəti inandırmaq, onun maraq və tələblərini təmin etmək mümkün deyildir. Həmsöhbətini inandırmaq üçün isə xoşsifət olmaq, aydın tələffüzlə həmsöhbəti anlatmaq qabiliyyəti əsas sərtdir. Həmsöhbətin verdiyi məlumata reaksiya verərkən təmkinli, geniş məlumatlı görünmək lazımdır. Müasir mərhələdə turizm xidmətləri haqqında məlumat mübadiləsi aparmaq üçün daha böyük imkanlar mövcuddur. İnternet saytları vasitəsi ilə məlumatların toplanılması və alınması işi də sərfəli və əhatəlidir. Bu sahədə artıq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin də böyük təcrübəsi vardır. Bununla əlaqədar olaraq nazir Əbülvəz Qarayev demişdir: «Turizm sahəsinin inkişafı üçün bu gün hansı işlər görülür? Azərbaycanın beynəlxalq turizm biznesi zonası kimi inkişaf etməsinin ilkin mərhələsi üçün bu gün əlverişli iqtisadi zəmin, müvafiq dövlət tənzimləmə mexanizmi, hüquqinormativ bazanın yaradılması vacibdir. Bundan başqa, müvafiq vasitələrlə təbliğat işləri aparmaq lazımdır. Nazirlik internetdə gələcəkdə Azərbaycanın bütün diqqətəlayiq yerləri haqqında danışan məlumat portalına çevriləcək sayt yaratmışdır. Turisti ölkəyə cəlb etməkdən qabaq onun istifadə edəcəyi xidmət dairəsini qaydaya salmaq və böyütmək, infrastrukturun şəbəkəsini genişləndirmək lazımdır. İnsan istirahətə gedərkən ona nə lazımdır? Sivil xidmət sisteminin mövcudluğu - avtomobil nəqliyyatı, istehlak xidmətləri, restoran biznesi, müxtəlif xidmət keyfiyyətli otellər və çoxlu miqdarda başqa xidmətlər». 1 Turizm haqqında məlumat mübadiləsinin inkişaf etdirilməsi işində Türkiyə respublikasının çox böyük təcrübəsi vardır. Belə ki, Türkiyə turizm şirkətləri öz məlumatlarını internet səhifələrində yerləşdirməklə yanaşı, müxtəlif turizm əraziləri haqqında şəkilli məlumat kitabçaları çap edirlər. Həmin kitabçalar ayrı-ayrı xalqların dilində dərc olunur. Bu kitabçalarda ərazinin qədim tikililəri, mənzərəli yerləri, insanların həyat tərzi kitabçaya salınan fotoşəkillərdə öz əksini tapır. Kitabçalar rəngli dərc olunduğundan kifayət qədər cəzbedicidir. Azərbaycan Respublikasında da Türkiyənin təcrübəsindən istifadə etməyə böyük ehtiyac vardır. Bu kitabçalar əlaqə mübadiləsi qurarkən həmsöhbəti danışığa ruhlandırmaq üçün çox əlverişlidir. Belə ki, kitabçada verilən məlumatlar və rəngli şəkillər həmsöhbətin maraq dairəsini genişləndirərək, onun turizm xidmətindən istifadə etmək arzusunu reallaşdırır. Bu kitabçalarda göstəriləcək turizm xidmətinin tipləri və növləri haqqında da geniş məlumatlar verilir. Ümumiyyətlə, bu gün turizmin inkişafı sosial problemlərin həllində mühum rol oynayır. O, sülhun möhkəmlənməsinə, xalqların yaxınlaşması və inteqrasiyasına, incəsənət və mədəniyyətin inkişafına, millətlərin mənəvi və fiziki cəhətdən daha sağlam olmasına gətirib çıxarır. Bir çox ölkələrdə turizmin yüksək inkişafı yeni iş yerlərinin yaradılmasına, əhalinin həyat səviyyəsinin və ölkənin ödəniş balanmının yaxşılaşdırılmasına öz böyük təsirini göstərir. Onu da deyək ki, son illər ölkə rəhbərliyinin özəl sektorlara və sahibkarlığa qayğısı iqtisadiyyatın inkişafına böyük təkən vermişdir. Ölkə prezidentin 24 noyabr 2003-cü il tarixdə imzaladığı «Azərbaycan Respublikasında sosialiqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» fərman məhz ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş yolun məntiqi davamıdır. Bu gün aparılan islahatların və görülən işlərin nəticələri Azərbaycanın bir daha dinamik və hərtərəfli inkişaf edən ölkə olduğunu söyləməyə əsas verir.
Yüklə 104,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin