AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə34/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

XI mühazirə 
 
 
416
Azərittifaq pərakəndə mal dövriyyəsi planını 103 faiz yerinə 
yetirmişdi. Azərittifaq komisyon ticarətinin dövriyyəsi 108 min 
manat olmuşdu və ya 1952-ci ilə nisbətən 13 faiz artmışdı. İllik 
komisyon ticarəti planı 94 faiz yerinə yetirilmişdi. 1958-ci ildə 
əhaliyə ən mühüm ərzaq malları və digər mallar satışı 1957-ci 
ilə nisbətən bu qədər artmışdı: ət və quş satışı 4 faiz, mal-qara 
yağı satışı 20 faiz, şəkər satışı 10 faiz, qənnadı mallar satışı 11 
faiz, tikili mallar satışı 9 faiz, trikotaj mallar satışı 10 faiz, gön 
ayaqqabı sahəsi 11 faiz . 
1958-ci ilə nisbətən 1959-cu ildə büdcənin həcmi 425 
mln. 700 min manat və ya 8,7 faiz artmışdı. 1957-ci ildə 
respublikada dövlət büdcəsi mədaxil üzrə 4 mlrd. 541 mln. 300 
min manat məbləğində  və ya 103,2 faiz yerinə yetirilmişdi. 
Məxaric üzrə büdcə 4 mlrd. 298 mln. manat məbləğində və ya 
98,2 faiz icra edilmişdi. Büdcənin mədaxil hissəsi bütövlükdə 
və  əsas mənbələr üzrə artıqlaması ilə yerinə yetirilmişdi, bu 
büdcəyə plandan əlavə 142 mln. 800 min manat daxil olmuşdu. 
Keçmiş SSRİ-də yaşayan 231.8 milyon əhalinin 107.1 milyon 
nəfəri, yəni 46 faizi, respublikamızda isə 4660 min nəfər 
əhalinin 2332 min nəfəri və ya 50 faizi kənd yerlərində 
yaşayırdı. Əhalinin son siyahıyaalma məlumatlarına görə, kənd 
təsərrüfatında çalışanların sayı 85 faiz idi. Lakin kənd  əhalisi 
içərisində  əmək qabiliyyətlilərin miqdarı  şəhərdəkinə nisbətən 
xeyli az idi. Burada əhalinin bir hissəsini əmək iqtidarına malik 
olmayanlar, yəni qocalar, əlillər və yeniyetmələr təşkil edirdi. 
50-ci illərin  əvvəllərində Bakı  şəhərində azərbaycanlılar 
əhalinin az hissəsini təşkil edirdi. Sənayenin sürətlə inkişafı, 
yeni iş yerlərinin açılması, kəndli gənclərin buraya axını 
nəticəsində, Bakıda azərbaycanlıların sayı xeyli artdı, 
demoqrafik  şərait dəyişdi. 50-ci illərin sonlarında respublika 
əhalisinin sayı müharibədən əvvəlki səviyyəyə çatmışdı. 1959-
cu illərin əvvəllərində Azərbaycanda 3.698 min nəfər yaşadığı 
halda, 60-cı illərin axırlarında bu rəqəm 5 milyonu ötüb keç-
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
417
mişdi. Respublika əhalisinin sosial tərkibində  də mühüm 
dəyişikliklər baş vermişdi. Şəhər əhalisinin sayı artmışdı. 70-ci 
illərin  əvvəllərində respublika əhalisinin yarısı  şəhərlərdə 
yaşayırdı. Bu illərdə  sənaye müəssisələri və sovxozların 
inkişafı ilə  əlaqədar fəhlələrin sayı çoxalmış, kolxozçu 
kəndlilərin sayı isə,  əksinə, xeyli azalmışdı. 60-cı illərin 
axırında Azərbaycan SSR-də  əmək qabiliyyətli  əhalinin 72,5 
faizi ictimai müəssisələrdə fəaliyyət göstərirdi. Şəhər yerlərində 
yaşayan  əhalinin 62,1 faizi, kənd  əhalisinin isə 53 faizi əmək 
qabiliyyətli yaşında olan adamlar idi. 
Kolxoz və sovxozlarda kifayət qədər işçi qüvvəsi 
çalışırdı. Respublikanın kolxozlarında əmək ehtiyatlarından is-
tifadə edilməsi daha zəif idi. Burada il ərzində  hər bir əmək 
qabiliyyətli kişi 187, qadın 121, yaşı ötmüşlər 72, yeniyetmələr 
isə 47 adam-gün məşğul olurdu. Respublikanın kənd təsər-
rüfatında 6.2 min nəfər ali və orta təhsilli aqronom, zootexnik, 
baytar həkimi, meşəşünas, 5.7 min nəfər isə iqtisadçı-plançı, 
iqtisadçı-statist vardı. Halbuki inqilabdan əvvəlki dövrdə 
Azərbaycanda cəmi 10 nəfər aqronom və 15 nəfər baytar 
həkimi olmuşdur. 60-cı illərdə Azərbaycanda sosial-mədəni 
quruculuğun sürəti 50-ci illərlə müqayisədə xeyli azalsa da, bu 
illərdə Akademiya, universitet şəhərcikləri, Bakı Hava Limanı, 
Akademik Dram Teatrı, Mərkəzi Univermaq və Dövlət Sirkinin 
binaları tikilib istifadəyə verilmişdi. 1967-ci ildə Bakı 
metropoliteninin 6 stansiyası  işə düşmüşdü. Bu illərdə 
Azərbaycanda 45 şəhər, 116 şəhərtipli qəsəbə mövcud idi. 
Bunlarla yanaşı, 60-cı illərdə rayonların kəndlərində  məişət-
kommunal xidmətinə diqqət olduqca zəif olmuşdu. Xüsusilə, 
dağ rayonlarında mədəni quruculuq işlərinin səviyyəsi həddən 
artıq aşağı idi. Yüzlərlə kənd boşalmış, əhalisi isə respublikanın 
şəhərlərinə köç etmişdi.  Əhalinin miqrasiyası xeyli 
sürətlənmişdi. Bu, dağ rayonları  əhalisinin sosial-iqtisadi 
vəziyyətinin dözülməzliyi ilə bağlı idi. Əhaliyə  məişət-

XI mühazirə 
 
 
418
kommunal xidməti sahəsində  tələbatla müqayisədə sosial-
mədəni quruculuq çox ləng və keyfiyyətsiz idi. Şəhər əhalisinin 
mənzilə olan ehtiyacı ödənmirdi. Tikilən evlərdə (Xruşşov 
evləri, dəmir-beton planlı evlər) yararsız idi. Kənd rayonlarında 
elektrik enerjisinə olan tələbat çox aşağı  səviyyədə ödənilirdi. 
Yüzlərlə kənd enerjidən istifadə imkanından məhrum idi. 
 
Ədəbiyyat 
1.
 
Əliyev H.Ə. «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan 
SSR  ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə 
deportasiyası haqqında» Azərbaycan Respublikası prezidentinin 
fərmanı. 18 dekabr, 1997 
2.
 
Dulayeva Z.N. Sumqayıt Azərbaycanın sənaye mərkəzidir. Bakı: 
1962 
3.
 
Həsənli C. SSRİ-Türkiyə: Soyuq müharibənin sınaq meydanı. 
Bakı: 2005 
4.
 
Həsənli C. Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar 
(1954-1959). Bakı: 2008 
5.
 
İmanov R. Daşkəsən. Bakı: 1979 
6.
 
Mir Cəfər Bağlırov xatirələrdə. Bakı: 2006 
7.
 
Zeynalov  İ.X. Azərbaycanın iqtisadi və sosial inkişafı (70-80-ci 
illər). Bakı: 1996; Yenə onun. Azərbacyanın sosial-iqtisadi inkişafı 
XX  əsrin II yarısında. Bakı: Azərnəşr, 2005; Qasımlı M. 
Azərbaycanın Baş nazirləri. Bakı: 2005 
8.
 
Исмаилов  Э.Р.  Власть  и  народ.  Послевоенный  сталинизм  в 
Азербайджане. Баку: 2003 
9.
 
Исмаилов  Э.Р.  Азербайджан: 1953-1956 гг.  Первые  годы  «от-
тепели». Баку: 2006. 
10.
 
Гасанлы  Дж.  Хрущевская  «оттепель»  и  национальный  во-
прос в Азербайджане (1954-1959). М.: 2009. 

XII mühazirə 
 
 
418
prof. İ.X.Zeynalov 
dos. X.M.Abbasova 
 
XII. AZƏRBAYCAN SSR XX YÜZİLLİYİN 
70-80-ci İLLƏRİNDƏ 
 
1.
 
Siyasi həyat. H.Ə.Əliyevin Azərbaycan SSR-ə birinci 
rəhbərlik dövrü 
2.
 
Azərbaycan SSR-in sənayesi 70-80-ci illərdə 
3.
 
70-80-ci illərdə respublika iqtisadiyyatında kənd 
təsərrüfatının xüsusi çəkisinin artması 
4.
 
Sosial-mədəni quruculuq 
 
 
1. Siyasi həyat. H.Əliyevin Azərbaycan SSR-ə 
birinci rəhbərlik dövrü 
 
XX yüzilliyin 60-cı illərinin sonuna yaxın Azərbaycanın 
sosial-iqtisadi həyatını  dərin böhran bürüdüyü, olduqca mürək-
kəb, ağır bir şəraitdə, respublikamızın iqtisadi inkişaf gös-
təricilərinə görə keçmiş Sovetlər Birliyində sonuncu yerdə 
olduğu bir zamanda, 1969-cu ilin iyulunda hakimiyyətə  gələn 
Heydər  Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik et-
mişdir. Uzun illər Dövlət Təhlükəsizlik Komitəsində  işləyən, 
1967-1969-cu illərdə bu orqana rəhbərlik edən Heydər  Əliyev 
respublikada idarəçiliyi gücləndirməyə, rüşvətxorluğa, korrup-
siyaya qarşı barışmaz mübarizə aparmağa başladı. Heydər 
Əliyev mərkəzdəki nüfuzundan respublikanın sosial-iqtisadi, 
mədəni inkişafı üçün səmərəli istifadə etməyə çalışırdı. 
Heydər  Əliyevin təşəbbüsü ilə 1969-cu il avqustun 5-də 
Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinin 
(Azərb.KP MK) plenumu oldu. Burada Azərbaycanın tarixində 
ilk dəfə olaraq respublikanın sosial-iqtisadi, siyasi və  mədəni 
həyatı dərindən, hərtərəfli təhlil olundu, uzun illərdən bəri yığılıb 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
419
qalmış problemlər müzakirə eldildi və  çıxış yolları 
müəyyənləşdirildi. Həmin vaxtdan da Azərbaycanda tənəzzüldən 
tərəqqiyə dönüş başladı. Cəmiyyətin keyfiyyətcə irəliyə, milli 
özünüdərkə, milli özünə qayıdışa dönüş mərhələsinin başlanğıcı 
qoyuldu. 1969-cu ildən respublikanın ictimai-siyasi, iqtisadi və 
sosial-mədəni həyatında intibah dövrü başlandı. Az müddətdə 
respublikanın idarəçilik sistemi xeyli möhkəmləndirildi. Heydər 
Əliyev Sovetlər Birliyində, onun mərkəzi aparatında işgüzar, 
prinsipial bir dövlət xadimi kimi böyük nüfuz qazandı, o, 
fenomenal siyasi və dövlət xadiminə çevrildi. Onun 
Azərbaycana rəhbərlik etdiyi birinci mərhələ – 1969-1982-ci 
illər XX əsr Azərbaycanının ictimai-iqtisadi, siyasi və  mədəni 
inkişaf tarixində  ən parlaq dövr hesab edilir. Bu illərdə  əldə 
edilmiş  uğurlar, Heydər  Əliyevin uzaqgörən siyasətinin 
düzgünlüyünü və  həyatiliyini göstərir. 1969-1982-ci illərdə 
Azərbaycan SSR-də qazanılan nailiyyətlər müstəqil Azərbaycan 
Respublikasında hüquqi, dünyəvi və demokratik dövlət 
quruculuğu üçün mühüm təməl oldu. 
Heydər  Əliyev kiçik fasilələrlə XX əsrin son otuz ilində 
Azərbaycana rəhbərlik etmişdir (1969-1982-ci illər və 1993-2003-
cü illərdə Azərbaycana rəhbərlik etmiş, 1982-1987-ci illərdə SSRİ 
Nazirlər Sovetinin birinci müavini işləmiş, iyun 1990-1993-cü 
illərdə isə Naxçıvan MR Ali Məclisinin sədri, Azərbaycan 
Respublikası Milli Məclisinin sədr müavini olmuşdur). 
Heydər Əliyev hakimiyyətə gəldiyi vaxtdan respublikanın 
bütün təşkilatlarını dövlət və 
əmək intizamını 
möhkəmləndirməyə, respublikada mənəvi-psixoloji mühiti 
sağlamlaşdırmağa çağırırdı. O, Azərbaycan KP MK-nın 
plenumlarında, qurultaylarında, zona müşavirələrində  və digər 
toplantılarda etdiyi məruzə  və  çıxışlarında, bir qayda olaraq, 
təsərrüfat və  mədəni quruculuq məsələlərini təhlil edir, 
nöqsanları  aşkarlayır, onları aradan qaldırmağın yollarını 
müəyyənləşdirirdi. Bu illər Azərbaycanın iqtisadi, ictimai-siyasi 

XII mühazirə 
 
 
420
həyatında dönüş başladı, respublikanın dinamik inkişafı üçün 
kompleks proqramlar hazırlandı. 
Azərbaycan Kommunist Partiyası XXVIII qurultayının 
qəbul etdiyi qətnamədə deyilirdi: «Partiya, sovet və  təsərrüfat 
orqanlarının fəaliyyətində yol vermiş böyük nöqsanlar, 
mədəniyyət və  təsərrüfat quruculuğu işlərində, kadrların seçil-
məsində  və yerləşdirilməsində respublikanın  əvvəlki rəhbərliyi 
tərəfindən buraxılmış ciddi səhvlər nəticəsində respublika 
iqtisadiyyatı uzun müddət ləng, ittifaq üzrə orta səviyyədən xeyli 
geri qalan bir sürətlə inkişaf etmişdir, sənaye və kənd təsərrüfatı 
istehsalının tam bir sıra göstəriciləri üzrə Azərbaycan SSR 
ölkədə axırıncı yerlərdə olmuşdur». 
1969-cu il avqust plenumunda, sonrakı plenum və 
qurultaylarda, müşavirələrdə Heydər  Əliyevin çıxışlarında, 
nitqlərində respublikanın iqtisadi, siyasi həyatında mövcud olan 
vəziyyət təhlil edilmiş, rəhbərlik prinsiplərində ciddi 
dəyişikliklər olunmuş, kadrlara qarşı 
tələbkarlıq 
gücləndirilmişdi. 
Tezliklə  mərkəzdə böyük nüfuz qazanan, öz rəhbərlik 
prinsipləri ilə fərqlənən Heydər Əliyev 1976-cı ildə Sov.İKP MK 
Siyasi Bürosu üzvlüyünə namizəd və 1982-ci ildə Sov.İKP MK 
Siyasi Bürosuna üzv seçilmişdir. Heydər  Əliyevin hakimiyyəti 
dövründə (1969-1982-ci illərdə) 250-dən çox zavod, fabrik, 
istehsal sexləri və digər istehsal müəssisələri istifadəyə verilmiş, 
630 min yeni iş yeri açılmışdı. Müasir istehsal sahələri 
yaradılmış, metallurgiya, radiotexnika elektrotexnika sahələri 
inkişaf etdirilmişdi. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı 
nəticəsində yapon texnologiyası əsasında məişət kondisionerləri 
zavodu tikilib istifadəyə verilmişdir. Bakı, Gəncə, Sumqayıt və 
digər  şəhərlərdə yeni istehsal sahələri açılmış, abadlaşdırma 
aparılmışdı. 
1969-1982-ci illərdə Heydər  Əliyevin Azərbaycana 
rəhbərliyi dövründə əldə edilən sosial-iqtisadi nəticələr XX əsrin 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
421
90-cı illərinin ortalarından başlayaraq respublikamızda müstəqil 
dövlət quruculuğunun həyata keçirilməsində bünövrə rolunu 
oynamışdır. 
XX əsrin 70-80-ci illəri Azərbaycanın tarixində ən parlaq 
zaman kəsiyidir. 70-ci illərin  əvvəllərindən başlanan iqtisadi 
inkişaf, sosial, milli-mədəni dirçəliş, milli özünüdərk getdikcə 
gücləndi və 80-ci illərin sonlarından başlanan milli dövlətçilik 
ideyasının formalaşmasına, milli-azadlıq mübarizəsinə böyük 
təsir göstərdi. 
1982-ci ildə Heydər Əliyev görkəmli, böyük iş təcrübəsinə 
malik, mərkəzdə böyük nüfuzu olan bir siyasi xadim kimi 
Sovetlər Birliyində yüksək vəzifəyə seçildi. SSRİ Ali Soveti Rə-
yasət Heyətinin 22 noyabr 1982-ci il tarixli qərarı ilə Heydər 
Əlirza oğlu Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini 
təyin edildi və 1987-ci il oktyabrın 21-ə kimi bu vəzifədə yüksək 
bacarıqla işlədi. 
1987-ci il oktyabrın 21-də Sov.İKP MK-nın plenumu 
«Səhhətinə görə pensiyaya çıxması ilə  əlaqədar Sov.İKP MK 
Siyasi Bürosunun üzvü vəzifəsindən azad edilməsi barədə 
H.Ə.Əliyev yoldaşın xahişini təmin etmişdir». 
Həmin il oktyabrın 24-də «Pravda» qəzetində dərc olunmuş 
məlumatda bildrilirdi: «SSRİ Ali Soveti Rəyasət Heyəti səhhətinə 
görə pensiyaya çıxması ilə əlaqədar SSRİ Nazirlər Soveti sədrinin 
birinci müavini vəzifəsindən azad edilməsi barədə Heydər Əliyev 
yoldaşın xahişini təmin etmişdir». 
1988-ci ildən isə Dağlıq Qarabağ hadisələri başladı. XX əsrin 
80-ci illərin ikinci yarısından keçmiş SSRİ-də gedən ictimai-
siyasi proseslər Azərbaycanın da sosial-iqtisadi və siyasi 
həyatına təsir etməyə başladı. Azərbaycanda dövlət müstəqilliyi 
uğrunda mübarizəyə yol açıldı. 
1977-ci ildə Dağlıq Qarabağ  məsələsi yenidən qaldırılsa 
da, onun qarşısı alındı. 70-80-ci illərdə SSRİ-də inzibati-amirlik 
daha da gücləndi, ictimai-təşkilatların, o cümlədən partiya, 

XII mühazirə 
 
 
422
komsomol, həmkarlar təşkilatlarının fəaliyyətində formalizm 
daha da dərinləşdi. Yerli Sovetlərin, deputatların statusu 
haqqında bir neçə qanun qəbul edildi. Həmçinin 1977-ci ildə 
qəbul olunmuş SSRİ konstitusiyasına müvafiq olaraq 1978-ci 
ilin aprelində Azərbaycan SSR-in, may ayında isə Naxçıvan 
MSSR-in yeni Konstitusiyaları qəbul edildi. 
80-ci illərin ortalarından başlayaraq Azərbaycanın da 
ictimai-siyasi həyatında durğunluq və geriləmə prosesi başladı. 
İctimai təşkilatların, o cümlədən ilk partiya təşkilatlarının, 
komsomolun, həmkarlar ittifaqlarının, sovetlərin hüquqları 
məhdud xarakter daşıyırdı. 1977-ci ildə  qəbul edilmiş SSRİ  və 
1978-ci ildə  qəbul edilmiş Azərbaycan SSR konstitusiyalarının 
6-cı maddəsində göstərilir ki, Kommunist partiyası sovet 
cəmiyyətinin rəhbər və istiqamətverici qüvvəsidir. O illərdə 
demokratiyanın genişləndirilməsindən danışılırdı, lakin bu, hay-
küydən başqa bir şey deyildi. 
Yüksək vəzifə tutmaq üçün partiyanın üzvü olmaq başlıca 
şərt idi. 
Bu illərdə – 70-80-ci illərdə respublika mərkəzin xammal 
mənbəyinə çevrilmişdi. 1982-ci ilin 10 noyabrında Heydər 
Əliyev Sov.İKP MK Siyasi Bürosuna üzv seçilib, Moskvaya, 
SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsinə tə-yin edildi 
və Azərbaycanda rəhbərliyə Kamran Bağırov gətirildi. Onun 
dövründə dövlətçilik, idarəetmə zəiflədi, siyasi sistemdə çürümə 
prosesi başladı. Mərkəzdə isə Heydər  Əliyevə qarşı  çıxan 
qüvvələr, onun nüfuzunu zəiflətməyə çalışırdılar, bu isə 
alınmırdı. 
1987-ci ildə Heydər  Əliyevin Moskvada vəzifədən uzaq-
laşdırılmasından sonra respublikada siyasi vəziyyət daha da 
mürəkkəbləşdi, daxili sabitlik pozulmağa başladı. Bir il sonra 
1988-ci ildə isə  mərkəzin himayə etdiyi ermənilərin Azərbay-
cana qarşı  ərazi iddiaları yenidən baş qaldırdı. Dağlıq Qarabağ 
problemi yarandı. 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
423
 
2. Azərbaycan SSR-in sənayesi 70-80-ci illərdə 
 
XX yüzillikdə Azərbaycanın sosial-iqtisadi və  mədəni 
inkişafının ən yüksək mərhələsi 70-ci illərlə 80-ci illərin birinci 
yarısına düşür. 
Sovetlər Birliyi dövründə ittifaq respublikalarının hər 
birinin iqtisadiyyatı ümumi xüsusiyyətlərlə yanaşı, çox mühüm 
fərqləndirici cəhətlərə malik idi. 1969-1982-ci illərdə 
respublikaya rəhbərlik etmiş Heydər  Əliyevin iş  təcrübəsi 
əsasında Azərbaycanın iqtisadi həyatında  əldə edilən böyük 
uğurlar ölkəmiz üçün fərqləndirici haldır. 
Azərbaycan KP MK-nın 1969-cu və 1970-ci il avqust 
plenumlarında respublikada iş intizamı, iqtisadiyyatda yaranmış 
uzun sürən geriliyin, mövcud nöqsanların, qüsurların səbəbləri 
müzakirə edilmiş, onların aradan qaldırılmasının yolları 
açıqlanmışdı. Plenumlardan sonra Heydər  Əliyevin rəhbərliyi 
altında respublika iqtisadiyyatının dinamik inkişafını  təmin 
etmək üçün kompleks tədbirlər görülmüşdür. Respublika rəhbəri 
kimi Heydər  Əliyev mərkəzdə olan nüfuzundan istifadə edərək 
Sov.İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən Azərbaycan 
SSR-in iqtisadi, sosial və mədəni həyatında köklü dəyişiklikləri, 
intensiv inkişafı  təmin edən, respublika əhalisinin maddi həyat 
səviiyyəsinin yüksəlməsinə  gətirib çıxaran bir sıra mühüm 
qərarların qəbuluna nail olmuşdu: 1) 1970-ci il iyulun 23-də 
«Azərbaycan SSR xalq təsərrüfatını inkişaf etdirmək tədbirləri 
haqqında»; 1970-ci il iyulun 25-də «Azərbaycan SSR-də  kənd 
təsərrüfatı istehsalını daha da inkişaf etdirmək tədbirləri 
haqqında»; 3) 1975-ci il iyulun 9-da «Azərbaycan SSR-də kənd 
təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri 
haqqında»; 4) 1976-cı il iyulun 27-də «1976-1980-ci illərdə 
respublika sənayesinin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə 
dair Azərbaycan KP MK-nın təkliflərinin nəzərdən keçirilməsi 

XII mühazirə 
 
 
424
nəticələri barəsində»; 5) 1979-cu il fevralın 22-də «Azərbaycan 
SSR-də kənd təsərrüfatını daha da ixtisaslaşdırmaq, üzümçülüyü 
və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında» və s. 
70-ci illərin  əvvəllərindən respublika sənayesinin 
inkişafında yeni mərhələ başladı. Sənayenin strukturunda əsaslı 
dəyişikliklər baş verdi. 1970-ci ildə sənaye məhsulu istehsalı 8,6 
faiz artdı. 
Bu illərdə neft sənayesində uzun illərdən bəri yığılıb 
qalmış problemlər həll edilmiş, Azərbaycan neft sənayesinin 
inkişafı yeni mərhələyə daxil olmuşdu. Respublikada neft 
tariximizin son yüzilində 1 milyard ton neft çıxarılmışdı. Təkcə, 
1971-ci ildə 18 milyon tondan çox neft hasil olunmuşdu. Geoloji 
kəşfiyyat işlərinin genişləndirilməsi nəticəsində üç yeni neft 
yatağı: Siyəzəndə Zəyli-Zeyvə, Cənubi Kür vadisində Kürsəngi, 
Muradxanlı yataqları kəşf olunmuşdu. Sov.İKP MK-nın 1971-ci 
il 5 yanvar tarixli «Neft sənayesində  və geoloji kəşfiyyat 
təşkilatlarında qabaqcıl qazma briqadalarının iş  təcrübəsinin 
yayılması haqqında» qərarına uyğun olaraq, «Azneft»in və 
«Xəzərdənizneft»in işi təkmilləşdirilmişdir. 
70-ci illərdə Azərbaycana yeni texnologiya və  «Şelf-2», 
«Şelf-3», «Şelf-4», «Şelf-5» qazma qurğuları  gətirildi. Bu, 
respublikada yeni neft sahələrinin açılmasına – «İstiqlal» və 
«Dədə Qorqud» qurğularının işə salınmasına səbəb oldu. 
Xəzərdə «28 aprel», «Bahar», «Azəri», «Günəşli» və digər zən-
gin neft və qaz kondensatı yataqları  aşkar edildi. Sualtı neft 
kəməri çəkildi. Dənizdə qazma işləri yeni texnologiya əsasında 
daha da təkmilləşdirildi. Dənizdə 2800-6500 metr dərinlikdə neft 
quyuları qazılmağa başlandı. 
Azneft və Xəzər Dəniz Neft Birliklərinin, respublika Neft 
sənayesi Nazirliyinin fəaliyyəti daima diqqət mərkəzində idi. 
Geoloji kəşfiyyat işlərinin genişləndirilməsinə diqqət daha da 
artırılmışdı. 
Neft hasilatında azalmanın qarşısı xeyli alınmış, yəni 7,2 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
425
faizdən 2,3 faizə enmişdi.  
Neft sənayesində neft emalı da aparıcı yer tutur. Bu sahədə 
mövcud olan qüsurlar və nöqsanlar Azərbaycan KP MK-nın 
1969-cu il avqust plenumunda açıqlanmış  və onların aradan 
qaldırılması ilə bağlı kompleks tədbirlər görülmüşdü. Nəticədə 
neft emalı müəssisələri inkişaf etdirilmiş, 1976-cı ildə Yeni Bakı 
Neftayırma, 1982-ci ildə isə Bakı neftayırma zavodunda neftin 
ilkin emalı üçün ELOU-AVT qurğusundan istifadəyə 
başlanmışdı. Bu müəssisələrdə 90 adda müxtəlif neft məhsulları 
– təyyarə, reaktiv qurğu, avtomobil, dizel yanacağı, sürtkü 
yağları, aşqarlar, bitum, neft-kimya sənayesi üçün xammal 
istehsal olunurdu.  
A – 76, Aİ – 93 markalı benzin istehsalı 12,5 faiz çoxalmış, 
bütövlükdə neftayırma sənayesində  məhsul istehsalı 1,4 dəfə 
artmışdı.  
70-80-ci illərdə respublikanın neft maşınqayırma sənayesi 
öz inkişafının yeni mərhələsinə daxil olmuş, sahənin 
strukturunda ciddi dəyişikliklər baş vermiş, əsas sexlər yenidən 
qurulmuş, yeni istehsal sahələri işə salınmışdı. 1985-ci ildə 
Dərin dəniz özülləri zavodu, 1983-cü ildə Qroznı-Bakı neft 
kəməri istifadəyə verilmişdi.  
1969-1982-ci illərdə  əlvan metallurgiya sənayesində 
məhsul istehsalı 2,2-2,5 dəfə artmışdı.  
70-80-ci illərdə Azərbaycanın iqtisadi xəritəsi, təqribən, 
100 sənaye sahəsini  əhatə edirdi. Onlardan biri də kimya 
sənayesi idi.  
Müasir sənaye inkişafını kimyasız təsəvvür etmək mümkün 
deyil. Hal-hazırda kənd təsərrüfatında, tikintidə, nəqliyyatda, 
sənayenin digər sahələrində kimyanın nailiyyətlərindən geniş 
istifadə olunur. Kimyəvi maddələr bir sıra qiymətli məhsulları, 
o cümlədən müxtəlif növ yunu, ipəyi, pambığı, mineral 
gübrələri, boyaq vasitələrini əvəz edir.  
Maddi istehsalın inkişafında kimya sənayesinin 

XII mühazirə 
 
 
426
əhəmiyyətli üstünlükləri vardır.  
Kimya sənayesinin inkişafında neft və qaz mühüm 
xammal mənbəyidir.  
70-80-ci illərdə respublikanın neftayırma zavodlarında 
neftdən dvidstirol, kauçuk, sintetik etil spirti, kaustik soda, yağ 
aşqarları, xlorid turşusu, kükürd turşusu, yod, kalium- yod, 
bromlu dəmir və bir sıra digər kimyəvi məhsulların istehsalına 
mühüm diqqət yetirilmişdir.  
Bu illərdə  həmçinin kükürd, plastik kütlə, sintetik 
qatranların, bitki qoruyan kimyəvi vasitələrin istehsalında da 
böyük irəliləyişlər olmuşdur. Bu sahədə Sumqayıt kimya 
sənaye müəssisələri birliyinin fəaliyyəti sintetik kauçuk 
zavodunun işində böyük dönüş yaratmışdır.  
70-80-ci illərdə neft-kimya sənayesində 
əmək 
məhsuldarlığının yüksəldilməsi sahəsində  də xeyli irəliləyişlər 
baş vermişdir. Həmçinin mineral gübrələr, herbisid, kaustik 
soda, sulfat turşusu, alüminium-xlorid, sulfanol, butil, kauçuk 
və s. kimyəvi məhsullar istehsalında bir sıra geriliklər aradan 
qaldırılmışdır.  
70-ci illərdə Sumqayıt Kimya Sənayesi Müəssisələri 
Birliyində iri komplekslər, Bakı  Şin zavodunda yeni 
avtokamera sexi, VPM-2-200 tipli iki avtomat xətt, Salyan 
Plastik Kütlələr zavodu və bir sıra digər istehsal obyektləri 
istifadəyə verilmişdir.  
80-ci illərin ortalarından meydana gəlməyə başlayan bir 
sıra mənfi meyllər, geriləmə prosesləri özünü neft, neft emalı, 
neft-kimya, kimya sənayesi sahələrində də göstərməyə başladı. 
İstehsalın səviyyəsi 70-ci illərlə müqayisədə aşağı düşdü.  
70-80-ci illərdə respublika sənayesinin  ən mühüm 
sahələrindən biri olan maşınqayırma sənayesinin də inkişafında 
yeni mərhələ başladı. Respublikada Neft Maşınqayırma 
Birliyinin nəzdində 20 müəssisə  fəaliyyət göstərirdi ki, 
bunlardan da 15-i iri zavod idi. Bu zavodlarda maşınlar, maşın 
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin