AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə37/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

XII mühazirə 
 
 
452
Heyvandarlığın intensiv inkişafını  təmin etmək üçün 
möhkəm yem bazasının yaradılmasına xüsusi əhəmiyyət verən 
Şamaxı heyvandarları yem bitkiləri 
əkinlərini 
genişləndirmişdilər. Rayonda tez-tez heyvandarların 
müşavirələri keçirilirdi. Müşavirələrdə bu sahənin problemləri 
ciddi  şəkildə müzakirə edilir, nöqsanları aradan qaldırmağın 
yolları müəyyənləşdirilirdi. 1983-1984-ci illərdə rayonun 27 
təsərrüfatında 21 yem sexi istifadəyə verilmişdi.  
Sənaye prinsipləri 
əsasında heyvandarlığın 
mexanikləşdirilməsi sahəsində Qazax, Şəmkir, Saatlı, Bərdə 
rayonlarının təsərrüfatlarında müsbət iş  təcrübəsi  əldə 
edilmişdi. 1984-cü ilin dekabrında keçirilmiş rayon 
heyvandarlarının iclasında qeyd edilmişdi ki, rayonun 
heyvandarlıq təsərrüfatlarında mal-qaranın cinsləşdirilməsi 
40%-ə çatdırılmış, bir yem zavodu istifadəyə verilmişdir, 10 
yem sexi tikilmiş, əl əməyi mexanikləşdirilmişdir.  
80-ci illərdə  əvvəlki illərlə müqayisədə respublikada 
heyvandarlığın intensiv inkişafı, mexanikləşdirilməsi, möhkəm 
yem bazasının yaradılması, fermalarda maddi-texniki bazanın 
möhkəmləndirilməsi nəticəsində, heyvandarlıq məhsullarının 
istehsalı xeyli artmışdı.  
80-ci illərin birinci yarısında – 1982-ci ildə qəbul edilmiş 
ərzaq proqramının heyvandarlıq məhsulları istehsalına və 
tədarükünə dair tapşırıqlar, əsasən, yerinə yetirilmişdi. Ət, süd, 
yun, yumurta istehsalı xeyli inkişaf etmişdi. Quşçuluqda 
yumurta və ət istehsal edən iri komplekslər yaradılmışdır. Quş 
əti satışı 1985-ci ildə 20,4 min ton olmuşdu ki, bu da 1980-ci 
ildəkindən dörd dəfə çox idi. Keçmiş DQMV, Abşeron, 
Ağdam, Xaçmaz, Saatlı,  Şamaxı,  Şəki,  İmişli, Qazax 
rayonlarının təsərrüfatları respublikada heyvandarlıq 
problemlərinin həllinə xeyli kömək göstərmişdi.  
Lakin heyvandarlıq məhsullarının inkişaf dinamikasında 
80-ci illərin ortalarında yalnız yun istehsalı azalmağa 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
453
başlamışdı. 80-ci illərin sonlarına yaxın isə heyvandarlıq 
məhsullarının digər sahələrində  də istehsal aşağı düşməyə 
başlamışdı.  
1975-1985-ci illərdə respublikada yaradılmış 150-dən çox 
heyvandarlıq kompleksinin gücündən süd istehsalında cəmi 
40%, ət istehsalında 50% istifadə olunmuşdu.  
Azərbaycan KP MK-nın iyun (1984-cü il) plenumunda 
kənd təsərrüfatı  məsələlərinə dair respublika partiya-təsərrüfat 
fəalları  yığıncağında heyvandarlığın idarə edilməsində ciddi 
nöqsanlar olduğu göstərilmişdi.  
80-ci illərin sonuna yaxın bir sıra obyektiv və subyektiv 
səbəblərdən heyvandarlığın inkişafında yaranmış problemləri 
və çətinlikləri həll etmək mümkün olmadı.  
 
4. Sosial-mədəni quruculuq 
 
Respublikanın iqtisadi inkişafı  əhalinin sosial-mədəni 
həyatını və onların maddi rifah vəziyyətini müəyyən edirdi.  
70-80-ci illərdə bu sahədə əsaslı dönüş başlamışdı. 1989-
cu il siyahıyaalınmasına görə, respublikada 7,1 milyon əhali 
yaşayırdı. 
Əhali. 70-80-ci illərdə Azərbaycanın iqtisadi inkişafı 
əhalinin sosial strukturunda ciddi dəyişikliklərə,  əhalinin 
sayının artmasına səbəb oldu. 
1970-1988-ci illərdə Azərbaycan  əhalisinin artım 
dinamikası aşağıdakı cədvəldə öz əksini tapmışdır: 
 
İllər 
Əhalinin sayı (min) 
Şəhər əhalisi Kənd əhalisi 
1970 
5117 2564 
2553 
1971 
5227 2632 
2595 
1972 
5339 2707 
2632 
1973 
5444 277 
2667 
1974 
5544 2854 
2690 
1975 
5644 2921 
2728 

XII mühazirə 
 
 
454
1976 
5734 2993 
2741 
1977 
5828 3065 
2763 
1978 
5924 3128 
2796 
1979 
6028 3200 
2828 
1980 
6112 3254 
2858 
1981 
6202 3313 
2889 
1982 
6303 3373 
2930 
1983 
6399 3429 
2970 
1984 
6506 3486 
3020 
1985 
6614 3553 
3061 
1986 
6708 3617 
3091 
1987 
6811 3678 
3133 
1988 
6917 3748 
3169 
Cədvəldən göründüyü kimi, əhalinin sayı 1970-ci ildəki 
5117 min nəfərdən 1988-ci ildə 6917 min nəfərə çatmışdı. 
Şəhər  əhalisi respublika əhalisinin ümumi sayının 54 faizini, 
kənd əhalisi isə 46 faizini təşkil edirdi. Müvafiq olaraq 1970-ci 
ildə kişilərin sayı  əhalinin ümumi sayının 49 faizini, qadınlar 
isə 51 faizini təşkil edirdisə, bu rəqəm 1988-ci ilə  qədər 
dəyişməmişdir. 
Respublika əhalisinin milli tərkibi 1989-cu ildə aşağıdakı 
kimi olmuşdur: 
- azərbaycanlılar 
 
 
- 5805,0 min nəfər 

ruslar 
   - 
392,3 
min 
nəfər 
- ermənilər 
   - 
390,5 
min 
nəfər 
- ləzgilər 
   - 
171,4 
min 
nəfər 
- avarlar 
 
 
 
- 44,1 min nəfər 
- ukraynalılar 
   - 
32,4 
min 
nəfər 
- tatarlar 
 
 
 
- 28,6 min nəfər 
- yəhudilər 
   - 
25,3 
min 
nəfər 
- talışlar    - 
17,7 
min 
nəfər 
- türklər    - 
17,7 
min 
nəfər 
- gürcülər 
   - 
14,2 
min 
nəfər 
- kürdlər    - 
12,2 
min 
nəfər 

tatlar 
    - 
10,2 
min 
nəfər 
- udinlər    - 
6,1 
min 
nəfər 
- dağ yəhudiləri 
 
 
- 5,5 min nəfər 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
455
- başqa millətlər 
 
 
- 44,6 min nəfər. 
Cədvəldən göründüyü kimi, 1989-cu ildə respublikada 1 
milyon 216 min nəfər qeyri-azərbaycanlı yaşayırdı. 
1990-cı ildə respublika əhalisi 7,037,9 min nəfərə, 2001-ci 
ildə 9 milyon 81 min nəfərə çatmışdı. Onlardan 51 faizini şəhər 
(4 milyon 107 min nəfər), 49 faizini (3 milyon 974 min nəfər) 
isə kənd əhalisi təşkil etdirdi. 
Doğum, ölüm, nigaha daxil olma, nigahın pozulması 
halları da əhalinin təbii artımına təsir edən amillərə daxildir. 
1970-ci ildə respublikada doğulanların ümumi sayı 151,0 
min nəfər idisə, bu rəqəm 1987-ci ildə 184,6 min nəfər 
olmuşdur. 1970-ci ildə  əhalinin hər 1000 nəfərinə 6,8 nigah 
qeydə alınmışdır. Bu rəqəm 1980-ci ildə 9,8, 1987-ci ildə isə 
9,9 təşkil etmişdir. Müvafiq olaraq, nigahın pozulması 1,3; 1,2; 
1,2 olmuşdur. 
70-80-ci illərdə  əhalinin təhsil səviyyəsi: 1970-ci ildə 
əhalinin hər 1000 nəfərindən 471 nəfəri ali və ya orta təhsilli 
idisə, 1979-cu ildə bu rəqəm 652 nəfər, 1986-cı ildə isə 741 
nəfər təşkil edirdi. 
70-80-ci illərdə respublika əhalisinin xalq təsərrüfatı 
sahələrində işləyən hissəsinin sayı 20,2 faiz artmışdı və onların 
75,3 faizi maddi istehsal sahələrində çalışırdı. Qeyri-istehsal 
sahələrində çalışanların sayı 25,0 faizdən 26,1 faizə qalxmışdı. 
Xalq təsərrüfatında çalışan ali və orta ixtisas təhsilli 
mütəxəssislərin sayı artaraq 1970-ci ildəki 274 min nəfərdən 
1987-ci ildə 625 min nəfərə çatmışdı. Onlardan ali təhsilli 
mütəxəssislərin sayı 366 min nəfər, orta ixtias təhsillilərin sayı 
isə 129 min nəfər idi. 
70-80-ci illərdə istehsal sahələrində  işləyən ziyalıların 
üçdə iki hissəsi sosial mənşəyinə görə  fəhlələr və  kəndlilər 
içərisindən çıxmışdı. 1970-ci ildə  əhalinin ümumi sayında 
fəhlələrin sayı 51,5 faiz, qulluqçuların sayı 27,4 faiz və 
kolxozçuların sayı 20,6 faiz təşkil edirdisə, 1986-cı ildə 

XII mühazirə 
 
 
456
fəhlələrin sayı 26 faiz və kolxozçuların sayı 13 faiz olmuşdu. 
70-80-ci illərdə  əhalinin maddi rifah halı xeyli yaxşılaş-
mışdı.  İşçilərin  əmək haqqı, pensiyalar, təqaüdlər və 
müavinətlər və s. artmışdı. Əhalinin qaza, elektrikə, suya olan 
ehtiyaclarının təmin olunmasında xeyli işlər görülmüşdü. 
İstehlak mallarına olan ehtiyacın ödənilməsinə diqqət 
artırılmışdı. Mənzil tikintisi sahəsində  əvvəlki on illə 
müqayisədə böyük irəliləyişlər var idi. 
70-80-ci illərdə respublikada ümumi sahəsi 38 milyon 
kv.m. olan yaşayış evləri tikilmişdi. Lakin yenə  də  əhalinin 
mənzilə olan ehtiyacı ödənilmirdi. Mənzillərin tikintisi 
tələbatdan 2,4 dəfə geri qalırdı.  
70-80-ci illərdə abadlıq işləri xeyli genişlənmişdi. 
Maarif və elm. XX əsrin 70-80-ci illərində Azərbaycanda 
elm və maarif sahəsində ciddi irəliliyişlər baş vermiş, təhsilin 
inkişafına diqqət xeyli güclənmişdi. 
1972-ci il avqustun 10-da Azərbaycan KP və Nazirlər 
Soveti «Gənclərin ümumi orta təhsilə keçməsinin başa çatması 
və ümumtəhsil məktəblərinin işinin daha da inkişaf etdirilməsi 
haqqında» qərar qəbul etmişdi. 
Qərarın icrası əsasında təkcə 1973-cü ildə respublikada 49 
yeni məktəb binası tikilib istifadəyə verilmişdi.  
1971-1975-ci illərdə Azərbaycanda 146.581 yerlik 254, o 
cümlədən kənd yerlərində 65.488 yerlik 173 məktəb binası 
tikilib istifadəyə verilmişdi. Qeyd olunan illərdə 23250 yerlik 
məktəbəqədər müəssisə, məktəblərin nəzdində 1780 yerlik 
internat binaları, müəllimlər üçün 1575 kvadrat metr yaşayış 
binası tikilmişdi. 
Bu illərdə  məktəblər  əyani və metodik vəsaitlərlə  təmin 
olunmuş, kitabxana şəbəkələri genişləndirilmişdi. 
70-80-ci illərdə  tədrisin keyfiyyəti də  əhəmiyyətli 
dərəcədə yaxşılaşmışdı. 
1971-1975-ci illərdə 8 fənn üzrə kabinetlər təşkil olunmuşdu. 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
457
70-80-ci illərdə axşam və qiyabi təhsil məktəblərinin geniş 
şəbəkəsi yaradılmışdı. Orta və ali məktəblərin fəaliyyəti kökündən 
yaxşılaşdırılmış, tədrisin keyfiyyətinə diqqət artmışdı. 
1975-1984-cü illərdə ümümtəhsil məktəblərinin  şəbəkəsi 
xeyli genişləndirilmişdi. Respublikada fəaliyyət göstərən 4280 
ümumtəhsil məktəbindən 3437-i, yaxud 76,1%-i kənd 
yerlərində yerləşirdi. 1982-ci ildə Bakı  şəhərində 142 orta 
məktəb fəaliyyət göstərirdi. 
70-80-ci illərdə aparılmış  məktəb islahatı ixtisasların 
artırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə, təlim-
tərbiyə işləri səviyyəsinin gücləndirilməsinə gətirib çıxardı. 
70-ci illərdə və 80-ci illərin birinci yarısında Azərbaycanda 
təhsil sisteminin inkişafı ilə bağlı xeyli əhəmiyyətli tədbirlər 
keçirilmişdi. Nəticədə, respublikada təhsil sistemində 70-ci illərə 
qədər mövcud olan nöqsanların aradan qaldırılması sahəsində, 
inkişafında,  əhalinin təhsil səviyyəsinin, işləyənlərin tərkibində 
ali və orta təhsillilərin xüsusi çəkisinin artmasında, təhsil 
ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsində
təhsil alanların hərtərəfli biliklərə yiyələnməsində, hazırlıqlı 
mütəxəssislərin hazırlanmasında böyük işlər görülmüş, 
əhəmiyyətli nailiyyətlər əldə edilmişdi. 
1970-1980-ci illərdə respublikada təhsil sisteminin 
dinamik inkişafı ilə bağlı  əldə edilmiş nailiyyətlər və mövcud 
olan vəziyyət haqqında aşağıdakı  cədvəldə verilmiş statistik 
rəqəmlər tam aydın təsəvvür yaradır: 
Ali və orta 
ixtisas təhsili 
müəssisələrinin 
sayı 
Ali 
məktəblərin 
sayı 
Ali 
məktəblərdə 
oxuyanların 
sayı (min 
nəfərlə) 
Əhalinin 
10000 
nəfərinə 
düşən 
tələbə-
lərin 
sayı 
Orta ixtisas 
məktəblərinin 
sayı 
Orta ixtisas 
məktəblərində 
oxuyanların 
sayı  
(min nəfərlə) 
1970/1971 
13 100.1 
192 79 
70.8 
1980-1981 
17 107.0 
173 75 
79.0 
1985/1986 
18 105.9 
158 77 
76.2 

XII mühazirə 
 
 
458
1986/1987 
18 105.7 
155 77 
75.7 
 
Gündüz ümumtəhsil məktəblərinin sayı 
(dərs ilinin başlanğıcında) 
 
1970/71 1980/81 1985/86 1986/87 
Məktəblərin sayı 
4343 3973 4301 4317 
O cümlədən: 
İbtidai sinif məktəbləri 
1221 369  608  599 
Natamam orta məktəblər  1821 1577 1396 1363 
Orta məktəblər 
1287 2004 2274 2332 
Əlil uşaqlar üçün məktəblər 14 23 23 23 
Oxuyanların sayı (min nəfərlə) 1.356 1.422 1.347 1.320 
O cümlədən: 
İbtidai sinif məktəblərində 
66 9 12 11 
Natamam orta məktəblərdə 470 284 208 203 
Orta məktəblərdə 817 
1.122 
1.120 
1.100 
Əlil uşaqlar üçün məktəblərdə 
3 7 7 6 
Müəllimlərin sayı (min nəfərlə) 71  108  120  123 
 
Axşam ümumtəhsil məktəbləri 
 
1970/71 1980/81 1985/86 1986/87 
Məktəblərin sayı 
753 264 224 117 
Axşam və qiyabi məktəblərdə 
oxuyanların sayı (min nəfərlə) 
82  45 115 52 
O cümlədən: 9-11-ci siniflərdə 
oxuyanların sayı (min nəfərlə) 
63 150 103 49 
 
Müxtəlif təhsil ocaqlarında oxuyanların  
sayı (min nəfərlə) 
 
1960/61 1970/71 1980/81 1985/86 1986/87 
Cəmi təhsil 
alanlar  878  1808 2361 2342 2271 
O cümlədən: 
Ümumtəhsil 
məktəblərində  
725  1438 1567 1462 1372 
Gündüz 
məktəblərində 
673  1356 1422 1347 1320 
Axşam və qiyabi 
məktəblərdə 
52 82 145 115 52 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
459
Texniki-peşə 
məktəblərində 
9 46 101 
116 
116 
Orta ixtisas 
məktəblərində 
27 71 79 76 76 
Ali məktəblərdə  36  100 107 106 106 
 
Elmi işçilərin sayı (ilin sonu üçün: adam) 
 
1960 1970 1980 1985 1986 
Cəmi elmi işçilər (ali 
məktəblərin elmi-pedaqoji 
mütəxəssisləri daxil olmaqla) 
7226 17082 21993 23182 23060 
O cümlədən: 
Elmlər namizədi  
189 655  907  975 9642 
Elmlər 
doktoru 
1983 5346 5186 9356 1019 
Akademiklər, həqiqi üzvlər, 
müxbir üzvlər, professorlar  
204 506 708 757 834 
Dosentlər 
743 1141 2174 2758 2795 
Baş elmi işçilər 
774 1197 1515 1743 1853 
Kiçik elmi işçilər 
682 2042 2323 2069 1756 
 
Cədvəllər üzrə verilmiş statistik rəqəmlərdən aydın gör-
mək olur ki, 70-ci illər və 80-ci illərin birinci yarısında elmi-
texniki tərəqqinin təsiri altında ümumi orta ixtisas və ali təhsil 
sistemləri  şəbəkəsi xeyli genişlənmiş,  əhalinin ümumtəhsil 
hazırlığı, ali və orta ixtisas təhsili səviyyəsi  əhəmiyyətli 
dərəcədə yüksəlmiş, elmi biliklərə yiyələnmə kütləvi xarakter 
almışdı. 
Bütün respublikada hamılıqla orta təhsilə keçilməsi başa 
çatdırılmışdı. 
1976-1980-ci illlərdə xalq təsərrüfatı üçün 189,8 min 
nəfər ali və orta ixtisas təhsilli mütəxəssis hazırlanmışdı. Qeyd 
olunan vaxtda 3.863 gənc  İttifaqın müxtəlif ali məktəblərinə 
təhsil almağa göndərilmişdi ki, bu da 1971-1974-cü illərdəkinə 
nisbətən 25 dəfə çox idi. Elmi işçilərin sayı da xeyli artaraq, 
2,14 mindən 21,9 minə qalxmış, 1985-ci ildə isə onların sayı 
23182 nəfər olmuşdu. 

XII mühazirə 
 
 
460
Səhiyyə. Müasir dövrün ən qlobal problemlərindən biri də 
əhalinin sağlamlığının qorunmasıdır. Bu istiqamətdə 70-80-ci 
illərdə respublikada səhiyyənin,  əhaliyə tibbi xidmətin 
yaxşılaşdırılması sahəsində mühüm tədbirlər görülmüşdür. 
Respublika Nazirlər Sovetində 1977-ci il 22 sentyabr-da 
«Xalq səhiyyəsini daha da yaxşılaşdırmaq tədbirləri haqqında», 
1982-ci il 18 avqustda «Əhalinin sağlamlığının qorunmasının 
yaxşılaşdırılması sahəsində  təxirəsalınmaz tədbirlər haqqında» 
və digər məsələlər müzakirə edilmiş  və  səhiyyənin, tibbi 
xidmətin inkişafına təsir edən qərarlar qəbul olunmuşdur. Daha 
sonra Səhiyyə Nazirliyinin işində olan nöqsanların aradan 
qaldırılması ilə bağlı 1979-cu ilin iyununda Azərbaycan KP 
MK-nın bürosunda məsələ müzakirə edilmişdir. Bütün bunlar 
səhiyyənin inkişafında əhəmiyyətli rol oynamışdır. 
XX  əsrin 70-80-ci illərində respublika səhiyyəsinin 
inkişafını əks etdirən vəziyyət aşağıdakı cədvəldə verilmişdir. 
 
 
 
1970 1980 1985 1986 

2 3 4 5 
1. Bütün ixtisaslar üzrə həkimlərin sayı (min 
nəfərlə) 
13,1 20,7 25,3 26,2 
2. Əhalinin hər 10000 nəfərinə düşən 
həkimlərin sayı (ali təhsilli) 
25  33,4 37,8 38,4 
3. Orta təhsilli tibb işçilərinin sayı  
(min nəfərlə) 
39,7 52,2 62,1 63,7 
4.  Əhalinin hər 10000 nəfərinə düşən orta 
təhsilli işçilərin sayı 
76,1 84,3 92,5 93,5 
5. Xəstəxanaların sayı 
779 756 743 747 
6. Xəstəxana çarpayılarının sayı  
(min ədədlə) 
48,8 60,6 65,9 66,5 
7. Hər 1000 nəfərə düşən çarpayının sayı 
93,4 96,8 98,3 97,7 
8. Qadın məsləhətxanalarının, poliklinikaların 
və ambulatoriyaların sayı 
313  651 1093 972 
 
Cədvəldə verilmiş rəqəmlər göstərir ki, 1970-1980-ci illərdə 
respublikada  əhaliyə tibbi xidməti yaxşılaşdırmaq üçün səhiyyə 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
461
xeyli iş görmüşdü. Respublikanın  şəhər və  kəndlərində müalicə-
profilaktika müəssisələrinin, elmi-praktik mərkəzlərin  şəbəkəsi 
genişlənmiş, çoxlu miqdarda yeni xəstəxanalar, poliklinikalar, 
qadın məsləhətxanaları  və ambulatoriyalar tikilib istifadəyə 
verilmişdi. Əhalinin hər 10000 nəfərinə düşən həkimlərin, orta 
tibb işçilərinin, çarpayıların sayı artmışdı. 
70-ci və 80-ci illərdə bir çox xəstəxana kompleksləri, 
dispanserlər, sağlamlıq ocaqları salınmış, ən yeni avadanlıq və 
tibb texnikası ilə  təchiz edilmiş bir sıra ixtisaslaşdırılmış 
mərkəzlər yaradılmışdı. 
Din. Sovet imperiyası dövründə dinə münasibət kəskin 
xarakter daşıyırdı. Xüsusilə, islam dini sıxışdırılırdı. Xalqın dini-
mənəvi  ənənələri özgələşdirilirdi. Dini bayram və  mərasimlər 
qadağan edilmişdi. Ateizmin inkişafına diqqət artırılmışdı. Lakin 
bütün bunlara baxmayaraq, əhali gizli də olsa, öz dini adət və 
ənənələrini qoruyub saxlamağa çalışırdı. Novruz bayramının 
keçirilməsinə rəsmi icazə verilmirdi. 
Respublikada yüzdən çox müqəddəs pir və ocaq var idi. 
70-ci illərdə Azərbaycanda dini birliklərin sayı xeyli 
artmışdı. Onların əksəriyyəti gizli fəaliyyət göstərirdi. 
Orta və ali məktəblərdə dinin tədrisi birtərəfli xarakter 
daşıyırdı. O, tənqid olunur, ateizmin tədrisinə və təbliğinə geniş 
yer verilirdi. Dini birlikləri nəzarətdə saxlamaq üçün 
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1976-cı ildə 
«Azərbaycan SSR-də dini birliklər haqqında Əsasnamə» qəbul 
etmişdi. 
Dini birliklərin çoxu sonralar rəsmi məscidlərə çevrildi. 
Dinin, o cümlədən islamın inkişafına yalnız Azərbaycan 
müstəqillik əldə etdikdən sonra şərait yaradıldı. 
Kütləvi informasiya vasitələri və  ədəbiyyat. Sovetlər 
dövründə kütləvi informasiya vasitələri, o cümlədən dövri 
ədəbiyyat və mətbuat üzərində ciddi nəzarət həyata keçirilirdi. 
Bu sahələrin inkişafı kommunist ideologiyasının tələblərinə 

XII mühazirə 
 
 
462
uyğunlaşdırılmışdı. Azərbaycanda 1946-1960-cı illərdə 90-a 
yaxın qəzet, 29 jurnal və digər mətbuat orqanları  fəaliyyət 
göstərirdi. «Kirpi» jurnalı (1952), «Bakı» (1958), «Baku» 
axşam qəzetləri, «Pioner» (1946), «Göyərçin» (1958), «Elm və 
həyat» (1961), «Ulduz» (1967), «Qobustan» (1969) jurnalları 
40-60-cı illərdə nəşr olunmağa başlamışdır. 
Ümumiyyətlə, 1989-1991-ci illərdə Azərbaycanda 168 
qəzet, 91 adda jurnal və digər dövri nəşrlər çap olunurdu. 
1946-80-ci illərdə Azərbaycanda kitab nəşri də xeyli 
inkişaf etmişdi. 1988-ci ildə 1349 adda kitab və kitabça, mo-
noqrafiya nəşr olunmuşdu. Dərsliklərin, dərs vəsaitlərinin 
çapına diqqət xeyli artırılmışdı. On iki cildlik «Azərbaycan 
Sovet Ensiklopediyası», üç cildlik «Uşaq ensiklopediyası»da 
70-80-ci illərdə nəşr olunmuşdu. 
Bu illərdə Azərbaycanda klassik şair və yazıçıların 
əsərləri külliyyatı, 20 cildlik klassik Azərbaycan  ədəbiyyatı 
kitabxanası, 50 cildlik dünya uşaq  ədəbiyyatı kitabxanası, 
«Azərbaycan nağılları» və digər dəyərli  əsərlər işıq üzü 
görmüşdü. 
XX yüzilliyin 70-80-ci illərində Azərbaycan  ədəbiyyatı 
sosialist ideyalarının, kommunist ideologiyasının tələblərinə 
uyğun olaraq inkişaf etsə  də,  ədəbiyyatda tənqidi realizm də 
mövcud idi. 
Müharibədən sonrakı dövrdə  də  ədəbiyyatda sosializm 
realizmi, partiyalılıq-xəlqilik prinsipləri davam etməkdə idi. 
 
Ədəbiyyat 
1.
 
H.Ə.Əliyev. Sovet Azərbaycanı. Bakı, 1981 
2.
 
H.Ə.Əliyev. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında. 
«Respublika» qəz., Bakı: 30 dekabr 2000 
3.
 
İ.H.Əliyev. «Heydər  Əliyev və Azərbaycanın kənd təsərrüfatı». 
Bakı: 1997 
4.
 
Azərbaycanın iqtisadiyyatı. Bakı: 1988 
5.
 
Dulayeva H.T. Azərbaycan SSR-in kənd təsərrüfatı 60-80-ci 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
463
illərdə. 
6.
 
Zeynalov  İ.X. Azərbaycanın iqtisadi və sosial inkişafı (70-80-ci 
illərdə). Bakı: 1996 
7.
 
Zeynalov  İ.X. Azərbaycanın sosial-iqtisadi inkişafı XX əsrin II 
yarısında. Bakı: Azərnəşr, 2004 
8.
 
Hüseynova  İ. Müstəqil Azərbaycan dövlətinin qurucusu. Bakı: 
2004 
9.
 
XX əsr Azərbaycan tarixi. Bakı: 2004 
10.
 
Azərbaycan tarixi. 7 cilddə, VII c., Bakı: Elm, 2000 
 

XIII mühazirə 
 
 
462
Dos. A.Ə.Rzayev,  
dos. N.Z.Məmmədov,  
dos. R.G.Həsənov,  
b/m. V.R.Nəbiyev 
 
XIII. MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASININ 
YARANMASI, ONUN DAXİLİ VƏ  
XARİCİ SİYASƏTİ 
 
1.
 
Sovet İttifaqının dağılması və onun səbəbləri 
2.
 
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin elan 
edilməsi.  İctimai-iqtisadi və  hərbi-siyasi vəziyyət (1991-
1993-cü illər) 
3.
 
Müstəqil Azərbaycan dövlətinin yeni neft strategiyası 
4.
 
 Azərbaycanın iqtisadi, siyasi və  mədəni həyatında yeni 
mərhələnin başlanması (2003-200
8
-cı illər) 
 
 
1. Sovet İttifaqının dağılması və onun səbəbləri 
 
Yer kürəsinin ən böyük dövlətinin – Sovet Sosialist Res-
publikaları  İttifaqının dağılması XX əsrin sonlarında bəşər 
tarixinin ən mühüm hadisələrindən biri idi. Çox yüksək sənaye 
istehsalı sürətinə, güclü iqtisadiyyata, ABŞ-ın hərbi-texniki po-
tensialı ilə  uğurla rəqabət aparan nəhəng hərbi-sənaye 
kompleksinə malik olan SSRİ kimi nəhəng imperiya dövləti 
niyə dağıldı? 
SSRİ-nin dağılması ilə bağlı hadisələr müasir 
tədqiqatçılar tərəfindən olduqca ziddiyyətli 
şəkildə 
qiymətləndirilir. Eyni zamanda, artıq bu gün bizim keçilmiş 
yolu ətraflı şəkildə təhlil etmək, o zaman gözlərimiz qarşısında, 
bizim fəal, yaxud passiv iştirakımızla sürətlə inkişaf edən 
proseslərə aid müxtəlif nəzər-nöqtələrini müqayisə etmək im-
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin