AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə36/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

XII mühazirə 
 
 
440
Nəticədə 1970-1982-ci illərdə taxılçılıqda böyük 
irəliləyişlər baş vermişdi. Belə ki, əgər taxıl əkini 1969-cu ildə 
604,1 min hektar, istehsal 573,9 min ton, hektardan 
məhsuldarlıq isə 9,5 sentner təşkil edirdisə, 1982-ci ildə 511,9 
min hektar əkin sahəsindən 1.211,3 min ton taxıl əldə edilmiş, 
məhsuldarlıq 24,6 sentnerə çatdırılmışdı.  
Respublikada taxıl istehsalı 1980-ci ildə 136,5 min ton, 
1981-ci ildə 1150,8 min ton, 1982-ci ildə isə 1211,3 min ton 
təşkil etmişdi. Dövlətə taxıl satışı 1980-ci ildə 360,9 min ton, 
1981-ci ildə 402,7 min ton, 1982-ci ildə isə 353 min ton 
olmuşdu.  
1982-ci illərə  qədərki dövr üçün qəbul edilmiş  ərzaq 
proqramının yerinə yetirilməsi taxılçılığın durmadan inkişafını 
tələb etsə  də, həmin illərdə respublikada bu sahənin 
inteqrasiyasına, dinamik, sabit inkişafına diqqət zəif olmuşdu.  
Yalnız 1985-ci ildə respublikada taxıl istehsalı 1.300 min 
ton, orta illik məhsuldarlıq 25 sentner olmuşdu.  İnkar etmək 
olmaz ki, əvvəlki illərlə müqayisədə taxıl istehsalında artım 
omuşdu. Lakin respublika əhalisinin taxıla olan ehtiyacı 
baxımından taxıl əkinini genişləndirmək, ümumi taxıl yığımını 
milyon tona çatdırmaq olardı. Bu nəticəni əldə etmək üçün taxıl 
əkini sahələrini genişləndirmək, becərmə qaydalarına, 
meliorasiya işlərinə başlıca diqqət yetirmək, torpaqdan səmərəli 
istifadə etmək, hər hektardan məhsuldarlığı 40-45 sentnerə 
çatdırmaq, məhsul yığımını  qısa müddətə  və itkisiz başa 
çatdırmaq lazım idi.  
Respublika  əhalisinin taxıl məhsullarına olan tələbatına 
uyğun istehsal strukturu müəyyənləşdirilməli idi. Respublika 
əhalisinin taxıla olan tələbatını tam ödəmək üçün 3,6 milyon 
ton taxıl istehsal etməli idi. Bu məlum olduğu halda, nədənsə 
uzun müddət respublikamızda taxıl istehsalına başlıca diqqət 
yetirilməmişdi.  
80-ci illərin sonuna yaxın bu sahəyə diqqət bir qədər də 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
441
zəifləmişdi. Yalnız SSRİ-nin iflasından sonra müstəqillik  əldə 
etmiş respublika hökuməti iqtisadi strukturda taxılçılığın 
inkişafına diqqəti artırmağa başladı. Taxıl  əkini sahələri 
genişləndirildi. Nəticədə, 1992-ci ildə 1 milyon 363 min ton 
taxıl istehsal edildi. Bu da respublikada taxıla olan ehtiyacın 
30-33%-ni təşkil edirdi. Respublikada taxılçılığın inkişafına 
münasibət kökündən dəyişməlidir.  
Bostançılıq və  tərəvəzçiliyin inkişafı. 1970-1980-ci 
illərdə respublikada kənd təsərrüfatını kompleks inkişaf 
etdirmək tədbirləri sistemində bostançılıq və  tərəvəzçiliyin 
inkişafı özünəməxsus yer tutmuşdu. 70-ci illərdə bu sahənin 
inkişafı üçün görülən tədbirlər daha geniş miqyas almış, 
respublikamızda tərəvəz istehsalının ixtisaslaşdırılması  və 
təmərküzləşdirilməsi sahəsində  səmərəli iş aparılmışdı. Bu 
məqsədlə respublikamızda 1975-ci ildə  təşkil edilmiş 
Azərbaycan Tərəvəz və Meyvə  İstehsalı, Tədarükü, Emalı  və 
Satışı Aqrar-Sənaye Birliyinin iş  təcrübəsi müsbət olmuşdu. Tə-
rəvəzçilik və meyvəçilik sovxozları, çay yetişdirən sovxozlar, 
konserv, tədarük, nəqliyyat və tara müəssisələri, çay emalı 
müəssisələri, elmi-tədqiqat meyvəçilik və  tərəvəzçilik 
institutları, iki sovxoz-texnikum onun ixtiyarına verilmişdi. 17 
rayonda aqrar-sənaye və aqrar-satış birliyi təşkil edilmişdi.  
«Azərmeyvətərəvəzsənaye» Aqrar-Sənaye Birliyi 160 
ixtisaslaşdırılmış sovxoza, 14 konserv zavoduna, 12 aqrar-
sənaye və 7 aqrar-satış birliyinə  mərkəzləşdirilmiş qaydada 
rəhbərlik etmişdi.  
70-80-ci illərdə  təsərrüfatlararası birlik və müəssisələrin 
təşkili  əməyin xarakterində  dərin keyfiyyət dəyişiklikləri 
yaradılmasını sürətləndirmişdi. Bu faktı demək kifayətdir ki, 
«Azərmeyvətərəvəzsənaye» Birliyi respublika üzrə  kənd 
təsərrüfatı  məhsullarının 13,3%-ni verirdi və respublikada 
tərəvəz istehsalıınn 83%-i burada cəmləşmişdi. 70-ci illərin 
ikinci yarısında tərəvəzçiliyin inkişafına diqqət daha da 

XII mühazirə 
 
 
442
gücləndirilmişdi. Tərəvəz, orta illik istehsalı 835 min tona 
çatmış, 70-ci illərin birinci yarısına nisbətən 58% artmış, 1980-
ci ildə hər hektardan məhsuldarlıq 198 sentner olmuşdu.  
1981-ci ildə isə dövlətə 644 min ton tərəvəz təhvil 
verilmişdi. Respublikanın  əkinçilik məhsulunda tərəvəzçiliyin 
xüsusi çəkisi 70-ci illərdə ilbəil artmışdı. 70-ci illərin ikinci 
yarısı (1976-1980-ci illərdə) respublikada tərəvəzçiliyin 
inkişafında daha yeni, yüksək mərhələ olmuşdur. 1980-ci ildə 
hər hektardan məhsuldarlıq 1975-ci ilə nisbətən 27% 
çoxalmışdı. Tərəvəzin çeşidi genişlənmiş, keyfiyyət isə bir 
qədər yüksəlmişdi. Tərəvəzçiliyin rentabelliyi 65%-ə çatdı-
rılmışdı. 1976-1980-ci illərdə  tərəvəzçiliyin inkişafı sahəsində 
Lənkəran, Masallı, Xaçmaz və digər rayonlar mühüm rol 
oynamışdı.  
Respublikada 1970-ci ildə 234,3 min ton tərəvəz istehsal 
edilmişdisə, 1971-1975-ci illərdə orta illik istehsal 324,1 min 
ton, 1975-ci ildə 369,5 min ton, 1976-1980-ci illərdə 477,1 min 
ton, 1980-ci ildə 458,1 min ton, 1981-1985-ci illərdə 522,9 min 
ton və 1985-ci ildə 540,2 min ton, 1986-cı ildə 508,4 min ton, 
1987-ci ildə 443,9 min ton olmuşdu.  
1980-ci ildə tərəvəz məhsulları tədarükü 1975-ci ildəkinə 
nisbətən 36%-ə  qədər artmış, 1976-1980-ci illərdə 
respublikanın tərəvəzçilik təsərrüfatlarında 4,2 mln ton məhsul 
istehsal olunmuşdu. Digər tərəfdən, tərəvəzin məhsuldarlığı da 
bu illərdə xeyli artmış, orta hesabla illik məhsul istehsalı  hər 
hektardan 200 sentner olmuşdu ki, bu da 1966-1970-ci illərdəki 
göstəriciləri 1,7 dəfə, 1971-1975-ci illərdəki göstəriciləri 1,4 
dəfə ötüb keçmək demək idi.  
1981-1985-ci illərdə respublikada kənd təsərrüfatının 
kompleks inkişafı üçün dövlət tərəfindən 1 milyard 350 milyon 
manat, meliorasiya təsərrüfatı qurğuları tikintisi üçün 1 milyard 
200 milyon manat məbləğində  əsaslı  vəsait ayrılmışdı. Bunun 
nəticəsində su təminatı yüksək və sabit tərəvəz məhsulu 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
443
götürmək üçün möhkəm təməl yaradılmışdı. Nəticədə, 1985-ci 
ildə tərəvəzçilik məhsulları tədarükü 1975-ci ilə nisbətən 36%-
dən çox artmışdı. Lakin bu inkişaf sürətini uzun müddət 
saxlamaq mümkün olmamışdı. Tezliklə iqtisadiyyatın ayrı-ayrı 
sahələrində müşahidə olunan mənfi meyllər öz təsirini 
tərəvəzçiliyin inkişafında da büruzə vermişdi.  
80-ci illərin ikinci yarısından başlayaraq, bostançılıqda və 
tərəvəzçilikdə yenə  də nöqsanlar və neqativ hallar yaranmağa 
başlamışdı. Belə ki, tərəvəzçiliyin inkişafında mühüm 
əhəmiyyəti olan istixana təsərrüfatının gücündən daha 
məhsuldar istifadə edilməmiş, örtülü təsərrüfatlarda – torpaqda 
tərəvəz istehsalına lazımınca diqqət yetirilməmişdi. Nəticədə, 
1986-cı ildən başlayaraq tərəvəzçiliyin inkişafında – istehsalda 
geriləmə başlamış, sabit inkişaf dinamikası pozulmuşdu. Su 
ehtiyatlarının azlığı da istehsala pis təsir göstərmişdir. 
Həmçinin, istehsalın azalmasının qarşısının alınması üçün 
kompleks  şəkildə heç bir tədbir görülməmiş, belə bir şəraitdə 
istehsala köhnə münasibətlər, arxayınçılıq psixologiyası özünü 
göstərmişdi.  
1976-1980-ci illərdə, demək olar ki, kənd təsərrüfatında 
əmək məhsuldarlığının orta illik artımı 6,7% olmuşdu. 1980-ci 
ildə  kənd təsərrüfatında  əmək məhsuldarlığı 1975-ci ilə 
nisbətən 138% artmışdı. O cümlədən, hər hektardan 
məhsuldarlıq aşağıdakı inkişaf səviyyəsində olmuşdu:  
1970-1980-ci illərdə  kənd təsərrüfatı  məhsulları istehsalı 
əhəmiyyətli dərəcədə artmış, istehsalın rentabelliyi yüksəl-
mişdi. Məsələn, 1976-1980-ci illərdə kolxoz və sovxozların 
xalis gəliri 1971-1975-ci illərə nisbətən 2,1 dəfə, 1966-1970-ci 
illərə nisbətən isə 5 dəfə çoxalmışdı. 1980-ci ildə  kənd 
təsərrüfatında rentabellik keçmiş  İttifaqın orta səviyyəsindən 
yuxarı qalxmış, kolxozlarda 35%, sovxozlarda 30% olmuşdu.  
70-ci illərdə respublikanın kənd təsərrüfatı istehsalı 
sürətlə artmış və nəticədə, keçmiş İttifaq üzrə olan göstəriciləri 

XII mühazirə 
 
 
444
ötüb keçmişdi. Beləliklə, respublikanın iqtisadiyyatında kənd 
təsərrüfatı istehsalının xüsusi çəkisi xeyli yüksəlmişdi.  
70-ci illərin ikinci yarısında birinci yarımilliyə nisbətən 
ölkəyə 1,5 dəfə çox taxıl, pambıq, tərəvəz, 2,2 dəfədən çox 
üzüm, 16% çox ət, 20% çox yun, 36% çox yumurta və 33% çox 
süd verilmişdi.  
Bununla yanaşı, faktiki və statistik sənədlər göstərir ki, 
80-ci illərin ortalarına yaxın iqtisadiyyatın başqa sahələrində 
olduğu kimi, kənd təsərrüfatının aparıcı sahələrində də obyektiv 
və subyektiv səbəblərdən artım sürəti pozulmuş, istehsal 
azalmağa başlamışdı. Buna başlıca səbəb Sovet cəmiyyətində 
baş verən ictimai-siyasi proseslər, iqtisadiyyatın idarə 
edilməsində yaranan mənfi meyllər, ciddi nöqsanlar, həm də 
respublikanın öz daxilində  kənd təsərrüfatına qeyri-ciddi 
münasibətin, arxayınçılığın yaranması idi.  
70-80-ci illərdə Azərbaycan SSR-də tütünçülük, 
baramaçılıq, çayçılıq. 1969-cu il avqust və sonrakı 
plenumlarda respublikada tütünçülüyün, baramaçılığın və 
çayçılığın vəziyyəti geniş  təhlil olundu, uzun sürən geriliyin 
səbəbləri müəyyənləşdirildi və bu təsərrüfat sahələrinin inkişaf 
perspektivləri göstərildi.  
Azərbaycanda tütün, barama və çay istehsalının vəziyyəti 
və daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi 
Azərbaycan KP MK-nın XVIII, XXIX, XXX və XXXI 
qurultaylarının qərarlarında da öz əksini tapdı.  
70-80-ci illərdə respublikada tütün istehsalına diqqət xeyli 
gücləndi. Bu illərdə tütünçülük təsərrüfatlarında kompleks 
tədbirlər görüldü, mərkəzləşmə  və sahənin ixtisaslaşması 
aparıldı. Tütünçülük əsasən Qəbələ, Qazax, Lerik, Qubadlı, 
Balakən, Oğuz,  Şəki, Zaqatala, Zəngilan və digər rayonlarda 
cəmləşdirildi.  
Respublika rəhbəri Heydər Əliyevin düzgün, məqsədyönlü 
siyasəti nəticəsində 70-80-ci illərdə tütünçülükdə böyük 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
445
irəliləyişlər başladı. Respublikada tütün istehsalı 1969-cu ildəki 
24,4 min tondan 80-ci illərin ortalarında 67 min tona, 
məhsuldarlıq müvafiq olaraq 18 və 35,3 sentnerə çatdırılmışdı.  
70-80-ci illərdə çayçılıq. Azərbaycanın kənd 
təsərrüfatının  ən mühüm sahələrindən biri də çayçılıqdır. 70-
80-ci illərdə çayçılığın inkişafına böyük diqqət yetirilmişdir. 
70-ci ilə  qədər respublikada cəmi 7,5 min hektar sahədə çay 
bitkisi  əkilmiş, bu sahədən 9,9 min ton yaşıl çay yarpağı 
istehsal olunmuşdu. Bu zaman bir hektardan orta məhsuldarlıq 
16,9 sentner təşkil etmişdir. Respublika rəhbəri Heydər Əliyev 
kənd təsərrüfatı  işçilərinin respublika toplantılarında kənd 
təsərrüfatının digər bölmələri ilə yanaşı, çayçılığın da inkişaf 
etdirilməsi üçün konkret göstərişlər vermiş, təkliflər irəli sür-
müşdü. Nəticədə, çayçılığın zonalar üzrə ixtisaslaşdırılması və 
təmərküzləşdirilməsi istiqamətində böyük işlər görülmüşdü. 
1978-ci ildə dövlətə 48 min ton yaşıl çay yarpağı  təhvil 
verilmiş,  əmək məhsuldarlığı 1970-ci ilə nisbətən 31,3 faiz 
artmışdı. 70-80-ci illərdə çayçılıq sahəsində  Lənkəran, Astara, 
Masallı rayonları ixtisaslaşdırılmışdı. 1977-ci ildə 
Azərbaycanda 14,2 min ton yaşıl çay yarpağı tədarük edilmişdi 
ki, bu da 1940-cı ildəkindən 33 dəfə çox idi.  
70-80-ci illərdə respublikada istehsal olunan çay 
yarpağının 97 faizi Azərbaycan Tərəvəz və Meyvə  İstehsalı, 
Tədarükü, Emalı  və Satışı Aqrar Sənaye Birliyinin 
sovxozlarında istehsal edilmişdi və Aqrar sənaye inteqrasiyası 
əsasında çaybecərmənin ixtisaslaşdırılması  Lənkəran, Masallı 
və Astara rayonlarının iqtisadiyyatının inkişafına böyük təsir 
göstərdi. Bu rayon təsərrüfatlarında «Azərbaycan – 2», 
«Azərbaycan – 4» və Gürcüstandan gətirilmiş «Kolxida» kimi 
məhsuldar çay sortlarının əkini genişləndirildi.  
70-ci illərdə Azərbaycan çayı keçmiş sovet imperiyasının 
200-dən çox şəhərinə, xarici ölkələrə göndərilirdi.  
1979-cu ildə çay istehsalı 20 min tona çatdırıldı ki, bu da 

XII mühazirə 
 
 
446
1969-cu ildəkindən 2,1 dəfə çox idi.  
Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti 
1982-ci il dekabrın 2-də «1982-1985-ci illərdə respublikada çay 
təsərrüfatının və çay sənayesinin inkişafına dair» 533 saylı 
qərar qəbul etmişdi ki, bu da çayçılığın sonrakı inkişafında 
başlıca rol oynamışdı. Nəticədə, 1981-1985-ci illərdə 
respublikanın çayçılıq təsərrüfatlarında 108,4 min ton əvəzinə 
146 min ton yaşıl çay yarpağı toplanmışdı. Bu illərdə 
respublikada çay becərilən sahələr 12,3 min hektara, hektardan 
məhsuldarlıq isə 45 sentnerə çatdırılmışdı.  
Azərbaycan çayı  dəfələrlə beynəlxalq yarmarkalarda və 
sərgilərdə, o cümlədən 1975-ci ildə Macarıstanda, 1982-ci ildə 
Anqolada, Efiopiada, Çexoslovakiyada və digər ölkələrdə 
nümayiş etdirilmiş və mükafatlar almışdı.  
Lakin 1988-ci ildən respublikada yaşıl çay yarpağı 
istehsalı ilbəil azalmağa başlamışdı.  
Baramaçılıq. 70-80-ci illərdə Azərbaycan kənd 
təsərrüfatının  ən gəlirli sahələrindən biri olan baramaçılığın 
inkişafına da diqqət artırılmışdı. Bu illərdə baramaçılığın 
inkişafından daha səmərəli istifadə olunmasının yolları 
müəyyən edilmiş, yeni baramaçılıq təsərrüfatları yaradılmışdı.  
Heydər  Əliyevin rəhbərliyi altında 1971-ci ilin 17 
martında Azərbaycan KP MK və respublika Nazirlər Sovetinin 
«Azərbaycan SSR-də ipəkçiliyi inkişaf etdirmək tədbirləri 
haqqında» qərar qəbul olundu ki, bu da ipəkçiliyin sonrakı 
inkişafında böyük əhəmiyyətə malik oldu.  
İpəkçilik Bərdə, Zaqatala, Şəki, Balakən, Göyçay, Ağdaş, 
Cəbrayıl və digər rayonlarda cəmləşdirildi. 70-80-ci illərdə 
Azərbaycan ipəyinin şöhrəti özünə qaytarıldı.  
Respublikada barama istehsalı 1969-cu ildəki 3569 
tondan 1982-ci ildə 5272 tona çatdırıldı. 1970-1982-ci illərdə 
dövlətə satılan baramanın miqdarı 1,4 dəfə artmış, barama 
istehsalı 1983-cü ildə 5039 ton, 1986-cı ildə isə 5678 ton təşkil 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
447
etmişdi. Sonrakı illərdə respublikada barama istehsalına diqqət 
zəiflədiyindən istehsalın miqdarı azalmağa başlamışdır. 1993-
cü ildə barama istehsalı 3202 tona endi.  
1969-1982-ci illərdə respublika iqtisadiyyatında, o cüm-
lədən sənaye və kənd təsərrüfatında sıçrayışlı, misilsiz inkişaf, 
maddi istehsalın öz strukturunda mütərəqqi keyfiyyət 
dəyişiklikləri, həm də  əhalinin maddi rifah halının durmadan 
yaxşılaşmasını təmin etmiş, həyat səviyyəsi, mədəni və mənəvi 
həyatı yüksəlmişdi.  İqtisadi həyatdakı  uğurlar  əhalinin milli 
gəlirinin artmasına səbəb olmuşdu. 1970-ci ildə Azərbaycanda 
adambaşına milli gəlir orta ittifaq səviyyəsinin 62 faizini təşkil 
edirdisə, 1980-ci ildə bu rəqəm 80 faizə yüksəlmişdi.  
Respublikada milli gəlir 1965-ci ilə nisbətən 1975-ci ildə 
2 dəfə, 1982-ci ildə 4,1 dəfə artmışdır.  
Xalq təsərrüfatında çalışan fəhlə  və qulluqçuların orta 
aylıq əmək haqqı 1970-ci ildəki 125 manatdan 1982-ci ildə 164 
manata qaldırılmışdır. Kolxozçuların orta aylıq  əmək haqqı 
müvafiq olaraq 80 manat və 208 manat olmuşdu. 
«Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial 
sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, 
xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə 
keçirilməsinə görə IX, X və XI beşilliklər Azərbaycanın yeni 
tarixində  ən mühüm yer tutur». 80-ci illərin ortalarından 
başlayaraq, respublika rəhbərlərinin bacarıqsızlığı  və 
səhlənkarlığı  nəticəsində, keçmiş ittifaqda gedən proseslərin 
təsiri altında respublikada 1969-1982-ci illərdə formalaşmış 
iqtisadi inkişaf dinamikası pozulmuş, intensiv inkişaf ekstensiv 
xarakter almış, istehsalın səviyyəsi bütün sahələrdə  aşağı 
düşməyə başlamışdır.  
 
 Cədvəl 1 
1969-1982-ci illərdə Azərbaycanda barama istehsalı barədə 
 

XII mühazirə 
 
 
448
İllər 
İstehsal (ton) 
İllər 
İstehsal (ton) 
1969 
 3569 
 1976 
 4856 
1970 
 3661 
 1977 
 5007 
1971 
 4055 
 1978 
 4740 
1972 
 4095 
 1979 
 4848 
1973 
 4456 
 1980 
 4984 
1974 
 4455 
 1981 
 4901 
1975 
 4385 
 1982 
 5272 
 
Cədvəl 2  
1969-1982-ci illərdə  
Azərbaycan Respublikasında mal-qaranın sayı 
(ilin axırına min baş) 
 
 İllər 
 Mal 
O cümlədən inək, camış 
 Davar 
 Quş 
1960 
1373,0 
 505,3  
 48845 
 7422,0 
1965 
1460,3 
 576,3 
 3864,9 
 6850,5 
1969 
1560,3 
 615,0 
 3960,6 
 8623,8 
1970 
1576,8 
 605,1 
 4371,2 
 8780,8 
1980 
1806,2 
 675,8 
 5361,6 
 20687,6 
1982 
1887,1 
 723,1 
 5332,4 
 24470,0 
 
70-80-ci illərdə  kənd təsərrüfatının  ən  əhəmiyyətli 
sahələrindən  biri  heyvandarlıq idi. Bu illərin səciyyəvi 
xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, heyvandarlığın 
inkişafında ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş 
vermişdi.  
Digər tərəfdən,  əhalinin  ərzağa olan ehtiyacının 
ödənilməsində heyvandarlığın inkişaf etdirilməsi mühüm 
əhəmiyyətə malikdir. Bu sahədə geriliyin aradan qaldırılması, 
heyvandarlıq təsərrüfatının mexanikləşdirilməsi, 
ixtisaslaşdırılması, möhkəm yem bazasının yaradılması, mal-
qaranın tərkib və cinsinin yaxşılaşdırılması, zoobaytarlıq 
xidmətinin yüksəldilməsi və s. məsələlər dövlət və hökumət 
orqanlarının daha çox diqqət yetirdiyi problemlər olmuşdu.  
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
449
Respublikada heyvandarlığın inkişafında Azərbaycan KP 
MK-nın avqust (1969-cu il), Sov.İKP MK-nın və SSRİ Nazirlər 
Sovetinin «Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf 
etdirmək tələbləri haqqında» 1970-ci il 23 iyul tarixli, 
«Azərbaycan SSR-də  kənd təsərrüfatı istehsalını daha da 
intensivləşdirmək tədbirləri haqqında» 1975-ci il 9 iyul tarixli, 
«Azərbaycan SSR-də  kənd təsərrüfatı istehsalını daha da 
ixtisaslaşdırmaq, üzümçülüyü və  şərabçılığı inkişaf etdirmək 
tədbirləri haqqında» 1979-cu il 22 fevral tarixli və sonrakı digər 
qərarlarının yerinə yetirilməsi başlıca rol oynamışdı.  
1975-ci il 25 sentyabrda Naxçıvan Muxtar Respublikası 
Nazirlər Sovetinin iclasında «Muxtar Respublikanın kolxoz və 
sovxozlarında iribuynuzlu mal-qara üzrə inkişaf vəziyyəti 
haqqında» məsələ müzakirə edilmişdi. Qeyd olunmuşdu ki, 
1975-ci ildə 1974-cü ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 
845 baş artdığı halda, Naxçıvan rayonunda inək-camışın 
ümumi sayı 245 baş, Ordubad rayonunda 70 baş,  Şahbuz 
rayonunda 62 baş, Culfa rayonunda 68 baş azalmışdı.  
1975-ci il dekabrın 30-da Naxçıvan Muxtar 
Respublikasının Nazirlər Sovetində «1974-1975-ci illərdə 
ictimai heyvandarlıq sahəsində baş vermiş cinayət hadisələri 
haqqında» məsələyə baxılarkən qeyd olunmuşdu ki, bu müd-
dətdə 19 cinayət hadisəsi baş vermiş, dövlətə 27371 manat 
zərər dəymiş  və onun 20672 manatı cinayətkarların hesabına 
ödənilmişdir. 1974-cü ildə 277 baş  xırdabuynuzlu, 40 baş 
iribuynuzlu mal-qara və 1975-ci ilin 9 ayında 702 baş 
xırdabuynuzlu, 56 baş iribuynuzlu mal-qara mənimsənilmişdi.  
Məhsuldar mal-qaranın cinsləşdirilməsinə respublikanın 
heyvandarlıq təsərrüfatlarında diqqət xeyli artırılmış, SSRİ-nin 
müxtəlif yerlərindən respublikaya 34 min baş  məhsuldar cins 
mal-qara gətirilmişdi. Nəticədə, respublika üzrə 1975-ci ildə 
1965-ci ilə nisbətən ət istehsalı 1,3 dəfə, süd istehsalı 1,8 dəfə 
artmışdı.  

XII mühazirə 
 
 
450
Heyvandarlığın inkişafı sahəsində qazanılmış 
nailiyyətlərin nə  dərəcədə böyük ictimai-iqtisadi və siyasi 
əhəmiyyətə malik olduğunu daha ətraflı, dolğun təsəvvür etmək 
üçün, qısaca da olsa, 70-ci illərə  qədərki on illik dövrdə 
respublikamızda kənd təsərrüaftının bu mühüm sahəsinin – 
heyvandarlığın inkişaf səviyyəsinə nəzər yetirək: 1959-1965-ci 
illərdə kolxozlarda, təsərrüfatlararası müəssisələrdə, 
sovxozlarda və digər dövlət təsərrüfatlarında heyvandarlıq 
məhsullarının orta illik istehsalı 169,2 milyon manata, 1966-1970-
ci illərdə isə 175,5 milyon manata bərabər idi. Həmçinin, 
heyvandarlığın məhsuldarlıq göstəriciləri çox aşağı idi. 1969-cu 
ildə kolxoz və sovxozlarda hər inək və camışdan cəmi 677 kq 
süd sağılmış, hər yumurtlayan toyuqdan 92 yumurta alınmışdı. 
Dövlətə satılmış hər baş qaramalın orta diri çəkisi cəmi 209 kq 
idi. Hər 100 doğar inəkdən 49 buzov, hər 100 ana qoyundan 43 
quzu alınmışdı.  
Respublikada ictimai heyvandarlığın sonrakı illərdə 
inkişaf prinsipləri keçmiş Sov. İKP MK-nın və SSRİ Nazirlər 
Sovetinin «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha 
da intensivləşdirmək tədbirləri haqqında» 1975-ci il iyulun 9-da 
qəbul etdiyi qərarda öz əksini tapmışdır. Bu qərar respublikanın 
mərkəzi və yerli idarəetmə orqanlarında geniş şəkildə müzakirə 
edildi. Müəyyən olundu ki, hələ  də bir çox heyvandarlıq 
təsərrüfatlarında ciddi nöqsanlar qalmaqdadır. 
Süründürməçilik, rəqəmlərin  şişirdilməsi, saxta sənədləşmə  və 
s. heyvandarlıq təsərrüfatında tam ləğv edilməmişdi. 
1979-cu ildə respublikanın heyvandarlıq təsərrüfatları 136 
min ton ət, 768 min ton süd, 690,4 milyon ədəd yumurta 
istehsal etmişdi. 1975-ci ilə nisbətən 1980-ci ildə süd istehsalı -
31%, ət - 14%, yumurta - 26% və yun - 21% artmışdı.  
1980-ci ildə dövlətə 121,2 min ton mal-qara və quş  əti, 
326,1 min ton süd, 278,4 milyon yumurta, 11,8 min ton yun 
tədarük edilmişdi. Heyvandarlığın inkişafı ilə bağlı 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
451
materialların və  sənədlərin təhlili göstərir ki, kolxoz və 
sovxozlarda 1980-ci ildə 10 il əvvəldəkinə nisbətən 1,5-3 dəfə 
çox heyvandarlıq məhsulu istehsal edilmişdi.  
70-ci illərin ikinci yarısında respublikada heyvandarlıq 
məhsulları istehsalı 641 milyon manata, ictimai təsərrüfatlarda 
isə 286 milyon manata çatmışdı ki, bu da 1966-1970-ci illər 
üzrə müvafiq göstəricilərdən 203 və 110,4 milyon manat çox 
idi. 1976-1980-ci illərdə isə  kənd təsərrüfatı müəssisələrində 
heyvandarlıq məhsulları istehsalının 1971-1975-ci illərə 
nisbətən mütləq artımı 65 milyon manat olmuşdu ki, bu da 
1959-1970-ci illərdəki müvafiq göstəricidən 10 dəfə çox idi.  
Görülmüş tədbirlər nəticəsində, 1976-1980-ci illərdə res-
publikamızda heyvandarlıq məhsullarının tədarükü də yax-
şılaşmış, məsələn, mal-qara və quş əti tədarükü 14%, yumurta 
tədarükü 26%, süd tədarükü 31%, yun tədarükü 21% artmışdı.  
80-ci illərdə zoobaytarlıq xidmətinin aşağı  səviyyədə 
olması, mal-qara üçün bina və tövlə təminatının pis olması kimi 
nöqsanlar və  çətinliklər də mövcud idi. Belə nöqsanlar 
Yardımlı, Zərdab, Sabirabad, Ucar, Göyçay rayonlarının 
heyvandarlıq təsərrüfatlarında daha dözülməz vəziyyət  əmələ 
gətirmişdi.  
80-ci illərdə respublikada heyvandarlığın inkişafı ilə bağlı 
bir sıra mühüm qərarlar qəbul edilmişdi. 1981-ci ilin martında 
«Heyvandarlıq məhsullarının istehsalının artırılması, dövlətə 
satılması  və yem bazasının möhkəmləndirilməsi sahəsində 
Abşeron,  Şəki, Xanlar, Beyləqan və  İsmayıllı rayonlarının 
heyvandarlarının təşəbbüsü haqqında», 1981-ci ilin iyununda 
«Sov.  İKP XXVI qurultayının tələbləri ilə  əlaqədar ictimai 
heyvandarlığın inkişafı sahəsində Abşeron və Balakən 
rayonlarının partiya təşkilatlarının işi haqqında» Azərbaycan KP 
MK və Respublika Nazirlər Sovetinin qəbul etdiyi qərarlar 
Azərbaycanda heyvandarlığın inkişafı sahəsində  təsərrüfat 
orqanlarının fəaliyyətinin güclənməsinə səbəb olmuşdu.  

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin