EcoVision



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə1/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
  1   2   3   4   5   6   7   8   9   ...   107


61


62

EcoVision

BAŞLIQ



1


EcoVision

BAŞLIQ


Hörmətli oxucular!

Hər il olduğu kimi “EcoVision” jurnalının bu ildəki ilk sayı Azərbaycan - Türkiyə 

əlaqələrinin  ötənilki durumuna həsr edilib. Bununla yanaşı jurnalımızın bu sayında 

maraqlı xəbərlər, müəllif yazısı və müsahibələr oxucularımıza təqdim olunur. 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin 

Xarici  siyasət  məsələlərinin  təhlili  şöbəsinin  müdiri  Cavid  Vəliyev  müsahibəsində 

2014-cü  ildə  Azərbaycan–Türkiyə  münasibətlərinin  vəziyyəti  ilə  bağlı  bir  çox 

məsələlərə aydınlıq gətirir. Bununla yanaşı 2015-ci ildə iki ölkə arasında iqtisadi və 

ticarət  münasibətlərinin  perspektivləri  ilə  bağlı  da  fikirlərini  bölüşüb:  “Türkiyənin 

Azərbaycandakı sərmayəsinin 1.5 milyard dolları qeyri-neft sektorundadır. Bu miqdar 

önümüzdəki  illərdə  arta  bilər.  Azərbaycan  tərəfi  Türkiyə  şirkətlərinin  Azərbaycanda 

yaradılan yeni sərmayə parklarına yatırımlarını artırmağını istəyir. Xüsusən trikotaj, 

dəri, inşaat malları, kənd təsərrüfatı alətləri kimi sahələrdə Türkiyə təcrübəsindən fay-

dalanmaq olar. 

Külək,  günəş  kimi  alternativ  enerji  mənbələrindən  istifadə  üçün  qarşılıq-

lı  əməkdaşlıq  yolları  qurula  bilər.  Bu  sahədə  də  artıq  razılaşmalar  var  və  layihələr 

hazırlanır. Turizm son illərdə Azərbaycanın inkişaf etdirmək istədiyi qeyri-neft sekto-

rudur və bu sahədə tərəflər arasında qarşılıqlı sərmayə yatırımı yolları tapılmalıdır. 

Bunlardan başqa, Azərbaycan və Türkiyə şirkətləri üçüncü ölkələrdə, xüsusən qonşu 

dövlətlərin ərazisində ortaq yatırımlar edə bilərlər.”

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş katibi Ramil Həsənov isə jurnalımıza 

müsahibəsində  Türkdilli  Ölkələrin  Əməkdaşlıq  Şurasının  ötənilki  fəaliyyəti  ilə  bağlı 

sualları ətraflı cavablandırıb: “Ötən il ərzində siyasi və iqtisadi sahələrdə əməkdaşlığa 

əlavə  olaraq  Türk  Şurasının  fəaliyyətləri  nəqliyyat,  turizm,  təhsil,  diaspor  və  media 

da daxil olmaqla prioritet sahələri əhatə etmişdir. Türk Şurasının yaranmasında əsas 

ideya və bizim də ən əsas məqsədimiz Türk dünyasında regional əməkdaşlıq və in-

teqrasiyaya yol açaraq üzv dövlətlərimiz arasında ikitərəfli münasibətlərin dördtərəfli 

münasibətlərə çevrilməsindən ibarətdir.”

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Ruslan Atakişiyev isə müəllif 

yazısında Azərbaycan–Türkiyə iqtisadi əlaqələrinin son illərdəki vəziyyətinin təhlilini 

təqdim edir: “Azərbaycanın ən böyük neft şirkəti olan SOCAR tərəfindən də Türkiyəyə 

yatırılan  investisiyanın  həcminin  ümumilikdə  20  mlrd.  ABŞ  dollarına  çatdırılma-

sı  gözlənilir.  Bütün  bu  yatırılan  qarşılıqlı  investisiyalar  regional  və  qlobal  iqtisadi 

layihələrin reallaşmasında və hər iki ölkənin dünya bazarında strateji tərəfdaş kimi 

rəqabətədavamlı fəaliyyətinin təmin olunmasında başlıca rol oynayacaqdır.  ”

Ənənəvi  “Sahibkar”  rubrikasının  bu  dəfəki  qonağı  "Network  Global  Logistik" 

şirkətinin ölkə üzrə meneceri Oktay Vayiçdir. Bu müsahibədə oxucularımız  iş adamı-

nın  uğur hekayəsi ilə tanış olmaq imkanı əldə edəcəklər. 

Ənənəvi  olaraq  bu  sayımızda  da  regionda,  dünyada  və  ölkəmizdə  baş  verən 

hadisələr, ATİB-in və onun üzvü olan şirkətlərin fəaliyyəti ilə bağlı xəbər, qanunvericilik 

xəbərləri, habelə ən son iqtisadi göstəriciləri diqqətinizə təqdim edirik. Bununla yanaşı, 

yeni  nəşr  edilən  bir  sıra  maraqlı  kitablar  haqında  da  qısa  resenziyaları  diqqətinizə 

çatdırırıq. Həmçinin oxucularımız ATİB-ə daxil olan biznes təklifləri və yaxın gələcəkdə 

ölkəmizdə və regionda planlaşdırılan tədbirlər haqqında anonslarla tanış ola biləcəklər.  

Jurnalımızın hər sayında oxucularımızın maraq və istəklərini nəzərə almağa ça-

lışmışıq. Bu mənada bizə ünvanlayacağınız rəy və təkliflər jurnalın gələcək sayların-

da işimizi daha da asanlaşdırar və istəklərinizə uyğunlaşmaq üçün ciddi şəkildə yol 

göstərər. Təklif və iradlarınızı pr@atib.az elektron ünvanında böyük məmnuniyyətlə 

gözləyirik. Eyni zamanda ATİB-ə poçtlada müraciət edə bilərsiniz. 


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin