EcoVision


Kitab aşağıdakı oxucu qrupuna hədəflənib



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə107/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   99   100   101   102   103   104   105   106   107
Kitab aşağıdakı oxucu qrupuna hədəflənib:

• 

Birdən-birə  marketinqdən  az-çox  nəsə  anlamağın  zərurətini  dərk  edən 

menecerlər üçün. Tutalım ki, siz maliyyə üzrə vitse-prezident, qeyri-kom-

mersiya  təşkilatının  baş  direktoru,  ya  da  bazara  yeni  məhsul  çıxarmağa 

hazırlaşan sahibkarsınız. O qədər məşğulsunuz ki, hətta 300 səhifəlik “Yeni 

başlayanlar  üçün  marketinq”  kitabını  oxumağa  vaxt  ayıra  bilmirsiniz  və 

eyni  zamanda,  nüfuzlu  mütəxəssisin  müəyyənləşdirdiyi  əsas  anlayış  və 

prinsipləri daha qısa və sadə formada əldə etməyə üstünlük verirsiniz. 

• 

Marketinqi bir neçə il bundan öncə öyrənən və bu gün çox şeyin dəyişdiyinin 

fərqində  olan  menecerlər  üçün.  Bəlkə  də  siz  əsas  marketinq  konsepsiya-

ları barədə anlayışlarınızı yeniləmək arzusundasınız və bunun üçün yeni 

yüksək effektli marketinq barədə ən yeni təsəvvürlərlə tanış olmalısınız. 

• 

Marketinq tədbirlərinin gündəlik xaosu nəticəsində yerin ayaqlarının altın-

dan qaçdığını hiss edən peşəkar marketoloqlar üçün. Bu halda kitab sizlərə 

baş verənlərə hansısa aydınlıq gətirmənizdə və vəziyyəti anlamanızda yar-

dımçı olacaq. 

Kitabda biznes və marketinq üzrə görkəmli nəzəriyyəçilərin sitatları ilə də 

tanış olacaqsınız.

Müasir biznesin ən əsas problemi məhsul yox, istehlakçı qıtlığıdır. Bir çox 

sahədə  dünya  çaplı  istehsalçılar  istehlakçıların  almaq  iqtidarında  olduğun-

dan  qat-qat  çox  məhsul  istehsal  edə  bilərlər.  İstehsalat  gücünün  artıqlığına 

səbəbsə bir-birindən ayrı şəkildə hərəkət edən rəqiblərin realda mümkün olan 

bazar paylarını bacardıqca artırmaq istəyidir. Əgər hər bir şirkət satışı 10 faiz  

artırmağı planlaşdırırsa, bazarsa ümumilikdə yalnız 3 faiz böyüyürsə, nəticədə 

artıq güc durğunlaşacaq. 

Bu  vəziyyət,  öz  növbəsində,  hiperrəqabətə  gətirib  çıxarır.  Alıcıları  digər 

yollarla  cəlb  etməkdən  ümidlərini  üzmüş  rəqiblər  qiymətləri  aşağı  salır  və 

ucuz hərraclar təşkil edirlər, nəticədə mallar su qiymətinə satılır. Bu isə həm də 

gəlirlərin aşağı düşməsinə, bəzi şirkətlərin tənəzzülə uğramasına, birləşmələr 

və birinin o biri tərəfindən udulmasına gətirib çıxarır. 

Marketinq  qiymət  prinsiplərini  deyil,  digər  prinsiplər  əsasında  rəqabət 

aparmağı öyrədir. İstehsalın durmadan gücləndiyi müasir dövrdə bu, olduqca 

mühüm bilgidir. 

İşgüzar  çevrədə  və  cəmiyyətdə  hələ  də  marketinq  anlayışına  düzgün 

yanaşmayanlar çoxluq təşkil edir. Belə hesab olunur ki, onun məqsədi isteh-

salata məhsuldan yaxa qurtarmaqda yardımçı olmaqdır. Əslində isə hər şey 

əksinədir: istehsalat marketinqə kömək etmək üçün mövcuddur. 

Tez-tez  marketinqi  satışla  dəyişik  salırlar.  Marketinq  və  satış,  demək 

olar  ki,  bir-birinə  zidd  anlayışlardır,  “sərt  marketinq”sə  daxili  ziddiyyətli  söz 

birləşməsidir.  

Marketinq yoxa çıxa bilməz, amma təəssüf ki, sizin onun barəsində bu-

günkü bilikləriniz tez bir zamanda öz aktuallığını itirir. Müəllif hiperrəqibli və 

sürətlə dəyişən bazarda mübarizə apara bilmələri üçün işgüzar adamlara zəruri 

olan 80 ən əhəmiyyətli anlayış və ideyanı seçərək təqdim edib.  

Kitabın  əvvəlində  müəllif  “mif”  anlayışını,  miflərin  sosi-

al  mahiyyətini  ətraflı  izah  edir,  bu  mövzuya  həsr  olunmuş  fun-

damental  fəlsəfi  əsərlərin  A.Losev  və  D.Çijevski  kimi  müəlliflərin 

fikirlərindən sitatlar gətirir: “Miflər aləmi praktiki təcrübə məntiqinə 

tabe olmur. Məhz bu səbəbdən miflərə çox vaxt etnosun mənşəyini 

izah  etmək  üçün  müraciət  olunur.  Bu,  mifoloji  təfəkkürün  tarixi 

ümumiləşdirmələrə  gəlişinin  nəticəsidir.  Ümumiləşdirici  təfəkkürün 

sonrakı inkişafı ilə əlaqədar olaraq mifoloji şüurun artıq başqa pilləsi 

yaranır. Çox vaxt o, etnosu yaratmış “vahid ata” deyilən varlıq haq-

qında təsəvvürlər dərəcəsinə çatır”.

Müəllif qeyd edir ki, miflərin müxtəlif aspektlərini, o cümlədən 

onun  fəlsəfəsini  öyrənən  ciddi  bir  elm  –  mifologiya  elmi  möv-

cuddur,  lakin  mifologiya  ilə  yanaşı,  “mifolojiləşdirmə”  də  vardır. 

Mifolojiləşdirməni,  yəni  xalqın  yaratdığı  mifləri  siyasi  texnoloqla-

rın  və  siyasətbazların  effektiv  aləti  olan  süni  mifolojiləşdirmədən 

fərqləndirmək lazımdır.

Erməni  Apostol  kilsəsi,  erməni  diasporu,  siyasi  elita,  ideo-

loqlar  və  “tarixçilər”  birlikdə  dünya  ermənilərini  miflər  aləmində 

saxlamaqda  davam  edir.  Müəllif  bunları  nəzərə  alaraq  mötəbər 

mənbələrdən,  o  cümlədən  erkən  xristianlığın  tarixindən,  habelə 

erməni mənbələrindən gətirilən təkzibedilməz tarixi dəlillər əsasında 

sübut edir ki, ermənilərin xristianlığı dövlət səviyyəsində birinci ola-

raq qəbul etmələri barədə dedikləri uydurmadan başqa bir şey de-

yildir.

Tarixçilər  çoxdan  eyni  fikrə  gəliblər  ki,  xristianlığa  üz  tutan  ilk 

monarx  aramidilli  Osroyenanın  hökmdarı,  eramızdan  əvvəl  4-cü 

ildən bizim eranın 7-ci ilinə qədər, sonra isə bizim eranın 13-50-ci 

illərində hakimiyyətdə olmuş Edessa çarı V Abqardır. Kitabda bu çar-

lığın bütün hökmdarlarının siyahısı xronoloji ardıcıllıqla verilib. Os-

royenanın xristianlığı birinci olaraq qəbul etməsini S.Moffet, U.Smit, 

Artur MakQiffert, Samuel Çetham, Ceyms Hastinq və bir çox başqa-

ları təsdiq edirlər. Kitabda bu tarixçi və ilahiyyatçıların fikirlərindən 

iqtibaslar gətirilir. 

Kitabda  tarixçi  C.Seqalın  bu  fikrinə  də  istinad  edilir:  “III  əsrin 

əvvəlində Edessanın əsas məhəlləsində kilsə vardı, hərçənd, ola bilsin 

ki, əhalinin əksəriyyəti hələ bütpərəst olaraq qalırdı. Lakin bir əsrdən 

sonra xristianlıq bu şəhərdə nəinki hakim etiqada çevrildi, hətta İn-

cilin yayılması tarixi xristian dünyasında çox populyar oldu. Edessa 

xristianlığı rəsmi din kimi qəbul etmiş ilk çarlıq sayılır”.

Müəllif onu da sübut edir ki, ermənilər tərəfindən “özəlləşdirilmiş” 

Sanatruk və I Tiridat əslində mənşə etibarilə sözün müasir anlamında 

erməni olmayıblar. Üstəlik, Sanatruk tarixə xristianlığın qatı düşməni 

kimi düşüb.   

Filip Kotler 

“A-dan Z-yə marketinq”

“Qanun” nəşriyyatı,  

300 səhifə, 

Bakı, 2015

Ramiz Mehdiyev

“Ermənilərin mif yaradıcılığı tarixdə 

ilk xristian dövləti kontekstində”

Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 

2014, 80 səh.




59

Nazim Hikmətin seçilmiş şeirlərindən ibarət olan “Ne Güzel Şey Ha-

tırlamak Seni” toplusu kitabla birlikdə 4 CD-dən ibarətdir.

CD-lərdə  sənətçi  Genco  Erkalın  səsi  ilə  Nazim  Hikmətin  51  şeiri 

səslənib.

“Yapı Kredi Yayınları” tərəfindən yayımlanan Nazim Hikmətin “Ne Gü-

zel Şey Hatırlamak Seni” kitabındakı şeirlərinin bəziləri bunlardır: “Has-

ret”, “Sesini Kaybeden Şehir”, “Mavi Gözlü Dev”, “Minnacık Kadın ve Ha-

nımelleri”, “Karıma Mektup”, “Ne Güzel Şey Hatırlamak Seni”, “Karlı Kayın 

Ormanında”, “Ceviz Ağacı”, “Mavi Liman”, “Kara Haber” və “Henüz Vakit 

Varken, Gülüm”.

Onun şeirlərindən birində belə deyilir:

Ne güzel şey hatırlamak seni. 

Sana tahtadan bir şeyler oymalıyım yine:

bir çekmece

bir yüzük, 

ve üç metre kadar ince ipekli dokumalıyım. 

Ve hemen 

fırlayarak yerimden 

Penceremde demirlere yapışarak 

hürriyetin sütbeyaz maviliğine 

sana yazdıklarımı bağıra-bağıra okumalıyım... 

Nazim Hikmətin diqqəti cəlb edən bir şeirini diqqətinizə çatdırırıq:

O, mavi gözlü bir devdi. 

Minnacık bir kadın sevdi. 

Kadının hayali minnacık bir evdi

bahçesinde ebruliii 

hanımeli 

açan bir ev. 

Bir dev gibi seviyordu dev. 

Ve elleri öyle büyük işler için 

hazırlanmıştı ki devin, 

yapamazdı yapısını, 

çalamazdı kapısını 

bahçesinde ebruliii 

hanımeli 

açan evin. 

O, mavi gözlü bir devdi. 

Minnacık bir kadın sevdi. 

Mini minnacıktı kadın. 

Rahata acıktı kadın, 

yoruldu devin büyük yolunda. 

Ve elveda! – deyip mavi gözlü deve

girdi zengin bir cücenin koluna 

bahçesinde ebruliiii 

hanımeli 

açan eve. 

Şimdi anlıyor ki mavi gözlü dev

dev gibi sevgilere mezar bile olamaz: 

bahçesinde ebruliiiii 

hanımeli 

açan ev… 

Nazim  Hikmətin  şeirlərində  diqqəti  cəlb  edən  odur  ki,  insan  bu 

şeirləri oxuduqca həyatın gözəlliklərinin fərqinə varır.  

Hər zaman dediklərimiz, lakin heç düşünmədiklərimiz...

Əhməd    Şərif    İzgörənin  “İş  həyatında  100  kenquru”  kitabı  

idarəçilər üşün için bir sistem liderliyi modelini bağışlayır. 

Hər zaman ətrafımızdan idarəçilərimizdən nə gördüksə atamız-

dan, babamızdan nə öyrəndiksə, idarəetmə də onu tətbiq edirik. Bu, 

günə qədər gördüklərimiz, hər zaman möhkəm intizam , bürokratiya, 

tənbəllik və “qadağan yerli”lər... İşin pis tərəfi bunların bizim “doğ-

rumuz” olması, daha da pis olanı isə onları qəbul etməyimizdir. Bu 

səbəblə də baxdıqda iş həyatınızda sürü ilə “kenquru” görəcəksiz. Li-

derlik və idarəetmə ilə əlaqəli mükəmməl praktika olaraq qəbul etdi-

yimiz və adını xəta olaraq qoyduğumuz yüzlərlə kenquru.

Əhməd    Şərif    İzgörən  demişdir  ki,  on  dörd  yaşımda  unifor-

ma  geydim,  sonrası  hər  zaman  mənim  üçün  idarəetmə  və  liderlik 

nümunələrini izləmək və tətbiq etməklə keçdi və praktikada işə çox 

faydalı olduğunu gördüyüm bu təcrübələri, bir az da ətrafımdakıların, 

verdiyim  seminarlarda  iştirak  edənlərin  istiqamətləndirilməsi  ilə 

sizinlə  bölüşmək  istədim.  O  bu  kitabda  ölkədəki  qurumlarda  çox 

effektiv  şəkildə  istifadə  edə  biləcək  bir  modeli,  “Sistem  Liderliyi”ni 

təqdim  edir.  Fikir  adamı  Seyfi  Durhanın  dediyi  kimi  “Atların  nallan-

dığı yerdə qurbağalar ayaqlarını uzatmazmış”. Əhməd  Şərif  İzgörən 

qeyd etmişdir ki, bu qədər amerikalının kitab yazdığı və son dərəcə 

səthi nəzəriyyələr hazirlayıb bütün dünyaya satdığı, Türkiyəyə gəlib 

minlərlə dollara bunları anlatdığı bir sahədə bir türkün yeniyeni bir 

təcrübə ilə ortaya çıxdığının hörmətsizlik olduğunu bildiyim üçün “ 

Sistem Liderliyi Modeli”nə yalnız müəyyən bir nizam çərçivəsində bilik 

və təcrübənin bölüşülməsi gözü ilə baxmanıza üstünlük verirəm. 

Bu kitabda tapacağınız məlumatlar nəzəri olaraq gözəldir, lakin 

çətin  olanı  bunları  praktikada  həyata  keçirməkdir.  Həyata  keçirmək 

çox  çətindir,  çünki  qarşınızda  şirkətlər,  formullaşdırılmış  insanlar 

yoxdur.  Hər  şirkətin  quruluşu,  hər  insanın  təbiəti  fərqlidir.  İş  həyatı 

üçün  ideal  utopiya  yarada  bilməzsiniz.  Kədərlər,  müvəffəqiyyətlər, 

müvvəffəqiyyətsizliklər  mütləq  olacaq.  Lakin  kitabda  bəhs  edilən 

əsas yanaşma olan “Sistem Liderliyi Modeli”nin tətbiq olunması uzun 

mərhələdə mütləq müvəffəqiyyət qazandırır.

Kitabın  adı  nə  üçün  “İş  Həyatında  100  Kenquru”dur?  Əvvəllər 

Əhməd  Şərif  İzgörən kitabın adını “Sistem Liderliyi” qoymağı dü-

şündüyü halda, kitabın  bir idarəetmə kitabı ola bilməsi üçün içində 

mütləq  bir  sayı  olması  qərarına  gəldi:  Təsirli  Liderlərin  7  Vərdişi 

(narkotik,  viski  və  s.),  axmaqlar  üçün  20  qızıl  müvəffəqiyyət  açarı, 

Ünsiyyətin  12  möhtəşəm  qaydası  ,  Sevgilinzi  tərk  etmənin  50  yolu 

kimi.  Qazi  Universitetinin  Tibb  Fakültəsində  verdiyi  seminarlardan 

sonra dekan Səlçuk bəy ilə liftdə onun kabinetinə çıxarkən yeni kita-

bının adını soruşduqda həm də lift kimi bir yerdə dekanın iştirakı ilə  

“İş Həyatında 100 Kenquru” dediyi anda iki təmizlik işçisinin məzəli 

gülüşməsi Əhməd  Şərif  İzgörənə kitabın yeni adını qazandırdı. 

Əhməd  Şərif  İzgörənin “İş həyatında 100 kenquru” kitabında ən 

çox bəyənilən fikirlərdən biri budur: “Tarlanın iyirmi yerinin hər birini 

bir metr qazsanız su tapa bilməzsiniz. Bir yerini iyirmi metr qazın.” Bi-

zim elmi konsepsiyamız bu fəlsəfəyə söykənərsə, o zaman irəliləyərək 

addım-addım  dünyanın  rəqabətə  davamlı  elm  mərkəzlərinə  çevrilə  

bilərik.

  

Ne Güzel Şey Hatırlamak Seni



Genco Erkalın Sesinden 

Nazım Hikmet Şiirleri

 

Əhməd  Şərif  İzgörən



“İş həyatında 100 kenquru”

290 səhifə




60

EcoVision

BAŞLIQ



63


64

EcoVision

BAŞLIQ

Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin