AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə32/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

XI mühazirə 
 
 
392
qətiyyətsizliyi nəticəsində Ermənistan SSR-də 
azərbaycanlıların sayı xeyli azaldı. Vaxtilə Vedi, Keşişkənd 
rayonlarının 
əhalisinin etnik tərkibinin 72 faizini 
azərbaycanlılar təşkil etdiyi halda, deportasiyadan sonra orada 
cəmi 15-17 faiz azərbaycanlı qalmışdı. Azərbaycanda isə 
əksinə, ermənilərin sayı artırdı. Azərbaycanın  əsas iri 
şəhərlərində – Bakıda, Sumqayıtda, Gəncədə,  Əli-Bayramlıda, 
Mingəçevirdə, Daşkəsəndə və s. şəhərlərdə ermənilərin sayının 
artması ilə yanaşı, erməni gizli təşkilatları yaranırdı. 
1948-1956-cı illərdə Ermənistan SSR-dən, öz tarixi 
torpaqlarından köçürülən azərbaycanlıların bu faciəsi hüquqi 
cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları 
Komissiyasının qəbul etdiyi qərarın II maddəsinə uyğun olaraq 
soyqırım və etnik təmizləmə kimi qiymətləndirilməli idi, lakin 
hələ bu günə  qədər buna beynəlxalq miqyasda hüquqi qiymət 
verilməyib. 
80-ci illərin sonunda isə soydaşlarımız Ermənistan SSR-
dən sonuncu nəfərinədək zorla qovuldu və ermənilər tərəfindən 
azərbaycanlılara qarşı  həyata keçirilən etnik təmizləmə sona 
çatdırıldı. 
Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın faciəsinə 
düzgün qiymət ilk dəfə olaraq Azərbaycan Respublikasının 
Prezidenti, ümummilli liderimiz Heydər  Əliyev tərəfindən 
verildi. O, 1997-ci il dekabrın 18-də «1948-1953-cü illərdə 
azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik 
torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» fərman 
imzalandı. Bu fərmanla Ermənistan SSR ərazisində azər-
baycanlılara qarşı  tətbiq edilən etnik təmizləmə  və soyqırımı 
siyasətinin mürtəce mahiyyəti dünya sivilizasiyasına çatdırıldı. 
 
«1948-1953-cü illərdə azərbaycanlıların  
Ermənistan SSR ərazisindəki tarixi-etnik  
torpaqlarından kütləvi surətdə deportasiyası  
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
393
haqqında» Azərbaycan Respublikası Prezidentinin 
 FƏRMANI 
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı 
məqsədyönlü  şəkildə  həyata keçirilmiş etnik təmizləmə  və 
soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, 
milli faciə və  məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ 
gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində 
azərbaycanlılar indi Ermənistan adlandırılan  ərazidən – min 
illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından di-
dərgin salınaraq kütləvi qətl və  qırğınlara məruz qalmış, 
xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə  və yaşayış 
məskəni dağıdılıb viran edilmişdir. 
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 
nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları 
Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. 
Bu qərarlar  əsasında 1948-1953-cü illərdə 150 mindən çox 
azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba 
yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. 
Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı 
avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş 
tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr 
ağır köçürülmə  şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki 
sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu 
işdə erməni  şovinist dairələrinin və SSRİ  rəhbərliyinin 
cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan 
rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza 
qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində 
iştirakı da az rol oynamamışdır. 
Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların 
Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 
il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi 
qiymət verilməmişdir. 
Yuxarıda göstərilənləri nəzərə alaraq qərara alıram: 

XI mühazirə 
 
 
394
1. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR 
ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə 
deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına 
qarşı dövlət səviyyəsində  həyata keçirilmiş bu tarixi cinayətə 
hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq 
ictimaiyyətə çatdırılması  məqsədilə dövlət komissiyası 
yaradılsın. 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
fərmanın icrası ilə bağlı məsələləri həll etsin. 
 
Heydər ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 19 dekabr 1997-ci il 
 
 
3. Müharibənin ağır nəticələri və onların aradan  
qaldırılması. Azərbaycan iqtisadiyyatı 50-60-cı illərdə 
 
II Dünya savaşı dünya əhalisinin 4/5 hissəsinin yaşadığı 
61 ölkəni əhatə etmiş, 22 milyon kvadrat kilometr ərazidə hərbi 
əməliyyatlar aparılmışdır. Müharibədə iştirak edən ölkələrdə 60 
milyondan çox adam həlak oldu. Onun da təxminən 27 milyonu 
keçmiş SSRİ-nin payına düşdü. Müharibə zamanı (1939-1945-
ci illər) Almaniya 13,6 milyon, Polşa 6 milyon, Çin 5 milyon, 
Yaponiya 2 milyon, Yuqoslaviya 1,7 milyon, Fransa 600 min, 
İngiltərə 370 min, ABŞ 300 min nəfər adam itirmişdir. II 
Dünya savaşı  bəşəriyyətə 4 trilyon dollara başa gəlmişdi. 
Müharibədə  iştirak edən bütün ölkələrdə  məhv edilmiş maddi 
sərvətlərin ümumi də-yəri 316 milyard dollara bərabər olmuş, 
bu məbləğin 41 faizi SSRİ-nin payına düşmüşdü. 
Müharibə Azərbaycana və onun təsərrüfatına da ağır 
zərbə vurmuşdu. Müharibə illərində  səfərbərliyə alınmış 640 
mindən çox adamın 420 minə  qədəri cəbhədə  həlak olmuşdu. 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
395
Minlərlə ziyalı, mütəxəssis, ixtisaslı kadr müharibədən 
qayıtmadı. 
1941-1945-ci illərdə Azərbaycan öz milli sərvətlərinin 
üçdə – bir hissəsindən məhrum edildi. Müharibə zamanı 
adamlar doğmalarını, yaxınlarını itirmiş, sahibsiz uşaqların, 
başsız ailələrin sayı artmışdı. 
Müharibə dövründə  kənd təsərrüfatının bir çox 
sahələrində, o cümlədən texniki bitkilər sahəsində istehsalın 
səviyyəsi aşağı düşmüşdü. Respublikada təkcə pambıq istehsalı 
154 min tondan 65 min tona qədər azalmışdı. 
Müharibə respublika əhalisinin sayına da ciddi təsir 
göstərmişdi. Əhalinin 1940-cı ildəki sayı 3304,1 min nəfər idi. 
Bu rəqəm müharibənin sonuna 17,6 faiz azalmışdı,  əmək 
qabiliyyətli əhalinin sayı kəskin şəkildə aşağı düşmüşdü. Fəhlə 
və qulluqçuların sayı 1940-cı ildəki 456 min nəfərdən 1945-ci 
ildə 396 minə enmişdi. Müharibə Azərbaycanın  əmək 
ehtiyatlarının istifadəsinə  də  mənfi təsir göstərmişdi. 
Respublikanın xalq təsərrüfatında fəhlə, kolxozçu və 
qulluqçuların sayı xeyli azalmışdı, yerlərdə  işçi qüvvəsi 
çatışmırdı. 
İqtisadiyyatın müxtəlif sahələrində texniki avadanlığa 
ehtiyac artmışdı. Müharibə dövründə bir sıra kənd təsərrüfatı 
texnikası  və digər avadanlıqlar istehsal edən müəssisələr 
profilini dəyişdiyindən, bu sahədə  də istehsalın səviyyəsi 
azalmışdı. 
Sənayenin istehsalı, o cümlədən aparıcı sahə olan neft 
hasilatı və emalı 2,1 dəfə azalmışdı. Kənd təsərrüfatı sahəsində 
də istehsalın dinamikası aşağı düşmüşdü. 
Respublikanın xalq təsərrüfatının bərpası 
işinə 
müharibənin gedişində, hələ  işğal olunmuş  ərazilər azad 
edilərkən başlanılmışdı. 1945-ci il mayın 26-da SSRİ Dövlət 
Müdafiə Komitəsi «Silah istehsalının azaldılması ilə  əlaqədar 
olaraq sənayeni yenidən qurmaq sahəsində tədbirlər haqqında» 

XI mühazirə 
 
 
396
qərar qəbul etdi. Azərbaycan hökuməti respublika xalq 
təsərrüfatının, xüsusilə neft sənayesinin bərpası və inkişafı üçün 
xeyli işlər gördü. Azərbaycanda neft sənayesinin bərpası  və 
inkişaf etdirilməsində  Mərkəz də çox maraqlı idi. Odur ki, 
1945-ci il mayın 28-də SSRİ DMK «Bakıda neft hasilatını 
artırmaq tədbirləri haqqında» qərar qəbul etdi. Bu, hər  şeydən 
əvvəl, mərkəzin Azərbaycanın sərvətlərini acgözlüklə istismar 
etməsinə yönəldilmişdi. 
Mərkəzin Azərbaycan nefti ilə bağlı qəbul etdiyi qərarda 
neft sənayesini mümkün qədər çox inkişaf etdirməyin 
(mənimsəməyin) proqramı hazırlanmışdı. Müharibədən sonra iş 
rejimində  dəyişiklik oldu. Belə ki, müharibə dövrünün 
qaydaları, o cümlədən iş vaxtından artıq işləmək ləğv oldu. 8 
saatlıq iş rejimi və illik məzuniyyətlər bərpa edildi. 1945-ci il 
dekabrın 1-dən müharibə illərində istifadə edilməmiş 
məzuniyyətlərin əvəzi ödənilməyə başlandı. 
Respublika sənayesinin aparıcı sahələrindən biri olan 
maşınqayırma sənayesi bərpa olunmağa başladı. Bu sahədə 
neft-mədən və yeni neft avadanlıqları istehsalına başlanıldı. 
1946-cı ilin əvvəlindən başlayaraq «Aznetfmaş» trestinin işi 
yenidən quruldu və müharibədən  əvvəlki istehsal vəziyyəti 
bərpa olundu, bir sıra yeni növ neft-maşınqayırma 
avadanlıqlarının buraxılışına başlanıldı. 
Neft-maşınqayırma avadanlıqlarının istehsalını artırmaqla 
yanaşı, təmir və ehtiyat hissələrinin hazırlanmasına diqqət 
artırıldı. Geoloji kəşfiyyat və quyuların bərpası  işi 
sürətləndirildi. Nəticədə neft hasilatı 1948-ci ildə 4 faiz artdı. 
Müharibədən sonrakı 1946-1950-ci illərdə Azərbaycanın 
iqtisadiyyatı dinc quruculuq dövrünün qanunlarına uyğun 
yenidən quruldu. Artıq 1948-ci ildə  sənayedə  məhsul istehsalı 
müharibədən  əvvəlki səviyyəyə çatdı. Fəhlə, kolxozçu və 
qulluqçuların sayı xeyli artdı. Neft sənayesində yeni 
texnologiya və texnika tətbiq edilməyə başladı. Müharibədən 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
397
sonrakı illərdə SSRİ-nin 80-dən çox zavodu Azərbaycan neft 
sənayesinin sifarişlərini yerinə yetirirdi. 1946-1950-ci illərdə 
Hövsan, Qaradağ, Qum adası, Girovdağ, Buzovna, Maştağa, 
Gürgandəniz, Gəncə (1947-ci il), Umbakı (1948-1950-ci illər), 
Neft daşları (1950-ci il), Darvin bankası (1950-ci il) və sairə 
yeni neft-qaz yataqları kəşf edilmiş və sənaye üsulu ilə işləmək 
üçün istifadəyə verilmişdi. Bu onu göstərirdi ki, Azərbaycanın 
neft sənayesinin bərpa və inkişaf etdirilməsi SSRİ hökumətinin 
diqqət mərkəzindədir. 
1946-cı ildən başlayaraq respublikanın neft mədənlərində 
turbin qazma üsulu genişləndirilməyə başladı. 1946-1950-ci 
illərdə Azərbaycan neft sənayesində yeni texnikanın, üsulların 
və quyuların istismar işinin sürətləndirilməsi hesabına böyük 
uğurlar əldə edildi, neft hasilatı əhəmiyyətli dərəcədə artdı. Bu 
müvəffəqiyyətə 1948-1950-ci illərdə 2800-ə  qədər dayanmış 
quyuların bərpa edilməsinin də böyük təsiri olmuşdu. 
Keçmiş Sovet imperiyasının  əsas neftçıxarma mərkəzi 
sayılan Azərbaycan artıq müharibədən sonrakı dövrdə bütün 
ölkənin – SSRİ-nin yanacağa olan tələbatını ödəyə bilmirdi. 
Bu, Xəzər neft yataqlarının kəşf edilməsi və istifadəyə 
verilməsini zərurətə çevirdi. 
Bir çox mütəxəssislər  əsaslandırmağa çalışırdılar ki, 
Xəzərdə neftçıxarma iqtisadi cəhətdən səmərəli ola bilməz. 
Buna baxmayaraq, 1949-cu ildə dünyada ilk dəfə Azərbay-
canda açıq dənizdə neft çıxarılmasına başlanıldı. Beləliklə, 
Azərbaycan neftçilərinin çox gərgin  əməyi nəticəsində onların 
qazdığı  kəşfiyyat quyusu 1949-cu il noyabrın 7-də fontan 
vurdu. 
Dəniz neft yataqlarında qazma işlərini genişləndirmək 
üçün 1949-cu ildə «Azneft» Birliyi nəzdində «Dəniz qazma» 
tresti yaradıldı. Həmin il mayın 7-də SSRİ Nazirlər Soveti 
«Azərbaycan SSR-də  dəniz neft yataqlarının kəşfini və 
işlənməsini üzən vasitələrlə təmin etmək haqqında» qərar qəbul 

XI mühazirə 
 
 
398
etdi. 
Daha sonra dəniz mədənlərinin yaradılması və inkişafında 
«Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşfi və işlənməsi 
üzrə  işlərin təşkilini yaxşılaşdırmaq tədbirləri haqqında» SSRİ 
Nazirlər Sovetinin 1949-cü il 31 oktyabr tarixli yeni qərarı 
qəbul edildi. Bu qərardan sonra dəniz neft yataqlarının 
işlənməsini gücləndirmək və bu işə  rəhbərliyi yaxşılaşdırmaq 
məqsədilə 1950-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə yeni 
neft Birliyi – «Azərdənizneft» yaradıldı. Bundan əlavə, 
dünyada ilk dəfə olaraq açıq dənizdə neft-mədən 
estakadalarından istifadə olunmağa başlandı. Artıq 1948-ci ildə 
tikintisinə başlanılmış estakadanın uzunluğu 1950-ci ildə 18,9 
km-ə çatdı. Nəticədə qısa müddətdə neft hasilatı 1,4 dəfə artdı. 
Neft hasilatı artıqca neft emalı səna-yesi də inkişaf edirdi. Neft 
emalı zavodları yeniləşdirilir, yeni texnologiya tətbiq edilirdi. 
Bakıda elektrik təmiri və 1949-cü ildə Binəqədi boru 
təmiri zavodlarının da tikilib istifadəyə verilməsi neft 
mədənlərinin istismar-qaldırıcı mexanizmlər ilə  təmin 
edilməsində mühüm rol oynadı. 
Neft sənayesinin inkişafı Azərbaycanda digər  əlaqədar 
sənaye sahələrinin, o cümlədən maşınqayırma, kimya 
sənayesinin də inkişafına əhəmiyyətli təsir göstərirdi. 
Maşınqayırma sənayesi inkişaf etdikcə, onun yeni istehsal 
sahələri yaranır, istehsal gücü artırdı. 1946-1950-ci illərdə neft 
maşınqayırma zavodları 438 növ yeni maşın, mexanizm və yeni 
avadanlıqlar istehsal etmişdi. 1947-ci ildə Bakı elektrik 
maşınqayırma zavodu, Bakı diyircəklər zavodu, yeni 
cihazqayırma və elektromexanika məmulatı zavodu tikilib 
istifadəyə verilmişdi. 
1946-cı ildən başlayaraq Azərbaycanda elektrik 
enerjisinin istehsalına olan tələbatı ödəmək üçün mühüm işlər 
görülmüşdü. İlk növbədə, enerji sisteminin işi yenidən quruldu, 
yeni enerji istehsalı yaradıldı. O cümlədən, Sumqayıt  İstilik 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
399
Elektrik Stansiyasının istehsal gücü xeyli artırıldı. 
SSRİ XKS-in 1945-ci il mayın 6-da qəbul etdiyi qərara 
uyğun olaraq Mingəçevir SES-in tikintisi bərpa edildi. Su qov-
şağının  əsas obyektlərinin tikintisini sürətləndirmək məqsədilə 
1948-ci ildə «Mingəçevir-SES tikinti» idarəsi yaradıldı. Bu 
idarə Mingəçevir SES-in tikintisinin qısa müddətdə başa 
çatdırılmasında mühüm rol oynadı. 
1946-1950-ci bərpa illərində Azərbaycanda sənayenin 
digər sahələri – tikinti materialları, yüngül, toxuculuq, yeyinti 
və yerli sənaye bərpa olunur, quruculuq işləri sürətlə inkişaf 
etdirilirdi. Yüngül və toxuculuq sənayesinə  vəsait qoyuluşu 
xeyli artırılmış, onların yeni texnika və texnologiya ilə  təchiz 
edilməsi genişləndirilmişdi. Nəticədə  əsas istehlak mallarının 
istehsalı 1950-ci ildə müharibədən  əvvəlki səviyyəni ötüb 
keçmişdi. 
1946-1950-ci illərdə respublikada iqtisadiyyatın mühüm 
sahəsi olan kənd təsərrüfatının bərpa və inkişaf etdirilməsi 
sahəsində də uğurlu işlər görülmüşdü. ÜİK(b) P MK-nın 1947-
ci il fevral Plenumu «Müharibədən sonrakı dövrdə  kənd 
təsərrüfatını yüksəltmək tədbirləri haqqında» məsələ müzakirə 
etmiş  və müvafiq qərar qəbul edilmişdi. Qərardan irəli gələn 
vəzifələrin həyata keçirilməsinin nəticəsi kimi Azərbaycanın kənd 
təsərrüfatının istehsalat-texniki bazası xeyli möhkəmləndirildi. 
Respublika kənd təsərrüfatına qoyulan əsaslı vəsait artırıldı. 
1946-1950-ci illərdə Azərbaycana 4200 traktor, 273 taxıl 
kombaynı  və çoxlu miqdarda digər kənd təsərrüfatı maşını 
gətirilmişdi. Bu texnikanın sayı durmadan artırılırdı. Xüsusilə, 
MTS-lərin  şəbəkəsi genişlənmiş, 12 MTS və 3 maşın – 
heyvandarlıq stansiyası təşkil olunmuşdu. 
Bərpa illərində suvarma sistemi, irriqasiya tikintisi 
genişləndirildi. Kür-Araz ovalığında, Samur-Dəvəçi kanalı 
zonasında və respublikanın digər regionlarında suvarma işini 
yaxşılaşdırmaq üçün mühüm tədbirlər görüldü. 

XI mühazirə 
 
 
400
Kənd təsərrüfatının inkişafında koxozların təşkilat-tə-
sərrüfatca möhkəmləndirilməsi sahəsində  də  əhəmiyyətli təd-
birlər həyata keçirildi. «Kolxozlarda kənd təsərrüfatı arteli 
Nizamnaməsinin pozuntularını ləğv etmək tədbirləri haqqında» 
SSRİ XKS və ÜİK(b) P MK-nın 1946-cı il 19 sentyabr tarixli 
qərarının respublikada həyata keçirilməsi nəticəsində 
kolxozların ictimai mülkiyyətini möhkəmləndirmək, torpaqdan 
istifadəni yaxşılaşdırmaq, işin və  əməyin səmərəliliyini 
artırmaq, kənd təsərrüfatının ictimai mülkiyyətini daha da 
inkişaf etdirmək, kolxozçuların  əmək fəallığını artırmaq 
mümkün olmuşdu. 
Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi və 
koxozçuların təşkilat-təsərrüfatca möhkəmləndirilməsində 
SSRİ Nazirlər Sovetinin «Xırda kolxozların iriləşdirilməsi 
haqqında» 1950-ci il 7 iyun tarixli qərarının da əhəmiyyəti az 
olmamışdı. Artıq 1950-ci ilin sonunda respublikanın kənd 
təsərrüfatında kolxozlarla yanaşı, sovxozlar da meydana gəlirdi. 
Respublikada 3136 artel, 1615 kolxoz və 46 sovxoz var idi. 
Kolxozların iriləşdirilməsi nəticəsində onların sayı azalaraq 
1951-ci ildə 1359-a enmişdi. 
1947-ci ildə dövlətin kolxozlara münasibəti dinc dövrə 
uyğunlaşdırılmamış qalırdı. MTS-lər bərpa olunsa da, onların 
işi yaxşı təşkil olunmamışdı. 
Müharibədən sonra tikinti işləri yenidən qurulurdu. Bu 
işlərini icra etmək üçün fəaliyyətdə olan 
«Azərneftzavodtikinti», «Qafqazneftenerjitikinti» kimi iri 
tikinti təşkilatları ilə yanaşı, «Mingəçevirtikinti», 
«Daşkəsənfiliztikinti», «Kür-Arazsutikinti», «Bakı tikinti-
quraşdırma» tresti, «Azneftdəniztikinti» və digər tikinti 
təşkilatları işə salınmışdı. 
Müharibədən sonrakı dövrdə Zaqafqaziyada ən böyük 
Daşkəsən dəmir filizi yatağı  əsasında filiz-mədən sənayesi 
yaradılmağa başlandı. Burada əmək məhsuldarlığının 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
401
artmasında mühüm rol oynayan Daşkəsən dəmir mədəninin 
əsası qoyuldu. Müharibə ilə  əlaqədar tikintisi dayandırılmış 
Daşkəsən mədəninin tikintisi bərpa edildi. 
Azərbaycanda nəqliyyat və rabitə sahələri də inkişafa 
başladı. 1945-ci ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı 
ilə ayrıca Azərbaycan Dəmiryol  İdarəsi təşkil olundu. Bu da 
Azərbaycanın müxtəlif bölgələrini birləşdirən dəmiryol 
şəbəkəsinin genişləndirilməsində, 
əhalinin nəqliyyat 
vasitələrinə olan ehtiyacının təmin edilməsində az rol 
oynamamışdı. 
1946-1950-ci illərdə respublika daxilində su, avtomobil 
və hava nəqliyyatı da xeyli inkişaf etmişdi. Onların texniki 
təchizatı yaxşılaşmışdı ki, bu da yük dövriyyəsini və  sərnişin 
daşımasını artırmağa imkan vermişdi. 
Rabitə müəssisələrinin  şəbəkəsi, poçt mübadiləsi 
genişlənirdi. Teleqraf-telefon rabitəsi yenidən quruldu. 
Beləliklə, 1946-1950-ci illərdə Azərbaycanın xalq 
təsərrüfatında bərpa işləri,  əsasən, başa çatdırıldı, sənaye və 
kənd təsərrüfatı işləri dinc dövrə uyğun olaraq yenidən quruldu, 
tikinti, nəqliyyat, rabitənin texniki səviyyəsi yüksəldildi. 
Sənayenin ümumi məhsulu 78 faiz artdı. 
Azərbaycanın neft-qaz sənayesinin inkişafı  nəticəsində 
neft hasilatı 28, qaz çıxarılması isə 26 faiz çoxaldı. Neft emalı 
zavodlarının istehsal gücü artırıldı. Neft emalının həcmi 1,3, 
bütün əlvan neft məhsullarının həcmi 14 dəfə, aviasiya benzin 
növləri 7,5, dizel yanacağı 6,5, bütün növ yağların istehsalı isə 
1,75 dəfə çoxaldı. 
Kənd təsərrüfatı bitkilərinin  əkin sahələri genişləndirildi. 
Ümumi məhsulun istehsalı 1950-ci ildə 1946-ci ilə nisbətən 32 
faiz çox oldu. 
Heyvandarlıqda irəliləyişlər baş verdi. Bütünlükdə isə 
maldarlığa münasibət o qədər də yaxşı deyildi. Heyvandarlığın 
inkişafında kolxoz və sovxozların imkanlarından tam istifadə 

XI mühazirə 
 
 
402
olunmurdu. 
Respublikada tikinti-quraşdırma işləri genişləndirilmiş, 
tikinti təşkilatlarının texniki və maddi bazası inkişaf etmişdi. 
Bununla yanaşı, ixtisaslı kadrlar çatışmırdı. Mədəni-maarif, tibb 
ocaqlarının tikintisi, abadlaşdırma işləri ləng gedirdi. Nəqliyyat, 
rabitə sistemində xeyli uğurlar əldə olundu. 
XX yüzilliyin 50-60-cı illərində Azərbaycan keçmiş 
Sovetlər Birliyinin tərkibində olduğundan ölkənin xalq 
təsərrüfatı da mərkəzləşdirilmiş qaydada idarə olunurdu. O vaxt 
Azərbaycanda xalq təsərrüfatının bütün sahə strukturlarının 
yaradılması, planlaşdırılması və idarə edilməsi mərkəzin qərarı 
ilə nizamlanırdı. 
1955-ci ilin iyulunda Sov. İKP Mərkəzi Komitəsi 
istehsalın texniki səviyyəsini yüksəltməyə dair xüsusi proqram 
qəbul etdi. Xalq təsərrüfatının idarə edilməsi yenidən qurul-
mağa başladı. 1956-cı ilin mayında Sov.İKP MK və SSRİ 
Nazirlər Sovetinin qərarı ilə xalq təsərrüfatının idarə 
olunmasında müttəfiq respublikaların rolu artırıldı.  Əsaslı 
tikinti, maddi-texniki təchizat,  əmək məhsuldarlığı, məhsulun 
maya dəyəri və satışı, habelə maliyyə  məsələləri ilə indi 
respublikalar özləri məşğul olmağa başladılar. Kənd təsərrüfatı 
idarələri ləğv edildi. 
Sov. İKP MK-nın 1957-ci il fevral plenumunun və SSRİ 
Ali Sovetinin həmin ilin mayında keçirilən sessiyasının 
qərarlarına əsasən, sənaye və tikintinin idarə olunması yenidən 
qurulmağa başladı. Təsərrüfat nazirlikləri ləğv edildi. Operativ 
idarəçiliyin mərkəzdən yerlərə verilməsi üçün iqtisadi rayonlarda 
Xalq Təsərrüfatı  Şurası yaradıldı  və 400-dən çox sənaye 
müəssisəsi onun ixtiyarına verildi. Sənaye məhsulunun, demək 
olar ki, hamısı respublikaya tabe olan müəssisələrdə istehsal 
olunurdu. SSRİ Ali Sovetinin 1958-ci il 31 mart tarixli 
qanununa  əsasən, MTS ləğv olunmuş, onların texnikası 
kolxozlara satılmışdı. Bu, təsərrüfatların iqtisadi vəziyyətini 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
403
xeyli pisləşdirmişdi. 
1955-ci ildə istehsal vasitələri istehsalı 1950-ci il səviy-
yəsindən beşinci beşillik planda nəzərdə tutulan 80 faiz 
əvəzinə, 84 faiz olmuşdu. Xam və dincə qoyulmuş torpaqlardan 
müvəffəqiyyətlə istifadə edilirdi. Taxıl istehsalı 1954-cü 
ildəkindən 135 mln. pud artıq istehsal edilmişdi. Heyvandarlıq 
məhsullarının istehsalı və tədarükü artmışdı. Ağır səna-yenin və 
kənd təsərrüfatının  əldə edilmiş artımı yüngül sənayenin və 
yeyinti sənayesinin müvəffəqiyyətlə inkişafı üçün, 
zəhmətkeşlərin maddi rifahının və  mədəni səviyyəsinin yük-
səldilməsi üçün möhkəm təməl yaratmışdı. 
1954-1955-ci illərdə respublikaların, demək olar ki, bütün 
sənaye sahələri dövlət plan və tapşırıqlarının yerinə 
yetirilməsini təmin etmişdi. 1955-ci ilə nisbətən 1957-ci ildə 
sənayenin ümumi məhsul istehsalı 43,5 faiz artmışdı. 
Respublikada sənayenin əsas sahəsi olan neft sənayesi ilə 
yanaşı, qara və  əlvan metal sənayesi, kimya sənayesi, enerji 
istehsalı sənayesi də sürətlə inkişaf etmişdi. 
Ağır sənayenin inkişaf etdirilməsi ilə  bərabər, yüngül və 
yeyinti sənayesinin inkişafına da böyük diqqət verilirdi. 
Mingəçevirdə iri toxuculuq kombinatı, Bakıda kamvol fabriki 
və digər yerlərdə bir sıra müəssisələr tikilmişdi. 
1956-cı ildə ümumi sənaye məhsulu 1954-cü ilə nisbətən 
7, 1955-ci ilə nisbətən 13,5 faiz artmışdı. Plandan əlavə 259,7 
mln. manatlıq məhsul verilmişdi. Respublikada 1913-cü 
ildəkindən 13,7 dəfə artıq sənaye məhsulu buraxılmışdı. Prokat 
istehsalı 5,5 dəfə, elektrik enerjisi istehsalı 6 faiz, açıq neft 
məhsulları istehsalı 17 faiz və etil spirti istehsalı 56 faiz 
artmışdı. Elektrik enerjisi istehsalı üst-üstə Türkiyə,  İran, 
Pakistan,  Əfqanıstanda istehsal edilən elektrik enerjisindən 
təqribən bir dəfə yarım və Rusiyada istehsal edilən elektrik 
enerjisindən 2,5 dəfə artıq idi. 
Sov.İKP MK fevral plenumunun və SSRİ Ali Soveti 

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin