AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə40/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   ...   35   36   37   38   39   40   41   42   43

XIII mühazirə 
 
 
486
baycanda yaranan kriminal vəziyyət ölkəni iflic vəziyyətinə 
saldı. Ciddi və  dərin sosial-iqtisadi və  hərbi-siyasi böhran ya-
randı. Artıq vətəndaş müharibəsi başlanmış, günahsız adamlar 
öldürülmüşdü. Cənub bölgəsində «Talış Muğan 
Respublikası»nın yaranması haqqında xəbərlər bütün 
Azərbaycan xalqını ciddi narahat etməyə başladı. Ölkə fəlakət 
qarşısında idi. Azərbaycanın müstəqilliyi sual altında idi. Bir 
çox hakimiyyət strukturları iflic vəziyyətinə düşdü.  İş o yerə 
çatdı ki, Azərbaycanın Baş naziri, Milli Məclisin Sədri, bütün 
güc nazirliklərinin rəhbərləri istefaya getdi. Əslində ölkə heç 
bir qurum tərəfindən idarə olunmurdu. Ölkə od içində idi. 
Gəncədə başlanan qiyam vətəndaş müharibəsinin 
başlanmasından xəbər verirdi. Başlanmış  təhlükəli proseslərin 
qarşısını almaqda gücsüzlüyünü dərk edən iqtidar son anda 
kömək üçün Heydər Əliyevə müraciət etdi. Öz acizliyini duyan 
Ə.Elçibəy xalqın tələbi ilə hesablaşmaq məcburiyyətində 
qalaraq Heydər  Əliyevə müraciət etməli oldu və öz şəxsi 
təyyarəsini Naxçıvana göndərdi. Lakin Heydər Əliyev yenidən 
Azərbaycanda siyasi hakimiyyətə qayıtmaq fikrində olmadığını 
bildirərək bu təklifi qəbul etmədi.  İyunun 7-8-də Naxçıvana 
göndərilmiş xüsusi təyyarə ilə Bakılya gəlməkdən imtina edən 
bu dahi şəxsiyyət respublikada vəziyyətin getdikcə daha da 
gərginləşərək dövlətçilik üçün təhlükəli xarakter kəsb etməsini 
və xalqın arzusunu nəzərə alaraq Ə.Elçibəyin təkidli xahişi ilə 
nəhayət, iyunun 9-da Bakıya gəldi. 
Yaranmış  gərgin tarixi şəraiti xalq, dövlət və bütün 
insanlar çox gözəl anlayırdı. Belə bir zamanda dövlətçiliyi 
qorumağa qadir şəxsiyyət yalnız Heydər  Əliyev ola bilərdi. 
Belə  ağır bir zamanda millətə tarixi və  şanlı keçmişinin 
varlığını anladan, milli yaddaşını oyadan məhz Heydər Əliyev 
şəxsiyyəti- milli lider ola bilərdi. Xalq yanılmamışdır və çox 
gözəl anlayırdı ki, onu belə ağır bəladan ancaq və ancaq Heydər 
Əliyev şəxsiyyəti xilas edə bilərdi. Heydər Əliyev Naxçıvandan 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
487
Bakıya Azərbaycan dövlətinin rəhbəri kimi deyil, xalqın milli 
lideri kimi, xalqın və dövlətçiliyin xilaskarı kimi gəlmişdi. 
Bakıya gələrkən Heydər  Əliyev çox ciddi və ziddiyyətli 
problemlərlə, ağır siyasi durumla, kəskin ictimai, siyasi və 
iqtisadi böhranla üzləşdi. Ordu yox idi. İqtisadiyyat dağılmışdı, 
cəbhədə  uğursuzluqlar kəskin hərbi-siyasi böhran yaratmışdı, 
könüllü hərbi birləşmələr mərkəzə tabe olmaq istəmirdilər, 
vahid və  mərkəzi komandanlıq yox idi, Bakıda isə güc 
strukturları  və hakimiyyət rəhbərləri öz vəzifələrini 
«dondurmuşdular». Bir sözlə, ölkədə anarxiya və siyasi 
hakimiyyət böhranı hökm sürürdü. Bakıya gələn kimi dərhal öz 
şəxsi həyatını təhlükədə qoyaraq və böyük bir cəsarət nümayiş 
etdirərək Gəncəyə getdi, hadisələrlə yaxından tanış oldu, 
adamlarla görüşdü, ağsaqqal tövsiyyələrini verdi və yaranmış 
problemlərin həlli yollarını müəyyənləşdirdi. Sonra Bakıya 
qayıdıb Ali Sovetdə millət vəkilləri qarşısında ətraflı məlumat 
verdi. Elə həmin gün iyunun 15-də yekdiliklə Ali Sovetin (Milli 
Məclisin) Sədri seçildi. Həmin gün Azərbaycan xalqının 
tarixinə milli Qurtuluş Günü kimi daxil oldu. 1993-cü ilin 
oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan 
Respublikasının Prezidenti seçildi. 
Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən 
Heydər  Əliyev ölkəmizin daxili və xarici siyasət proqramını 
hazırladı, dağıdılmış iqtisadiyyatın bərpa və inkişaf 
etdirilməsinin strategiyasını müəyyənləşdirdi, azad bazar 
iqtisadiyyatına doğru dərin və  əhatəli sosial-iqtisadi, siyasi və 
mədəni islahatlar kursunu inkişaf etdirdi. Prezident Heydər 
Əliyev qısa zamanda ölkənin sosial-iqtisadi, siyasi və  mədəni 
inkişafının  əsaslandırılmış proqramını hazırladı. Dünya 
sivilizasiyasının inkişaf proqramından və təcrübəsindən istifadə 
edərək milli iqtisadiyyatın inkişafının spesifik cəhətləri, 
xüsusiyyətləri və milli mentalitetimizə uyğun bütün 
parametrləri nəzərə alınaraq yeni-yeni layihələr və dövlət 

XIII mühazirə 
 
 
488
proqramları hazırlandı. 
1993-cü ildən başlayaraq prezident Heydər  Əliyevin 
həyata keçirdiyi düzgün və  əsaslandırılmış daxili və xarici 
siyasət Azərbaycanın demokratik inkişaf yolu ilə sürətlə 
irəliləməsinə geniş istiqamət açmış, iqtisadiyyatın dirçəlməsinə 
səbəb olmuş, Azərbaycan xalqının qurtuluşuna nail 
olunmuşdur. 
 Tarixi  təcrübə öyrədir ki, bütün zamanlarda və bütün 
dövlətlərdə yeni dövlət və hakimiyyət sturkturları yaratmaq və 
formalaşdırmaq, dərin islahatlar həyata keçirmək, daxili 
sabitliyə nail olmaq, əhalinin sosial problemlərini həll etmək nə 
qədər çətin və mürəkkəb vəzifələrdir. Ancaq prezident Heydər 
Əliyev belə  çətin problemlərin həlli yollarını müəyyənləşdirə 
bildi. 
İyirminci yüzilliyin 90-cı illərində Azərbaycanda həyata 
keçirilən dərin sosial-iqtisadi islahatların tədqiqi, onların həlli 
yollarının araşdırılması  və qiymətləndirilməsi bu gün böyük 
elmi və pratkiki əhəmiyyət kəsb edir, Azərbaycanın çağdaş 
tarixinin öyrənilməisndə mühüm əhəmiyyətə malikdir. 
Araşdırmalar nəticəsində aydın olur ki, Heydər  Əliyevin 
hakimiyyətə qayıdışından sonra ölkəmizdə fundamental 
əhəmiyyətə malik olan tədbirlər həyata keçirildi. Zənnimizcə 
həmin tədbirlər əsasən aşağıdakılardır: 
Birincisi, Azərbaycan Respublikasının dövlət 
müstəqilliyinin bərpası ilə  əldə edilən nailiyyətlər və 90-cı 
illərin  əvvəllərində ölkədə yaranmış  dərin siyasi hakimiyyət 
böhranı, Dağlıq Qarabağ 
və Ermənistan-Azərbaycan 
müharibəsi, erməni millətçi silahlı birləşmələri tərəfindən 
torpaqlarımızın işğalı dövlət müstəqilliyimizin taleyini təhlükə 
qarşısında qoydu. Belə  ağır və mürəkkəb vaxtda Azərbaycan 
xalıqının təkidli xahişi ilə Heydər  Əliyevin yenidən 
hakimiyyətə qayıdışı xalqımızın tarixinə Milli Qurtuluş günü 
kimi daxil oldu. 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
489
İkincisi, Heydər  Əliyevin hakimiyyətə başladığı ilk 
gündən  əsas diqqət ölkə daxilində siyasi parçalanmanın 
qarşısının alınmasına, sakitliyə  və sabitliyə, cəbhədə atəşkəsə 
nail olunmasına, sürətlə artmaqda olan infilyasiyanın qarşısının 
alınmasına, azad bazar iqtisadiyyatına doğru dərin sosial-
iqtisadi, siyasi və  mədəni islahatların həyata keçirilməsinə 
yönəldildi. 
  Üçüncüsü, Heydər  Əliyevin qətiyyəti, prinsipiallığı, 
diplomatik səyi və böyük dövlətçilik təcrübəsi sayəsində 
dövlətçiliyimizə  və müstəqilliyimizə qarşı edilən bütün 
qəsdlərin qarşısı müvəffəqiyyətlə alındı, dövlətimizə qarşı 
törədilən qəsdlər ləğv edildi. Azərbaycanın dövlət 
müstəqilliyinə qarşı yönəldilmiş  qəsdlərin aradan qaldırılması 
istiqamətində həyata keçirilən qətiyyətli tədbirlər bir daha real 
faktlarla sübut etdi ki, respublikamızda qiyam üçün sosial və 
siyasi baza yoxdur, xalq öz prezidentini ürəkdən sevir, onun 
müdrik daxili və xarici siyasi xəttini bəyənir və dəstəkləyir. 
Dördüncüsü,  Qısa zamanda Heydər  Əliyev tərəfindən 
Azərbaycan Respublikasının xarici siyasət strategiyasının 
konseptual, elmi əsasları yaradıldı, bütöv bir təlimin beynəlxalq 
münasibətlər sisteminə uyğunlaşdırılması istiqamətləri, prinsip 
və  vəzifələri, düşunulmüş taktiki yolları, dünya dövlətləri ilə 
əlaqələrin yaxın və uzaq strategiyası müəyyənləşdirildi. 
Hazırlanan Proqramda sülsevərlik, mehriban qonşuluq və dinc 
yanaşı yanaşmaq prinsipləri, başqasının daxili işlərinə 
qarışmamaq, qarşılıqlı faydalı  əməkdaşlıq kimi yüksək bəşəri 
dəyərlər öz əksini tapdı. 
Beşincisi, Azərbaycanda hüquqi, demokratik və dünyəvi 
dövlət quruculuğunun həyata keçirilməsində, milli dövlət 
strukturlarının yaradılmasında və formalaşmasında Yeni 
Konstitusiyanın (1995-ci il) qəbul edilməsinin böyük 
əhəmiyyəti oldu. Milli Konstitusiyamızın qəbul olunması 
Azərbaycanda dövlət müstəqilliyinin daimi, əbədi olunmasını 

XIII mühazirə 
 
 
490
bir daha dünyada sübut etdi, demokratik vətəndaş  cəmiyyəti 
quruculuğuna insanların azad və  sərbəst yanaşmalarına, insan 
haqları və hüquqlarının genişlənməsinə əlverişli şərait yaratdı. 
Altıncısı, Azərbaycan tarixinin ən parlaq səhifələrindən 
biri olan «Əsrin müqaviləsi» sazişlərinin imzalanması Heydər 
Əliyev dühasının düşünülmüş  və uzaqgörən diplomatiyasının 
böyük və tarixi qələbəsi, neft strategiyası siyasətinin parlaq 
uğuru idi. 
Yeddincisi, İyirminci yüzilliyin 90-cı illərinin ortalarından 
başlayaraq Respublika iqtisadiyyatında köklü dəyişikliklər 
aparıldı, azad bazar iqtisadiyyatına doğru dərin sosial-iqtisadi, 
siyasi və  mədəni islahatlar keçirildi. Bu baxımdan dövlət 
mülkiyyətinin özəlləşdirilməsi, sahibkarlığın inkişaf 
etdirilməsi, aqrar islahatların həyata keçirilməsi istiqamətində 
əhəmiyyətli tədbirlər həyata keçirildi. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliye-
vin Dünya azərbaycanlılarının I Forumuna (02.06.2006) gön-
dərdiyi təbrikdə deyildiyi kimi, ümummilli lider Heydər 
Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanın 
dövlət müstəqilliyini qoruyub saxlayaraq daha da 
möhkəmləndirdi və dinamik inikşaf yoluna çıxardı. 
Bu gün çox böyük inamla, faktlarla, dəlil və sübutlarla 
deyə bilərik ki, Azərbaycan xalqının qurtuluşu məhz ümum-
milli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Heydər 
Əliyev Azərbaycanın dövlət müstəqilliyinin 
möhkəmləndirilməsinin, xalqımızın xöşbəxt və firavan 
yaşamasının, qurtuluş yollarında tarixi zəfərlərin 
qazanılmasının, bizim haqq səsimizin və Azərbaycan 
həqiqətlərinin dünyaya çatdırılmasının etibarlı qarantı, qüdrətli 
rəhbəri, yenilməz sərkərdəsi, cənabı Allahın xalqımıza bəxş 
etdiyi bir ərmağanı və mözücəsidir. «Həyatımın mənasını ancaq 
xalqa sədaqətlə xidmətdə görürəm»-deyən H.Ə.Əliyev bu gün 
bütün Azərbaycan xalqının ümid yeri, güman yeri, inam və 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
491
iman yeridir, gələcək müvəffəqiyyətlərimizin və uğurlarımızın, 
potensial qələbələrimizin başlıca təmiantçısıdır. 
 
3. Müstəqil Azərbaycan dövlətinin  
yeni neft strategiyası 
 
XX yüzilliyin sonuncu onilliyində müstəqil Azərbayca-
nımızın həyatında xalqımızın ümummilli lideri Heydər  Əli-
yevin başçılığı  və uzaqgörənliyi nəticəsində öz miqyasına və 
əhəmiyyətinə görə analoqu olmayan tarixi bir hadisə baş verdi. 
Belə ki, 2008-ci ilin sentyabrın 20-də 14 illiyini qeyd 
etdiyimiz «Əsrin müqaviləsi»nin imzalanması ilə Müstəqil 
Azərbaycanımızın yeni neft strategiyasının əsası qoyuldu. 
Daha doğrusu, 1994-cü il sentyabrın 20-də Bakının «Gü-
lüstan» sarayında Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) ilə 
Amerikanın «AMOKO», «Yunokal», «Pennzoyl», 
«Makdermot», Böyük Britaniyanın «Britiş Petroleum» və 
«Remko», Norveçin «Statoyl», Rusiyanın «LUKoyl», 
Türkiyənin «Türk petrolları», Səudiyyə  Ərəbistanının «Delta» 
şirkətlərinin yaratdığı konsorsium arasında Azərbaycanın Xəzər 
dənizi bölgəsində yerləşən «Azəri», «Çıraq» və «Günəşli» 
yatağının dərinlikdə yerləşən hissəsinin birgə  işlənməsi, 
istismarı və pay bölgüsü haqqında «1+10» və sonralar isə tarixə 
«Əsrin müqaviləsi» adı ilə daxil olmuş neft müqaviləsi 
imzalandı. 
Sonradan bu müqaviləyə Yaponiyanın «İtoçu» və 
Amerikanın «Eksson» və «Amerada Hess» şirkətləri də 
qoşuldu. Yeri gəlmişkən, onu da qeyd edək ki, 2007-ci ilin 
avqustunda Cənubi Koreyanın neft şirkəti də bu müqavilədə 
iştirak etməyə başlamışdır. 
«Əsrin müqaviləsi»nin imzalanması  mərasimində  çıxış 
edən Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyev 
təbrik nitqində demişdır: «Biz ötən dövrlərdə  nə  qədər neft 

XIII mühazirə 
 
 
492
çıxarsaq da, nə  qədər böyük nailiyyətlər  əldə etsək də, bir 
həqiqəti nəzərə çatdırmalıyıq ki, son vaxtlaradək, yəni Azər-
baycanın müstəqilliyi  əldə olunan dövrlərədək xalqımız heç 
vaxt öz təbii sərvətinin sahibi olmamışdır. İndi isə biz yeni bir 
mərhələdə yaşayırıq. Azərbaycan xalqı öz təbii sərvətlərinin 
sahibidir. Bu sərvətlərdən necə istifadə edilməsini xalqımızın 
özü sərbəst surətdə müəyyənləşdirir». Yəni Azərbaycan 
Respublikası  hər bir ölkə ilə, o cümlədən neft şirkətlərinin 
mənsub olduqları ölkələrlə müstəqil surətdə danışıqlar aparır və 
Azərbaycanın dünyəvi ölkə olduğunu nümayiş etdirir. 
Bu müqavilə Azərbaycanın öz müstəqilliyini bərpa 
etdikdən sonra onun müstəqil və sərbəst dixili və xarici siyasət 
yeritməsinin bariz nümunəsi olan və 30 illik müddətə bağladığı 
ilk beynəlxalq müqavilə idi. 
Müqavilənin imzalanmasından iki gün sonra, yəni 1994-
cü il sentyabrın 22-də Azərbaycan televiziyası  və radiosu ilə 
çıxışında bu müqavilənin böyük tarixi əhəmiyyətə malik 
olduğundan bəhs edən Heydər  Əliyev demişdir: «O, ötən 150 
ildə Azərbaycan neft sənayesinin tarixində ilk belə böyük 
müqavilədir. Xarici neft şirkətləri rəhbərlərinin fikrincə, 
ümumiyyətlə öz xüsusiyyətlərinə görə bu, nadir bir 
müqavilədir, dünyada oxşarı olmayan bir müqavilədir. Bu da 
ondan ibarətdir ki, Azərbaycan Dövlət Neft Şirkəti dünyanın 
yeddi böyük neft şirkətlərinin daxil olduğu konsorsium ilə 
müqavilə bağlayıb. Həmin  şirkətlər ABŞ, Böyük Britaniya
Rusiya, Norveç və Türkiyəyə  mənsubdur, sonradan Səudiyyə 
Ərəbistanının «Delta» neft şirkəti də onlara qoşulub. Yeddi neft 
şirkəti bir konsorsiuma daxil olub. Azərbaycan Dövlət Neft 
Şirkəti ilə 30 il müddətinə müqavilə imzalayıb. 
Demək bu konsorsium həm yeddi neft şikrəti, həm də 
Amerika Birləşmiş Ştatları, Rusiya, Böyük Britaniya, Türkiyə, 
Norveç və  Səudiyyə  Ərəbistanı kimi ölkələri təmsil edir. Biz 
həm neft şirkətləri ilə müqavilə bağlamışıq, həm də bu şirkətlər 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
493
bizim həmin dövlətlərlə iqtisadi və digər əlaqələrimizin gələcək 
inkişafı üçün əsas yaratmışlar». 
«Əsrin müqaviləsi»nin imzalanması münasibətilə ABŞ 
prezidenti B.Klinton 1994-cü il sentyabrın 20-də Vaşinqtondan 
– Ağ Evdən göndərdiyi teleqramda yazırdı: «Birləşmiş  Ştatlar 
tarixdə bu növ sazişlər arasında ən böyüyü olan bu müqaviləni 
alqışlayır. O bütün tərəflər üçün mənfəətli olacaq və 
ölkələrimiz arasında artmaqda olan iqtisadi-ticarət əlaqələrinin 
möhkəmləndirilməsinə xidmət edəcəkdir. Azərbaycan neftinin 
işlənməsi Dağlıq Qarabağ regionu daxilində və onun ətrafında 
uzun müddət sürən münaqişənin həll olunması ilə yanaşı, 
Azərbaycan xalqı üçün sabitlik, iqtisadi inkişaf və firavanlıq 
gətirilməsində mühüm rol oynaya bilər. Biz çox şadıq ki, siz 
qüdrətli iqtisadi gələcəyə doğru bu həlledici addımı atdınız». 
Müqavilənin imzalanmasından sonra Türkiyənin dövlət 
naziri Nəcməddin Cövdət prezident Heydər  Əliyev tərəfindən 
qəbul olunarkən o, böyük bir tarixi hadisənin  şahidi olduğunu 
qeyd etmiş, heyrətamiz bir ifadə ilə öz fikrini açıqlayaraq 
demişdi: «Əgər istiqlaliyyətiniz əlinizdə olmasaydı, bu imza bu 
gün Bakıda atılmazdı… Neft müqaviləsinə atdığınız bu günkü 
imza əslində üçrəngli bayrağınızın təsdiqinə atılmış imzadır». 
Azərbaycan bu müqaviləni imzalamaqla Azərbaycan 
Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, 
Azərbaycanın tam müstəqil dövlət olduğunu dünyaya bir daha 
nümayiş etdirdi. Bu müqavilənin imzalanması ilə Azərbaycan 
iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar 
iqtisadiyyatına qoşulması üçün əsas yaranırdı. 
Müqavilənin imzalanması xarici ölkələrin Azərbaycana 
investisiya qoyması üçün böyük yol açdı. Belə ki, bundan sonra 
Azərbaycan neft sənayesinə xarici kapitalın axını başlandı. 
İlkin vaxtlarda Azərbaycanda neft sənayesini inkişaf etdirmək 
üçün pul vəsaitinin çatışmadığı  şəraitdə belə  əlverişli  şərtlərlə 
müqavilənin imzalanması Azərbaycan tərəfinin qələbəsi kimi 

XIII mühazirə 
 
 
494
qiymətləndirilir. Azərbaycan neft sənayesinə böyük bir həcmdə 
kapitalın qoyulması ümumən ölkə iqtisadiyyatının inkişafına 
təsir göstərən amil olacaqdır. 
Onu da qeyd etməliyik ki, müqavilənin ilk variantının 
hazırlanması müstəqilliyimizin ilk illərində Azərbaycan 
hakimiyyətində olan və dövlət idarəçiliyində, eləcə də siyasətdə 
peşəkarlığı olmayan səriştəsizlərin dövründə olduğu üçün o, 
xalqın ümumi mənafeyinə cavab verməmiş  və  əsas etibarı ilə 
xarici  şirkətlərin, eləcə  də ayrı-ayrı  şəxslərin marağına uyğun 
hazırlanmışdı.  
Müqavilənin beş illiyi münasibətilə  İlham  Əliyevin 
«Müstəqil Azərbaycan dövlətinin yeni neft strategiyası  uğurla 
həyata keçirilir» mövzusundakı  məruzəsində qeyd olunduğu 
kimi, «1993-cü ilin yazında Azərbaycanın  əvvəlki rəhbərliyi 
tərəfindən elə bir müqavilə variantı hazırlanmışdı ki, əgər o 
imazalansaydı, ölkə iqtisadiyyatına böyük zərər gətirmiş 
olardı». 
Yalnız 1993-cü ilin ikinci yarısında xalqımızın 
ümummilli lideri Heydər  Əliyevin ikinci dəfə Azərbaycanın 
siyasi hakimiyyətinə qayıdışından sonra müqavilənin ilk 
variantının 1993-cü il iyunun 21-nə  təyin olunmuş 
imzalanmasından imtina edilmiş  və onun Azərbaycanın milli 
mənafeyinə uyğun olaraq yenidən işlənib hazırlanmasına 
sərəncam verilmişdir.  
Odur ki, müqavilənin yeni variantı Heydər  Əliyevin 
iştirakı və rəhbərliyi ilə hazırlanmış, müqavilədə iştirak edəcək 
şirkət rəhbərləri ilə müzakirələr zamanı qarşıya çıxan çətinliklər 
aradan qaldırılaraq, nəhayət imzalanmağa təqdim olunmuşdur. 
«Əsrin müqaviləsi»nin  əhatə etdiyi «Azəri», «Çıraq» və 
«Günəşli» yatağının dərinlikdə yerləşən hissəsi sahəsində ilkin 
neft ehtiyatları 511 milyon ton səviyyəsində 
qiymətləndirilmişdi. Lakin sonradan aparılan qazma işləri 
nəticəsində müəyyən olunmuşdur ki, neft ehtiyatları 640 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
495
milyon ton, səmt qazı ehtiyatları 100 milyard kubmetr, sərbəst 
təbii qaz ehtiyatları isə 100-150 milyard kubmetrdir. 
Bütün bunları üzə çıxarmaq və istifadə həddinə çatdırmaq 
üçün layihənin ilk illərində 7,5 milyard dollaradək kapital 
qoyuluşu və 30 il ərzində təxminən 14 milyard dollar istismar 
xərcləri nəzərdə tutulmuşdur.  
 
Müqavilənin  şərtlərinə görə Azərbaycan kapital 
qoyuluşunda 20 faiz pay qoymaqla çıxarılan neftdən gələn 
gəlirin 80 faizini (253 milyon ton neft), xarici şirkətlər isə 
bütün investisiyanın 80 faizini qoymaqla neftdən gələn gəlirin 
20 faizini, başqa sözlə, təxminən 65 milyon ton neftin sahibi 
olacaqlar. Qalan neft kapital xərclərinin, neftin dünya 
bazarlarına çıxarılması üçün maliyyə  və  nəqliyyat xərclərinin 
ödənilməsinə sərf olunacaqdır. 
Deyilən faizləri neftin satış qiymətinə çevirdikdə təxmini 
belə mənzərə alınır. Belə ki, hesablamalara görə neftdən ümumi 
gəlir bu gün üçün (yəni 30 il ərzində infliyasiya prosesi nəzərə 
alınmaqla) təqribən 157, 6 milyard dollar olmalıdır ki, bunun 
81, 7 milyard dolları Azərbaycanın payına, 19,5 milyard dolları 
xarici  şirkətlərin payına, qalanları isə yuxarıda qeyd etdiyimiz 
kimi, kapital, istismar, maliyyə  və  nəqliyyat xərclərinin 
ödənilməsinə  sərf ediləcəkdir.  Əslində Azərbaycanın qazancı 
daha çox olacaq, çünki burada Azərbaycanın 55 milyard 
kubmetr neftli qazdan – səmt qazından  əldə edəcəyi gəlir (bu 
isə ekvivalentdə əlavə olaraq azı 50 mln. ton neftə bərabərdir), 
eləcə də 90 milyard kubmetr ehtiyatı olan sərbəst qaz ehtiyatları 
istismar ediləcəyi halda qazanacağı  gəlir nəzərə alınmır. Bu 
qazdan yalnız Respublika təbii qaza öz ehtiyaclarını ödəmək 
üçün istehsal barədə  qərar qəbul etdikdən sonra istifadə 
olunacaqdır. 
Bütün bunlardan savayı layihəyə görə respublikamıza 300 

XIII mühazirə 
 
 
496
milyon dollar bonus
*
 veriləcəyi nəzərdə tutulmuşdur. 
Müqavilənin layihəsinə görə kapital qoyuluşunun 
dinamikasına müvafiq olaraq bütövlükdə neft hasilatı planı da 
tərtib olunmuşdur. 2000-ci ildə kontrakt sahəsindən 10 milyon 
ton neftin istehsalı, sonrakı illərdə isə bunun hər il 3-5 milyon 
ton artılırması nəzərdə tutulmuşdur. Layihəyə görə neft hasilatı 
2003-2014-cü illərdə özünün zirvəsinə çatacaq, maksimum 
hasilat 2006-2010-cu illərdə  hər il 34-35 milyon ton 
səviyyəsində planlaşdırılır. Bütövlükdə, əgər kontrakt sahəsində 
məhsuldar qatın altındakı laylarda yeni kəşflər edilməsə, 
çıxarılması proqnozlaşdırılan ehtiyatların tam istismarı 2025-ci 
ildə başa çatacaq. 
Müqavilə 1994-cü il sentyabrın 20-də imzalandıqdan və 
respublika parlamenti tərəfindən 1994-cü il noyabrın 15-də 
ratifikasiya olunub və ratifikasiya sənədi Azərbaycan dövlətinin 
qanunu kimi 1994-cü il dekabrın 12-də Azərbaycan Prezidenti 
tərəfindən imzalandıqdan sonra qüvvəyə minmiş  və  işə 
başlanılmışdır. 
1995-ci ilin yanvarın 24-də  rəhbər komitənin ilk iclası 
keçirilmiş, orada illik iş proqramı  və 1995-ci il üçün 105 
milyon dollar məbləğində büdcə təsdiq olunaraq, eyni zamanda 
nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün tərkibi tərəfdaş 
xarici neft şirkətlərinin nümayəndələrindən və  həm də 
Azərbaycan mütəxəssislərindən ibarət olan Azərbaycan 
Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılmışdır. 
Proqrama uyğun olaran ABƏŞ 1995-ci ilin əvvəlindən 
mühəndis geologiyası, geofiziki tədqiqatlar sahəisndə  işə 
başlamışdır. 
                                           
*
  Бонус  термини  алтында  йатагларын  истисмары  цчцн  контракт  цзря  газа-
нылмыш  щцгугларын  тясдигиня  эюря  яъняби  ширкятляр  консорсиумунун 
юдядийи мцяййян мябляь вя йа мцкафат баша дцшцлцр вя нефт-газ йатаглары-
нын  ахтарышы  заманы  контракт  сащясиндя  АРДНШ-нин  чякдийи  хярълярин 
явязи кими гиймятляндирилир. Онун неъя вя щара сярф едиляъяйи ися респуб-
лика рящбярлийиндян асылыдыр. 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
497
Məcburi işlərin minimum proqramının tərkib 
hissələrindən biri müqavilənin  əhatə etdiyi sahədə  kəşfiyyat 
quyularının qazılması idi. Müqaviləyə uyğun olaraq 
«Xəzərdənizneft» (indiki «Dədə Qorqud») yarımdalma qazma 
qurğusunun vəziyyətinin qiymətləndirilməsi və lazımi qaydada 
yenidən qurulması  məqsədi ilə ARDNŞ  və ABƏŞ arasında 
müqavilə imzalanmışdır. ABŞ-ın «Santa-Fe» şirkəti qurğunu 
işlək vəziyyətə  gətirmək, dənizin dərinliyi 475 metrə çatan 
yerlərdə  dərinliyi 7500 metr olan quyular qazmaq üçün onun 
Qərb standartlarına uyğun  şəkildə modernləşdirilməsinə  və 
təmirinə başlamış  və bu işi 1996-cı il avqustun 24-də başa 
çatdırmışdır. 
Onu da qeyd etməliyik ki, təmir və modernləşdirmə 
işlərində iştirak edən 356 nəfər adamın yalnız 50 nəfəri əcnəbi, 
qalanları isə Azərbaycan mütəxəssisləri olmuşdur. Eyni 
zamanda bizim mütəxəssislərin yeni texnologiyaları 
öyrənmələri üçün təlim prosesi təşkil olunmuş, bir çoxları 
«Santa-Fe»  şirkətinin  Şimal dənizində, ABŞ-da, Küveytdə  və 
dünyanın digər ölkələrində yerləşən eynitipli qazma 
qurğularında təcrübə keçmişlər. 1996-cı il sentyabrın 11-də 
qurğu «Şelflayihətikinti»ni tərk etmiş  və sentyabrın 17-dən 
quyunun qazılmasına başlanmışdır. 
Məcburi işlərin minimum proqramında  ətraf mühitin 
mühafizəsi məsələlərnə xüsusi diqqət yetirilmişdir. Bunun üçün 
ətraf mühitin qorunması üzrə yardımçı komitə  və onun 
nəzdində monitorinq və elmi tədqiqat işləri üzrə iki işçi qrupu 
yaradılmışdır. ABƏŞ-in sifarişi ilə Azərbaycan EA-nın 
coğrafiya, geologiya, biologiya, zoologiya institutları, 
radioaktiv tədqiqatlar bölməsi və seysmologiya mərkəzi, 
ekologiya və hidrometerologiya komitələri, digər idarə  və 
təşkilatlar tərəfindən müqavilə  əsasında sahənin ilkin ekoloji 
vəziyyətinə dair mövcud elmi-texniki məlumatların xülasəsi, 
həmçinin ABƏŞ-in tapşırığı ilə Amerikanın «Vidvord Klayd» 

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin