AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə41/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   ...   35   36   37   38   39   40   41   42   43

XIII mühazirə 
 
 
498
şirkəti respublikanın alim və mütəxəssislərinin iştirakı ilə geniş 
elmi-tədqiqat proqramı hazırlanmışdır. 
Ekoloji sistemdə fasilələrlə  əlaqədar dəyişikliklərin baş 
verməsini nəzərə alaraq 1995-ci il sentyabr və dekabr aylarında 
iki ekspedisiya təşkil olunmuş  və müqavilənin  əhatə etdiyi 
sahədən külli miqdarda su, hava və süxur nümunələri 
götürülmüşdür. 
Müqavilənin  əhatə etdiyi sahənin neft-qaz ehtiyatlarının 
işlənməsi prosesində baş verəcək qəzaların vaxtında ləğv 
olunması, yəni neft tullantılarının lokalizə edilib suyun 
səthindən yığılması məqsədi ilə xüsusi texniki avadanlığa malik 
xidmət sahəsi yaradılması  işi  Şotlandiyanın «Briçç Marni» 
şirkətinə həvalə olunmuşdur. 
Göstərilənlərlə yanaşı, 1995-ci ildə əsas vəzifələrdən biri 
ilkin neft hasilatı layihəsini gerçəkləşdirməyin mümkünlüyünü 
öyrənmək olmuşdur. Bu məqsədlə 1995-ci ilin birinci yarısında 
ABƏŞ-in və ARDNŞ-nin mütəxəssisləri «Braun ənd rut» 
şirkətindən olan mühəndislərlə birlikdə «Çıraq-1» 
platformasının və dayaq blokunun hərtərəfli yoxlanması, 
texniki və kompyuter modernləşdirilməsi üçün tədqiqat işləri 
aparmışlar. Nəticədə «Çıraq-1» dayaq blokunun 
təkmilləşdirilməsi platformanın üst modullarının təmiri və 
təchizi işlərinin planı hazırlanmışdır. 
Ancaq ilkin neftin hasilatı layihəsini həyata keçirmək 
üçün xam neftin ixracı sahəsində 1995-cı ildə görüləcək işlərin 
mərkəzsində «Çıraq-1» platformasından çıxarılacaq neftin 
ixracı üçün alternativ variantları müəyyənləşdirmək kimi 
məsələlər dururdu. 
İlkin neftin ixrac marşrutuna dair ortalığa çıxan 
variantlardan ikisi haqqında 1995-ci ilin sentyabrınadək 
aparılan danışıqlar müvəffəqiyyətlə  nəticələnmiş  və oktyabr 
ayında rəhbər komitə ilkin neftin ixrac marşrutları kimi Şimal 
və  Qərb variantlarından istifadə etmək haqqında qərar qəbul 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
499
etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər 
Əliyevin ilkin neftin ixracı üçün Rusiya ərazisindən keçən 
Şimal marşrutunun seçildiyini təsdiqləyən məktubu Rusiyanın 
baş naziri Viktor Çernomırdinə çatdırılmış və nəhayət, Rusiya 
ilə Azərbaycan arasında dövlətlərarası müqavilə 1996-cı il 
yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti 
H.Əliyev və Rusiyanın baş naziri V.Çernomırdin tərəfindən 
imzalanmışdır. 
1996-cı il fevralın 18-də «Transneft», ARDNŞ və ABƏŞ 
arasında nəqletmə sazişi və  nəqletmə haqqında himayədarlıq 
sazişi də imzalanmışdır. Eyni qayda üzrə 1996-cı ilin martında 
Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti 
Eduard  Şevernadze ilkin neft ixracının Gürcüstan ərazisindən 
keçən Qərb martşrutu haqqında Azərbaycan və Gürcüstan 
arasında dövlətlərarası müqavilə imzaladılar. 
Göründüyü kimi, neftin ixrac sisteminin iki boru 
kəmərindən – Şimal və  Qərb kəmərlərindən ibarət olması 
qərara alındı. 
Şimal sistemi Sənqəçal terminalından Novorossiyskə 
qədər, Rusiya Federasiyasının boru kəmərləri sistemi daxil 
olmaqla 1411 kilometr məsafədən ibarətdir. Rusiya –Azər-
baycan sərhədinədək olan 224 km-lik məsafənin 198 kilometlik 
hissəsinin mövcud boru kəmərindən istifadə olunması, 26 km 
məsafə üzrə isə yeni boru kəmərinin çəkilməsi qərara 
alınmışdır. Boru kəməri gündə 105 min barrel (ildə 5 milyon 
ton) neftin nəqli üçün nəzərdə tutulmuş, neftin həcmini ölçən, 
uçotunu aparan nəzarət stansiyaları, Mərkəzi Dispetçer İdarəsi 
bütün xətt boyu sızmaların aşkar olunması üçün monitorinq 
sistemi və kompyuter rabitəsi ilə təchiz edilmişdir. 
Marşrutun Qərb sisteminin də buraxılış gücü gündə 105 
min barreldir. Sənqəçaldan Qara dənizədək (Supsa limanına 
qədər) boru kəmərinin uzunluğu 926 kilometrdir. Layihəyə 
görə 788 kilometrlik boru hissəsinin mövcud kəmərdən istifadə 

XIII mühazirə 
 
 
500
edilməsi, ümumi uzunluğu 138 km olan yeni neft kəmərinin 
çəkilməsi qərara alındı. Bundan əlavə boru kəməri xəttində 6 
nasos stansiyasının və  təhvil verilən neftin uçota alınması 
sisteminin qurulması, Supsa limanında yeni neft terminalının 
tikilməsi, bütün sistemdə mərkəzləşdirilmiş idarəetmə və rabitə 
sisteminin yaradılması nəzərə alınmışdır.  
Yuxarıda qeyd etdiklərimizlə yanaşı sonradan görülən 
işlərin nəticəsində  «Əsrin müqaviləsi» artıq reallaşmağa 
başlamışdır. Belə ki, 1994-cü il sentyabrın 20-də Bakının 
Gülüstan sarayında imzalanmış və dünyada «Əsrin müqaviləsi» 
kimi tanınmış müqaviləyə  əsasən «Çıraq-1» yatağında ilkin 
quyudan 1997-ci il noyabrın 7-də neft fontan vurmuş  və 
noyabrın 12-də ilkin neftin hasilatına başlanmışdır. Bu, 
müstəqil respublikamızın həyatında baş verən çox mühüm bir 
tarixi hadisədir. 
Bu tarixi hadisə Azərbaycan Respublikasının Prezidenti 
Heydər  Əliyev başda olmaqla Azərbaycanın uzaqgörən dövlət 
siyasətinin, Xəzərin neft sənayesi tarixində ilk beynəlxalq 
konsorsiumda öz səylərini birləşdirmiş bir çox ölkələrin neft 
şirkətləri ilə müstəqil Azərbaycan Respublikasının birgə 
fəaliyyətinin əməli nəticəsidir. 
Diqqətəlayiq haldır ki, bu tarixi hadisə Azərbaycan 
xalqının Azərbaycan Konstitusiyası gününü bayram etdiyi bir 
gündə baş vermişdi.  İki bayramın bir günə  təsadüf etməsi bu 
hadisələrin bir-biri ilə üzvi surətdə bağlı olmasından xəbər 
verir, çünki ölkənin ilk demokratik Konstitusiyasının qəbul 
edilməsi də, öz mahiyyəti etibarilə tarixi hadisə olan və 
respublikanın neft sənayesinin inkişafında yeni dövr açan 
«Əsrin müqaviləsi»nin imzalanması da Azərbaycanın öz 
müstəqilliyini qazandıqdan sonra mümkün olmuşdur. Bu 
müqavilə Azərbaycanın son dərəcə  zəngin energetika ehti-
yatlarına malik olduğunu nümayiş etdirməklə yanaşı, həm də 
Xəzər bölgəsindəki bütün dövlətlərin iqtisadi dirçəlişinə yol 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
501
açmışdır. 
1997-ci il noyabrın 12-də Respublika Sarayında Xəzər 
dənizinin Azərbaycan sektorunda xarici şirkətlərlə birgə 
işlənilən neft yataqlarından ilkin neftin çıxarılması münasibətilə 
təntənəli mərasim keçirilmişdir. Mərasimdə Azərbaycanın 
dövlət və hökumət nümayəndələri ilə yanaşı xarici neft 
şirkətlərinin prezidentləri və digər rəsmi  şəxslər də  iştirak 
etmişdir. 
Təntənəli mərasimi açan Respublika Prezidenti Heydər 
Əliyev geniş nitq söyləyərək 1994-cü il sentyabrın 20-də Azər-
baycanda tarixi bir hadisənin baş verdiyini, dünyanın 7 ölkəsinə 
mənsub olan 11 böyük şirkətin bir araya gələrək konsorsium 
yaratdığını  və keçən üç il müddətində proqram əsasında 
nəzərdə tutulmuş  işlərin hamısının yerinə yetirildi-yini, bütün 
icbari işlərin görülməsi nəticəsində «Çıraq» neft yatağında 
yaradılmış  nəhəng platforma vasitəsilə ilkin neftin hasil 
olduğunu böyük fərəh və iftixar hissi ilə qeyd etmişdir.  
Göründüyü kimi müqavilənin imzalanmasından keçən üç 
il müddətində ABƏŞ-in təşkilindən başlamış «Çıraq-1» neft 
yatağından ilkin neftin çıxarılmasına qədərki dövrdə böyük 
işlər görülmüşdü. Bu müddətdə sahilin 120 km-liyində yerləşən 
və suyun dərinliyi 120 metr olan yerdə  nəhəng və  ən yüksək 
standartlara uyğun olan «Çıraq-1» platforması quraşdırılmış, 3 
min metr dərinlikdə bir quyu qazılmış  və  həmin quyudan 
noyabrın 12-də ilkin neftin hasilatına başlanmışdır. 
Platforma ilə yanaşı çıxarılan neftin dərhal ixrac olunması 
üçün bütün maddi-texniki baza yaradımışdır. Belə ki, yataqdan 
Neft Daşlarınadək 48 km uzunluğunda 16 düyümlük qaz 
kəmərinin və yenə də yataqdan Sənqəçaldakı qəbul terminalına 
qədər çəkilmiş 176 km uzunluğunda 24 düyümlük neft 
kəmərinin tikintisi başa çatmışdır. 
Bunlardan əlavə, tikintisi başa çatdırılmış və ümumi gücü 
64000 barrel (101740 ton) olan Sənqəçal terminalında iri neft 

XIII mühazirə 
 
 
502
çənləri, avtomatlaşdırılmış idarəetmə qurğuları, təhlükəsizlik 
texnikası vasitələri quraşdırılmışdır. 
İlkin neftin ixrac edilməsi üçün tikilməsi planlaşdırılmış 
iki neft kəmərindən  Şimal istiqamətində – Rusiya ərazisindən 
Qara dənizin Novorossiysk limanınadək çəkilməsi nəzərdə 
tutulan birinci neft kəməri böyük çətinliklərdən son-ra işə 
başlamış  və 1997-ci il oktyabrın 25-də konsorsiuma aid olan 
yataqlardan neft hasil olunanadək Azərbaycan nefti şərti 
diametri 720 mm olan Bakı-Qroznı neft kəməri vasitəsilə 
Novorossiysk istiqamətində  nəql edilməyə başlanmışdır. 
«Çıraq» yatağından çıxarılan neft isə  həmin boru ilə (Bakı-
Qroznı-Novorossiysk) 1998-ci ilin fevral ayında Novorossiysk 
limanına çatdırıldı.  
Görülən bu işlər dünyanın bir çox şirkətlərini Azərbay-
cana gətirib çıxarıb və onlar burada fəaliyyət göstərirlər. Belə 
ki, «Əsrin müqaviləsi» üzrə proqramın həyata keçirilməsi üçün 
dünyanın ayrı-ayrı ölkələrindən cəlb olunmuş 400-dən artıq 
şirkət iştirak edir. Sevindirici haldır ki, müştərək iş görən bu 
şirkətlərin içərisində 72 müəssisə Azərbaycan Respublikasının 
sənaye və yaxud tikinti müəssisələridir. ABƏŞ  və onun 
podratçıları 3000 nəfər Azərbaycan vətəndaşını da işlə  təmin 
etmişdir. 
Diqqəti cəlb edən cəhətlərdən biri də odur ki, bu işlərin 
həyata keçirilməsində xaricdən cəlb olunan yüksək dərəcəli 
mütəxəssislərin sayı get-getə azalır, Azərbaycan 
Respublikasının özündən olan mütəxəssislərin sayı isə çoxalır. 
Əlbəttə, bu da çox təbii bir haldır, çünki Azərbaycan neft 
sənayesi sahəsində böyük elmi-texniki potensiala malikdir. 
«Əsrin müqaviləsi» üzrə «Çıraq-1» platformasından ilkin 
neftin istehsalı ilə  əlaqədar 1997-ci ilin noyabrın 12-də 
keçirilmiş  təntənəli iclasda Azərbaycan Respublikasının Pre-
zidenti Heydər  Əliyev müstəqilliymizin  əhəmiyyəti və 
əbədiliyindən danışaraq, bir daha dünyaya bəyan etmişdir: 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
503
«1994-cü ilin sentyabr ayında biz ilk böyük neft müqaviləsini 
imzalayarkən dünyaya nümayiş etdirdik ki, Azərbaycan 
müstəqil dövlətdir və müstəqil dövlət kimi öz təbii sərvətlərinin 
sahibi olaraq onlardan istifadə edilməsi haqqında qərarlar qəbul 
edir. Üç il keçəndən sonra biz bir daha təsdiq edirik ki, 
Azərbaycan müstəqil dövlətdir, Azərbaycanın dövlət 
müstəqilliyi dönməzdir,  əbədidir və biz artıq bu 
müstəqilliyimizin gözəl bəhrələrini görürük. 
Bizim bu gün gördüyümüz işlər XXI əsr, gələcək nəsillər 
üçün görülən işlərdir. Biz bu gün ilkin neftin alınmasını bayram 
edirik. Gələn il «Çıraq» neft yatağından 2 milyon ton neft 
çıxarılacaqdır. Ancaq bir neçə ildən sonra 5-6 milyon ton, 5-6 
ildən sonra 40-50 milyon ton neft hasil olunacaqdır. Ondan 
sonra daha çox neft çıxarılacaqdır. Demək, XXI əsrdə 
Azərbaycanın iqtisadiyyatı bu neft sənayesi vasitəsilə 
yüksələcək və dirçələcəkdir». 
Beləliklə, bütün bu görülən işlər, əldə edilən nailiyyətlər 
yalnız və yalnız Azərbaycanın dövlət müstəqilliyinin 
qazanılmasından sonra mümkün olmuşdur və Azərbaycan 
Respublikasının Prezidenti Heydər  Əliyev uzaqgörənliyinin 
nəticəsidir. 
1994-cü ildən indiyədək 33 xarici şirkətlə 28 neft-qaz 
müqaviləsi imzalanmışdır. Bu müqavilələr ölkə iqtisadiyyatının 
bütün sahələrinin, habelə sosial infrastruktur obyektlərinin 
inkişafına əsaslı təkan vermişdir. 
2006-cı ildə Azərbaycanda 32 milyon ton neft 
çıxarılmışdır ki, bu da ölkəmizin neft sənayesi tarixində rekord 
nəticə hesab olunur. 
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru 
kəmərinin istifadəyə verilməsi və onun artıq dünya 
iqtisadiyyatının vacib bir hissəsinə, Avropanın enerji 
təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevrildiyi, onun 
coğrafi-siyasi  əhəmiyyəti indi bütün dünyada etiraf olunur. 

XIII mühazirə 
 
 
504
BTC-nin istifadəyə verilməsi barəsində  bəziləri üçün əfsanə 
kimi görünən iş artıq reallığa çevrilmişdir.  
2007-ci il sentyabrın 1-nə olan məlumata görə ilin 
əvvəllərindən BTC kəmərinə 18 milyon 864 min ton neft 
vurulmuş, Ceyhan limanından dünya bazarlarına 18 milyon 922 
min ton neft göndərilmişdir. Ümumiyyətlə, istismara verildyi 
gündən bəri isə BTC vasitəsilə 28 milyon 133 min ton neft nəql 
olunmuşdur ki, bunun da 26,6 milyon tonu dünya bazarlarına 
yola salınmışdır. 
BTC kəməri Mərkəzi Asiya neftinin də dünya bazarlarına 
çıxarılmasına imkan verir. Belə ki, 2007-ci ilin avqustunda 
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri 
çərçivəsində ARDNŞ  və Qazaxıstanın dövlət  şirkəti olan 
«KazMinayQaz» arasında iki sənəd – neft-qaz sahəsində strateji 
əməkdaşlığa dair saziş 
və Transxəzər layihəsinin 
gerçəkləşdirilməsi haqda birgə memorandum imzalanmışdır. 
Bununla da Azərbaycan təkcə neft ixracatçısı kimi deyil, həm 
də tranzit ölkə kimi dünyadakı mövqelərini 
möhkəmləndirəcəkdir. 
2006-cı ildə iqtisadi əhəmiyyətinə görə BTC-dən heç də 
geri qalmayan Cənubi Qafqaz qaz kəmərinin tikintisi də başa 
çatdırılmış, ən azı 1,2 trilyon kubmetrdən artıq qaz, 300 milyon 
tondan çox kondensat ehtiyatlarına malik «Şahdəniz» 
yatağından qaz hasilatına başlanılmışdır. Hazırda (2007-ci ilin 
sentyabrı üçün) yataqda istismar olunan 3 quyudan sutkada 15 
milyon kubmetr qaz, 4 min tondan artıq kondensat hasil edilir, 
4-cü quyuda isə tamamlama işləri aparılır. Bu quyu da tezliklə 
istismara veriləcəkdir.  
(2007-ci ilin yanvar-sentyabr ayları  ərzində yataqdan 1 
milyard 500 milyon kubmetr qaz hasil edilmişdir. Hazırda 
«Şahdəniz»dən ölkənin enerji dəhlizinə sutkada 5,5 milyon 
kubmetr qaz ötürülür. 2007-ci ilin sentyabrına qədər yataqdan 
Azərbaycana 870 milyon kubmetrdən artıq qaz verilmişdir. 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
505
2007-ci ilin iyulun 3-də  «Şahdəniz» qazı Bakı-Tbilisi-
Ərzurum marşrutu üzrə  Cənubi Qafqaz boru kəməri ilə Tür-
kiyənin qaz kəmərləri sisteminə daxil olmuşdur. Sentyabr 
ayının 1-nə olan məlumata əsasən, kəmərlə Gürcüstana 136,9 
milyon kubmetr, Türkiyəyə isə 258 milyon kubmetr təbii qaz 
ixrac edilmişdir.  
  Onu da qeyd edək ki, bu kəmər həm Azərbaycanın, həm 
də Türkiyə  və Gürcüstanın təbii qaza olan tələbatını tam 
ödəmək iqtidarındadır.  Kəmərin strateji əhəmiyyəti ondan 
ibarətdir ki, Cənubi Qafqaz boru kəmərinin istismara 
verilməsindən sonra Azərbaycan neft ixracatçısı olmaqla 
yanaşı, həm də qaz ixrac edən bir ölkəyə çevrilir
«Şahdəniz» yatağındakı ehtiyatların  əhəmiyyətli hissəsi 
hasil olunaraq Türkiyəyə, oradan isə Avropa bazarlarına – 
Yunanustan,  İtaliya, Pribaltika ölkələrinə çatdırılacaq-dır. Onu 
da qeyd etmək xoşdur ki, artıq bu işin də bir hissəsi yerinə 
yetirilirdi. Belə ki, 2007-ci ilin noyabrın 18-də Azərbaycan 
Respublikasının Prezidenti İlham  Əliyev, Türkiyənin Baş 
Naziri Rəcəb Tayyıb  Ərdoğan və Yunanıstanın Baş naziri 
Konstantin Karamanlisin iştirakı ilə iki ölkə arasındakı 
sərhəddə Türkiyə-Yunanıstan qaz kəmərinin açılışı oldu və 
bununla da Azərbaycan qazının Yunanıstana ötürülməsinə 
başlanıldı. 
«Əsrin müqaviləsi»nin imzalanmasından keçən 14 il ər-
zində xarici şirkətlərlə aparılan birgə işlər yeni texnologiyaları 
mənimsəmək, qabaqcıl istehsalat təcrübəsinə malik olmaq 
baxımından neftçilərimiz üçün də faydalı olmuşdur. Ötən 
müddət  ərzində aparılan geofiziki və geoloji işlər, neft və qaz 
ehtiyatlarının dəqiqləşdirilməsi məqsədilə  tətbiq olunan yeni 
üsullar, maili qazma işlərinin aparılması, quyuların neftvermə 
əmsalının artırılması ilə bağlı  həyata keçirilən tədbirlərin 
nəticəsidir ki, 2007-ci ildə Azərbaycanda neft hasilatı 43 
milyon tona çatdırılacaq. Həmin neftin isə 8 milyon 800 min 

XIII mühazirə 
 
 
506
tonu ARDNŞ-in payına düşəcək. 
2007-ci ilin 8 ayı ərzində Dövlət Neft Şirkəti üzrə (birgə 
müəssisələr və  əməliyyat  Şirkətləri istisna olmaqla) 142 min 
468 metr qazma işləri həyata keçirilmişdir ki, bunun da 138 
min 246 metri istismara, 4 min 222 metri isə  kəşfiyyata aid 
olmuşdur. 
2007-ci ilin yanvar-avqust ayları  ərzində Dövlət Neft 
Şirkəti üzrə neft hasilatına dair proqnoz tapşırığa 100,4% əməl 
edilərək 5 milyon 884,9 min ton neft hasil edilmşidir. Bunun da 
5 milyon 95,15 min tonu «Azneft» İstehsalat Birliyinin, 789, 75 
min tonu isə müştərək müəssisələr və  əməliyyat  şirkətilərinin 
payına düşmüşdür. 
2007-ci ilin əvvəlindən sentyabr ayına qədərki dövrdə 
dövlətə 5 milyon 833,68 min ton neft təhvil verilmişdir. Ötən 8 ay 
ərzində ölkədə 6 milyard 543,7 milyon kubmetr qaz hasil edil-
mişdir ki, bunun da 3 milyard 756 milyon kubmetri ARDNŞ-in 
payına düşmüşdür. Bundan əlavə, ABƏŞ-dən qəbul olunan səmt 
qazının həcmi 1 milyard 922,6 milyon kubmetr təşkil edilmişdir. 
Yanvar-avqust ayları  ərzində ARDNŞ dövlətə 3,2 milyard 
kubmetr təbii qaz təhvil vermişdir. 
2007-ci ilin əvvəllərindən başlayaraq Rusiyadan qaz 
idxalının dayandırılması ilə  əlaqədər Dövlət Neft Şirkətinin 
üzərinə düşən məsuliyyət daha da artmışdır. Bununla əlaqədar 
olaraq Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin 
qaz hasilatının artırılması ilə bağlı göstəriş  və tövsiyyələrini 
əldə rəhbər tutaraq ARDNŞ 2007-ci ildə əlavə 500 milyondan 1 
milyard kubmetrədək qaz əldə etməyi qarşıya vəzifə 
qoymuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, 2007-ci il iyunun 
5-də ARDNŞ-in mədənlərindən dövlətə qaz təhvili sutkada 15 
milyon kübmetrlik həddi keçmişdir. Belə ki, 2007-ci ilin 
sentyabrına olan məlumata görə  şirkət sutkada 15,5 milyon 
kubmetr qaz hasil edir. 
Zəngin qaz-kondensat potensialına malik «Günəşli», 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
507
«Bahar», «8 mart» və «Bulla-dəniz» yataqlarında yeni 
qazılacaq quyular çox dərin olduğu üçün proqramda bu 
yataqlarda müasir texnika və texnologiyalardan, qabaqcıl dünya 
təcrübəsindən istifadə edilməsi, xarici şirkətlərlə  səmərəli 
əməkdaşlıq  əlaqələrinin qurulması  nəzərdə tutulmuşdur. 
Görüləcək işlər nəticəsində cari ilin (2007-ci il) sonuna kimi 
ARDNŞ  tərəfindən dövlətə 5,1 milyard kubmetr həcmində 
qazın təhvil verilməsi planlaşdırılmışdır. 
Onu da qeyd edək ki, ildən-ilə artan qaz ehtiyatlarının 
istehlakçılara çatdırılması üçün yeni-yeni kəmərlərin inşasına 
zərurət yaranır. Odur ki, təbii qazın Azərbaycan istehlakçılarına 
təhvili üçün diametri 750 millimetr, uzunluğu 4500 metr olan 
qaz kəməri istismara verilmişdir. 
Bundan əlavə, «Şahdəniz» qazının Azərbaycan daxilində 
nəqli məqsədilə ARDNŞ  Sənqəçal terminalından «Azərqaz»ın 
qəbul sisteminin yerləşdiyi Sənqəçal baş qurğularınadək 4,5 
kilometr uzunluğunda olan 30 düyməlik qaz kəmərinin 
çəkilişini də başa çatdırmışdır. 
Bundan başqa, «Günəşli» yatağında 500 millimetrlik iki 
sualtı qaz kəmərinin çəkilişi başa çatdırılıb. 26 kilometr 
uzunluğunda olan birinci kəmər yüksək təzyiqli qazın «Cü-
nəşli» yatağındakı 14 nömrəli platformadan «Neft 
Daşları»ndakı qazpaylayıcı  məntəqəyə  nəql edilməsi üçün 
nəzərdə tutulub. 20 kilometr uzunluğunda ikinci kəmər isə 
«Günəşli»dəki 4 nömrəli platformadan aşağı  təzyiqli qazın 
«Neft Daşları»ndakı 2 nömrəli sıxıcı kompressor stansiyasına 
ötürülməsi üçün layihələşdirilib. 
Daha sonra, neftçilərin peşə bayramı  ərəfəsində 
«Şahdəniz» qazının ölkənin ucqar bölgələrinə  nəqli üçün 
nəzərdə tutulmuş 47 kilometlik Sənqəçal-Qazıməmməd qaz 
kəmərinin tikintisi başa çatdırılıb. 48 düyməlik həmin kəmərin 
ötürmə qabiliyyəti sutkada 5-6 milyon kubmetrdir. Kəmərin 41 
atmosfer təzyiq altında istismarı nəzərdə tutulub. 

XIII mühazirə 
 
 
508
ARDNŞ  həmçinin, 2007-ci ilin sonunadək «Neft 
daşları»ndakı qaz-yiğım məntəqəsindən «Bahar» yatağınadək 
uzunluğu 66,5 kilometr, diametri 508 millimetr, ötürmə 
qabiliyyəti isə sutkada 5-5,5 milyon kubmetr olan yeni sualtı 
qaz kəmərinin inşasını planlaşdırmışdır. Bu ilin sonuna kimi 
istismara verilməsi nəzərdə tutulmuş həmin kəmərlə «Günəşli» 
yatağından hasil edilən qaz sahilə nəql olunacaqdır. 
Neft və qaz hasilatında artıma nail olmaq üçün yeni 
platformaların inşasına da xüsusi önəm verilir. MDB 
məkanında yeganə bu tipli müəssisə olan Heydər Əliyev adına 
Bakı  Dərin Özüllər Zavodunun bu baxımdan özünəməxsus 
əhəmiyyəti vardır. Yeni neft strategiyasının uğurla həyata 
keçirilməsində mühüm rol oynamış bu zavod «Əsrin 
müqaviləsi» çərçivəsində bir sıra müasir qurğu və obyektlərin 
tikilib istifadəyə verilməsi, dənizin dərinliklərində qazma 
işlərini aparan nəhəng stasionar özüllərin və onların dayaq 
bloklarının inşası kimi mühüm işlər görür. 
Bir faktı da xüsusi qeyd etmək lazımdır ki, 2005-ci ildə 
bu zavod 888 ton metal işlətdiyi halda, 2006-cı ildə 4 min 130 
ton metal işlətmiş, 2007-ci ildə isə bu pəqəmin 14 min tona 
çatdırılması nəzərdə tutulmuşdur ki, bunun da 9 min 400 tonu 
artıq yanvar-avqustr ayları ərzində işlənmişdir. 
Zavodun məhsullarının beynəlxalq standartlar səviyyəsinə 
qaldırılması istiqamətində  də müəyyən işlər görülmüş  və 
görülməkdədir. 
Dövlət Neft Şirkəti «Azərbaycan Respublikası 
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı» 
çərçivəsində gerçəkləşdirilən layihələrdə də fəal iştirak edir. 
Sosial yönümlü dövlət proqramlarına uyğun olaraq şirkət 
regionlarda əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə 
şirkətin maliyyə 
vəsaiti hesabına yeni məktəblərin, 
kitabxanaların, xəstəxana və müalicə-diaqnostika mərkəzlərinin, 
idman qurğularının, istirahət obyektlərinin tikintisi, park və 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
509
xiyabanların salınması işini uğurla davam etdirir. 
Qeyd etmək lazımdır ki, 2007-ci il üçün tərtib edilmiş 
kapital qoyuluşu proqramına əsasən bu il qeyri-sənaye sahələri 
üzrə tikinti işlərinə 85 milyon 479, 1 min manat məbləğində 
vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur. 
Respublikanın 10-dan artıq bölgəsində  ən müasir 
standartlara cavab verən müalicə-diaqnostika mərkəzlərinin 
tikintisi dinamik şəkildə  həyata keçirilir. Lənkəranda və 
Naxçıvan Muxtar Respublikasındakı mərkəzlər artıq istifadəyə 
verilmiş və region əhalisinə uğurla xidmət göstərir. 
Hazırda  şirkətin maliyyə  vəsaiti hesabına  Şirvan, Gəncə, 
Bərdə, Zaqatala, Qəbələ  və Quba müalicə-diaqnostika 
mərkəzlərində tikinti işləri davam etdirilir. 2007-ci ildə 
həmçinin Cəlilabad və 
Şamaxı müalicə-diaqnostika 
mərkəzlərinin təməlqoyma mərasimləri keçirilmişdir.  Şirkət 
həmçinin Balakən rayonunda 235 çarpayılıq mərkəzi 
xəstəxananın 2008-ci ildə istifadəyə verilməsini 
planlaşdırmışdır. 
ARDNŞ ölkə  rəhbərinin 27 fevral 2006-cı il tarixli 
sərəncamı ilə təsdiqlənmiş «Bakı şəhərinin qəsəbələrinin sosial-
iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər 
Proqramı»nın həyata keçirilməsində də fəal iştirak edir. 
Belə ki, Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsindəki 230 
saylı, Qaradağ rayonunda 288 saylı orta məktəblərin, Lökbatan 
qəsəbəsindəki mədəniyyət sarayının  əsaslı  təmiri başa 
çatdırılıb. 2007-ci il iyun ayının 14-də Heydər  Əliyev 
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı 
səfiri, millət vəkili Mehriban xanım  Əliyevanın təşəbbüsü ilə 
ARDNŞ-in maliyyə vəsaiti hesabına müasir standartlara uyğun 
yenidən qurulmuş  Mərdəkan Mədəniyyət Sarayının təntənəli 
açılış mərasimi keçirilmişdir. 
Hal-hazırda Lökbatandakı  Əli  Əmirov adına Mədəniyyət 
Sarayında da ən yüksək standartlara uyğun təmir-bərpa işləri sona 

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin