AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə29/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

X mühazirə 
 
 
357
azərbaycanlılar da almanların tərəfinə keçərək, onlarla birlikdə 
Vətənin azadlığı və müstəqillyi uğrunda mübarizəyə qoşulurdu 
və bu əhval-ruhiyyə əsir düşənlərin qəlbinə hakim idi. 
1942-ci ilin əvvəllərindən formalaşmağa başlayan 
Azərbaycan legionları döyüşlərdə bir sıra ciddi uğurlar 
qazanmış, Kubana, Şimali Qafqaza qədər gəlib çıxa bilmişdi. 
K.Ələsgərli yazırdı: «Gün kimi yadımdadır.  Şimali Qafqazda 
ağsaqqal çeçenlər və b. bizi ata-baba qaydalarınca qarşılamağa 
çıxmışdılar. Mümkün qədər tezliklə Azərbaycana çatmaq və 
ölkəmizi bolşeviklərdən azad etməyə can atırdıq. Bizə 
bolşevizmi məhv etmək, repressiya illərində öldürülən qohum-
qardaşlarımıza görə Stalindən intiqam almaq hissi hakim 
kəsilmişdi.
 
Legionerlərdən çoxu döyüşlərdə göstərdikləri 
qəhrəmanlığa görə orden və medallarla təltif edilmişdilər. 
Azərbaycanlı legionerlərin döyüşlərdə ilk uğurları Qafqaz 
cəhbəsində qazanılmışdı. Bu döyüşlərdə F.Düdənginski 
xüsusilə  fərqlənmişdi. Azərbaycanlı legionerlərin bu uğurları 
alman komandanlığı  tərəfindən yüksək qiymətləndirilmişdi. 
Azərbaycanlı legionerlərin qəhrəmanlığını qiymətləndirmək 
üçün iki orden: «Azərbaycan istiqlaliyyəti» və «Boz Qurd» 
ordenləri təsis olunmuşdu. Azərbaycanlı legionerlərin 
qəhərəmanlığı barədə  məlumatlı olan Hitler erməni və 
gürcülərə nisbətən müsəlmanlara daha çox üstünlük verirdi. 
Məhz bu inama görə alman komandanlığı legionerləri yalnız 
döyüş cəbhəsinə deyil, hətta kəşfiyyata da göndərirdi.
 
Almaniya Xarici İşlər Nazirliyində Şərq mütəxəssisi olan, 
keçmiş Moskva səfiri  Şulenberq Hitlerlə razılaşaraq 1942-ci 
ilin aprelində Avropa ölkələrində  məskunlaşan tanınmış 
mühacirlərlə Berlinin məşhur «Adlon» otelində görüş  təşkil 
etdi. Bu tarixi görüş «Adloniada» adlandırıldı və mayda təşkil 
edildi. Görüşə M.Ə.Rəsulzadə  də  dəvət olunmuşdu. Onu da 
qeyd edək ki, Hitlerin «ali irq» ideologiyasını və türk-tatarlara 
qarşı mövqeyini kəskin tənqid edənlərdən biri M.Ə.Rəsulzadə 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
358
idi. M.Ə.Rəsulzadənin rəhbərliyi altında Milli Azərbaycan 
Komitəsi fəaliyət göstərirdi. M.Ə.Rəsulzadə Almaniya ordu 
rəhbərliyi, Xarici İşlər Nazirliyi və  Şərq Nazirliyi ilə uzun-
uzadı danışıqlar apardı. Bu danışıqlarda əsas məsələ Almaniya 
tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması idi. Lakin 
danışıqların bir nəticə vermədiyini görən M.Ə.Rəsulzadə 1942-
ci ilin sonlarında Almaniyanı tərk etdi. 
Rozenberqin istəiynə  rəğmən üç nəfərdən ibarət təşkil 
olunan Azərbacyan «İrtibat Heyəti»nə mayor Ə.Fətəlibəyli, 
«Qafqaz» qrupunun fəalı Fuad Əmircan və 1920-ci ildə Azər-
baycan Parlamenti tərəfindən Paris Sülh konfransına göndərilən 
Abbas bəy Ataməlibəyov daxil edildilər.  Ə.Fətəlibəyli-
Düdənginski böyük enerji ilə azərbaycanlıların hüquqlarını 
müdafiə edir, almanlarla o qədər də asan olmayan iş birliyi 
yaradır, mürəkkəb tarixi şəraitdə Azərbaycanın müstəqilliyinin 
tanınmasına çalışırdı. Bu məqsədlə 1943-cü ilin noyabrında 
Berlində 300 nəfər soydaşlarılmızın iştirak etdiyi qurultay oldu. 
Qurultayda Rozenberq də  iştirak edirdi. Qurultayda hələ 
Azərbaycanın müstəqilliyini tanımayan Almaniyanın siyasəti 
tənqid edildi. Qurultayda Ə.Fətəlibəyli-Düdənginskinin 
məruzəsi üzrə 5 bənddən ibarət qərar qəbul edildi.
 
Qurultayda qəbul edilən qərarların böyük əhəmiyyəti 
oldu. Hitlerin müsəlmanlara inamı artdı. 1943-cü ilin payızında 
Berlində mühacir Azərbacyan Parlamenti və Azərbaycan 
Hökuməti yaradıldı. Hökumətin başında  Ə.Fətəlibəyli-
Düdənginski dururdu. Almaniya hökuməti «Mühacir 
Azərbaycan hökuməti»ni tanıdı. Bu hökumət 1944-cü ilin 
qışınadək fəaliyyət göstərmişdi.  
Azərbaycan Milli legionu Fransanın cənubunda 
almanlarla birlikdə müttəfiqlərin qoşunlarına qarşı döyüşlərdə 
iştirak etdi. 1944-cü ilin iyununda ikinci cəbhə açılandan sonra 
almanların vəziyyəti ağırlaşdı, amerikan qoşunları Atlantik 
sahillərini  ələ  keçirdi.  Bu  zaman  geri  çəkilən almanlarla 

X mühazirə 
 
 
359
birlikdə Azərbacyan Milli legionu da geri çəkilirdi. Müharibə 
qurtardıqdan sonra azərbaycanlı legionçular dünyanın müxtəlif 
ölkələrinə  səpələndilər. Almaniyanın məğlubiyyətindən sonra 
Azərbaycan Milli Hökumətinin prezidenti Ə.Fətəlibəyli-
Düdənginskinin ağır mühacirət dövrü başlayır. O, əvvəl Misirə, 
sonra Türkiyəyə gedir. «Bolşevizmə qarşı mübarizə» məqsədilə 
ABŞ ideoloji təbliğat vasitəsi olan «Azadlıq» radiosunu təşkil 
edir və Ə.Fətəlibəyli-Düdənginskini Azərbaycan redaksiyasının 
redaktoru vəzifəsinə  dəvət edir. «Azadlıq» radiostansiyasının 
açılışı Stalinin ölümü günü - 1953-cü il martın 5-də olur. 1954-
cü ildə  Ə.Fətəlibəyli-Düdənginski sovet cəsusu tərəfindən 
xaincəsinə öldürülür. 
Əbdül Rəhim bəy Fətəlibəyli-Düdənginski özünün mənalı 
ömrünu xalqına həsr etmişdi. Onu tanıyanlar və onun rəhbərliyi 
altında işləyənlərin xatirələrindən bir daha aydın olur ki, bu 
cəsur insan elmli və savadlı, böyük təşkilatçılıq qabiliyyətinə 
malik rəhbər, parlaq bir şəxsiyyət, öz xalqını sevən bir insan 
olmuşdur

Güclü qüvvəyə malik olan Azərbaycanlı legionerlər 
Azərbaycanın müstəqilliyi xəttini yürütdükləri üçün xalqımızın 
tarixində şərəfli yer tutmağa tam layiqdirlər. 
 
 
5. Azərbaycan mədəniyyəti müharibə illərində.  
İkinci dünya müharibəsinin geosiyasi nəticələri 
 
Müharibə illərində Azərbaycanın elm və  mədəniyyət 
xadimləri, maarif, ədəbiyyat və incəsənət nümayəndələri, 
çoxsaylı Azərbaycan ziyalıları öz fədakar əməyi və zəhməti ilə 
faşist Almaniyasına qarşı  ədalətli mübarizəyə, böyük tarixi 
qələbəyə  həlledici kömək və yardım etmiş, arxa cəbhə ilə ön 
cəbhənin möhkəm və sarsılmaz birliyinin təmin edilməsinin 
uğurlu həlli yolunda səylə  və yorulmadan çalışmışlar. 
Azərbaycan alim və ziyalılarının müharibə illərindəki fəaliyyəti 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
360
həqiqətən təqdirəlayiqdir və unudulmazdır. Faşizm üzərində 
böyük tarixi qələbənin qazanılmasında Azərbaycan alimlərinin, 
elm və  mədəniyyət nümayəndələrinin özünəməxsus payı, rolu 
və xidmətləri vardır. Müharibənin ilk günlərində SSRİ Elmlər 
Akademiyasının Azərbaycan filialının bir qrup əməkdaşı xalqa 
və dövlətə müraciətində yazmışdı: “Bakının bütün əməkçiləri 
ilə birlikdə biz alimlər də var qüvvəmizi düşməni tamam 
darmadağın etmək üçün, qəhrəman Qızıl Ordunu, igid 
tankçıları, sovet şahinlərini neft və benzinlə təmin etmək işinə 
verəcəyik”. 
Müharibə dövründə xüsusilə Azərbaycanın kimyaçı  və 
tibb alimləri misilsiz işlər görmüş, müxtəlif növ silahlar və 
partladıcı  hərbi sursatlar hazırlamış, bir çox qiymətli təkliflər 
irəli sürmüşdülər. 1941-ci ilin yayında Bakıda ilk hidrogen 
birləşmələri qrupu hazırlandı. Yusif Məmmədəliyevin 
rəhbərliyi ilə bir qrup alim 28 gün laboratoriyadan çıxmayaraq, 
neft-kimya elmində böyük hadisə olan yüksək oktanlı aviasiya 
benzini əldə etdi. Akademik Y.H.Məmmədəliyevin sədrliyi ilə 
görkəmli Azərbaycan alimləri R.H.İsmayılov, H.X.Əfəndiyev, 
Ə.M.Quliyev, H.B.Şaxtaxtinski, S.C.Mehdiyev, V.S.Qutırya, 
Ş.A.Məmmədov və başqalarından ibarət kimya problemləri 
üzrə nüfuzlu və  səlahiyyətli bölmə yaradıldı. Neft emalı 
müəssisələrində 75 laboratoriya fəaliyyət göstərirdi. 
Alimlərimiz mühüm hərbi  əhəmiyyəti olan xlorlu metal, 
müxtəlif partladıcı maddələr, təyyarə, tank və  hərbi maşınlar 
üçün sürtgü yağları, metalkəsən dəzgahlar, avtomat qurğu 
silahları  və digər silah növləri hazırlayırdılar. Kimyaçı 
alimlərimizi n köməyi ilə 100 növ neft-kimya məhsulları, o 
cümlədən 38 növ sürtgü yağı, 9 adda təyyarə benzini, 8 növ 
dizel yağı istehsal edilirdi. 
Respublikamızın bioloq alimləri Azərbaycan  ərazisində 
bitən bitkilərdən ucuz başa gələn və  həm də keyfiyyətli 
müxtəlif dərman növləri icad etdilər. Onların köməyi ilə efir 

X mühazirə 
 
 
361
yağı  əldə edilirdi. Professor Mustafa Topçubaşov tibb elminə, 
xüsusən cərahiyyə elminə böyük yeniliklər gətirmişdi. 
Azərbaycan alimləri Mirəli Qaşqayın və  Şamil 
Əzizbəyovun rəhbərliyi ilə strateji xammal – odadavamlı gil, 
fosforit yataqları  aşkar edildi. “Azneft” geoloqları  tərəfindən 
aparılmış  kəşfiyyat işləri nəticəsində 850 neft mənbəyi kəşf 
edildi. Professor Əziz Əliyevin sədrliyi ilə 1942-ci ildə “Yaralı 
döyüşçülərə və xəstələrə komək komitəsi” yaradıldı. 
İctimai və humanitar elmlər sahəsində çalışan alimlər 
xalqın qəhrəmanlıq tarixindən bəhs edən  əsərlər yazırdılar. 
Müharibə illərində tarixçi alim, professor Zülfəli  İbrahimovun 
«Babək» tarixi kitabı  nəşr olundu. H.Hüseynov və 
M.N.Dadaşzadənin redaktəsi ilə «Azərbaycan  ədəbiyyatı”nın 
qısa tarixi» nəşr edildi. Bundan başqa “Azərbaycan tarixinin 
qısa oçerkləri“, dörd cildlik “Rusca-azərbaycanca lüğət“, 
“Azərbaycan xalq musiqisinin əsasları“, Nizami və Fizulinin 
yaradıcılığından bəhs edən  əsərlər, Azərbaycan xalqının 
qəhrəman keçmişindən, xalqlar dostluğundan, döyüş 
qəhrəmanlıqlarından bəhs edən  əsərlər yazılmışdı. Səməd 
Vurğun, Süleyman Rüstəm, Məməd Səid Ordubadi, Rəsul Rza, 
Mirzə  İbrahimov, Süleyman Rəhimov, Osman Sarıvəlli, 
Məmməd Rahm, Zeynal Xəlil, Əhməd Cəmil, Mirvarid Dilbazi, 
Nigar Rəfibəyli, Cəfər Xəndan, Mircəlal Paşayev, Tələt 
Əyyubov və b. böyük təbliğat işlərində  fəal iştirak edir, xalqı 
qələbəyə ruhlandıran yeni-yeni əsərlər yaradırdılar. 
Azərbaycan incəsənətinin görkəmli xadimləri və 
bəstəkarları yeni-yeni musiqi əsərləri, marş, simfoniya, mahnı 
və balladalar yaradırdılar. Üzeyir Hacıbəyov, Səid Rüstəmov
Süleyman Ələsgərov, Bülbül, Cahangir Cahangirov, Niyazi və 
başqaları yaratdıqları musiqi ilə cəbhələrdə döyüşçülərə mənəvi 
ruh və qida verir, onlarda qələbəyə möhkəm inam və  əqidə 
yaradırdılar. 
1945-ci il martın 23-də SSRİ Elmlər Akademiyasının 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
362
Azərbaycan filialı  əsasında Azərbaycan SSR Elmlər 
Akademiyası yaradıldı ki, bu da respublikamızda elmin 
inkişafında mühüm rol oynadı. 
Böyük Vətən müharibəsi illərində Azərbaycan ədəbiyyatı, 
mədəniyyəti və incəsənəti respublikamızın görkəmli zi-
yalılarının qələm tutan əli ilə daha təsirli idi və  qələbəyə 
ruhlandırırdı. Müharibənin ilk günlərində  Səməd Vurğun 
yazdığı “Vətən keşiyində“, “Şəfqət bacısı“, “Qızıl  şahinlər“, 
“Komsomol marşı “, “Vətən eşqi“ və b. şerləri ilə ön və arxa 
cəbhədə vuruşan döyüşçü  əsgərlərimizi, kənd  əməkçilərini 
qələbəyə ruhlandırır, adamlara mənəvi dəstək verirdi. Moskva, 
Leninqrad, Sevastopol, Stalinqrad, Volqa, Qafqaz uğrunda 
gedən döyüşlər zamanı  əsgərlərimizi ruhlandıran Azərbaycan 
poeziyasının yeni-yeni nümunələri yazıldı. Səməd Vurğunun 
“Moskva“, “Salam Moskva“, “Rus ordusu“, M.Rahimin “Rus“, 
“Nataşanın ölümü“, M.Dilbazinin “Sevastopolun qəhrəman 
döyüşçülərinə“, “Sevinc“ adlı  şeirləri xalqlar dostluğunun 
qələbəyə ruhlandıran mövzusuna həsr edilmişdi. 1941-1945-ci 
illərdə partizan mübarizəsinə  həsr edilmiş  şeirlər yazılmışdı. 
S.Vurğun «İgid  şahin», «Qəhrəmanın hünəri», «Partizan 
Babaş»,  Ə.Cəmilin «Bəxtiyar», Z.Xəlilin «On üç dost», 
M.Rahimin «Onu Don qucaqladı» və b. şeirləri yazıldı. 
Müharibə illərində qadın  əməyinə, qadın hünərinə  və 
qadın qəhrəmanlığına həsr edilmiş bir çox əsərlər işıq üzü 
görmüşdü. S.Vurğunun «Ananın öyüdü», R.Rzanın «Əsgər 
anasının sözləri», S.Rüstəmin «Ana və poçtalyon», «Qocanın 
dedikləri», M.Rahimin «Sevgilimin arzusu», Ə.Cəmilin «Tez ol 
sevgilim, tez ol!» şeirləri qadın və qızlarımızın qəhrəmanlığına, 
pak və ülvi məhəbbətinə həsr edilmişdir ki, belə təmiz sevgi ilə 
əsgərləri qələbəyə, qadın və  qızlarımızı isə onlara mənəvi 
yardım etməyə hədsiz dərəcədə ruhlandırırdı. 
Azərbaycan yazıçıları  və dramaturqları, o cümlədən Mir 
Cəlalın «Ananın köməyi», «Ananın yarışı», M.Hüseynin 

X mühazirə 
 
 
363
«Nişan üzüyü», S.Rəhimovun «Medalyon», M.İbrahimovun 
«Məhəbbət», R.Rzanın «Vəfa», M.Hüseyn və  İ.Əfəndiyevin 
«İntizar», A.Şaiqin «Vətən», Z.Xəlilin «İntiqam»  əsərlərində 
qadınların qəhrəmanlığı, döyüşçülərin igidliyi vəsf edilirdi. 
Həmin vaxt S.Vurğun «Fərhad və Şirin», M.Hüseyn «Nizami», 
M.S.Ordubadi «Dumanlı  Təbriz» kimi monumental əsərlərini 
yaratdılar. 
Müharibə illərində Azərbaycan incəsənətinin inkişafında, 
qələbəyə ruhlandıran mahnı  və simfoniyaların, gözəl musiqi 
balladalarının yaradılmasında, ifa tərzinin yüksəldilməsində və 
təbliğat – təşviqatın genişləndirilməsində Ü.Hacıbəyovun, 
Bülbül Məmmədovun, 
Ə.Bədəlbəylinin, Niyazinin, 
S.Rüstəmovun, A.Abbasovun, F.Əmirovun, S.Hacıbəyovun, 
C.Hacıyevanın, Q.Qarayevin və başqalarının böyük xidmətləri 
olmuşdur. Bu böyük musiqi korifeylərimizin yaratdıqları 
fundamental  əsərlər döyüşçüləri qələbəyə,  əməkçiləri isə daha 
çox məhsul istehsal etməyə ruhlandırırdı. 
Güclü hücuma keçən Qırmızı Ordu hissələri 1945-ci il 
aprelin sonlarına yaxın düşməni son nöqtəsinə qədər sıxışdırıb 
darmadağın etdilər və strateji Berlin əməliyatını  uğurla başa 
çatdırdılar. Aprelin 30-da Reystaq üzərinə  qələbə bayrağını 
sancdılar. Həmin gün alman dəftərxanasının yeraltı bunkerində 
gizlənən Hitler özünü öldürdü. Mayın 2-də Berlin hücumla 
alındı, Berlin qarnizonu silahı yerə qoydu, təslim oldu. Mayın 
8-də Berlində Almaniya Ali Komandanlığının nümayəndələri 
danışıqsız təslim olmaq haqqında akta imza atdılar. Mayın 9-u 
tarixə Qələbə Günü kimi daxil oldu. 
1945-ci il iyunun 24-də Moskvada Qızıl Meydanda 
Azərbaycan döyüşçülərinin nümayəndələrinin də  iştirak etdiyi 
Sovet Ordusunun Qələbə paradı keçirildi.  
1945-ci il iyulun 17-dən avqustun 2-dək Berlin 
yaxınlığında Potsdam şəhərində SSRİ, ABŞ  və Böyük 
Britaniya dövlət başçılarının – Stalin, Trumen və Çerçillin 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
364
iştirakı ilə beynəlxalq konfrans oldu. Potsdam konfransında 
dünyanın geosiyasi məsələləri müzakirə olundu. Konfransdan 
az sonra, götürdüyü təhhüdə uyğun olaraq SSRİ 1945-ci il 
avqustun 9-da Yaponiyaya müharibə elan etdi. Yaponiyaya 
qarşı müharibədə 223-cü Azərbaycan diviziyası, bir çox 
Azərbaycan döyüşçüləri iştirak edirdilər. Göstərdikləri rəşadətə 
görə Qara Sarıyev, Aslan Aslanov, Hacı Hacıyev, Niyaz 
Hüseynov, Hacı Rzayev, Ələkbər Səfərov və başqaları 
«Yaponiya üzərində  qələbəyə görə» medalı ilə  təltif 
olunmuşdular.  
Sovet qoşunları sürətlə hücuma keçərək Yaponiyanın 
Kvantun ordusunu darmadağın etdi. 1945-ci il sentyabrın 2-də 
Yaponiya hökuməti Tokio körfəzində yerləşən ABŞ-ın «Mis-
suri» xətt gəmisində  təslim aktına qol çəkdi. Beləliklə, 2194 
gün davam edən  İkinci dünya müharibəsi başa çatdı. 
Müharibədə «Ox» dövlətləri adlandırılan faşist bloku, onun 
aparıcı qüvvəsi olan nasist Almaniyası  və militarist Yaponiya 
darmadağın edildilər və  məğlubiyyətə  uğradılar. Bu, İkinci 
dünya müharibəsinin  əsas yekunlarındandır. Azərbaycan 
xalqının ümumilli lideri Heydər Əliyevin dediyi kimi, müharibə 
illərində «… dünya xalqlarının güclü antifaşist birliyi yarandı. 
Yalnız bunun sayəsində, antifaşist qüvvələrin fədakarlığı 
nəticəsində bəşəriyyəti böyük təhlükədən, ağır fəlakətdən xilas 
etmək mümkün oldu». 
İkinci dünya müharibəsi bəşəriyyəti böyük tələfata, 
maddi və  mənəvi məhrumiyyətlərə  və  ağır sarsıntılara düçar 
etdi. Müharibədə itirak edən ölkələrdən 60 milyona yaxın adam 
həlak oldu. Onlardan keçmiş SSRİ 27-28 milyon, Almaniya 
13,6 milyon, Polşa 6 milyon, Çin 5 milyon, Yaponiya 2,5 
milyon, İndoneziya 2 milyon, Yuqoslaviya 1,7 milyon, Filippin 
1 milyon, Fransa 600 min, İngiltərə 375 min, ABŞ 300 min, 
Avstraliya və Yeni Zelandiya 40 min adam itirmişdir.
 
Bəşəriyyəti faşizm taunundan xilas edənlər, öz həyatlarını 

X mühazirə 
 
 
365
azadlıq uğrunda qurban verənlər bəşər tarixinin yaddaşında 
əbədi yaşamağa layiqdirlər. Milyon-milyon insanların həyatı, 
100 milyonlarla adamların gecəli-gündüzlü narahatlığı, fədakar 
əməyi və  qəhrəmanlığı hesabına başa gələn böyük tarixi 
QƏLƏBƏ. Bu tarixi Qələbənin qazanılmasında Azərbaycan 
xalqının çox böyük xidmətləri və rolu vardır. 1941-1945-ci 
illərdə cəbhəyə Azərbaycandan 700 min nəfərə yaxın döyüşçü 
göndərilib. Onlardan 300 minə  qədəri qəhrəmanlıqla döyüş 
cəbhələrində həlak olub. Geri qayıdan 400 min nəfərin yarısına 
qədəri isə  şikəst və  əlil olmuşdur. Müharibədə göstərdikləri 
igidliklərinə və şücaətlərinə görə 130 nəfər həmyerlimiz Sovet 
İttifaqı Qəhrəmanı adı almış, 30 nəfər isə Şöhrət ordeninin hər 
üç dərəcəsi ilə  təltif olunmuşdur. Döyüşlərdə  iştirak edən 
həmyerlilərimizin 200 min nəfərdən çoxu orden və medallarla 
təltif edilmişdir. Sovet İttifaqı  Qəhrəmanı adına layiq 
görülənlərdən 43 nəfəri azərbaycanlıdır.  
İkinci Dünya və Böyük Vətən Müharibələri Azərbaycan 
xalqına olduqca baha başa gəldi. Müharibə illərində döyüşən 
cəbhəyə Zaqafqaziya respublikalarından daha çox adam 
Azərbaycandan getmiş, ancaq nədənsə müqayisədə 
qəhrəmanlıqla ad çıxaran həmyerlilərimizə  fəxri adlar az 
verilmişdir. Halbuki onların qəhrəmanlıqları barədə Ali Baş 
Komandanlığa təqdimatlar göndərilirdi. Ancaq Mərkəz bəzi 
hallarda məhz «azərbaycanlı» olduğu üçün onlara qısqanclıqla 
yanaşırdı. Daha sonra, məlumdur ki, müharibə illərində Sovet 
ordusunun döyüşən texnikasının yanacağının təqribən dörddə 
üç hissəsini Bakı neftçiləri göndərirdilər. Azərbaycan xalqının 
ümummilli lideri Heydər  Əliyev demişdir: «Faşizm üzərində 
qələbənin əldə edilməsində Bakı nefti həlledici amillərdən biri 
olmuşdur. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, o dövrdə 
hər beş  təyyarə, tank və avtomaşından dördü Bakı benzini ilə 
işləyirdi». Bakı neftçilərinin qəhrəman əməyi Sovet marşalları 
və dövlət xadimləri tərəfindən dəfələrlə qeyd edilmişdi. Marşal 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
366
Jukov yazırdı: «Bakı nefti SSRİ-ni müdafiə etməyə və düşmən 
üzərində tezliklə  qələbə çalmağa tam kifayət edirdi». Bu 
baxımdan bakılıların haqqı var ki, desinlər, nəyə görə Bakıya 
«Qəhrəman  şəhər» adı verilmədi? Mərkəzin qeyri-
obyektivliyinə görə müharibə illərində Azərbaycan xalqının 
qəhrəmanlığı layiqli qiymətini almamışdır. 
İkinci dünya müharibəsinin ciddi geosiyasi nəticələri və 
siyasi dərsləri oldu. Ən mühüm ibrət dərsi o oldu ki, hər hansı 
müharibəyə yol verməməyin yeganə amili müharibə törədən 
təcavüzkar qüvvələrə qarşı birləşmək, onlara qarşı mütəşəkkil 
hərəkət etmək, xalqların sayıqlığını artırmaqdır. Bu gün tüğyan 
edən erməni faşizmi bəşəriyyətə  xəbərdarlıq olmalıdır. Ona 
görə ki, «…alman faşistləri kimi, hitlerçilər kimi ermənilər də 
Azərbaycanın işğal edilmiş torpaqlarında hər  şeyi dağıdıblar.. 
erməni işğalçılarının alman faşizmindən heç də  fərqi yoxdur. 
Ona görə  də  bəzi ölkələr, dövlətlər və xalqlar İkinci dünya 
müharibəsindən və onun nəticələrindən ibrət dərsi 
götürməlidirlər».  
İki  əsrə yaxındır ki, «Dənizdən – dənizə», monoetnik 
«böyük Ermənistan» yaratmaq xulyası ilə yaşayan erməni 
millətçiləri Azərbaycan torpaqları  və  sərvətlərinə sahib olmaq 
üçün dəridən-qabıqdan çıxaraq, öz avantürist niyyətlərini 
həyata keçirmək üçün tarixdə görünməmiş cinayət və 
vəhşiliklərdən, kütləvi qırğınlar və vandalizmdən istifadə 
etmişlər. Erməni təcavüzkarları tərəfindən yeridilən bu mənfur 
siyasət Azərbaycan xalqına qarşı ölüm, işgəncə, məşəqqət və 
məhrumiyyətlərlə müşayət olunan faciə dolu qaçqın, didərgin 
həyatı, yarası dövr-dövr qövr eləyən el-oba dərdi, torpaq və 
yurd həsrəti gətirmişdir. Azərbaycan torpaqlarının 20 faizini 
işğal edən erməni cəlladları 1,2 milyon azərbaycanlını qaçqına 
və didərginə çevirmişdir. 
Ermənistanın hərbi birləşmələri Qarabağ müharibəsini 
genişləndirərək Azərbaycanın  əzəli və  əbədi torpağı olan Dağlıq 

X mühazirə 
 
 
367
Qarabağ  ərazisini, 7 ətraf rayonu (Laçın, Kəlbəcər, Zəngilan, 
Qubadlı, Cəbrayıl, Ağdam, Fizuli) işğal edib xarabazara 
çevirmişlər. Təcavüzkarlar bununla kifayətlənməyib 
Azərbaycanın qərb bölgəsində yerləşən Gədəbəy, Tovuz, Qazax, 
Akstafa rayonlarının kəndlərini də dağıtmışlar. Hal-hazırda 12 
rayonun 17 min kv.km. ərazisi (Azərbaycan ərazisinin 1/5 hissəsi) 
erməni silahlı qüvvələrinin işğalı altındadır. 
Bu gün tüğyan edən və özünün işğalçılıq planlırını 
genişləndirən erməni faşizmi bütün dünya ölkələrinə, dövlət və 
hökumət başçılarına və  bəşəriyyətə ciddi xəbərdarlıq siqnalı 
olmalıdır. Ona görə ki, vaxtilə 60 milyon insanın məhvinə, yüz 
milyonlarla adamın şikəst və əlil olmasına, yüz minlərlə şəhər 
və  kəndin xarabalığa çevrilməsinə, külli miqdarda zavod, 
fabrik, müəssisə və mədəniyyət ocaqlarının məhvinə bais olan 
faşizm taun xəstəliyinin qarşısının alınmaması  bəşər tarixində 
dəhşətli faciələrə  səbəb oldu və ciddi geosiyasi nəticələr 
yaratdı. Məhz buna görə  də «dənizdən-dənizə» adlı «böyük 
Ermənistan» imperiyasının yaradılması utopiyası  və qonşu 
dövlətlərə (Azərbaycana, Gürcüstana, Rusiya Federasiyasına, 
İrana) qarşı torpaq iddiası erməni millətçilərinin xəstə 
təxəyyülünün sərsəm planlarının tərkib hissəsidir. Onların bu 
məkrli niyyətinin qarşısının alınması üçün dünya dövlətləri 
vaxtında xəbərdar edilməli və  bəşər tarixinin təcrübəsindən 
ibrət dərsi alınmalıdır.  
 
Ədəbiyyat 
1.
 
H.Ə.Əliyev. Azərbaycan XX əsrin və üçüncü minilliyin 
ayrıcında. «Respublika» qəz., Bakı, 30 dekabr, 2000-ci il. 
2.
 
H.Ə.Əliyev. Tariximizin heç bir səhifəsini unutmamalıyıq. 
Qələbənin 56-cı ildönümü münasibətilə təntənəli mərasimdə nitq: 
«Respublika» qəz., Bakı, 11 may 2001-ci il. 
3.
 
Azərbaycan tarixi. 7 cilddə, VII cild, Bakı: 2003, səh.51. 
4.
 
Q.Mədətov. Azərbaycan Böyük Vətən müharibəsində (1941-
1945-ci illər). Bakı: 1965. 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
368
5.
 
İ.İsmayılov. Azərbaycan Moskva uğrunda döyüşlərdə. Bakı: 
1991 
6.
 
Xaləddin  İbrahimli. Azərbaycan siyasi mühacirəti (1920-1921). 
Bakı: 1996 
7.
 
Ə.Bağırzadə. Azərbaycan ziyalıları Böyük Vətən müharibəsi 
illərində. Bakı: 1970  
8.
 
M.Alıcanov. Azərbaycan döyüşçülərinin partizan hərəkatında 
iştirakı. Bakı: 1975. 
9.
 
İ.İsmayılov. Azərbaycanlıların  İkinci dünya müharibəsində 
iştirakı. Bakı: 2000. 
10.
 
Q.Orucov. Azərbaycan Qafqaz döyüşlərində. Bakı: 1984. 
11.
 
N.Məmmədov. Azərbaycan Hitler Almaniyasının işğalçılıq plan-
larında. «Respublika» qəz., 5 may 2005-ci il. 
12.
 
N.Məmmədov. tarixi qələbənin qazanılmasında Bakı neftinin 
rolu. «Respublika» qəz., 7 may 2005-ci il. 
13.
 
H.Hacıyev.  İkinci dünya müharibəsində  qələbənin qazanılmasında 
Azərbaycanın rolu. «Respublika» qəz., 15 may 2001-ci il. 
14.
 
Великая Отечественная война (1941-1945 гг.) Энциклопедия. 
М.: 1985. 

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin