AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə27/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

Azərbaycan 20-30-cu illərdə 
 
 
323
əlaqədar 1700 adam, o cümlədən 20 xalq komissarı və müavini, 
34 rayon icraiyyə komitəsinin sədri, 52 raykom katibi, 8 
professor cəzalandırıldı. 
«Azneft işi» ilə bağlı  Xəzər gəmiçiliyində 3300 nəfər 
adam cəzalandırıldı. 
Azərbaycan Yazıçıları İttifaqının 1937-ci ildə iyun ayında 
keçirilmiş iclası H.Cavidi, H.Sanılını, M.Müşviqi xalq düşməni 
kimi İttifaqdan xaric etdi, Y.V.Çəmənzəminlinin, S.Mumtazın, 
S.Hüseynin, S.M.Qənizadənin, Qurban Musayevin Yazıçılar 
İttifaqında qalmasını qeyri-mümkün hesab etdi. 
Ümumiyyətlə, 1937-38-ci illərdə Azərbaycanda saxta 
ittihamlarla 40 minə yaxın adam cinayət məsuliyyətinə  cəlb 
edilmişdi. 1937-1940-cı illərdə orta hesabla hər il 12 min adam 
həbs edilmişdi. 
30-cu illər ərzində öz doğma yerlərindən «kulak» adı ilə 
Sibirə və Qazaxstana minlərlə adam sürgün edildi. 40-cı illərin 
sonunadək davam edən bu proses nəticəsində Sibir və 
Qazaxstanda xüsusi kulak arxipelaqları yaradılmışdı. 50-ci 
illərin ortalarından etibarən geri qayıdanları nəzərə almaq şərti 
ilə, hazırda təkcə Qazaxstanda 100 mindən çox sürgün edilmiş 
azərbaycanlı yaşayır. 
Azərbaycan tarixinin faciəli səhifələrini təşkil edən bütün 
bu proseslər 20-30-cu illərin siyasi proseslərinin mahiyyətindən 
irəli gəlirdi. 
 
Ədəbiyyat 
1.
 
İbrahimov Z. Lenin və Azərbaycanda sosialist inqilabının 
qələbəsi. Bakı: 1970 
2.
 
Yenə onun. Sosialist inqilabı 
uğrunda Azərbaycan 
zəhmətkeşlərinin mübarizəsi. Bakı: 1957 
3.
 
Əhmədov X. Azərbaycanda Sovetlərin yaranması  və 
möhkəmləndirilməsi (1920-1925). Bakı: 1961 
4.
 
Bünyadov Z. Qırmızı terror. Bakı: 1993 
5.
 
Quliyev C. K istorii obrazovaniə Vtoroy respubliki 
IX mühazirə 
 
 
324
Azerbaydjana. Bakı: 1997 
6.
 
Əliyev X., Əlimirzəyev X. Azərbaycanda kənd təsərrüfatının 
kollektivləşdirilməsi tarixindən. Bakı: 1957 
7.
 
Əziz B. Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə (1920-
1991). Magistr hazırlığı üçün proqram. Bakı: 2008 
8.
 
Vəkilov M. Böyük Oktyabr inqilabı  və Azərbaycanda sosialist 
mədəniyyətinin çiçəklənməsi. Bakı: 1955 
9.
 
Məmmədov E. Kənd təsərrüfatının elliklə kollektivləşməsi 
ərəfəsində Azərbaycan kəndində sinfi mübarizə (1927-1929) 
Bakı: 1961 
10.
 
N.Nərimanov. Ucqarlarda inqilabımızın tarixinə dair. Bakı: 1992 
11.
 
İbrahimli F. Azərbaycan kəndində sosial-siyasi proseslər (1920-
1930). Bakı: 1996 
12.
 
Yenə onun: 20-ci illərin  əvvəllərində Azərbaycan kəndində 
ictimai-siyasi vəziyyət. Bakı: 1995 
13.
 
Yenə onun: Azərbaycan kəndində sovetləşmə siyasəti. Mütərcim, 
1996 
14.
 
Yenə onun: Sovet hakimiyyəti, yoxsa hakimiyyətsiz Sovetlər. 
Bakı: 1997 
15.
 
Yenə onun: Sovetləşmə siyasəti, yoxsa yandırma  əməliyyatı. 
(Tariximizin qaranlıq səhifələrindən) Tarix və onun problemləri 
jurn. Bakı: 2000, №1 
16.
 
Yenə onun: Millətçi pasportu kimlərə verilirdi. Tarix və onun 
probl. Bakı: №1, 1999 
17.
 
Yenə onun: Tarixi şəxsiyyətlərə  ədalətli münasibət lazımdır. 
«Mütərcim» jurn. №1, 1999. 
18.
 
«Bakinskiy raboçiy» qəzeti, 6 noyabr, 2 dekabr, 25 dekabr 1921-
ci il 
19.
 
Azərbaycan Respublikası EA elmi arxivi, f. I, siy. 9, iş 4798, v. 
230, v.231, v.235 
20.
 
Azərbaycan Respublikası SPİH MDA, f. I, siy. 74, iş 7, v 31 
21.
 
Azərbaycan Respublikası SPİH MDA N.Nərimanov fondu. 
F.609, siy. I, iş 71, v. 1-7 
22.
 
XX əsr Azərbaycan tarixi. II c, Bakı: 2004 
23.
 
Qaffarov T. Azərbaycan tarixi (1920-1991), Bakı: 1999 
24.
 
Məmmədzadə M.B. Köylü hərəkatı. Lenin milli siyasəti. Bakı: 

Azərbaycan 20-30-cu illərdə 
 
 
325
2007 
25.
 
Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı: 1992. 
26.
 
İbrahimli X. Azərbaycan siyasi mühacirəti. Bakı: 1998. 
27.
 
Həsənov C. Ağ «ləkə»lərin qara kölgəsi. Bakı: 1991. 
28.
 
Qafqazda sovet totalitarizmi (20-30-cu illər). Bakı: 1998 
29.
 
Rəsulzadə M.Ə. Bolşeviklərin şərq siyasəti. Bakı: 1994. 
30.
 
Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: 1990. 
 
 

X mühazirə 
 
 
325
Dos. N.Z.Məmmədov 
 
X. AZƏRBAYCAN İKİNCİ DÜNYA MÜHARİBƏSİ 
DÖVRÜNDƏ 
 
1.
 
İkinci dünya müharibəsinin başlanması. Faşist 
Almaniyasının SSRİ-yə hücumu və Azərbaycan 
müharibə edən ölkələrin hərbi-siyasi planlarında  
2.
 
Respublika iqtisadiyyatının hərbi tərzdə yenidən 
qurulması. Bakı şəhərinin hərbi sənaye və tibbi xidmət 
potensialı. Cəbhənin yanacaqla təmin edilməsində 
Azərbaycan neftçilərinin rolu 
3.
 
Müharibə illərində milli diviziyaların yaradılması, 
azərbaycanlı döyüşçülərin cəbhədə, partizan və 
antifaşist müqavimət hərəkatında iştirakı. 
4.
 
Azərbaycan mühacirəti müharibə illərində. Milli le-
gionların yaradılması. 
5.
 
Azərbaycan mədəniyyəti müharibə illərində.  İkinci 
dünya müharibəsinin geosiyasi nəticələri 
 
 
1. İkinci dünya müharibəsinin başlanması. Faşist  
Almaniyasının SSRİ-yə hücumu və Azərbaycan  
müharibə edən ölkələrin hərbi-siyasi planlarında  
 
1939-cu il sentyabrın 1-də sübçağı faşist Almaniyası 
«Vays» («Ağ») şərti adı altında Polşaya hücum planına uyğun 
olaraq müharibəyə başladı və sürətlə Varşavaya doğru irəlilədi. 
Faşist Almaniyasının Polşaya hücumu ilə  İkinci dünya 
müharibəsi başlandı  və çox qısa bir zamanda Avropanın, 
Asiyanın, Afrikanın, Amerikanın bir çox ölkələrini özünə cəlb 
etdi, Hind və Sakit okean sahillərinə, Atlantik okeanı və Şimal 
buzlu okeanı sahillərinə, Uzaq Sakit okean adalarına, 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
326
İndoneziya və Avstraliya sahillərinədək geniş  əraziyə yayıldı. 
Öz orbitinə planetin bir çox dövlətlərini cəlb edən İkinci dünya 
müharibəsi bəşər tarixində ən dağıdıcı və ən dəhşətli müharibə 
olmuşdur. Onu Birinci dünya müharibəsi ilə müqayisə etsək 
aşağıdakı faktların və  rəqəmlərin  şahidi olaraq. Əgər Birinci 
dünya müharibəsində 1 milyard nəfər  əhalisi olan 38 dövlət 
iştirak etmiş, silahlı qüvvələri 70 milyon nəfər olan cəmi 14 
dövlətin  ərazisində döyüşlər aparılmışdısa,  İkinci dünya 
müharibəsinə 1 milyard 700 milyon nəfər əhalisi olan 61 dövlət 
cəlb edilmiş (Yer kürəsi  əhalisinin 80 faizini), altı il davam 
etmişdir. Birinci dünya müharibəsində 10 milyon nəfər, İkinci 
dünya müharibəsində isə təqribən 60 milyon nəfər adam həlak 
olmuşdur. 
Birinci dünya müharibəsi kimi, İkinci dünya 
müharibəsinin də bir çox səbəbləri var idi. Bu, hər şeydən əvvəl 
iri kapitalist dövlətlərinin mənafe dairələrinin toqquşması, dün-
yanın siyasi xəritəsinin yenidən dəyişdirilməsi, sivilizasiyaya 
hakim olmaq iddiası idi. İkinci dünya müharibəsinin labüdlüyü 
mahiyyətcə 30-cu illərin ortalarına yaxın tarixi reallığa çevrildi. 
Faktlara və tarixi hadisələrə müraciət edək: 1931-1932-ci 
illərdə Yaponiya Şimal-Şərqi Çini zəbt etdi, sonra isə 1937-ci 
ildə  Mərkəzi Çinə soxuldu və bütün Çini işğal siyasətinə 
başladı. 1935-ci ildə  İtaliya Həbəşistana basqın etdi, 1936-
1938-ci illərdə respublikaçılar  İspaniyasına Almaniya-İtaliya 
müdaxiləsi oldu və  nəticədə 1939-cu ildə general Franko 
diktaturası quruldu ki, o da Faşist Almaniyası ilə  əməkdaşlıq 
etməyə başladı. 1938-ci ilin martında Avstriya Almaniyaya 
birləşdirildi. 1936-cı ildə Almaniya ilə Yaponiya arasında 
«antikomintern paktı» imzalandı  və bir il sonra İtaliya da bu 
pakta qoşuldu ki, bununla da Berlin-Roma-Tokio üçbucağı 
yarandı  və dünyanı müharibə ilə  hədələməyə başladı. Bu 
dövlətlər 1940-cı ilin sentyabrında dünyanı bölüşdürmək 
məqsədi ilə «üçlər paktı»nı imzaladılar. 

X mühazirə 
 
 
327
Faşist Almaniyasının iştahı daha böyük idi və Hitler 
Çexoslovakiyanın Sudet vilayətini  ələ keçirməyə can atırdı, 
böyük dövlətlərin rəvacı ilə istəyinə nail oldu. 1938-ci ildə 
biabırçı Münhen sövdələşməsinə imza atan Hitler, Mussolini, 
Daladye və Çemberlen Çexoslovakiyanın parçalanmasına 
razılıq verdilər. Ancaq Hitler bununla kifayətlənmədi və 1939-
cu ilin martında bütövlükdə Çexoslovakiyanı işğal etdi. Bundan 
sonra Rumıniyanı özündən asılı vəziyyətə saldı. 
Avropanın mərkəzində siyasi və  hərbi hadisələr sürətlə 
cərəyan edir və anbaan dəyişirdi. 1938-ci ilin sentyabrında 
Almaniya ilə  İngiltərə arasında, dekabrında isə Almaniya ilə 
Fransa arasında hücum etməmək haqqında müqavilələr, həmin 
ilin martında isə  İngiltərə  və Yaponiya arasında saziş 
imzalandı. 1939-cu ilin mayında Fransa ilə Polşa arasında, az 
sonra isə  İngiltərə ilə Polşa arasında hərbi ittifaq müqaviləsi 
imzalandı.1939-cu ilin martında SSRİ ilə  İngiltərə  və Fransa 
arasında danışıqlara başlanıldı. Beş aydan çox davam edən 
danışıqlar heç bir nəticə vermədi,  İngiltərənin və Fransanın 
təqsiri ucbatından danışıqlar dayandırıldı. Beləliklə, Sovet 
İttifaqı  əslində dünya birliyindən təcrid edilmiş  vəziyyətə 
düşdü. Belə bir vaxtda Almaniya höküməti SSRİ-yə hücum 
etməmək haqqında müqavilə bağlamağı  təklif etdi və özünün 
rəsmi nümayəndələrini Moskvaya göndərdi. Avqustun 23-də 
Almaniyanın Xarici İşlər Naziri İ.Fon Ribbertrop Moskvaya 
gəldi. 
Aparılan gərgin danışıqlardan sonra 1939-cu il avqustun 
23-də Almaniya ilə SSRİ arasında hücum etməmək barədə 
Moskva müqaviləsi imzalandı. Müqavilə  10  il  müddətinə 
nəzərdə tutulmuşdu. Yeri gəlmişkən onu da deyək ki, 1939-cu 
il 23 avqust müqaviləsi uzun müddət tənqid obyekti olmuşdur 
və onun alternativinin olub-olmaması barədə, habelə 
müqavilinin imzalanması prosesində Stalinin və Molotovun 
səhvləri geniş müzakirə mövzusu olmuşdur. Zənnimcə, həmin 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
328
vaxt Avropada və dünyada təklənmiş bir dövlət olan Sovet 
İttifaqının müqaviləni imzalamaqdan başqa çarəsi qalmamışdı. 
Hətta Hitler bu təklifi irəli sürərkən Stalinə xəbərdarlıq etmişdi 
ki,  əks təqdirdə SSRİ «Polşa-Almaniya böhranı»na cəlb oluna 
bilər. Stalin müqaviləni imzalamaq məcburiyyətində qalır. 
Lakin müqavilənin imzalamasından təqribən bir həftə sonra 
xalqdan və dövlətdən gizlədilən məxfi protokollar da imzalanır 
ki, həmin sənədlərdə Almaniyanın və SSRİ-nin «nüfuz 
dairələri» öz əksini tapırdı. Digər tərəfdən 1939-cu il sentyabrın 
28-də Almaniya ilə SSRİ arasında bağlanmış «dostluq və 
sərhəd» haqqında müqavilə hələ o zaman da, bu gün də kəskin 
mənfi münasibət doğurmuşdur. Həmin sənədlərdə Stalin və 
Molotov düzgün mövqe tutmamış, ayrı-ayrı xalqların və 
millətlərin mənafeyinə zidd hərəkət etmişlər. Ziddiyyətli 
hadisələrin sonrakı dinamikası deyilənləri təsdiq etdi. 
Sentyabrın 1-də Almaniya Polşa üzərinə hücuma keçdi. Bu 
hadisədən az sonra – sentyabrın 3-də  İngiltərə  və Fransa 
hökümətləri imzaladıqları müqaviləyə uyğun olaraq 
Almaniyaya müharibə elan etdilər. Beləliklə,  İkinci dünya 
müharibəsi başlandı. Azərbaycan xalqının ümummilli lideri, 
görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin banisi 
Heydər  Əliyevin dediyi kimi, «... İkinci dünya müharibəsi 
alman faşizminin, Hitler ordusunun dünyaya hakim olmaq 
iddiası ilə başlandı». Müharibə  qızışdı  və hitlerçi qoşunlar 
sürətlə SSRİ  sərhədlərinə yaxınlaşmağa başladılar. Belə bir 
vaxtda SSRİ özünün müdafiə  tədbirlərini görməyə  məcbur 
oldu. 1939-cu ilin sentyabrında Qərbi Ukrayna və  Qərbi 
Belarusiya Sovet Ukraynası  və Sovet Belarusiyası ilə 
birləşdirildi. Bessarabiya və  Şimali Bukovina SSRİ-yə 
birləşdirildi, Rumıniyanın  ərazisi hesabına müstəqil Moldova 
Respublikası yaradıldı. Leninqradın təhlükəsizliyini 
möhkəmləndirmək məqsədilə  mənasız müharibəyə başlanıldı. 
1939-cu ilin noyabrından 1940-cı ilin martına qədər Sovet – Fin 

X mühazirə 
 
 
329
müharibəsi aparıldı. Bu mənasız müharibədə SSRİ-dən 75 min 
adam öldü, 16 min adam itkin düşdü, 170 min adam yaralandı. 
Sovet-Fin müharibəsində Azərbaycandan gedən döyüşçülər də 
iştirak edirdilər. 1940-cı ilin avqustunda Baltikyanı ölkələr «kö-
nüllü» olaraq SSRİ-yə qatıldılar. 
Almaniya Avropanın mərkəzində çox böyük sürətlə hərbi 
əməliyyatlar həyata keçirirdi. Alman-faşist qoşunları 1940-cı 
ilin aprelində Danimarkanı, Norveçi, İsveçi, may-iyun 
aylarında Belçikanı, Lüksenburqu, Hollandiyanı  işğal etdilər, 
iyunun 22-də Fransa biabırcasına təslim oldu. Hitler orduları 
Finlandiya, Rumıniya və Bolqarıstanı, 1941-ci ilin aprelində 
Yuqoslaviyanı, Yunanıstanı, Albaniyanı işğal etdilər. Beləliklə, 
demək olar ki, bütün Avropa hitlerçilər tərəfindən əsarət altına 
alındı. Ümumiyyətlə, 1938-1941-ci illərdə faşist Almaniyası 
Avropanın 12 dövlətini işğal etmiş, Fransanı isə diz 
çökdürmüşdü. 
İkinci dünya müharibəsinin alovları planetə yayılırdı. 
1941-ci il iyunun 22-də gecə saat 4 radələrində faşist 
Almaniyası hücum etməmək haqqında 1939-cu il müqaviləsini 
kobudcasına pozaraq, böyük zərbə qüvvəsi ilə -–190 diviziya, 
5,5 milyon canlı qüvvə, 4300 tank, 4980 döyüş təyyarəsi, 190 
döyüş  gəmisi, 47,2 min müxtəlif silah və minomyot ilə Sovet 
İttifaqına basqın etdi. Güclü döyüş texnikasına və müasir hərbi 
təcrübəyə malik olan alman-faşist orduları, «Barbarossa planı» 
əsasında ildırım sürətilə SSRİ-yə 3 istiqamətdə – «Şimal», 
«Mərkəz» və «Cənub» istiqamətlərdə hücuma keçdi, çox qısa 
zamanda Pribaltikanın, Ukrayna və Belarusiya SSR-nin xeyli 
hissəsini, Krımı  ələ keçirdi, Moskva istiqamətində irəliləməyə 
başladı. Almaniya Barents dənizindən Qara dənizədək 5 min 
kilometrlik cəbhə boyu irəliləyirdi. Beləliklə, SSRİ üçün Böyük 
Vətən Müharibəsi başlandı  və SSRİ xalqları 1418 gün ağır 
sınaqlara, dözülməz məşəqqətlərə, qəhrəmancasına sinə  gərdi, 
ağrılı-acılı günlərə dözdü, bütün qüvvələrini və ehtiyat 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
330
imkanlarını maksimum səfərbəliyə aldı, nəhəng qüvvəyə malik 
olan düşmənlə ölüm-dirim savaşına qatıldı. 
Tarixçilər  İkinci dünya müharibəsinin tarixini 5 dövrə, 
Böyük Vətən müharibəsinin tarixini isə 4 dövrə ayırırlar.  
Birinci dövr – 1939-cu il sentyabrın 1-dən 1941-ci il iyu-
nun 21-dək;  
İkinci dövr – 1941-ci ilin iyunun 22-dən 1942-ci il no-
yabrın 18-dək; 
Üçüncü dövr – 1942-ci il noyabrın 19-dan 1943-cü il 
dekabrın 31-dək; 
Dördücü dövr – 1944-cü il yanvarın 1-dən 1945-ci ilin 
mayın 9-dək; 
Beşinci dövr – 1945-ci il mayın 9-dan sentyabrın 2-dək. 
Uzun müddət sovet tarixşünaslığında faşist 
Almaniyasının SSRİ-yə «qəflətən» hücumu haqqında müddəa 
əsaslanldırılmış müddəa kimi qəbul edilmişdi. Bizcə bu, 
düzgün müddəa deyil. Ona görə ki, faşist Almaniyasının SSRİ-
yə hücumunun dəqiq vaxtı və günü barədə Stalinin əlində səhih 
məlumatlar var idi. Hətta Hitler 1940-cı il dekabrın 18-də 
«Barbarossa planı» haqqında 21 nömrəli direktivi 
imzalayarkən cəmi 2 gün sonra bu, Moskvaya məlum oldu. 
Bundan başqa SSRİ-nin Avropa və Polşa sərhədlərinə güclü 
alman texnikasının cəmləşdirilməsi, hücum ərəfəsində Qara 
dənizdə Sovet donanmasının almanlar tərəfindən top atəşinə 
tutulması, sovet kəşfiyyatının xaricdən  əldə etdiyi və  mərkəzə 
ötürdüyü dəqiq məlumatlar bir daha onu göstərir ki, artıq 
müharibə labüddür və o qaçılmazdır. Ancaq tarixi faktlar onu 
sübut edir ki, Stalin nə sovet-fin müharibəsində müdriklik 
göstərmədi və nə də Moskvaya məlum olan faktlara inanmadı. 
Beləliklə, fitnələrə uymamağa çalışan Stalin və onun 
komandası  nə  kəşfiyyatın məlumatına inanmır, nə  də sovet 
sərhədlərində 
cəmləşən külli miqdarda düşmən 
qruplaşmalarının və döyüş texnikasının reallığını ya görmür, ya 

X mühazirə 
 
 
331
da dərk etmirdilər. Bütün bunlar isə Sovet İttifaqına baha başa 
gəldi ki, bununla da Stalinin və onun ətrafındakı  məmurların 
təqsiri böyükdür. Öz yalnış fikirlərində son dərəcə inadkarlıq 
göstərən Stalin ölkənin müdafiə sistemini möhkəmlətmək və 
hərbi qüvvələri sərhədlərə gətirdib onların sayıqlığını və döyüş 
hazırlığı  vəziyyətinə  gətirilməsi kimi zəruri tədbirlərin həyata 
keçirilməsinə  tələsmir, yaranmış  hərbi-siyasi  şəraiti operativ 
qiymətləndirmirdi. Müharibənin ilk günlərində Stalinin 
çaşqınlığı, qətiyyətsizliyi və  ləng tərpənməsi, belələiklə, çox 
qiymətli vaxtın itirilməsi ölkəyə  və xalqa ağır itkilər hesabına 
başa gəldi. Bundan da istifadə edən alman ordusu böyük sürətlə 
ölkənin içərilərinə doğru irəliləyə bildi, xeyli əraziləri işğal etdi 
və Moskvanın lap yaxınlığında qərar tutdu. 
Deməli, faşist Almaniyasının SSRİ-yə hücumunun «qəf-
lətən» olması barədə müddəası doğru deyildir. O taktiki 
cəhətdən qəbul edilsə də, strateji cəhətdən qətiyyən qəbul edilə 
bilməz. Artıq müharibə reallığa çevrilmişdi və Hitler SSRİ 
daxilində baş verən prosesləri diqqətlə izləyirdi. SSRİ-də  həyata 
keçirilən ağır represiyalar ordudan və donanmadan da yan 
ötməmişdi. Stalinin cəza və represiya tədbirləri ölkəyə çox ağır 
başa gəlmişdi. 5 nəfər Sovet İttifaqı Marşalından 3 nəfəri, 5 
nəfər birinci dərəcəli Ordu komandanından 3 nəfəri, 10 nəfər 
ikinci dərəcəli Ordu komandanının hamısı, 57 nəfər korpus 
komandirindən 50 nəfəri, 186 nəfər diviziya komandirindən 
154 nəfəri, 16 nəfər birinci və ikinci dərəcəli ordu 
komissarlarından hamısı güllələnmişdi.  Ən qorxulu burası idi 
ki, bu güllələnmə müharibə dövründə  də davam etdirilirdi. 
Şiddətli döyüşlər gedir, əsgər və zabitlər doğma torpağın hər 
qarışı  uğrunda inadla vuruşur, cəza konveyri isə öz «işindən» 
qalmırdı. Bunu düşmənin ən hiyləgər agentləri də edə bilməzdi 
və  şübhəsiz ki, təcrübəli hərbi mütəxəssislərin kütləvi  şəkildə 
məhv edilməsi haqqında Hitler xəbərdar idi. Belə şəraitdə faşist 
Almaniyasının hücum etməsi reallaşırdı. 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
332
Bir vacib məsələyə  də aydınlıq gətirmək yerinə düşər. 
Uzun müddət sovet tarixşünaslığında belə bir müddəa 
əsaslandırılırdı ki, guya Sovet İttifaqı müharibəyə 
hazırlaşmırdı. Bizcə bu müddəa da düz deyil. Ona görə ki, 30-
cu illərin ortalarından başlayaraq və xüsusilə üçüncü beşilliyin 
ilk üç ilində SSRİ-də güclü iqtisadi potensial yaradılmış, 
sənayeləşdirmə planı  həyata keçirilmiş, müdafiə  və  hərbi 
sənaye xeyli artırılmış, aviasiya, ağır maşınqayırma, 
gəmiqayırma, tank istehsalı, müxtəlif silahların istehsalı 
çoxalmışdı. Ölkənin maddi-texniki bazası xeyli güclənmiş, 
sənayenin və istehsalın potensialı artmışdı. Ümumi sənaye 
məhsulu 1913-cü ilə nisbətən 1940-cı ildə 7,7 dəfə, istehsal 
vasitələri istehsalı 13,4 dəfə, maşınqayırma və metalurgiya 
sənayesi 30 dəfə, enerji istehsalı 5 dəfə, elektrik enerjisi 8 dəfə, 
əmək məhsuldarlığı 3,8 dəfə artmışdı. Ümumi maşınqayırma 
sənayesi istehsalına, neft hasilatına və traktor istehsalına görə 
SSRİ Avropada birinci yerə, dünyada isə ikinci yerə  çıxdı. 
Elektrik enerjisi, çuqun və polad istehsalına görə isə SSRİ 
Avropada ikinci, daş kömür və sement istehsalına görə isə 
üçüncü yerə  çıxdı. 1940-cı ildə Sovet İttifaqında 14,9 mln.ton 
çuqun (1913-cü ildəkindən 3,5 dəfə çox), 18,3 mln.ton polad 
(4,3 dəfə çox), 166 mln.ton daş kömür (5,7 dəfə çox), 31,1 mln. 
ton neft (3 dəfə çox) istehsal edilmişdi. Kənd təsərrüfatı 
məhsulları da xeyli artmışdı. 1940-cı ildə ölkədə 95,6 mln. ton 
taxıl (1913-cü ildə 86 mln.ton), 2,24 mln.ton pambıq (1913-cü 
ildə 0,74 mln.ton) istehsal edilmişdi. Ölkədə 7069 MTS, 531 
min traktor, 182 min kombayn, 228 min yük avtomobili var idi. 
Ölkənin müdafiəsini möhkəmləndirmək məqsədilə 1939-cu ildə 
yeni komissarlıqlar yaradıldı, «ümumiəsgəri vəzifə haqqında» 
qanun qəbul edildi. 1939-1941-ci illərdə SSRİ-də 17 mindən 
artıq hərbi təyyarə, 7,6 min tank, 80 mindən çox top və 
minomyot, 200 mindən çox pulemyot və avtomat istehsal 
edilmişdi. 1941-ci ilin ortalarında SSRİ-nin Silahlı 

X mühazirə 
 
 
333
Qüvvələrində 5 milyondan çox canlı qüvvə var idi.  
Beləliklə, gətirilən faktlar və  rəqəmlər onu göstərir ki, 
SSRİ-də  həyata keçirilən fundamental dəyişikliklər qarşıdakı 
müharibəyə ciddi hazırlıqla  əlaqədar olmuşdur. Odur ki, 
müharibəyə hazırlaşmamaq barədə Stalinin uydurduğu mif 
qəbuledilməzdir. 
Hitler Almaniyasının SSRİ-yə hücumu dünya 
imperializminin başlıca zərbə qüvvəsi rolunu oynayan faşist 
ordularının tərəqqipərvər bəşəriyyətə  və sovet xalqlarına qarşı 
əvvəlcədən düşünülmüş 
və 
hərtərəfli razılaşdırılmış 
təcavüzkarlıq aktı və cinayət aksiyası idi. Faşist Almaniyasının 
tabeliyində olan Rumıniya, Finlandiya, İtaliya, Slovakiya və 
Macarıstan dövlətləri də SSRİ-yə qarşı müharibəyə başladılar. 
Beləliklə, Sovet İttifaqı faşist Almaniyasının və onun 
əlaltılarının nəhəng hərb maşını ilə qarşı-qarşıya dayandı. 
Hitlerin «ildırımsürətli» müharibə  təzyiqinə o zaman kiminsə 
tab gətirməyi və  hər hansı bir dövlətin müqavimət göstərməyi 
həqiqətən inanılmaz idi. Böyük Britaniyanın baş naziri U.Çerçil 
yazmışdı: «...Bütün məsul hərbi mütəxəssislərin fikrincə, rus 
orduları tezliklə məğlub olacaq və əsasən məhv ediləcəklər».  
Müharibənin başlanması ilə Sovet dövlətinin və sovet 
xalqlarnın ağır sınaq dövrü başlandı. Sovet xalqlarının vahid 
ailəsinə qatılan və SSRİ-nin subyektlərindən biri olan 
Azərbaycan SSR müharibənin ilk günlərindən müsəlləh əs-gər 
kimi ayağa qalxdı, möhkəm dayandı  və düşmənlə ölüm-dirim 
savaşına girdi. Bəri başdan deyək ki, alman-faşist ordularının 
darmadağın edilməsində, bəşəriyyətin faşizm taunundan xilas 
edilməsində  və Böyük tarixi Qələbənin qazanılmasında 
Azərbaycan xalqının çox böyük rolu və xidmətləri olmuşdur. 
Təsadüfi deyildi ki, Hitler Almaniyasının işğal planlarında 
Azərbaycan, Neft Bakısı xüsusi yer tuturdu. Hitlerin «Ost» 
planında Bakının işğal edilməsi diqqət mərkəzində dayanırdı. 
Qafqazı  ələ keçirmək məqsədilə alman-faşist ordusunun 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
334
qərargahı «Edelveys» adlı xüsusi plan hazırlamışdı (Edelveys – 
mürəkkəbçiçəklilər fəsiləsindən çoxillik bitki cinsidir, maraqlı 
çiçək növüdür – red.) Bu plana görə düşmən üç istiqamətdə 
hücum edib, Qərb istiqamətində Qara dəniz sahillərinə çıxmaq 
və oradan Zaqafqaziyaya hücum etmək,  Şərq istiqamətində 
Qroznı, Mahaçqala və Bakını zəbt etmək, mərkəz istiqamətində 
Böyük Qafqaz aşırımını keçərək Tbilisi və Kutaisini ələ 
keçirmək istəyirdi. Hitler «Mənim mübarizəm» kitabında 
yazırdı ki, onlar (yəni türkdilli xalqlar) ali irqin qullarına 
çevrilməlidirlər.  
Ümumiyyətlə, faşist Almaniyasının  Şərq siyasəti  «Ost» 
planında öz əksini tapmışdı. «Ost» adlı işğal planının müəllifi 
Rozenberqin başçılığı ilə yaradılan  Şərq işləri üzrə nazirliyin 
nəzdində olan komissarlıqlardan biri də «Qafqaz» Komissarlığı 
idi. Rozenberqin «Qafqazın idarə olunması planı»na görə 
Azərbaycanda icraedici orqan olan «komissarlıq» yaradılmalı 
və iqamətgahı Tbilisidə yerləşəcək Qafqaz reyxkomissarlığına 
tabe edilməli idi. Hələ 1941-ci il martın 27-də Almaniyanın 
«Kontinental neft cəmiyyəti»nə Bakıda neftin çıxarılması, 
emalı və daşınması ilə məşğul olacağı tapşırığı verilmişdi. Artıq 
Azərbaycandakı iri sənaye müəssisələrinə «ali irqdən» rəhbər 
adamlar da təyin edilmişdi. Onlara ucuz işçi qüvvəsi hesabına 
Bakı neftinin Almaniyaya çatdırılması tapşırığı verilmişdi. Hələ 
1941-ci il aprelin 29-da yaradılmış Oldeburq iqtisadi qərargahı 
tərəfindən tərtib edilmiş planda Qafqazın, o cümlədən 
Azərbaycanın və Bakının işğalı  nəzərdə tutulmuşdu. 
«Edesveys» planına görə Qafqazın işğalı feldmarşal Listin «A» 
qrupu ordusuna tapşırılmışdı. Həmin plana görə Qafqaz 5 işğal 
rayonuna bölünməli idi. Onlardan biri də Azərbaycan rayonu 
idi. Qafqaz uğrunda döyüşlərdə «Ost» planında Bakının işğalı 
1941-ci il sentyabrın 25-nə müəyyən edilmişdi. Faşist 
işğalından sonra Bakı nefti alman neft şirkətinin («Ost-oyl», 
«Kontinent-oyl» və b.) sərəncamına verilməli idi. Bakıda neftin 

X mühazirə 
 
 
335
çıxarılması, emalı  və daşınması Almaniyanın «Kontinental» 
neft cəmiyyətinə tapşırılmışdı. Hitler 1941-ci il iyulun 16-da 
rəsmi yığıncaqda bildirmişdir ki, Bakı alındıqdan sonra hərbi 
məntəqəyə çevrilməlidir. Faşist Almaniyasının işğal planları 
geniş idi. Hitlerin işğal planına görə SSRİ üzərində tam 
qələbədən sonra türk xalqları yaşayan  ərazilərdən ibarət «Bö-
yük Türküstan» dövləti yaradılmalı idi. Bu dövlətin  ərazisinə 
Şimali və  Cənubi Azərbaycan, Başqırdıstan, Tatarıstan, Krım, 
Şimali Qafqaz, Qərbi Çin və Əfqanıstanın daxil olması nəzərdə 
tutulurdu. Hitler Bakını faşist Almaniyasını yanacaqla təmin 
edən mərkəzə çevirmək niyyətində idi.  
Diqqəti cəlb edən  əsas amillərdən biri də o idi ki, SSRİ 
ilə müttəfiq olan və faşizmə qarşı eyni koalisiyada birləşən 
dövlətlər də neft Bakısını  ələ keçirməyə çalışırdılar. Bu 
baxımdan ABŞ və İngiltərənin Qafqaz siyasətində Azərbaycan 
və Bakı neftinə sahib olmaq marağı özünü qabarıq göstərirdi. 
ABŞ  və  İngiltərə  hər vasitə ilə Azərbaycana və Bakıya 
yiyələnməyə, onu özünün nüfuz dairəsinə çevirməyə ciddi 
cəhdlər göstərirdilər. Onların hazırladıqları  «Vilvet» planına 
görə Sovet ordusu Qafqazdan çıxarılıb Stalinqrada aparılmalı, 
burada isə faşistlərə qarşı ingilis-amerikan hərbi hissələri 
vuruşmalı idi. Beləliklə, Azərbaycan və xüsusən Bakı nefti istər 
düşmən qüvvələrinin və istərsə də «müttəfiq»lərin xarici siyasət 
diplomatiyasında və  işğalçılıq planlarında diqqət mərkəzində 
idi. 
 
2.Respublika iqtisadiyyatının hərbi tərzdə yenidən 
qurulması. Bakı şəhərinin hərbi sənaye və tibbi xidmət 
potensialı.  
Cəbhənin yanacaqla təmin edilməsində  
Azərbaycan neftçilərinin rolu 
 
Böyük Vətən müharibəsinin başlandığı ilk gündən Azər-
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
336
baycan xalqı ayağa qalxdı, səfərbər edildi, müsəlləh əsgər kimi 
döyüşə atıldı və SSRİ-nin başqa xalqları ilə çiyin-çiyinə alman-
faşist işğalçılarına qarşı mübarizəyə başladı. Azərbaycan K(b)P 
MK 1941-ci il iyunun 28-də bütün partiya komitələrinə, yerli 
təşkilatlara və hakimiyyət orqanlarına məktub göndərdi. 
Məktubda bütün iş formalarını  və  hərəkət mexanizmini 
müharibənin tələblərinə uyğun yenidən qurmaq, xalqın 
sayıqlığını yüksəltmək, ehtiyat qüvvələrini səfərbər etmək 
barədə ciddi tapşırıqlar verildi. DMK-nın qərarına uyğun 
olaraq, respublikamızda ordu üçün sürətlə ehtiyat qüvvələri 
hazırlamaq və 16 yaşından 50 yaşınadək kişilərə məcburi hərbi 
təlim vermək sahəsində  iş aparılırdı. Xalq təsərrüfatını  hərbi 
qaydada yenidən qurmaq məsələsi Azərbaycan dövlətinin 
fəaliyyətində diqqət mərkəzində dayanırdı. Bununla belə 
Azərbaycan xalqı  və Azərbaycan Respublikası çətin vəziyyətə 
düşmüşdü. Ona görə ki, təcrübəli kadrlar, işi bacaran qabaqcıl 
mütəxəssislər, hətta idarə  və müəssisə  rəhbərləri cəbhəyə 
getmişdilər. Azərbaycan neftçilərinin 45 faizi orduya getmişdi. 
Onları isə təcrübəsi olmayan, az yaşlı uşaqlar, qızlar və qadınlar 
əvəz etmişdilər. İşi bacarmadıqlarına görə bəzi sənaye sahələri, 
neft mədənləri fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. 
Vaxt isə gözləmirdi. Mərkəz Bakıdan çoxlu yanacaq və digər 
ərzaq məhsulları  tələb edirdi. 1941-ci ilin noyabrında 
Azərb.K(b)P MK və Bakı Komitəsinin plenumunda sənayenin 
işi haqqında məsələ müzakirə olundu və xalq təsərrüfatını hərbi 
qaydada yenidən qurmaq üçün yerli partiya və hakimiyyət 
orqanlarına konkret tapşırıqlar verildi. 1941-ci ilin dekabrında 
Azərb.K(b)P MK plenumu respublikanın xalq təsərrüfatını 
hərbi qaydada yenidən qurmağa dair ciddi tapşırıqlar verdi. 
Müharibənin ilk günündən Azərbaycan xalqı «Hər  şey 
cəbhə üçün, hər  şey qələbə üçün!» şüarı ilə alman faşizminə 
qarşı mübarizəyə qalxdı.  İyunun 22-də Bakıda izdihamlı 
mintinq keçirildi. Hamı bir nəfər kimi cəbhəyə getmək barədə 

X mühazirə 
 
 
337
öhdəliklər götürdü. Respublikanın bütün rayonlarında hərbi 
komissarlıqlara gedib könüllü cəbhəyə göndərilmələrini xahiş 
edən on minlərlə  gənc növbələrə dayanırdılar. Müharibənin 
birinci üç günündə Azərbaycandan 18 min nəfər könüllü ordu 
sıralarına yola düşdü.  İlk günlərdə Azərbaycanın 40 mindən 
çox gənc oğlan və  qızı  cəbhəyə getmək üçün hərbi 
komissarlıqlara ərizə verdi. Qısa müddətdə 186.704 nəfər xalq 
qoşunu dəstələrinə yazıldı. Bakı  şəhərində xalq qoşunu 
dəstələrinə 61.780 nəfər yazılmış və 20 rota təşkil olunmuşdu. 
Bakı  ətrafında yarıdılmış müdafiə zonası xalq qoşunu 
dəstəsində 12 min döyüşçü fəal iştirak edirdi. 1941-ci ilin 
avqustunda Bakıda üç – 101, 102 və 103-cü xalq qoşunu 
diviziyaları yaradıldı. Bu dviziyalarda 21.259 nəfər döyüşçü 
vardı. DMK-nın qərarına uyğun olaraq 16-50 yaşlarında olan 
kişilərə ümumi hərbi təlim keçirilirdi. 1941-ci ilin oktyabrından 
1942-ci ilin dekabrınadək respublikada 172.209 nəfər hərbi 
təlim keçmiş, 29.925 atıcı, 1255 snayper, 363 minamyotçu, 747 
pulemyotçu və b. hazırlanmışdı. Azərbaycanda 1941-1945-ci 
illərdə ümumi icbari hərbi təlim xətti ilə 6500 nəfərdən çox tibb 
bacısı, 51.254 nəfər döyüşçü hazırlanmışdı. Yaradılan qırıcı 
batalyonlarda işləmək üçün 12 min nəfər səfərbər edilmişdi. 
1941-ci ilin iyul-oktyabr aylarında respublikada 30.480 nəfər 
səfərbər olundu. 1943-cü il yanvarın 1-nə  qədər respublikada 
464 min nəfər orduya çağrılmışdı. Respublikada 87 qırıcı 
batalyon, 1124 özünümüdafiə  dəstəsi, 15 min nəfərlik HHM 
(hava hücumundan müdafiə) dəstələri yaradıldı.
.
 
Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbayandan orduya 
700 minə  qədər adam səfərbər olunmuşdu ki, onların 11 
mindən çoxu qadın idi. 
Rus dilini bilməmək Azərbaycanlı döyüşçülər üçün 
çətinlik törədirdi. Bunu nəzərə alaraq Azərb.KP MK-nın hərbi 
şöbəsi 1941-ci il oktyabrın 23-də Zaqafqaziya cəbhəsinin Siyasi 
İdarəsinə müraciət etdi. Bundan sonra azərbaycanlı döyüşçülərə 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
338
90 saatlıq proqram tədris edildi ki, bunun da çox böyük 
əhəmiyyəti oldu. 
Bakıda, Naxçıvanda, Gəncədə  və respublikanın digər 
bölgələrində müdafiəyə hazırlıq işləri görülür, hətta pioner və 
məktəblilər də  səfərbər edilmişdilər. Yaşayış  məntəqələrini 
qorumaq üçün xalq drujina dəstələri, tibb dəstələri yaradılırdı. 
Naxçıvan  şəhərində 185 dərnək təşkil edilmiş, onlara 6.212 
nəfər cəlb edilmiş, 31 özünümüdafiə qrupu yaradılmışdı. 
Bakının on minlərlə 
əhalisi müdafiə mövqelərinin 
yaradılmasına cəlb edilmişdi. Gəncədə 12 sənaye müəssisəsi 
müharibənin tələbləri əsasında yenidən qurulmuş, 26 adda hərbi 
məhsul istehsal edilirdi. Ölkənin müdafiə fonduna 
Azərbaycandan 1941-1942-ci illərdə 5457 yük maşını, 672 
minik avtomobili, 476 traktor, 50 min at göndərilmişdi. 
Azərbaycan neftçiləri təkcə 1941-ci ildə 23.481 min ton neft 
çıxarmışlar. Bu, respublika neft sənayesi tarixində rekord 
göstərici idi.  
Beləliklə, müharibə başlanan gündən Azərbaycan xalqı 
cəbhəyə bütün varlığı ilə kömək edir, onu yanacaq və  ərzaqla 
təmin edir, canlı qüvvə və müxtəlif texnika ilə yardım edir, ağır 
vəziyyətdə olmasına baxmayaraq fədakarlıq, mətinlik, 
dözümlülük,  əzmkarlıq və  əsil qəhrəmanlıq nümayiş 
etdirirdilər. 
Müharibə illərində Sovet Ordusunun silahla, döyüş 
sursatı ilə,  ərzaqla, yanacaqla təchizatının  ən güclü 
cəbbəxanalarından biri Sovet Azərbaycanı, neft Bakısı idi. Bakı 
sözün  əsil mənasında Sovet Silahlı Qüvvələrinin və döyüşən 
cəbhənin cəbbəxanası idi. O qanlı-qadalı illərdə neft 
sənayesinin rolu xüsusilə artmışdı. Bakı şəhərində hərbi sənaye 
potensialı, neft sənayesinin müxtəlif sahələri, tibbi xidmət 
sahəsi güclü inkişaf etmişdi. Müharibə başlanan kimi Bakının 
bir çox sənaye müəssisələri funksiyalarını  dəyişdirib fasiləsiz 
olaraq hərbi məhsul istehsal etməyə başladılar. Bakı döyüşən 

X mühazirə 
 
 
339
ordunun  əsil cəbbəxanası, «motorlar mübaribəsi»ni aparan 
hərbi texnikanı yanacaqla təmin edən güclü və etibarlı baza, 
130 növ silah istehsal edən potensial cəbbəxana idi. Bütün 
bunları Hitler bilirdi və ona görə  də Bakının işğalına xüsusi 
diqqət verirdi. «...Hitlerin ad gününə hazırlanmış böyük tortun 
üzərində Azərbaycanın xəritəsi, Bakı göstərilmişdi. Həmin o 
vaxt deyilmişdi ki, Bakını ələ keçirə bilsək, qələbəni əldə etmiş 
olcağıq».  
Bakıda fəaliyyət göstərən xalq təsərrüfatı  əhəmiyyətli 
zavodlar cəbhə  və döyüşən ordu üçün silah və  hərbi sursat 
istehsal edirdilər. 1941-ci ilin dekabrında noyabrla müqayisədə 
50 mm minomyot istehsalı 6 dəfə,  əl qumbarası 5 dəfə, PPŞ 
avtomat silahı 20 dəfə artdı. Kütləvi döyüş sursatı hesab olunan 
mina, aviasiya bombası,  əl qumbarası istehsalına başlanıldı. 
1941-ci ilin dekabrından «Yak-3» qırıcı bombardmançı 
təyyarələrin istehsalına başlandı. 1942-ci ilin əvvəlindən 
başlayaraq cəbhənin sifarişlərini yerinə yetirən təyyarə  təmiri 
zavodu tikildi. «Motorlar müharibəsi» deyilən müharibənin lap 
əvvəlindən Bakı ölkənin başlıca yanacaq bazasına çevrilib, 
döyüşən ordunu fasiləsiz olraq yanacaqla, neft və benzinlə, 
mazut, vazelein və digər sürtgü yağları ilə  təmin edirdi. Neft 
məhsullarına və birinci növbədə motor yanacağına, sürtgü 
yağlarına və yüksək oktanlı benzinə cəbhənin tələbatını ödəmək 
məqsədilə  qısa müddətdə geniş benzin – liqroin fraksiyasını 
təkrar emal edən bir sıra qurğular istifadəyə verildi. Aviasiya 
yağlarının alınmasının yeni texnologiyası  işlənib hazırlandı, 
xüsusi təyinatlı sürtgü yağlarının istehsalı artdı, keyfiyyəti 
yaxşılaşdı. 
Neft sənayesinin maddi-texniki bazasını 
möhkəmləndirmək məqsədilə DMK-nın qərarı ilə ölkənin 
Cənub və Qərb rayonlarından Bakıya 20 iri müəssisə qurğuları, 
o cümlədən 250 dəzgah, 12 vaqon maye tökən cihaz, 53 
metalkəsən dəzgah və digər alətlər gətirildi. 1942-ci ilin 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
340
əvvəlindən başlayaraq «Qırmızı proletariat», «Dzerjinski» 
adına zavod, «Şmidt» adına maşınqayırma zavodunda 
poladəritmə sexi işə düşdü. Beləliklə, Bakı  cəbhənin hərbi 
sifarişlərini yerinə yetirməyə başladı  və  qısa müddətdə güclü 
strateji və hərbi bazaya çevrildi. 
Bakıda aviabombaların istehsalına başlayan gəmi təmiri 
zavodunun, avtomobil təmiri zavodunun və başqa zavodların 
kollektivi 18-20 saat işləyir, müxtəlif cür silahlar isehsal 
edirdilər.  Şmidt adına zavodda düşməni vahiməyə salan 
«katyuşa» hissələri istehsal olunurdu.  
Bakı neftçiləri böyük əzmkarlıq və  əmək xarüqələri gös-
tərirdilər. «Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz 
fədakarlıqla çalışır, cəbhəni və iqtisadiyyatın bütün sahələrini 
yanacaqla təmin edirdilər... 1941-ci ildə neftçilərimizin gərgin 
səyləri nəticəsində Azərbaycanın tarixində rekord həcmdə – 
23,5 milyon ton neft hasil olundu ki, bu da ittifaqda çıxarılan 
neftin 71,4 faizini təşkil edirdi». Bakı nefti Qızıl Ordunun ən 
etibarlı dayağı idi. Ölkədə istehsal edilən neftin 70-75%-ni, 
aviasiya benzini istehsalının  85-90%-ni Bakı verirdi. 
Ümumiyyətlə, müharibə illərində Bakı neftçiləri 75 milyon ton 
neft, 22 milyon ton benzin, 22 milyon ton sürtgü yağları, 6,5 
milyard kubmetr qaz istehsal etmişdilər. Tanınmış dövlət 
xadimi N.Voznesenski yazırdı: «Bakı  cəbhəni və ölkənin xalq 
təsərrüfatını neft məhsulları ilə fasiləsiz təmin edir, havada və 
yerdə yüz minlərlə motoru hərəkətə gətirirdi». Görkəmli Sovet 
sərkərdələri və marşalları G.G.Jukov, R.Y.Malinovski, 
F.İ.Tolbuxin və b. Bakının Böyük Vətən müharibəsində 
mühüm rolunu dönə-dönə qeyd etmişlər. Marşal G.G.Jukov 
yazırdı: «Bakı neftçiləri cəbhəyə  və ölkəyə  vətənimizin 
müdafiəsi üçün, düşmən üzərində tezliklə qələbə üçün nə qədər 
lazım idi, o qədər yanacaq vermişdilər». 
Xəzər Dəniz Gəmiçiliyi  İdarəsi və Bakının neft daşıyan 
donanması müharibə illərində böyük əmək xarüqələri, igidlik 

X mühazirə 
 
 
341
və  qəhrəmanlıq göstərmişlər. 1941-ci il iyunun 1-nə olan 
məlumata görə Bakının Gəmiçilik  İdarəsində 69 tanker və 76 
yük gəmisi var idi. Bundan əlavə SSRİ Dəniz Donanması Xalq 
Komissarlığının göstərişi ilə  sərnişin daşımaq məqsədilə 11 
tanker ayrılmışdı. «Dağıstan», «Türkmənistan», «Qırğızıstan» 
sərnişin teploxodları yaralıları daşımaq üçün üzən qospitala 
çevrilmişdi. 1941-ci ilin avqustunda Xəzər Dəniz Gəmiçiliyinin 
30 gəmisi döyüş  əməliyyatlarında fəal iştirak etmişdi. 1942-ci 
ilin ortalarında Xəzər dənizində 
vəziyyət xeyli 
mürəkkəbləşmişdi. Stalinqrad istiqamətində və Qafqaz uğrunda 
aparılan döyüşlərlə  əlaqədar faşist təyyarələri gəmilərimizi 
bombalayırdılar. Bu zaman Xəzər nəqliyyat donanmasında 
xüsusi cədvəl tərtib edilmiş  və  cəbhəyə göndərilən qoşunların 
və yüklərin daşındığı qatar və  gəmilərin növbədənkənar 
hərəkəti nəzərdə tutulmuşdu. Həmin vaxtlarda Bakı  dəmir yol 
qovşağına yüzlərlə vaqonlarla yük gəlir və  Xəzər dənizi 
vasitəsilə  gəmilərdə külli miqdarda döyüş sursatı, neft 
məhsulları yola salınırdı. Belə bir vaxtda Bakı neftinin 
daşınması çox təhlükəli və qorxulu idi. Ancaq Bakı neftçiləri 
eyni zamanda həm də düşmənə müqavimət göstərən igid 
bahadırlara çevrilirdilər. Neftdaşıyan donanmanı hava 
basqınlarından qorumaq üçün tankerlərə müdafiə topları  və 
zenit pulemyotları qoyulurdu. 
Bakı neftçiləri dünya təcrübəsində ilk dəfə olaraq neftlə 
doldurulmuş sisternləri gəmilərin yedəyinə alıb aparırdılar. Bu 
üsulla Xəzər dənizçiləri Bakıdan Krasnovodska 35 neftdaşıyan 
dəmiryol sisterni, Mahaçqaladan Krasnovodska hər birinin 
ağırlığı beş ton olan neft çənləri daşımışdılar. Rəşadətli 
əməyinə, qəhrəmanlığına və igidliyinə görə 
Xəzər 
Gəmiçiliyinin 1534 işçisi SSRİ orden və medalları ilə  təltif 
olunmuş, 160 dəfə DMK-nin və SSRİ Neft Komissarlığının 
keçici Qırmızı Bayrağını almışdılar. Bakı neftçiləri 280 dəfə 
Ümumittifaq sosializm yarışının qalibi olmuşdur. Neftin hərbi-
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
342
strateji əhəmiyyətini nəzərə alaraq DMK-nin qərarı ilə minlərlə 
gənc ordu sıralarına çağırışdan azad edilərək neft sənayesinə 
göndərilirdilər. Onlardan Sosialist Əməyi Qəhrəmanları Qurban 
Abbasov, Ağa Nemətulla, Musa Bayramov, Yusif Fərzəliyev, 
Məmməd Qəmbərov, Qaraş Əmirov, Məmməd Dünyamalıyev, 
görkəmli mədən qazma ustaları olan Baba Qafar Muradov, 
Rüstəm Rüstəmov, Gülbala Əliyev və b. yüksək ad-san 
çıxarmış, böyük şöhrət qazanmışdılar. 
Müharibə illərində Bakı əməkçiləri döyüşən orduya çoxlu 
yeyinti məhsulları,  ərzaq və geyim məmulatı göndərmişlər. 
Müharibə illərində Bakıdan cəbhəyə 1260 vaqon suxarı, 1100 
vaqon makaron məmulatı, 1300 vaqon tütün və siqaret, 1800 
vaqon konserv, 350 vaqon ərinmiş yağ, külli miqdarda ət 
məhsulları,  ət-süd məmulatı göndərilmişdi. Bakıda güclü 
qospital (hərbi xəstəxana) bazası yaradılmışdı  və burada 
minlərlə döyüşçü müalicə olunur, yenidən həyata qaytarılırdı. 
1942-ci ilin sonunda Bakıda 31400 yerlik 41 hərbi xəstəxana 
var idi. Müharibə illərində Bakıda yaralıları müalicə edən çoxlu 
qospitallar fəaliyyət göstərirdi. Bu qospitallarda 441 mindən 
çox yaralı  və  xəstə müalicə olunmuşdu. Sovet İttifaqı 
Qəhrəmanı adına layiq görülmüş 44 tibb işçisinin 2-si 
azərbaycanlı idi. Bakının ayrı-ayrı zavodlarında çoxlu dərman 
preparatları, müalicə üçün lazım olan tibbi ləvazimat istehsal 
olunurdu. Bakılılar 1942-ci ilin aprelində ölkənin müdafiə 
fonduna 20 milyon manat pul, çoxlu qızıl, gümüş, istiqraz və b. 
qiymətli əşyalar köçürmüşlər. 
Müharibə illərində Azərbaycan Dəmir yolunun Bakı 
şöbəsindən 1 milyondan artıq vaqon yola salınmışdı. Alman 
faşizmi üzərində  qələbənin  əldə edilməsində böyük roluna və 
xidmətlərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1977-ci il 
24 noyabr tarixli fərmanı ilə Bakı Lenin ordeni ilə təltif edildi. 
Ancaq bakılılar və bütün Azərbaycan xalqı gözləyirdi ki, 
doğma Bakımıza obyektiv qiymət veriləcək və Qəhrəman Şəhər 

X mühazirə 
 
 
343
adına layiq görüləcəkdir. Bakılıların buna tam mənəvi haqqı 
var. Ancaq nədənsə bu fəxri ad verilmədi. Bu da mərkəzin 
qeyri-obyektiv mövqeyidir. 
Müharibə Azərbaycan xalqının dinc əməyini dayandırdı 
və bütün respublika ərazisində yeni iş rejiminə keçildi. 
Sutkanın 18-20 saatını  işləməyə başladılar. Müharibə 
Azərbaycan kəndindən də yan ötmədi. Azərbaycanın kənd 
əməkçiləri üzərində  ağır yük qoyuldu. Qəhrəman və  mərd 
Azərbaycan xalqı bütün varlığı ilə müharibədə  iştirak edirdi. 
1941-1943-cü illərdə Azərbaycan xalqı ölkənin müdafiə 
fonduna 15,5 kq qızıl, 952,5 kq gümüş, 311 milyon manatlıq 
istiqraz verdi, müharibə dövründə 1,5 milyard manatlıq istiqraz 
və lotareya aldı, tank və təyyarə dəstələri fonduna 230 milyon 
manat pul ayırdı. Müharibə illərində Azərbaycan  əməkçiləri 
cəbhəyə 1 milyon 419 min ədəd  şinel, 4 milyon 227 min dəst 
yay geyimi, 3 milyon 97 min alt paltarı, 1 milyon 977 min cüt 
çəkmə, 1 milyon 417 min patron çantası, 1 milyon 468 min dəst 
trikotaj məmulatı, 1,6 milyon ədəd müxtəlif  əşya 125 min 
vaqon isti paltar göndərmişdi. 
Azərbaycanın kənd  əməkçiləri üzərinə  ağır və  məsuliy-
yətli yük düşmüşdü.  Əli silah tutan kişilər cəbhəyə getmiş, 
onları isə qadınlar və qızlar əvəz etmişlər. Onların təcrübəsi, iş 
qabiliyyəti və  əmək məhsuldarlığı  təbii ki, aşağı idi. Buna 
baxmayaraq kənd qadınları, analarımız, nənələrimiz və azyaşlı 
qızlar ağır  əmək növbələrində dayanır, gündüzlər tarlalarda 
işləyir, gecələr isə döyüşən cəbhəçilər üçün isti paltar tikir, 
corab və əlcək toxuyurdular. Qadınların hazırladıqları belə isti 
paltarlar banderollara doldurulub, ünvansız yerlərə – «ancaq 
cəbhəyə» sözü altında göndərilirdi. Yəni fərqi yox idi ki, kimə 
çatacaq,  əsas o idi ki, ön cəbhədə döyüşən kim idisə, o isti 
paltar alacaq, ondan istifadə edəcəkdir. Ön cəbhədə döyüşən 
hər bir əsgərə övlad məhəbbəti ilə yanaşan kənd əməkçilərimiz 
onunla təsəlli tapırdılar ki, gecələr yatmayıb, toxuduqları isti 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
344
paltarı  əyninə geyinən döyüşçü qələbə çalacaq. Deməli, 
qazanılan qələbədə Azərbaycanın kənd  əməkçilərinin çox 
böyük payı  və xidmətləri olmuşdur. Müharibənin ilk ilində 
Azərbaycandan 5457 yük maşını, 672 digər avtomaşınlar, 476 
traktor və 50 mindən artıq at cəbhəyə göndərilmişdi. Buna 
baxmayaraq kənd  əməkçilərimiz kolxozlarda və sovxozlarda 
gecə-gndüz işləyərək «cəbhəyə və ölkəyə daha çox çörək, ət və 
sənaye üçün xammal verək!»  şüarı altında fədakarlıqla 
çalışırdılar. Respublikada sosializm yarışına qoşularaq kənd 
təsərrüfatı qabaqcıllarının hərəkatı geniş vüsət aldı. 1941-ci il 
dekabrın 1-nə Azərbaycan kolxozçuları Müdafiə Fonduna 2850 
baş iribuynuzlu və 23120 baş xırdabuynuzlu heyvan, 1079 baş 
donuz, 10640 sentner taxıl, 36140 litr süd, 20439 kiloqram yağ, 
130 ton kartof, 194 ton göyərti, 62200 ədəd yumurta və digər 
məhsullar vermişdilər.
 
Azərbaycanın kənd zəhmətkeşləri məhsul istehsalını 
müntəzəm artırmağa nail olurdular. 1942-ci ildə respublikanın 
kolxoz və sovxozları dövlətə 1941-ci ildən 2 583 934 pud artıq 
taxıl, 282 962 pud ət, 40 965 pud yun təhvil verdilər. 1943-cü 
ildə Azərbaycanın kənd zəhmətkeşləri dövlətə plandan əlavə 
1000 pud taxıl, 21,5 min pud ət, 2,2 min pud yun verdilər. 
1942-ci ildə  Gəncədə  kənd təsərrüfatı maşınlarını  təmir və 
ehtiyat hissələri istehsal edən zavod yaradıldı. Bakının 
maşınqayırma zavodları  kəndə hamiliyi genişləndirdilər, 
Bakıdan kəndlərə ixtisaslı kadrlar göndərildi. 1943-cü ildə 
qəhrəman  əməyinə görə Azərbaycanın 485 nəfər kənd 
təsərrüfatı işçisi SSRİ-nin orden və medalları ilə təltif olundu. 
Müharibə illərində heyvandarlığın inkişafında qazandığı 
müvəffəqiyyətlərə görə Azərb.SSR 4 dəfə DMK-nin Qırmızı 
Bayrağını almış, 45 min adam orden və medallarla təltif 
edilmişdi. Təltif edilənlər içərisində  kənd qabaqcıllarından 
Bəsti Bağırova, Şamama Həsənova, Qüdrət Səmədov və b. var 
idi. 1943-cü il 12 dekabr tarixli «Pravda» qəzetinin baş 

X mühazirə 
 
 
345
məqaləsində deyilirdi: «Azərbaycan kolxozçularının və 
kolxozçu qadınlarının qiymətli təcrübəsi diqqətlə 
öyrənilməlidir...». 
Azərbaycanın kənd  əməkçiləri azad edilmiş rayonlara – 
Leninqrada, Aşağı Volqaya, Şimali Qafqaza, Ukraynaya və b. 
yerlərə kömək olaraq 1943-1944-cü illərdə 177 vaqon tikinti 
materialı, 200 toxumsəpən maşın, 40 avtomobil, 315 traktor, 
315 traktorçu, 60 traktor briqadası, 13 mexanik, 12 aqronom 
göndərmişdi. 1944-cü ildə respublikanın heyvandarları dövlətə 
plandan  əlavə 20 min baş iribuynuzlu qaramal, 150 mindən 
artıq xırdabuynuzlu heyvan verdilər. 
Beləliklə, faşizm üzərində tarixi qələbənin təmin edilməsi 
üçün Azərbaycanın kənd  əməkçiləri yalnız fədakarlıqla 
çalışmaqla kifayətlənmir, eyni zamanda müxtəlif vasitələrlə 
cəbhəyə  və orduya kömək  əli də uzadırdılar. Kənd 
əməkçilərimiz müdafiə fonduna öz şəxsi istifadələrində olan 18 
min baş mal-qara, 152 min pud taxıl, 170 min pud müxtəlif növ 
məhsul vermiş, cəbhəyə 742 min bağlama, 146 vaqon kənd 
təsərrüfatı məhsulları yola salmışlar. Bütün bunlar Böyük tarixi 
Qələbəyə mühüm kömək idi.  
 
3. Müharibə illərində milli diviziyaların və legionların  
yaradılması, azərbaycanlı döyüşçülərin cəbhədə,  

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin