Azərbaycan dövlət mədəniyyət və incəsənət universiteti

Yüklə 5,92 Kb.
tarix25.12.2023
ölçüsü5,92 Kb.
#196079
«Virtual muzeylər» anlayışının təhlili

Azərbaycan dövlət mədəniyyət və incəsənət universiteti

«Virtual muzeylər» anlayışının təhlili

Fakültə: Kulturologiya
İxtisas: Muzey, arxiv işi və abidələrin qorunması
Kurs: Ⅰ
Qrup: B
Tələbə: Şükürlü Türkan
Müəllim: Məlikova Elfira
Fənn: Muzey işinin əsasları

İnformasiya texnologiyalarının sürətli inkişafı və insan fəaliyyətinin bütün sahələrində geniş istifadəsi adi reallıqların virtual məkanda əks olunması zamanı onların dəyişdirilməsi və modifikasiyası ilə nəticələnmişdir. Buna misal olaraq, İnternet şəbəkəsində meydana gələn və sürətlə inkişaf edən, mahiyyəti etibarilə elektron muzey eksponatlarını, rəqəmsal foto, audio və videomaterialları, animasiyaları və s. ehtiva edən verilənlər bazasından təşkil olan virtual muzeyləri göstərmək olar.Virtual muzey anlayışı həyatımıza ötən əsrin sonlarında, 90-cı illərin ortalarında daxil olmuşdur. Hazırda axtarış sistemlərinin köməyilə İnternetdə bu adla mindən artıq elektron muzey tapmaq mümkündür.

Əsas məqsədi şəbəkədə təqdim olunan və virtual muzey adlandırılan bir çox təzahürlrin nəzərdən keçirilməsi və təsnif edilməsi cəhdi olan bu məqalədə “Virtual muzey” ifadəsinin nədən ibarət olduğunu və nələri ehtiva etdiyini öyrənməyə çalışacağıq.

İnternetdəki istənilən axtarış sistemi “virtual muzey” açar sözü əsasında bu sözlərin istifadə olunduğu çoxsaylı internet səhifəsi təqdim edəcəkdir. Bu saytları nəzərdən keçirərkən “nəyin nə olduğunu” anlamaq və müəyyən səliqə-sahman yaratmaq istəyi yaranır. Müasir İnternetdə iki növ muzey saytları mövcuddur:

1) real muzeylərin nümayəndəlikləri

2) əsl virtual muzeylər.

Virtual muzeyin xüsusiyyəti ondan ibarətdir ki, belə bir muzey mövcud deyildir. İnternet şəəbəkəsində yerləşsə belə real eksponatlara əsaslanır və öz strukturu vardır

  • Virtual muzeyin xüsusiyyəti ondan ibarətdir ki, belə bir muzey mövcud deyildir. İnternet şəəbəkəsində yerləşsə belə real eksponatlara əsaslanır və öz strukturu vardır
  • Adi muzeylə bənzərliyi olsa da, virtual muzey – daimi ekspoziyası və müvəqqəti sərgiləri olan ənənəvi real muzey təsəvvüründən kənara çıxan yeni reallıqdır. Virtual muzeyin ekspoziyaları daim inkişaf edir, sərgiləri isə illərlə davam edə bilər, onların sayı yeni fikirlər, maraqlı layihələrdən asılı olmaqla, yalnız həmin muzeyin tematikası ilə məhdudlaşır. 
  • Virtual muzey uzun illər boyunca bir dəqiqə belə fasilə vermədən, hətta bayram və istirahət günlərində fəaliyyət göstərəcəkdir, dünyanın istənilən güşəsindən oraya daxil olmaq mümkündür və virtual muzeyin ziyarətçi sayı real muzeydəkindən dəfələrlə çoxdur.
  • Əlbəttə, istənilən internet səhifəsində olduğu kimi virtual muzeyin də öz “ssenarisi” vardır: bu onun strukturu, planı, xəritəsidir, ancaq virtual muzeyi ziyarət edərkən təşəbbüs yenə də insanın özünə məxsusdur.

Gəzə biləcəyiniz bəzi «Virtual muzeylər»

Guggenheim Muzeyi – Nyu York

Orsay Muzeyi – Paris

Milli İncəsənət Qalereyası – Vaşinqton

Pergamon Muzeyi – Berlin

Rijksmuseum – Amsterdam

Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə

yükləyin