Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


III. Şagird nailiyyətlərinin qiymətləndirilməsi



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə3/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   2   3   4   5   6   7   8   9   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

III. Şagird nailiyyətlərinin qiymətləndirilməsi 
Tezaurus 
Resurslar 
İstifadə edilmiş ədəbiyyat 


Giriş 
 
Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) və onun 
xarakterik cəhətləri. Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu)  
bu fənn üzrə məqsəd və vəzifələri müəyyənləşdirən və ona doğru 
istiqamətlənmiş standartların reallaşması üçün zəruri fəaliyyətləri əhatə edən 
konseptual sənəddir. Bu sənəd hazırlanarkən cəmiyyətimizin ehtiyac və 
tələbləri, şagirdlərin imkanları, meyil və maraqları nəzərə alınmışdır. Burada 
fənn üzrə ümumi təlim nəticələri, məzmun standartları, müəllim və şagird 
fəaliyyətinə aid texnologiyalar və qiymətləndirmə məsələləri əhatə edilmişdir. 
Bu, dərslik və dərs vəsaitiləri müəlliflərini, müəllimləri, qiymətləndirmə 
mütəxəssislərini və Azərbaycan dili təlimi ilə məşğul olan digər təhsil 
işçilərini istiqamətləndirməyə xidmət edir. 
Azərbaycan dili təliminin məzmunu nəticəyönümlü standartlar əsasında 
hazırlanmışdır. Nəticələrin əvvəlcədən müəyyən olunması onlara doğru 
yönəlmiş fəaliyyətlərin inkişafını izləmək və istiqamətləndirmək üçün ardıcıl 
qiymətləndirmə aparılmasına imkan yaradır. 
Məzmun standartları hazırlanarkən şagirdlərin idraki, informativ- 
kommunikativ və qeyri-iradi fəaliyyətlərinin əhatə olunması, düşünmə, 
emosional və psixomotor bacarıqlarının inkişaf etdirilməsi nəzərdə 
tutulmuşdur. Bütün standartlar fəaliyyətlərə aid bacarıqlar şəklində ifadə 
olunmuş, şagirdlərin bilik və bacarıqları ilə bağlı nailiyyətlərini 
müəyyənləşdirmək diqqət mərkəzində saxlanılmışdır. 
Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Ümumtəhsil məktəblərində 
ana dilinin tədrisi milli maraqlar və dövlətçilik baxımından vacib məsələlərdən 
biri hesab edilir. Dünya ölkələrində ana dilinin öyrədilməsi milli təfəkkürün 
formalaşmasında mühüm vasitə kimi yüksək dəyərləndirilir. Milli 
Kurikulumlar bir qayda olaraq, ana dili ilə başlanır. Təhsilin ümumi inkişaf 
səviyyəsini müəyyənləşdirmək üçün keçirilən beynəlxalq və milli 
qiymətləndirmələrdə ana dili üzrə standartların mənimsənilməsinə xüsusi 


diqqət yetirilir. Bütün bunlar isə bir fənn kimi ana dilinin şəxsiyyətin 
formalaşmasındakı müstəsna rolu ilə bağlıdır. Firudin bəy Köçərlinin fikrincə, 
“Ana dili millətin mənəvi diriliyidir. Ananın südü bədənin mayəsi olduğu 
kimi, ana dili də ruhun qidasıdır”.
Azərbaycan dilinə yiyələnmə ailədən başlayır. Uşaq məktəbə gələnədək 
ana dilinin köməyi ilə ətraf aləm haqqında müəyyən təsəvvürlər əldə edir. Bu 
onun lüğət ehtiyatını zənginləşdirir, dəqiqləşdirir, əşya və hadisələr haqqında
fikirlərini formalaşdırır, başqalarının dediklərini anlamağa imkan yaradır. 
Məktəbdə isə həmin iş sistemli, ardıcıl, mütəşəkkil davam etdirilir. Məhz buna 
görə də ana dilinin öyrənilməsi Milli Kurikulumda özünəməxsus yer tutur.
Azərbaycan dilinin öyrənilməsi şagirdlərin ünsiyyət imkanlarını 
genişləndirir, onlarda nitq fəaliyyətinin növləri ilə yanaşı, düşünmə, öyrənmə 
danışma bacarıqlarını formalaşdırır. Nəticədə bu dil düşünmə, öyrənmə, 
danışma vasitəsinə cevrilir. 
Azərbaycan dili ümumtəhsil məktəblərində tədris olunmaqla şagirdlərdə 
nitq mədəniyyətinin formalaşmasına xidmət edir. Şagirdlər bu fənnin vasitəsilə 
milli mədəniyyət nümunəsi kimi ana dilini öyrənir, onun səs sisteminə, lüğət 
ehtiyatına, üslubi-qrammatik xüsusiyyətlərinə yaxından bələd olur, elmi, bədii, 
publisistik və digər üslublarda yaradılmış ədəbiyyat nümunələri ilə tanış olmaq 
imkanı qazanırlar. Eyni zamanda, bu dildən istifadə edərək öyrənəcəkləri digər 
fənlərin daha yaxşı mənimsənilmə potensialını genişləndirirlər. 
Orta məktəbi başa vuran gənclər təhsilini davam etdirmək, müxtəlif 
sahələrdə işləmək üçün müasir dövrün iqtisadi, hüquqi və texnoloji 
çətinliklərinə hazır olmalı, onların aradan qaldırılmasında təşəbbüskarlıq və 
fəallıq göstərməlidirlər. Bunun üçün təkcə elmi-nəzəri hazırlıq deyil, həm də 
yüksək əxlaqi-mənəvi keyfiyyətlər, o cümlədən dil və ünsiyyət bacarıqları əldə 
olunmalıdır. Hər bir şəxs müxtəlif formalı və məzmunlu mətnləri səlis, şüurlu 
oxumağa, yazılı və şifahi şəkildə səmərəli və yaradıcı ünsiyyət qurmağa qadir 
olmalıdır. Bu baxımdan, Azərbaycan dilinin bir fənn kimi təlim əhəmiyyəti 
böyükdür. 


 Ana dili qüdrətli tərbiyə vasitəsidir. Şagirdlər onun vasitəsilə milli-
mənəvi sərvətlərimizi öyrənir, əxlaqi dəyərlərə və yüksək insani keyfiyyətlərə 
yiyələnirlər. 
Ümumtəhsil məktəblərində Azərbaycan dili təliminin məqsədi ümumi 
nitq və dil bacarıqlarını formalaşdırmaqla şagirdlərin nitq mədəniyyətinə 
yiyələnmələrini təmin etməkdən ibarətdir. Buna görə də: 

nitq və dil bacarıqlarına yiyələnməklə ümumi nitq inkişafına nail 
olmaq; 

Azərbaycan dilinin düşünmə, öyrənmə və danışma vasitəsi olmasını 
dərk etmək; 

davamlı təhsil prosesində, praktik fəaliyyətdə istifadə üçün potensial 
bilik və bacarıqlara yiyələnmək vacib hesab edilir. 
Ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi vasitəsilə 
aşağıdakıların həyata kecirilməsi nəzərdə tutulur: 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin