Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə5/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   2   3   4   5   6   7   8   9   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird:

dinlədiyi mətnlərə münasibət bildirməklə mövqeyini əsaslandırır;  

mətni düzgün və ifadəli oxuyur, məzmun və strukturuna görə təhlil edir;

dil vahidlərindən istifadə etməklə müxtəlif tipli (nəqli, təsviri, 
mühakimə) və formalı (inşa, esse, hekayə) mətnlər qurur, onları 
təkmilləşdirir; 

müxtəlif məzmunlu məlumatlar əsasında təqdimatlar edir; 

şifahi və yazılı nitqində zəruri dil qaydalarını mənimsədiyini nümayiş 
etdirir. 
Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird: 



müxtəlif mənbələrdən aldığı məlumatları təhlil edir və onlara münasibət 
bildirir; 

mətnləri üslubi-struktur xüsusiyyətlərinə görə təhlil edir və 
qiymətləndirir; 

mənbələrdən istifadə etməklə müxtəlif üslublu mətnlər qurur; 

müzakirə, görüş, diskussiya tədbirlər üçün məruzə, təqdimat və 
ssenarilər hazırlayır; 

nitqin dəqiqliyi, düzgünlüyü və ifadəliliyi üçün zəruri olan normaları 
şifahi və yazılı nitqində tətbiq edir.
 
1.2. Məzmun xətləri
Məzmun xətləri ümumi təlim nəticələrinin reallaşdırılması üçün müəyyən 
olunan fənn kurikulumunun zəruri hissəsi olub, şagirdlərin əldə edəcəyi bilik və 
bacarıqları daha aydın təsvir etmək və onu sistemləşdirmək məqsədi daşıyır. 
Azərbaycan dili təliminin məqsəd və vəzifələrinə uyğun olaraq, məzmun 
xətləri təhsilin bütün pillələri üzrə aşağıdakı kimi təyin edilmişdir:

Dinləyib – anlama və danışma 

Oxu

Yazı 

Dil qaydaları 
Dinləyib-anlama və danışma 
Bu məzmun xətti danışanı dinləyə bilmək, onun fikrinə
münasibət 
bildirmək, 
müxtəlif 
informasiya 
mənbələrindən alınan 
məlumatlardan 
bəhrələnmək, əsas ideyanı ikinci dərəcəli məsələlərdən seçmək, fikrini inandırıcı 
şəkildə təqdim etmək bacarıqlarının formalaşdırılmasını təmin edir. Dinlənilmiş 
mətndəki informasiyanı çevik qəbul edib onun əsasında aydın və dəqiq mühakimə 
yürütmək, qoyulmuş məqsədə və auditoriyanın səviyyəsinə müvafiq məntiqi
rabitəli və inandırıcı çıxışlar etmək, müxtəlif əyani və texniki vasitələrlə 
təqdimatlar keçirmək imkanı yaradır. 


Oxu 
Oxu şagirdlərin dil duyumunun inkişafını, fikrin ifadə olunmasında sözün 
məna xüsusiyyətlərinin, cümlə və mətnin rolunun anlaşılmasını, lazımi vərdişlərin 
məqsədyönlü şəkildə təkmilləşdirilməsini, dilin gözəlliyinə, üslubi imkanlarının 
zənginliyinə şagirdlərin maraq və məhəbbətinin formalaşmasını təmin edir. Bu 
məzmun xətti müxtəlif üslublarda yazılmış mətnlərin məzmun və struktur 
elementlərinin müstəqil qavranılmasına imkan yaradır, ana dilinə, bu dildə 
yazılmış elmi-kütləvi və ədəbi-bədii nümunələrə marağı dərinləşdirməyə, ümumi 
nitq mədəniyyətinin inkişafı üçün lüğət ehtiyatını daha da zənginləşdirməyə 
xidmət edir. 
Yazı 
Yazı şagirdlərin duyğu və düşünçələrinin dil normalarına uyğun qaydada 
nəqli, təsviri və mühakimə xarakterli rabitəli mətnlər formasında ifadəsini təmin 
edir. Oxu prosesində qazanılan baçarıqlar yazı ünsiyyəti vasitəsilə genişləndirilərək 
qarşılıqlı əlaqəyə çevrilir. Yazı qoyulmuş hər hansı problem, yaxud mövzu ilə 
bağlı fikir və mülahizələrin müvafiq formada verilməsini, görülmüş işin 
hesabatının hazırlanmasını təmin edir. Ədəbi dilin normaları gözlənilməklə 
şagirdlərin tədqiqatçılıq və təşkilatçılıq bacarıqlarını nümayiş etdirməyə imkan 
yaradır.  

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin