Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə8/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   4   5   6   7   8   9   10   11   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

 
3. Yazı 
Şagird: 

mənbələrdən istifadə etməklə irəli sürülmüş problemlə bağlı müxtəlif tipli 
(nəqli, təsviri, mühakimə) və formalı (inşa, hekayə, esse) rabitəli mətnlər 
qurur;

ilkin əlyazma (qaralama) üzərində işləməklə onu təkmilləşdirir;

əməli yazılar (ərizə, tərcümeyi-hal, elan, məktub, teleqram, izahat, arayış, 
protokol, hesabat, akt) yazır. 
4. Dil qaydaları 
Şagird:   

zəruri fonetik, leksik, qrammatik anlayışları izah edir, bir-birindən 
fərqləndirir, mülahizələrini əsaslandırır və təqdim edir.

sözləri leksik, qrammatik mənalarına görə izah edir, müxtəlif sintaktik 
vəzifələrdə işlədir;

cümlələrdə durğu işarəsi qaydalarından istifadə edir;

müxtəlif dil vahidlərinin yazılış qaydalarına əməl edir.
 
Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 
1. Dinləyib-anlama və danışma 
Şagird: 

Dinlədiyi və KİV-dən (Kütləvi İnformasiya Vasitələri) aldığı müxtəlif 
məlumatlara münasibət bildirir;

auditoriyanın marağına uyğun üslub seçir, qoyulmuş problem ətrafında 
müzakirə açır;

mənbələrə istinad etməklə fikrini əsaslandırır; 



yardımçı nitq vasitələrindən istifadə etməklə danışır. 
 
2. Oxu 
Şagird: 

öyrəndiyi söz və ifadələri üslubi xüsusiyyətlərinə görə izah edir;

söz və ifadələrə əsasən oxuduğu mətnləri üslubi xüsusiyyətlərinə görə 
müqayisə edir, qiymətləndirir; 

mətnin hissələrini (giriş, əsas hissə, nəticə), abzasları, cümlələri, onlar 
arasında bağlama vasitələrini təhlil etməklə məzmunun aydın ifadə 
olunmasına təsirini izah edir.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin