Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə9/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   5   6   7   8   9   10   11   12   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

 
3. Yazı 
Şagird: 

təqdim olunmuş mövzuya uyğun üslub seçməklə fikirlərini yazılı şərh edir, 
layihələr, ssenarilər hazırlayır; 

üslubi tələblər baxımından özünün və başqasının yazısını təkmilləşdirir; 

müzakirə, görüş, diskussiya və s. tədbirlərin təşkili və keçirilməsi məqsədi 
ilə yazılı rəy, məruzə, referat, təqdimat hazırlayaraq səmərəli əmakdaşlıq 
nümayiş etdirir.
 
4. Dil qaydaları 
Şagird: 

türk dilləri ailəsinə daxil olan bir dil kimi Azərbaycan dilinin 
xüsusiyyətlərini şərh edir; 

qrammatik-semantik 
xüsusiyyətlərini gözləməklə sözlərdən üslubi 
imkanlarına görə istifadə edir;

nitqin düzgünlüyünü və ifadəliliyini təmin edən durğu işarələrindən istifadə 
edir; 

mətnin tərtibatına və üslubuna uyğun düzgün yazı bacarıqları nümayiş 
etdirir.


1.4. Fəaliyyət xətləri 
Azərbaycan dili üzrə məzmun standartları müəyyənləşdirilərkən aşağıdakı 
fəaliyyət istiqamətləri ilə əlaqəlilik nəzərə alınmışdır:

Problemin həlli 

Mühakiməyürütmə və əsaslandırma 

Ünsiyyət 

Tədqiqetmə 

Tətbiqetmə 
 
 
1.5. Məzmun standartları 
 
I sinif 
 
I sinfin sonunda şagird: 

dinlədiyi sadə fikrə münasibət bildirir; 

müşahidələrə əsaslanan danışığında, dialoji nitqində sadə nitq etiketlərindən və 
mimikalardan istifadə edir; 

mətndəki yaxınmənalı sözləri izah edir və cümlədə işlədir; 

kiçikhəcmli mətni düzgün oxumaqla məzmununu nəql edir, əsas fikri 
müəyyənləşdirir;

nəzm və nəsri fərqləndirir; 

hərfləri sözləri və kiçikhəcmli mətnləri hüsnxət qaydalarına uyğun yazır, 
müşahidə xarakterli mətn qurur əməli yazılar yazır; 

səs və hərfi fərqləndirir, sözləri hecalara ayırır, böyük və kiçik hərfi 
fərqləndirir, ad, əlamət, hərəkət bildirən sözləri, məqsəd və intonasiyaya görə 
cümlələri tanıyır və fərqləndirir. 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin