Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə7/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   2   3   4   5   6   7   8   9   10   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

 
Yazı 
Şagird: 

kiçik və böyük hərfləri, sözləri və cümlələri aydın yazır; 

müşahidə etdiyi əşya və hadisələr haqqında təsviri xarakterli kiçikhəcmli 
mətnlər yazır; 

əməli yazı (məktub, ərizə, elan, divar qəzetinə məqalə, tərcümeyi-hal) 
bacarıqları nümayiş etdirir; 

yazıda kalliqrafiya, orfoqrafiya və durğu işarələri qaydalarına əməl edir. 
 


Dil qaydaları 
Şagird: 

yaş həddinə uyğun zəruri fonetik, leksik, qrammatik biliklərə yiyələndiyini 
nümayiş etdirir; 

seçdiyi dil faktlarını qruplaşdıraraq təqdim edir; 

dinlədiyi fikri anladığını nümayiş etdirir; 

şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir

qarşılaşdığı sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir; 

oxu texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir;

yazı texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir; 

kalliqrafiya və orfoqrafiya qaydalarını gözləməklə müxtəlif növ yazılı 
çalışmaları (üzündənköçürmə yaddaşa əsasən yazı, imla, ifadə, inşa) yerinə 
yetirir; 

fonetik, leksik, morfoloji, sintaktik, orfoqrafik qaydaları mənimsədiyini 
nümayiş etdirir. 
 
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 
1. Dinləyib-anlama və danışma 
Şagird: 

danışanın fikrinə münasibət bildirir; 

dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif tipli və formalı 
mətnlər qurur; 

fikrini inandırıcı etmək üçün fakt və hadisələrdən istifadə edir; 

nitqini uyğun səs tonu, intonasiya, ritm, jest və mimikalarla tənzimləyir. 
 
2. Oxu 
Şagird:  

tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir; 

verilmiş mətni düzgün və ifadəli oxuyur; 



mətnin hissələrini (giriş, əsas hissə, nəticə), abzasları, cümlələri, onlar 
arasında bağlama vasitələrini müəyyən
edir;

oxuduğu mətni məzmununa görə təhlil edir.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin