Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə4/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   2   3   4   5   6   7   8   9   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

ibtidai təhsil səviyyəsində əlifbanın öyrənilməsi, oxu və yazı 
texnikasının, hüsnxət qaydalarının, düzgün, sürətli, şüurlu və ifadəli oxu üzrə 
ilkin bacarıqların mənimsənilməsi, lüğət ehtiyatının tədricən zənginləşdirilməsi, 
ən zəruri qrammatik qaydaların və ədəbi tələffüz normalarının öyrənilib tətbiq 
olunması, ekspressiv nitq bacarıqlarının formalaşdırılması, Azərbaycan 
xalqının dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri 
haqqında ilkin anlayışların yaradılması təmin olunur; 
ümumi orta təhsil səviyyəsində şagirdlərdə ifadəli və şüurlu oxu, aydın, 
səlis, düzgün şifahi və yazılı nitq vərdişlərinin inkişaf etdirilməsi, nitqin leksik, 
qrammatik və üslubi cəhətdən zənginliyi, təcrübi baxımdan əhəmiyyətli olan 
dilçilik anlayışları və qaydalarının mənimsənilməsi, dil hadisələri zəminində 
şagirdlərin idrak fəaliyyətinin və ünsiyyət bacarıqlarının inkişafı, şagirdlərdə 
ana dilinə məhəbbət və hörmət hissinin formalaşdırılması təmin edilir; 
tam orta təhsil səviyyəsində ümumi orta təhsil səviyyəsindəki fəaliyyət 
istiqamətləri inkişaf etdirilməklə ədəbi dilin üslublarından istifadə imkanlarının 


genişləndirilməsi, şifahi və yazılı nitq prosesində nitq mədəniyyətinin tələblərinə 
riayət edilməsi, natiqlik vərdişləri elementlərinin yaradılması təmin olunur. 
I. Azərbaycan dili təliminin məzmunu 
1.1.Ümumi təlim nəticələri 
 
İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə şagird: 

danışanın fikrinə münasibət bildirir, öz fikirlərini sərbəst və ardıcıl ifadə 
edir; 

düzgün, sürətli, şüurlu, ifadəli oxuyur, oxuduğu mətnlərə münasibət 
bildirir; 

kiçikhəcmli rabitəli mətnlər qurur; 

lüğətlərdən, məlumat kitablarından istifadə edir; 

Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi dəyərləri, incəsənəti
adət-ənənələri haqqında öyrəndiyi məlumatları sadə formada təqdim 
edir; 

yazılı və şifahi nitqində fonetik, leksik, qrammatik qaydalara yiyələn-
diyini nümayiş etdirir.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin