Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə6/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   2   3   4   5   6   7   8   9   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

Dil qaydaları 
Bu məzmun xətti dilin fonetik, leksik və qrammatik quruluşu ilə bağlı ən 
zəruri biliklərin yığcam, sadə, aydın qayda və şərhlər formasında şagirdlərə 
catdırılmasını, orfoqrafiya qaydalarına riayət edilməsini, durğu işarələrindən yerli-
yerində düzgün istifadə olunmasını təmin edir. Şagirdlərin həm oxu, həm də yazı 
qabiliyyətlərinin inkişafı üçün zəmin yaradır. Şagirdlərin şifahi və yazılı nitq 
bacarıqlarının formalaşmasında mühüm rol oynayan ən zəruri linqvistik biliklərin 
öyrənilməsini, mədəni nitq üçün vacib sayılan mühüm tələblərin qavranılmasını, 
ədəbi dilin funksional və fərdi üslublarının səciyyəvi xüsusiyyətlərinin dərk 
olunaraq fərqləndirilməsini və təcrübədə tətbiqini təmin edir.
 


1.3.Məzmun xətləri üzrə təlim nəticələri 
İbtidai təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 
Dinləyib-anlama və danışma 
Şagird: 

müsahibinin fikrinə münasibət bildirir və öz mövqeyini əsaslandırır; 

müxtəlif informasiyaları seçib təhlil edir, ümumiləşdirir və bunlara münasibət 
bildirir; 

müşahidə etdiyi şəkil, əşya, mənzərə və hadisə əsasında hekayə qurur; 

məktəb tədbirlərində müstəqil çıxış edir; 

dinləyəni inandırmaq üçün fikrini müxtəlif vasitələrlə əsaslandırır; 

danışarkən nitq etiketlərindən (salamlaşmaq, təbrik etmək, təşəkkür etmək, üzr 
istəmək) istifadə edir. 
 
Oxu 
Şagird: 

mətni düzgün, sürətli, ifadəli, şüurlu oxuyur; 

müxtəlif mətnləri bütöv sözlərlə səsli və səssiz oxuyur; 

oxuduğu mətnlərin məzmununa münasibət bildirir; 

mətnin hissələri arasında məna əlaqələrini müəyyənləşdirir; 

bədii və elmi – kütləvi mətnləri fərqləndirir. 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin