1. kurikulumun əsaslari



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə1/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
  1   2   3   4   5   6   7   8   9   ...   104
Kurikulumun əsasları (Mühazirələr)



1. KURİKULUMUN ƏSASLARI 
PLAN: 
1. Kurikulumun mahiyyəti 
2. Kurikulumu zəruri edən tələblər 
3. Ənənəvi təhsil proqramı.Müasir kurikulum 
4. Fənn kurikulumu.Milli kurikulum 
1.Kurikulum dünya miqyasında geniş yayılmış təhsil modellərindən biri və 
islahatların bir istiqamətidir.İlk dəfə kurikulum anlayışı ABŞ-da 70-ci illərdən 
sonra formalaşmış (1876-cı ildə) və termin kimi işlənmiş, 1918-ciildən isə tətbiq 
olunmağa başlamışdır.Kurikulum latın sözü 
olub,”elm”,”kurs”,”istiqamət”,”qaçış”,”yol” mənasını daşıyır.Bir müddət üzərində 
işləndikdən sonra əcnəbi ölkələrin lüğətinə”tədris planı””proqram”,”təlim kursu” 
kimi daxil olmuşdur.Azərbaycanın lüğət tərkibində isə 90-cı illərin sonundan 
termin kimi işlənməyə başlayıb.2008 –ci ildən etibarən isə tətbiq olunmağa 
başlanmışdır. 
Kurikulum hal-hazırda mövcud olan təhsilsisteminin yeni formalaşmışproqramıdır 
və təhsilin əsasını təşkil edən sənəd kimi dünyada tanınır. Bidiyimiz 
kimi,ölkəmizdə əvvəllər mövcud olan təhsil sistemində müəllim sinifdə avtoritar 
tətbiq edərək ev tapşırıqlaını yoxlayıb,dərsi soruşurdu,ardınca yeni dərsi izah 
edirdi,qiymətləndirmə aparıb dərsi tamamlayırdı.Yəni müəllim köhnə sistemdə 
şagirdin beyninə yeritdiyi nəzəriyyə ilə düsturları, qaydaları əzbərlətməklə 
kifayətlənirdi.Ancaq bu rejim artıq müasir təhsil sisteminə və şagirdlərin təlabatına
tam cavab vermir.Çünki yeni nəsil daha çox araşdırma apararaq nəyisə öyrənməyə 
çalışır.Əgər şagird öyrəndiyi düsturu tətbiq edə bilirsə,deməli şagird öz biliyini 
bacarığa çevirə bilib. Şagird öz biliyini tətbiq etməklə yalnız bacarığa yiyələnmir,
həmçinin şagird vərdiş,dəyər,keyfiyyət kimi kompetensiyaları da özündə 
formalaşdırmış olur (“Competençe”sözündən əmələ gəlib, fransız mənşəli 
sözdür,”bacarşq,səriştə” deməkdir. “Kurikulum təhsilin məzmunu, təşkili və 
qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual 
sənəddir”) 
2.Kurikulum islahatını zəruri edən tələblər aşağıdakılardır: 
-Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması; Cəmiyyətdə yeni 
münasibətlərin formalaşması,sosial şəbəkələrin daha çox həyatımızda yer 
alması,bunlar vasitəsilə əcnəbi insanlarla ünsiyyət, bəzi xaricdə olan təhsil 
ocaqları ilə əlaqələrin formalaşması, bundan başqa son illərdə ölkəmizdə keçirilən 
dünya səviyyəsində olan tədbirlər(Formula 1,Evrevision,İslam oyunları və s.) 
nəticəsində əcnəbilərin ölkəmizə axını və s. Kurikulum sisteminin tətbiqini 
ölkəmizdə dahada sürətləndirdi. 


-Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması.Yeni 
islahatlar,şəxsiyyətyönümlü kurikulumun tətbiqi,dərsin yeni 
quruluşu,qiymətləndirmənin dəyişməsi,əvvəlki dərsliklərin yeni dərsliklərlə əvəz 
olunması,tətbiq olunan üsllar,formalar, dərsin planı,müəllimin qarşısında qoyulan 
tələblər və s. Xaricdə təhsil alan tələbələrin sayının çoxluğu istər-istəməz yeni 
yanaşmaların formalaşmasına təsir edir. 
-Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid;Artıq müəllim dərsi şagirdlərə 
hazır şəkildə ötürmür,müəllimin tələblərinə uyğun dərs qurulmur.Hazırki 
sistemimiz bazar iqtisadiyyatına uyğun qurulub,yəni şagirdlərin sərbəst düşünməsi, 
azad düşüncə əsas götürülür. 
-Mövcud təhsil proqramının müasir tələblərə uyğunsuzluğu;Əvvəlki təhsi 
sisteminin müasir təhsil standartlarına cavab verə bilməməsi Kurikulum sisteminin 
ölkəmizdə tətbiqinə gətirib çıxardı. 
-İnformasiya əsrinin tələbləri;Fikir versək görərik ki, müasir kitablarda nəzəri hissə 
əvvəlki illərlə müqayisədə çox az verilib.Bunun əsas səbəblərindən biridə odur 
ki,şagirdlər kitabla yanaşı internetdən də istədikləri məlumatı çox qısa zamanda 
əldə edə bilirlər.Bundan əlavə, kompüterdən istifadə etməyi,dərsləri slaydlarla 
keçməyi və s. Artıq bütün təhsil sahəsində olan hər kəs bacarmalıdır, çünki 
dövrümüz bunu tələb edir.məsələn MİQ imtahanlarının kopüterlə keçirilməsi buna 
əyani sübutdur. 
- Dünya təhsil sisteminə inteqrasiya(əlaqə)Kurikulumun azərbaycanda tətbiqi 
dünya təhsil sisteminə inteqrasiyanın bariz nümunəsidir.ABŞ-da formalaşmış bir
sistemin ölkəmizdə tətbiqi dünya tətbiqi ilə inteqrasiyanı formalaşdırmış olur. 


Ənənəvi təhsi proqramı 
1.Bilikyönümlüdür(bilik ön planda 
dururdu),Müəllimin əsas funksiyası 
şagirdlərə məlumat çatdırmaq və onun 
mənimsənilməsi üçün şərait yaratmaq 
idi. 
2.Tədrisdə Avtoritar üslub əsasdır.(mü-
əllimin fikri düşüncəsindən daha önəmli
sayılır. 
3.Şagirdlər daha passiv idi,müəllim daha 
ön planda idi. 
4.Fənyönümlüdür.Fənnin məqsədinə 
yönəlmiş təlimdir.Hazır halda əldə 
edilən biliklərin möhkəmləndirilməsi 
yolu ilə mənimsənilməsi.Yəni ki, dərs 
tədris fənni çərçivəsi ilə 
məhdudlanır,şagirdlərin başqa fəaliyyəti 
olmur. 
5.İnteqrasiya arxa planda qalırdı. 
6.Müəllimyönümlüdür. 
7.Proqramın tələblərinə yönəlmişdir.Fən 
nin məqsədinə yönəlib. 
8.Monoloji təlim(müəllimin nitqi, 
müəllimin idarəçiliyinə 
yönəlmişdir,şagird passiv tərəfdə 
qalırdı. 
9.Hər yeni dərs müəllimin izahı ilə 
nəticələnirdi.İzahedici-İllustrativ təlimə 
əsaslanır. 
10.Təklifyönümlüdür.Həmin dövrdə 
təklif yalnız müəllimlər tərəfindən 
dəyərləndirilirdi. 
11.Fəndaxili və Fənlərarası əlaqə 
məqsədyönlü və sistemli xarakter 
daşımır. 
12.Bəzi fənlər üzrə qiymət normaları 
müəyyən edilib.Şagirdlər 3,4,5 ilə 
qiymətləndirmə 
13.Hafizəyə əsaslanır(əzbərçilik əsas rol 
oynayırdı). 
14.Reproduktiv(təkraredici)tətbiqetmədir 
15.Müəllim əsas bilik mənbəyidir. 
16.Şagirdlər yeni bilikləri müəllimin 
məlumatları və izahlarını qavrama və 
yadda saxlama əsasında mənimsəyir. 
17.Təlim prosesində şagirdlər arasında 
Müasir kurikulum 
1.Şəxsiyyətyönümlüdür(şagirdə bilik 
verməkdən çox şəxsiyyət kimi yetişdirir 
Təhsilin məzmunu ilə yanaşı şagirdlərin 
tərbiyə və inkişafında təlim metodlaı və 
təşkilati formalarda mühüm rol oynayır 
2.Tədrisdə Demokratik üslubəsasdır(şa-
girdlərdə azad düşüncə formalaşır) 
3.Şagirdlər daha aktiv, müəllim daha 
arxa plandadır. 
4.Təlim nəticələrinə yönəlmiş təlimdir. 
Məsələnin həlli prosesində biliklərin 
müstəqil əldə edilməsi və 
mənimsənilməsi ön planda durur. 
5.İnteqrasiya dərsin əsasını təşkil edir. 
6.Şagirdyönümlüdür. 
7.Şagirdin tələbləri daha ön planda 
dayanır. 
8.Dialoji təlim(həm müəllim,həm də 
şagird aktivdirlər və ön planda dayanır. 
9.Şagirdlər motivasiyadan əldə olunan 
təcrübələrlə yeni dərsi mənimsəmiş olur 
10.Tələbyönümlüdür(hər dövrün öz 
tələbi var və müasir dövrün tələbinə 
uyğun olan sistem formalaşır) 
11.İnteqrativlik(fənlərarası əlaqə)əsas 
prinsip kimi qəbul olunur. 
12.Qiymətləndirmə standartları və 
mexanizimləri. 
13 Təfəkkürə əsaslanır.(şagirdlərin 
düşüncə tərzinin və məntiqinin 
formalaşmasında və inkişafında böyük 
rol oynayır.Evristik təlim(evrika 
tapmaq deməkdir.Tədqiqat və təlim 
üsullarından istifadənin üstünlük təşkil 
etməsi,mənti- qi yanaşma,optimal 
variantın tapılması və s. 
14.Produktiv(yaradıcı)təlimə əsaslanır. 
15.Bilik mənbələri müxtəlifdir. 
16.Şagirdlər yeni bilikləri tədqiqat 
zamanı dərk edirlər. 
17.Təlim prosesində şagirdlər arasında 
ünsiyyət olur,cütlük,qrup və kollektiv 
şəkildə təlim fəaliyyəti həyata keçirilir. 
18.Təlim prosesinin mərkəzi tədqiqatdır 
19.Təhsil məzmunu ilə yanaşı,şagirdlər 


Hər bir fənnə aid kurikulum mövcuddur və buna Fənn Kurikulumu deyilir.Fənn 
kurikulumu sırf bir fənnə aid olur.Məsələn,ingilis dili fənn kurikulumu sırf ingilis 
dili ilə bağlı sənəddir.Təhsil səviyyələri və siniflər üzrə təlim nəticələri fənn 
kurikulumunda öz əksini tapır.Fənn kurikulumunda biliklərin həcmi və miqdarı 
əsas götürülür.Təlimin məzmunu,təlim strategiyaları,şagird nailiyyətinin 
qiymətləndirilməsi də burada qeyd edilir. 
Milli xarakteri özündə əks etdirən kurikuluma isə Milli Kurikulum(Ümumi Təhsil 
Kurikulumu)deyilir.Milli Kurikulum daha geniş məzmunludur.Bir fənnə deyil,ümu 
mi təhsillə bağlı sənəddir.Təhsilin səviyyələri üzrə təlimin nəticələri yəni bir fənn 
təlim nəticəsi deyil,ümumu təhsilin təlim nəticəsi burada əsas götürülür.Ümumi 
təhsil səviyyələri üzrə təlim nəticələri,təhsil səviyyələri üzrə tədris olunan fənlər, 
ümumi təhsil səviyyələri üzrə dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı, 
padaqoji prosesin təşkili prinsipləri, şagird nailiyyətlərinin qiymətləndirilməsi və 
monitorinqi haqqında ümumu məsələlər Milli Kurikulumda öz əksini tapmışdır. 
ünsiyyət olmur.Müəllim-sinif və ya 
müəllim şagird ünsiyyəti üstünlük təşkil 
edir. 
18.Təlim prosesinin mərkəzi 
mühazirədir. 
19.İnkişafetdirici və tərbiyəedici amil 
kimi əsasən təhsil məzmunu götürülür. 
20.Dərs demək olar ki həmişə adi 
qaydada keçir. 
21.Müəllim bütün funksiyalarını qoruyur 
Konservatizmə əsaslanır(yeni dəyərlərə 
qarşı olmaq,köhnə dəyərləri mühafizə
etmək və qorumaq deməkdir.Əldə 
olunan və mövcud olan 
vəziyyətin,cəmiyyətin dəyişməsinə və 
dəyərlərin yoxa çıxmasına qarşı çıxan bir 
ideyalogiyadır. 
in tərbiyə və inkişafında təlim metodları 
və təşkilat formaları da mühüm rol oyna 
yır. 
20.Ənənəvi olaraq digər formaların 
əlamətləri dərs sayılan və ona qarşı 
qoyulan bəzi elementləri məsələn:semi 
nar –dərs,oyun –dərs,yarış-
dərs,konfrans-dərs və s.assimilyasiya 
edir. 
21.Müəllimin funksiyalarının bir 
hissəsinin şagirdlərə 
verilməsisəciyyəvidir:bilik və 
bacarıqların yoxlanılması və 
qiymətləndirilməsi(qarşılıqlı və 
özünüqiymətləndirmə),işin 
planlaşdırılması,tədqiqat və 
özünüqiymətləndirmə elementləri. 



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin