1. kurikulumun əsaslari


 KURİKULUMUN PRİNSİPLƏRİ (Əsas xüsusiyyətləri)



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə3/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   2   3   4   5   6   7   8   9   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

3. KURİKULUMUN PRİNSİPLƏRİ (Əsas xüsusiyyətləri) 
PLAN: 
1. Şəxsiyyətyönümlülük 
2. Şagirdyönümlülük 
3. Tələbyönümlülük 
4. Qiymətləndirmə standartları 
1.Kurikulum prinsiplərinin müasir təhsil sisteminin formalaşmasında böyük rolu 
var.Çünki bu xüsusiyyətlər şagirdin bilikdən çox təcrübə qazanmasına,həmçinin 
onların şəxsiyyət kimi formalaşmasına çox təsir edir.Kuikulumun əsas 
xüsusiyyətləri (prinsipləri) isə bunlardır:
Şəxsiyyətyonümlülük; şagirdyönümlülük; 
nəticəyönümlülük; tələbyönümlülük; interaktivlik
və 
qiymətləndirmə standartları

1.Şəxsiyyətyönümlülük
.Təhsil alanların 
idraki(koqnitiv),ünsiyyət və psixomotor
fəaliyyətləri əsasında bacarıqlarını inkişaf etdirməklə onlarda 
milli və bəşəri 
dəyərlərin 
formalaşdırılmasıdır.Ümumiyyətlə şagirdi şəxsiyyət kimi yetişdirmək 
üçün ona sadaladığımız bacarıqları aşılayaraq hər üçünü də şagirddə formalaşdır
mağımız ən önəmli faktorlardan biridir.Çünki, şagirdin idrak bacarığı olub da 
ünsiyyət və psixomotor bacarığı olmazsa,o ğz fikrini çatdıra bilməyəcəkdir.Məsə
lən, şagirdin şeyri öyrənməsi idrak bacarığıdır, şeyri söyləyə bilməsi ünsiyyət 
bacarığına, jest və mimikalarla şeri söyləməsi isə psixomotor bacarığa aiddir.Yəni, 
hər bir insanı insan edən həm onun düşüncəsidir,həm hissləri, həm duyğuları,həm 
də hərəkət və davranışlarıdır.
İdrak bacarıqları 
dedikdə, məsələn şagirdlərin bilik,
qavrama səviyyəsi əsas götürülür. Şagirdin hər hansı məlumatı xatırlaması,onun 
haqqında fikirləçməsi, dərk edərək başa düşməsi,nümunə göstərməsi,qaydanı izah 
etməsi, hər hansı vasitədən istifadə etməsi, əşyanı və situasiyanı 
adlandırması,onları sadalaması,sıralaması, hər hansı hadisəni təhlil etmə 
bacarığının formalaşması,hər hansı əsəri oxuyub beynində təhlil etməsi,həm 
müqayisə hə də fərqləndirə bilməsi,sinif yoldaşı dərs danışdıqca mövzunun 
məzmununu dərk edərək dəyərləndirməsi və s. Bu kimi beyni fəaliyyətə gətirən 
bacarıqlar başa düşülür.Bir sözlə şagirdin idraki bacaıqları onun beyin fəaliyyətinə
aiddir,onun düşüncə və təfəkkürünü formalaşdıran bacarıqlardır. 
Şagirdin 
ünsiyyət bacarıqları 
dedikdə,(şagirdlərin həm bilik, həm də nitq qabiliy
yətinin olması zərurət daşıyır) onun düşüncələrini ifadə etmə tərzini formalaşdıran
bacarıqlar kimi başa düşülür. Bu fəaliyyətdə üstünlük verilən əsasən şagirdin 
emosional hissləridir.Şagirdlərin ünsiyyətlə bağlı bacarıqları və fəaliyyətləri 
onların ünsiyyət qabiliyyətini formalaşdıran əsas prinsiplərdir.Bu bacarığın inkişa
fını tımin edən şagirdin öz seçimini izah edə bilməsi,hər hansı bir əşyanın quruluşu
nu təsvir edə bilməsi,hər hansı bir fikri şərh etəsi,oxuduqlarını nəql 
etməsi,qruplarla iş zamanı müzakirələrdə iştirak etməsi,oxuduğu mövzunu təqdim 


etməsi,hər hansı vəziyyətə reaksiya verməsi,məsələyə münasibət bildirməsi kimi 
bacarıqlardır.Şagirdin 
psixomotor bacarıqları 
dedikdə (jest və mimikalardan istifa
də etmək bacarığı) şagirdlərdə hərəki bacarıqların və hərəki fəaliyyətin inkişafı və 
formalaşması kimi başa düşülür. Şagirdlərin fiziki olaraq hər hansı işi görməsi,rəqs
etməsi,jest və mimikalardan istifadə edib öz təəssüratını bidirməsi,müsiqi 
alətlərində çalması,idman edəkən tiullanması,qaçması,eşitdiyi və ya oxuduğu 
cümləni yazması, müxtəlif məlumatlar hazırlaması,şəkil və fiqurların elementlərini
çəkməsi kimi bacarıqlar psixomotor bacarıqlara aiddir. 
2.
Şagirdyönümlülük 
təlim
zamanı təhsil sahəsində fəaliyyətlərin təhsilalanların 
mənafeyinə,maraq və təlabatının ödənilməsinə,istedad və qabiliyyətinin,potensial 
imkanlarının və bilik səviyyələrinin inkişafına xidmət etməsidir.
Hər şagirdin yaş 
dövrünün öz maraq dairəsi və təlabatları vardır.Ümumiyyətlə kurikulumun əsas 
məqsədlərindən biri dərsi şagirdlərin maraq və təlabatına uyğun qurmaqdır.Dərs nə 
qədər şagirdlərin marağına uyğun təşkil edilsə, nə qıdır onların təlabatları ödənsə,
bir o qədər də onların həyatda öz mövqelərini müəyyən etmələrinə kömək etmiş 
olarıq.Əgər şagirdin dərsə marağı olmazsa və həmçinin dərsdə qarşıya qoyduğu
muz problem onların potensiallarına və yaş səviyyələrinə uyğun olmazsa, şagirdlər 
dərsi qavramaqda problem yaşayacaqlar.Əsas məsələ şagirdin yaş səviyyəsini 
nəzərə almaqla onlarda dərsə qarşı maraq oyatmaqdır.Həmçinin qeyd etmək 
lazımdır ki, müasir dərsliklər də şagirdlərin tələbinə cavab verəcək formada 
hazırlanıb. 
3.
Nəticəyönümlülük.
Əldə olunması nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr 
formasında əvvəlcədən müəyyən edilməsidir.Nəticəyonümlülük bir növ görəcəyin 
işi əvvəlcədən planlaşdırmaqdır yəni ki, dərs ilinin sonunda əldə olunacaq əldə 
edəcəyi nəticə olur və onu sənəddə görə bilir.Hər bir fənn kurikulumunun fənninin 
sonunda yiyələnməli olduqları bacarıqlar verilib.Yəniki şagirdlərin dərs ilinin 
sonunda əldə edəcəyi nəticə əvvəlcədən müəllimin əlində sistemləşdirilmiş 
formada olur.Hər bir müəllim də işini planlı şəkildə quraraq şagirdləri həmin 
nəticəyə uyğun formalaşdırmağa çalışmalıdır. Bir sözlə,işimizi yaxşı nəticələndir 
mək üçün, əvvəlcədən planımızı qurmalıyıq, necə ki hər hansı bir işi həyata 
keçirmək istəyəndə,əvəlcədən planlaşdırırıq.Planlı şəkildə qurulan işin nəticəsi 
olduğu kimi, təhsil sahəsindədə keçirilən bu nəticəyönümlülük prinsipi təhsili 
planlı və sistemli qurulmasına kömək etmiş olur.Ona görədə sonda əldə olunacaq 
nəticənin əvvəlcədən müəyyən olunmasına 
nəticəyönümlülük 
deyilr.Məsələn, biri
imtahana hazırlaşıb gedir, digəri hazırlaşmada gedir,əlbəttə ki,əvvəlcədən 
hazırlaşanın nəticəsi müsbət olacaq. 
4.
Tələbyönümlülük.Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və təlabatları 
nın nəzərə alınmasıdır.
Hər bir dövr öz tələbləri ilə bərabər gəlir və öz təhsilini,
texnologiyalarını,ehtiyaclarını tələb edir. Müasir dövrün tələbləri:
yaradıcılıq və 
innovatik; tənqidi təfəkkür və həll etmə bacarığı, kommunikativ və əməkdaşlıq 


bacarıqları,informasiya və savadlılıq, İKT savadlılığı(İnformasiya Kommunikasiya 
Texnalogiya);uyğunlaşma bacarığı,təşəbbüs və özünüistiqamətləndirmə.
Dəyişən dövrün tələbləri də müxtəlifdir,məsələn,əvvəllər metroda,avtobusda hər 
kəs kitab oxuyardı, ancaq indi gözlə görüləcədə kitab oxuyanların sayı aşağı düşüb. 
Əvvəllər müəllimlərin vəsaiti sadəcə kitab idi,onunla dərs keçməklə kifayətlənir 
dilər.Ancaq indi müasir dövr müəllimlərin qarşısına müasir dövrün 
tələblərinəuyğun məsələn slaydla,elektron vəsaitlərlə dərs keçmək üçün İKT 
bacarıqlarına yiyələnmə kimi tələblər qoyur.Bundan başqa 10-15 il əvvəl uşaqlar
gizlənqaç, evcik-evcik,ortada qalma 
və .s bunun kimi oyunları sevirdilər.Ancaq
dövr dəyişdikcə uşaqlar və onların məşğuliyyətləri də dəyişdi.Müasir uşaqların
əyləncəsi əsasən telefon,internet,kompyuter oyunları, televizor,müasir fərqli 
oyunlar və oyuncaqlardan ibarətdir.Bu onu göstərir ki,zamanın dəyişməsi,nəinki 
insanlara,həmçinin onların düşüncə tərzlərinə,məşğuliyyətlərinə və ən əsası 
təhsilinədə təsir edir. 
5. 
İnteqrativlik
təhsil komponentlərinin bir-biri ilə və həyatla sistemli şəkildə 
əlaqələndirilməsidir.İnteqrasiya dünyanın bütöv,vahid və bölünməz obraz 
olduğunu şagird beynində və təfəkküründə canlandıraraq formalaşdırır.İnteqrasiya 
latın dilində”integratio”-“bərpa edilmə,doldurmaq,yerinə 
gəlmə,tamamlama”;”unteger”-“bütöv”deməkdir. 
6.
Qiymətləndirmə standartları.Təhsil alanların nailiyyət səviyyəsinə qoyulan 
dövlət tələbidir
.Hər bir dövlət özünün standartları əsasında öz öhdəliklərini həyata 
keçirir.Məsələn bizim ölkədə dövlət şagirlərə 11 illik standart qoyub,yəni 11 illiyi 
bitirən üniveristetə sənəd versə 4 il(və ya 5il)oxumalıdır.Amma başqa ölkələrdə
fərqlidir.Paltarlara(S,L,M); ayaqqabılara(35,36,..44,45)standart ölçü qoyulub 
bundan böyük olanlar artıq standartdan kənar sayılır.Ümumiyyətlə standart 
dövlətin qəbul etdiyi bir normadır.Yəni ki,dövlət təhsilin qarşısına hansı 
standartları qoyursa, təhsil də o standartlara əsasən görəcəyi işi həyata keçirməlidir 
və dövlətin qoyduğu standartlara,tələblərə əməl etməlidir 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin