1. kurikulumun əsaslari



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə2/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   2   3   4   5   6   7   8   9   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

2. KURİKULUMUN NÖVLƏRİ 
PLAN: 
1. Rəsmi, Qeyri rəsmi kurikulum 
2. İnteqrasiya olunmuş və əhatəli kurikulum 
3. Nəticələrə və fənnlərə əsaslanan kurikulum 
Kurikulum təhsilin (və ya təlimin) məzmunu,təşkili və qiymətləndirilməsi ilə bağlı 
bütün məsələləri özündə birləşdirən sənəddir.Hər bir müəllim oz fənnini kurikulum 
sənədinə uyğun qurmalıdır.Kurikulumun aşağıdakı növləri vardır. 
1.Rəsmi kurikulum-(Rəsmi Məktəbləri dövlət səviyyəsində əhatə edir).Rəsmi 
məktəb sistemində formalaşmış və biliklərin tədrisi ilə əlaqədar olan xüsusi 
kurikulum növüdür.Yəni rəsmi sənədlər, hər bir fənnə ayrılan vaxt,dərs planları, 
hər bir fənnin qiymətləndirilməsi, dərslər və s. rəsmi sayılan hər şey rəsmi 
kurikuluma aiddir.(məsələn şagirdlərə kitabdan A hərfini keçməyimiz rəsmi 
kurikuluma aiddir. 
2.Qeyri-rəsmi kurikulum-( Rəsmi Məktəblərə aid olmayan kurikulumdur).Rəsmi
məktəb kurikulumunun tərkib hissəsi olmayan biliklərin tədrisi, məsələn,dərnəklər 
rəsm kulubları,dram klublar,şahmat klubları,musiqi klubları və s.əhatə edir.Yəni 
dərsdən kənar məşğələlər qeyri rəsmi sayılır.(şagirdlərə A hərfinin şəklini çəkməyi 
və ya plastilin ilə həmin hərfi düzəltməyi tapşırmaq qeyri rəsmi kurikuluma aiddir) 
3.İnteqrasiya olunmuş kurikulum- ayrı-atrı fənlərlə bağlı biliyi əhatə edir.Bu növ 
kurikulum fənləri asanlaşdırmağa xidmət edir,yəni Azərbaycan dilində sentyabrda 
İsim mövzusunu keçən şagirdlər oktyabrda İngilis dilində İsim mövzusunu keçən
də, artıq bu mövzu barədə məlumatları olmuş olacaq və bu mövzu onlara tanış 
gəlmiş olacaq.İnteqrasiya əsasən təlimi asanlaşdırmaq üçün istifadə olunur.Əsasən 
ayrı-ayrı fənlərlə bağlı bilikləri əhatə edir.Bir fənni ya fəndaxili,ya da digər fənlər 
ilə əlaqələndirilməsi və biliklərin sintez prosesi inteqrasiya olunmuş kurikulumun 
əsasını təşkil edir.Məsələn,şagird dərs ilinin əvvəlində Ədəbiyyatda Ş.İ.Xətai 
mövzusunu keçir,dərs ilinin ortasında isə Tarixdən Səfəvi dövlətinin qurucusu- 
Xətai mövzusunu keçərkən dərs ilinin əvvəlində oxuduğu mövzu ilə əlaqələndirir 
və dərsi daha yaxşı mənimsəmiş olur. 
4.Əhatəli Kurikulum- Bu kurikulum şagirdlərin müxtəlifliyini əsas prinsip kimi 
götürür.İrqi ayrıseçkilik,yaş ayrıseçkiliyi,fiziki qusurluluq kimi problenlərin həlli 
burda öz həllini tapmış olur.(yəni şagirdlər arasında heç bir baxımdan ayrı seçkilik 
etmək olmaz). 
5.Nəticələrə əsaslanan kurikulum-və ya onu Təlabatyönumlu kurikulum da 
adlandıra bilərik.Bu o deməkdir ki, cəmiyyətin təlabatına uyğun kurikulum 
növündən istifadə olunmalıdır.Ən geniş yayılmış və ən çox istifadə olunan 
kurikulum növüdür.Onun əsas vəzifəsi təhsil sisteminin müəyyən etdiyi təlim 


məqsədlərini müəyyən etməkdir.Yəni, sonda əldə olunacaq təlim nəticələrini 
əvvəlcədən müəyyən olunması mütləqdir.Əvvəlcədən təlim məqsədləri müəyyən 
edilməlidir ki, sonda nəticə götürülsün.Şagirdlərə 70-ci illərin sistemi ilə təhsil 
versəniz, heç cürə nəticə götürə bilməzsiniz.Əlavə olaraq qeyd edək ki, təlim 
məqsədləri zaman keçdikcə dəyişə bilər.Məsələn,multikulturalizm (çoxmədəniy
yətlilik) cəmiyyətini necə formalaşdırmaq olar? Müstəqil cəmiyyət qurmaq üçün 
şagirdlər hansı bacarıqlara yiyələnməlidirlər?”Zamanla ayaqlaşmaq “fikrini bu 
kurikulum növünü mənası kimi verə bilərik. 
6.Fənlərə əsaslanan kurikulum- Bu modeldə təlim, şagirdləricəmiyyətin məhsuldar 
üzvlərinə çevirmək üçün lazım olan bilik və bacarıqlardan çox,fənlər ətrafında 
cəmləşir.Bu modelin tətbiqi ən çox universitet müəllimlərinə şamil 
olunur.Çünki,əsasən tələbələrə fənnin məzmunu haqqında çoxlu bilik və nəzəriyyə 
ötürür və onları bir fənn ətrafında birləşdirməyə çalışır.Halbuki,tələbələrin əsas 
ehtiyac duyduğu təcrübədir.Nəticədə də,şagirdlər real həyatın təlabatlarını 
ödəməkdə çətinlik çəkirlər.Məsələn, xaricdə olan məktəblərdə şagirdlərə dərs 
oxumaqdan çox təcrübə qazana biləcəkləri tapşırıqlar verilir və sonda istədiklərini 
əldə edə bilirlər.Yadda saxlamaq lazımdır ki,fənn məzmunu nə qədər təlabata 
uygun deyilsə,gənc nəslin də bir o qədər təhsil təlabatı ödənilməmiş qalacaq.



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin