1. kurikulumun əsaslari



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə5/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   2   3   4   5   6   7   8   9   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

5. TƏHSİL KURİKULUMU 
PLAN: 


1. Ümumi təhsil kurikulumunun tərkibi 
2. Ümumi təhsil pilləsində tədris edilən fənlər 
3. Təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi 
4. Təhsil pillələri və səviyyələri 
1.TƏHSİL KURİKULUMUNA VƏ TƏHSİL PROQRAMI VƏ MİLLİ 
KURİKULUM
da deyilir. Hər bir fənnə aid olan kurikulum olur, buna 
fənn 
kurikulumu 
deyilir. 
Umumi Təhsil Kurikulumu 
isə bundan fərqli olaraq daha geniş 
məzmunludur,ümumi fənləri özündə birləşdirir,yəni bir fənlə deyil,ümumi təhsillə 
bağlı sənəddir.Deməli ümumi təhsil proqramı dedikdə hal-hazırda təhsildə tətbiq 
olunan kurikulum başa düşülür.Ümumi təhsil üzrə təhsil proqramına 
(kurikulumuna) isə aşağıdakılar aiddir. 
1
.
Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları;
(məktə
bin ibtidai / ümumi umumi/ tam orta səviyyələr üzrə şagirdlərin nələribacarmalı 
olduqlarından bəhs bəhs edilir,həmçinin hər bir fənnin özünün məzmunu və 
məzmun standartları əsasında tətbiq edilməsindən danışılır. 
2.Ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənnlər;
Hər sinif üzrə 
keşirilən fənlər müəyyən olunur. 
3.Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ 
standartlarının miqdarı;
hər sinfin həftə ərzində ne saat məşğələ keçəcəyi müəyyən 
olunur(səviyyə sözünü harda gördünüz, bilin ki, Təhsil Kurikulumuna aiddir)
4.Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri;
müəllimin dərsi 
necə qurması,hansı strategiyadan istifadə edəcəyi öz əksini tapmışdır. 
5. Təlim nailiyyətlərinin(nəticələrinin) qiymətləndirilməsi və monitorinqi.
Adından 
da göründüyü kimi təhsilin qiymətləndirilməsindən,sistemin hansı səviyyədə tətbiq 
olunmasından,sistemin yoxlanılmasından,lazımı dəyişikliklərin aparılmasından 
bəhs edir. 
Baza tədris planları və proqramları Azərbaycan Respublikası Təhsil Nazirliyi 
tərəfindən təstiq edilir. 
2.Ümumi təhsil pilləsində hər səviyyə üzrə tədris olunan fənnlər kurikulum 
sənədində qeyd olunmuşdur.Ümumi təhsil pilləsində tədris edilən fənlər 
aşağıdakılardır:1.
İbtidai təhsil səviyyəsində(11fənn).
Azərbaycan -dili(təlim 
azərbaycan dili olan məktəblərdə),rus- dili(təlim rus dilində olan məktəblərdə),
Azərbaycan-dili- dövlət dili kimi(təlim digər dillərdə olan məktəblərdə),xarici- 
dil,riaziyyat,informatika,həyat bilgisi,texnologiya,fiziki tətbiyə,musiqi,təsviri 
incəsənət.2. 
Ümumi orta təhsil səviyyəsində
:Azərbaycan dili,rus dili,Azərbaycan 
dili-dovlət dili kimi(təlim digər dillərdəolan məktəblərdə),ədəbiyyat,xarici 
dil,ikinci xarici dil,riyaziyyat,informatika,Azərbaycan tarixi,Umumi 
tarix,Fizika,kimya,biologiya,coğrafiya,həyat bilgisi,texnologiya,fiziki 


tərbiyə,musiqi,təsviri incəsənət.
3.Tam orta təhsil səviyyəsində:
Azərbaycan 
dili(təlim Azərbaycan dilində olan məktəblərdə)rus dili, Azərbaycan dili- dövlət 
dili kimi təlim digər dillərdə olan məktəblərdə, Ədəbiyyat,xarici –dil, ikinci xarici 
dil, riyaziyyat, informatika,Azərbaycan tarixi, ümumi tarix,fizika,kimya,biologiya, 
coğrafiya,fiziki-tərbiyə, çağırışaqədərki hazırlıq. 
3.Təlim nailiyyətlərinin qiymətləndirilməsi:- təlim fəaliyyətinin ayrılmaz tərkib 
hissəsi kimi ardıcıl və sistemli xarakter daşıyır,təhsilin keyfiyyətinin dəyərləndiril 
məsinə və yüksəldilməsinə xidmət edir; - təhsilin keyfiyyəti və inkişafı haqqında 
müvafiq məlumatların,(şagirdlərin təlimə münasibətləri və onların 
nailiyyətləri,müəllimlərin hazırlıq səviyyəsi,kurikulumların məqsədəmüvafiqliyi,
təlim resusları ilə təminatı və idarəetmə üsulları) toplanması və onların təhlili ilə 
müşayət olunur;- məqsədəmüvafiqlik,qarşııqlı dəyərləndirmə və etibarlılıq,inki 
şafyönümlülük,şəffaflıq və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanır;-test 
tapşırıqlarının verilməsi və yoxlanması,sinifdə müşahidələrin aparılması,fənn 
kurikumlarının icra vəziyyətinin,şagird və müəllimlərin fəaliyyətinin müşahidə 
olunması,qiymət cədvəllərinin və digər məktəb sənədlərinin təhlili və digər üsullrla 
həyata keçirilir; - məktəbdaxili, milli və beynəlxalq istiqamətlərdə aparılır; -
məktəbdaxili qiymətləndirmə 3 komponent üzrə həyata keçirilir: şagird 
irəliləyişinin monitorinqi – məktəb səviyyəsində müəllim və məktəb rəhbərləri 
tərəfindən həyata keçirilir,bu mərhələdə şagirdlərin nailiyyətləri formativ(müntə
zəm,davamlı),mikrosummativ(bəhs və bölmələr üzrə) və makrosummativ 
(yarımilliklər üzrə) formalarda yazıl və şifahi aparılır; - kurikulum üzrə qiymətlən 
dirmə- şagirdlərin təlim nəticələrinin müvafiq məzmun standartlarına uyğunluğunu 
müəyyənləşdirmək məqsədilə aparılır;-təhsil səviyyələri(ümumi orta və tam orta) 
üzrə yekun qiymətləndirmə mərkəzləşmiş qaydada aparılan buraxılış imtahanları 
formasında həyata keçirilir və müvafiq təhsil sənədinin verilməsi ilə başa çatır.Tam 
orta təhsil səviyyəsində şagirdlərin müvafiq təmayüllər üzrə təhsil almaları ümumi 
orta təhsil səviyyəsində keçirilmiş yekun qiymətləndirmənin nəticələrinə görə 
müəyyət olunur;- milli qiymətləndirmə, bir qayda olaraq, 4-5 ildən bir keçirilir. 
Təhsil prosesinin təşkili,planlaşdırılması və aparıldığı şərait haqqına toplanmış 
məlumatlar vasitəsilə kurikulumların keyfiyyətini və ümumi təhsil sistemində baş 
verən dəyişiklikləri dəyərləndirmək məqsədilə aparılır; -Beynəlxalq qiymətləndir
mə aşağıdakı məqsədlərlə aparılır: bir qayda olaraq, hər üç ildən bir seçmə yolla
şagirdlərin təlim gostəriciləri əsasında təhsilin vəziyyəti barədə təsəvvür əldə 
etmək;- müvafiq məlumatları təhlil etməklə problemləri aşkara çıxarmaq və onların 
həlli yollarını müəyyənləşdirmək; -mövcud vəziyyəti digər ölkələrlə müqayisə 
etmək və perspektiv inkişaf istiqamətlərini proqnozlaşdırmaq; - toplanmış 
məlumatların təlili aparılır,nəticədə ölkədə təhsil sisteminin qurulması və gələcək 
inkişaf perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə istifadə edilir.
TƏHSİL PİLLƏLƏRİ VƏ SƏVİYYƏLƏRİ



TƏHSİL PİLLƏLƏRİ 
TƏHSİL SƏVİYYƏLƏRİ 
1.Məktəbəqədər(baxça) 
1. 0-3 yaş səviyyələri 
2. 3-6 yaş səviyyələri 
2.Ümumi təhsil(məktəb) 
1.İbtidai təhsil(1-4-cü siniflər) 
2.Ümumi 
orta
təhsil(5- 9-cu siniflər) 
3.Tam orta təhsil(10-11-ci siniflər) 
3.İlk peşə ixtisas təhsili 
Səviyyəsi yoxdur 
4.
Orta
ixtisas təhsili 
5.Ali təhsil
Səviyyəsi yoxdur 
1.Bakalavr 
2.Magistratura 
3.Doktorantura. 
QEYD:Qəbul tipli sual: 
Təhsilin ikinci pilləsinin sonuncu səviyyəsi hansıdır? –Tam orta təhsil 
Təhsilin beşinci pilləsinin birinci səviyyəsi hansıdır? – Bakalavr. 
P.S.Asan yadda saxlamaq yolu: 
-Pillə alma,səviyyə isə onun dilimidir. Pillə ümumi, səviyyə isə onun tərkib 
hissəsidir. 
-“orta” sözü başda gəlirsə,
pillədir; 
-“orta” sözü ortada gəlirsə 
səviyyədir. 
6/FƏNN KURİKUMLARININ STRUKTURU. 
PLAN: 
1. Fənnin məzmunu. 
2. Məzmun xətləri 
3. Fəaliyyət xətləri 
Ölkəmizdə tətbiq olunan Kurikulum sistemində hər bir fənnin özünün məqsədi,
vəzifələri, xarakterik xüsusiyyətləri, məzmunu, strategiyaları və şagird nailiyyət
lərinin qiymətləndirilməsi öyrənilir. Kurikulum tərifini xatırlayaq:Kurikulum
təhsilin(və ya təlimin) məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün 
məsələləri özündə birləşdirən konseptual sənəddir.Fənn kurikulumunun strukturu 
dedikdə, onun sklrti kimi nəzərdə tutulur. Hər bir fənn kurikulumu 3 hissədən 
ibarətdir (giriş əsas hissə kimi verilmir). Fənn kurikulumunda nələr var deyildikdə 
isə 4 götürməliyik: giriş, məzmun, təlim strategiyaları və qiymətləndirmə.Hər bir 
fənnin özünəməxsus məzmunu, təşkili və qiymətləndirilməsi var və hər bir fənnin 
başlanğıcında da özünəməxsus Giriş yazılır, yəni həmin fənnin məqsəd və 


vəzifələri, xarakteristikası giriş hissəsində öz əksini tapır. Girişi ön söz kimi də 
başa düşmək olar.Bunun ardınca isə aşağıdakılar ardıcıl qeyd olunur: 
1.Fənnin məzmunu 
ümumən fənnin nədən ibarət olub nədən bəhs etdiyini əhatə 
edir.Öyrədiləcək bilik, bacarıq və vərdişlərin məcmusu fənnin məzmunu adlanır. 
Yəni,məktəbə gedəndən məktəbi bu fənn bizə nəyi öyrədilənlər fənnin məzmun
hissəsində öz əksini tapmış olur. Yəni fənnin tələbləri, nəticələri və s.burada 
verilir. 
2.Təlim strategiyaları 
da fənnin məzmununu hansı strategiyadan və hansı öyrədici 
vasitələrdən istifadə edəcəyimizdən, dərsin mərhələlərinin qurulmasından, onu 
necə təşkil edəcəyimizdən və təşkilindən bəhs edir.Yəni nə öyrədəcəksən? deyil, 
“Necə öyrədəcəksən”sualının cavabı burada öz əksini tapır. 
3.Qiymətləndirmə 
isə şagird nailiyyətinə verilən qiymətdir. Hər bir dərsdə 
qiymətləndirmə vardır. 
BSQ, KSQ. 
Giriş 
1.Fənnin məqsəd və vəzifələri 
2.Fənnin xarakterik xüsusiyyətləri 
1.Fənnin məzmunu 2.Təlim strategiyaları 3. Şagird nailiyyətləri- 
-nin qiymətləndirilməsi
1.Ümumi təlim nəticə- 1.Fənn üzrə təlimin təşkilinə 1.Əsas qiymətləndirmə
ləri . verilən əsas tələblər növləri 
2Məzmun xəttləri 2.Təlimin forma və üsulları 2.Qiymətləndirmə stan 
3.Fəaliyyət xətləri 3.Müəllimin təlim fəaliyyəti dartları və vasitələri 
4. Məzmun xətləri üzrə nin planlaşdırılmasına aid nu 
təlim nəticələri munələr 
5.Məzmun standartları 4.Məzmun standartlarının

Fənnin məzmunu: 
Ümumi təlim nəticələri- 
mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən 
müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.Bir növ sonda 
müəllimin öz fəaliyyətini düzgün istiqamətləndirilməsinə şərait yaradır.Məsələn: 


Aydındır ki,müəllim dərs ilinin əvvəlində hansı sinfə dərs keçəcəyini və hansı 
fənnin tədris edəcəyini əvvəlcədən bilmiş olur. Hansı fənni tədris edəcəksə, həmin 
fənnin kurikulum sənədi əvvəlcədən müəllimin əlində olur, müəllim həmin sənədin
içində yazılan təlim nəticələri ilə tanış olur. Həmin sənəddə yazılır ki, dərs ilinin 
sonuna qədər şagirdlər bu nəticələri əldə etməli və onlara yiyələnməlidirlər. 
Müəllim də buna əsasən işini əvvəlcədən planlaşdırır,il ərzində dərsi necə 
keçəcəyini müəyyən etmiş olur.Deməli ümumi təlim nəticələrui bir növ müəllimə 
istiqamət verir, yol göstərir. 
Yadda saxla: 
-Məzmun standartları Fənnin məzmunudur. 
-Məzmun standartlarınin şərhi isə Təlim strategiyalarındadır. 
2. Məzmun xətləri-
fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək 
üçün müəyyən olunmuş məzmunun əsas və zəruri hissəsi, leytmotivi, bünövrəsi, və 
ana xəttidir.Yadda saxlayın ki, bir fənn nəyi öyrədirsə, o öyrətdiyi yollar və 
istiqamətlər 
məzmun xəttinin elə özüdür.
Bir sozlə, hər bir fənnin məzmun xətti 
var. D
e
məli məzmun xətti məqsədə gedən birinci yoldur və dəyişməzdir. 
Məsələn 
ana- dili dinləyib anlamanı,oxu,yazı dil qaydalarını şagirdə 1 ci sinifdə 11-ci sinfə 
kimi oyrədir.Və yaxud da Tarix fənni zaman, məkan dövlət, şəxsiyyət və 
mədəniyyət haqqında məlumatları özündə birləşdirib.Göründüyü kimi, Ana dilinin 
4,Tarixin 5 məzmun xətti var.Ana dilində məzmun xətləri 1,2,3, və 4 rəqəmləri ilə 
başlayacaq(məsələn, 4.1.1, 3.1.2 və s. 5 ilə başlaya bilməz çünki dilin dörd 
məzmun xətti var,beş yox).Tarixdə isə 1,2,3,4, və 5 ilə başlayacaq(6.1.2 
olmaz.çünki tarixdə 5 məzmun xətti var 6 yox)
1.Ana dili: 
1.Dinləyib anlama və 
danışma 
2.Oxu. 
3.Yazı. 
4. Dil qaydaları 
2.Riyaziyyat: 
1.Ədədlər və əməllər. 
2.Cəbr və funksiyalar. 
3.Həndəsə. 
4.Ölçmələr. 
5.Statistika və ehtimal. 
3.Ədəbiyyat: 
1.Ədəbiyyat və həyat 
həqiqətləri. 
2.Şifahi nitq. 
3.Yazılı nitq. 
4.Xarici dil: 
1.Dinləyib- anlama 
2.Danışma 
3.Oxu 
4.Yazı. 
5.Tarix: 
1.Tarixi zaman 
2.Tarixi məkan 
3.Dövlət 
4.Şəxsiyyət 
5.Mədəniyyət 
6.Azərbaycan Tarixi 
1.Tarixi zaman 
2.Tarixi məkan 
3.Dövlət 
4.Şəxsiyyət 
5.Mədəniyyət 


7.İnformatika: 
1.İnformasiya və 
informasiya prosesləri 
2. Formallaşdırma,model 
ləşdirmə,alqoritmləşdirmə 
və proqramlaşdırma 
3.Kompüter,informasiya 
və kommunikasiya texno
logiyaları və sistemlər. 
4.Cəmiyyətin informasiya 
laşdırılması. 
10.Kimya: 
1.Maddə və maddi aləm 
2.Kimyəvi hadisələr 
3.Eksperimental və 
modelləşdirmə 
4.Kimya və həyat 
8.Biologiya: 
1.Canlıların quruluşu və 
müxtəlifliyi 
2.Bioloji proseslər 
3.İnsan və onun sağlamlı
ğı. 
4.Canlılar və ətraf mühüt 
11.Coğrafiya: 
1.Coğrafi məkan 
2.Təbiət 
3.Cəmiyyət. 
9.Fizika: 
1.Fiziki hadisələr, 
qanunauyğunluqlar və 
qanunlar. 
2.Maddə və sahə,qarşılıqlı 
təsir,əlaqəli sistemlər 
3.Eksperimental fizika və
müasir həyat. 
12.Təsviri incəsənət. 
1.Cəmiyyət və təsviri incə 
sənət. 
2.Təsviri və dekorativ 
yaradıcılıq 
3.Estetik reaksiya. 
13.Fiziki Tərbiyə: 
1.İnformasiya təminatı və 
nəzəri biliklər 
2.Hərəki bacarıqlar və vər 
dişlər. 
3.Hərəki qabiliyyətlər 
4.Şəxsiyyətin mənəvi 
iradı keyfiyyətlərin 
formalaşması 
14.Texnologiya. 
1.Emal texnalogiyaları 
2.Texnika elementləri 
3.Məişət mədəniyyəti. 
15.Musiqi 
1.Musiqi aləmi 
2.Emosional dəyərləndir 
mə. 
3.Musiqi fəaliyyəti.
---------------------------------
16.Həyat bilgisi. 
1.Təbiət və biz. 
2. Fərd və cəmiyyət. 
3. Mə
nəviyyat 
4.Sağlamıq və 
təhlükəsizlik.
Məsələn yuxarıda cədvəldə qeyd etdiyimiz kimi:Coğrafiya fənnin 3 məzmun xətti 
var: 1.Coğrafi məkan; .Təbiət mövzusu keçərkən 2-ci məzmun xəttindən,Cəmiy
yətə aid mövzu keçərkən isə 3-cü məzmun xəttindəm istifadə olunaraq kodlaşdırılır 
Məsələn: -Coğrafiya: “Coğrafi obyektləri xəritədə göstərir”.a)3.2.3. b)2.4.1. 
c)1.2.1. d)4.1.3. e) 3.1.2. Cavab C bəndi.Çünki xəritədə göstərirsə,deməli 
məkandır ki,xəritədə göstərə bilir və 1 ilə başlayan bəndi seçməliyik. Deməli,
şagirdlər də müəyyən olunmuş bu məzmun xətləri üzrə inkişaf etdirilməlidir 
4.
Fəaliyyət xətləri-Məzmun xətlərində əks olunan biliklərin əldə ediməsində şagirdə praktik imkan 
yaradır.Fəaliyyət xətti bir növ biliyin t
ətbiq olunması prosesidir.Fənn məzmun standartı da 
bu fəaliyyət xətləri ilə əlaqə əsasında tətbiq olunur.Fənn kurikulumlarında hər bir 
fəaliyyət xəttinə uyğun məzmun standartları mövcuddur.Hər bir fənnin özünün də 
fəaliyyət xətti var: məsələn, Ana dilində problemin həlli, mühakimə yürütmə və 
əsaslandırma, ünsiyyət, tətqiqetmə(araşdır ma),tətbiqetmə. Şagirdin məzmunu 


mənimsəməsi üçün müəyyən fəaliyyət xətti olmalıdır.Fəaliyyət xətti dedikdə, 
şagirdin dərsi anlaması,ünsiyyət qurması, fikrini əsaslandırması, öyrəndiyini təhlil 
və tətbiq edə bilməsi və s. başa düşülür.Məzmun xətlərinə uyğun olaraq təlim 
nəticələrini əvvəlcədən müəyyən etmək lazımdır.Məzmun standartları(əsas 
standart və alt standart) isə ümumi təlim nəticələrinin həyata keçirilməsinə xidmət 
edir.Məzmun standartı şagirdin bilik və bacarığına qoyulmuş dövlət tələbidir. 
Yəni, dövtət deyir ki,”şagirdin bilik və bacarığına bu standartları qoymuşam, bu 
standartlara uyğun olmalıdırlar və mənim qoyduğum bu tələblərə uyğun 
şagirdlərdə fəaliyyətlər,bacarıqlar formalaşmalıdır.Məzmun standartları 
bunlardır:ƏSAS SANDART VƏ ALT STANDART 
7.ƏSAS VƏ ALT STANDARTLARIN FUNKSİYALARI 
PLAN: 
1.Əsas standartların funksiyaları. 
2.Alt standartların funksiyaları 
3.Sinifdən –sinfə məzmun xəttinin sabitliyi
Əsas standartların funksiyaları aşağıdakılardır: 
-Əsas standart fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə
ümumi şəkildə ifadə edir; 
- Əsas standart sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını 
təmin edir; 
- Əsas standart əsasən dəyişməzdir. 
- Əsas standart iki rəqəmlə ifadə olunur.(4.3. . .)
Alt standartların funksiyaları: 
-Alt standart təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin 
yaradır. 
- Alt standart təlim strategiyalarınin düzgün seçilməsində mühüm rol oynayır. 
- Alt standart təlim interaktivliyini təmin edir. 
- Alt standart təlimin məzmununun davamlı inkişafını təmin edir. 
- Alt standart üç rəqəmlə ifadə olunur. 


- Alt standart daima dəyişi
r. 
“4”-məzmun xətti;-“3”-əsas standart,”2”-alt standartdır. 
Bu cür oxunur: 4-cü 
məzmun xəttinin 3-cü əsas standartın 2-ci alt standartı. Məsələn, belə təsəvvür 
edək: məzmun xətti “bina”dır; əsas əsas standart”mərtəbə”dir; alt standart isə 
“mənzildir”.Məsələn, Soruşuram ki, Əli müəllim hansı binada qalır? Deyirlər 32-ci
binada.Yəni ümumən hansı binada qaldığını bildik,amma dəqiq hansı mərtəbədə və 
mənzildə qaldığını bilmirik; Bəs neçənci mərtəbədə olur? Deyirlər 4- cü mərtə
bədə.Yəni mərtəbəni də bildik, amma həmin mərtəbədə çox mənzil var, dəqiq 
bilmirik hansı mənzildir. Neçə nömrəli mənzil? – 25 nömrəli mənzil.Deməli, 
müəllimin ünvanını dəqiq bilməyimiz üçün bizim alt standartlara ehtiyacımız var. 
Misala baxaq: 4-cü sinif. Ana dili. 
4.1.Şagird zəruri dil qayralarını mənimsədiyini nümayiş etdirir.(Dil qaydaları 4-cü 
məzmun xətti olduğu üçün 4 yazılıb.Ümumilikdə isə zəruri dil qaydalarını 
mənimsədiyini deyir,çünki zəruri dil qaydaları çoxdur, alt standartda onların adını 
çəkərək dəqiq məlumat vermiş olur). 
4.1.1.Sadə formada formada fonetik təhlil aparır. 
4.1.2.Sözlərin böyük hərflə yazılışına dair qaydalarından məqamına uyğun istifadə 
edir. 
4.1.3.Rast gəldiyi yeni sözlərinyazılış və tələffüz qaydalarını müəyyənləşdirmək 
üçün sorğu kitabları və kataloqlardan istifadə edir. 
4.1.4.Cümlənin formalaşdırılmasında cəm şəkilçilərindən düzgün istifadə edir. 
4.1.5.Köməkçi nitq hissələrini tanıyır.(və sair.) 
Göründüyü kimi ,zəruri dil qaydaları çoxdur(fonetik təhlil,yeni sözlərin yazılışı və 
s.) və bunlar alt standartlarda verilir və daima dəyişir.Bütün bunlar tədris 
edəcəyiniz fənnin metodik vəsaitində verilmiş olacaq. Metodik vəsaitdən istifadə 
edərək,məzmun xətti, əsas standart və alt standartı müəyyən edə bilərsiniz.Bundan 
bu qənaətə gəlirik ki, məzmun xətti dəyişmir,əsas standart əsasən dəyişməzdir,alt 
standart isə daim dəyişir.Məzmun xətti, əsas standart və alt standart bir-birilə zən- 
cirvari əlaqəlidir. 
Əsas standartın funksiyaları bunlardır: 
-
Əsas standart fənnlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə
ümumi şəkildə ifadə edir; bir sözlə, ümumi məlumat verir.Əsas standartda konkret 
bir məqsəd yoxdur.Alt standartları da əsas standarta əsasən müəyyən edirik. 
-Əsas standart sinif və fənlər üzrə 
summativ qiymətləndirmənin 
aparılmasını 
təmin edir.Yəni ki, əsas standart kitabdakı “bolmə”dir, hər bir bölmədən sonra 


summativ qiymətləndirmə aparılır.Deməli, əsas standatın da nəticəsində şagirdlərin
KSQ, BSQ-ləri müəyyən olunmuş olur. 
-Əsas standart əsasən dəyişməzdir. –(tez-tez dəyişmir) 
9-cu sinif Ümumi Tarix fənnindən olan misalımıza baxaq: 
1.1.Tarixi faktların tarixi zamanla əlaqəsini anladığını nümayiş etdirir. 
1.1.1.Müxtəlif ölkələrdə oxşar tarixi faktların müxtəlif zamanlarda baş verməsinin 
səbəb və nəticələrini izah edir. 
1.1.2.Oxşar tarixi faktların baş verdiyi tarixi şərait arasındakı fərqi müəyyən edir. 
1.1.3.Mühüm tarixi faktların zaman əlaqəsini göstərən sinxron cədvəllər hazırlayır 
(1.1.-də Tarixi faktların tarixi zamanla əlaqəsi haqqında ümumi məlumat verir.
Ancaq 1.1.1; 1.1.2.; 1.1.3- də isə daha dəqiq məlumat əldə etmiş oluruq.) 
-Alt standartların funksiyaları bunlardır: 
-Alt standart təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin 
yaradır; Alt standart hal hazırda keçdiyimiz mövzu deməkdir, ona görə də təlim 
məqsədi dəqiq şəkildə müəyyən edilir,yəni dərsin mövzusunu bildiyimiz üçün 
məqsədimizi də müəyyən etmiş oluruq.Əsas standart isə sadəcə bölməni nəzərdə 
tutduğu üçün təlim məqsədimizi,dərsi necə quracağımızı dəqiq bilmirik. 
- Alt standart təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır; Alt 
standartı(mövzu) bildikdən sonra dərsi necə təşkil edəcəyimizi, hansı üsullardan, 
hansı fomalardan istifadə edəcəyimizi bilmiş oluruq.Sırf hansı mənbə və obyektləri 
olduğunu,hansı qaydalara əməl olunmalı olduğu alt standartda verilir.Çünki alt 
standartda fikir hissələrə ayrılaraq daha da aydın izah olunur.Ancaq əsas standartda 
fikrə ayrı-ayrı deyil ümumi şəkildə yanaşılır. 
-Alt standart təlim interaktivliyini təmin edir; İnteraktivlik qarşılıqlı əlaqə 
deməkdir.Yəni alt standartda mövzular arası əlaqə qurmaq mümkündür.İngilis dili 
dərsində İsim mövzusu keçərkən, Ana dilində olan isim mövzusu ilə 
əlaqələndirilməsi buna misal ola bilər.Bu əlaqəni əsas standartda qura bilmirik, 
çünki orda mövzu arası əlaqə yoxdur, bölmədən- bölməyə keçid var. 
- Alt standart təlimin məzmununun davamlı inkişafını təmin edir.Bildiyimiz kimi, 
məzmun xətti dəyişmir. Sadəcə sinifdən - sinfə keçdikcə mövzular sadədən 
mürəkkəbə doğru dəyişərək və inkişaf edərək daha da genişlənmiş olur. Yəni ki 
şagirdin bilik və bacarıqları sinifdən- sinfə keçdikcə 1- ci sinifdən 11-ci sinfə kimi 
formalaşaraq davamlı inkişaf edir və daha da əhatəli olur. 
-Alt standart üç rəqəmlə ifadə olunur.(1.3.4.)
-Alt standart daima dəyişirə
Alt standart bir akademik dərslə (45 dəqiqə)məhdudlaşa bilər, amma əsas standartı 


bir akademik dərsdə keçib qurtara bilmərik, çünki mövzunu ümumi şəkildə ifadə 
edir və bizə summativlərin keçirilməsində daha çox kömək edir.
–Yadda saxla:
-Alt standart təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin 
yaradır; 
-Alt standart təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır; 
-Alt standart təlim interaktivliyini təmin edir;
-Alt standart təlimin məzmununun davamlı inkişafını təmin edir; 
-Təlim sözünün yerinə Təhsl, Tərbiyə kimi sözlərlə rastlaşsanız,bilin ki, o 
səhvdir.Çünki əsas standart, alt standart təlimi formalaşdırır, təhsili yox.
Misal: Riyaziyyat(ibtidai) 
1-ci sinif. 
Məzmun xətti:1 Ədədlər və əməllər 
Şagird: 
Əsas standart: 1.1.2 Toplama və çıxma əməllərinin mənasını başa düşdüyünü 
nümayiş etdirir. 
Alt standart:1.2.1.Toplamanı iki qrupun əşyalarının birgə sayılması kimi 
modelləşdirilir. 
2-ci sinif. 
Məzmun xətti :1Ədədlər və əməllər. 
Şagird: 
Əsas standart:1.2. Hesab əməllərinin mənasını və onlar arasındakı əlaqəni başa 
düşdüyünü nümayiş etdirir. 
Alt standart:1.2.1. Vurma və bölməni yollarla modelləşdirir. 
3cü sinif. 
Məzmun xətti:1 Ədədlər və əməllər. 
Əsas standart:1.2. Hesab əməllərinin mənasını, xassələrini və onlar arasında 
əlaqəni başa düşdüyünü nümayiş etdirir. 
4-cü sinif. 
Məzmun xətti:1 Ədədlər və əməllər.
Şagird:
Əsas standart: 2.1. Hesablamalarda riyazi ifadələrdən istifadə edir. 


Alt standart: 2.1.1. Riyazi ifadələrin qiymətinin hesablanmasında əməllər sırasında 
istifadə edir. 
Burada biz həmçinin məzmun xəttinin stabil qalıb dəyişmədiyini görürük.Əsas 
standart isə sinifdən-sinfə keçərkən dəyişir.Deməli, əsasən əsasən dəyişməzdir, 
bəzən dəyişir.Yuxarıda misalda görürük ki, şagird 1-ci sinifdə toplama və çıxma 
əməlini öyrəndi, 2-ci sinifdə isə artıq hesab əməlləri arasında əlaqələri öyrəndi,3- 
cü sinifdə həmçinin xassələri də öyrəndi və s. bu ardıcıllıqla davam edir.Alt 
standartlarda isə məzmun sinifdən-sinfə genişlənərək dəyişir.
8. MƏZMUN STANDARTLARININ QURULUŞU. 
PLAN: 
1.Məzmun standartları 
2.Fəaliyyət bacarıqları 
3.İdraki bacarıqlar. 
4.Unsiyyət fəaliyyəti. 
5.Psixomotor bacarıqlar. 
Məzmun standartı
təhsil alanın bilik və bacarıq(fəaliyyət) səviyyəsinə qoyulmuş 
dövlət tələbidir.Göründüyü kimi standart iki hissədən ibarətdir: 
Bilik, Fəaliyyət. 
Bilik-
şagirdin nəyi öyrənəcəyini, bacarıq- isə öyrənilənin necə nümayiş 
olunacağını özündə əks elətdirir. Biliyin 3 növü var: 
1.Deklarativ bilik(Faktoloji bilik).
Deklarativ sözü latın mənşəli olan”Declare” 
sözündəndir, “elan etmək deməkdir”.Bu bilik növü özündə sadəcə dərk dərk 
edilmiş anlayışı, mühüm informasiyaları, faktlara əsaslanan məlumatları əks 
elətdirir.Bu bilik məlumat xarakterli biliklərdir və ona anlayışlar, dərk edilən bilik, 
hər hansı problrmi həll etmək üçün lazım olan məlumatlar toplusu, terminologiya -
lar, qaydalar, şagirdin yazdığı imlalar, təriflər, faktlar daxildir. 
2. Prosedural bilik. 
Bu bilik növü hər hansı bir anlayışın həyata keçmə prosesini 
özündə əks etdirir .Prosedural bilik fəaliyyətin icrasına dair prosedural qaydaları 
əhatə edən biliklərdir.Bu biliklərə tədqiqat, araşdırma üsulları,tətbiqetmə 
texnikaları, alqoritimlər, xüsusi metodogiyalar aiddir. 
3. Kontekstual bilik (konseptual bilik)-
Deklarativ və prosedural biliyin yeni 
məzmununu təşkil edir.Problemin həlli və fəaliyyətin icrası zamanı əldə olunan 
yeni biliklərdir.Hər şagird öz konteksinə, estetik zövqünə uyğun yeni fəaliyyət 
nümunələri yaradırsa, bu kontekstual bilikdir.Bunların sırasına isə müəyyən bilik 
sahəsinə münasib faktları ümumiləşdirən və əlaqələndirən şəxsin yaratdığı 


konsepsiyalar, nəzəriyyələr, ümumiləşdirmələr, tərtib olunan prinsiplər, layihələr,
təsnifatlar, mühükimələr, modellər, müşahidələr, şagirdin yazdığı inşalar, çəkdiyi 
planlar, strukturlar daxildir. 
Deməli qaydaları öyrəniriksə, öyrəndiyimiz qaydaları xatırlayırıqsa hər hansı bir 
xörəyi (məsələn dovğanı) tanıyırıqsa, yəni bizə verilən məlumatı başa düşürüksə, 
bu deklarativ bilikdir.(şagird yazı yazır.-idraki).Öyrəndiyimiz qaydaları, istifadə 
olunacaq məlumatları hazırlayıb tətbiq etməyə başlayırıqsa,(dovğanın hazırlanma 
prosesini), verilən məlumatın necə əldə edildiyini biliriksə, həmin əldə olunan 
informasiyanı icra ediriksə, bu zaman deklarativ bilik başqa biliyə çevrilmiş olur, 
bu da prosedural bilik adlanır.( şagird hüsnxət qaydaları üzrə sürətlə yazır.-
prosedural).Əgər yrməyi(dovğanı) tanıyıb hazırlanma prosesini biliriksə və atıq 
tətbiq zamanı özümüzdən ona əlavələr (əlavə göyərtilər) ediriksə, öz 
yaradıcılığımız ilə nəticə əldə edə biliriksə, yəni delarativ biliklə prosedural biliyin 
nəticəsində yeniliklə tanış oluruqsa bu kontekstual bilik olmuş olacaq. Məsələn 
Riyaziyyat dərsində şagird “Toplananların yerini dəyişəndə cəm dəyişmir” qaydası 
ilə tanış olur(deklarativ bilik).Qaydanı bildikdən sonra verrilən tapşırığa əsasən 
şagird misalları tətbiq edir(lövhəyə 4+5=9, 5+4=9 yazaraq mövzunu dərk etdiyini 
təsdiqləmiş olur).İdrak prosesi müddətində dərketmənin refleksiyası baş verir.Bu 
proses idrak məsələlərini və problemləri həll etməyi və onların necə reallaşdırıldı 
–ğını özündə əks etdirir. Özündə reflektiv bilikləri fomalaşdıan bu biliklərə 
metokoqnitiv biliklər deyilir. 
Fəaliyyətin isə 3 növü var.1.İdaki(Koqnitiv,Qnostik)-
Tanımaq, fərqləndirmək, 
müqasisə etmək, istifadə etmək, qaydanı izah etmək, dəyərləndirmək, təhlil etmək, 
nümunə göstərmək, müəyyən etmək, sadalamaq, təsnif etmək, hesablamaq,qruplaş 
dırmaq,sxem qurmaq, icra etmək, nümayiş etdirmək, tərtib etmək.
2. Ünsiyyət
seçimini izah etmək, müzakirə etmək, nəql etmək, təsvir etmək.
3.Psixomotor- 
Rəqs etmək,yazmaq, tullanmaq, rəsm çəkmək, qaçmaq, yapmaq, quraşdırmaq, jest 
və mimikalardan istifadə etmək, hazırlamaq, hərəkətləri təkrar etmək, alətlərdə 
(piano) çalmaq, plan tutmaq. 
İdraki bacarıqlarna 
aşağıdakılar aiddir.1.Tanımaq sadəcə beyində baş verən bir 
prosesdir və onu reallaşdırmaq üçün xüsusi bir hərəkətə ehtiyac 
duyulmur.Məsələn, illər əvvəl gördüyün bir insan qarşına çıxırsa, istər-istəməz 
beyin fəaliyyətə düşüb onu axtarıb tapır,sənə siqnql olaraq ötürür və sən tanımış 
olursan.Digər misala baxaq, Nizami gəncəvinin şəklini şagirdlərə göstərib kim 
olduğunu soruşursan, baxan kimi şagirdlər tanıyır.4.1.5. Köməkçi nitq hissəsini 
tanıyır.(4 cü sinif Azərbaycan dili).2.Fərqləndirmək .Şagird dərk etdiyi anlayışları 
fərqləndirə bilir.Məsələn, 3+8=? Yazılanda bilirki toplamaq lazımdır,çıxmaq 
yox.Və ya oxuduğu mövzuları fərqləndirə bilir.Deməli,fərqləndirmək üçün baş 
lazımdır nə ünsiyyətə, nə də hərəkətə ehtiyac yoxdur. 2.1.4. Çoxmənalı sözləri 
omonimlərdən fərqləndirir və nitqində istifadə edir(4 cü sinif Azərbaycan dili),3. 


Müqayisə etmək. Məsələn şagird İsim mövzusunu həm Azəbaycan dilində, həm də 
İngilis dilində keçir və onları başa düşərək müqayisə etməyi bacarır.2.1.8. Müxtəlif 
bitki və heyvanlar aləminin yaşayış mühitini müqayisə edir.( 8-ci sinif coğrafiya).
4. İstifadə etmək. Məsələn müəllim “İsim kim?, nə?, hara?, sualına cavab 
verir”
dedikdə, şagird tez bir zamanda beynində o suallara cavab axtarır.Kim?- 
İnsan.Hara? Azərbaycan və s.2.1.2. Heykəl, büstün real və abstrakt yapılmasında 
plastilin və ya gildən istifadə edir.5.Qaydanı izah etmək.6.Dəyərləndirmək,7.Təhlil 
etmək,8. Numunə göstərmək, 9.Müəyyən etmək,10. Sadalamaq,11.Təsnif etmək, 
12.Hesablamaq,13.Qruplaşdırmaq,14.Sxem qurmaq,15.İcra etmək,16. Nümayiş 
etdirmək, 17.Tərtib etmək. 
4.Ünsiyyət bacarıqları. 
Ünsiyyət nitq vasitəsilə baş verir.Bu fəaliyyət zamanı şagird 
başqalarını dinləyir,yazılanları oxuyur, öz fikirlərini yazır, danışmaqla fikrini ifadə 
edir, məsələyə münasibət bildirir, müzakirələrdə iştirak edir.Bu bacarıq həm 
şagirdlərin birgə fəaliyyətini təşkil edir,həm də şəxsiyyətlərarası münasibətləri 
formalaşdırıb inkişaf etdirir.Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir.Onlar 
arasında “nitq”(mülahizə,sual, replika və.s)xüsusilə yer tutur.B u fəaliyyət fiziki 
hərəkətlərdən çox emosional hisslərə üstünlük verir.Çünki dərs zamanı şagird öz 
fikrini əsasən nitq vasitəsilə çatdırır.Fənn kurikumlarında da standartlar məhz 
şagirdlərin nitq qabiliyyətlərini, ünsiyyətini formalaşdıracaq şəkildə qeyd 
olunmuşdur. Ünsiyyət bacarıqları: 1. Reaksiya vermək, 2. Rəy bildirmək, 3. Təqdim 
etmək, 4. Şərh etmək, 5. Seçimini izah etmək, 6. Müzakirə etmək, 7.Nəql etmək,
8.Təsvir etmək. 
5.Pxixomotor bacarıqlar.
Bu fəaliyyət əzələ hərəkətləri vasitəsilə vasitəsilə psixi 
fəallığının reallaşdırılması prosesidir və bu fəaliyyət müddətində insan fiziki olaraq 
hərəkətlər edir.Bu hərəki qabiliyyət insan sağlamlığının mərkəzində 
dayanır.Psixomotor fəaliyyət 2 formada qruplaşdırır.Böyük motor bacarıqları 
(qaçmaq,tullanmaq və s.) və kiçik motor bacarıqlar(plastinlə əşyalar düzəltmə,
bükülmüş barmaqların açılması, barmaqların yumruğa yığılması və s. Mimika və 
jestlər isə natiqliyin mühüm şərtlərindəndir və onlar nitqin təsirini artırır, 
dinləyicinin diqqətini cəmləşdirir.Nitq prosesində üz əzələlərinin mənalı hərəkəti 
mimika adlanır.Mimika nitqin anlaşılmasında, ifadə olunmasında , müəyyən 
emosionallığın ,sözlə ifadəsi mümkün olmayan çalarların verilməsində, fikrin ciddi 
və ya ironiya ilə deyilməsində çox ciddi rol oynayır. Jest isə əl- qol hərəkətlərinə 
deyilir.Jestlər əl-qol hərəkətlərindən danışığın intonasiyasına, ritminə uyğun 
istifadədir.Fənn kurikulumlarının standartlarında təhsil alanların hərəki 
bacarıqlarına da xüsusi yer verilmişdir.Psixomotor bacarıqlar: Rəqs etmək,yazmaq, 
tullanmaq, rəsm çəkmək, qaçmaq, yapmaq, quraşdırmaq, jest və mimikalardan 


istifadə etmək, hazırlamaq, hərəkətləri təkrar etmək, alətlərdə(piano)çalmaq, plan 
tutmaq(çəkmək). 
9. İNTERAKTİVLİK. 
PLAN: 
1. Rəsmi inteqrasiyanın səviyyələri. 
2. Fənnlərarası inteqrasiya. 
3. Fənnüstü inteqrasira. 
1.İnteqrativlik – alt standart standart təlimdə interaktivliyi təmin edir.Yəni ki, alt 
standart məzmun komponentləri arasında əlaqənin yaradılmasına, şagirdlərin 
mövzunu daha yaxşı dərk edərək qavramasına kömək edir.İnteqrasiya şagirdlərdə 
ətraf aləm haqqında tam təsəvvür yaradır və həmçinin fənn üzrə biliklərin 
əlaqələndirilməsi üçün ümumi müstəvinin yaranmasına xidmət göstərir.Məzmun 
standartlarında interaktivliyin olmasına böyük əhəmiyyət verilmişdir.Çünki 
şagirdlər bir neçə fənni əlaqəndirdikdə daha yaxşı öyrənirlər.Məsələn şagird 
Ədəbiyyatda öyrəndiyi eyni mövzusunu, Tarix dərsində təkrar edərkən daha da 
dərk etmiş olur.
İnteqrasiya 
təlim prosesinin təkmilləşdirilməsinə, fənlər arasında 
qarşılıqlı əlaqənin yaranmasına və fənlər arasında asılılığın dərinləşməsinə xidmət 
edir. 
İnteqrasiya təlimdə sistemli olaraq
ətraf aləmin vahid obrazını 
formalaşdırmaq üçün vacib sayılır. İnteqrasiya müəyyən təhsil sistrmi 
çərçivəsində şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazını 
formalaşdırmaq,onları inkişafa və özünü inkişafa istiqamətləndirmək məqsədi ilə 
təlimin bütün məzmunu komponentləri arasında struktur əlaqələri qurmaqla
onları sistemləşdirən didaktik prinsipdir.Deməli, inteqrasiya təhsil komponentləri 
nin fənlərlə və həyatla əlaqəsi kimi başa düşülür.İnteqrasiyanın 2 növü var:
1. Rəsmi İnteqrasiya.
(metodik vəsaitdə olan standartlar):Məsələn , 5-ci sinif üçün 
“Təsviri incəsənət” fənninin illik planlaşdırılmasında aşağıdakı mövzular 
“Texnologiya” fənnində olan Emal texnologiyaları mövzusu ilə inteqrasiya 
olur.Misal. 
-Real təsvir nədir. 
-Abstrakt təsvir nədir 
-Sadə əşyaların dizaynı. 
-Xalçaçılıq,bədii tikmə, ağac üzərində oyma. 
Həmin mövzular Emal texnalogiyaları mövzusunun 1.2.3.,1.3.2. standatları ilə 
inteqrasiya olunur 


2.Qeyri – rəsmi inteqrasiya.
(metodik vəsaitdə olmayan standartlar):Bu 
inteqrasiyanı müəllim özü yaradır.Məsələn, müəllim hər hansı bir mövzunu 
keçərkən,həmin mövzunu başqa bir mövzu ilə əlaqələndirir hansı ki, bu əlaqə 
metodik vəsaitdə yoxdur.Bu inteqrasiya müəllimin öz ideyasından ortaya çıxmış 
bir əlaqədir və ona görədə qeyri- rəsmi inteqrasiya adlanır.Məsələn, müəllim 
“İsmin mənsubiyyətə görə dəyişməsi” mövzusunu keçərkən, Səməd Vurğunun 
“Azərbaycan” şeyrini söyləyir və şagirdlərdən bu şeyirdə mənsubiyyət şəkilçilərini
tapmağı tapşırır.Göründüyü kimi bu inteqrasiyanı müəllim etmiş oldu və metodik 
vəsaitdə verilmir.Müəllimin yaradıcılığından ortaya çıxan bu əlaqə şagirdlərin 
dərsi daha yaxşı qavramasına kömək etmiş olur.Rəsmi inteqrasiyanın
3 səviyyəsi 
var: 1. Fəndaxili inteqrasiya.(sinifdaxili inteqrasiya):
Sinif daxilində olan 
standartların bir-birilə məqsədyönlü əlaqəsinə imkan yaradır.Hər bir fənn üzrə 
anlayış,bilik və bacarıqların əlaqələndirilməsi – fənn daxilindəki faktların 
sistemləşdirilməsidir.Bu səviyyədə inteqrasiyanı verilmiş materialın ayri-ayrı tədris 
vahidlərində cəmləşdirilməsi də hesab etmək olar. Bu isə son nəticədə fənnin 
məzmununun, strukturunun dəyişdirilməsinə gətirib çıxarır.Fəndaxili 
inteqrasiyanın isə 2 növü var.: 
-1. Şaquli İnteqrasiya (siniflərarası inteqrasiya).
Eyni mövzunun standartlarının 
siniflər üzrə əlaqəsini təmin edən inteqrasiyadır.Bu inteqrasiya bilik, bacarıq və 
vərdişlərin sinifdən- sinfə tədricən dərinləşib genişlənərək inkişaf etməsinə zəmin 
yaradır və məzmun xətləri arasında varisliyi təmin edir.Məsələn, “İsim” mövzusu 
sinifdən-sinfə keçdikcə daha da ətraflı öyrənilir,aşağı siniflərdə İsim sadə izahla 
öyrənilsədə, yuxarı siniflərə döğru daha da geniş formada,İsmin mənaca növləri, 
İsmin quruluşca növləri və s. Bu ardıcıllıqla öyrənilir.Yəni, göründüyü kimi, alt 
standart sinifdən- sinfə keçdikcə məzmun eyni olaraq qalır və dəyişmir.Məzmun 
eyni qalsada, sadədən mürəkkəbə doğru irəliləyərək sinifdən –sinfə keçdikcə 
dəyişib təkmilləşmiş olur və standartlar arasında əlaqə itmir. 
-2. Üfüqi İnteqrasiya.- 
Fənn üzrə eyni sinif daxilindəki standartların yəni məzmun 
xəttlərinin əlaqələnməsinə xidmət edir,müvafiq məzmun standartlarının 
müəyyən tədris vahidlərində ifadə olunmasını təmin edir.Yəni sinif üzrə müəyyən 
olunmuş bilik, bacarıq və vərdişlərin formalaşmasına kömək edir.Məsələn, 5- ci 
sinif Texnologiya dərsində Oduncaq detalların birləşdiriməsi mövzusunda məzmun 
xətləri aşağıdaki kimi əlaqələndirilir.1.1.1.. Əl alətlərindən istifadə etməklə, 
oduncaq detallarının birləşdirilməsi texnologiyalarını izah edir.2.2.1. 
Çəkiç,kəlbətin,vintaçan və s. Istifadə edir.Texnalogiya fənninin məzmun xətlərini 
xatırlayaq.1. Emal texnalogiyaları. 2.Texnika elementləri. 3.Məişət mədəniyyəti.
5-ci sinif Texnologiya fənnin Oduncaq detalların birləşdirilməsi mövzusunda şagird 
emal texnologiyaları ilə tanış olur,yəni yuxarıda qeyd olunankimi(1.1.1), şagird 


dərsin əvvəlində əl alətlərindən istifadə etməklə oduncaq detalların birləşdirilməsi 
qaydaları ilə tanış olur.Daha sonra isə dərsin gedişatında çəkic,kəlbətin, vintaçan 
və .s .alətlərdən istifadə edir.(2.2.1.) 
Fənnlərarası inteqrasiya. 
Müxtəlif fənnlərin əhatə etdiyi ortaq biliklərin və eyni 
prinsiplərin qarşılıqlı əlaqəsindən yaranan, fənləri birləşdiorən inteqrasiyadır. Bu 
sintez ayrı-ayrı fənlərin məzmun standartlarını bir-biri ilə əlaqələndirir, eyni bir
bacarığı fəqli fənlərin köməyilə birləşdirib daha da inkişaf etdirir,bir-birini 
tamamlayan mövzuları müəyyən bir çərçivədə birləşdirir, bir və ya birdən artıq 
fənnlərin oxşar anlayışlarını, yanaşmalarını, kateqoriyalarını birləşdirərək eyni 
vaxtda tədrisinə şərait yaradır,təlimi daha da genişləndirərək təkmilləşdirir 
həmçinin bir fənnə aid olan qanun,qayda, nəzəriyyə və üsulların başqa bir 
fənnnin öyrədilməsi zamanıistifadəsinin formalaşdırılmasına kömək edir.Fənnin 
bu usul ilə tətbiq olunması həmçinin şagirdlərin təfəkküründə dünyanın bütöv və 
bölünməz obrazının sistemləşdirilməsinə kömək edir.Gördüyümüz kimi bu 
inteqrasiyanın əsas məqsədi şagirdlərdə yeni tip bilikləri formalaşdırmaqdır. 
Fənnüstü inteqrasiya- (transfənn inteqrasiyası).
İnteqrasiyanın ən yüksək səviyyəsi
sayılır.Təlimin əsas və əlavə komponentlərini özündə birləşdirir.Yəni bu 
inteqrasiya ilə şagirdlərin məktəbdə öyrəndiklərini həyatda tətbiq etməklə daha 
da yaxşı qavraya bilir. 
10. Taksanomiya. 
PLAN: 
1. Taksanomiya anlayışının mahiyyəti. 
2. Taksanomiyanın məqsədi. 
3. Taksanomiya nın yaranmasında əsas prinsiplər. 
Taksanomiya rus-dilində «таксаномия», ingilis dilində “taxonomy”kimi işlədilir, 
“taxis-dərəcə, sıra, düzülüş, nizam”, “homos” isə “qanun” deməkdir.Taksanomiya
- taksonlar,onların qruplaşdırılması və tabeliyi haqqında elm və ya yaxud təsnifatın 
prinsipləri haqqında təlimdir.Taksonomiya və Taksonomik kateqoriyalar- 
sadədən mürəkkəbə doğru zəncirvari, iyrarxiya(Şaxələndirmə-bir-birinə tabe 
olunmuş halda düzülmə) üzrə inkişafı əks etdirən anlayışlar sistemidir.Taksonomik
kateqoriyaların iyerarxiyasını ilk dəfə Kari Liniey yaratmışdır.İlk dəfə termin kimi 
isə 1813 cü ildə Ogüsten Dekandol tərəfindən bitkilərin siniflərə bölünməsini
vermək üçün işlədilmişdir.Sonralar bu termin biologiya ilə yanaşı, pedaqogika,linqi
vistika,coğrafiya, gealogiya və başqa elm sahələrində də mürəkkəb sistemlərin 


mahiyyətini,klasifikasiyasını göstərmək üçün geniş istifadə edilməyə başlandı. 30-
cu illərdə isə psixologiyada istifadə olunmağa başlanmışdır.Taksanomiyanı 
“Takson” kəlməsi ilə dəyişik salmayın:Taksanomiya sistemli, sadədən- mürəkkəbə, 
zəncirvari,iyerarxik, yəni ağacşəkilli təsnifatdır və təfəkkürün inkişafıdır.Takson isə 
təkamüldür və taksanomik təsnifatın üzvüdür.. Taksanomiya – ağacvari struktura 
malik, sistemləşdirilmiş obobyektlər toplusudur.Taksanomiya –nəyi?, oyrətmək,
“necə?” öyrətmək və “necə?”qiymətləndirmək kimi sualları sistemli şəkildə 
cavablandırmağa imkan verir.Taksanomiya –iyrarxik quruluşa 
malikdir.Taksanomiyalarda yuxarı mərhələ aşağıdakı mərhələlərin bütün 
xüsusiyyətlərinin daşıyıcısıdır.Lakin aşağıdakı mərhələlər yuxarıdakıların bütün 
xüsusiyyətlərinin daşıyıcısı deyil. Taksanomiya – bacarıqların pillə-pillə inkişaf 
etməyinə imkan yaradır və təlim məqsədlərinin şəbəkəli (iyerarxik) və ya sistemli 
təsnifatıdır.Təlim məqsədlərinin taksanomiyası tədris prosesinin elmi- metodik 
səviyyədəplanlaşdırmaq və onun nəticəsini ölçməyə imkan verir.Təlim məqsədləri
bilik, bacarıq, vərdiş və dəyərlərin formalaşmasını əks etdirir. Alimə görə, hər bir 
şagirdin öz patensialı, maraqları,metodu və qavrama qabiliyyəti var. Buna görə də 
hər bir şagirdi öz potensial imkanına uyğun istiqamətləndirmək lazımdır. Bu 
səbəblərə görə Amerika professoru Benjamin Blum təlim məqsədlərinin əsasən 3 
istiqamətdə cərayan etydiyini vurğulamış,”Təhsil məqsədlərinin taksanomiyası” 
nəzəriyyəsini təklif etmiş və onun bu addımı 1956 –cı ildə kitab şəklində işıq üzü 
görmüşdür.Təsnifata əsasən isə təhsilin 3 taksanomiyası müəyyən edilib: 
2.Emosional taksanomiya; (emosiaların idarə edilməsini tərbiyə edir). 
3. Psixomotor taksanomiya; (fiziki inkişafı tənzimləyir). 
-Taksanomiya -hadisə və proseslərin qarşılıqlı əlaqə əsasında təsnifatını 
sistemləşdirilməsini bildirir,ardıcıllıqla yerləşmiş artan meyarlarını özündə əks 
etdirir.Taksanomiya – varlığın mürəkkəb quruluşu sahələrinin sinif və qruplar 
üzrə paylanması haqqında nəzəriyyədir. Taksanomiya şəbəkələr düzülüşünə malik 
olan mürəkkəb fəaliyyət sahələrinin sistemli nəzəriyyəsidir.-Taksanomiya
məqsədəuyğunluq nəzəriyyəsini əks etdirir
müəllim-praktika uçun effekt 
vasitəsidir.
Taksanomiya təlimin fərdiləşməsini təmin edir.Şagirdlərin fərdi 
bacarıqları müəyyən edildikdən sonra onlara taksanomiyaların müxtəlif 
səviyyələrində hazırlanmış tapşırıqlar veməklə ayrı-ayrı qruplar və ya fərdlərə fədi 
yanaşma təmin edilir.Beləliklə, səviyyədən- səviyyəyə hər bir şagirdin inkişafı 
müəllimin tam nəzarətində olur. –Taksanomiya problemləri düzgün 
müəyyənləşdirmək, şagirdin bu vəya digər materialın öyrənilməsində hansı 
çətinliklərlə qarşılaşdığını müəyyən etmək(diaqnostikasını aparmaq) və həmin 
çətinlikləri aradan qaldırmaq imkanı yaradır.- Taksanomiya təfəkkürün müxtəlif 
növlərini inkişaf etdirmək üçün tapşırıqları tərtib edir, şagirdin təfəkküünü 


(məntiqi, tənqidi, yaradıcı) inkişaf etdirir. –Taksanomiya qiymətləndirmə və üsul
vasitələrini hazırlamaqda, refleksiyanı həyata keçirməkdə müəllim üçün 
istiqamətləndirici rol oynayır.Yəni ki, şagirdin refleksiyasına nail olmağa şərait 
yaradır.Taksanomiya təlim prosesinin düşünülmüş təşkili planlaşdırılması üçün 
vasitədir. -Taksanomiya intellektual bacarıq və vərdişlərin inkişaf etdirilməsini
istiqamətləndirir və şagird bacarıqlarının inkişaf etdirilməsində mühüm rol 
oynayır. –Taksanomiya təlim məqsədlərinin əlaqəliliyini və əhatəliliyini, 
məqsədlərinin ardıcıllığını təmin edir. -Taksanomiya düşünmə strukturunu təmin 
edir, məntiqi baxımdan tamamlanmış və mükəmməl daxili bitkinliyə 
malikdir.Taksanomiya aşağıdan yuxarıya tabeçilik əlaqələri əsasında hissələrin 
düzümü deməkdir. 
Deməli taksanomiya nəyə xidmət edir?. 
-Təlim məqsədlərinin düzgün müəyyən edilməsi; 
- Qoyulmuş tələbə uyğun qiymətləndirmə vasitəsi seçilməsi; 
- Problemləri düzgün müəyyən etmə və uyğun tapşırıq tərtib etmə; 
- REFLEKSİYANI düzgün keçirməyə imkan vermə 
- Konqurentliyə əminlik yaratma; 
- Təfəkkürü inkişaf etdirmə. 
Təlim modelinin 4 kompenenti var.1. Təlim məzmunu(nəyi öyrədəcək); 2. Təlim 
metodları(hansı üsuldan istifadə edəcək); 3. Öyrədici mühit(hansı mühitdə təlim 
keşəcək); 4. Qiymətləndirmə(necə qiymətləndirəcək). 
Təlim sisteminin komponentləri arasında əlqə yaradan ünsürlər təlim prosesinin
2 əsas istiqamətini göstərir.1. –Şagirdin idrak proseslərinin inkişafı(təxəyyül,təfək
-kür,hafizə,diqqət). 2.-Şagirdin şəxsiyyətinin inkişafı(sosial-psixoloji, emosional-
iradi inkişaf). 
Taksanomiyanın yaradılmasında əsasən aşağıdakı prinsiplər nəzərə alınıb. 
1. Praktiki istiqamət prinsipi.Taksanomiya məqsədəuyğunluq nəzəriyyəsini 
əks etdirməli,müəllim üçün praktik effektiv(yəni təcrübə qazandırmalıdır). 
2. Psixoloji prinsip.Taksanomiya psixologiya elminin müasir nailiyyətlərinə
aslanmalıdır.(təlim sistemində şagirdin psixologiyası ön planda durmalıdır). 
3. Məntiqilik prinsipi: Taksanomiya məntiqi baxımdan tamamlanmış və 
mükəmməl daxili bitkinliyə malik olmalıdır.(mükəmməl nəticə üçün məntiqi 
ardıcıllıq olmalıdır. 


4. Obyektivlik prinsipi: məqsədlərin təsnifatı,onların dəyərlərinin təsnifatı 
deyilir.(məqsədləri birlikdə deyil də, ayrılıqda həyata keçirdikdə daha 
effektli nəticə əldə olunur. 
Taksanomiyanı pozan kimdir? Əlbətdəki ki, müəllim Taksanomiyanı
müəllim qurur, deməli ona düzgün əməl etmədikdə aftomatik 
taksanomiyanı elə müəllimin özü də pozmuş olur.Əgər müəllim dərsin 
məqsədini,vəzifəsini və ən əsası gedişatını özü tam başa düşmürsə,şagird-
lərdə hansı bacarıqların, qabiliyyətlərin aşılanmalı olduğunu da düzgün 
seçə bilmir.Və nəticədə müəllim taksanomiyanı (dərsin zəncirvari 
əlaqəsini)pozmuş olur. 
11.İDRAK TAKSANOMİYASI. 
PLAN: 
1. Biilmə, anlama. 
2. Tətbiq, təhlil(analiz). 
3. Sintez, Dəyərləndirmə(qiymətləndirmə). 
İdrak taksanomiyası ən unversal bir model kimi tətbiq olunmaqdadır.Bu 
taksanomiyalar sadədən mürəkkəbə düşünmə bacarıqlarının 6 səviyyədə təşkilini 
təmin edir. 
SƏVİYYƏLƏR. 
AÇAR SÖZLƏR. 
1. BİLMƏ 
MTTSSSS XİGA
(Ümumi terminləri bilir). Bu mərhələni 
Deklarativ bilik kimi də başa düşə bilərik 
Bu mərhələnin əsas funksiyası 
məlumata heç bir əlavələr etmədən 
olduğu kimi çatdırmaqdır.Bu səviyyə bir 
növ Hafizəyə(həmçinin əzbərçiliyə) 
əsaslanır(Təfəkkürə yox. Çünki təfəkkür 
şagirdi düşünməyə vadar edir, hafizə isə 
sadəcə əzbərləməklə kifayətənir).Şagird 
şeiri əzbər söyləyə bilir, elmi anlayışları 
bilir,eşitdiyi informasiyanı olduğu kimi 
çatdırır, deyiləni təkrarlayır,amma 
mənasını dərk etmirsə, bilmə 
səviyyəsindədir,digər səviyyəyə 
keçməyib.Deməli hər hansı bir məluma-
tı bilməklə onu alamış olmuruq.Amma
növbəti pillələrdə həmin məlumatı 
qavramaq üçün mütləq bilmə mərhələ- 
sinin içindən keçməliyik,yoxsa onu dərk 
-“M”üəyyən edir.Şagird verilmiş tapşırıq 
da sifətin dərəcələrini müəyyən edir. 
-“T”əsvir edir.Şagird sinif yoldaşının 
xüsusiyyətlərini təsvir edir. 
-“T”anıyır.Bu hansı şairin heykəlidir? 
Şagird tanıyır. 
-“S”adalayır.Şagird sait səsləri sadalayır. 
-“S”ıralayır.Şagird tək və cüt ədədləri 
sıralayır. 
-“S”eçir.Şagird cümlədə olan sifətləri
seçir. 
-“S”axlayır.Şagird yeni sözləri yadında 
saxlayır. 
-“X”atırlayır.İlk öyrəndiyiniz şeirin adı nə 
idi? Şagird xatırlayır. 
-“İ”şarə edir.Bu simvollar nəyə işarə 
edir? 
-“G”östərir.Şagird xəritədə Gəncə 


etməkdə çətinlik çəkmiş olarıq.Məsələ -
lən, şagird “May”modal felini,mübtəda-
dan sonra gəldiyini,yalnız indiki zaman –
da işləndiyini,”olarmı ? edə bilərəmmi?” 
kimi tərcümə olunduğunu və.s. bu kimi 
xüsusiyyətləri müəyyən edir, təsvir 
edir, adlandırır, sadalayır, sıralayır,seçir, 
göstərir.Başqa misala baxaq.“Kurikulum 
nəyə deyilir?” sualı verilir və onun 
tərəfini olduğu kimi deyirik.Mənasını 
soruşduqda isə cavab verə bilmiriksə,
deməli bilmə səviyyəsndə qalmışıq.Əksi 
nə, cavab verə biliriksə, bu o deməkdir 
ki, əzbərlədiyimizin mənasını bilirk və 
artıq Anlama səviyyəsinə keçmişik. 
şəhərinin yerini göstərir. 
-“A”dlandırır.Bunlardan hansı ev heyvan 
larıdır?.Şagird onları adlandırır. 
2.ANLAMA(QAVRAMA) 
ŞTK FİN 
Fakt və prinsipləri artıq anlayır.Məntiqi 
təfəkkürə əsaslanır.Bu səviyyəyə daxil 
olan bacarıqlara əsasən şagird artıq 
oxuduğunu anlayıb dərk edir, öz fikrini 
çatdıra bilir,əzbərlədiyi şeyrə izah verə 
bilir, söylədiyi qaydanın mahiyyətini 
anlayır,əzbərçilikdən kənara çıxıb öz 
sözləri ilə ifadə edir, mövzuya aid öz 
nümunələrini göstərə bilir.Yəni, şagird 
işi görməzdən əvvəl onun mahiyyətini
anlayırsa, anlama səviyyəsini keçmiş 
sayılır.Məsələn, şagird sait və samit 
səsləri sadalayırsa, şeyri əzbər söyləyə 
bilirsə,deməli, bilir; əgər o bildiyini 
(qaydanı və ya şeyri) öz sözləri ilə ifadə 
edə bilirsə, deməli qaydanı qavrayıb.
Yəni şagirdin hər hansı bir mövzu 
haqqında müəyyən bilgisi və məlumatı
olmazsa,lazımi informasiya ilə təmin 
olunmazsa, o, mövzunu anlaya bilməz 
və öz sözləri ilə ifadə edə bilməz. 
-“Ş”ərh edir. Canlı aləmin müxtəlifliyinin 
səbəblərini şərh edir.Yəni, səbəbləri 
qavrayıb ki, artıq şərh edə bilir. 
-“T”əsvir edir.Qədim insanların Yer 
haqqında təsəvvürlərini şərh edir.Yəni 
artıq öz sözləri ilə təsvir edə bilir. 
-“K”eçilir.Bir ifadə vasitəsindən digər 
ifadə vasitəsinə keçirir. 
-“F”ərqləndirir.Dünya xalqlarını irq, din 
və dil baxımdan fərqləndirir. 
-“İ”zah edir.Köməkçi nitq hissələrini 
tanıyır,onların əsas nitq hissəsindən 
fərqini izah edir. 
-“N”ümunə göstərir.Şagird vuruqların 
yerini dəyişəkdə də hasil dəyişmir 
qaydasına nümunə gətirir. 
3.Tətbiq . 
Konsepsiya və prinsipləri yeni şəraitdə 
artıq tətbiq edə bilr.Məntiqi təfəkkürə 
əsaslanır.Prosedural bilik kimi də başa 
düşülür.Şagird öyrəndiklərini praktiki 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin