1. kurikulumun əsaslari



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə9/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   5   6   7   8   9   10   11   12   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

“Q”ərarlar qəbul edir.Məsələ haqqında
mühüm qərqrlar çıxarır. 
“Q”arşılaşdırır.Debat zamanı oxuduqla 
rından və eşidib gördüklərindən misallar 
gətirməklə fikirləri əsaslandırır və 
qarşılaşdırır. 
“H”əll edir.Mübahisələri və fikir 
müxtəlifliklərini həll edir. 
Gördüyünüz kimi bütün səviyyələr bir-biri ilə əlaqəlidir.Pillələr arasında əlaqə : 
Şagird bilməsə, anlaya bilməz, anlamasa tətbiq edə bilməz, tətbiq edə bilməsə
təhlil edə bilməz, təhlil edə bilməsə isə sintez edə bilməz, sintez edə bilməsə isə 
dəyərləndirə bilməz. İbtidai sinifdə hə hansı bir mətni üzündən ifadəli və sürətli 
oxumaq üçün əvvəlcə hərfləri daha sonra yuxarı siniflərə doğru qalxdıqca sözləri, 
söz birləşmələrini, cümlələri mətnləri öyrənirik, yəni asandan çətinə,sadədən 
mürəkkəbə gedən, zirvəyə pillə-pillə qalxan yolu mənimsəyirik. Buna görədə, 
“taksanomiya zəncirvari quruluşa malikdir və şagirdin təfəkkürünü düzgün inkişaf 
etdirməyin ardıcıl mərhələlərini özündə əks etdirir.Deməli uğur qazanmağın yolu 
mərhələlərdən keçir.Yəni sıranı pozmaq olmaz, hərtərəfli öyrənmək üçün şagird 
sistemli oxumalıdır.Bizim məqsədimiz: birtərəfli yox, hərtərəfli insan yetişdirmək –
dir.Bilmə, Anlama, Tətbiq Alt səviyyədir, Təhlil, Sintez, Dəyərləndirmə isə Üst 
səviyyədir.Hər səviyyəyə qalxmaq üçün mütləq şəkildə əvvəlki səviyyəni inkişaf 
etdirmək lazımdır. 
Diqqət:”Fərqləndirir” və “Müqayisə edir” fərqli mənaları daşıyır.
”Fərqləndirir” 
açar sözü Anlama mərhələsindədir; “Müqayisə edir” açar sözü isə Təhlil 
mərhələsindədir.Məsələn, şagirdə deyirsən ki, bu vərdişləri fərqləndir və hansının 
yaxşı, hansının pis vərdiş olduğunu qeyd elə”.Bu fərqləndirməkdir. Amma “bu 
vərdişləri müqayisə et” desəm, o zaman şagird yaxşı və pis vərdişləri 
fərqləndirməklə yanaşı, onların insanlarda yaranma səbəbləri, hansı şəraitdə 
formalaşması haqqında daha geniş açıqlama verməlidir.Buradan görünür ki, 
fərqləndirmək müqayisə etməkdən daha asandır. 


12. EMOSİONAL VƏ PSİXOMOTOR TAKSANOMİYA. 
PLAN: 
1. Şagirdin davranış xüsusiyyətləri. 
2. Şagirdin fəaliyyət xüsusiyyətləri. 
3. Taksanomiyanı pozan tərəf. 
Emosiyaları idarə edilməsini təmin edən, şagirdlərin davranış xüsusiyyətini, 
dəyərlərini, fiziki inkişafını, hiss və yanaşmalarını inkişaf etdirən səviyyələr isə 
Emosional (Affektiv ünsiyyət) taksanomiyanı formalaşdırır. Bu taksanomiya 
nəzəriyyəsini isə 1964-cü ildə Kraslov təqdim etmişdir. 
SƏVİYYƏLƏR. 
Şagirdin davranış xüsusiyyətləri. 
İZAHLAR. 
1.Mqbul saymaq. 
Şagird hər hansı bir təlim prosesində 
iştirak etmək üçün stimullaşdırılır.Bu 
təlim nəticələri əşyanın mövcudluğunu 
dərk etmədən tutmuş seçimli 
yanaşmaya qədər inkişaf etdirir. 
2.Reaksiya vermək. 
Şagird təlim prosesində fəal iştirak edir, 
suallara cavab, hadisələrə reaksiya 
verir.Bu təlim nəticələrində şagirdin 
zövq və maraqlarının axtarılması və 
fəaliyyətdə tətbiqi vurğulanır. 
3.Dəyərləndirmək. 
Şagirdin hər hansı əşya və ya hadisənin 
dəyərləndirməsinə və ona əhəmiyyət 
verməsinə xidmət edir.Bu təlim 
nəticələri hər hansı yanaşmaların və ya 
rəğbətin ümumilikdə təsnif edilməsi 
üçün şərait yaradır. 
4.Təşkil etmək 
Ümumilikdə dəyərlər sisteminin, bütün 
ömür fəlsəfəsinin yaradılmasına, dünya 
görüşünün, hər hansı bir işin təşkilində 
qərarlığın, problemləri həll etməyi 
alışqanlıq halına gətirilməsi bacarığının 
inkişafına xidmət edən təlim 
Yəni ki, şagirdin yeni mövzunun 
müzakirəsində fəal olması üçün onun 
müzakirədə iştirakı məqbul sayılır, buna 
görə də, şagird həvəsləndirilir və ona 
stimul verilir. 
Şagird bu mərhələdə daha fəal olur, 
suallara cavab, hadisələrə reaksiya verir, 
yəni münasibət bildirir. 
----------------------------------------------------- 
Bu mərhələdə şagird artıq reaksiya 
verdiyi hadisəni dəyərləndirir, 
münasibət bildirdiyi mövzuya daha çox 
əhəmiyyət verir.Bu mərhələ şagirdin 
mövzuya yanaşaraq onu daha yaxşı dərk 
etməsinə şərait yaradır 
Bu mərhələdə şagirdə daha çox həyat 
daha çox həyat dair məqamlar öyrədilir. 
Ömür fəlsəfəsinin(həyat yaşamı) başa 
salınmasını, dəyərlər sisteminin 
yaradılması, həyatda uğur qazanmaq, 
böyüklərə hörmət,davranış qaydaları, 


məqsədləri bu kateqoriyaya əsaslanır. 
5.Dəyər və dəyərlər sistemini
xarakterizə etmək. 
Bu mərhələdə fərd, davranışlarını 
nəzarətdə saxlaan və həyat tərzini 
müəyyənləşdirən dəyərlər sisteminə
malikdir.Şagirdin şəxsi, ictimai və 
emosional davranışın formalaşmasına 
bu təlim nəticələri kömək olur. 
adət-ənənə və s. aşılanır. 
------------------------------------------------------ 
Sonuncu mərhələnin məqsədi şagirdin 
şəxsi, ictimai, emosional davranışlarını 
formalaşdıran həyat qurmaqdır.Şagird
bu mərhələdə özünü cəmiyyətdə necə 
aparmaq lazım olduğunu, qərarlar verə 
bilməsini, davranışlarını necə 
formalaşdıra biləcəyini, yəni daha çox 
mənəvi dünyanın zənginləşdirilməsinə 
xidmət edir. 
Fiziki inkişafı tənzimləyən, hərəki qabiliyyətləri mərhələli şəkildə inkişaf etdirən, 
psixomator bacarıqları formalaşdıran mərhələlər isə Psixomotor taksanomiyanı
formalaşdırır. Bu Taksanomiya Fiziki tərbiyə, Təsviri incəsənət, Texnalogiya kimi 
hərəkətin olduğu fənnlərə aiddir. Bu taksanomiya nəzəriyyəsini isə 1972- ci ildə 
Kennes Mur təqdim etmişdir. 
SƏVİYYƏLƏR. 
Şagirdin fəaliyyət xüsusiyyətləri. 
1.Hiss etmə 
Şagird hərəkətin icrasından əvvəl öz 
imkanlarını müəyyənləşdirilir, öz 
mənəvi vəziyyətini nizamlayır, görəcəyi 
işə özünü psixoloji hazırlayır. 
2.Hazır olma. 
Hərəkətin icrasına hazırlıq işləri aparır. 
(insan bir işi görməyi hiss edə bilməsə, 
hazır da ola bilməz. 
3.Təqlid etmə. 
Nümayiş etdirilən hərəkətləri təkrarla –
yır,vərdişlərə yiyələnir.Komples 
vərdişlərin ilkin mərhələsində istifadə 
edir. 
4. Mexanizimlərin 
mənimsənilməsi. 
Hərəkətləri qaydalara uyğun yerinə 
yetirir, fəaliyyətin icrası zamanı özünə 
İZAHLAR 
Məsələn, idman dərsində şagird tələb 
olunan hərəkəti etməlidir.(topu çiləmə 
li, məsafəni qaçmalı, turnikdə özünü 
çəkməli və.s).Şagird buna əvvəlcədən 
hazır olmalı, yəni öz imkanlarını, nəyi 
bacara biləcəyini əvvəlcədən 
müəyyənləşdirir. 
Yəni, şagird işə başlamaq üçün lazım 
olan hazırlığı görür, əsas və lazım olacaq 
vasitələri seçir. Bir sözlə, həmin 
hərəkəti etmək üçün hazırlaşır və özünü 
hazır hiss edir. 
Şagird göstərilən nümunəvi hərəkətləri 
təqlid edir, yəni təkrarlayır.(bir hərəkəti 
dəfələrlə təkrar edir, özünküləşdirir.Bir
sözlə təkrar biliyin anasıdır. 
Yəni, həmin hərəkəti həyata keçirməyin 
texnikasını,qaydalarını və yollarını 
öyrənir, fəaliyyət zamanı özünə inam 


inam nümayiş etdirir. 
5. Mükəmməl icra . 
Mükəmməl vərdişlər kimi formalaşmış 
hərəkətlər icra edərək nümayiş etdirir. 
6. Uyğunlaşma. 
Hərəkətin icrası zamanı yaranmış 
problemi asanlıqlq həll etmək üçün 
davranışda dəyişiklik edir. 
7. Yaradıcılıq. 
Yeni fəaliyyət nümunələri yaradır.Şagird 
özünü hərəkətə uyğunlaşdırdığı və onu 
mükəmməl icra edə bildiyinə görə, artıq 
yeni fəaliyyət nümunələri yaratmağa 
qadirdir. 
nümayiş etdirir.(idman hərəkətlərini 
qaydaya uyğun edərək hərəkətin 
mexanizmi mənimsəmiş olur). 
Şagird artıq hərəkəti necə etmə 
mexanizmini mənimsədiyi üçün 
formalaşmış hərəkətlər göstərə bilir, 
idman hərəkətlərini mükəmməl icra edə 
bilir. 
Şagird artıq hərəkəti mükəmməl icra 
edə bildiyi üçün özünü hərəkətə uyğun- 
laşdırmış və problemi həll etməyə qadir 
sayılır. Hərəkətlərin icrası zamanı
yaranmış problemi həll etmək üçün 
şagird hərəkətə uyğun davranma 
edərək davranışında dəyişiklik etməyi 
bacarır. 
Bu da şagirdin yaradıcılığı ilə bağlı olan 
bir vəziyyətdir.Şagird məsafəni tez bir 
zamanda qət edə bilməsi, hərəkəti 
mükəmməl icra edə bilməsi üçün 
özünəməxsus yaradıcılıq göstərə bilirsə, 
yaradıcılıq səviyyəsinə çatmış deməkdir. 
13. TƏFƏKKÜR VƏ ONUN NÖVLƏRİ. 
PLAN: 
1. Hafizə (Yaddaş) 
2. Məntiqi təfəkkür. 
3. Tənqidi təfəkkür. 
4. Yaradıcı təfəkkür. 
Şagirdlərdə komprtensiyaların formalaşmasında təfəkkürün rolu danılmazdır. 
Çünki təfəkkür şagirdlərdə idrak fəallığı, problemi həll etmə qabiliyyəti, tətbiq-
etmə, tənqidetmə kimi bacarıqlar formalaşdırır və təfəkkürün aşağıdakı növləri 
üzrə inkişaf etdirir. Təfəkkür, yəni, düşüncə,idrak insanın ən ali xüsusiyyətidir. 


Göründüyü kimi insan beyni əsasən iki işi həyata keçirir: Yadda saxlamaq və 
Düşünmək.Yadda saxlamaq Hafizəyə xas funksiyadır, Düşünmək isə Təfəkkürə 
aiddir. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin