1. kurikulumun əsaslari



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə12/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   8   9   10   11   12   13   14   15   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

olmalıdır ki, şagirdlərdə ümumi təlim bacarıq və vərdişləri formalaşsın(öyrədici); 
intellektual idraki, emosional- iradi və şəxsi keyfiyyətlərin inkişafı 
fəallaşsın(inkişafetdirici) şəxsiyyətin özünəhörmət, müstəqillik,yaradıcılıq,məsuliy- 
yət formalaşdırılsın(tərbiyəedici). 
Öyrədici:Tədqiqat aparılması imkanı, müxtəlif iş formalarından istifadə imkanı, 
vaxta qənaət, təhliletmə və nəticəçıxarma bacarığı, qısa müddətdə daha çox
materialın öyrənilməsi imkanı . 
İnkişafetdirici : fəallıq,adaptasiya qabiliyyəti, yaradıcılıq, müstəqil tədqiqat 
aparmaq. 
Tərbiyəedici: əməkdaşlıq, bir-birinin fikrinə hörmətlə yanaşmaq, bir-birini 
dinləmək bacarığı. 
2.Təlimdə bərabər imkanların yaradılması –bütün şagirdlərə eyni təlim şəraiti
yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla 
tənzimlənir; Bütün şagirdlərə eyni gözlə baxmaq və aralarında ayrıseçkilik 
qoymamaq lazımdır. 
3. Şagirdyönümlülük –şagird pedaqoji prosesin mərkəzində dayanır.Bütün tədris 
və təlim işi şagirdlərin maraq və təlabatlarının ödənilməsinə, onların istedad və 


qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir; (Şagirdin maraq və 
təlabatı ön planda dayanır). 
4. İnkişafyönümlülük—şagirdlərin əqli fəallığı izlənilir, nailiyyətləri təhlil edilir,bilik, 
bacarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir. 
5. Fəaliyyətin stimullaşdırılması—pedaqoji prosesin səmərəli və effektiv 
qurulması,şagirdlərin təlimə marağın artırılması üçün onların fəaliyyətindəki 
bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibari ilə şagirdlərin daha 
uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur; (Hər bir insan 
dəyərləndirilməyi və ona stimul verilməsini sevir.Məsələn, şagirdin şəklini şərəf 
lövhəsində asmaq; siniflər üzrə olimpiadalar keçirmək; çalışqan şagirdə ulduz 
(smaliklər)qoymaq, dərsi onların maraqlarına uyğun qurmaq və s. Bunun kimi 
stimulverici addımlar şagirdlərdə dərsə marağı daha da artırır. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin