Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə6/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   2   3   4   5   6   7   8   9   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

Eynulla Mədətli 
 
12
əsrlərdə türkləşdiklərini, Güneydə və Quzeydə yaşayan azərbay-
canlıların müxtəlif etnik köklərə malik olduğunu, Güneydə heç 
zaman milli-siyasi hərəkatların olmadığını və ya bu hərəkatların 
yalnız xaricdən qaynaqlandığını iddia edirlər. Rəsmi dairələr bu-
nunla güneylilərin milli şüurunun artmasının, öz milli hüquqları 
uğrunda mübarizəyə qalxmalarının, onların Quzey Azərbayca-
nın demokratik, bütöv və inkişaf etmiş cəmiyyətinə meyil etmə-
lərinin qarşısını almağa çalışırlar.  
İran tarixşünaslığında Azərbaycanın siyasi tarixinin öyrə-
nilməsinin əsası XX əsrin 20-ci illərində, bu ölkədə Pəhləvi reji-
minin bərqərar olmasından sonra qoyulmuşdur.  Əslində elə 
müasir İran tarixşünaslığı da məhz bu illərdən təşəkkül taparaq 
inkişaf etməyə başlamışdır. Ancaq hələ XX əsrin əvvəllərindən 
başlayaraq  Şimali Azərbaycan mətbuatında  İranda Azərbaycan 
türklərinin həyatından bəhs edən yazılar işıq üzü görməyə 
başlamışdı. Tam əminliklə söyləmək olar ki, İran ictimai 
fikrində Azərbaycan, Azərbaycan türkləri ilə bağlı  təşəkkül 
tapmağa başlayan müxtəlif təmayüllü meyillərə ilk reaksiya 
verən Məhəmməd  Əmin Rəsulzadə olmuşdur. Onun Məşrutə 
hərəkatı dövründə İrandan yazdığı "İran məktubları" adlı silsilə 
məqalələləri və 1910-cu illərdə yazdığı  “İran türkləri”  əsəri 
Güney Azərbaycanın ictimai-siyasi həyatını, Məşrutə  hərə-
katında rolunu öyrənmək baxımından mühüm əhəmiyyət kəsb 
edir.
1
 Bu  əsərlər bu gün də  Cənubi Azərbaycan haqqında 
mühüm tarixi araşdırma kimi öz dəyərini itirməmişdir.  
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra 
İran siyasi dairələrinin, mətbuatının, ayrı-ayrı müəlliflərin Azər-
baycan tarixi, coğrafiyası, Azərbaycan türklərinin mənşəyi ilə 
bağlı qərəzli yazılarına və bəyanatlarına ilk əsaslandırılmış reak-
siyanı da M.Ə.Rəsulzadə vermişdir. Onun 1918-1919-cu illlərdə 
                                                 
1
 Rəsulzadə M.Ə. Əsərləri. I cild 1903-1909, Bakı, Azərbaycan Dövlət Nəş-
riyyatı, 1992, s.119-120; Rəsulzadə M.Ə. Əsərləri. II cild. 1909-1914, Bakı, 
Şirvannəşr, 2001, s.108-137. 


 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
13
“Azərbaycan”, “İstiqlal” qəzetlərində bu məqsədlə yazılmış mə-
qalələrində İran müəlliflərinin qərəzli yazılarına tutarlı cavablar 
verilmişdi.
1
 
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra təq-
ribən XX əsrin 40-cı illərinin ortalarına qədər (Cənubi Azərbay-
canda “21 Azər” hərəkatına qədər) İran tarixşünaslığının tənqi-
dinə  həsr edilmiş  əsərlərə demək olar ki, rast gəlinmir. Bunun 
əsas səbəblərindən biri, zənnimizcə, Sovet tarixşünaslarının qar-
şısında əsas vəzifə kimi mühacir siyasi xadimlərin fəaliyyətinin
onların əsərlərinin “antisovet mahiyyətinin” ifşa edilməsi vəzifə-
sinin qoyulması idi. Bu baxımdan Azərbaycan da istisna təşkil 
etmirdi. Bununla yanaşı, 20-ci illərdə SSRİ-də Cənubi Azərbay-
canda inqilabi hərəkata dair ilk məqalələr çıxmağa başlayırdı.
2
  
II Dünya müharibəsi illərində Azərbaycan mətbuatında 
Cənubi Azərbaycanla bağlı ilk məqalələr işıq üzü görməyə baş-
layır. Xüsusən Seyid Cəfər Pişəvərinin başçılığı ilə demokratik 
hərəkatın qələbəsi Şimali Azərbaycanda Azərbaycanın cənubun-
da yaşayan həmvətənlərin tarixinə, mədəniyyətinə, siyasi və iq-
tisadi vəziyyətinə marağın artmasına səbəb oldu. Lakin bu ma-
raq ilk vaxtlar yalnız müxtəlif qəzet səhifələrində çıxan məqalə-
lərlə  məhdudlaşırdı. 40-cı illərdən başlayaraq  Şimali Azərbay-
canda Cənubi Azərbaycanın tarixi və müasir vəziyyəti haqqında 
ilk kiçik həcmli  əsərlər yazılmağa başlandı ki, bu əsərlərin 
müəllifləri  İranda Azərbaycanın tarixinin saxtalaşdırılması ilə 
bağlı öz tənqidi fikirlərini də bildirirdilər. Bu sırada ilk növbədə 
Azərbaycan yazıçısı M. İbrahimovun Cənubi Azərbaycanda mil-
                                                 
1
Rəsulzadə M.Ə. Azərbaycan paytaxtı, “İstiqlal” məcmuəsi, 1919, 28 may, 
№1; Rəsulzadə M.Ə. Əsərləri. V cild, Bakı, Qanun nəşriyyatı, 2014, s. 214-
232, 280-281,296, 298-299, 307-308, 312-323, 388-395, 456-457; Rəsulza-
də M.Ə. İran və biz, “Azərbaycan”, 1919, 8 nisan, aprel, № 152; “İstiqlal” 
məcmuəsi, 1919, 28 may, №1.  
2
 Вишнеградова  А.  Революционное  движение  в  Иранском  Азербай-
джане // «Новый  мир», 1922, № 2; Ильинский  Г. «Шейх  Мухаммед 
Хиябани// Революционный Восток», № 6( 28), 1934  



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin