Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə3/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   2   3   4   5   6   7   8   9   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
5
coğrafiyasını, dövlətçilik tarixini, Azərbaycan xalqının və dili-
nin mənşəyini saxtalaşdırmaq cəhdləri əslində həm İranın müəy-
yən dairələrinin millətçi-şovinist siyasətinə, həm də Azərbay-
cana qarşı  ərazi iddiaları ilə  çıxış edən, onun torpaqlarını  işğal 
edən Ermənistanın maraqlarına uyğundur. Ancaq bu xətt Azər-
baycan və İran xalqlarının mənafeyinə zidd olmaqla yanaşı, hər 
iki xalqın qarşılıqlı münasibətlərinin inkişafına və genişlənməsi-
nə mane olmaq məqsədi daşıyır. İranın bir sıra tarixçiləri “Azər-
baycan” istilahının yalnız  İranın  şimal  əyalətlərinə aid olduğu, 
Araz çayından şimaldakı torpaqların heç zaman Azərbaycan ad-
lanmadığı, indiki Azərbaycan Respublikasının  ərazisinin tarix 
boyu əsasən Arran, Muğan və Şirvan kimi coğrafi adlar daşıdı-
ğını, Azərbaycan türklərinin dövlətçilik ənənələrini, onların İra-
nın siyasi tarixində oynadıqları rolu, son nəticədə Azərbaycan 
xalqının vahidliyini inkar etməyə cəhd edirlər.  
Monoqrafiyanın  “Cənubi Azərbaycanda 1905-1911-ci il-
lər milli-demokratik hərəkatı  İran tarixçilərinin  əsərlərində” 
adlanan ikinci fəslində  Cənubi Azərbaycanda, həmçinin  İranın 
digər bölgələrində 1905-1911-ci illərdə baş verən milli-de-
mokratik hərəkatın İran tarixşünaslığında tədqiqi səviyyəsi təd-
qiq olunmuşdur.  Əsərdə qeyd olunur ki, əksər  İran tarixçiləri 
XX əsrin əvvəllərində Cənubi Azərbaycanda baş vermiş demok-
ratik hərəkatları İranın siyasi tarixində əhəmiyyətli hadisə kimi 
qiymətləndirir,  İranda ictimai-siyasi hərəkatların mərkəzinin 
həmişə Azərbaycan olduğunu etiraf edirlər. Lakin, Məşrutə 
hərəkatında Azərbaycan türklərinin həlledici iştirakının  İran 
tarixşünaslığında arxa plana keçirilməsi, Səttarxan və onun kimi 
azadlıq mücahidlərinin məşrutə inqilabındakı rolunun yetərincə 
qiymətləndirilməməsi, hətta bu hərəkatda ermənilərin  əsas rol 
oynadığının iddia edilməsi qəbul edilməzdir.  
Monoqrafiyanın“Azərbaycan Xalq Cümhuriyyətinin tarixi 
İran tarixşünaslığında” adlanan üçüncü fəslində Azərbaycan 
Xalq Cümhuriyyətinin yaranması və Qacarlar İranı ilə qarşılıqlı 


Eynulla Mədətli 
 
6
əlaqələri  İran tarixşünaslığında araşdırılmış  və ilkin mənbələr-
dən istifadə olunmaqla ətraflı  təhlil edilmişdir. Müəllifin fik-
rincə əksər İran tarixçiləri Azərbaycanın qədim dövlətçilik ənə-
nələri ilə yanaşı, müasir dövlətçilik tarixinə qarşı da çıxış edə-
rək, xüsusən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına 
və  fəaliyyətinə qeyri-tarixi yanaşma nümayiş etdirirlər. Bu ya-
naşma hələ Cümhuriyyətin yarandığı ilk günlərdən özünü gös-
tərmiş,  İranın rəsmi dairələri ölkənin  şimal sərhədləri yaxınlı-
ğında demokratik dünyəvi türk dövlətinin yaranmasını, onun 
“Azərbaycan” adlandırılmasını xüsusi qısqanclıqla qarşılamışlar. 
Müəllifin qənaətinə görə, İran dövləti ilk vaxtlarda Azər-
baycan adında bir dövlətin müstəqilliyini tanımadığını, hətta 
Azərbaycanın guya İranın ayrılmaz bir hissəsi olduğunu bildir-
mişdi. O zamanlar bu xeyli dərəcədə Azərbaycanın müstəqilliyi-
nin Сənubi Azərbaycanda milli ideyanın inkişafına təsir göstərə 
biləcəyindən və vahid Azərbaycan dövlətinin yaranacağından 
meydana gələn qorxunun təzahürü idi. Lakin, Azərbaycan Cum-
huriyyəti rəhbərliyinin qətiyyətli və ardıcıl siyasəti nəticəsində 
İran nəinki Azərbaycanın müstəqilliyini tanımış, hətta onunla  
iqtisadi-siyasi  əlaqələr yaratmaq üçün Azərbaycan Xalq Cüm-
huriyyətinə xüsusi nümayəndə heyəti göndərmiş, iki dövlət 
arasında diplomatik nümayəndəliklər səviyyəsində qarşılıqlı 
münasibətlər qurulmuş, dostluq müqaviləsi bağlanmışdı. 
Monoqrafiyanın “Cənubi Azərbaycanda Şeyx Məhəmməd 
Xiyabani hərakatı  İran tarixçilərinin  əsərlərində” adlanan dör-
düncü fəslində M.Xiyabani hərəkatı ətraflı təhlil edilmiş, İran ta-
rixçilərinin hərəkatla bağlı mövqeyi müəyyənləşdirilmiş, onlara 
elmi-tənqidi münasibət bildirilmişdir. Müəllif  haqlı olaraq belə 
qənaətdədir ki, İran tarixşünaslığında bəzi tədqiqatçılar  Ş.M.Xi-
yabani hərəkatının tarixi əhəmiyyətini azaltmağa çalışmaqla, 
Azərbaycan türklərinin İran tarixində yerini kiçiltməyə, bu ölkə-
də ictimai-siyasi dəyişikliklərin, köklü islahatların həyata keçi-
rilməsində onların rolunu azaltmağa can atırlar. 


 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
7
E. Mədətlinin “XX əsrin  əvvəlləri Azərbaycan tarixi mə-
sələləri  İran tarixşünaslığında” adlı monoqrafiyası  gərəkli və 
qiymətli tədqiqatdır. Tədqiqatın uğurlu çıxmasında onun müəl-
lifinin tarixi reallığa söykənməyi, mənbə və materiallar üzərində  
səylə çalışması az rol oynamamışdır. Müəllifin
 
elmi tədqiqat üs-
lubu, tarixi faktlara tənqidi və  məsuliyyətli münasibəti, elmi 
dövriyyəyə ilk dəfə gətirilən ilkin mənbələrin bolluğu monoqra-
fiyanı daha da zənginləşdirmişdir. 
Fikrimizcə, bütün yuxarıda göstərilənlər tələb edir ki, Azər-
baycan tarixçiləri tariximizin keşiyində ayıq-sayıq dayanmalı, 
xalqımızın öz qədim və şanlı tarixinə sahib çıxmasına fəal yar-
dım göstərməlidirlər.  
 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin