Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə7/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   2   3   4   5   6   7   8   9   10   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

Eynulla Mədətli 
 
14
li-demokratik hərəkat haqqında məqaləsini
1
 və yazıçı-jurnalist 
Q. Məmmədlinin Şeyx Məhəmməd Xiyabani haqqında
2
 kitabını 
qeyd etmək lazımdır. Bu dövrdən başlayaraq SSRİ-də və Azər-
baycan SSR-də  Cənubi Azərbaycanın müasir tarixinə, ilk növ-
bədə milli-demokratik hərəkatlar tarixinə  həsr edilmiş  əsərlər
3
 
nəşr edilməyə başlayır ki, bu sırada birinci növbədə Ş. Tağıye-
vanın kitabını
4
 göstərmək lazımdır. Ş. Tağıyeva öz əsərində mü-
hüm mənbələr kimi İran mətbuatı ilə yanaşı,  İran tarixçilərinin 
əsərlərindən də istifadə etmiş, onlara öz tənqidi münasibətini bil-
dirmişdir. Həmin dövrdə Məşrutə inqilabının 50-illiyi ilə əlaqədar 
SSRİ-də  nəşr olunan bir sıra elmi məqalə  və kitablarda Azər-
baycanın Məşrutə hərəkatında yeri haqqında maraqlı məqamlara və 
faktlara rast gəlmək olar. XX əsrin 70-ci illərində Şimali Azərbay-
canda İran tarixşünaslarının Azərbaycan tarixinin, mədəniyyətinin, 
dilinin saxtalaşdırılmasına qarşı  tədqiqatlarına dair ayrıca  əsərlər 
                                                 
1
 İbrahimov M. Cənubi Azərbaycanda milli demokratik hərəkat haqqında 
//“İnqilab və mədəniyyət” jurnalı, Bakı, 1947, №4. 
2
 Məmmədli Q. Xiyabani. Bakı, Azərnəşr, 1949, 160 s.  
3
 Иванова  М.Н.  Национально-освободительное  движение  в  Иранском 
Азербайджане в 1918-1920 гг..//Краткие сообщения Института Восто-
коведения АН СССР, Т.XIV, M., 1955; Г.М.Еганян О характере нацио-
нально-освободительного  движения  в  Иранском  Азербайджане  в 
1917-1920  гг.//  Известия  АН  Армянской  ССР.  Серия  общественных 
науки. 1959. № 11-12, c. 49-60; Алиев  С.М.  Керим  Тахерзаде  Бехзад. 
Азярбайджанское  восстание  во  время  конституционной  революции 
Ирана//  Советское  востоковедение, 1958, №1,  с.146-149;  Алиев  С.М. 
Неизвестный  документ  об  иранской  социал-демократической  партии 
(эджтимаюн-уамиюн)// Народы  Азии  и Африки, 1965, №2,  с.133-139; 
Белова  Н.К.  К  вопросу  о  так  называемой  социал-демократической 
партии  Ирана//  Вопросы  истории  и  летературы  стран  зарубежного 
Востока, М., 1960, с. 123-124; Иванов М.С. Иранская революция 1905-
1911  гг.,  М.: 1957; Иванов  М.С.  Иран //«Национальные  процессы  в 
странах Ближнего и Среднего Востока, M., 1970, с. 86- 124. 
4
 Тагиева  Ш.А.  Национально-освободительное  движение  в  Иранском 
Азербайджане  в 1917-1920 гг..  Баку,  Издательство  АН  Азербайджан-
ской ССС, 1956, 120 с. 


 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
15
yazılmağa başladı. Bu istiqamətdə ilk işlərdən biri Abdulla Fazili-
nin 1970-ci ildə buraxdığı kitab
1
 oldu.  Bu  kitabında müəllif  İran 
tarixşünaslığında Azərbaycanın qədim tarixinin saxtalaşdırılması 
ilə bağlı  məsələlərə toxunurdusa, müəllifin növbəti kitabında
2
 
Azərbaycanın qədim və ilk orta əsrlər tarixi haqqında İran tarixşü-
naslığında mövcud olan iddia və yalanlar ifşa edilirdi.  
1978-ci ildə “Azərbaycanın tarix və mədəniyyətinin bur-
jua saxtalaşdırıcılarına qarşı” adlı  məcmuə
3
 çap  edildi.  Məc-
muənin təxminən yarısını təşkil edən 10 məqalədə İran tarixçi-
ləri tərəfindən Azərbaycanın tarixinin, coğrafiyasının, Azər-
baycan xalqının mənşəyinin, dilinin təhrif edilməsi tənqid və 
təkzib edilmişdir. Məcmuənin giriş hissəsində qeyd edildiyi ki-
mi, Azərbaycan tarixi və mədəniyyətinin əsrlər boyu İran tarixi 
və mədəniyyəti ilə bağlı olması məlum həqiqət olsa da, bu bağ-
lılıq heç də birinin digərinin içərisində “həll” edilməsi demək 
deyildir. Qeyd olunurdu ki, bir sıra  İran tarixçiləri arasında 
Azərbaycan tarixini, Azərbaycan xalqının dilini və  mədəniy-
yətini gözdən salmaq cəhdləri müşahidə olunurdu. Belə  əsas-
sız, tarixi saxtalaşdıran fikir və iddialara qarşı haqlı olaraq ca-
vab vermək Azərbaycan alimlərinin vəzifəsi və borcudur. 
Azərbaycan alimlərindən  Ş.Tağıyevanın
4
, O.Əfəndiyevin
5

S.Onullahinin
6
, T.Musəvinin
1
, M. Azərlinin
2
, V.Piriyevin
3

                                                 
1
 Fazili A.H. Azərbaycanın qədim tarixi müasir İran tarixşünaslığında, Bakı, 
1970. 
2
 Fazili A. Azərbaycanın qədim və ilk orta əsrlər tarixi... Bakı, 1984. 
3
 Azərbaycanın tarix və  mədəniyyətinin burjua saxtalaşdırıcılarına qarşı, 
Bakı, Elm, 1978. 
4
 Bax: Tağıyeva Ş. Müasir İran burjua tarixşünaslığında Azərbaycan xalqının 
etnik birliyinin inkar edilməsi haqqında / Azərbaycanın tarix və mədəniyyə-
tinin burjua saxtalaşdırıcılarına qarşı, s. 114-124. 
5
 Эфендиев О. К освещению некоторых вопросов истории сефевидов в 
современной иранской историографии / Azərbaycanın tarix və mədəniy-
yətinin burjua saxtalaşdırıcılarına qarşı, с.125-140.  
6
 Onullahi S.M. İran burjua alimlərinin əsərlərində Azərbaycan dili tarixinin 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin