Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə4/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   2   3   4   5   6   7   8   9   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

YAQUB MAHMUDOV 
AMEA-nın həqiqi üzvü, 
Əməkdar elm xadimi 
Dövlət Mükafatı Laureatı 


Eynulla Mədətli 
 
8
 
GİRİŞ 
 
Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdikdən sonra 
tariximizin bir çox problemlərini, o cümlədən mürəkkəb və keş-
məkeşli hadisələrlə dolu olan XX əsr siyasi tariximizi yenidən 
araşdırmaq və öyrənmək üçün geniş imkanlar açıldı. Ölkəmizin 
beynəlxalq birliyin fəal subyektinə çevrilməsi, humanitar, elmi 
və  mədəni  əlaqələrinnin genişlənməsi tarixi tədqiqatların daha 
da dərinləşməsinə  şərait yaratdı. Tarixçilərimiz ölkəmizdə  və 
keçmiş SSRİ  məkanında indiyə  qədər “tamamilə  məxfi” qrifi 
altında saxlanılan tarixi sənədləri üzə çıxarıb öyrənməklə yanaşı, 
xarici ölkələrdə Azərbaycanın qədim, orta əsrlər və yeni dövr ta-
rixinə aid qiymətli mənbələrlə, həmin ölkələrdə Azərbaycan ta-
rixinə həsr edilmiş əsərlərlə ətraflı tanış olmaq, onlardan bəhrə-
lənmək imkanı qazandırdılar.  
Bu baxımdan, qonşu  İranda Azərbaycan tarixi ilə bağlı 
aparılan tədqiqatların öyrənilməsi və  təhlili mühüm əhəmiyyət 
kəsb edir. Məlum olduğu kimi, Azərbaycan və  İran xalqlarını 
uzunmüddətli ümumi tarix, dini, mədəni-mənəvi dəyərlər birləş-
dirir. Hər iki xalq bir çox əsrlər  ərzində eyni imperiyaların və 
dövlətlərin tərkibində olmuş, birgə taleni yaşamışlar. Buna görə 
də, Azərbaycan tarixi ilə bağlı çoxsaylı mənbələr məhz fars di-
lində yazılmış  və indiyə  qədər  İranın müxtəlif arxivlərində, ki-
tabxanalarında, elmi mərkəzlərində saxlanılır. Onların  əksəriy-
yəti müəyyən səbəblərdən müasir Azərbaycan tarixşünaslığı 
üçün hələlik  əlçatmaz olduğundan bu mənbələr və onlardakı 
materiallarla biz həm də  İran tarixçilərinin  əsərləri vasitəsi ilə 
tanış ola bilirik. İran tarixçilərinin Azərbaycan xalqının tarixi 
keçmişi və müasir inkişaf dövrü ilə bağlı mühakimələri və fikir-
ləri bu baxımdan böyük əhəmiyyət kəsb edir. Bu əsərlər Azər-
baycan tarixinin müxtəlif məsələlərinə yenidən nəzər salmağa 
və dəyərləndirməyə kömək edir.  


 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
9
Tədqiq olunan mövzu Azərbaycan tarixinin öyrənilməsi 
zəruri olan mühüm problemləri sırasındadır. Belə ki, xalqımızın 
etnogenezi məsələsi, XX əsr tarixinin dərindən araşdırılması, 
Cənubi Azərbaycan tarixinin, o cümlədən milli-demokratik hə-
rəkatın dərindən tədqiqi həmişə öz aktuallığını qoruyub saxla-
mışdır. Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan Elm-
lər Akademiyasında ziyalılarla görüşündə Azərbaycan tarixinin 
dərindən və obyektiv öyrənilməsi zəruriliyinə diqqəti cəlb edə-
rək göstərirdi ki, bizim tariximiz – həm qədim tariximiz, həm də 
son dövrlərin, yəni XIX, XX əsrlərin tarixi istənilən səviyyədə 
yazılmayıb. Heydər Əliyev Azərbaycan tarixinin obyektiv şəkil-
də öyrənilməsi ilə bağlı tarixçilər qarşısında konkret vəzifələr 
qoyaraq vurğulayırdı: “Xalqımız qədim xalqdır, böyük tarixə, 
böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi, 
onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik oldu-
ğunu xalqımıza nə qədər dərindən çatdıra bilsək, bir o qədər də 
xalqımızda vətənpərvərlik hissini, azərbaycanlılıq hissini yük-
səldərik. Müstəqillik dövründə torpaqlarımızı müdafiə etmək, 
Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün bu, çox gə-
rəklidir, lazımdır”.
1
  
İranda Azərbaycan tarixinə həsr edilmiş əsərlərin hərtərəfli 
və dərin təhlili həm də Azərbaycan tarixinin müxtəlif problemlə-
rinin öyrənilməsində bu əsərlərin  əhəmiyyətini üzə  çıxarmağa 
və müəyyənləşdirməyə imkan verir.  
Tədqiq olunan mövzunun aktuallığı həm də siyasi-ideoloji 
amillərlə şərtlənir. Müasir İran tarixşünaslığının əksər nümayən-
dələri, xüsusən paniranist mövqedən çıxış edən, fars millətçi-şo-
vinist əhval-ruhiyyəli tarixçilər Azərbaycan tarixini saxtalaşdır-
maq, bununla da Azərbaycan xalqının keçmişinə və gələcəyinə 
kölgə salmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu tarixçilər Azər-
                                                 
1
 Əliyev H. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibə-
lər, məktublar, məruzələr, müraciətlər, fərmanlar. Iyun 1993-may 1994. I 
Kitab. Bakı, Azərnəşr, 1997, s. 155-156.  



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin