Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə5/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   2   3   4   5   6   7   8   9   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

Eynulla Mədətli 
 
10
baycan türklərinin müstəqil xalq olmadığını, Araz çayından  şi-
maldakı torpaqların heç zaman Azərbaycan adlanmadığını, er-
mənilərin iddia etdikləri Qarabağın və Naxçıvanın Azərbaycana 
məxsus olmadığını “sübut etmək” üçün bütün vasitələrə  əl at-
maqdan çəkinmirlər.  
Azərbaycan tarixini saxtalaşdırmağı özünə peşə seçən bəzi 
tarixçilər təkzibolunmaz ilk mənbələrlə, real tarixi həqiqətlərlə 
hesablaşmadan  Ərəb xilafətinin süqutundan sonra Azərbaycan 
və  İran torpaqlarını, habelə digər qonşu ölkələri idarə edən 
bütün Azərbaycan-türk sülalələrini, o cümlədən Səfəviləri, 
Əfşarları, Qacarları, bu sülalələrin görkəmli nümayəndələri olan 
Şah  İsmayıl Xətaini,  Şah Təhmasib Səfəvini,  Şah Abbas Sə-
fəvini, Nadir şah  Əfşarı, Ağa Məhəmməd  şah Qacarı  və digər 
Azərbaycan-türk hökmdarlarını da İran-fars hökmdarları kimi 
qələmə verməkdən usanmırlar. 
XX əsrin sonlarında tarixi Azərbaycan torpaqlarının şima-
lında - Böyük Azərbaycanın kiçik bir hissəsində dövlətçiliyimiz 
dirçəldikdən sonra İran saxtakarlarının Azərbaycan xalqının tari-
xi reallıqlarına hücumları daha amansız xarakter almışdır. Qon-
şu ölkənin müxtəlif dairələri tərəfindən istiqamətləndirilən və 
şirnikləndirilən bəzi İran tarixçiləri Azərbaycan tarixini saxtalaş-
dırmaq sahəsində ixtisaslaşmışlar. Yumşaq deyilsə, Azərbaycan 
xalqının tarixi keçmişini saxtalaşdırmaq İranda bir peşə sahəsinə 
çevrilmişdir.  
Müasir dünyanın reallıqları ilə hesablaşmayan bir sıra  
İran tarixçiləri vaxtı ilə Gülüstan və Türkmançay müqaviləsi ilə 
bölüşdürülən Azərbaycanın bir hissəsində – şimalında müstəqil 
Azərbaycan dövlətinin yaranmasından ehtiyatlanaraq real tarixin 
saxtalaşdırılmasında ən primitiv, ən gülünc metodlara əl atırlar. 
Belə ki, hazırda  İran  İslam Respublikasının tərkibində olan 
Cənubi Azərbaycanın və  İranın digər vilayətlərinin  ən qədim 
yerli  əhalisi – aborigenləri olan Azərbaycan türkləri «sonradan 
türkləşmiş» «qədim İrandilli» əhali kimi qələmə verilir, müasir 


 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
11
Azərbaycan Respublikasının  ərazisi tarixi Azərbaycan torpağı 
deyil, guya, Azərbaycanla heç bir əlaqəsi olmayan «Arran» 
hesab edilir və s. Bu gün İran arxivləri və kitabxanalarında sax-
lanılan çoxsaylı ilk mənbələrin təsdiq etdiyi tarixi reallıqları heç 
bir elmi əsas olmadan inkar edən  İran saxtakarlarının məqsədi 
aydındır: guya müasir İranın tərkibində olan Cənubi Azərbaycan 
tarixən  İrana məxsus olan bir fars vilayəti olub; bu vilayətin 
aborigen  əhalisi olan müasir azərbaycanlılar da qədim  İrandilli 
əhali imiş  və sonradan türkləşiblər; o ki qaldı Arrana, bu ərazi 
də Azərbaycan türklərinə deyil, müxtəlif mənşədən olan 
çoxsaylı etnoslara məxsusdur. 
Yeri gəlmişkən, müxtəlif ölkələrdə olan anti-Azərbaycan 
dönüklərinin  İrana «Arranşünaslıq» konfranslarına dəvət olun-
ması da artıq adət halını almışdır. Heç də  təsadüfi deyil ki
İranın bir sıra tarixçiləri bu məsələdə «qardaşları» olan erməni 
saxtakarları ilə eyni mövqedən çıxış edirlər! 
Nə qədər ağır və nə qədər acı olsa da, bu da bir həqiqətdir 
ki, Azərbaycan xalqının qədim və zəngin tarixinə məqsədyönlü 
şəkildəqara yaxan, təhrif edilmiş  şəkildə təqdim edən tarixçilər 
sarasında Cənubi azərbaycanlı tədqiqatçılar çoxluq təşkil edirlər.   
Əsası  Əhməd Kəsrəvi tərəfindən qoyulmuş qeyri-elmi nəzə-
riyyəni davam etdirən bu üzdəniraq tarixçilərin Azərbaycan 
xalqının mənşəyinin, tarixinin, coğrafiyasının saxtalaşdırılması-
na yönəlmiş iddiaları elə erməni tarixçilərinin, ideoloqlarının id-
diaları ilə tam üst-üstə düşür, əksər hallarda isə bu iddialar bir-
birindən qaynaqlanır. Buna görə də İran tarixşünaslığının Azər-
baycanın tarixi, bu günü ilə bağlı böhtan və uydurmalarına ca-
vab vermək Azərbaycan tarixşünaslığı qarşısında duran vacib 
məsələlərdən biridir. 
Mövzunun aktuallığını səciyyələndirən amillərdən biri də 
İranda 30 milyon nəfərdən çox Azərbaycan türkünün mövcudlu-
ğu faktıdır.  İran tarixşünaslığı güneyli Azərbaycan türklərinin 
farslarla eyni mənşədən – ari irqindən olduqlarını və yalnız orta 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin