AZӘrbaycan elmlәr akademiyasi



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix31.01.2017
ölçüsü1 Mb.
#7191
1   2   3   4   5   6   7   8   9
Tofiq Köçərli 
- 10 - 
Qarabağ: Yalan və Həqiqət 
E.ә. IV әsrdә Azәrbaycanın cәnubunda Atropatena, şimalında Albaniya dövlәti 
yaradılmışdı. Albaniyaya Aran da (әrәb mәnbәlәrindә - Arran) deyiblәr. Professor 
S.Aşurbәylinin fikrincә, Aran Albaniyanın qәdim yerli adıdır
5
. Aran ölkәsinin adı 262-ci ilә 
aid kitabәdә  hәkk olunmuşdur.
6
 Aran sözünә  qәdim türk dilindәn başqa heç bir Şәrq 
dilindә rast gәlinmir.
7
 
Aran ölkәsi haqqında әrәb dilli mәnbәlәrdә әtraflı mәlumat var. X әsr müәllifi Әl-Kufi 
“Kitab әl-fütuh” әsәrindә Aran ölkәsindәn, onun paytaxtı Bәrdә şәhәrindәn danışır, VIII 
әsr Aran hökmdarının adlarını  çәkir.
8
 Sonralar Gәncә  şәhәri Aranın paytaxtı olmuşdur. 
Yaxud, Yaqut әl-Hәmәvi (1179-1229) yazır ki, Aran “geniş bir vilayәtin әrәbcә olmayan 
adıdır, çoxlu şәhәrlәri var, onların içindә  Cәnzә  şәhәri (xalq onu Gәncә adlandırır), 
Bәrdә, Şәmkir vә Beylәqan şәhәrlәri vardır”.
9
 
Ermәni müәlliflәri Aranı-Albaniyanı “ermәnilәşdirmәyә”, yaxud Şәrqi Ermәnistan 
hesab etmәyә cәhd göstәrirlәr. 
Hәlә Strabon (e.ә. 6463 - b.e. 2324) bizim regionda üç dövlәtin - Albaniya, 
Ermәnistan vә İberiyanın (Gürcüstanın) mövcud olmasını vurğulamışdır. O, Albaniyanın 
sәrhәdlәrini dә ümumi planda qeyd etmişdir: 
“Albanlar ... iberlәrlә Kaspi dәnizi arasında yaşayırlar:  şәrqdә onların ölkәsi dәnizә 
bitişir, qәrbdә isә iberlәrlә  hәmsәrhәddir. Qalan tәrәflәrә  gәldikdә ölkәnin  şimal tәrәfi 
Qafqaz dağları ilә әhatәlәnib, ... cәnub tәrәfi isә onunla hәmsәrhәd olan Ermәnistandır. 
Onlar 60 min piyada vә 22 min atlını silahlandırırlar; bu qәdәr çoxsaylı qoşunla onlar 
Pompeyә qarşı  çıxmışdılar... Albanların ölkәsinә Kaspiana vilayәti dә daxildir, onun vә 
dәnizin dә adı indi itib getmiş tayfanın adından götürülüb”
10
 (Plutarx (b.e. I-II ә.ә) 40 
min albanın Pompey üzәrinә hücuma keçmәsini
10a
, Pavel Orosiy (b.e IV-Vә.ә) Pompeyin 
“üç dәfә döyüşdә alban çarı Qoroda qoşununa qalib” gәlmәsini yazmışdır. IV әsr 
müәlliflәri Yevtropiy vә Fest Pompeylә vuruşan “alban çarını” Oroda şәklindә 
vermişlәr”
11
 (“Qoroda” ya “Oroda”? Bu, deyәsәn hәlә dәqiqlәşdirilmәyib). 
Strabonda Albaniya haqqında başqa maraqlı mәlumatlar da var: 
- Albanlarda “bir hökmdar bütün tayfalara başçılıq edir. Qabaqlar isә hәr müxtәlifdilli 
tayfanı öz hökmdarı idarә edirdi. Onlarda 26 dil vardır ...” 

Tofiq Köçərli 
- 11 - 
Qarabağ: Yalan və Həqiqət 
- “Albanlar qocalığa, nәinki valideynlәrinә, hәm dә yad (qoca) adamlara hәddindәn 
artıq hermәt edirlәr” Vә i.a. 
Bir sıra tәdqiqatçıların (A.Amiranaşvili, K.Trever, F.Mәmmәdova vә b.) fikrincә, I-III 
әsrlәrdә Albaniya siyasi suverenliyini vә dövlәtçiliyini Gürcüstan vә Ermәnistana nisbәtәn 
daha çox saxlaya bilmişdi”.
12
 
Moisey Kalankatuklunun “Albaniya tarixi” әsәri Albaniya tarixinә dair qiymәtli 
mәnbәdir. 
Hәmin  әsәrdә yazıya malik olan yeddi xalq sırasında (yәhudilәr, yunanlar vә b) 
“ermәnilәr vә albanlar” da gestәrilmişdir.
13
 Moisey Kalankatuklu hәm dә yazmışdır ki, 
Albaniya xristianlığı ermәnilәrdәn 270 il qabaq qәbul etmişdir.
14
 
Z.Bünyadovun yazdığı kimi, bәzi müәlliflәr Albaniya hökmdarı Cavanşiri (62728-680) 
“ermәnilәşdirmәyә” çalışırlar. Mәsәlәn, S.T.Yeremyan onu “alban-ermәni işxanı 
Djuanşer” adlandırır. 
N.Aginyan isә (Avstriya) iddia edir ki, “ümumiyyәtlә belә bir knyaz olmamışdır”.
15
 
Bununla  әlaqәdar Kalankatuklunun “Albaniya tarixi”ndәn Cavanşirlә bağlı bir-iki 
epizodu yada salaq:  
 - Cavanşir İran Sasanilәrinin Әrdәşir (Mehranilәr) sülalәsindәn olan Albaniya knyazı 
Varaz-Qriqorun ikinci oğlu idi. O, “İberiya sәrhәdlәrindәn Dәrbәndә  vә Araz çayına 
qәdәr olan torpaqları hakimi-mütlәq kimi idarә edirdi”.
16
 
-  İranlılar Albaniyaya basqın edirlәr. Bir neçә döyüşdә Cavanşir qәlәbә qazanır. 
“Amma elә bu vaxt ona xәbәr çatdı ki, iranlılar Bәrdәyә daxil olub anasını vә qardaşlarını 
әsir” alıblar. Cavanşir “balalarını itirmiş dişi ayı kimi çox qәzәblәndi vә hiddәtlәndi”. O, 
Gürcüstan knyazı ilә “sarsılmaz sülh sazişi” bağladı  vә “gürcü qoşununun kömәyi ilә 
tezliklә Uti vilayәtinә yürüdü vә orada rastlaşdığı bütün iranlıları  qılıncdan keçirdi. O, 
iranlıların hamısını öz qış iqamәtgahı olan Bәrdә  şәhәrini alanda da qırdı. O, şәhәri 
alaraq öz anasını  vә qardaşlarını da azad etdi. Cavanşirin qәlәbәlәrini görüb eşidәn 
Ermәniyyә  vә Gürcüstan әyanları onun üçün öz nәsillәrindәn qız seçib onunla qohum 
olmaq istәdilәr. Lakin o, Sünik vilayәti knyazının Aruncan nәslindәn özünә  qız seçib 
onunla evlәndi”.
17
 

Tofiq Köçərli 
- 12 - 
Qarabağ: Yalan və Həqiqət 
- “Cavanşir böyük İran şahlığının tәnәzzülü haqqında fikirlәşәrәk belә qәnaәtә gәldi 
ki, bundan sonra öz hakimiyyәtini heç kәsә tabe etmәsin. Cavanşir  İran sәrkәrdәsinә 
cәsarәtlә xәbәr verdi ki, hәr iki tәrәf bildiyi kimi müstәqil hökmdarlıq etmәlidir”.
18
 
- Cavanşir İranda Bizans imperatoru Konstans ilә görüşәrkәn, ondan xahiş etdi ki, 
“Әbәdi Çarın (İsanın) xaçının zәrrәciyini ona versin. Elә orada İmperator Xilas Günәşinin 
zәrrәciyinin günahları yandıran bir hissәsini ayırıb ona verdi. Belә  sәmavi hәdiyyәlәri 
alan Cavanşiri görәndә ermәni  әyanları  vә  sәrkәrdә Hamazasp ona paxıllıq etdilәr 
(Z.Bünyadovun yazdığına görә, Hamazasp әrәblәrin tәyin etdiyi Ermәniyyә valisi 
olmuşdur - T.K.) ... Bundan sonra o, imperatordan vidalaşıb getmәk izni aldı  vә 
imperator İran vә ermәni әyanlarının hüzurunda onunla xadimi kimi yox, eyni sәviyyәli 
qardaşı kimi vidalaşdı. Cavanşir dә Allahın ona mәrhәmәtinә heyran qalaraq öz ölkәsinә 
qayıtdı”
19
... 
VII  әsrin  әvvәllәrindә böyük әrәb dövlәti - Xilafәt vә dünyanın  әn çox yayılmış üç 
dinindәn biri olan islam dini yarandı. Xilafәtin vә islamın banisi Mәhәmmәd peyğәmbәr 
idi. 
Әrәb istilasına mәruz qalan ilk ölkәlәrdәn biri Cәnubi Azәrbaycan oldu. Әrәblәrlә 
döyüşlәrdә әsir düşmüş Azәrbaycan qoşunlarının komandanı mәrzban İsfәndiyar 639-cu 
ildә  әrәblәrlә belә bir sülh müqavilәsi bağladı: “... Bu sәnәd o barәdәdir ki, Ütbә ibn 
Farkad, әmirәlmöminin Ömәr ibn әl-Xәttabın canişini (amili), Azәrbaycan әhalisinә, onun 
dәrәlәrdә  vә dağlarda, ucqarlarda vә  sәrhәdlәrdә olan bütün xalqına  әmin-amanlıq 
(aman) bәxş edir (әta әhli Azәrbaycan)...”.
20
 
Demәli, artıq VII әsr üçün ölkәmizin “Azәrbaycan” adı tam qәrarlaşmışdı. 
Әt-Tәbәri dә (838-923) әrәblәrin VII әsrdә “Azәrbaycan ölkәsindә” “türklәr” ilә 
müharibә aparmasını vurğulamışdır.
21
 
Nәticә etibarı ilә әrәblәr bütün Azәrbaycanı işğal etmişdilәr. 
Artıq IX-X әsrlәrdә Azәrbaycan әrazisindә әrәb әsarәtindәn xilas olub müstәqillәşәn 
dövlәtlәr - Şirvanda Mәzyәdilәr-Şeybanilәr, Gәncә paytaxt olmaqla Şәddadilәr, paytaxt 
Tәbriz olmaqla Sacilәr vә s. dövlәtlәr yaranır. Z.Bünyadovun yazdığına görә, Sacilәrin 
hökmranlığı dövründә Azәrbaycan torpaqları vahid bir dövlәtdә birlәşdirilmişdi. O, 
professor P.K.Jüzedәn belә bir fikir gәtirir ki, sacilәr “IX әsrin ikinci yarısında meydana 

Tofiq Köçərli 
- 13 - 
Qarabağ: Yalan və Həqiqət 
gәlib Azәrbaycan vә Ermәnistana bir neçә bacarıqlı hökmdar verәn türk sülalәsindәn” 
idilәr.
22
 (Oxucu adı  çәkilәn dövlәtlәr, habelә Manna vә Atropatena haqqında, digәr 
Azәrbaycan dövlәtlәri haqqında Azәrbaycan Respublikası Elmlәr Akademiyasının müxbir 
üzvü M.İsmayılovun “Azәrbaycan tarixi” kitabından (Bakı, 1992) yığcam, Mәzyәdilәr, 
ümumiyyәtlә Şirvanşahlar dövlәti, Sacılәr, Atabәylәr haqqında akademik Z.Bünyadovun 
“Azәrbaycan VII-IX әsrlәrdә” (Bakı, 1965) vә “Azәrbaycan atabәylәri dövlәti” (Bakı, 
1983) kitablarından, professor S.Aşurbәylinin “Государство  Ширваншахов” (Bakı, 
1983) kitabından, Albaniya haqqında Z.Bünyadovun, İqrar  Әliyevin, Kamal Әliyevin vә 
Fәridә Mәmmәdovanın kitablarından әtraflı mәlumat ala bilәr). 
Göründüyü kimi, lap qәdimlәrdәn vә erkәn orta әsrlәrdә Azәrbaycan  әrazisindә 
müxtәlif adlarda bir çox dövlәt mövcud olmuşdur. Bunlardan bilavasitә Azәrbaycan 
adlanan dövlәt yox idi. Lakin ölkә Azәrbaycan adını daşıyırdı. 
Әt-Tәbәrinin (838-923) fikrincә, “pәhlәvi dilindә atәşә “azәr” deyilәrdi vә ibadәt 
edilәn atәşin  әn böyüyü burada olduğundan mәmlәkәtә  әcәmlәr Azәrbaycan 
demişlәr”
23
. Fransız sәyyahı Jan Şardәn dә bu fikirdәdir: “Farslar deyirlәr ki, bu әyalәt 
Azәrbaycan, yәni “od yeri” vә ya “od ölkәsi adlanmışdır”
24
  Әksәr mütәxәssislәr 
Azәrbaycan adını Odlar yurdu kimi mәnalandırırlar.
25
 Başqa versiyalar da var. Mәsәlәn, 
XVI әsr müәllifi Fәzlullah Rәşidәddin Azәrbaycan adının yaranmasını әfsanәvi Oğuz xanla 
әlaqәlәndirir: Oğuzxan Azәrbaycanı aldıqdan sonra “әmr edir ki, hәrә bir әtәk torpaq 
gәtirәrәk tәpә yapsınlar. Böyük bir tәpә yaranır. Tәpәnin adına Azәrbaynan dedilәr”. 
F.Rәşidәddinә görә, “Azәr” türkcә yüksәk demәkdir, “baynan” varlıların, uluların yeri 
mәasındadır.
26
  İran tarixçisi Cәmalәddin Fәtihi “Azәrbaycan” adının 23 әsrlik tarixi 
olmasını qeyd edir. Başqa birisinin -Sәid Nәfisinin fikrincә “Atropatena” eramızın II 
әsrindәn etibarәn “Azәrbaygan” adlanmışdır ... Eramızın V әsrindәn etibarәn Suriya 
yazıçıları onu Azәrbaycan adlandırmışlar. Bu söz әrәb dilindә Azәrbaycan vә sonra isә 
Azәrbican olmuşdur.”
27
 
Bir sıra orta әsr mәnbәlәri Azәrbaycan ölkәsinin o zamankı  sәrhәdlәri haqqında 
tәsәvvür yaradır. Әt-Tәbәri yazmışdır: 
“Azәrbaycan  әrazisi Hәmәdan - Zәncan  şәhәrlәrindәn başlar, Dәrbәndә  qәdәr 
davam edәr, bu әraziyә Azәrbaycan deyirlәr”
28
. Hәmdullah Müstövhi qeyd edir ki, 

Tofiq Köçərli 
- 14 - 
Qarabağ: Yalan və Həqiqət 
Azәrbaycanın uzunluğu Bakıdan Xalxala qәdәrdir
29
 (Xalxal Cәnubi Azәrbaycan 
vilayәtidir). Başqa bir mәnbәdә (“Mirat ül-buldani-Nasiri”) Azәrbaycanın hüdudunun 
Şәrqdәn Bәrdә  vә  qәrbdәn Zәncan olması göstәrilir. (“Hәdde Azәrbaycan  әzmәşreq-
Bәrde vә әz Mәğreb -Zәncan ...”)
30
 İbn әl Fәqih “Azәrbaycan sәrhәddi (şimal sәrhәdi - 
T.K.) ... Kür çayıdır” deyir. 
X  әsr müәllifi  Әl-Müqәddәsi yazır: “Arrana gәldikdә bu әrazi bütün vilayәtin (Ziya 
Bünyadovun qeydinә görә, Azәrbaycanın -T.K.) üçdә birini tәşkil edir vә dәniz ilә Araz 
çayı arasında bir yarım Cәzirәyә bәnzәyir. Malik (Kür) çayı isә vilayәti uzununa iki yerә 
bölür”
31
. Fransız sәyyahı Jan Şardәn dә “Sәfәvi imperiyasının  әn böyük әyalәtlәrindәn 
biri “olan Azәrbaycanın şimalda Dağıstanla hәmsәrhәd” olmasını qeyd edir.
32
 
Z.Bünyadov yazır ki bәzi müәlliflәr Aranı “Yuxarı Azәrbaycan” (Azәrbaycan  Әl-
Ülya)”
33
 adlandırmışlar. Onun yazdığına görә, X әsr  әrәb müәllifi  İbn Hövqәl  İstәxri 
Azәrbaycan, Aran vә Ermәnistanın ümumi xәritәsini yaratmış  vә onu “Azәrbaycanın 
xәritәsi” adlan-dırmışdır.
34
 O, Xәzәr dәnizinin dә xәritәsini çәkәrәk, bütün sahil әrazisini 
Dәrbәndәdәk Azәrbaycan adında vermişdir.
35
 
Orta  әsr mәnbәlәri Azәrbaycanın  әhalisi haqqında mәlumat verir. Onlar tәsdiqlәyir 
ki, Azәrbaycan qәdimdәn bir çox türkdilli soyun mәskunlaşdığı ölkәdir. IX әsr  әrәb 
müәllifi  Әbümәhәmmәd  Әbdülmәlik  İbn Hişamın yazdığına görә,  әrәb xәlifәsi I 
Müaviyyә (661-680) öz müşavirindәn “Azәrbaycan” haqqında soruşur. Müşavir cavab 
verir ki, “Azәrbaycan qәdimdәn türklәrin yaşadığı ölkәdir”.
36
 
1126-ci ildә farsca yazılmış bir imzasız әsәrdә dә VII әsrdә deyilmiş fikrә bәnzәr fikir 
var: “Azәrbaycan qәdimdәn türklәrin әlindә olan bir ölkәdir”.
37
 
Mәnbәlәrdә Aran ölkәsinin dili haqqında da mәlumat var. VI әsr “Suriya xronikası” 
Aranın Qurzan (Gürcüstan) vә Ermәnistanın dillәrindәn fәrqlәnәn öz dili olmasını xәbәr 
verir.
38
 X әsr müәllifi әl-İstәxri Dәbil vә onun әtrafında әhalinin “ermәni dilindә, Bәrdә 
nahiyyәlәri әhalisinin isә aran dilindә”
38a
 danışmasını bildirir. Sara Aşurbәyli hesab edir 
ki, hәmin aran dili Azәrbaycan - türk dilidir.
39
 
Belәliklә, Azәrbaycanın şimalı vә cәnubu (burada hansı adlı müxtәlif dövlәt olması, 
yaxud müxtәlif dövrlәrdә Azәrbaycanın bu vә ya başqa hissәsinin hansı inzibati-әrazi 
bölgüsündә olmasına baxmayaraq) Cahangir Zeynaloğlunun ifadәsi ilә desәk, “yekvücud 

Tofiq Köçərli 
- 15 - 
Qarabağ: Yalan və Həqiqət 
bir mәmlәkәt”
40
 olmuşdur. “İran Azәrbaycanı” vә “Rusiya Azәrbaycanı”, yaxud “Qafqaz 
Azәrbaycanı” tarixi-coğrafi anlayışları XIX әsrin  әvvәllәrindәn “icad” olmuşdur. 
Azәrbaycan xalqını manqurtlaşdırmaq üçün müstәmlәkәçilәr tәrәfindәn “icad” edilmişdir. 
Elә o vaxtlardan da hәtta Muğan düzü “İran Muğanı” vә “Rusiya Muğanı”na, Astara 
“İran Astarası” vә “Rusiya Astarası”na bölünür (“Astareyi-İran”, “Astareyi-Rus”), Culfa da 
onun kimi vә s. 
Demәli Mirzә Mahmud xanların, Stupişinlәrin XX әsrdә görmәmәzliyә vurduqları, 
yaxud bilmәk istәmәdiklәri hәqiqәtlәri ölkәmizin “Azәrbaycan” adını, xalqımızın da “türk 
xalqı” olmasını hәlә VII әsrdә әrәb xәlifәsi bilirmiş! 
Heç dә xalqların vә dövlәtlәrin indiki adları birdәn-birә yaranmayıb, birdәn-birә 
qәrarlaşmayıb. “Rusiya” adını götürәk. Ensiklopediyaların mәlumatlarına görә, “Rusiya” 
termini XV әsrin axırlarında  әmәlә  gәlib. Dövlәt dә müxtәlif dövrlәrdә müxtәlif adlar 
daşıyıb. Kiyev Rusu, Vladimir-Suzdal knyazlığı, Moskva knyazlığı  vә s. Nәhayәt, yalnız 
XVIII әsrin әvvәllәrindәn dövlәt rәsmәn Rusiya imperiyası adlanıb. 
Vahid mәrkәzlәşmiş dövlәt olmadığı  şәraitdә Azәrbaycan  әrazisindә mövcud olmuş 
dövlәtlәr әsasәn ya hakim sülalәlәrin ya da bu vә ya başqa yerin adları ilә adlanmışlar. 
1918-ci ildә  Şimali Azәrbaycanda vahid mәrkәzlәşmiş milli dövlәt yaradılanda dövlәt 
ölkәnin mövcud. adı ilә Azәrbaycan dövlәti adlandırıldı. 0 adla ki, qәdimdәn var idi vә 
Hәmәdan-Zәncandan başlamış Dәrbәndә qәdәr olan ölkә hәmin adla -”Azәrbaycan” adı 
ilә tanınırdı! 
Stupişin bizi “tamamilә başqa xalqın, ola bilsin, qardaş, lakin başqa ölkәdә (İranda) 
yaşayan xalqın adını götürüb” mәnimsәmәkdә ittiham edir. Mirzә Mahmud xan isә 
“Qafqazda vә  İranda türk әsla yoxdur; hamı farsdır” deyir. Bu hökmlәri rәdd etmәyә 
dәymәz. Lakin onu nәzәrә çatdırmaq lazımdır ki, “tamamilә başqa xalq” adlandırılan İran 
Azәrbaycanının azәrbaycanlıları ilә biz bir vahid doğma xalqıq. Qanı bir, dili bir, adı bir, 
mәdәniyyәti vә incәsәnәti bir, әdәbiyyatı bir, tarixi bir, folkloru bir, sazı-sözü bir, ruhu 
bir, dәrdi bir, adәt-әnәnәsi bir xalqıq. XIX әsrin  әvvәllәrindә Rusiya-İran müharibәlәri 
nәticәsindә iki yerә parçalanan, qohum qohumdan, bacı qardaşdan, oğul atadan, qız 
anadan, sevgili sevgilisindәn ayrı salınan xalqıq. Azәrbaycan xalqıyıq, türk dilli xalqıq, 
türkdilli xalqlar ailәsinin böyük bir parçasıyıq. Bәlkә dә: 

Tofiq Köçərli 
- 16 - 
Qarabağ: Yalan və Həqiqət 
Araz aşanda ağlar, 
Kür qovuşanda ağlar. 
Balalar anasından, 
Ayrı düşәndә ağlar. 
yaxud: 
Araz, Araz, xan Araz, 
Dәryaya axan Araz
Sevgilim o taydadır, 
Gәl eylәmә qan Araz! 
yaxud da: 
Әzizim Ordubada, 
Sәlmasdan Ordubada, 
Sәrkәrdә qoçaq olsa, 
Heç vermәz ordu bada 
kimi XIX әsr Cәnubi Azәrbaycan bayatılarından hansısa Azәrbaycanın iki yerә 
parçalanması ilә  әlaqәdar yaranan ağıdır. Ancaq bu bayatılar  şәksiz “tarix yuvasıdır”; 
Azәrbaycanın bütövlüyünün, Arazla Kürün әkizliyinin, Sәlmas ilә Ordubadın doğmalılıq 
әlaqәlәrinin bәdii tarixidir. 
Farslara gәldikdә isә, biz onlarla dindaşıq. Qonşuyuq. Ortaq tariximiz var. Ortaq 
әdәbiyyatımız var. Ortaq mәdәniyyәtimiz var i.a. 
Stupişinlәri oxuyarkәn mәndә belә bir tәsәvvür yaranır ki, bu gün, XX әsrin 
axırlarında Rusiyanın bәzi yüksәk elmi rütbәli tarixçilәri Azәrbaycan tarixini öz 
sәlәflәrindәn - XIX әsr Rusiya dövlәt vә  hәrb xadimlәrindәn, qafqazşünaslarından, lap 
yumşaq desәk, zәif bilirlәr. Ölkәmizin Azәrbaycan adı ilә bağlı bir neçә faktı xatırladaq. 
Qafqazda rus qoşunlarının baş komandanı Sisianov imperator I Aleksandra göndәrdiyi 
raportda (12 mart 1803-cü il) Qarabağ xanı  İbrahim Xәlil xanı  vә b. nәzәrdә tutaraq 
yazmışdı: “Azәrbaycan xanlarının böyük hissәsinin açıqdan-açığa  İran müstәbid 
idarәsindәn zәhlәsi gedir”
41
 Gәncә şәhәrinin işğalı günlәrindә isә, 1804-cü il yanvarın 3-
dә Sisianov qraf Voronsova yazır: “Asiyalıların basılmaz saydıqları  Gәncә qalası bütün 
Azәrbaycanı (mәtndә: “Adzerbeydjan” - T.K.) vahimәdә saxlayır”.
42
  Hәr iki halda 
Sisianov heç şübhәsiz, birinci növbәdә  vә konkret olaraq Şimali Azәrbaycanı, geniş 
mәnada isә  şimallı-cәnublu bütün Azәrbaycanı  nәzәrdә tutmuşdu. Gәncәnin zәbt 
olunması münasibәtilә Rusiya imperatoru I Aleksandr 1804-cü il fevralın 5-dә Sisianova 

Tofiq Köçərli 
- 17 - 
Qarabağ: Yalan və Həqiqət 
“Ali reskript” göndәrmişdi. Reskriptdә Sisianova tapşırılmışdı ki, İran  şahının “diqqәtini 
Azәrbaycandan (mәtndә: “Adzerbeydjan” - T.K.) vә  Xәzәr dәnizinin qәrb sahilindәki 
vilayәtlәrdәn“
43
 yayındırsın. Heç şübhәsiz, burada da birinci növbәdә Şimali Azәrbaycan 
nәzәrdә tutulmuşdur. Yaxud, İ.V.Qudoviç 1808-ci il martın 7-dә Peterburqa mәlumat 
vermişdi: “Farslar özlәri etiraf edirlәr ki, Azәrbaycanın indi Rusiya hakimiyyәti altında 
olan hissәsi hәmişә  İrana etibarsız olub”.
44
 Bu halda da, şәksiz Qarabağ xanlığına vә 
Şimali Azәrbaycanın bәzi başqa xanlıqlarına işarә olunmuşdu. 
İndi dә Rusiya qafqazşünaslarının fikirlәri ilә tanış olaq. 
1843-cü ildә  “Журнал  Министерства  народного  образования” “Azәrbaycan 
lәhcәsinin elastik vә xoşavaz” olmasını vurğulamışdı. Mirzә Kazım bәy 1853-cü ildә 
Peterburq Universiteti Şәrq dillәri fakültәsinin açılışında izah etmişdi: “Adәrbican-tatar 
dili Rusiyanın Zaqafqaziya әrazilәrindә. işlәdilәn türk lәhcәsidir. Bu dil ölkәnin 
(Adәrbican) öz adı ilә adlanır. Tәbriz (Tavriz) şәhәri bu ölkәnin paytaxtı hesab 
olunurdu”.
45
 M.Kazım bәyin hәmin çıxışı elә o zaman “Журнал  Министерства 
народного образования”da çap edilmişdi (1853, № 10-12). 
Azәrbaycanın  şimalının işğalından xeyli vaxt keçmişdi. Ancaq ölkәnin  Şimalının da 
Azәrbaycan olması  hәlә yaddaşda idi. Rusiyanın Zaqafqaziya әrazilәrindә  işlәdilәn 
“Adәrbican-tatar” dili “ölkәnin (Adәrbican) öz adı ilә” adlanırdı! 
Zaman keçdikcә Rusiyada Şimali Azәrbaycanı gah “Zaqafqaziya müsәlman әyalәti”, 
gah “müsәlman vilayәti”, xalqımızı isә  sәhvәn “tatar” adlandırdılar. Hәtta “türk” 
adlanmağımız qadağan edilirdi. Belә bir fakt var. “Hәyat” qәzetinin sәrlövhәsindә 
“türkcә” vә “islamiyyә” ibarәlәri qeyd olunurdu. Qafqaz canişini qәzetin bu “zәrәrli 
mәslәki” ilә  әlaqәdar rәsmi göstәriş vermişdi: “Tәcili olaraq “hәyat”ın sәrlövhәsindәki 
“türk” sözü pozulsun, әvәzindә “tatar” sözü yazılsın”.
46
 
İşğal edilәn yerlәrin adlarını rәsmәn dәyişmәk, yaxud onların adlarını dilә gәtirmәyib 
qeyri-rәsmi silmәklә tabe xalqları manqurtlaşdırmaq sәylәri müstәmlәkәçilik  әnәnәsi 
olmuşdur. Rusiya Gәncәni işğal etmәyә macal tapmamış, dahi Nizami Gәncәvinin (1114-
1209) vәtәninin - qәdim Gәncәnin adını  dәyişib, onu Rusiya imperatorunun arvadı 
şәrәfinә “Yelizavetpol” adlandırdığı kimi! (A.S.Qriboyedovun 26 iyun 1827-ci il tarixli yol 
qeydlәrindә belә bir qeyd var: 

Tofiq Köçərli 
- 18 - 
Qarabağ: Yalan və Həqiqət 
“Abbasqulu (Bakıxanov - T.K.) Yelizavetpol vuruşmasının  şair Nizaminin qәbri 
üzәrindә getmәsini danışır”. Ola bilsin, Qriboyedov vuruşmanın bu müqәddәs yerdә 
getmәsindәn tәәssüflәnmişdir. Bәlkә  dә o, Nizami Gәncәvinin doğma  şәhәrinin adını 
dәyişdirilmәsi ilә dә qәlbәn razılaşmamışdır). 
“Azәrbaycan” sözünün bir növ qadağan altında olmasına baxmayaraq, Rusiya 
qafqazşünasları bilirdilәr ki, bu “müsәlman vilayәti” Azәrbaycandır. V.S.Krivenko “Oçerki 
Kavkaza” (I hissә, 1893) kitabında mәhz “Azәrbaycan tatarları” haqqında yazırdı. 
Tiflisdә çıxan “Qafqaz” qәzetinin redaktoru işlәmiş V.P.Veliçkonun “Qafqaz” kitabının 
(S.Peterburq, 1904) “Azәrbaycan tatarları” fәslinә diqqәt yetirәk. Veliçko fәsli 
“Aderbaydjanskie tatarı” adlandırmışdır. “Kavkazskie tatarı” ya “3akavkazskie tatarı” yox, 
“Aderbaydjanskie tatarı”! 
Ümumiyyәtlә o zamanlar “Azәrbaycan” sözü rusların dilinә  çәtin yatdığından onu 
hәrә bir cür işlәtmişdir (Sisianov vә Rusiya imperatoru I Aleksandr “Adzerbeydjan”, 
Qriboyedov “Adzerbidzam”, Paskeviç “Adderbidjan” yazmışdır vә i.a.) 
Onlarca başqa rus qaynaqları da vardır ki, orada ölkәmizin “Azәrbaycan” adının 
hallanmasına rast gәlinir. Rusiya hakimiyyәt orqanları da “Azәrbaycan”, yaxud 
“Azәrbaycan lәhcәsi” terminlәrini bu vә ya başqa  şәkildә  işlәtmәyә  mәcbur olurdular. 
Mәsәlәn,  әhalinin birinci ümumrusiya siyahıya alınması (1897) materiallarında xalqımız 
“tatarı” adlandırılmışdı. Lakin mötәrizәdә yazılmışdı: “Adzerbaydjanskii”. Yaxud, Qafqaz 
canişinliyi 1905-ci ildә  Cәlil Mәmmәdquluzadәyә “Azәrbaycan lәhcәsindә” “Novruz” 
qәzeti buraxmağa icazә vermişdi.
47
 Yaxud da, 1908-ci ildә  hәmin canişinliyin 
dәftәrxanası “Molla Nәsrәddin”in “Azәrbaycan lәhcәsindә” nәşr olunduğunu bildirmişdi
48
 
vә i.a. 
Bәs özümüz Vәtәnimizi necә adlandırırdıq? Kiçik Vәtәn-mahal, xanlıq adı daha çox 
işlәnirdi. Xanlıqlar dövründә İrәvan xanlığının sakini irәvanlı, Şәkininki şәkili, Qarabağınkı 
qarabağlı, Gәncәninki gәncәli sayırdı özünü. Ancaq bilirdi ki, bu xanlıqlar küll halında 
Azәrbaycandır. Bu, sәnәdlәrdә öz әksini tapmışdır. Mәsәlәn,  İkinci Rusiya-İran 
müharibәsi (1826-1828) әrәfәsindә  İrәvan xanı Hüseyn xan, Şәmşәddinli Nәsib bәyә, 
Әli bәyә vә b. yazmışdı ki, Abbas Mirzә 30 minlik qoşunla hücuma keçir, düşmәn mәhv 
edilmәyincә Şah ordusu “Azәrbaycandan getmәyәcәkdir”
49
 

Tofiq Köçərli 
- 19 - 
Qarabağ: Yalan və Həqiqət 
Şimali Azәrbaycan işğal edildikdәn sonra müstәmlәkәçilәr Azәrbaycan anlayışını 
arxivә vermәk istәdilәr. Ancaq Azәrbaycan xadimlәri çarizmin rәsmi siyasәtinә  mәhәl 
qoymadan Vәtәni Azәrbaycan adlandırmaqda davam edirdilәr. Mәsәlәn, Firudin bәy 
Köçәrli 1902-ci ildә yazdığı әsәrini “Azәrbaycan tatarlarının әdәbiyyatı”, başqa bir әsәrini 
1908-ci ildә “Azәrbaycan türklәrinin әdәbiyyatı” adlandırmışdı.
50
 
Mәmmәd Әmin Rәsulzadә “Şәrqi-Rus” qәzetindә (2 may 1903) bu “Türk Azәrbaycan 
qәzeti”nin işıq üzü görmәsini alqışlamış,
51
 Üzeyir bәy Hacıbәyovun “Hesab mәsәlәlәri” 
adlı  dәrsliyinin “tәmiz vә aydın surәtdә asan Azәrbaycan sadә türkcәsilә”
52
 yazıldığını 
vurğulamışdı (1908). M.Ә.Rәsulzadә 1909-cu ildә  Cәnubi Azәrbaycanın Urmiya 
vilayәtindәn Bakıya, “Tәrәqqi” qәzetinә göndәrdiyi mәktubda şimallı cәnublu Azәrbaycan 
türklәrini “bütün azәrbaycanlılar”
53
 kimi qәlәmә almışdı. Yaxud, Әlibәy Hüseynzadә 
1905-ci ildә “Hәyat” qәzetindә yazmışdı: “Qafqaz silsilәyi-cibalının cәhәti-cәnubiyyәsindә 
sakin Azәrbaycan türklәri...  şirvanlı, bakılı, qarabağlı, gәncәli, irәvanlı  vә sairәdәn 
ibarәtdir (İranın  şimali-qәrbi sәkәnәsi dә bunlardandır)...”
54
 Başqa bir mәqalәsindә 
(1906) o, demişdi: “İştә, görünür ki, Qafqaz Hürriyyәti - alәmin tarixindә mühüm rol 
oynayacaqdır. Bu rolların da әn böyüyü Qafqaz vә Azәrbaycan türklәrinә aiddir”.
55
 
Yusif Vәzir Çәmәnzәminli 1913-cü ildә nәşr olunmuş “Arvadlarımızın halı” әsәrindә 
“Azәrbaycan (türk) arvadlarının” vәziyyәtindәn söhbәt açmış, Şimali Azәrbaycanı “Bizim 
Azәrbaycan” adlandırmışdı.
56
 Onun “Studentlәr” romanında (1914) oxuyuruq: “1905-dәn 
başlayaraq Ağabәyin (söhbәt  Әhmәd bәy Ağa oğlundan gedir-T.K.) şöhrәti 
Azәrbaycanda artmağa başlamışdı. Bu adam biri türkcә, biri rusca Bakıda iki qәzet nәşr 
edirdi ... “Difai” kimi Azәrbaycana muxtariyyәt tәlәb edәn komitә dә bunun işi idi”
57
 vә 
s. Belә misalları istәnilәn qәdәr gәtirmәk olar. 
Azәrbaycan iki hissәyә parçalanmış olsa da, onun cәnubu  İranın,  şimalı Rusiyanın 
әsarәti altında olsa da, cәnub  şimallılar üçün, şimal da cәnublular üçün doğmalılıqdan 
çıxmamışdı. Yadlaşma getmәmişdi. Qardaş qardaşdan, bacı qardaşdan yadlaşa bilәrmi? 
Görkәmli Azәrbaycan yazıçısı  vә ictimai xadimi Mirzә  Fәtәli Axundov 1812-ci ildә 
Şimali Azәrbaycanda - Şәkidә göz açmış, atası Mirzә  Mәhәmmәd Tağı isә  Cәnubi 
Azәrbaycanda doğulub, Tәbrizin Xamnә qәsәbәsindә işlәmişdi. 1871-ci ildә M.F.Axundov 
yazmışdı: “Atam ... vә  mәn özüm Azәrbaycanda doğulub böyümüşük”. M.F.Axundov 

Tofiq Köçərli 
- 20 - 
Qarabağ: Yalan və Həqiqət 
üçün Tәbriz dә,  Şәki dә  Vәtәn idi, Azәrbaycan idi! M.F.Axundovun atası  Tәbrizdәn 
Şәkiyә gәlmiş vә burada, necә deyәrlәr, qanı qanından, dili dilindәn, dini dinindәn olan 
Şәkili Nanә xanımla evlәnmişdi. 1814-cü ildә onun ailәsi Tәbrizә qayıdır. Dörd ildәn 
sonra Nanә xanım әrindәn ayrılır vә oğlu kiçik Fәtәli ilә Tәbrizdәn Şәkiyә yox, Qaradağ 
vilayәtinә (Cәnubi Azәrbaycan) anasının  әmisinin yanına gedir. Nanә xanım üçün 
Qaradağ da Şәki kimi doğma el-oba idi, doğma saz-söz mühiti idi, qohum-әqraba mühiti 
idi. 
Azәrbaycanın Şimalı ilә Cәnubu arasında belә doğmalılıq, qohumluq әlaqәlәri var idi! 
Araz boyu rayonlarda isә bu әlaqәlәr daha geniş vә daha sıx xarakter daşıyırdı. Tarixәn 
belә formalaşmışdı. 1805-ci ildә Qarabağ xanlığı Rusiyanın vassallığını  qәbul etdikdәn, 
xüsusәn dә çarizm 1822-ci ildә Qarabağ xanlığını  lәğv etdikdәn sonra Azәrbaycan-
Azәrbaycan  әlaqәlәrindә yeni mәrhәlә başladı. Çarizmin tәqibindәn ehtiyat edәn 
azәrbaycanlıların  Şimaldan Cәnuba kütlәvi axını oldu. Tәkcә Qarabağdan Cәnubi 
Azәrbaycana Qriboyedovun mәlumatına görә, 3 min,
58
 başqa bir mәlumata görә 5 minә 
yaxın azәrbaycanlı ailәsi köçdü.
59
 Mәhz doğma Cәnubi Azәrbaycana köçdü! 
Bakıda neft sәnayesi inkişaf etdikcә Bakı bütün Azәrbaycanın baş  şәhәrinә, bütün 
Azәrbaycan xalqının siyasi, iqtisadi, mәnәvi, mәdәni vә intellektual mәrkәzinә çevrildi. 
Bakı dünya әhәmiyyәtli bir şәhәr oldu. Neft dünyasının paytaxtı oldu. Bu dәfә Cәnubdan 
Bakıya fәhlә axını başladı. “Yoldaş” qәzetinin ifadәsi ilә desәk, Bakı “dünya füqәrayi-
kasibәsinin sәrgisi” idi. “Burada qafqazlı bir fәhlә ilә ingilis bir әmәlә, iranlı hәmşәhәrli 
ilö Rusiya mujiki yan-yana işlәmәkdә” idi.
60
 
Vaxtı ilә  İranın Türkiyәdә sәfiri olmuş Hәsәn  Әrfәnin mәlumatına görә, 1917-ci ilә 
qәdәr hәr il on minlәrlә fәhlә Cәnubi Azәrbaycanın Әhәr, Sarab vә Әrdәbil rayonlarından 
sәrhәdi keçib mövsüm işlәri üçün Bakı neft mәdәnlәrinә vә Bakı limanına gedәrdi vә bu 
fәhlәlәrdәn bir qayda olaraq hәr il 2-3 mini Bakıda qalar, orada yerli azәrbaycanlı qızları 
ilә evlәnib ailә qurardı.
61
 
(Mirzә  Әlәkbәr Sabir, Bakıda  әrdәbillinin macәralarını  mәşhur “Namәrdәm bir dә 
sәni yad etsәm Әrdәbil!” şerindә qәlәmә almışdır. 
Y.V.Çömәnzәminli isә “Qan içindә” romanında qarabağlının Cәnubi Azәrbaycanda 
sәrgüzәştlәrini tәsvir etmişdir. Romanın personajlarından Kazım  Şuşada Molla Pәnah 

Tofiq Köçərli 
- 21 - 
Qarabağ: Yalan və Həqiqət 
Vaqifә söylәyir: “İrandayam, cavan vaxtımdır, dava elәyirәm, Әhәrin yanında mәni әsir 
apardılar. Xülasә, gәldik çıxdıq Әhәrә (Cәnubi Azәrbaycan şәhәridir -T.K.). Mәni bir xana 
satdılar, ona nökәr oldum. Mәlum oldu ki, bu xanın özü Cavanşir elindәndir... 
Vaqif onun sözünü kәsәrәk: - Demәli qohum çıxdınız, - deyә güldü. - Hә, qohum 
çıxdıq. Özü dә, mәnim kimi, “azacıq aşım, ağrımaz başım” deyәnlәrdәn idi. Bir balaca 
mülkü vardı, onunla dolanırdı. Dava-dalaş ilә  işi yox idi. Bütün varını, yoxunu mәzәli 
adamlara yedirdәrdi. Nökәrin dә mәzәlisini seçib tapardı. Bir gün bu, pillәkәnli eyvana 
çıxırdı, mәn dә bunun dalınca. Pillәkәnin ortasında xanın budundan bir çimdik götürdüm. 
Dönüb hirslә üzümә baxanda dedim: “Xan, bağışla elә bildim xanımındır”. Bunu eşidәr-
eşitmәz qaqqanaq çәkib güldü vә dedi: “Bax, indi xoşuma gәldin. Haralısan?”. Dedim: 
“Qarabağlı”. “Ora niyә Qarabağ deyirlәr?” Dedim: “Çünki hәr şeyimiz qara bağlıdır, bir 
kәs ilә haqq-hesabımız da olanda, qarın üstünә yazırıq ki, möhkәm qalsın”. Xan yenә 
güldü, dedi: “Sәnin bugünkü tәqsirini dә qara yazdım. Get!”. 
Pillәkәnin aşağısına enib dayandım, bir dә onu sәslәdim: “A xan, başa düşmәdim, 
mәnim toqsirimi qara yazdın, yoxsa qarın üstünә yazdın?”. Xan yenә güldü, amma 
gülüşü xoşuma gәlmәdi. Qorxdum, dedim, xandır, onun tәrsavandı olmaz, acığı tutub 
başımı vurdurar. Birdәn bağırdı: “İtil burdan! Sәnin halvanı çaldırram”, -deyә üstümә 
şığıdı. Dedim: “Xan çoxdan itilәrәm, amma darvaza bağlıdır.” Xanın kefi tәzәdәn acildı, 
külә-külә Dedi: “Ay gәdә, sәn çox hәllәm-qöllәm adama oxşayırsan, mәndәn dә  nә 
istәyirsәn, de, verim, tәki çıx get, xatanı mәndәn sov!” Dedim: “Mәni azad elә, özümü 
dә Arazdan keçirtdir, öz yurduma qayıdım”. Xan düşündü, sonra razı oldu. Cibimә dә pul 
qoyub mәni yola saldı.” (Çәmәnzәminli romanda Kazımın Әrdәbil macәrasını da qәlәmә 
alıb. 
Çәmәnzәminli 1936-1937-ci illәrdә yazdığı bu romanda asanlıqla Kazımın 
sörgüzәştlәri üçün deyәk ki, Şirvanı ya Gәncәni, yaxud İrәvanı seçә bilәrdi. Lakin o, 
mәhz Әhәr vә Әrdәbili seçmiş, Әhәrdә xanın mәhz Cavanşir elindәn, yәni Qarabağdan 
olmasını vurğulamış, Kazımı  mәhz Araz çayından keçirib “öz yurduna”, Qarabağa 
qaytarmışdır. 
Bununla o, gәnc nәslimizә xitabәn sanki demәk istәmişdir: bil vә unutma, Әhәr 
Vәtәndir, Azәrbaycandır;  Әrdәbil Vәtәndir, Azәrbaycandır. Azәrbaycan “yekvücud bir 

Tofiq Köçərli 
- 22 - 
Qarabağ: Yalan və Həqiqət 
mәmlәkәtdir”. Burada hәm dә  Çәmәnzәminlinin özünün Azәrbaycanı vahid, bölünmәz, 
bütöv görmәk arzusu vә hәsrәti ifadә olunmuşdur. 
Hәr bir düşünәn azәrbaycanlı bu hәsrәtlә yaşayır. Vә  hәrә bir cür hәmin hәsrәti 
büruzә verir, ifadә edir. Sәciyyәvi saydığım iki misal. 
Birinci. Azәrbaycanda ikinci radiostansiya tәşkil edilәndә, o, Araz adlandırılmışdır. 
Kür deyil, Abşeron deyil, Xәzәr deyil, Kәpәz deyil vә s, mәhz Araz! 
Bu, tәsadüfimi olmuşdu? Әsla yox! 
Radiokomitәnin o zamankı  sәdri Teymur Әliyev yeni radiostansiyanı Araz 
adlandırmaq tәklifini vermişdi.  Әnvәr  Әlibәyli vә digәr mәslәkdaşları bu tәklifi qızğın 
müdafiә etmişdilәr. 
Lakin Sov.İKP MK-nın Zaqafqaziya bürosu var idi. Şahidlәrin demәsinә görә, 
Zaqafqaziya bürosu Araz adına qәti etiraz bildirmişdi. Lakin nәticә etibarı ilә Zaqafqaziya 
bürosunun müqavimәti rәf edilmiş vә Araz adı qәbul olunmuşdu. 
Teymur Әliyevlәr, Әnvәr Әlibәylilәr radiostansiyamıza Araz adı qoymaqla vәtәndaşlıq 
rәşadәti göstәrmişlәr. O zamanlardan bu ad manqurtlaşmamağımızın simvollarından biri 
olmuşdur. 
O zamanlardan “Danışır Araz radiostansiyası” sözlәri gecә-gündüz Arazın o tayını 
bizә, bu tayını  cәnublu qardaş-bacılarımıza xatırladır, efirdә bizi birlәşdirir, yaddaşımızı 
itilәyir. 
İkinci. 
1984-cü il. Cәfәr Cәfәrovun ölümünә aydan az qalırmış. Anarla Araz Dadaşzadә 
onun yanına gedirlәr. Anar yazır ki, Cәfәr Cәfәrov “qәfildәn soruşdu: 
- Saat neçәdir? 
- Beşin yarısı - dedik. 
Gözlәri harasa mәchul bir nöqtәyә zillәndi, dalğın-dalğın: 
- Beşin yarısı - deyә tәkrar etdi - Tәbriz qatarının gәlmәsinә bir saat qalıb”.
62
 
Bәlkә dә saysız-hesabsız başqa azәrbaycanlılar da ölüm ayağında Cәfәr Cәfәrov kimi 
Tәbrizi düşünә-düşünә, Tәbrizdәn sәda-soraq gözlәyә-gözlәyә, “Tәbriz qatarını” Bakıda 
qarşılamaq arzusu ilә gözlәrini yumublar. 
Anar yaxşı deyib: “Tәbriz qatarı. Bakıya hәlә gәlmәyib”. 

Tofiq Köçərli 
- 23 - 
Qarabağ: Yalan və Həqiqət 
Nә  qәdәr ki, gәlmәyib, Tәbrizi yuxumuzda görәcәyik. Nә  qәdәr ki, gәlmәyib 
gözümüz yolda, könlümüz sәsdә olacaq!) 
Bir hәqiqәti dә qeyd edәk ki, Şimali Azәrbaycan türkü azәrbaycanlı adını  Cәnubi 
Azәrbaycan türkündәn qabaq qәbul etmişdir. Bu, Şimali Azәrbaycanda milli oyanışla 
“ümumәtçilikdәn”, “milliyyәtçiliyә” vә “müsәlmançılıqdan” “türkçülüyә”
63
 keçidin Cәnuba 
nisbәtәn daha erkәn başlanması ilә bağlı idi. Tarixi proses gedişindә ölkәmiz, dövlәtimiz, 
xalqımız, ana dilimiz eyni ad - “Azәrbaycan” adı daşıdı. Dövlәtin, ölkәnin, xalqın, onun 
ana dilinin eyni adda olması  әslindә ümumi haldır. Eyni mәnşәli xalqların (türklәrin, 
slavyanların vә i.a) bu vә ya başqa qolunun tәdriclә, slavyanlığı, yaxud türkçülüyü, 
müsәlmanlığı itirmәdәn bir millәt kimi formalaşıb öz xüsusi adını daşıması ümumi haldır, 
ümumi prosesdir. Ağtürk - göytürk - oğuz vә s. adlarından türk xalqlarının indiki adlarına 
gәlәn yol uzun yoldur. Bu haradasa erkәn, haradasa gec baş vermişdir. Deyәk ki, 
ölkәnin, xalqın, onun ana dilinin adının eynilәşmәsi özbәklәrdә daha erkәn baş 
vermişdir. Osmanlı dövlәti, osmanlı xalqı, osmanlı dili adlarından Türkiyә dövlәti, türk 
xalqı, türk dili adlarına keçid isә yaxın zamanların işidir.
64
 Bizim xalq da müsәlman, türk, 
tatar vә s. adlardan Azәrbaycan xalqı adına, ana dilimiz müsәlman, tatar, Azәrbaycan 
türkcәsi, Azәrbaycan lәhcәsi adlarından Azәrbaycan dili adına qәdәr böyük tәkamül yolu 
keçmişdir. 
Araz çayı  vә Talış dağları  Şimal vә  Cәnub azәrbaycanlılarının  әlaqәlәrini dayandıra 
bilmirdi. Bu vә ya başqa şәkildә gediş-gәliş, müxtәlif formalarda әlaqәlәr davam edirdi. 
Әn başlıcası, Şimalla Cәnub arasında mәnәvi körpülәr salamat idi! “Molla Nәsrәddin”in 
tirajının (25 min) yarısı “Xorasandan başlamış Tehran, İsfahan vә  Tәbrizә kimi Hәmin 
şәhәrlәrә, Hәtta kәndlәrә”
65
 gedirdi. İran hökumәti jurnala qadağan qoyur. Tәbriz milli 
әncumanı  dәrhal Tehrana teleqrafla qәti etiraz bildirir. Hökumәtin qadağanına 
baxmayaraq, “xalq daha fәzlә rәğbәtlә qәzetәsini (jurnalı -T.K.) yapıb oxumaqda davam 
edir.”
66
 Bu, tәsadüfi deyildi. “Molla Nәsrәddin”  İran azәrbaycanlılarının  әn sevimli, 
doğma jurnalı idi. Onun dili onların ana laylası dili idi. Farslaşmayan vә ruslaşmayan dil 
idi. Bu dil, Hәm dә 1909-cu ildә M.Ә.Rәsulzadәnin Urmiyadan Bakıya yazdığı kimi, 
İranda “beynәlmilәl bir dil” idi, “Onu hәr kәs biliyor”. “Ermәni, kürd, rus, fransız, ingilis, 
fars, aysor, alman hamısı türkcә danışar”.
67
 

Tofiq Köçərli 
- 24 - 
Qarabağ: Yalan və Həqiqət 
(Bir» rus qaynağı 1914-cü ildә Azәrbaycan dilini “Zaqafqaziyanın beynәlxalq dili”
68 
adlandırmışdı. 
Keçәn әsrin 70-ci illәrindә Cәnubi Dağıstanda olmuş Bekkerin yazdığını da gәtirәk: 
“Türk-Azәrbaycan lәhcәsi (mәtndә: .... törko-aderbeydjanskoe nareçie” -T.K.) tәdriclә 
tat lәhcәsini sıxışdırıb aradan çıxardır, türk-Azәrbaycan lәhcәsi dağlılara nüfuz etmişdir, 
onlar hәvәslә bu lәhcәni öyrәnirlәr, çünki bu lәhcә Dәrbәndin vә hәmhüdud Zaqafqaziya 
müsәlman  әyalәtlәrinin sakinlәri ilә  әlaqә saxlamaq üçün vacibdir, dağlılar da öz 
aralarında çox vaxt bu lәhcәdә danışırlar... Türk-Azbrbaycan lәhcәsi hәtta dağlıların bir 
sıra dillәrinә  әhәmiyyәtli tәsir etmişdir ... Azәrbaycan tatarları Başli çayına qәdәr olan 
әrazidә yaşayırlar”).
69
 
1909-cu ildә  Rәştdә Azәrbaycan dilindә Soltan Mәcid Qәnizadәnin “Dursunәli vә 
Ballıbadı” tamaşası göstәrilirdi...
70
 
Rusiya-İran sәrhәdlәri xalqımızın mәnәvi-mәdәni bütövlüyünü sarsıda bilmәmişdi! 
(1989-cu ilin noyabrında Danimarkaya getmişdik. Orada Qarabağ adlı 22 yaşlı cavan 
bir oğlanla görüşdük. Mәlum oldu ki, o Cәnubi Azәrbaycandandır. Ulu babası 
Qarabağlıdır. Bәlkә  dә XIX әsrin  әvvәllәrindә Qarabağdan Cәnubi Azәrbaycana 
köçәnlәrdәndir. Nәsillәr dәyişmiş, lakin ailәdә Qarabağ  hәsrәti Dәyişmәyib, Qarabağ 
yaddan çıxmayıbmış. Elә ailәnin Qarabağ nostalgiyası da hәmin oğlanın adını Qarabağ 
qoyubmuş! Görünür, valideynlәri, qohum-әqrәbaları daim bu adla “Külli Qarabağın abi-
hәyatı”nı, abi-havasını yada salırlarmış. Qarabağı görmәyәn bu oğlan da (Qarabağ) Bakı, 
Gәncә,  Şuşa hәsrәti ilә yaşayırdı. O, bizә dedi ki, Bakı bütün azәrbaycanlıların 
Mәkkәsidir. Azәrbaycan Cümhuriyyәti bütün dünya azәrbaycanlılarının tarixi Vәtәnidir. 
Biz Qarabağla görüşdüyümüz günlәr Berlin divarlarının dağıldığı günlәr idi. Hәr gün 
Danimarka televiziyası bu barәdә Berlindәn birbaşa reportajlar verirdi. Qarabağ bizdәn 
soruşdu: “Bәs Azәrbaycan-Azәrbaycan divarları nә zaman dağılacaqdır ?” 
Yәqin, vaxtı ilә  Cәnubi Azәrbaycana köçmәyә  mәcbur olmuş  hәr bir Şimal 
azәrbaycanlısı, hәr bir qarabağlı, onun hәr bir varisi güzәranının necәliyindәn asılı 
olmayaraq İran şahı Fәtәli şaha әrә verilmiş Ağa bәyim ağanın (Qarabağ xanı İbrahim 
Xәlil xanın qızı): 
Mәn aşiqәm Qarabağ, 

Tofiq Köçərli 
- 25 - 
Qarabağ: Yalan və Həqiqət 
Şәki, Şirvan, Qarabağ. 
Tehran cәnnәtә dönsә, 
Yaddan çıxmaz Qarabağ! 
 
- bayatısı ilә, digәr belә bayatılarla Qarabağı,  Şuşanı  qәlbindә daim yaşadırmış. 
Qarabağ xanlığının tarixini gözәl bilәn vә bu haqda “Qan içindә” adlı tarixi roman 
yaradan Y.V.Çәmәnzәminli hәmin romanda yazmışdır ki, Fәtәli  şah bu bayatını  eşidib, 
“Ağabәyimdәn incimişdi dә. Ağabәyim isә onun fikrini yayındırmaq üçün demişdi: 
- Mәn elә yazmamışdım. Mәn yazmışdım ki, “Tehran cәnnәtә döndü, yaddan çıxdı 
Qarabağ!”).
71
 
Belә bir cәhәt dә qeyd olunmalıdır ki, Azәrbaycan iki hissәyә parçalandıqdan sonra 
şimali Azәrbaycan yazıçı, şair vә publisistlәrinin әsәrlәrinin coğrafiyası bütün Azәrbaycan 
olmuşdur. Mösәlәn, M.F.Axundovun “hekayәti-Müsyo Jordan hәkimi-nәbatat vә  dәrviş 
Mәstәli şah-Cadukini mәşhur” komediyasında hadisәlәr “Qarabağ vilayәtindә ... keçmiş 
Tәklә-Muğanlının qışlağında”, “Mürafiyyә  vәkil-lörinin hekayәti (şәhri-Tәbrizdә)” 
komediyasında isә hadisәlәr Tәbrizdә baş verir. Ümumiyyәtlә XIX әsrdә  vә XX әsrin 
әvvәllәrindә  Şimali Azәrbaycanda elә bir qәlәm sahibi tapmazsan ki, onun 
yaradıcılığında Cәnubi Azәrbaycan mövzusu aparıcı, bәzәn dә üstün yer tutmamış olsun. 
Bu, tamamilә  tәbii idi... Azәrbaycan parçalanmış olsa da, mәnәn bir idi, bütöv idi. 
Cәnubun dәrdi vә problemlәri Şimal üçün, Şimalınki Cәnub üçün doğma idi. 
Demәk istәyirәm ki, 1918-çi ildә “Azәrbaycan” adlı dövlәt tәşkil edilәrkәn “tamamilә 
başqa xalqın” adını, başqa ölkәnin adını götürmәklә yox, әsla yox, hәmin dövlәt 
yaranandan hәlә çox-çox qabaq “Azәrbaycan” adlanan ölkәnin adı ilә milli dövlәtimiz 
adlandırılmışdır. Xülasә, C.Stupişin, “Azәrbaycan” adı üçün müstәqil Azәrbaycan 
Cümhuriyyәtini 1918-ci il mayın 28-dә tәsis edәnlәri yox, uzaq keçmişi, tarixi “ittiham” 
edin.  İmperator I Aleksandrı, Sisianovu vә b. damğalayın. Rusiyada “Azәrbaycan” 
anlayışının bir növ qadağa altında olmasına baxmayaraq “düzü düz, әyrini-әyri” deyib 
Azәrbaycanı Azәrbaycan adlandıran Rusiya qafqazşünaslarını  tәlin edin. 1917-ci il 
dekabrın 9-da “Бакинский  Рабочий” qәzetindә “rus әsgәri Gürcüstanın, Ermәnistanın, 
Azәrbaycanın muxtariyyәti әleyhinә deyildir” yazan S.Q.Şaumyana “Azәrbaycan” sözünü 

Tofiq Köçərli 
- 26 - 
Qarabağ: Yalan və Həqiqət 
işlәtdiyi üçün lәnәt oxuyun. Öz işinizdir. Muxtariyyәt mәsәlәsindә  Şaumyanı tamamilә 
qeyri-sәmimilik göstәrmәsi üçün dә tәlin edә bilәrsiz. Bu da öz işinizdir. 
İstәrdim. Stupişinlәr Veliçkonun adı  çәkilәn kitabından götürdüyümüz aşağıdakı 
parçaya nәzәr yetirsinlәr. Veliçko yazmışdır: 
“ ... Azәrbaycan tatarları başqa mәsәlәdir: onlar çoxdurlar vә onlar әhәmiyyәtli vә 
bir çox cәhәtdәn qiymәtli elementdir. Bu elementә yaxından diqqәtlә yanaşmaq zәruridir 
... 
Şәrqi Zaqafqaziya әsrlәr boyu İran malikanәsi hesab edilmişdir, müstәsna hallarda 
hәqiqәtәn dә belә olmuşdur. Adәtәn isә  Şәrqi Zaqafqaziya xırda xanlıqlara (Gәncә, 
İrәvan, Talış, Şәki vә i.a.) bölünmüşdür. Bu xanlıqların İran hökumәti tәrәfindәn tәyin 
edilәn hakimlәri sonra öz inzibati sәlahiyyәtlәrini varislәrinә vermәyә  vә  nәhayәt, 
İrandan ayrılıb müstәqillik әldә etmәyә nail olmuşdular. 
... Azәrbaycanlıları tatarlar adlandırırlar, lakin bu qәti düz deyil ... Әsas mәnşәylәrinә 
görә azәrbaycanlılar türklәrdir, turanlılardır, qәdim oğuzların, sәlcuqların, müasir 
türklәrin qan qohumlarıdır. Azәrbaycan İrana bu ölkәnin әn böyük sülalәlәrindәn birini 
vermişdir. Hәmin sülalәnin hökmranlığı zamanı bu dövlәtdә elmlәr, incәsәnәt,  әkinçilik 
vә hәrbi iş çiçәklәnmişdir. Alp Arslanın adı Asiyanın bu hissәsindә indiyә qәdәr yaddan 
çıxmamışdır. (Sәlcuq dövlәtinin banisi Toğrul bәy olmuşdur, onun ölümündәn sonra, 
1063-çü ildә Alp Arslan hakimiyyәtә keçmişdir - T.K.) 
Peterburqun kosmopotilizmlә hopmuş saraylarında heç kimin tayfa mәnşәyi 
haqqında mәsәlә qaldırmamaq tәlәb olunur. Lakin Qafqazda vә ümumiyyәtlә bütün 
ölkәlәrdә ... insanların fәaliyyәtini nәinki bu gün, hәm dә keçmiş idarә edir, insanlarda 
әcdadların qanı danışır” (kursiv Veliçkonundur - T.K.). Azәrbaycanlıların qanı  şәksiz 
nәcibdir, onlar anadangәlmә  rәhmdil, mәrd, alicәnabdırlar,  әqli vә  әxlaqi inkişafa 
qadirdirlәr”.
72
 
Veliçko Azәrbaycanda baş vermiş tarixi prosesi, Azәrbaycan dövlәtçiliyinin 
mәrhәlәlәrini ümumi şәkildә әsasәn düzgün işıqlandırmışdır. Lakin görürük ki, bu gün, 
artıq XX әsrin sonunda peşәkar rus tarixçisi Azәrbaycan tarixi mәsәlәlәrindә  hәtta 
Veliçkodan çox aşağı sәviyyәdә dayanır. 

Tofiq Köçərli 
- 27 - 
Qarabağ: Yalan və Həqiqət 
İstәrdim ki, C.Stupişin, Veliçko xatırladığı dövrdә Sәlcuq dövlәtinin parçalanması ilә 
yaranmış vә 1225-ci ilә qәdәr yaşamış Azәrbaycan Atabәylәr dövlәtinin tarixinә maraq 
göstәrsin. Qısaca deyәk. Banisi Atabәy Şәmsәddin Eldәgiz olan bu dövlәt zәmanәsinin 
böyük dövlәti olmuşdur. Atabәylәr dövrü Azәrbaycanda elmin, әdәbiyyatın qüdrәtli 
inkişaf dövrüdür. Tәkcә onu demәk kifayәt edәr ki, mәhz Atabәylәr dövründә  Gәncә 
şәhәri Azәrbaycana, bütün dünyaya Nizami Gәncәvini bәxş etmişdir. Görkәmli  şairә 
Mәshәti Gәncәvi mәşhur rübailәrini burada yaratmışdır vә i.a. 
Xatırladaq ki, Gәncә  şәhәri Sәlcuq canişinlәrinin paytaxtı, sonra isә Azәrbaycan 
Atabәylәr dövlәtinin paytaxtlarından biri olmuşdur. 1992-ci ildә Türkiyәdә nәşr olunmuş 
bir kitabda deyilir ki, Şәmsәddin Eldәgiz Selcuqların Gәncәdә valisi olarkәn Atabәylәr 
dövlәtini yaratmışdır. Dövlәtin ilk paytaxtı da Gәncә  şәhәri idi. Sonra Tәbriz paytaxt 
olmuşdur.
73
 Akademik A.Y.Krımskinin fikrincә, Aranın baş şәhәri olan Gәncә az qala XII 
әsrin axırınadәk Atabәylәr üçün Tәbrizdәn daha böyük әhәmiyyәtli  şәhәr olmuşdur.
74
 
Gәncә  şәhәrindә yaşayıb yaradan Nizami Gәncәvi beş  mәşhur poemasından birini - 
“Xosrov vә Şirini”i Atabәylәr dövlәti başçısı Mәhәmmәd Cahan Pәhlәvana hәsr etmişdi. 
Lakin Z.Bünyadovun yazdığına görә, Cahan Pәhlәvan 1186-cı ildә öldüyü üçün 
poemanın mәdhi onun qardaşı atabәy Qızıl Arslanın adına yazılmışdı.
75
 Abbasqulu Ağa 
Bakıxanov (1784-1848) qeyd etmişdir ki, Qızıl Arslan Gәncәdә bir neçә  dәfә Nizami 
Gәncәvi ilә görüşmüş vә ona dörd kәnd bağışlamışdı. Bakıxanov hәm dә yazmışdı: 
Nizami Gәncәvinin “Gәncә şәhәri yaxınlığındakı bәzәdilmiş, parlaq mәqbәrәsi indi dә 
durur. Mirzә Adıgözәl Qarabağlı ... indi mәqbәrәni bәrpa edir” .
76
 
“Leyli vә  Mәcnun” poemasını isә Nizami Şirvanşahlar dövlәtinin  şahı  Әhistanın 
sifarişi ilә yazmışdı. Paytaxtı  Şamaxı  şәhәri olan Şirvanşahlar dövlәti (VI-XVI әsrlәr) 
Azәrbaycanın  әn uzun ömürlü dövlәti olmuşdur. Prof. Sara Aşurbәylinin yazdığı kimi, 
Bakı şәhәri XII әsrin axırlarından Şirvanşahların iqamәtgahı, XV әsrdәn isә Şirvanşahlar 
dövlәtinin paytaxtı olmuşdur.
77
 
Şamaxıda Azәrbaycanın böyük şairi  Әfzәleddin Xaqani (1120-1180) yetişmişdir. 
A.Bakıxanov XIV әsr  İran tarixçisi Hәmdullah Müstovfi Qәzviniyyә istinad etmәklә 
yazmışdır ki, Xaqani vә Fәlәki Şirvani Şirvanşahlar sarayında böyük hörmәti olan şairlәr 
ustadı sayılan Әbü Ula Gәncәvidәn dәrs alıblar. (Әbu-Üla qızını Xaqaniyә әrә verir. Fәlәki 

Tofiq Köçərli 
- 28 - 
Qarabağ: Yalan və Həqiqət 
pәrt olur. Çünki qızla o da evlәnmәk istәyirmiş. Bundan xәbәr tutan Әbü-Üla Fәlәkiyә 20 
min dirhәm bәxş edir vә deyir ki, “buna 50 türk kәnizi almaq olar ki, onlardan hәr biri 
mәnim qızımdan gözәl olar”).
78
 
Hәtta Teymurlәngin Şirvana basqını dövründә Şirvanşahı I İbrahim Şirvan hökmdarı 
kimi qaldı.
79
 XV әsrin  әvvәllәrindәn  Şirvanşahlar dövlәti yüz ilә yaxın müstәqilliyini 
saxlaya bildi.
80
 
Teymurlәngin ölümündәn (1405) sonra paytaxt Tәbriz olmaqla Qaraqoyunlular 
dövlәti, sonra isә Ağqoyunlular dövlәti, XVI әsrin әvvәllәrindә Sәfәvilәr dövlәti yarandı. 
İstәrdim ki, Stupişinlәr Atabәylәr dövlәti haqqında Z.Bünyadovun, Şirvanşahlar 
dövlәti haqqında, S.Aşurbәylinin, Sәfәvilәr dövlәti haqqında O.Әfәndiyevin 
monoqrafiyalarını vә digәr kitabları oxusunlar. 
Bu halda inanıram, Stupişinlәr Azәrbaycan dövlәti “heç bir şәkildә heç bir zaman 
mövcud olmamışdır” kimi sәfehlәmә vә uydurmaçıdıqdan әl çәkәrlәr. Hәr halda saf vә 
qәrәzsiz adam belә  hәrәkәt edәrdi, qara yaxdığı, böhtan atdığı xalqdan üzr istәyәrdi. 
Axı, rıtsarlar, rıtsar mәrdanәliyi tarixçidә  dә olmalıdır! Ola bilsin, Stupişin Azәrbaycan 
tarixi ilә  hәtta az-maz maraqlansa, “hansı torpağın keçmiş Sovet Azәrbaycanı üçün 
“әzәli” olması haqqında danışmaq ümumiyyәtlә sadәcә  әdәbsizlikdir” demәsindәn dә 
xәcalәt çәkәrdi, mәhz özünün әdәbsiz vә abırsız adam olmasını anlayardı. 
Hәrçәnd, bilirәm xәcalәt çәkmәk hәr adamın işi deyil. Yalnız saf adam xәcalәtә 
qadirdir. Onu da bilirәm ki, siyasi mübarizәdә yalan, böhtan vә uydurma baha qiymәtә 
satılır. Xüsusәn dә böyük dövlәtin yüksәk elmi rütbәli Fövqәladә vә Sәlahiyyәtli Sәfirinin 
böhtan vә yalanı! 
Ona görә dә mәkrli siyasi vә başqa maraq naminә tarixi hәqiqәtlәri yalana qurban 
verәnlәrin yalan vә böhtanlarını açıq etiraf etmәlәrinә az inanıram. 
Kaş yanılaydım! 
 
 
 
 
 

Tofiq Köçərli 
- 29 - 
Qarabağ: Yalan və Həqiqət 
Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin