AZӘrbaycan elmlәr akademiyasi



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix31.01.2017
ölçüsü1 Mb.
#7191
1   2   3   4   5   6   7   8   9

5.
 
IV Fәsil 
Daşnaklar Azәrbaycanın tәrkibindә olan Qarabağa, Naxçıvan diyarına iddia etdilәr" 
(BSE-dәn, 1926) 
 
Tarixi saxtalaşdıranlar bir ağızdan deyirlәr ki, guya Qarabağ “ermәni Qarabağıdır” vә 
guya 1918-ci ildә Azәrbaycan bu diyara iddia irәli sürmüşdür. 
Mәsәlәn, İ.Lenski yazmışdır: 
1918-ci ildә yaradılmış Azәrbaycan Cümhuriyyәti “Şәrqi Zaqafqaziyanın geniş 
әrazilәrinә, o cümlәdәn ermәnilәrin mәskunlaşdığı Dağlıq Qarabağa iddialar irәli sürdü. 
Hәmin illәrdә dünya dövlәtlәri münaqişәyә Ermәnistan vә Azәrbaycan arasında  әrazi 
mübahisәsi kimi baxırdılar. Lakin әgәr o zaman Ermәnistan öz mәnafelәrini Qarabağ 
xalqının öz müqәddәratını  tәyin etmәk hüququna tabe etdisә, Azәrbaycan problemi 
dәrhal hәrbi yolla hәll etmәyә  cәhd göstәrdi.  Әlamәtdardır ki, hәmin anda dünya 
Azәrbaycanın hәrәkәtlәrinә  tәnqidi yanaşdı  vә onun Millәtlәr Cәmiyyәtinә  qәbul 
olunması rәdd edildi”. 
Çarizm  İbrahim Xәlil xanın “әyalәtinin bütövlüyünün saxlanılmasına imperator 
zәmanәtinә” naxәlәf çıxdı. 14 iyun 1806-cı ildә  Şuşa komendantı mayor Lisaneviç bir 
dәstә qoşunla gecә Xankәndә gәlәrәk, orada İbrahim Xәlil xanı, onun ailәsini, 17 nәfәr 
adamı  qәtlә yetirdi. Nәhayәt, “İmperator silahı gücünә  әldә edilmiş xanlıqlar”
202
 
(A.S.Qriboyedov, P.D.Zaveleyski) - Qarabağ, Bakı, Quba, Şәki, Şirvan vә Talış xanlıqları 
lәğv edilәrәk eyni adlı әyalәtlәr, habelә Car-Balakәn okruqu yaradıldı. Gәncә xanlığı lәğv 
edilәrәk Yelizavetpol okruqu tәşkil olundu. Sonra Naxçıvan vә  İrәvan xanlıqları 
әrazilәrindәn ibarәt “Ermәni vilayәti” tәşkil edildi. Bununla Azәrbaycan milli dövlәtçiliyi 
lәğv olundu. 
Qarabağ  әyalәti  Şәki,  Şirvan vә Talış  әyalәtlәri ilә birlikdә “Müsәlman  әyalәtlәri 
başçısına” (iqamәtgahı Şuşa şәhәrindә idi) tabe edildi. “Müsәlman әyalәtlәri başçısına”! 
Qarabağın real siyasi vә etnik vәziyyәti ilә bilavasitә tanış olan çarizm hakimiyyәt orqan-
ları Qarabağı  mәhz “müsәlman  әyalәti” hesab etdilәr, mәhz “müsәlman  әyalәti” 
adlandırdılar: “Ermәni  әyalәti” deyil, mәhz “müsәlman  әyalәti”! Rusiyanın o zamankı 

Tofiq Köçərli 
- 68 - 
Qarabağ: Yalan və Həqiqət 
sәnәdlәrindә Qarabağ  bәzi hallarda “tatar distansiyası”da adlandırılmışdır. (General 
Rtişşev 1813-cü il noyabrın 19-da müxtәlif vaxtlarda İrana әsir düşmüş çoxlu adamları 
Şimali Azәrbaycana qaytarmağı tövsiyә etmişdi. Bu, onun fikrincә, tezliklә “Qarabağ, 
Yelizavetpol vә digәr tatar distansiyalarının”
203
  әhalisini çoxaldardı). Lakin bir dәnә  dә 
olsun XIX әsr rus sәnәdindә, yaxud da bir nәfәr dә olsun rus müәllifinin  әsәrindә 
Qarabağın “ermәni әyalәti”, yaxud “ermәni distansiyası” adlandırılmasına rast gәlinmir. 
O zaman çarizmin Azәrbaycanda, necә deyәrlәr, yazısına pozu yox idi. Çarizm 
istәsә, 1828-ci ildә İrәvanın vә Naxçıvanın işğalından sonra Naxçıvan xanlığını vә İrәvan 
xanlığını lәğv edәrәk, bu iki xanlıq әrazisindә “Ermәni vilayәti” adı altında yeni inzibati-
әrazi vahidi yaradanda Dağlıq Qarabağı, lap bütün Qarabağı “Ermәni vilayәtinә” qata 
bilәrdi. Lakin bu haqda heç bir mәsәlә qalxmadı. Nә Dağlıq Qarabağın ermәnilәri 
tәrәfindәn, nә dә çarizm hakimiyyәt orqanları tәrәfindәn. 
Rusiya hakimiyyәt orqanları Qarabağda “xristian dövlәti” dә  tәşkil edә bilәrdilәr. 
Doğrudur, nә II Yekaterina var idi, nә dә Potyomkin. Lakin onların Qarabağda “xristian 
dövlәti” haqqında ideyası yaşayırdı. Bununla belә  hәmin istiqamәtdә heç bir addım 
atılmadı. Çünki, görünür, Rusiya hakimiyyәt orqanları Qarabağa gәlib Qarabağla, onun 
mәrkәzi  Şuşa ilә tanış olduqda vә xüsusәn dә 1823-cü ildә Qarabağda kameral sayım 
aparıb ermәni  әhalisinin sayını müәyyәnlәşdirdikdә  yәqinlik hasil etdilәr ki, ermәni 
xadimlәrinin hay-küy salıb  şişirtdiklәri beş Qarabağ ermәni mәlikliyindә  cәmi 4366 
ermәni ailәsi yaşayır vә belә bir zәmindә yaradılan “xristian dövlәti”, heç mәsәlәnin 
prinsipial aspektlәri nәzәrә alınmasa belә, yalnız cırtdan, cumbulu vә demәli gülünc 
dövlәt ola bilәr. 
1840-cı ildә Rusiya Zaqafqaziyada mәrkәz Tiflis olmaqla Gürcüstan-İmeretiya 
quberniyası  vә  mәrkәz  Şamaxı olmaqla Xәzәr vilayәti tәşkil etdi. Keçmiş Naxçıvan vә 
İrәvan xanlıqlarının әrazilәri deyilәn quberniyaya, Qarabağ isә Xәzәr vilayәtinin tәrkibinә 
verildi. Sonra Qarabağ  Şamaxı quberniyasının, az sonra Bakı quberniyasının, 1867-ci 
ildәn 1919-cu ilә qәdәr isә Gәncә quberniyasının tәrkibindә olmuşdur. 
Belәliklә, Dağlıq Qarabağın  әsrlәr boyu Azәrbaycan tәrkibindә olması danılmaz 
faktdır. 

Tofiq Köçərli 
- 69 - 
Qarabağ: Yalan və Həqiqət 
Hәtta fәrz edәk ki, ermәni müәlliflәri haqlıdırlar: Dağlıq Qarabağ Nuhun dövründә, 
yaxud 428-ci ildә İran ermәni çarlığı lәğv edilәnәdәk Ermәnistan әrazisi olmuşdur. Fәrz 
edәk ki, Dağlıq Qarabağ nә vaxtsa hansısa başqa bir dövlәtin hakimiyyәti altında olub. 
Fәrz edәk. 
Lakin belә bir “dәlil” bu gün bir dövlәtin başqa bir dövlәtә әrazi iddiası irәli sürmәsi 
üçün  әsas ola bilәrmi?  Әgәr mәsәlәyә belә baxış beynәlxalq münasibәtlәrdә üstünlük 
tәşkil etsә, dünyada nәlәr baş vermәz? 
Cavab aydındır. 
Bütün XIX әsr  әrzindә ermәnilәrin dini vә siyasi xadimlәri Dağlıq Qarabağdan 
harayasa köçmәk, yaxud mәsәlәn, Gәncә quberniyası tәrkibindәn çıxıb deyәk ki, İrәvan 
Qubernatorunun hakimiyyәti altına keçmәk, yaxud da Dağlıq Qarabağa muxtariyyәt ya 
müstәqillik vermәk mәsәlәsi qaldırmamışdılar. Hәmin dövrdә “Dağlıq Qarabağ mәsәlәsi” 
deyilәn mәsәlә dә olmamışdır. 
1905-ci ilә  qәdәr Qarabağda ermәnilәr azәrbaycanlılarla milli sülh şәraitindә 
dolanmışdılar. Gürcü müәllifi Qaribi haqıdır: daşnak partiyası meydana çıxana qәdәr 
“Zaqafqaziya sülh vә  әmin-amanlıq  şәraitindә yaşamışdır... Ermәnilәr, tatarlar 
(azәrbaycanlılar - T.K.), gürcülәr әsrlәrlә bir yerdә olmuşlar. Burada dinc әhali heç bir 
zaman milli zәmindә heç bir qanlı münaqişә etmәmişdir... Daşnaklar Ermәnistanın 
gәlәcәk muxtariyyәti üçün başdan-başa ermәni  әrazisi yaratmaq moizәsi ilә  gәldilәr, 
bununla Zaqafqaziya kәndinin patriarxal hәyatına milli әdavәt vә nifrәt hisslәri 
soxuldu”.
204
 Vaxtı ilә Rusiyanın Van vә Әrzurumda baş konsulu işlәmiş Mayevski dә min 
qat haqlıdır: “Mәn daha çox tәkidlә tәsdiq edә bilәrәm ki, “Daşnakstyun” vә ona bәnzәr 
cәmiyyәtlәr hәm Türkiyәdә, hәm dә Qafqazda ermәni xalqının bәdbәxtliyinin başlıca 
mәnbәyidir... Daşnaktsyun”, “Qnçak” vә digәr cәmiyyәtlәrin mövcud olmaları  hәmişә 
ermәni әhalisini yeni-Yeni müsibәtlәrlә hәdәlәyәcәkdir”. 
Hәlә 1905-ci il gәlmәmişdi. Millәtlәr arası toqquşmalar başlanmamışdı. Ancaq 
Rusiyanın aqil adamları ermәni başçılarının Zaqafqaziyanı  fәlakәtә apardıqlarını 
qabaqcadan görürdülәr. Ermәni başçılarının, daşnakların saysız-hesabsız bәd әmәllәrini 
şәxsәn müşahidә edәn Veliçko yazmışdı ki, ermәni başçıları  “әxlaqı pozanlardır, sosial 
çürümә mikroblarıdır, parazitlәrdir” vә ona görә  dә “çox qorxuludurlar”. “Mәsәlә 

Tofiq Köçərli 
- 70 - 
Qarabağ: Yalan və Həqiqət 
bitmәyib, ermәni qiyamına son qoyulmayıb. Biz yalnız vaxtından әvvәl açılmış çiçәklәri 
görmüşük, zәhәrli gilәmeyvәlәr isә  hәlә irәlidәdir. Rus hökumәti ermәnilәri tәhlükәli 
tәbәә adlandıran yaxşı  mәlumatlı ermәnipәrәst Pyer Moranın sözlәrini yadda 
saxlamalıdır”. 
Rusiya hökumәti Veliçkoların xәbәrdarlıqlarını  eşitmәk istәmәdi. “Zәhәrli 
gilәmeyvәlәr” tezliklә yetişdi. 
1905-ci ilin fevral ayında daşnaklar Bakıda milli münaqişә tәşkil etdilәr. Bu qığılcım 
bütün Zaqafqaziyada, o cümlәdәn Qarabağda alovlandı. “Ermәnilәrin özlәrinin pәrәstiş 
etdiklәri” Qafqaz canişini  İ.İ.Voronsov-Daşkov imperatora yazmışdı: “Şuşada kütlәvi 
atәşi, görünür, ermәnilәr, Bakıda ikinci iqtişaşda (1905-ci ilin avqustunda) tatarlar, 
Tiflisdә ermәnilәr baş-lamışdılar”
204a
 Göründüyü kimi, canişin ümumiyyәtlә daşnakların 
ermәni-azәrbaycanlı münaqişәsinin başlanmasında, Bakıda 1905-ci il fevral hadisәlәrindә 
mәnhus rolunu açıqlamaqdan çәkinmişdi. 
Şuşa münaqişәsi zamanı faciәni ermәni millәtçilәri başlayıb qanlı cinayәtlәr 
törәtsәlәr dә, azәrbaycanlılar mәrhәmәtliliyi saxlamışdılar. 1905-ci il avqustun 18-dә, 
Şuşada “ermәnilәrin mәğlubiyyәti son hәddә yetişdi”. Bu anda axund mәscidin 
minarәsindәn  әhaliyә müraciәt etdi: “Camaat! Vay olsun o müsәlmanın halına ki, bu 
gündәn ermәnidәn bir dinar mal qarәt edә vә onların namusuna toxunub müsәlmanların 
ayaqları altında qalan xanımlarına  әl uzada”
205
 Mir Möhsün Nәvvab  şәhadәt verir ki, 
ertәsi gün ermәni arxi-mandriti, “keşişlәr  әllәrindә xaç, incil vә bayraqlar bir parası 
ağlaya-ağlaya mәscid hәyәtinә daxil oldular ki, bizi әfv edin, bağışlayın”.
206
 Qubernator 
Baranovski dә onlarla bir yerdә  gәlmişdi. Arximandrit mәscidin hәyәtindә belә 
yalvarmışdı: “Amandır müsәlmanlar! Şuşada ermәnilәr müqәssir olsalar da, daha ermәni 
qalmadı. İndi bir ovuc әlsiz-ayaqsız ermәni qalıbdır, onlara rәhm ediniz - deyib ağlaya-
ağlaya sülh tәklif etdi.”
207
 
Barışıq elan olundu. M.S.Ordubadinin yazdığına görә, avqustun 21-dә “müsәlmanlar 
evlәrindә saxladıqları ermәnilәri aparıb sağ-salamat ermәnilәrә tapşırdılar. Ermәnilәr dә 
ancaq beş altı nәfәr müsәlmanı salamat buraxdılar. Bu barışıqdan sonra ermәnilәr realnı 
mәktәbin tәmirindә  işlәyәn 17 nәfәr iranlı  fәhlәsinin başını  kәsib müsәlmanları yenә 
pәrişan etdilәr...”.
208
 

Tofiq Köçərli 
- 71 - 
Qarabağ: Yalan və Həqiqət 
Mir Möhsün Nәvvab şәhadәt verir ki, ermәnilәr hәmin iranlı fәhlәlәri “böyük zülm vә 
işgәncә ilә öldürmüş”, “onların başına mismar çalaraq әzdikdәn sonra bir dәrәyә” 
atmışdılar.
209
 
1918-ci ilin may ayında Azәrbaycan, Gürcüstan, Ermәnistan respublikaları yarandı. O 
zamanlardan da “Dağlıq Qarabağ mәsәlәsi” deyilәn mәsәlә meydana gәldi. 
C.Stupişin iddia edir ki, “Qafqaz tatarları ingilis vә türklәrin, sonra Qızıl Ordunun 
kömәyi ilә Bakıda hakimiyyәti әlә keçirmişlәr”. 
Vallah-billah, tarix elmlәri doktoru üçün eyibdir, rüsvayçılıqdır belә  әllamәlik, belә 
cәfәngiyat! 
Әvvәla onu deyәk ki, Azәrbaycanda 28 may 1918-ci ildә vә *28 aprel 1920-ci ildә 
baş vermiş bir-birinә daban-dabana әks iki hadisәni eynilәşdirmәk elmi-siyasi kütlükdür. 
Çünki 28 may 1918-ci ildә Azәrbaycan Rusiyadan faktiki ayrılmağını  rәsmilәşdirmiş, 
Rusiyadan müstәqilliyini elan etmiş, bir bayraq altında vahid mәrkәzlәşmiş milli dövlәt, 
Azәrbaycan Cümhuriyyәti, milli hakimiyyәt yaratmışdı. 28 aprel 1920-ci ildә isә  Qızıl 
Ordu Azәrbaycanı  işğal etmiş, müstәqil Azәrbaycan Cümhuriyyәtini devirmiş, 
Azәrbaycanı faktiki olaraq yenidәn Rusiyaya ilhaq etmişdi. Qızıl Ordunun Qafqaz 
tatarlarına” “kömәyi” belә kömәk idi, C.Stupişin! 
Sonra. “Qafqaz tatarları” öz vәtәnlәrindә hakimiyyәti “әlә keçirmәmәli” idisә, bәs 
kim “әlә keçirmәli” idi? Başqa sözlә Azәrbaycanda hakimiyyәti deyәk ki, ruslar ya 
ermәnilәrmi, yaxud fransızlar ya almanlarmı “әlә keçirmәli” idilәr? 
Azәrbaycan kimin vәtәni idi? Yoxsa Rusiya Azәrbaycanda yüz il at çapdığına görә 
Azәrbaycan, xalqımızın vәtәnliyindәn çıxmışdı? Yoxsa rus ayağı  dәyәn yer rusun, bu 
yerin hakimiyyәti isә rusun hakimiyyәti olmalı idi? 
Götürәk “Qafqaz tatarlarının” kimlәrin kömәyi ilә “hakimiyyәti  әlә keçirmәlәri” 
mәsәlәsini.  İngilislәrin adını Stupişin birinci çәkir. Ancaq istәrdim ki, Stupişin bilsin vә 
yadda saxlasın: o zaman İngiltәrә hәlә “Vahid vә bölünmәz Rusiya”ya üstünlük verirdi. 
İngiltәrәnin Azәrbaycan, elәcә dә Gürcüstan vә Ermәnistan istiqlalının elan edilmәsindә 
“әli” olmamışdı! 
Türklәrin “kömәyi” mәsәlәsinә  nәzәr salaq. Oktyabr inqilabından sonrakı tarixi 
proses Tiflisdә  әvvәlcә Zaqafqaziya Komissarlığının, sonra Zaqafqaziya Demokratik 

Tofiq Köçərli 
- 72 - 
Qarabağ: Yalan və Həqiqət 
Federativ Respublikasının (ZDFR) yaranmasına gәtirib çıxartdı. (1918-ci ilin fevralında 
yaradılmış Zaqafqaziya Seymi (buraxılmış Rusiya Mәclisi-Müәssisina Zaqafqaziyadan 
seçilmiş deputatlardan ibarәt sәlahiyyәtli ümumzaqafqaziya orqanı) mart ayında 
Zaqafqaziyanın Rusiyadan ayrılmasını rәsmәn elan etmişdi). Lakin bu ümumzaqafqaziya 
respublikası gödәk ömürlü oldu. 1918-ci il mayın 26-da Gürcüstan Zaqafqaziya 
federasiyasından çıxmağını  vә istiqlalını elan etdi. İki gündәn sonra Tiflisdә bir neçә 
Azәrbaycan siyasi partiyalarının tәmsil olunduğu Azәrbaycan Milli Şurası Azәrbaycanın 
istiqlalını, Azәrbaycan Cümhuriyyәti vә ilk Azәrbaycan hökumәti tәşkil olunmasını elan 
etdi. Ermәnistan Milli Şurası da bu qaydada hәrәkәt etdi. (Zaqafqaziya Seyminin 
Müsәlman fraksiyası Azәrbaycan Milli Şurasına çevrilmişdi. O, Azәrbaycanda 
parlamentarizmin rüşeymi olmaqla parlament funksiyasını  hәyata keçirirdi). Hәmin 
günlәrdә ZDFR nümayәndә heyәti Batumda Türkiyә nümayәndә heyәti ilә danışıqlar 
aparırdı. ZDFR-in süqutu ilә  әlaqәdar, onun vahid nümayәndә heyәti dә  fәaliyyәtini 
dayandırdı. Azәrbaycan, Gürcüstan, Ermәnistan nümayәndә heyәtlәri ayrılıqda Türkiyә 
ilә Sülh vә dostluq haqqında müqavilә bağladılar. 
Azәrbaycan-Türkiyә müqavilәsini Azәrbaycan Cümhuriyyәti adından Milli Şura sәdri 
M.Ә.Rәsulzadә  vә Xarici işlәr naziri M.H.Hacınski imzaladılar. Bu müqavilәlәrlә Türkiyә 
Azәrbaycan, Gürcüstan vә Ermәnistanın müstәqilliyini tanıyan ilk dövlәt oldu. 
Gürcüstan vә Ermәnistan respublikalarının elan edilmәsindә, gürcülәrin vә 
ermәnilәrin hakimiyyәti “әlә keçirmәlәrindә” Türkiyәnin kömәyi nә  qәdәr olmuşdusa, 
Azәrbaycan Respublikasının elan edilmәsindә dә bir o qәdәr olmuşdu. Nә az, nә çox! 
İlk mәrhәlәdә Ermәnistan hökumәti Dağlıq Qarabağa münasibәtdә  hәlә müәyyәn 
diplomatik takt gözlәyir, mәkrli niyyәtlәrini hәlә tam açmırdı. Belә bir fakt mәlumdur: 
1918-ci ilin avqust ayında Ermәnistanın Tiflisdәki diplomatik nümayәndәsi Azәrbaycanın 
oradakı diplomatik nümayәndәsindәn  Şuşaya Ermәnistanın “xüsusi nümayәndә heyәti” 
göndәr-mәsinә razılıq vermәyi xahiş etmişdi. Bu rәsmi müraciәtә aşağıdakı rәsmi cavab 
verilmişdi: “Әgәr Azәrbaycan hökumәti  әmin olsa ki, nümayәndә heyәti Azәrbaycan 
mәnafelәri, onun sәrhәdlәri hüdudlarında mövcud olan qanunların vә qaydaların әksinә 
işlәmәyәcәk vә nümayәndә heyәti Azәrbaycan hökumәtinin müşahidәsi altında fәaliyyәt 

Tofiq Köçərli 
- 73 - 
Qarabağ: Yalan və Həqiqət 
göstәrәcәk”, Ermәnistan xüsusi nümayәndә heyәtinin  Şuşaya getmәsinә icazә 
verilәcәkdir. 
Dağlıq Qarabağa “xüsusi nümayәndә heyәti” göndәrilmәsi mәsәlәsinin nәticә etibarı 
ilә necә  hәll olması  mәnә  mәlum deyil. Düzü, bu, o qәdәr  әhәmiyyәt dә  kәsb etmir. 
Әhәmiyyәtli vә diqqәti cәlb etmәli cәhәt odur ki, Ermәnistan hökumәti Azәrbaycan 
hökumәtindәn  Şuşaya “xüsusi nümayәndә heyәti” göndәrmәyә icazә istәmәklә, faktiki 
olaraq Dağlıq Qarabağın Azәrbaycana mәnsubiyyәtini etiraf edirdi. 
Әgәr Dağlıq Qarabağ Ermәnistanın idisә, nә üçün Ermәnistan hökumәti oraya xüsusi 
nümayәndә heyәti göndәrmәk üçün Azәrbaycan hökumәtindәn icazә istәyirdi? 
Dövlәtlәr tarixindә, dövlәtlәr tәcrübәsindә elә bir hal olubmu ki, hansısa bir dövlәt 
özünün hansısa  şәhәrinә, hansısa  әyalәtinә nümayәndә göndәrmәk üçün başqa bir 
dövlәtdәn icazә istәmiş olsun? 
Belә  vә bu kimi addımlarla Ermәnistan hökumәti ilk növbәdә Dağlıq Qarabağa 
“mübahisәli  әrazi” statusu verilmәsinә nail olmaq vә belәliklә  hәmin amildәn 
Azәrbaycanla münasibәtlәrdә, strateji planlarının hәyata keçirilmәsindә istifadә etmәk 
istәyirdi. Azәrbaycan Cümhuriyyәtinin fövqәladә elçisi Ә.M.Topçubaşov İstanbulda ingilis 
polkovniki Tampla ilә söhbәtdә (19 noyabr 1918-ci il) demişdi: “Ermәnistan hökumәtinin 
nümayәndәlәri bizә  dәfәlәrlә bildiriblәr gi, әgәr onlara Qara dәniz sahilindә liman 
verilsә, özlәrinin Qarabağa iddialarından könüllü imtina edәrlәr; onlar әhali mübadilәsi 
ilә dә kifayәtlәnәrdilәr, zira nәzәrә almamaq olmaz ki, İrәvan quberniyasında 200 min 
müsәlman var”.
210
 
Tәdriclә Ermәnistan Dağlıq Qarabağı zor-la Azәrbaycandan ayırmağa girişdi. General 
Andranikin silahlı  dәstәlәri Dağlıq Qarabağa yeridildi. Azәrbaycan deyil, mәhz 
Ermәnistan Dağlıq Qarabağ problemini hәrbi yolla hәll etmәyә girişdi, c. Lenski! Bununla 
әlaqәdar Azәrbaycan hökumәti avqustun 15-dә Ermәnistan hökumәtinә  qәti etiraz 
bildirdi. Ermәnistan cavab vermәkdә  lәngimәdi.  İki gündәn sonra, avqustun 17-dә 
Ermәnistanın Tiflisdәki diplomatik nümayәndәsi rәsmi bәyan etdi ki, “hәm general 
Andranik, hәm dә onun bütün dәstәsi xüsusi ermәni korpusunun әmri ilә artıq çoxdan 
ermәni qoşunlarının tәrkibindәn vә siyahısından çıxarılmışdır, bundan sonra onlar 
Ermәnistan hökumәtini, onun vәzifәli  şәxslәrini tanımaqdan vә onlara tabe olmaqdan 

Tofiq Köçərli 
- 74 - 
Qarabağ: Yalan və Həqiqət 
imtina ediblәr. Belәliklә, general Andranikin vә onun dәstәsinin ermәni milli qoşunlarına 
vә orqanlarına heç bir aidiyyәti yoxdur vә Ermәnistan hökumәti mәsuliyyәtsiz fәaliyyәtә 
cavab verә bilmәz”.
211
 
Belә de! Ermәnistan hökumәtinin Andraniklә, onun “mәsuliyyәtsiz fәaliyyәti” ilә heç 
bir  әlaqәsi yox imiş! Bircә onu deyәk ki, Andranik min nәfәr süvari dәstәsi ilә 
Zәngәzurdan  İrәvana qayıdanda, “hökumәt (Ermәnistan hökumәti - T.K.) Andranikә 
lәyaqәtli  әsgәri ehtiram göstәrmәk üçün Dronu Andraniki qarşılamağa göndәrmişdi”. 
Bunu İrәvanda çıxan qәzetlәrdәn biri 1919-cu il aprelin 27-dә yazmışdı. Bir vacib cәhәti 
dә qeyd edәk. Ermәnistan Azәrbaycanın Andraniklә  әlaqәdar tәlәbinә heç bir etiraz 
bildirmәmişdi.  Әgәr Qarabağ  vә  Zәngәzur Ermәnistanın olmuş olsaydı, Ermәnistan 
şәksiz car çәkәrdi vә  mәntiqә görә car çәkmәli idi ki, bu yerlәr Ermәnistan  әrazisidir, 
Qarabağ  vә  Zәngәzurda Andranikin hәrәkәtlәrinin Azәrbaycana nә  dәxli var, öz daxili 
işimizdir vә özümüz bilәrik; Ermәnistanın daxili işlәrinә qarışmayın! 
Hәlә Ermәnistan Qarabağ  vә  Zәngәzura açıq iddia etmirdi. Ermәnistan vaxt 
qazanmaq, Ermәnistan hökumәtinә guya “tabe olmayan” Andranikin әli ilә Dağlıq 
Qarabağı  vә  Zәngәzuru işğal edib Azәrbaycanı baş vermiş fakt qarşısında qoymaq 
istәyirdi. 
Andranikin Azәrbaycan hüdudlarına bas-qını Azәrbaycan Cümhuriyyәtinin olduqca 
ağır günlәrindә baş vermişdi. Azәrbaycanın paytaxtı Bakı şәhәri hәlә düşmәn әlindә idi. 
Azәrbaycan Cümhuriyyәti hökumәtinin vәzifәlәr vәzifәsi paytaxtı azad etmәk idi. Bu 
mәsәlә, M.Ә.Rәsulzadәnin Azәrbaycan hökumәti adından avqustun 27-dә  İstanbuldakı 
Almaniya sәfirliyinә göndәrdiyi notada deyildiyi kimi, “Azәrbaycan üçün yalnızca tövsii-
әrazi mәsәlәsi tәşkil etmәyib bir hәyat vә mәmat (ölüm - T.K.) şәklini iqtisab” etmişdi.
212
 
M.Ә.Rәsulzadә sentyabrın 6-da İstanbuldan Gәncәyә teleqram göndәrәrәk Azәrbaycan 
hökumәtini xәbәrdar edirdi: “Bakı alınmasa, hәr şey bitdi. Әlvida, Azәrbaycan”.
213
 
Nәhayәt, Azәrbaycan hökumәtinin rәsmi müraciәti ilә Azәrbaycana gәlәn türk 
qoşunları milli qoşun hissәlәri ilә birlikdә türk sәrkәrdәsi Nuru paşanın ümumi 
komandanlığı altında sentyabrın 15-dә Bakını yad qüvvәlәrdәn azad etdilәr. Türk 
sәrkәrdәsi Mursәl bәyin (sonralar Bakı yürüşünün  şәrәfinә özünә “Baku” familiyasını 
götürmüşdü) demәsinә görә. onun komandanlığı altında olan azәrbaycanlılardan ibarәt 

Tofiq Köçərli 
- 75 - 
Qarabağ: Yalan və Həqiqət 
hәrbi hissәlәr Kürdәmir, Şamaxı vә Bakı cәbhәlәrinin bir çox döyüşlәrindә әsgәri şücaәt 
vә igidlik göstәrmişdilәr. 
Bakının azad edilmәsi Azәrbaycanın müstәqilliyinin vә  әrazi bütövlüyünün tәmin 
edilmәsi uğrunda mübarizәnin görkәmli, önәmli vә şanlı sәhifәsi idi. 
Lakin Bakı azad edildikdәn vә dәrhal Azәrbaycan hökumәti öz paytaxtında fәaliyyәtә 
başladıqdan az sonra beynәlxalq vәziyyәt Azәrbaycanın zәrәrinә dәyişdi. 
Almaniya - Türkiyә bloku birinci dünya müharibәsindә  mәğlub oldu. Dünya 
müharibәsinin mәğlub dövlәti kimi Türkiyә oktyabrın 30-da Mudros barışığını 
imzalamağa mәcbur oldu. Barışığın şәrtlәrinә görә Türkiyә öz qoşun hissәlәrini Bakıdan 
vә bütün Azәrbaycandan çıxartmalı, Bakını müttәfiq qoşunlar tutmalıydı. 
Bununla beynәlxalq vәziyyәti onsuz da ağlagәlmәz dәrәcәdә  ağır vә  çәtin olan 
Azәrbaycanın vәziyyәti daha da mürәkkәblәşdi. Azәrbaycan real hәrbi kömәk aldığı vә 
başqa sahәlәrdә  dә yardımına güvәndiyi müttәfiq Türkiyәnin kömәyindәn mәhrum 
olurdu. Digәr tәrәfdәn, Bakını  vә bütün Azәrbaycanı yeni vә böyük tәhlükә - Antanta 
tәhlükәsi yaxalayırdı. 
Noyabrın 17-dә müttәfiq qoşunların (faktiki olaraq ingilis qoşunlarının) ilk dәstәsi 
ingilis generalı Tomsonun komandanlığı altında Bakıya gәldi. Tomson hәmin  әrәfәdә 
Әnzәlidә Azәrbaycan nümayәndәlәrinә (N.Yusifbәyov,  Ә.Ağaoğlu vә M.Rәfiyevә) 
demişdi: “Bizim bildiyimiz, Azәrbaycan xalqının arayi-ümumiyyәsindәn doğan doğma bir 
cümhuriyyәt yoxdur. Yalnız türk komandanlığının intriqası ilә tәşәkkül etmiş bir hökumәt 
var. Madam ki, siz bunun әksini iddia ediyorsunuz, o halda gәlir, mәhәllindә tәdqiq, ona 
görö dә qәrar veririz”.
214
 
Tomson Bakıya varid olduqda nümayişkaranә qeyd etmişdi ki, Bakı Rusiya 
imperiyasının әrazisidir vә mәn “Bakıya, 1914-cü il müharibәsinә qәdәr olan sәrhәdlәrdә 
Rusiya hüdudlarına, Rusiyaya mәxsus olan Qafqaza gәlmişәm”. Tomson özü ilә İrandan 
Bakıya Biçeraxovun kazaklardan ibarәt dәstәsini dә  gәtirmişdi. O isә Bakıya gәlәr-
gәlmәz Azәrbaycan hökumәtinә meydan oxumağa başlamış, Bakının “rus vәtәndaşlarını 
tәkrar ana vәtәnә (Rusiyaya -T.K) iadәsi ilә tәbrik” etmişdi.
215
 
“Qafqaz tatarları” ingilislәrin “kömәyi ilә” hakimiyyәti belә  “әlә keçirmişdilәr”, 
C.Stupişin! 

Tofiq Köçərli 
- 76 - 
Qarabağ: Yalan və Həqiqət 
Noyabrın 17-dә “iki Bakı vardı. Mәhzun müsәlman Bakısı ilә  mәmnun xristian Ba” 
kısı”.
216
 Müttәfiq qoşunların vә Biçeraxovun gәlişindәn qanadlanan monarxiyapәrәst rus 
tәşkilatları  hәyasızcasına vә yekәxanalıqla azәrbaycanlılara “elan etdiyiniz istiqlaldan 
istinkaf (imtina - T.K) ediniz vә sizin üçün şәfaәt edәlim” deyorlar vә müvәqqәtәn tәşkil 
edәcәklәri hökumәti-mәhәlliyәdә azәrbaycanlılara bilnisbә daha mühüm bir mövqe 
tәmin edәcәklәri lütfünü dә ayrıca әlavә” edirlәrdi. “Ermәni tәşkilatının xüsumәt vә inadı 
isә daha bariz idi”.
217
 
Müttәfiq qoşunların Bakıya daxil olması ilә  vә türk qoşunlarının Bakıdan, 
Azәrbaycandan getmәsi ilә gәnc Azәrbaycan Cümhuriyyәti özünün çox ağır günlәrini, od 
ilә su arasında qalmaq anını yaşayırdı. Ancaq Azәrbaycan rәhbәrliyi büdrәmәdi, 
sarsılmadı, başını itirmәdi, çeviklik vә  mәtanәt, siyasi manevrlәr etmәk mәharәti 
göstәrdi, dövlәti inamla idarә etdi. 
Azәrbaycan Cümhuriyyәti tәsisçilәri Böyük Fransa inqilabının görkәmli xadimi 
Maksimilian Robespyerin “Sәltәnәti zorla devirmәk mümkündür, ancaq respublikanı 
yalnız müdrikliklә qurmaq olar” kәlamından xәbәrdar idilәr. Tam әsasla demәk olar ki, 
Azәrbaycan rәhbәrlәri Respublikanı misilsiz çәtinliklәr vә mürәkkәbliklәr şәraitindә ağılla, 
aqilliklә vә müdrikliklә qururdular. 
Azәrbaycan hökumәti Gәncәdәn Bakıya gördükdәn sonra qısa bir müddәt  әrzindә 
Azәrbaycan Milli Şurası әsasında Mәclisi-mәbusan (parlament)tәşkil etmәyә nail oldu. 
Dekabrın 7-dә onun tәntәnәli açılışında M.Ә.Rәsulzadә, bu gün dillәr  әzbәrinә 
çevrilmiş  mәşhur “Bir kәrә yüksәlәn bayraq bir daha enmәz!”  şüarını söylәdi. Mәclisi-
mәbusan Fәtәli xan Xoyski başda olmaqla yeni hökumәt tәşkil etdi. Bununla әlaqәdar 
general Tomson “Fәtәli xanın tәhti-sәdarәtindә koalision Azәrbaycan hökumәti tәşәkkül 
etdiyindәn müttәfiqlәr komandanlığının Azәrbaycan daxilindә yeganә mәşru bir hökumәt 
olmaq üzrә bu hökumәti tanıyacağını vә ona mühazirәti-tammәdә bulunacağını” bәyan 
etdi.
218
 
1919-cu il yanvarın 22-dә Bakıya gәlәn İngiltәrә qoşunlarının Balkanda vә Qafqazda 
baş komandanı Milton isә Azәrbaycan hökumәtinә ingilis hökumәtinin münasibәtini 
bildirmişdi. O, F.Xoyskiyә  bәyan etmişdi ki, “İngiltәrә hökumәti Azәrbaycanın mövcud 
hökumәtini yeganә qanuni hakimiyyәt tanıyır”. 

Tofiq Köçərli 
- 77 - 
Qarabağ: Yalan və Həqiqət 
Әgәr nәzәrә alsaq ki, Tomson Bakıya gәlmәk әrәfәsindә Azәrbaycan Cümhuriyyәtini 
azәrbaycan xalqının ümumi arzusundan doğmayan cümhuriyyәt, Azәrbaycan hökumәtini 
isә “yalnız türk komandanlığının intriqası ilә tәşәkkül etmiş bir hökumәt” adlandırmışdı, 
onda Tomsonun yeni bәyanatının vә Miltonun bәyanatının әhәmiyyәti daha aydın olar. 
Onu da qeyd edәk ki, müttәfiq dövlәtlәr komandanlığı çox qısa bir müddәt  әrzindә 
azәrbaycan xalqının müasir, inkişaf etmiş vә sivil bir xalq olmasını başa düşmüşdü. Bu 
cәhәti Ü.Hacıbәyov qәlәmә almışdır. O, hәlә müttәfiq qoşunlar Bakıda olduğu zaman, 
1919-cu il mayın 28-dә “Azәrbaycan” qәzetindә yazmışdı: 
“İngilislәr bizim içimizә girәrkәn özlәrini vәhşi bir heyvan qarşısına çıxmış bir ovçu 
vәziyyәtindә saxlamaq ehtiyatına heç bir lüzum olmadığını bir-iki gündәn sonra kәmali-
tәәccüblә anladılar vә haqqımızda bәslәmәkdә olduqları  nәzәr vә  tәsәvvüratın 
bilmәmәzlik vә ya düşmәn tәbliği nәticәsi olaraq xәta vә yanlış olduğunu da dәrk 
etdilәr; әminәm ki, bunu da dәrk etdilәr ki, istibdad altında tәrәqqi vә tәalidәn cәbrәn 
mәhrum vә cәhalәtә mәhkum edilmiş olan bir millәt, azad olduqdan sonra çox çәkmәz 
ki, alәm mәdәniyyәt bazarlarında öz milliyyәtlәri tәqazası ilә  әmәlә  gәlmiş  mәdәni 
mәtalarını  әnzari-bәşәriyyәtә  tәqdim ilә  mәdәniyyәti qoca olan millәtlәri dә heyran 
qoyarlar”. 
Tomsonun yeni mövqeyi Azәrbaycanın beynәlxalq vәziyyәtini möhkәmlәndirmәkdә, 
Azәrbaycan hüdudlarında Azәrbaycan hakimiyyәtinin fәaliyyәtini tәmin etmәkdә müsbәt 
rol oynadı. 
Tomson Andranikin Azәrbaycan әrazisindәki azğınlığını vә cinayәtlәrini dayandırmaq 
işindә Azәrbaycan hökumәtinә kömәk göstәrdi. Onun tәkidi ilә “Ermәni xüsusi zәrbә 
dәstәsinin rәisi” Andranik “Vәrәndә, Dizaq, Xaçın vә Cavanşir hәrbi baş komandanlarına, 
bütün komissarlara vә ermәni  әhalisinә” belә bir әmr verdi: “Müttәfiqlәr bizdәn bütün 
hәrbi hәrәkәtlәri dayandırmağı  tәlәb edirlәr. Müttәfiqlәrin nümayәndәlәri - ingilis vә 
fransız kapitanları yanıma gәlib bildirdilәr ki, Qafqazda müharibәyә yol vermәmәk qәrara 
alınmışdır... Bütün mәsәlәlәr Sülh konqressindә hәll edilmәlidir. Nümayәndәlәrin mәnә 
verdiklәri mәktubda Baş komandan ingilis generalı Tomson. xәbәrdarlıq edir ki, indәn 
sonra hәr cür düşmәn hәrәkәtlәri ermәni mәsәlәsinin hәllinә pis tәsir edә bilәr” Bununla 

Tofiq Köçərli 
- 78 - 
Qarabağ: Yalan və Həqiqət 
әlaqәdar Andranik “tatar vә türklәrә qarşı  hәrbi  әmәliyyatları  dәrhal da-yandırmağı”
219
 
әmr etdi. 
Tomsonun tәlәbi Andranikin köpünü alsa da, onun Azәrbaycan  әleyhinә  hәrbi 
әmәliyyatlarını  dәrhal dayandırmadı, Andranik Azәrbaycanı  dәrhal tәrk etmәdi. 
Ü.Hacıbәyov “Azәrbaycan” qәzetindә (15 dekabr 1918) yazırdı ki, “hәtta general 
Tomsonun tәhdidi belә Andranikә heç bir әsәr elәmir, o öz işindәdir; müsәlman 
kәndlәrini dağıdır, әhalisini öldürür, ya qaçırdır... Andranikin qoşunu ermәni hökumәtinә 
heç bir dәxli yoxsa vә gördüklәri vәhşiliklәrin cavabdehәndәliyi dәxi öz boynuna isә - o 
halda bu Andranik, ermәni camaatının gözündә “igid” olsun, “qәhrәman” olsun, bizim 
gözümüzdә adi bir quldurdur”. 
Azәrbaycan Cümhuriyyәtini sarsıtmaq mәqsәdi ilә Andraniki fitlәyәn. 0NU 
maliyyәlәşdirәn başqa qüvvәlәr dә var idi. Mәsәlәn, Tiflisdә  çıxan “Qruziә” qәzeti (29 
yanvar 1919) general-mayor Andranikin belә mәktubunu çap etmişdi: 
“Zati-alilәri general Biçeraxova. 
Zәngәzur ermәni milli şurasının üzvlәri Arşaq  Şiranyan vә Nikolay Osipov Bakıdan 
gәlәrәk, mәnә milyon manat (1.000000) verdilәr. Bu haqda onlar sizә iltizamnamә 
veriblәr. Adı çәkilәn şura üzvlәri mәnә dedilәr ki, bu pulu siz general Baqratuninin xahişi 
ilә vermisiniz. Mәnim dәstәmi vә  bәdbәxt qaçqınları unutmadığınız üçün sizә  dәrin vә 
sәmimi tәşәkkürümü bildirirәm”.
220
 
Bu xarakterli kömәk vә fitlәmәlәrdәn ruhlanan Andranik Gorusda möhkәmlәndi. 
Andranik, guya Zәngәzur kәndli qurultayının vә Zәngәzur ermәni milli şurasının tәklifi ilә 
“silahlı qüvvәlәrin baş komandanı” oldu vә azәrbaycanlıları qılıncdan keçirmәkdә davam 
etdi. Tәkcә bir sәnәd gәtirәk: 1919-cu ilin yanvarın 10-da Zәngәzur qәza rәisi 
M.Namazәliyev qәza mәrkәzi Gorusdan Azәrbaycan hökumәtinә yazırdı: “Ermәnilәr 
başda Andranik olmaqla, ingilis-fransız missiyasına verdiklәri vәdlәrә xilaf çıxaraq, 30 
müsәlman kәndini dağıdıb oda tutmuşlar vә  әmlakını qarәt etmişlәr. Qaçıb canını 
qurtara bilmәyәn sakinlәr cinslәrindәn asılı olmayaraq vәhşicәsinә öldürülmüşdür”...
221
 
Zәngәzurda, Dağlıq Qarabağda yaranmış  vәziyyәtlә  әlaqәdar, Azәrbaycan 
Cümhuriyyәtinin daxili işlәr naziri 1919-cu il yanvarın әvvәllәrindә hökumәtә tәklif etdi 
ki,  Şuşa, Cavanşir, Cәbrayıl vә  Zәngәzur qәzaları  Gәncә quberniyasının tәrkibindәn 

Tofiq Köçərli 
- 79 - 
Qarabağ: Yalan və Həqiqət 
çıxarılsın vә hәmin qәzalardan ibarәt müvәqqәti Qarabağ general-qubernatorluğu tәşkil 
edilsin. 1919-cu il yanvarın 25-dә Azәrbaycan hökumәti hәmin tәkliflә razılaşdı.  Şuşa, 
Cavanşir, Cәbrayıl vә  Zәngәzur qәzaları  Gәncә quberniyası  tәrkibindәn çıxarılaraq, 
onlardan mәrkәz  Şuşa olmaqla Qarabağ general-qubernatorluğu tәşkil olundu. 
Azәrbaycanın birinci hökumәtindә  hәrbi nazir olmuş Xosrov bәy Sultanov Qarabağa 
general-qubernator tәyin edildi. Ermәnistan hökumәti general-qubernatorluq yaradılması 
vә Sultanovun general-qubernator tәyin edilmәsi ilә  әlaqәdar Azәrbaycan hökumәtinә, 
müttәfiq qoşunların komandanı general Tomsona etiraz bildirdi.
222
 Artıq Ermәnistan 
hökumәti necә deyәrlәr, kartları tam açdı  vә bu yerlәrin “çox hissәsinin Ermәnistan 
әrazisinә daxil olmasını” vurğulayaraq, “general-qubernatorun funksiyasının vilayәtin 
ermәni hissәsindә dayandırılmasını” tәlәb etdi. Mart ayında general Tomson İrәvanda 
olanda Ermәnistan baş naziri onun qarşısında mәsәlәni belә qoydu: “Ermәnistan 
hökumәti arzu edir ki, Qarabağın ermәnilәr yaşadığı dağlıq hissәsinin idarә olunması 
milli şuranın (ermәni milli şurasının -T.K.) әlindә saxlansın... İdarә etmә üzәrindә ingilis 
komandanlığının qoyacağı nәzarәt yalnız milliyyәtçә ingilis olan şәxs tәrәfindәn hәyata 
keçirilә bilәr”.
223
 
Ermәnistan hökumәtinin etirazı, general Tomsonun qılığına girmәk cәhdi bir şey 
vermәdi: 
-  әvvәla, Azәrbaycan hökumәti etirazı  rәdd edәrәk bildirdi ki, “hәmin rayonlar 
Azәrbaycanın  şәksiz vә ayrılmaz hissәsidir” vә Ermәnistanın etirazı Azәrbaycanın 
“suverenliyinә qәsddir, daxili işlәrimizә qarışmaq cәhdidir”;
224
 
- general Tomsonun nümayәndәsi Şatelvort 1919-cu ilin aprelindә Bakıdan Şuşaya 
gәlәrәk ermәnilәrdәn Azәrbaycan Cümhuriyyәti hakimiyyәtini qәbul etmәyi, yaxud 
general A.İ.Denikinin yazdığına görә, “Sultanovun qanuni hakimiyyәtini” tanımağı tәlәb 
etdi;
225
 
 
-  Şuşada ingilis hәrbi missiyasının razılığı ilә general-qubernator Sultanov ermәni 
milli  şurasının başçılarını tutub şәhәrdәn Tiflisә qovdu.
226
  İyunun 6-da Yepiskop 
Şahnazarov vә ermәni icmasının nümayәndәlәri Sultanovla görüşәrәk, Azәrbaycan 
Cümhuriyyәtinin hakimiyyәtini qәbul etdiklәrini bildirdilәr; 

Tofiq Köçərli 
- 80 - 
Qarabağ: Yalan və Həqiqət 
- iyulun 30-da Şuşaya gәlәn baş nazir N.Yusifbәyov vә hәrbi nazir S.Mehmandarov 
ermәni kilsәsindә çörәk-duzla qarşılandı. Yepiskop onları azәrbaycan dilindә 
salamladı;
227
 
- müttәfiq dövlәtlәrin Zaqafqaziyada Ali Komissarı amerikan polkovniki Haskel 
Bakıda N.Yusifbәyova bildirdi ki, o, “Qarabağın, o cümlәdәn Zәngәzurun qәti olaraq 
Azәrbaycana keçmәsini zәruri hesab edir”;
228
 
- 1919-cu il avqustun 15-dә Şuşada keçirilәn Dağlıq Qarabağ ermәnilәrinin qurultayı 
“Dağlıq Qarabağ ermәnilәrinin Azәrbaycan hökumәti ilә müvәqqәti sazişi”ni qәbul etdi. 
Orada deyilirdi ki, “Qarabağın dağlıq hissәsi, ermәnilәr yaşayan (Dizaq, Vәrәndә, Xaçın 
vә Carabet) rayonları, özünü müvәqqәti olaraq Azәrbaycan Respublikasının hüdud-
larında hesab edir”. Saziş mәsәlәnin Paris sülh konfransında hәll edilәcәyi vaxta qәdәr 
qüvvәdә qalmalı idi.
229
 
Bu sazişin qәbul olunması Ermәnistanın Dağlıq Qarabağı “Ermәnistan  әrazisi” elan 
etmәk siyasәtinin iflası idi. 
Hәmin saziş bir mәnalı qarşılanmadı.  Әhali onu ümidlә  qәbul etdi. Sazişin qәbul 
olunmasında böyük xidmәti olan Qarabağ general-qubernatoru X.Sultanov sazişә yüksәk 
qiymәt verәrәk bildirdi ki, “Azәrbaycan hökumәti vә onun nümayәndәlәri üçün nә ellin 
(qәdim yunanların adı - T.K.), nә dә iudey (qәdim yәhudilәrin adı - T.K.) yoxdur, yalnız 
Azәrbaycan Cümhuriyyәtinin vәtәndaşları var”, vәtәn-daşların bәrabәrliyi vә birliyi 
prinsipi Qarabağda dönmәdәn hәyata keçirilәcәkdir. Tiflis qәzeti “Borba” yazırdı ki, “milli 
düşmәnçiliklә yaşayan” daşnak partiyası “instinktiv olaraq hiss edir ki, bu sazişdә iki 
xalqın düşmәnçiliyini dayandırmaq üçün hәr halda az da olsa rüşeym var. Lakin hәyat 
partiya mövhumatçılığından vә dini fanatizmdәn güclüdür. Qarabağda sazişi hәyat 
doğurdu, saziş ermәni-müsәlman mübahisәsini qırğınla yox, qarşılıqlı müqavilә yolu ilә 
hәll etmәyin ilk ciddi tәcrübәsidir”
.230
 
Noyabrın 23-dә Tiflisdә Azәrbaycanla Ermәnistan arasında sülh sazişi imzalandı. 
Razılığa gәlindi ki, (a) bütün mübahisәli mәsәlәlәr, o cümlәdәn sәrhәd mәsәlәlәri silah 
gücünә yox, danışıqlar yolu ilә hәll edilmәlidir, (b) saziş imzalanan andan Azәrbaycan vә 
Ermәnistan hökumәtlәrindәn heç biri bu vaxta qәdәr onun hakimiyyәtini tanımayan 
rayonları silah gücünә özünә tabe etmәmәlidir. 

Tofiq Köçərli 
- 81 - 
Qarabağ: Yalan və Həqiqət 
Azәrbaycan qoşun hissәlәrini Zәngәzurdan çıxartdı. Ermәnistan isә sazişi pozdu. 
Zәngәzura qoşun hissәlәri göndәrdi. O zaman Qarabağda olmuş ingilis jurnalisti 
Skotland-Liddel Londona mәlumat verirdi ki, 23 noyabr sazişinin ardınca, ermәnilәr 
“Azәrbaycan qoşunlarının getmәsindәn istifadә edәrәk xaincәsinә  Zәngәzura 
müsәlmanlar üzәrinә hücuma keçdilәr vә  qırxa qәdәr müsәlman kәndini dağıtdılar... 
Ermәnilәr Zәngәzura bu hücumlarının müvәqqәti müvәffәqiyyәt qazana-cağına  şübhә 
etmirlәr... Lakin bir gün gәlәcәkdir ki, bütün müsәlmanlar düşmәnlәri  әleyhinә ayağa 
qalxacaqlar vә hәmin gün gәlәndә heç nә ermәni xalqını xilas edә bilmәyәcәk” dir”.
231
 
İngilis jurnalisti hәm dә Londona bildirirdi: “Londonda ermәni bürosu var. Buna 
bәnzәr tәşkilatlar Fransada da vә Birlәşmiş Ştatlarda da var. Onların әn sevdiyi metod 
әn alçaq reklam üçün “xristian” sözündәn istifadә etmәkdir. Burada (Zaqafqaziyada) 
hәqiqәti bilirlәr,  әgәr ingilis ictimaiyyәti bilmirsә  dә, ingilis nazirliklәri hәqiqәti bilmә-
lidirlәr”.
232
 
Ermәnistanın hәrbi tәcavüzü ilә әlaqәdar olaraq Azәrbaycan hökumәti dekabrın 30-
da müttәfiq dövlәtlәrin Zaqafqaziyada Ali Komissarı Haskeldәn ermәni tәcavüzünü 
dayandırmaq üçün tәcili tәdbirlәr görmәyi tәlәb etdi. Xarici işlәr naziri F.X.Xoyski xüsusi 
nota ilә Ermәnistan hökumәtini xәbәrdar etdi ki, dinc әhaliyә qarşı  hәrbi  әmәliyyatlar 
dayandırılmasa, Azәrbaycan hökumәti öz vәtәndaşlarının hәyatını vә әm-lakını qorumaq 
üçün tәxirә salınmaz tәdbirlәr görmәyә mәcbur olacaqdır. 
Lakin Ermәnistan bu xәbәrdarlıqlara mәhәl qoymadı,  әksinә, Dağlıq Qarabağda 
Ermәnistanın tәxribatı daha da güclәndi. 
Qarabağa münasibәtdә Ermәnistan hökumәti belә bir taktika seçdi: Qarabağın 
ermәnilәr mәskunlaşan hissәlәrindә ermәni idarә sistemi yaratmaq üçün qızğın surәtdә 
tәdbirlәr görmәk olduqca zәruridir”.
233
 
Demәli, Qarabağın ermәnilәr mәskunlaşan yerlәrindә ermәni hakimiyyәti yox, 
Azәrbaycan hakimiyyәti var idi. Ona görә hәmin yerlәrdә ermәni hakimiyyәti yaratmaq 
başlıca vәzifә hesab edilirdi. 
Sonra: “(Qarabağa) göndәrilәn komissiya mümkün qәdәr böyük pul vәsaiti ilә tәhciz 
olunur. Bu komissiya sәssiz-küysüz, hәtta respublikanın (Ermәnistanın - T.K.) adını dilә 

Tofiq Köçərli 
- 82 - 
Qarabağ: Yalan və Həqiqət 
gәtirmәdәn (Ermәnistanın “adını dilә  gәtirmәdәn”! - T.K) Qarabağın ermәnilәr 
mәskunlaşan hissәlәrindә mülki idarәçilik tәtbiq edib qaydaya salacaqdır”.
234
 
Demәli, Ermәnistan (a) Dağlıq Qarabağa “mümkün qәdәr böyük pul vәsaiti” 
göndәrir, (b) İrәvandan gәlәn komissiya ermәni hakimiyyәti yaradarkәn “sәssiz-küysüz” 
iş görmәli, (v) komissiya öz fәaliyyәtindә Ermәnistan Respublikasının “adını” belә dilә 
gәtirmәmәli idi. 
Sәnәddә sonra deyilirdi ki, Qarabağda mülki idarәçilik, yәni hakimiyyәt yaradanlar 
“Respublika adından hәrәkәt etmәmәlidirlәr.  İdarәçiliyi “yerli әhali yerli özünüidarә 
şәklindә tәtbiq etmәlidir.
235
 
Demәli, Ermәnistanın Azәrbaycanın daxili işlәrinә qarışması, Dağlıq Qarabağda 
tәxribatçılığı maksimum gizli şәkildә aparılmalıdır. Elә tәsәvvür yaradılmalıdır ki, Dağlıq 
Qarabağda baş verәn hadisәlәrdә guya Ermәnistanın heç bir әli vә iştirakı yoxdur, orada 
gedәn bütün proseslәr Qarabağın yerli әhalisinin öz tәşәbbüsüdür, öz işidir. 
Hәmin taktika Dağlıq Qarabağda dönmәdәn hәyata keçirilirdi. 1922-ci ildә 
Tevodrosun yazdığına görә, Ermәnistan hökumәti 1919-cu ilin axırlarında Dağlıq 
Qarabağı “azad etmәk üçün” 19 milyon manat pul ayırdı. Emissarlar hәmin pulla 
İrәvandan gәldikdәn sonra Dağlıq Qarabağda “azadlıq” qarışıqlığı başlandı vә emissarlar 
Qarabağ  kәndlәrini öz avantyuralarına cәlb etmәyә girişdilәr.
236
 Emissarların vә 
separatçıların tәhriki ilә 1920-ci il martın 22-dәn 23-ә keçәn gecә Dağlıq Qarabağda 
Azәrbaycan hakimiyyәtinә qarşı silahlı çıxış tәşkil olundu. Şuşada, Xankәndindә vә digәr 
yerlәrdә yerlәşmiş Azәrbaycan milli ordu dәstәlәrinә  qәflәtәn hücum edildi. Ermәni 
silahlı qüvvәlәri hәtta strateji әhәmiyyәtli Әsgәran qalasını tutmağa nail oldular. Burada 
Dәli Qazarın komandanlığı altında 4 minә yaxın ermәni silahlı qüvvәlәri cәmlәşdi. 
Yaranmış  şәraitdә Azәrbaycan milli ord hissәlәri general Sәlimovun komandanlıq 
altında qәti hücuma keçәrәk aprelin 2-d Әskәranı azad etdilәr. Bu döyüşlәrdә Dәl Qazar 
öldürüldü. Ertәsi günü Azәrbaycan qoşun hissәlәri döyüşsüz Xankәndinә daxil oldular. 
Ermәni qoşun hissәlәri  Şuşa-Xankәndi yoluna nәzarәti  әlә almağa vә  Şuşadakı 
Azәrbaycan hәrbi dәstәsini mühasirәyә almağa cәhd göstәrdilәr. Lakin onların cәhdi baş 
tutmadı. Nәticә etibarı ilә ermәni silahlı qüvvәlәri darmadağın edildilәr. 

Tofiq Köçərli 
- 83 - 
Qarabağ: Yalan və Həqiqət 
Mirzә Bala Mәmmәdzadә haqlıdır: “Azәrbaycan ordusu bütün qabiliyyәt vә 
sәriştәsini,; “Әskәran müharibәsi” adı ilә  mәşhur olan müharibәdә göstәrdi... 
Azәrbaycan ordusu Şuşa; qalasına daxil ola bildi vә  Şuşanı, Xankәndini qoruyan 
әsgәrlәrә qarışdı. Ermәnilәrin tarmar olunması ilә  nәticәlәnәn, bu müharibәdәn sonra 
cәbhәyә  gәlәn Azәrbaycan hәrbiyә naziri Sәmәd paşa (Mehmandarov - T.K.) şәxsәn 
xain düşmәnә qarşı göstәrdiyi igidliyә görә zabitlәrә  vә orduya tәşәkkür etmişdir: 
“Qәhrәman әsgәrlәr. Mәn şәxsәn Almaniya cәbhәsindә bir çox vuruşmalarda olmuşam, 
ancaq sizin qәdәr qәhrәman  әsgәrlәrә nadir hallarda rast gәlmişәm. Siz mәnim 
ümidlәrimi qüvvәtlәndirdiniz. Siz öz qanınızla gәnc Azәrbaycan ordusunun namusunu 
qorudunuz”.
237
 
Belәliklә, Dağlıq Qarabağı  hәrbi yolla Azәrbaycandan ayırıb Ermәnistana birlәş-
dirmәk cәhdi bu dәfә dә boşa çıxdı. 
Ermәni mәnbәlәrinә görә, o zaman 30 min ermәni mәhv olmuşdu. Zәnnimcә, bu 
rәqәm şişirdilmişdir, lakin ermәnilәrin külli miqdarda itki vermәlәri faktdır. 
Bu faciәnin başlıca sәbәbkarı, tәşkilatçısı Ermәnistan idi, daşnak partiyası idi. 
Qarabağ ermәni tәhsil müәssisәlәri inspektoru R.Şaxnazarov aprel ayında Bakıya ermәni 
yepirkopu Baqrata yazmışdı: 
“Qarabağın sәadәti Araratın agentlәrinin  әmәllәri ilә  mәhv edilmişdir. Yuxarı 
Qarabağ ermәnilәrinin bәdbәxtliyi üçün bütün mәsuliyyәt daşnak hökumәtinin üzәrinә 
düşür. Daşnak bandalarının hәrbi kazarmalara vә qaraul mәntәqәlәrinә alçaq vә xain 
basqını  Şuşada vә Xankәndindә  vә deyilәnә görә  xәtt boyu eyni vaxtda baş vermişdi. 
Yepiskop hәzrәtlәri, bunu bütün hәmyerlilәrimizә bildirmәk Sizin borcunuzdur. 
Bәdbәxtliyin qarşısını almaq üçün gördüyümüz bütün işlәr daşnakların alçaqlığı vә siyasi 
idiotizmi ilә puç oldu. Ermәni xalqı bizim dinc yaşayışımızı pozub mәhv edәnlәri 
tanımalıdır. Qarabağ qanlı hadisәlәr dairә-sindәn kәnarda qalmalıydı, qala bilәrdi vә 
әgәr daşnakların avantürası olmasaydı, şübhәsiz, qalardı. 
Bütün namuslu işçilәrlә * ermәnilәrlә  vә müsәlmanlarla birlikdә bütün gücünüzü 
bәdbәxtliyin qarşısını almağa verin. Ermәni xalqının düşmәnlәrinә t gözәl vә dinc 
Qarabağı mәhv edәn daşnaklara lәnәt olsun”. 

Tofiq Köçərli 
- 84 - 
Qarabağ: Yalan və Həqiqət 
Hәmin qarmaqarışıqlıqda, aprelin axır-larında “Dağlıq Qarabağın әmәkçi kәndlilәrinin 
doqquzuncu qurultayı” Dağlıq Qarabağın Azәrbaycan Cümhuriyyәti hüdudlarında olması 
haqqında sazişin guya Azәrbaycan hökumәti tәrәfindәn pozulmasını  nәzәrә alaraq, 
“Dağlıq Qarabağın Ermәnistan Respublikasına birlәşdirilmәsini elan” etdi. 
Bu qәrarı Yerevanda rusca “Kommunist” qәzetindә çap edәn (13 iyul 1989) 
V.Evoyan belә  qәnaәtә  gәlmişdir ki, hәmin qәrarla “1920-ci ilin aprelindә, yәni 
Azәrbaycanda Sovet hakimiyyәti qurulması  әrәfәsindә Arsax Ermәnistanla tәzәdәn 
birlәşmişdir”. 
Sadә bir sual doğur: Hәmin qәrardan sonra Dağlıq Qarabağın  әrazi statusunda 
hansısa bir dәyişiklik baş vermişdimi? Vermişdisә, hansı  şәkildә, Hansı qaydada 
olmuşdu? Sәnәdlәr sübut edir ki, heç bir şәkildә Dağlıq Qarabağ Ermәnistanla “yenidәn 
birlәşmәmişdi”. O, siyasi, hüquqi vә inzibati cәhәtdәn Azәrbaycanın tәrkibindә qalmaqda 
davam etmişdi. Bir günlüyә  dә Dağlıq Qarabağ Ermәnistanın tәrkibinә daxil 
olunmamışdı. Hәtta Ermәnistan hökumәti, Ermәnistan parlamenti hәmin qәrara heç bir 
rәsmi münasibәt bildirmәmişdi. Hәmin qәrar kağız üzәrindә qalmışdı. 
Ermәnistan Xarici İşlәr Nazirliyi 1920-ci il mayın 3-dә Leninә  vә Çiçerinә teleqram 
göndәrәrәk, Dağlıq Qarabağda baş vermiş böyük miqyaslı hәrbi münaqişә üçün tәqsiri 
artıq devrilmiş Azәrbaycan Cümhuriyyәti hökumәtinin boynuna atmağa çalışdı. Guya 
ermәnilәr yox, Azәrbaycan hökumәti Dağlıq Qarabağ ermәnilәri ilә 1919-cu il avqustun 
T5-dә bağlanan müvәqqәti sazişi pozubmuş (Artıq qeyd olunduğu kimi, hәmin sazişlә 
Qarabağın ermәnilәr yaşayan dağlıq hissәsi “özünü müvәqqәti olaraq Azәrbaycan 
Cümhuriyyәtinin hüdudlarında” hesab etmişdi). Bu, heç bir әsası olmayan iddia idi. 
Mәhz Ermәnistan 1918-ci ildә Dağlıq Qarabağa iddia irәli sürmüşdü. Mәhz 
Ermәnistan Dağlıq Qarabağ problemini hәrbi yolla hәll etmәyә girişәrәk, qanlı faciәyә 
bais olmuşdu. Onu da xatırladaq ki, 1919-cu ildә Ermәnistan Paris sülh konfransına 
tәqdim etdiyi tәlәblәrdә nә az, nә çox Türkiyәnin yeddi şәrq vilayәtinә vә dörd Kilikiya 
sancağına, Qars vә  Әrdәhana, bütün keçmiş  İrәvan quberniyasına, o cümlәdәn 
Naxçıvana, keçmiş Tiflis quberniyasının cәnub hissәsinә  vә keçmiş Yelizavetpol 
quberniyasının cәnub hissәsinә, o cümlәdәn Dağlıq Qarabağa iddia etmişdi. Bununla 
әlaqәdar  İngiltәrәnin baş naziri Lloyd Corc bildirmişdi ki, ermәnilәr Aralıq dәnizindәn 

Tofiq Köçərli 
- 85 - 
Qarabağ: Yalan və Həqiqət 
Qara dәnizәdәk böyük bir әrazilәri bir vaxtlar mövcud olmuş ermәni çarlığına istinad 
edәrәk tәlәb edirlәr, lakin bu әrazilәrdә ermәnilәr әhalinin çox aşağı faizini tәşkil edirlәr. 
Paris sülh konfransında Azәrbaycan nümayәndә heyәtinin üzvü M.Mehdiyev sәrrast 
demişdir: “Ermәni millәtçilәri vә dövlәt başçıları mövcud Ermәnistan  әrazisini it ilindә 
onlara mәxsus olmuş tarixi әrazi sәviyyәsinә çatdırmaq kimi gülünc vә xam bir xәyala 
düşdülәr”.
239
 
İngiltәrәnin xarici işlәr naziri Kerzon isә, 1920-ci ilin martında  İngiltәrә 
parlamentindә bәyan etmişdi: “Mәnә belә gәlir ki, siz ermәnilәri sәkkiz yaşında tәmiz vә 
mәsum bir qız kimi zәnn edirsiniz. Bu fikirdә çox yanılırsınız. Halbuki ermәnilәr özlәrinin 
son vәhşi davranışları ilә  nә  qәdәr qan tökәn bir xalq olduqlarını qeyd-şәrtsiz isbat 
etmiş”lәr”.
240
 
Deyәsәn, bu gün Stupişinlәr dә “ermәnilәri sәkkiz yaşında tәmiz vә mәsum bir qız” 
sanırlar! 
Mәhz Ermәnistanın Azәrbaycana әrazi iddiaları irәli sürmәsi vaxtı ilә o qәdәr şәksiz 
vә aydın idi ki, bunu keçmiş SSRİ mәkanında demәk olar, әksәr müәlliflәr, o cümlәdәn 
ermәni müәlliflәri etiraf etmişdilәr. Mәsәlәn, Rusiya tarixçisi V.Qurko-Kryajin 1926-cı ildә 
nәşr edilmiş “Böyük Sovet ensklopediyası”nda yazmışdı: “Daşnaklar... Gürcüstanın 
tәrkibinә daxil olan Әhәlkәlәk vә Borçalı әrazilәrinә vә Azәrbaycanın tәrkibinә daxil olan 
Qarabağa, Naxçıvan diyarına, böyük Yelizavetpol quberniyasının cәnub hissәsinә 
yiyәlәnmәk iddiasında olduqlarını bildirdilәr. Hәmin  әrazilәri zorla ilhaq etmәk cәhdlәri 
Gürcüstanla müharibәyә (dekabr 1918) vә Azәrbaycanla uzun, qanlı mübarizәyә sәbәb 
oldu. Nәticәdә mübahisәli rayonların  әhalisi 10-30 faiz azaldı  vә bir sıra yaşayış 
mәntәqәlәri, sözün әsl mәnasında, yerlә yeksan edildi. Daşnak partizanlarının Möhkәm 
qәrar tutduqları Qarabağda xüsusilә amansız mübarizә gedirdi...”.
241
 
Bәlkә o zaman, yaxud sonra kimsә, yaxud ermәni tarixçilәri Qurko-Kryajinin hәmin 
obyektiv, tarixi hәqiqәti düzgün әks etdirәn fikrini tәkzib ediblәr?  Әsla yox. Әksinә, 
ermәni tarixçilәrinin özlәri Qurko-Kryajinin fikrini tәsdiq edib tәkrarlayıblar. Qurko-
Kryajinin fikri 1983-cü ildә Moskvada nәşr olunmuş  “Гражданская  война  и  военная 
интервенция  в  СССР” adlı - ensiklopediyada tәkrar edilibdir. Ermәni müәlliflәrinin 
hәmin kitaba daxil edilmiş  mәqalәsindә deyilir ki, “daşnaklar Gürcüstan burjua 

Tofiq Köçərli 
- 86 - 
Qarabağ: Yalan və Həqiqət 
respublikasının tәrkibinә daxil olan Әhәlkәlәk vә Borçalı әrazilәrinә vә Azәrbaycan burjua 
respublikasının tәrkibinә daxil olan Qarabağa, Naxçıvan diyarına vә Yelizavetpol 
quberniyasının cәnub hissәsinә iddia irәli sürdülәr”.
242
 
Kimin Dağlıq Qarabağa iddia irәli sür-mәsi haqqında tarixi hәqiqәt Qurko-Kryajinin 
dediyindәdir, adı çәkilәn ensiklopediyada ermәni müәlliflәrinin özlәrinin yazdıqlarındadır. 
1988-ci ildә Dağlıq Qarabağ hadisәlәrinin başlanması ilә әlaqәdar ermәni müәlliflәri 
valı  dәyişdilәr.  İ.Lenski orijinallıq etmәmişdir, o, sadәcә  hәmin tәzә ermәni valına 
oynamışdır. Lakin bir mәsәlәdә Lenski “orijinallıq” göstәrmişdir: yazmışdır ki, o zaman 
(Dağlıq Qarabağ  mәsәlәsindә) “dünya Azәrbaycanın hәrәkәtlәrinә  tәnqidi yanaşdı  vә 
onun Millәtlәr Cәmiyyәtinә qәbul olunması rәdd edildi”.. 
Bununla әlaqәdar aşağıdakıları demәk lazımdır: 
a) O zaman dünyanın (ABŞ,  İngiltәrә, Fransa, Almaniya vә digәr dövlәtlәrin 
hökumәtlәrinin) Dağlıq Qarabağ  mәsәlәsindә hansı mövqe tutması, Dağlıq Qarabağ 
mәsәlәsinә  rәsmi münasibәt bildirib bildirmәmәsi, hәmin mәsәlә ilә  әlaqәdar 
Azәrbaycana, yaxud Ermәnistana tәnqidi yanaşıb-yanaşmaması  mәlum deyil. Mәlum 
olan odur ki, müttәfiq dövlәtlәrin Zaqafqaziyada Ali Komissarıq amerikan polkovniki 
Haskel Azәrbaycanın mövqeyini әdalәtli saymış, “Qarabağın, o cümlәdәn Zәngәzurun 
qәti olaraq Azәrbaycana keçmәsini zәruri” hesab etmişdir. Mәlum olan odur ki, müttәfiq 
qoşun-ların Bakıda komandanı ingilis generalı Tomson vә onun nümayәndәlәri Dağlıq 
Qarabağda separatizmә qarşı  çıxmışlar, Andraniki Azәrbaycan hüdudlarını  tәrk etmәyә 
vadar etmişlәr vә Dağlıq Qarabağda Azәrbaycan Cümhuriyyәti hakimiyyәtinin bәrqәrar 
olmasına kömәk etmişlәr.  İstәr Haskelin, istәrsә  dә Tomsonun Dağlıq Qarabağ 
mәsәlәsinә münasibәtlәri bu vә ya başqa  şәkildә müttәfiq dövlәtlәrin mövqeyini әks 
etdirmәyә bilmәzdi. Heç dә  tәsadüfi deyildi ki, 1919-cu ilin iyununda Parisdә Fransa 
prezidenti Puankare ilә görüşәrkәn, Andranik müttәfiqlәrin Dağlıq , Qarabağ 
mәsәlәsindәki mövqeyindәn narazı olduğunu bildirmişdi.
243
 
b) Azәrbaycan, elәcә dә Gürcüstan vә Ermәnistan Millәtlәr Cәmiyyәtinә üzv olmağa 
çalışırdılar. Bunun üçün birinci növbәdә müstәqilliyin dünya dövlәtlәri tәrәfindәn 
tanınmasına nail olmaq lazım idi. Hәmin istiqamәtdә Azәrbaycan hökumәti, Paris 
konfransına göndәrilmiş nümayәndә heyәti olduqca gәrgin vә sәmәrәli iş aparmışdılar. 

Tofiq Köçərli 
- 87 - 
Qarabağ: Yalan və Həqiqət 
Bunun nәticәsi idi ki, mәsәlәn, o zaman dünya liderlәrindәn olan İngiltәrә hökumәtinin 
başçısı Lloyd Corc Azәrbaycanın müstәqilliyini tanımaq tәrәfdarı olmuşdu, 1919-cu ilin 
noyabrında o, ABŞ dövlәt katibinin müavini Polka demişdi ki, “Gürcüstan, Azәrbaycan, 
Ukrayna, Bessarabiya, Baltik әyalәtlәri vә Finlandiya, ola bilsin ki, Sibirin müstәqilliyi 
tanınmalıdır”.
244
 
Lloyd Corcun Azәrbaycanın müstәqilliyinin tanınmasını lazım bilmәsi vә Ermәnistanın 
müstәqilliyini tanımaq mәsәlәsini dilinә  gәtirmәmәsi ermәnilәri çox pәrişan vә narahat 
etmişdi. Bununla әlaqәdar ermәni mәtbuatı yazırdı: “ermәni xalqı böyük tәәssüf hissilә 
bildirir ki, bizim ümidlәrimiz boşa çıxmışdır, uzun müddәt әrzindә bizim yerit- 
diyimiz ingilispәrәst siyasәt nәticәsiz qur-tarmışdır”.
245
 
1920-ci il yanvarın 11-dә Paris sülh konfransının Ali Şurası İngiltәrә xarici işlәr naziri 
Kerzonun tәklifi ilә Azәrbaycanın vә Gürcüstanın müstәqilliyi de-fakto tanıdı. Az sonra 
Ermәnistanın da müstәqilliyi de-fakto tanındı. 
Nәhayәt, Azәrbaycan digәr yeni dövlәtlәrlә yanaşı, Millәtlәr Cәmiyyәtinә  qәbul 
olunmasını xahiş etmişdi. Lakin Azәrbaycan, Ermәnistan vә bir sıra başqa dövlәtlәr hәlә 
de-yure tanınmadığından, onların Millәtlәr Cәmiyyәtinә  qәbul edilmәsi mәsәlәsi 
müvәqqәti dayandırılmışdı.
246
 
Dağlıq Qarabağ  mәsәlәsinin Azәrbaycanın Millәtlәr Cәmiyyәtinә  qәbul edilmәsi 
mәsәlәsinә heç bir tәsiri olmamışdı. Mәhz de-yure tanınmasına görә Azәrbaycanın 
Millәtlәr Cәmiyyәtinә qәbul edilmәsi tәxirә salınmışdı. hәmin sәbәbdәn dә Ermәnistan vә 
Gürcüstan respublikaları Millәtlәr cәmiyyәtinә qәbul olunmamışdı. 
 
 
 
 
 
 
 
 
 

Tofiq Köçərli 
- 88 - 
Qarabağ: Yalan və Həqiqət 
Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin