AZӘrbaycan elmlәr akademiyasi



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix31.01.2017
ölçüsü1 Mb.
#7191
1   2   3   4   5   6   7   8   9

3.
 
II Fәsil 
Qarabağ "kiçik Azәrbaycandır". Rusiya çarı  "Şuşalı  vә Qarabağlı  İbrahim xanın vә 
onun varislәrinin  әyalәtinin bütövlüyünün saxlanmasına öz imperator zәmanәtini verir" 
(türk vә rus mәnbәlәrindәn) 
 
Yuxarıda adı çәkilәn İ.Lenski iddia edir ki, XVIII әsrdә “Rusiya Qarabağda tәyinedici 
tәsirә malik olmuşdur”. Bunu guya “sәnәdlәr sübut edir”. Hansı  sәnәdlәr? Müәllif bir 
dәnә dә olsun sәnәd göstәrmir. V.Stupişin isә mәsuliyyәtcәsinә iddia edir ki, “Qarabağ 
xanlığı İran әlindәn Rusiya әlinә keçmişdir” vә guya “hәmin zaman Qarabağ xanlığında 
heç bir Azәrbaycan yerli-dibli yox idi”, Stupişin dә Lenski kimi heç bir sәnәd, heç bir fakt 
gәtirmir. 
Orta  әsr mәnbәlәrindә “Arran Qarabağı”, “ermәni Qarabağı” yox, mәhz “Arran 
(Azәrbaycan) Qarabağı” adlandırılan bu diyar Azәrbaycanın çox böyük bir regionudur. 
XVII әsr türk sәyyahı Evliya Çәlәbi yazmışdır: 
“Azәrbaycanda üç Qarabağ vardır ki, onların hәr biri behişt gülüstanını, bağını 
xatırladır.”
81
 
Biri Naxçıvanın Qarabağlar şәhәridir. E.Çәlәbinin yazdığına görә, burada minlәrlә ev, 
qırx mәscid, çoxlu karvansara, hamam vә s. olmuşdur. Orada bağda gәzәrkәn bağban 
Çәlәbigili 26 növ armuda qonaq edib. Çәlәbi yazır ki, “mәlәci”, “abbasi”, “ordubadi” 
deyilәn armudları yeyәnin ağzında nabat gülabı qәtrәsi әmәlә gәlir... Lәlә oxşar narları 
olur. Rәvan düyüsü, plovu, Hәlimaşı lәzzәtli olur. Aşpazları son dәrәcә tәmiz vә hamısı 
müsәlmandır”
82
 
Digәri “Azәrbaycanın kiçik şәhәrlәrindәn olan Qarabağ  şәhәridir”. Çәlәbinin 
yazdığına görә, “Tәbriz әyalәtindә ayrıca sultanlıq” olmuşdur. 3000 evi, 7 cümә mәscidi, 
7 hamamı, 3 karvansarası, 600 dükanı var imiş.  İldә  İran  şahına hәdiyyә olaraq 100 
dәvә yükü “ordubadi” , “mәlәci”, “abbasi” növ armud qurusu, albuxara, әrik, heyva, 
әncir, quru üzüm, digәr meyvә qurusu verәrmiş.
83
 Diqqәt edәk: Naxçıvan Qarabağları ilә 
Tәbriz Qarabağının armudlarının da adları eyniymiş! 

Tofiq Köçərli 
- 30 - 
Qarabağ: Yalan və Həqiqət 
Üçüncüsü,  Şimali Azәrbaycanın Qarabağ  әyalәtidir. Bu Qarabağı E.Çәlәbi “kiçik 
Azәrbaycan” 
84
 adlandırmışdır. 
Görünür, “üç Qarabağı” qarışıq salmamaq vә fәrqlәndirmәk üçün orta әsr müәlliflәri 
әsas Qarabağı “Arran Qarabağı”, yәni, Şimali Azәrbaycan Qarabağı kimi qәlәmә almışlar. 
“Qarabağ” sözü iki Azәrbaycan sözündәn - “qara” vә “bağ” sözlәrinin birlәşmәsindәn 
yaranmışdır. Bu halda “qara” sözünün “rәng” yox, “böyük” mәnasını ifadә etdiyini 
ehtimal edәn mütәxәssislәr zәnnimcә, haqlıdırlar. Görünür, “Qarabağ” Böyük bağ 
demәkdir. 
Ehtimal ki, diyarın “Qarabağ” adı artıq XIV әsrә qәdәr tam bәrqәrar olubmuş. XIV 
әsr qaynaqlarında “Qarabağ” anlayışı artıq diyarın yeganә adı kimi işlәdilmişdir. Hәmin 
zamanlardan da Azәrbaycan sez birlәşmәsi “Qarabağ” ermәni, fars, әrәb vә s. dillәrdә 
işlәnmiş, nәhayәt bütün dünya dillәrinә, o cümlәdәn rus dilinә daxil olmuşdur. Hәmin 
zamanlardan Qarabağın dağlıq hissәsindә mәskunlaşmış ermәnilәr dә yaşadıqları diyarı 
azәrbaycancada olduğu kimi, yәni “Qarabağ” adında adlandırmışlar. 
Yusif Vәzir Çәmәnzәminli yaxşı deyib: “Hәr sözdә bir tarix yuvası var”. Bu, 
“Qarabağ” sözünә bilavasitә aid edilә bilәr. Ermәnilәrin dә, farsların da, bir sözlә 
hamının hәlә uzaq keçmişlәrdәn qәbul edib әsrlәr boyu işlәtdiklәri Azәrbaycan sözü 
“Qarabağ”, hәtta tәkcә bu söz, Qarabağın mәhz azәrbaycanlıların tarixi vәtәni olması 
haqqında etimoloji vә toponomik sәnәddir. 
Albaniya dövlәti dövründә Qarabağın dağlıq hissәsi Arsax adlanmışdır. Arsaxın 
әhalisi qarqarlardan, hunlardan, utilәrdәn, xәzәrlәrdәn vә basillәrdәn ibarәt idi.
85
 Antik 
mәnbәlәr Arsaxda ermәnilәrin olmasını qeydә almamışdır. 
Azәrbaycan mütәxәssislәri hesab edirlәr ki, Arsax I-VI әsrlәrdә alban çarları 
Arşakidlәrin, VI-VII әsrlәrdә isә Albaniyanın fars mәnşәli böyük Mehranid knyazlarının 
hakimiyyәti altında olmuşdur.
86
 
Ermәni müәlliflәrinin fikrincә, Arsax, 387-ci ilә qәdәr, yәni Ermәnistan Bizans vә İran 
arasında bölünәnә qәdәr vә İran ermәni çarlığı lәğv edilәnә qәdәr (428-ci il) Ermәnistan 
tәrkibindә olmuşdur. 
Bu barәdә kimin, hansı  tәrәfin, haqlı olmasına dair qәti fikir söylәmәk imkanım 
xaricindәdir. Ancaq hәr halda, oxuduğum antik mәnbәlәr, habelә Kalankatuklunun 

Tofiq Köçərli 
- 31 - 
Qarabağ: Yalan və Həqiqət 
“Albaniya tarixi” әsәri deyilәn dövrdә Arsaxın mәhz Albaniya tәrkibindә olması barәdә 
Azәrbaycan mütәxәssislәrinin fikrinә tәrәfdar çıxmağa әsas verir. 
Bu da mәlumdur ki, bәzi ermәni müәlliflәri özlәri Arsaxın ermәni vilayәti olmamasını 
etiraf ediblәr. N.Adons hәlә 1908-ci ildә yazmışdı: “Arsax hәmişә ermәni tәsiri 
dairәsindәn kәnarda olmuşdur”.
87
 
Fәlsәfә doktoru B.İşxanyan ermәnilәrin Zaqafqaziyada mәskunlaşması barәdә daha 
qәti fikir söylәmişdir. Onun 1913-cü ildә Berlindә almanca, 1916-cı ildә Peterburqda 
rusca çıxmış kitabında oxuyuruq: 
“Ermәnilәrin.....hәqiqi vәtәni............Kiçik Asiyadır yәni Rusiya hüdudlarından 
kәnardadır vә Zaqafqaziyada bir neçә tәmiz ermәni  әyalәtindәn (başlıca olaraq İrәvan 
quberniyasında) başqa, Qafqaz әrazisinin müxtәlif hissәlәrinә ermәnilәr yalnız yüzilliklәr 
әrzindә  sәpәlәniblәr”
88
 (“Bir neçә  tәmiz ermәni  әyalәti (başlıca olaraq İrәvan 
quberniyasında)” haqqında  İşxanyanın fikri mübahisәlidir. Azәrbaycan Elmlәr 
Akademiyasının müxbir üzvü İqrar Әliyev ermәni mәnbәlәrinә, İ.M.Dyakonov vә b. ciddi 
tәdqiqatçılara istinad edәrәk yazır ki, ermәnilәr indiki Ermәnistan әrazisinin yerli әhalisi 
deyil, buraya gәlmә elementdir).
89
 
Müasir ermәni müәlliflәri Adonsun, İşxanyanın, habelә  İ.P.Petruşevski vә d. rus 
müәlliflәrinin Arsax haqqında fikirlәrini görmәmәzliyә vururlar. 
Bir tarixi hәqiqәt dә var: 387-ci ildәn, yaxud, 428-ci ildәn ta 1918-ci ilә qәdәr, yәni 
әsrlәr boyu Ermәnistan dövlәti olmamışdır, ermәni xalqı dövlәtçilikdәn mәhrum 
olmuşdur. Demәli, IV-V әsrlәrdәn sonra da Arsax, mövcud olmayan Ermәnistan dövlәti 
tәrkibindә vә Ermәnistan dövlәti hakimiyyәti altında ola bilmәzdi vә olmamışdır. 
Digәr bir danılmaz hәqiqәt dә var: әrәb istilasından sonra Arsax әsrlәr boyu 
Azәrbaycanda bir-birini әvәz etmiş müxtәlif müsәlman dövlәtlәrinin -Sacilәr, Salarilәr, 
Şәddadilәr, Atabәylәr, Elxanilәr, Qaraqoyunlular, Ağqoyunlular dövlәtlәrinin tәrkibindә 
olmuşdur. Doğrudur, 1080-1375-ci illәr  әrzindә Kilikiya ermәni çarlığı var idi. Lakin 
Türkiyә әrazisindә olan bu ermәni çarlığına Arsaxın heç bir aidiyyatı olmamışdır. Heç bir! 
Gәlәk İ.Lenskinin dediyi XVIII әsrә. 
Hәmin әsrin әvvәllәrindә, elәcә dә XVI-XVII әsrlәrdә Qarabağ banisi Azәrbaycanın 
şair oğlu Şah İsmayıl Xәtai olan qüdrәtli Sәfәvilәr dövlәtinin bәylәrbәyindәn (vilayәt) biri 

Tofiq Köçərli 
- 32 - 
Qarabağ: Yalan və Həqiqət 
olmuşdur. Belә  vә bu adda, yәni Qarabağ adında inzibati-әrazi vahidi ilk dәfә idi ki, 
yaranmışdı. Qarabağ  bәylәrbәyiliyinә Beylәqandan başlamış Borçalıya qәdәr olan 
(Borçalı da daxil olmaqla) böyük bir әrazi daxil idi. Bәylәrbәyiliyin mәrkәzi Gәncә şәhәri 
idi. Mәrkәzi Gәncәnin adı ilә Qarabağ bәylәrbәyiliyinә Gәncә bәylәrbәyiliyi dә deyiblәr. 
Qarabağ bәylәrbәyiliyinin ilk bәylәrbәyi Şahverdi Soltan Ziyad oğlu olmuşdur. Qarabağ 
bәylәrbәyiliyi mövcud olduğu bütün dövr әrzindә bәylәrbәyiliyә I Şah Abbasın bәylәrbәyi 
tәyin etdiyi Davud xan istisna olmaqla Ziyadoğlular sülalәsi başçılıq etmişdir (axırıncı 
Gәncә xanı  mәşhur Cavad xan, habelә Azәrbaycan azadlıq hәrәkatının tanınmış 
xadimlәri İsmayılxan vә Adilxan Ziyadxanov qardaşları da Ziyadoğlu sülalәsindәndir). 
Qarabağ  bәylәrbәyiliyi dövründә Qarabağın ermәnilәr yaşayan dağlıq hissәsindә 
mәliklik adlanan beş inzibati-әrazi vahidi var idi (Dizaq, Vәrәndә, Xaçın, Çilәbird vә 
Külüstan). 
Ermәni müәllifi P.Arutunyanın yazdığına görә, Sәfәvilәr dövründә Qarabağın iri 
ermәni feodalları “torpaq sahәlәri  әldә etmiş” vә “öz әrazi hüdudlarında inzibati 
funksiyaları  hәyata keçirmәk hüququna malik olmuşdular”. Mәlikliklәr Qarabağ 
bәylәrbәyiliyi tәrkibindә olmaqla, bilavasitә Qarabağ bәylәrbәyilәrinә tabe idilәr. 
“Mәliklik” çox böyük sәslәnir. Sәnәdlәrlә tanışlıq göstәrir ki, hәlә o zamanlar ermәni 
xadimlәri Rusiya rәhbәrliyindә elә tәsәvvür yaratmağa çalışıblar ki, guya hәr bir mәliklik 
böyük  әyalәtdir, mәliklәr “Qarabağın hakim ermәni knyazlarıdır”. Hәlә 18-ci әsrin 
әvvәllәrindә, 1717-ci ildә ermәni xadimlәri Rusiyanın diqqәtini özlәrinә cәlb etmәk üçün 
I Pyotra yazmışdılar ki, Qandzasar patriarxının himayәsi altında” doqquz yüz kәnd var vә 
bu kәndlәr böyük kәndlәrdir; hәr birindә yüz vә iki yüz, üç yüz, dörd yüz vә daha çox 
ailә vardır”.
90
 Başqa bir mәktubda imperatora yazırdılar ki, Qarabağda ermәnilәrin 
“altmış minә qәdәr qoşunu var” Bu, milçәyi fil kimi tәqdim etmәk nümunәsi sayıla bilәr. 
(Ümumiyyәtlә ermәni başçıları yalan uydurmaqda adәtkar olmuşdular. 1790-cı ildә 
onlar imperator II Yekaterinaya yazmışdılar ki, tәkcә  Şamaxı  әtrafında 17 min silahlı 
ermәni var.
91
 Halbuki hәtta 1811-ci ildә Şamaxı xanlığında yaşayan 24 min ailәnin yalnız 
1500-ü ermәni ailәsi idi.
92
 Aydındır ki, 1500 ailә, yәni 7500 nәfәr heç bir zaman 17000 
әsgәr verә bilmәz). Güman edәk ki, sözügedәn hәr bir kәnddә 300-400 vә daha çox 
yox, orta hesabla 150 ailә vә hәr bir ailәdә orta hesabla 5 ailә üzvü var idi. Bu halda 

Tofiq Köçərli 
- 33 - 
Qarabağ: Yalan və Həqiqət 
1717-ci ildә Dağlıq Qarabağda nә az-nә çox 675 min (150x5x900) ermәni yaşamış olar. 
Bu, әlbәttә, uydurmanın lap yekәsidir. 
Dağlıq Qarabağın ermәni әhalisinin sayı haqqında biz irәlidә xüsusi danışacağıq. Ona 
görә 1823-cü ilә aid tәkcә bir fakt gәtirmәklә kifayәtlәnәk. Rusiya hakimiyyәt 
orqanlarının hәmin ildә Qarabağda apardıqları kameral sayım materialları  әsasında 
Azәrbaycan müәlliflәri hesablamışlar ki, 1823-cü ildә Qarabağ  әyalәtindә 4366 ermәni 
ailәsi vә 15729 azәrbaycanlı ailәsi yaşamışdır.
93
 Ermәnistan müәlliflәri isә  hәmin 
materiallara әsaslanaraq Qarabağ әyalәtindә 5107 ermәni ailәsi olmasını göstәrirlәr. 
Hәtta ermәni müәlliflәrinә inansaq belә, Qarabağ  әyalәtindә 25 min nәfәrdәn 
(5107x5) bir az çox ermәni olmuş olar. Özü dә XVIII әsrin әvvәllәrindә deyil, mәhz XIX 
әsrin әvvәllәrindә! Әlbәttә, 675 minlә 25 min arasında fәrq azacıq deyildir! 
900 kәndә gәldikdә isә o da tam uydurmadır. Rusiya statistikasına görә, XIX әsrin 
әvvәllәrindә Qarabağda 113 ermәni kәndi olmuşdur. XIX әsrdә, özü dә beş mәliklik dә 
daxil olmaqla bütün Qarabağda! Yәqin XVIII әsrin  әvvәllәrindә  hәmin kәndlәrin sayı 
bundan az olmuşdur. Mütәxәssislәr belә bir cәhәtә diqqәt yetirmişlәr ki, deyilәn 
kәndlәrin  әksәriyyәtinin adları Azәrbaycan mәnşәlidir.
94
 XIX әsrin sonlarında rus 
tәdqiqatçısı M.A.Skibitski Qarabağ dağlarında 567 yaylaq vә yurd yeri qeydә almışdır. 
Mütәxәssislәrin fikrincә, bu 567 addan yalnız bir toponimin rus dilinә, iki toponimin isә 
ermәni dilinә aid olmasını ehtimal etmәk olar. Bu yerlәrin o zamankı azәrbaycan mәnşәli 
adlarına indi çox az rast gәlәrsәn. Bәzi adları vaxtı ilә xaricdәn Qarabağa köçürülәn 
ermәnilәr dәyişmişdilәr. Sovet hakimiyyәti dövründә isә Dağlıq Qarabağın azәrbaycan 
mәnşәli toponimlәri kütlәvi surәtdә dәyişdirilәrәk ermәnilәşdirildi. 
İstәrdim ki, Stupişinlәr bir düşünsünlәr: bu necә  “әzәli” Ermәnistandır ki, bu necә 
“ermәni Qarabağı”dır ki, onun adı da, ermәni kәndlәrinin әksәriyyәtinin adı da, coğrafi 
adlar da heç bir fәrmansız-nәsiz azәrbaycanca olmuşdur, beş inzibati ermәni vahidi dә 
ermәnicә (“naxarar”) deyil, azәrbaycanca (“mәliklik”) adlanmışdır?! Yaxud, bu necә 
“ermәni Qarabağı”dır ki, 1823-cü ildә onun әhalisinin yalnız 27,5 faizi ermәni olmuşdur 
(әvvәlki dövr vә illәr üçün statistik mәlumat yoxdur). Özü dә o ildә ki, hәmin il 
Qarabağda azәrbaycanlıların sayı xeyli azalmışdı! Çarizm 1805-ci ildә verdiyi zәmanәtә-
Qarabağ xanlığının “bütövlüyünün saxlanmasına imperator zәmanәtinә” naxәlәf çıxıb 

Tofiq Köçərli 
- 34 - 
Qarabağ: Yalan və Həqiqət 
xanlığı 1822-ci ildә lәğv etdikdә axırıncı xan Mehdiqulu xanla birlikdә “böyük miqdarda” 
azәrbaycanlılar İrana köçmәyә mәcbur olmuşdular. 
Qriboyedov Qarabağdan Mehdiqulu xanla üç min ailәnin köçmәsini qeyd edir. Başqa 
bir mәnbәdә Qarabağdan Cәnubi Azәrbaycana 4845 azәrbaycanlı ailәsinin köçmәsi 
vurğulanır. Bu rәqәmlәrin hәqiqәtә uyğun olmasını müәyyәnlәşdirmәk hәlә mümkün 
olmamışdır. Bununla belә o zaman 3 min, yaxud 4845 ailәnin nә demәk olduğunu 
tәsәvvür etmәk üçün onu demәk kifayәt edәr ki, 1823-cü ildә Rusiya statistikasına görә, 
Qarabağ  әyalәtindә 4 min 366 ermәni ailәsi olmuşdur. Demәli birinci halda az qala 
Qarabağın ermәni әhalisi qәdәr, daha dәqiqi, onun 75 faizi qәdәr, ikinci halda Qarabağın 
bütün ermәni  әhalisindәn çox azәrbaycanlı ailәsi çarizmin siyasәtinin qurbanı olmuş, 
doğma torpağını tәrk etmәk mәcburiyyәtindә qalmışdı. Әgәr bu üç-beş min azәrbaycanlı 
әhalisi Qarabağdan didәrgin salınmasaydı, 1823-cü ildә Rusiya hakimiyyәt orqanları 
Qarabağda 18729 ya da 20574 azәrbaycanlı ailәsi qeydә almış olardılar. Bu halda 4366 
ermәni ailәsi Qarabağ әhalisinin 21, 7 faizini deyil, daha az faizini tәşkil etmiş olardı. 
Onu da tәkrar edәk ki, Qarabağ ermәnilәri mәnşә etibarı ilә alban tayfalarındandır. 
Mütәxәsislәrin fikrincә, әrәb istilası ilә әlaqәdar Albaniyanın xristian әhalisinin әksәriyyәti 
islam dinini qәbul etmәklә müsәlmanlaşmış, Albaniyanın vilayәtlәrindәn biri olan Arsaxın 
(Dağlıq Qarabağın) alban әhalisi isә xristian dinlәrini saxlamış vә nәticә etibarı ilә ermәni 
kilsәsinin tәsiri altında tәdriclә qriqoryanlaşmış, ermәni dilini qәbul etmiş  vә 
ermәnilәşmişdir.
95
 
Hәlә XII әsrdә Qarabağ albanlarının heç dә hamısı ermәni dilini bilmirdi vә öz alban 
dilindә danışırdı. Ziya Bünyadov XII әsrdә yaşamış gәncәli Kirakos Qandzaketsinin belә 
bir fikrini gәtirmişdir ki, ermәni dilini yalnız Alban “rәislәrinin” әksәriyyәti bilir vә bu dildә 
danışır.
96
 
Dağlıq Qarabağ albanlarının ermәnilәşmәsini bir çox müәlliflәr, o cümlәdәn müasir 
ermәni tarixçisi qeyd etmişlәr. Mәsәlәn, Yeremyan Dağlıq Qarabağın “qәdim Albaniyanın 
ermәnilәşdirilmiş hissәsi” olmasını vurğulamışdır.
97
 
Lakin Dağlıq Qarabağ  әhalisini ermәnilәşdirmә prosesinin nә zaman baş vermәsi 
mәsәlәsindә fikir ayrılığı vardır. Hәmin proses Veliçkoya görә, XV-XVI әsrlәrdә olmuş, 

Tofiq Köçərli 
- 35 - 
Qarabağ: Yalan və Həqiqət 
Yeremyana görә VIII әsrin  әvvәllәrindә başlamışlar. Z.Bünyadov isә yazır ki, Sünik 
vilayәti vә Arsaxın xeyli hissәsi XII әsrin әvvәllәrinә yaxın ermәnilәşdirilmişdir.
98
 
Dağlıq Qarabağ ermәnilәri alban mәnşәli olmalarını tarixi yaddaşlarında uzun 
müddәt yaşatmışdır. Onlar, daha dәqiqi utilәr Dağlıq Qarabağdan I Pyotra yazmışdılar: 
“Biz aqvanlarıq, milliyyәtçә utilәrik”
99
 Utilәrin nәsillәri-udinlәr indi dә Azәrbaycanda 
(Nicdә vә Oğuzda) yaşayırlar.
100
 Hәtta 1702-1728-ci illәrdә Alban katolikosu olmuş İsay 
hәsәn Cәlalyanın böyük möhüründә bu sözlәr yazılmışdı: “İsaiә, sobornıy Aqvanskiy 
patriarx svәtoqo prestola Kanüesarskoqo” (Qandzasar). Әksәr hallarda İsay mәktublarını 
“Aqvan ölkәsinin ermәni patriarxı” sifәtilә imzalamışdır. Hәmin katalikosun “Alban 
ölkәsinin qısa tarixi” adlı  әsәri dә vardır  Әsәrdә 1722-ci ildә Dağlıq Qarabağda “Alban 
dövlәtinin bәrpa edilmәsi” xәbәr verilir. B„ mәlumatın düzgün olub olmaması  mәnә 
mәlum deyil. Burada diqqәti cәlb edәn cәhәt odur ki, İsay Hәsәn Cәlalyan mәhz “Alban 
dövlәtinin bәrpa edilmәsindәn”
101
 danışır (İsay Alban çarları Mehranidlәrin nәslindәn 
olmuşdur. Onun ulu babası Albaniya çarı  Hәsәn Cәlal XIII әsrdә  mәşhur Qandzasar 
monastırını tikdirmişdi. Monastırın epiqramında monastırın alban patriarxının tәkidi ilә 
alban çarı Hәsәn Cәlal tәrәfindәn albanlar üçün tikilmәsi qeyd olunmuşudur. Qandzasar 
monastırı 1511-ci ildәn alban katolikosunun iqamәtgahı idi. Nәticә etibarı ilә alban kilsәsi 
qriqoryanlaşmış  vә çar hökumәtinin 1836-cı il fәrmanı ilә alban katolikosatı  lәğv 
edilmişdi).
102
 
XVIII  әsrin  әvvәllәrindә Rusiyanın Azәrbaycanda, o cümlәdәn Qarabağda heç bir 
tәsiri yox idi. Lakin bu dövr Rusiyanın qüdrәtinin artması, 1709-cu ildә Poltava 
döyüşündә Rusiya qoşunlarının isveçlәri darmadağın etmәsi, imperator I Pyotrun öz 
nәzәrini cәnuba, o cümlәdәn Azәrbaycana yönәltdiyi dövr idi. Bunu hiss edәn Dağlıq 
Qarabağ katolikosu İsay vә  mәliklәr fәallaşdılar vә Rusiyadan “xristian qardaşlarına” 
kömәk istәdilәr. 
Arqutinskinin 1790-cı ildә II Yekaterinaya yazdığı kimi, “dağılmış Ermәnistanın 
Qarabağ hüdudlarında qalmış qüvvәlәri” I Pyotrun “Dәrbәnd, Bakı,  Şamaxı  vә digәr 
әyalәtlәri Rusiya imperiyasına birlәşdirmәsi ilә dirçәldi”.
103
 
Qarabağdan xüsusi emissar - Aşağı Xaçen monastrının baş keşişi vardapet Minas 
Peterburqa göndәrildi. Minasın vә ondan әvvәl Peterburqa getmiş  İzrael Orinin 

Tofiq Köçərli 
- 36 - 
Qarabağ: Yalan və Həqiqət 
Peterburqda necә  işlәmәlәri barәsindә  aşağıdakı  sәnәd müәyyәn tәsәvvür yaradır. 
Hәmin sәnәd belә adlanır: “1712, iyunun 8-i. İzrael Ori adından vardapet, Minasın çara 
verdiyi hәdiyyәlәr haqqında”. Hәmin sәnәdә görә I Pyotra 31 adda qiymәtli hәdiyyәlәr 
verilmişdi (qızıl vә gümüş bilәrziklәr,  Şamaxı ipәk parçası, bir neçә növ İran vә Hind 
parçaları, beş xalça, yeddi bәbir dәrisi, iyirmi altı at..., bir pud kofe, fındıq-qoz).
104 
Bununla kifayәtlәnmәyәn ermәni xadimlәri, mәsәlәn, katolikos İsay I Pyotra yeni 
hәdiyyәlәr hazırlamışdılar. 1716-cı il avqustun 13-dә  İsay I Pyotra tam açıqlıqla 
yazmışdı: 
“İzrael Ori mәni Hәştәrxana gәtirmişdi ki, aparıb Siz imperator әlahәzrәtinә tәqdim 
etsin, mәn isә özümlә Siz çar әlahәzrәti üçün hәdiyyәlәr götürmüşdüm”, lakin Ori 
Hәştәrxanda vәfat etdi, mәn Qarabağa geri qayıtdım.
105
 
Ermәni emissarları I Pyotru İran ilә müharibәyә sövq etmәyә vә belәliklә rus qoşun-
larının Azәrbaycanı tutmasına cәhd göstәrirdilәr. Lakin emissarlar birinci dәfә vaxtı düz 
seçә bilmәmişdilәr.  İsveçlә müharibәnin qızğın çağı idi. Veliçkonun yazdığına görә, I 
Pyotr “avantürist İzrael Orinin ... tәlәsinә düşmәdi” vә ermәni nümayәndәlәrinә bildirildi 
ki, I Pyotr “hazırda İsveç müharibәsi ilә mәşğuldur”. Belәliklә I Pyotr “özünü avantüraya 
cәlb etmәyә qoymadı”.
106
 
Bununla belә ermәni emissarları I Pyotrun qәlbini  әlә almağa nail olmuşdular. 
Bunun nәticәsi idi ki, I Pyotr, İzrael Orinin sәrәncamına qırx minlik Rusiya qoşunu 
vermәyi tapşırmışdı. Lakin “İzrael, hәr bir adama xas olan tәvazökarlıq göstәrib padşaha 
dәrin minnәtdarlıq bildirәrәk, hәmin yüksәk lütfdәn imtina etmişdi”.
107
 
Mәsәlә әsla “tәvazökarlıqda” deyildi. Oriyә  tәvazökarlıq yad idi. Veliçkonun yazdığı 
kimi, Ori fırıldaqçı (“proxodimeü”) vә avanturist idi. Onun mәqsәdi Rusiyanı  İranla 
bilavasitә geniş miqyaslı müharibәyә, Azәrbaycana bilavasitә qoşun yeritmәyә  tәhrik 
etmәk idi. Qarabağ ermәnilәri fәallaşaraq I Pyotra dalbadal mәktublar göndәrirdilәr. 
Katolikos  İsay 1716-cı ilin avqustun 13-dә I Pyotra yazırdı ki, qoşunu Azәrbaycana 
yeridәrkәn “bizә qabaqcadan әmr edin, qoşununuzu müşayiәt etmәk üçün öz 
adamlarımızı göndәrәk, Sizin qoşunlarınıza münasib keçid yolu göstәrsinlәr”.
108
 

Tofiq Köçərli 
- 37 - 
Qarabağ: Yalan və Həqiqət 
Başqa bir mәktubda Qarabağ ermәni mәliklәrinin Rusiyaya birlәşmәk istәyi, habelә 
“öz güclәri ilә tatarları qırmaq” әzmi ifadә olunurdu. Eyni zamanda mәliklәr “öz güclәri 
ilә tatarları qırmaq” üçün I Pyotrdan qoşunla kömәk göstәrmәyi xahiş edirdilәr! 
Azәrbaycanı zәbt etmәkdә, Rusiyanın tәsir dairәsini genişlәndirmәkdә xüsusi marağı 
olan I Pyotr mәliklәrә hәrtәrәfli kömәk vәd edir, onların separatizminә rәvac verirdi. 
I Pyotrun Xәzәryanı vilayәtlәrә yürüşü başladı. 1722-ci ilin iyulunda rus hәrbi 
flotiliyası Hacıtәrxandan (Hәştәrxan) Xәzәr dәnizinin Azәrbaycan sahilinә istiqamәt 
götürdü. Bu sәfәrdә qarabağlı vardapet Minas da iştirak edirdi.
109
 Lakin flotiliya müxtәlif 
sәbәblәrә görә Bakıya gölә bilmәdi. I Pyotrun başçılığı altında Hәştәrxandan quru yolla 
hәrәkәt edәn Rusiya qoşunları avqustun 23-dә Dәrbәndi tutdular. I Pyotrun fikri şәxsәn 
Şamaxıya gәlmәk idi vә bu haqda gürcü çarı VI Vaxtanqı xәbәrdar etmişdi. 
Ermәni mәliklәrinin tәlәm-tәlәsik tәşkil etdiklәri silahlı  dәstәlәr VI Vaxtanqın silahlı 
qüvvәlәri ilә birlikdә Şamaxıya getmәli vә orada I Pyotrun qoşunları ilә birlәşmәli idilәr. 
Vaxtanqın vә  mәliklәrin qüvvәlәri Gәncә yaxınlığında toplaşaraq, 25 gün orada 
qaldılar.
110
 I Pyotrun Şamaxıya gәlmәsini gözlәdilәr. 
Lakin I Pyotr tezliklә Dәrbәnd qalasını tәrk edib geri qayıtmalı oldu. 
Bununla belә I Pyotr Azәrbaycanı tutmaq planından әl çәkmәdi. Onun göstәrişi ilә 
1723-cü ilin iyununda Rusiya hәrbi donanması Hәştәrxandan Bakı istiqamәtindә hәrәkәt 
etdi. Donanma general Matyuşkinin komandanlığı altında iyulun 6-da Bakıya çatdı. 
Bakı sultanı  Mәhәmmәd Hüseyn bәy rus qoşunlarını Bakıya buraxmaq haqqında 
Matyuşkinin tәlәbini qәti rәdd etdi vә  şәhәr darvazalarını bağlamaq  әmri verdi. Lakin 
şәhәri müdafiә etmәk mәsәlәsindә birlik yox idi. 700 nәfәr  әsgәrdәn ibarәt Bakı 
qarnizonunun komandiri yüzbaşı Dәrgahqulu bәy şәhәri tәslim etmәk tәrәfdarı idi. Artıq 
rus hәrbi donanmasının Bakıya yan almasından 20 gün keçmişdi. Ancaq Bakı  hәlә 
tutulmamışdı. Nәhayәt, iyulun 27-dә Matyuşkin Bakı sultanı  Mәhәmmәd Hüseyn bәyә 
mәktub göndәrәrәk, şәhәri danışıqsız tәslim etmәyi tәlәb etdi. F.M.Әliyevә görә, hәmin 
mәktub Bakının hakim qrupları arasında mübarizәdә  hәlledici rol oynadı. Matyuşkinin 
mәktubuna sultan Mәhәmmәd Hüseyn bәy yox, yüzbaşı  Dәrgahqulu bәy vә onun 
qardaşı Hacı  Әmin cavab verdilәr, Müsbәt cavab. İyulun 28-dә  şәhәr heç bir 
müqavimәtsiz tәslim edildi.
111
 Rus komandanlığı  Mәhәmmәd Hüseyn bәyi vә onun 

Tofiq Köçərli 
- 38 - 
Qarabağ: Yalan və Həqiqət 
qardaşlarını hәbs edәrәk Hәştәrxana göndәrdi. Oradan isә onlar I Pyotrun şәxsi göstәrişi 
ilә Roqaçevskә köçürüldülәr. Lakin bununla iş bitmәdi. Akademik Butkov yazır: 1724-cü 
ildә “Bakıda qәsd aşkar edildi. Xәbәr çatdı ki, yüzbaşı Mahmud Dәrgahqulu öz 
qızılbaşları ilә Rusiya qarnizonuna hücum etmәk vә rus әsgәrlәrinin hamısını  qırmaq 
niyyәtindәdir. Bu haqda o, artıq Davud bәylә (Hacı Davud Şamaxı xanı idi - T.K) 
yazışmışdır. Davud bәy seçmә qoşunla, tәyin olunmuş gündә Şamaxıdan Bakıya gәlmәli, 
yüzbaşı onunla birlәşmәli vә Bakıda bütün xristianlar qılıncdan keçirilmәli idi. Şәhәrdә 
kiçik bir qarnizon var idi, düşmәnlәr öz niyyәtlәrini rahatca hәyata keçirә bilәrdilәr, lakin 
onların qәsdi vaxtında aşkar olundu: yüzbaşı adlı-sanlı cinayәt yoldaşları ilә Portunun 
himayәsinә keçdi, başqaları hәbs olundular, bәzilәri ölümә mәhkum edildi, qalanları ... 
Rusiyaya göndәrildi; şәhәr olduqca boşaldı”
112
 O ki, qaldı Dәrgahqulu bәyә, o, 1727-ci 
ildә bağışlandı vә  tәzәdәn Bakının sultanı oldu. 1730-cu ildә o, Tәhmasib  şah tәrәfinә 
keçdi. Sәlim xan Bakının sultanı oldu. İki il-dәn sonra Dәrgahqulu bәy tәzәdәn 
bağışlandı vә Bakıya qayıdaraq Maştağada yaşadı.
113
 
Rusiyanın Bakıda hökmranlığı uzun çәkmәdi. 1732-ci ildә  Rәştdә Rusiya ilә  İran 
arasında bağlanan müqavilә  әsasında Bakı  vә Azәrbaycanın digәr Xәzәryanı vilayәtlәri 
tәzәdәn İrana verildi. 
Lakin mәtlәbdәn uzaqlaşmayaq. 
I Pyotrun Dәrbәnddәn Petroqrada qayıtması  vә onun Şamaxıya gәlmәk niyyәtinin 
baş tutmaması  nәticәsindә VI Vaxtanqın vә ermәni mәliklәrinin I Pyotrla Şamaxıda 
birlәşmәk planı puç oldu. Vaxtanq Tiflisә, mәliklәr isә öz yerlәrinә qayıtmağa mәcbur 
oldular.  İsay yazmışdı: “Ümidlәrimizdә aldanmış bizlәr, hәr birimiz öz yerlәrimizә 
qayıtdıq vә çәtinliklә gedilә bilәn dağlarda möhkәmlәndik”.
114
 
1723-cü ildә osmanlılar Tiflisi tutdular. “Ümidlәrindә aldanmış” Qarabağ ermәni 
mәliklәri tamamilә tәklәndilәr vә dәrhal yeni sәmt götürdülәr. Bu haqda ermәni müәllifi 
P.Arutunyan belә bir sәnәd gәtirir: “Çilәbirddәn Sarkis qızılbaşların, Gülüstandan İsay 
osmanlıların tәrәfdarıdır;  İsay (Tiflisә) osmanlıların yanına getdi ki, onları (Qarabağa) 
gәtirsin. Mәlik Nağının nәvәsi Mәlik Bağır da qızılbaşların tәrәf-darıdır”.
115
 
I Pyotrun Xәzәryanı vilayәtlәrә basqını zamanı  Gәncә  bәylәrbәyiliyinә tamamilә 
etinasızlıq göstәrәn mәliklәr Gәncә ilә  әlaqәlәrini bәrpa etmәyә çalışdılar. Onlar 

Tofiq Köçərli 
- 39 - 
Qarabağ: Yalan və Həqiqət 
bildirdilәr ki, “әgәr bundan sonra onlar Gәncә  әhalisi vә mülkәdarları, digәr  şiәlәr 
әleyhinә bunt qaldırsalar vә itaәtsizlik göstәrsәlәr, düşmәnçilik etsәlәr ... hökmdarlar 
onların adamları, daşınar vә daşınmaz әmlakı ilә istәdiklәri kimi rәftar edә bilәrlәr”.
116
 
Lakin Qarabağın ermәni mәliklәri iki-üzlülük edirdilәr: onlar Azәrbaycan  әleyhinә 
gizli fәaliyyәtlәrini davam etdirmәkdә idilәr. I Pyotr isә Petroqraddan onlara ürәk-dirәk 
vermәkdә idi. İmperator bәyan edirdi ki, o, Rusiya imperiyasına birlәşdirilmiş  İran 
torpaqlarını nәzәrdәn keçirmәyә gәlәcәk vә mәliklәr o zaman üçün qüvvәlәrini hazırla-
malıdırlar. Hәm dә I Pyotr İrana yaxşı bәlәd olan Lazar adlı ermәnini yanına çağırıb, ona 
general rütbәsi verir vә tapşırır ki, Qarabağın bәrpa edilmәsi üçün” Lazarın ixtiyarına 40 
minlik qoşun verilsin. Lakin Lazar tәklifdәn imtina edir. Belә olduqda I Pyotr bәyan edir 
ki, “onların (Qarabağ ermәnilәrinin - T.K.) xilas edilmәsi üçün şәxsәn özü 
gedәcәkdir”.
117
 
Çar hökumәti özünün bir agentini - İvan Karapet adlı bir ermәnini Azәrbaycana 
göndәrәrәk, ona başqa göstәrişlәrlә yanaşı tapşırmışdı ki, patriarx İsay Hәsәn Cәlalyanı 
Qarabağ ermәnilәrini Xәzәryanı vilayәtlәrә köçürmәyә sövq etsin.
118
 
Görünür,  İvan Karapetin sәyi ilә 1724-cü ilin axırlarında ermәni mәliklәri I Pyotra 
mәktub yazıb “әl tutmaq vә yaxud heç olmasa onlara köçmәk üçün Xәzәr dәnizi 
sahillәrindә yer bağışlamaq” haqqında xahiş etdilәr.  Әgәr köçmәk üçün yer ayrılarsa, 
“Qarabağ ölkәsindәn xalqla birlikdә  tәhlükәsiz getmәyi” tәmin etmәk üçün qoşun 
göndәrmәk dә xahiş olunurdu.
119
 
İmperator hәmin müraciәtә  dәrhal münasibәt bildirdi. 1724-cü il noyabrın 10-da I 
Pyotr artıq ölüm ayağında ikәn ermәni nümayәndәlәrini  şәxsәn qәbul etdi vә Onların 
özlәri ilә  Dәrbәndә general Kropotova fәrman göndәrdi.
120
 Görünür, onlar Qarabağ vә 
Qafan ermәnilәrinin nümayәndәlәri keşiş Antoniy vә Kovxa Çәlәbi imişlәr. Onlara verilәn 
rәsmi sәnәddә deyilirdi ki, Rusiya Osmanlı imperiyası ilә müqavilә imzaladığına görә, 
ermәnilәrә açıq kömәk edә bilmәz. Ona görә ermәnilәrә  Xәzәryanı rayonlara (Gilan, 
Mazandaran, Bakı, Dәrbәnd vә s.) köçmәk tәklif olunurdu.
121
 Kropotova tapşırılırdı ki, 
Qarabağ ermәnilәrinә köçmәk üçün Xәzәr sahilinin Dәrbәnd rayonunda yer ayırsın, 
“onlara hәr cür әl tutsun, onları möhkәm qorusun , onlarla elә rәftar etsin ki, onlardan 
heç bir şikayәt olmasın; artıq ermәni xalqını xüsusi imperator rәhminә vә proteksiyasına 

Tofiq Köçərli 
- 40 - 
Qarabağ: Yalan və Həqiqət 
qәbul etmişik.”
122
  Hәmçinin generala, fәrmanı  gәtirәn ermәni deputatlarını  gәlәn kimi 
dәrhal dәniz ya quru yolla Qarabağa yola salmaq tapşırığı verilmişdi.
123
 
Hәmin gün I Pyotr Bakıya general Mat-yuşkinә vә briqadir Levaşevә dә bir fәrman 
imzalamışdı: 
“Bütün vasitәlәrlә ermәnilәri vә başqa xristianları Rusiya qoşunlarının tutduqları İran 
vilayәtlәrinә: Gilan, Mazandaran, Bakı, Dәrbәnd vә digәr  әlverişli yerlәrә köçmәyә 
çağırmaq lazımdır, onları  nәvazişlә  qәbul etmәk, lütfkarlıqla saxlayıb qorumaq, onlara 
yaxşı yerlәrdә  әlverişli torpaq ayırmaq,  şәhәr vә  kәndlәrdә boş olan evlәri vә 
avadanlıqları onlara vermәk lazımdır. Düşmәnçilik edәn, yaxud şübhәlәnilәn 
müsәlmanları qovub rәdd edin (müsәlmanları qovub rәdd edin!-T.K.), onların yerlәrini 
xristianlar tutsun”.
124
 Akademik Butkovun verdiyi mәlumata görә, Matyuşkinә göndәrilәn 
fәrmanı 1725-ci il fevralın 11-dә xarici işlәr kollegiyası, 1726-cı il fevralın 22-dә isә 
imperator I Yekaterina tәsdiqlәmişdir.
125
 
Ermәnilәri müsәlman ölkәlәrinә köçürmәk I Pyotrun vә ondan sonra gәlәnlәrin 
strateji xәtti idi.1724-cü ilin sentyabrında İstanbula göndәrilәn general Rumyansevә belә 
bir tapşırıq verilmişdi: “nә qәdәr mümkündürsә ermәnilәri Gilana vә oradakı (İran) digәr 
yerlәrimizә köçmәyә  tәhrik etmәk,  әgәr onlar çox olsalar, farslar başqa yerlәrә 
köçürülәcәklәr vә farslardan tәmizlәnmiş yerlәr onlara, ermәnilәrә verilәcәkdir.”
126
 
Göründüyü kimi, I Pyotr Dağlıq Qarabağ ermәnilәrinә  Dәrbәnd rayonunda yer 
ayırmaq haqqında rәsmi fәrman vermişdi. Lakin mәliklәr bu şansdan istifadә etmәdilәr. 
1725-ci il iyulun 25-dә (artıq yanvar ayında I Pyotr rәhmәtә getmişdi) onlar Peterburqa 
mәktub göndәrәrәk, “Xәzәr dәnizi sahilinә yaşamağa keçmәk haqqında” fәrmanı 
aldıqlarını tәsdiq etdilәr. Bununla birlikdә Dağlıq Qarabağdan keçmәkdәn imtina olundu. 
Buna mәliklәr belә  bәhanә  gәtirdilәr: “indi yaşadığı yerlәr -Gәncә, Qarabağ, Qafan, 
Sisyan vә b. möhkәm vә böyük әyalәtlәrdir” vә  “әgәr onlar öz möhkәm yerlәrindәn 
çıxsalar,  әtrafdakı düşmәn türklәr vә farslar onları tamamilә viran edә bilәrlәr”. Buna 
görә dә onların “әlahәzrәt imperatorun әyalәtlәrinә yaşamağa keçmәlәri mümkün deyil, 
hәrçәnd onlar әlahәzrәtin fәrmanına hәvәslә  vә böyük arzu ilә  әmәl etmәyә  şad 
olardılar.
127
 

Tofiq Köçərli 
- 41 - 
Qarabağ: Yalan və Həqiqət 
Bunun ardınca  İvan Karapet mәktubla Petroqrada bildirdi ki, “keçmәk üçün 
ermәnilәrә torpaq ayrılması” haqqında “xahiş әhalinin arzularına uyğun olmamışdır”.
128
 
Ezov, İ.Karapetin mәktubunun mәtnini ermәnicә çap etdirmişdir. Mәn dә onu tәrcümә 
etdirmәk әziyyәtinә qatlaşmadım, çünki mәktubun rusca verilmiş adı onun mәzmununu 
açır. Ad belәdir: “Письмо  Ивана  Карапета  о  том,  что,  ходатайство    священника 
Антония I Ковги  Челеби  об  отводе  армянам  земель  для  поселения,  не 
соответствовало желаниям, послашего их населения” (naşirin belә bir qeydi var ki, 
Karapetin mәktubunun tarixi yoxdur, “lakin o mәzmununa görә  әvvәlki mәktubla 
(yuxarıda gәtirilәn 25 iyul tarixli mәktubla - T.K.) bilavasitә bağlıdır”).
129
 
Karapetin mәktubunda diqqәti cәlb edәn cәhәt odur ki, Qarabağdan köçmәk 
haqqında xahişlәr  әhalidәn xәlvәt edilmişdi. Dağlıq Qarabağ ermәnilәri gündәlik 
qayğılarla yaşadıqlarından harasa köçmәyi ağla belә gәtirmirdilәr. 
Mәliklәr Qarabağdan Rusiyaya keçmәyi özlәri xahiş etmişdilәr. Onlar özlәri dә 
köçmәkdәn imtina etdilәr. Yaşadıqları yerlәrin doğmalılığı, “әzәli ermәni әrazisi” olması, 
o yerlәrә bağlılıq dilә belә gәtirilmirdi. Köçmәkdәn imtina “tәhlükәsizlik” vә yaşadıq-ları 
yerlәrin “möhkәm vә böyük әyalәtlәr” olması mülahizәlәri ilә әsaslandırılırdı. 
Mәliklәr köçmәk mәsәlәsini qaldırmaqla  әsla köçmәk niyyәtindә olmamışdılar. 
Onların fikri-zikri Rusiyanın diqqәtini özlәrinә cәlb etmәk, Rusiyanı Azәrbaycanın işğalını 
sürәtlәndirmәyә  tәhrik etmәk vә belәliklә regionda siyasi vә iqtisadi imtiyazlar 
qazanmaq idi. 1727-ci ildә ermәni xadimlәri Dәrbәnd rayonuna köçmәk mәsәlәsini 
tәzәdәn qaldırmışdılar. Onlar hәmin ilin aprelindә Dәr-bәndә, Xәzәryanı vilayәtlәrdә rus 
qoşunlarının komandanı Dolqorukovun yanına nümayәndәlәr göndәrәrәk, “әbәdi olaraq 
imperator hәzrәtlәrinin tәbәәliyindә olacaqlarını” bildirmiş vә xahiş etmişdilәr ki, onlara 
keçmәk üçün “imperator hәzrәtlәrinә mәnsub olan vilayәtlәrdә yer verilsin”. Hәmin yer 
onlara göstәrildi vә “ermәnilәr o yerlәri görәrәk razı qaldılar; çox gözәl, bәrәkәtli vә 
meşәli yerlәrdir, ermәnilәr hәmin yerlәrә köçmәyi arzulayırlar”. 
Lakin bu da növbәti kәlәk idi. 
Artıq qeyd olunduğu kimi, Rusiya Xәzәryanı vilayәtlәri-Bakını, Dәrbәndi boşaltmağa 
vә İrana qaytarmağa mәcbur olmuşdu. 

Tofiq Köçərli 
- 42 - 
Qarabağ: Yalan və Həqiqət 
1736-cı ildә İranda Hakimiyyәtә gәlәn Nadir şah bәylәrbәyilik inzibati-әrazi sistemini 
lәğv edәrәk, Tәbriz mәrkәz olmaqla Azәrbaycan vilayәti tәşkil etdi. Vilayәt bütün Cәnubi 
vә  Şimali Azәrbaycan  әrazilәrindәn ibarәt idi. Nadir şah 1747-ci ildә öldürüldükdәn 
sonra, Azәrbaycanda xanlıqlar yarandı.  İran mәnbәlәrindә bu xanlıqlar elә belә  dә 
adlanır: “Azәrbaycan xanlıqları”. Azәrbaycan xanlıq-larının tәşkili Azәrbaycan tarixindә 
görkәmli bir hadisә idi. Bununla Azәrbaycanda milli dövlәtçilik bәrpa olundu. Yenidәn 
istiqlal nәsimi әsmәyә başladı. 
Qarabağ  bәylәrbәyiliyi  әrazisindә iki xanlıq - Qarabağ  vә  Gәncә xanlıqları  tәşkil 
olundu (Mәnbәlәrdә Qarabağ xanlığı  “Şuşa vә Qarabağ xanlığı” da adlanır). Qarabağ 
xanlığının banisi Pәnah  Әli Xan idi. Ermәni müәllifi Artemiy Araratski vaxtı ilә itgin 
düşmüş doğma anasına istinad etmәklә  Pәnah  Әli xanı “alicәnab vә  әdalәtli insan” 
adlandırmışdır (A.Araratski 1796-cı ildә general Zubovu Şamaxı yürüşündә müşayiәt 
etmişdi).
130
 
Qarabağ ermәni mәliklәrinin Qarabağ xanlığının yaranmasına münasibәti necә 
olmuşdu? 
Qarabağda beş ermәni mәlikliyi (rayonu) olması yuxarıda qeyd edilmişdir. 
Salnamәçilәrin yekdil fikrinә görә, bu beş  mәliklikdәn dördünün mәliklәri yerli 
sakinlәr deyildilәr. Dizaq mәliyi Yegan Loridәn qaçıb gәlmişdi. Vәrәndә  mәliyinin 
(Şahnәzәr)  әsli Göyçә mahalından, Çilәbird mәliyinin (Allahqulu) әsli Mәcavizdәn, 
Talışınkı (Usub) Şirvandan idi. Yalnız Xaçın mәliklәri (Mirzә, oğlu Allahverdi vә  nәvәsi 
Qәhrәman) Qarabağlı idilәr, Mirzә Adıgözәl bәyin yazdığı kimi, “Cәlalyan övladları” 
idilör.
131
 (XIII әsr Albaniya çarı) 
Nadir  şah  İranda hakimiyyәti  әlә aldıqdan sonra, senator, akademik P.Q.Butkovun 
yazdığı kimi, “ermәnilәri öz diqqәti ilә şәrәfyab etdi, mәliklәrin hәr birini öz malikanәsinә 
tәsdiqlәdi vә onları bilavasitә şah әlahәzrәtinә tabe etdi”
132
 Belәliklә, mәliklәr Qarabağ 
bәylәrbәyiliyi tәrkibindәn vә tabeçiliyindәn çıxardıldı. Heç bir çәrçivәyә  vә  mәntiqә 
sığmayan bu vә digәr buna oxşar addımlarla Nadir şah nüfuzlu vә böyük sülalә olan 
Ziyadoğluları - Qarabağ  bәylәrbәyilәrini sarsıtmaq istәyirdi. Bәhanә isә bu idi ki, 
Ziyadoğlular Nadir xanın  İran  şahı taxtında olmasına etiraz etmişdilәr (Ziyadoğlular 
istәyirdilәr ki, Sәfәvilәr sülalәsinin nümayәndәsi şah olsun). 

Tofiq Köçərli 
- 43 - 
Qarabağ: Yalan və Həqiqət 
Nadir  şahın  şirnikdirdiyi vә  әl-qol açdırdığı ermәni mәliklәri Qarabağ xanlığının 
yaranmasını birmәnalı qarşılamadılar. Vәrәnd mәliyi dәrhal Pәnah Әli xanın hakimiyyәtini 
qәbul etdi. Qalan mәliklәr dә  nәticә etibarı ilә Qarabağ xanına tabe oldular. Qarabağ 
mәliklәrinin bilavasitә  İran  şahına tabe olmaları kimi qeyri-tәbii siyasi vә hüquqi 
vәziyyәtә son qoyuldu. 
Bunu amerika professoru R.Ovanesyan da etiraf edir. O yazır ki, Dağlıq Qarabağı 
“bir vaxt Qarabağ xanları idarә etmişdilәr. Mәdәni cәhәtdәn Qarabağ  şöhrәtli 
Azәrbaycan yazıçılarının vә musiqiçilәrinin vәtәni olmuşdur”. Başqa ermәni müәlliflәri bu 
haqda da susurlar. 
Әksәr mәliklәr “itaәt halqasını qulaqlarına taxıb, sәdaqәt xәlәtini çiyin” lәrinә”
133
 
salsalar da, naxәlәf adamlarıydı. 
Onlar Qarabağ xanlığının ilk günlәrindәn xanlıq әleyhinә tәxribata başlamış, Pәnah 
Әli xana xain çıxmışdılar. Mәhz onlar Şәki hökmdarı  Çәlәbi xanı  Pәnah  Әli xanla 
mübarizәyә  tәhrik etmişdilәr. Çәlәbi xana mәxfi mәktub göndәrәrәk yazmışdılar ki, 
Qarabağda “Pәnah xan taxta çıxmış, qala (Bayat qalası -T.K) vә  sәngәr tikdirmişdir. 
Әgәr vәdindә bir qәdәr tәxir edilsә, sonra onun qarşısında durmaq mümkün 
olmayacaqdır”.
134
 
Çәlәbi xan bu kәlәyә uyur vә Qarabağ xanlığının ilk paytaxtı Bayat qalasına qoşun 
yeridir. Lakin Çәlәbi xan mәğlub olur. Mirzә Camal Qarabağinin yazdığına görә, geri 
qayıtmağa mәcbur olan Çәlәbi xan etiraf edir: “Pәnah xan bir xan idi. Biz gәldik Onunla 
dava elәdik vә bir iş dә görә bilmәdik. Biz indi onu şah edib qayıdırıq”.
135
 Lakin şeytan 
barmağı öz işini görmüşdü. Yenicә yaranmış iki Azәrbaycan xanlığı arasında әdavәt vә 
düşmәnçilik toxumu sәpilmişdi. Azәrbaycan xanlıqları arasında belә münasibәtlәr, xarici 
qüvvәlәr qarşısında birlәşә bilmәmәlәri, әksinә, biri digәri ilә çәkişmәsi, digәr amillәrlә 
birlikdә  nәticә etibarı ilә  fәlakәtә - Xanlıqlardan bәzilәrinin Rusiya tәrәfindәn işğalına, 
digәrlәrinin mәcburiyyәt qarşısında Rusiyanın tәbәәliyini qәbul etmәsinә, nәhayәt, 
hamısının öz müstәqilliyini itirmәsinә, Azәrbaycan dövlәtçiliyinin lәğv olunmasına gәtirib 
çatdırdı. 
Tәdriclә  Pәnah  Әli xan hakimiyyәtini möhkәmlәndirdi vә genişlәndirdi. Mirzә 
Adıgözәl bәyin yazdığına görә, Pәnah  Әli xan Meqri vә Güney mahallarını (Bәrgüşada 

Tofiq Köçərli 
- 44 - 
Qarabağ: Yalan və Həqiqət 
qәdәr) Qaradağ hakiminin, Tatef vә Sisyan mahallarını Naxçıvan hakiminin, Zәngәzur vә 
Qafan mahallarını Naxçıvan bәylәrbәyinin, Uşacıq kәndindәn Göyçә  sәrhәdinә  qәdәr 
uzanan yerlәri İrәvan hakiminin, Xudafәrin körpüsündәn Kürәk çayına qәdәr olan yerlәri 
Gәncә hakiminin әlindәn alıb özünә tabe etdi.
136
 Qarabağ xanlığı Azәrbaycan xanlıqları 
içәrisindә әrazicә әn böyük, güclü vә nüfuzlu xanlıqlardan birinә çevrildi. 
Qarabağ xanlığının uğurlu addımları  İran Hökumәtinin diqqәtindәn yayınmayırdı. 
Nadir  şahdan sonra İran Hökmdarı olmuş Adil şahın Azәrbaycan sәrdarı  tәyin etdiyi 
Әmiraslan xan “Pәnah xanın Qarabağda olan şöhrәt vә istiqlaliyyәtini eşitdikdә, öz adın-
dan ona (hәdiyyә olaraq) at, qılınc vә  xәlәt göndәrәrәk, onu Adil şaha itaәt etmәyә 
dәvәt vә tәşviq etdi”.
137
 Mirzә Adıgözәl bәyin yazdığına görә, Әmiraslan xan Qarabağa 
gәlib Pәnah Әli xanla görüşdü vә ona “sultanlıq vә ... xanlıq mәrhәmәt etdi”.
138
 
Pәnah Әli xan Adil şahın tәbәәliyini qәbul etdi. Adil şah xüsusi fәrmanla ona xan adı 
verib, Qarabağın hakimi tәyin etdi. Lakin az sonra Pәnah Әli xan İran itaәtindәn çıxdı vә 
digәr Azәrbaycan xanlıqları ilә yanaşı, Veliçkonun düzgün yazdığı kimi, “İrandan ayrılıb 
müstәqillik әldә etmәyә”
139
 nail oldu Bunu hәlә 1830-cu ildә rus generalı K.O.Zubarev 
dә qeyd etmişdi. O yazmışdı ki, Pәnah xan Cavanşirli “Qarabağı İrandan asılı olmadan 
müstәqil idarә edirdi”
140
 Qarabağ xanlığının tarixi faktiki olaraq İran asılılığından 
qurtarmaq uğrunda mübarizә tarixidir. İranla mübarizәdә Qarabağın istiqlalını qoruyub 
saxlamaq uğrunda mübarizә tarixidir. 
Azәrbaycan sәrdarı  Әmiraslan xan öldürüldükdәn sonra yeni sәrdar 
Mәhәmmәdhәsәn xan Qacar 1751-ci ildә Qarabağa hücum etdi. Lakin sәrdarın qoşunu 
döyüşdә  mәğlubiyyәtә  uğradı.  Әhmәd bәy Cavanşirin yazdığına görә, Pәnah  Әli xan 
hәtta sәrdarı  Әrdәbilә  qәdәr tәqib etdi vә döyüşlә  Әrdәbili tutaraq Dәrgahqulu bәyi 
Әrdәbil hakimi qoydu. 
Qarabağlıların Mәhәmmәdhәsәn xan Qacara qalib gәlmәsi Pәnah Әli xanın şöhrәtini 
daha da artırdı. 
Fәtәlixan  Әfşar (Nadir şahın tanınmış  sәrkәrdәsi olmuşdu) Pәnah  Әli xanı 
“cilovlamaq” istәdi. O, “Pәnah xanın yanına mahir elçilәr göndәrib onu itaәtә vә ittifaqa 
dәvәt etdi. Lakin Pәnah xan belә sәrdarlara itaәt etmәyi haqlı olaraq özü üçün әskiklik 
vә ar bilib, elçilәri kobud cavablarla geri qaytardı”.
141
 

Tofiq Köçərli 
- 45 - 
Qarabağ: Yalan və Həqiqət 
Fәtәlixan Әfşar 1756-cı ildә Qarabağa qoşun yeritdi. Fәtәlixan “7 dәfә fitnә vә fәsadı 
göylәrә qaldırdı. Lakin hәr dәfәsindә  mәqsәdә çatmadan; külli tәlәfatla geri qayıtdı. 
Axırıncı dәfә ulduzlar qәdәr saysız qoşunla gәlib Ballıca çayı ilә Xacә Әlili çayı arasında 
olan geniş bir sәhrada düşdü. ... Bu zaman Çilәbörd vә Talış mәliklәri- mәlik Hatәm vә 
mәlik Usub da gәlib Fәtәli xanın qoşunları ilә birlәşdilәr ... Axırda o, mәliklәrlә bәrabәr 
böyük bir qüvvә ilә hücuma keçdi ... Pәnah xan da müharibә meydanında üz ağardan vә 
düşmәni qırmaq üçün ürәklәri lalә  tәk dağlı olan Qarabağ qoşunu ilә müdafiәyә 
girmişdi. Fәtәlixan gördü ki, arzusunun gözәli varlıq aynasında görünmür. Ciddi-cәhdi ... 
zәrәr vә peşmançılıqdan başqa bir şey . vermir. Tәdbirlәr gördü, vasitәçilәr saldı, saziş 
vә barışıq binası qoydu ... Pәnah xan da ... onun xahişini qәbul etdi: (onlar) Ağa 
körpüsündә görüşәrәk sülh etdilәr. Barışıq әhd vә peymanla mehkәmlәndi”.
142
 
Bәzi mәlumatlara görә, son döyüşdә  Fәtәlixanın qoşunundan iki min nәfәr 
öldürülmüşdü. 
Lakin Fәtәlixan hiylә  işlәdәrәk “öz Qızını  Pәnahın oğlu  İbrahim xana әrә vermәk 
bәhanәsi ilә İbrahim xanı ordugaha qonaq çağırdı” vә onu xaincәsinә girov edәrәk İrana 
apardı. Bununla әlaqәdar Pәnah Әli xan o zaman İranda mәşhur olan Kәrim xan Zәndlә 
ittifaqa girәrәk, Fәtәlixandan intiqam almağa başladı. Pәnah  Әli xan qoşunu ilә Arazı 
keçәrәk Kәrim xanla birlәşdi. Birlәşmiş qüvvәlәr Urmiya qalasına - Fәtәlixanın üzәrinә 
hücuma keçdilәr. Fәtәlixan mәğlub edildi vә sonra edam olundu. İbrahim Xәlil 
zindandan buraxıldı vә Qarabağa qayıtdı.
143
 Lakin Pәnah Әli xan Kәrim xanın hiylәsinin 
qurbanı oldu. Kәrim xan onu özü ilә Şiraza apararaq, әslindә әsir etdi. Bir rәvayәtә görә, 
o, Şirazda vәfat etmiş, cәnazәsi Ağdama gәtirilib, orada dәfn olunub. Başqa bir rәvayәtә 
görә, Pәnah Әli xan Şuşaya qayıtmış vә Şuşada da vәfat etmişdir. 
Bu, 1759-cu ildә olmuşdur. O zamandan da ta 1806-cı ilәdәk  İbrahim Xәlil xan 
Qarabağda hakimlik etmişdir. 
Belәliklә Fәtәlixanla müharibәdә dә Pәnah Әli xan Qarabağın müstәqilliyini saxlaya 
bilmişdi. Onun oğlu İbrahim Xәlil xan da öz ağıllı vәziri görkәmli şair Molla Pәnah Vaqiflә 
birlikdә uzun müddәt Qarabağ xanlığının müstәqilliyini qorumağa nail olmuşdu. Mәsәlәn, 
hamı bilir ki, 1795-ci ildә  Şuşa hәtta Ağa Mәhәmmәd Qacar üçün alınmaz bir qalaya 
çevrilmişdi. Rus hәrbi tarixçisi Potto haqlıdır: “Ağa Mәhәmmәd  Şah Qacarın 

Tofiq Köçərli 
- 46 - 
Qarabağ: Yalan və Həqiqət 
basqınlarından Şuşanın qәhrәmancasına müdafiә olunması İbrahim xanın bioqrafiyasının 
әlamәtdar sәhifәlәrindәn biridir”.
144
 
M.F.Axundov 1854-cü ildә Şuşaya Qasım bәy Zakirә mәnzum mәktub yazmışdı: 
... İndi Qarabağın igidlәrinә, 
Kimdir şücaәtdә ola qәrinә? 
Yetişәcәk hәr biri düşmәn sәrinә, 
De ki, baydaq yıxıb, top alan gәrәk. 
Köhlәn at üstündә, qılınc belindә, 
Meydana üz qoyub tüfәng әlindә. 
Gah sağına xәsmin, gahi solunda, 
Çıxarda naleyi-әlaman gәrәk! 
Doğmamış Qafqazda analar qorxaq. 
Bizә döyüş gәrәk, nә biçin-başaq ...
145
 
Bu misralar tamamilә başqa münasibәtlә  vә başqa dövr üçün deyilmişdi. Lakin 
qarabağlıların döyüşkәnliyini, qorxmazlığını  vә igidliy.ini vәsf edәn bu misraları XVIII 
әsrdә Qarabağ xanlığının,  Şuşanın qәhrәman müdafiәçilәrinә  dә tamamilә aid etmәk 
olar. 
Bәli, Qarabağ xanlığı İran sәrkәrdәlәri, İran şahları ilә mübarizәdә öz müstәqilliyini 
saxlamışdı. Qarabağ xanlığını  İran xanlığı hesab edәnlәr, o cümlәdәn Stupişin, tarixi 
faktlarla hesablaşmalıdırlar. 
Qeyd olunduğu kimi, ermәni mәliklәrindәn ikisi (Hatәm vә Usub) Qarabağ xanlığına 
xain çıxmış vә Pәnah Әli xana qarşı Fәtәlixanla birlikdә vuruşmuşdular. 
Fәtәlixanın uğursuzluğundan vә edam edilmәsindәn sonra ermәni mәliklәri dәrhal 
başqa istiqamәt götürdülәr. Yenidәn Rusiyaya üz tutdular. Rusiya Şimali Qafqazda 
möhkәmlәndikcә mәliklәr Qarabağ xanlığı әleyhinә gizli pozuculuq işlәrini güclәndirdilәr. 
Bu dәfә onlar Rusiya çarı II Yekaterinaya girişdilәr vә onu öz tәrәflәrinә çәkmәyә nail 
oldular. V.L.Veliçkonun yazdığı kimi, “II Yekaterina ermәnilәrә lütfkarlıqda ifrat hәddә 
çatmışdı, bu, ola bilsin, onun sarayında hökm sürәn әxlaqsızlıq vә fövqәladә cah-cәlalla 
bağlı idi. Tәәccüblü deyil ki, ermәni tacirlәrindәn qiymәtli mallardan “peşkәş” alan saray 
әyanları var idi”.
146
 
1780-ci il yanvarın 10-da ermәni xadimlәri sәrkәrdә A.Suvorova xüsusi mәktubla 
bildirdilәr ki, “Ermәnistan artıq bir neçә әsrdir öz hökmdarını vә idarәçiliyini itirmişdir” vә 
“öz millәtindәn hansısa bir başçı olarsa Ermәnistan çox asanlıqla bәrpa edilә bilәr”. Bu 

Tofiq Köçərli 
- 47 - 
Qarabağ: Yalan və Həqiqət 
mәqsәdlә tәklif olunurdu ki, “xalqın iradәsi ilә yaxud imperatorun icazәsi ilә millәtdәn bir 
başçı seçilsin” vә o, “Dәrbәnddә möhkәmlәnә bilsin vә onun Şamaxı  vә  Gәncәni 
tutmasına kömәk edilsin. O zaman, şübhәsiz Qarabağdan vә  Sıqnaxdan gәlib onunla 
birlәşәrlәr; başçı kifayәt qәdәr qoşun toplayıb asanlıqla  İrәvan vә digәr  şәhәrlәri 
tutar”.
147
  Hәm dә Suvorova yazırdılar ki, “ermәni xalqı öz hökumәtinin hakimiyyәti 
altında olarsa vә öz sәrhәdlәrini bir qәdәr genişlәndirәrsә”, hәmişә 15-20 minlik qoşun, 
vә Türkiyә ya İranla müharibә olduqda isә 60 min vә daha çox qoşun saxlaya bilәr. 
Mәqsәd olduqca sadә  vә aydın idi. Rusiyanı Zaqafqaziyaya hücuma tәhrik etmәk, 
Rusiyanın, mәhz Rusiyanın  әli ilә  Şamaxı  vә  Gәncәni tutmaq, İrәvanı tutmaq, 
Ermәnistan dövlәti yaratmaq. 1790-cı il yanvarın 23-dә hәrbi kömәk haqqında şәxsәn II 
Yekaterinaya müraciәt olundu: “Barbarları devirmәk üçün qoşunla, az miqdarda da olsa 
qoşunla kömәk edilsin, zira Rusiya qoşunu tәkcә öz zәhmli adı ilә farsların qüvvәlәrinә 
üstün gәlәr vә Şuşa xanının hökmranlığını devirә bilәr”.
148
 
Bu müraciәtlәrә II Yekaterinanın konkret olaraq necә münasibәt bәslәmәsi mәnә 
mәlum deyil. Mәlum olan odur ki, Qafqaz xәttindә baş komandan P.S.Potyomkin 
Qarabağ  mәliklәrinin müraciәtinә cavab olaraq, onlara II Yekaterinanın mәrhәmәt 
göstәrdiyini vә onları “tatar zülmündәn xilas etmәk” haqqında әmr aldığını xәbәr vermiş 
vә onları “hazır olmağa” çağırmışdı.
149
 
Mәliklәr dәrhal “hazır olduqlarını” P.S.Potyomkinә çatdırdılar vә “Rusiya qoşun-
larının onların sәrhәdlәrinә yeridilmәsini” xahiş etdilәr. Potyomkin dә  dәrhal “yüksәk 
mәnsәb sahibi olan ermәni  әyanı” göndәrilmәsini istәdi. Mәliklәr cavab verdilәr: “Xan 
(İbrahim Xәlil xan-T.K.) .qarşısında öz niyyәtlәrini vaxtından  әvvәl açmaq vә mütlәq 
mәhv edilmәk tәhlükәsinә görә bunu edә bilmәzlәr”.
150
 Bu, Arqutinskinin etirafıdır. 
Maraqlıdır ki, imperatora vә P.S.Potyomkinә  mәktublarında “Şuşa xanının 
hökmranlığını devirmәk” әzmi ilә qürrәlәnәn mәliklәr bu halda Potyomkinin çox da çәtin 
vә böyük olmayan tәlәbini (“yüksәk mәnsәb sahibi olan ermәni  әyanı” göndәrmәk) 
yerinә yetirmәyә  cәsarәt etmәmişdilәr. Ümumiyyәtlә  mәliklәr “özgә  әli ilә od tutmaq” 
istәyirdilәr. 
İbrahim Xәlil xan öz tәbәәlәri olan ermәni katolikosu vә mәliklәrinin satqınlığından 
vә bәd әmәllәrindәn xәbәr tutmuşdu. İ.Arqutinskinin yazdığına görә, “Şuşa xanı general 

Tofiq Köçərli 
- 48 - 
Qarabağ: Yalan və Həqiqət 
Potyomkinin tez-tez göndәrdiyi adamlardan, mәliklәrin vә katolikosun hәrәkәtlәrindәn 
xәbәrdar olub, onları ifşa etdi vә cәzalandırdı, (ifşa vә cәzalandırdı! - T.K.). İbrahim xan 
mәlik Abovu hәbs etdi vә malikanәsini müsadirә etdi. General (Potyomkin -T.K.) xana 
mәktub yazaraq, onu mәlik Abovu azad etmәyә vadar etdi”.
151
 Lakin sonra İbrahim xan 
“mәlik Mәclumu (Cәrabert mәliki-T.K.), mәlik Abovu (Gülüstan mәliki - T.K.), mәlik 
Bәhtәmi (Dizak mәliki - T.K.) yanına çağıraraq, onları  hәbs etdi ... Mәclum vә Abov 
(Gürcüstana) qaçdılar”. Xan “mәlik Abovun yerinә başqa adam qoydu. Abovun 
malikanәsindәn beş yüz ailә qaçaraq, Gürcüstanla Gәncә arasında olan Şamxorda 
yerlәşdi”. 
Mәclum vә Abov Gürcüstan çarı II İraklidәn hәrbi kömәk istәdilәr. Qarabağda öz 
marağı olan II İrakli knyaz Arabelyanovun komandanlığı altında 4 minlik qoşun ayırdı. 
Lakin bu zaman Burnaşovun batalyonu Gürcüstandan tәcili olaraq Rusiyaya qayıtmalı 
oldu. Bununla әlaqәdar II İrakli Mәclum vә Abova vәdindәn imtina etdi.
152
 Arqutinski 
yazmışdır ki, Mәclum vә Abovun ataları da - mәlik Adam vә mәlik Usub - qabaqca Pәnah 
xan ilә yola getmәmiş  vә qaçıb Gürcüstan çarı Teymuraza pәnah aparmışdılar. Sonra 
onlar Gәncәyә  gәlәrәk Gәncә xanının vasitәçiliyi ilә  Pәnah  Әli xandan mәrhәmәt 
istәmişdilәr. Pәnah Әli xan onları bağışlamış vә “malikanәlәrinә sahib olmaq hüququnu” 
saxlamışdı. Adam vә Usub Fәtәlixan  Әfşara qoşulub öz Qarabağ xanlığına qarşı 
müharibә aparan xainlәr idi. Bu satqınlıq haqqında Arqutinski susmuşdur. 
Gürcüstana qaçmış Mәclumla Abovun nә yuvanın quşu olması haqqında V.L.Veliçko 
yazmışdır: “Tarix gürcülәrә göstәrdi ki, şpionluğa vә satqınlığa meyli olan insanlara 
etibar etmәk olmaz: II İraklinin mәrhәmәt edib fars (oxu: İbrahim Xәlil xan - T.K.) 
tәqiblәrindәn gizlәtdiyi (vә  әlavә edәk: 4 minlik qoşunla kömәk etmәk istәdiyi - T.K.) 
ermәni mәliklәri Abo vә  Mәcmun (Abov vә  Mәclum - T.K.) fәlakәtli anda farslara 
satıldılar vә 1795-ci ildә Tiflisi qarәt edib qana boyayan Ağa Mәhәmmәd xanın qoşununa 
bәlәdçilik etdilәr”.
153
 
Ermәni mәliklәri belә adamlar idi. Qarabağ xanlığına qarşı gizli iş aparan satqınların 
başçısı vә tәşkilatçısı Qand-zasar katolikosu İoannes Hәsәn Cәlalyan idi. O da ez cәzasını 
almışdı, Arqutinskiyә görә,  İbrahim Xәlil xan katolikosu zәhәrlәyib öldürmüşdü. Lakin 
xanın  İoannesi vә  mәliklәri darmadağın etmәsinin  şahidi Sarkis (İoannesin qardaşı) 

Tofiq Köçərli 
- 49 - 
Qarabağ: Yalan və Həqiqət 
zәhәrlәnmәni tәsdiqlәmir. Gürcüstana qaça bilmiş Sarkis 1804-cü ildә general Sisianova. 
yazmışdı ki, İbrahim xan katolikosun vә  mәliklәrin knyaz Potyomkinә göndәrdiklәri 
mәktubları әlә keçirib “İoannesi öldürdü, mәni isә hәbs etdi”, lakin mәn hәbsdәn qaça 
bildim, Gәncәyә, oradan da Gürcüstana gәldim.
154
 
Göründüyü kimi, Qarabağın müstәqilliyinә qәsd edәnlәrә qarşı İbrahim Xәlil xan da 
atası Pәnah Әli xan kimi qәti vә amansız olmuşdur. İbrahim Xәlil xan separatçıları xain 
çıxdıqlarına vә satqınlıq etdiklәrinә görә layiqincә cәzalandırmışdı. Separatçılar İbrahim 
Xәlil xana heç bir formada müqavimәt göstәrmәyә  cәhd etmәmişdilәr, çünki onların 
bunu öz gücü ilә etmәyә heç bir imkanları yox idi. 
“Әlac” yenә çarizmi İbrahim xana qarşı, bütün Azәrbaycana qarşı sövq etdirmәyә 
qalmışdı. 
Zaqafqaziya ermәnilәrinin dini vә siyasi lideri İ.Arqutinski Qarabağ xanlığı әleyhinә 
yeni plan cızdı. O, üç ermәni mәliki adından 1790-cı il yanvarın 23-dә Rusiya imperatoru 
II Yekaterinaya mәktub göndәrәrәk, “Şuşa xanının hökmranlığını devirmәk” üçün hәrbi 
kömәk istәdi; kömәk mümkün olmasa, Böyük Pyotrun mәrhәmәtli fәrmanı  әsasında 
onları  Dәrbәnd  әtrafına köçürüb, “mәskunlaşacaqları yerlәri onlara tәhkim etmәyi, 
mәliklәr vә onların xәlәflәrinә tәbәәlәri üzәrindә tam hüquq vermәyi” xahiş etdi.
155 
Artıq 
bu zaman üçün II Yekaterina ermәni kәmәndinә düşmüşdü. 
Knyaz Q.A.Potyomkinin II Yekaterinaya mәktubundan (1783) aydın olur ki, II 
Yekaterina ermәni mәliklәrinә Qarabağda “xristian dövlәti” yaratmağı  vәd edibmiş. 
Mәktubda deyilir: “Mәn  Şuşalı  İbrahim xanı itaәtә yaxınlaşdırmaq haqqında general-
poruçik Potyomkinә göstәriş verdim... Әlverişli halda Şuşalı  İbrahim xanın ermәni 
xalqlarından ibarәt vilayәtini milli idarәyә vermәk vә onun vasitәsi ilә Asiyada xristian 
dövlәtini bәrpa etmәk lazımdır. Bu, Siz imperator Hәzrәtlәrinin mәnim vasitәmlә ermәni 
mәliklәrinә verdiyiniz vәdlәrә uyğundur”. (Potyomkindә vә gerünür, II Yekaterinada belә 
tәsәvvür yaradılıbmış ki, İbrahim xanın vilayәti “ermәni xalqlarından ibarәtdir”). Bu da 
maraqlıdır ki, Potyomkin “Bakı vә Dәrbәndi tutub Gilana birlәşdirmәk vә zәbt olunmuş 
әrazini Albaniya adlandırmaq” istәyirdi. 

Tofiq Köçərli 
- 50 - 
Qarabağ: Yalan və Həqiqət 
II Yekaterina Azәrbaycanı Rusiyanın tәsir dairәsinә salmağa başladı. 1796-cı ilin 
yazında rus qoşunları Azәrbaycana yeridildi. Qısa müddәt әrzindә Rusiya qoşunu Qubanı 
vә Bakını tutaraq, Şamaxıya gәldi. V.Zubovun ordugahı Şamaxıda yerlәşdi. 
Qarabağ xanı İbrahim Xәlil xan İran tәcavüzündәn, Gәncә xanı Cavad xan isә Kartli-
Kaxetiya çarı II İraklinin vә  İbrahim Xәlil xanın düşmәnçilik hәrәkәtlәrindәn 
ehtiyatlanaraq, öz nümayәndәlәrini, birincisi oğlu Lütfәli bәyi, ikincisi Mәhәmmәd Qulu 
bәyi Şamaxıya Zubovun düşәrgәsinә göndәrdilәr vә Rusiya himayәsini qәbul etdiklәrini 
bildirdilәr.
156
 Hadisәlәrin belә cәrәyanı әlbәttә, Zubovu tamamilә tәmin edirdi. 
“Harada aş, orada baş”  İ.Arqutinski Zubovun düşәrgәsindә peyda oldu vә 
Azәrbaycanın işğalını planlaşdırmaqda bilavasitә  iştirak etdi. Zubov Gәncәyә general 
Rimski-Korsakovun komandanlığı altında qoşun göndәrdi. Hәmin qoşunu Arqutinski 
müşayiәt edirdi.
157
 
1796-cı ilin noyabrında II Yekaterina öldükdәn sonra onun oğlu I Pavel Rusiya 
imperatoru oldu. Yeni imperator Rusiya qoşunlarını Azәrbaycandan geri çağırdı. 
Rusiyanın Azәrbaycanda möhkәmlәnmәsi baş tutmadı. Azәrbaycan xanlıqları, o 
cümlәdәn Qarabağ xanlığı әvvәlki statuslarını saxladılar. 
Rusiya qoşunlarının Azәrbaycanı tәrk etmәsi Ağa Mәhәmmәd şah Qacarın әl-qolunu 
açdı. O, 1797-ci ildә öz qoşunu ilә Qarabağa basqın etdi. Bu dәfә  Şah Qacar Şuşa 
qalasını tutmağa nail oldu. Lakin İran  Şahını  Şuşada öz keşikçilәri öldürdülәr.  İran 
qoşunu Qarabağdan getmәli oldu. Qarabağ xanlığı yenә dә öz statusunu saxladı. İranın 
Qarabağa sahib olmaq cәhdlәri tam boşa çıxdı. 
Rusiya qoşunlarının Azәrbaycandan getmәsi Arqutinskini vә Qarabağ ermәni 
mәliklәrini mәyus etdi. Ancaq onlar öz planlarından әl çәkmәdilәr. Mәqsәdlәrinә çatmaq 
üçün ermәni xadimlәri indi dә I Pavelin qәlbini  әlә almağa girişdilәr. Bu yolda onlar 
hәtta әn alçaq vasitәlәrdәn belә çәkinmәdilәr. 
Bir sәnәdә - Rusiya daxili işlәr nazirliyi polisiya departamentinin 1908-ci ildә 
hazırladığı hesabata müraciәt edәk. Orada deyilir ki, “özlәrinә  şәfqәt qazanmaq üçün 
ermәnilәr öz dinlәri ilә  dәlәduzluq etdilәr vә özlәrini pravoslav kimi qәlәmә verdilәr. 
İmperator Maltiya ordeninin Qrossmeysteri adını  vә bununla birlikdә xristianların 
müdafiәçisi adını alanda, ermәnilәr deputasiya göndәrәrәk, ondan ermәnilәri öz 

Tofiq Köçərli 
- 51 - 
Qarabağ: Yalan və Həqiqət 
himayәsinә götürmәyi xahiş etdilәr. 1799-cu ildә hәtta I Pavelә İosif Arqutinskinin tәrtib 
etdiyi liturgiya tәqdim olundu. Orada deyilirdi ki, pravoslav Ümumrusiya imperatoruna 
vә Avqust evinә ibadәt edilmәlidir. O zamandan Rusiyada ermәnilәri pravoslav kiçik 
qardaş hesab etmәyә başladılar. Az qala yüz il belә davam etdi. Bütün bu fırıldaq 1891-
ci ildә ermәni keşişi Ter-Voskakovun mәhkәmә işinin gedişindә üzә çıxdı...”.
158
 
I Pavel borclu qalmadı  vә “pravoslav kiçik qardaşı” ermәnilәrin harayına çatdı. 9 
may 1799-cu il tarixli fәrmanı ilә imperator Arqutinskini birinci dәrәcәli Müqәddәs Anna 
ordeni İlә tәltif etdi. Әn başlıcası, 1799-cu il 2 iyun tarixli fәrmanla imperator Qarabağ 
ermәnilәrinә, o zaman Gürcüstan tәrkibindә olan Qazax torpaqlarını verdi.
159
 (Nadir şah 
Kaxetiya çarı Teymurazın xanımı “Tamaranın xahişi ilә ... әvvәllәr Gәncә xanına mәnsub 
olan iki әyalәti - Borçalını vә Kiziki (Qazax -T.K.) Kaxetiya çarına” bağışlamışdı
160
. Başqa 
bir fәrmanla I Pavel Kaxetiya çarına tapşırdı ki, Qarabağ ermәnilәrinin köçürülmәsinә 
kömәk etsin, onlara istәdiklәri torpağı versin, onların bütün ehtiyaclarını ödәsin, 
qonaqlara layiq asudәlik versin vә i.a.
161
 
Lakin bu dәfә  dә  mәliklәr Qarabağdan keçmәk  şansından istifadә etmәdilәr. 
Görünür, Qarabağ  mәliklәrinә xüsusi qayğı göstәrәn çarizm dә bu dәfә ermәnilәrin 
köçürülmәsindә maraqlı deyildi. Çarizmin hәrbi müdaxilәsi artıq Azәrbaycanın qapısını 
taqqıldadırdı. Ermәnilәr Gәncәdә, Qarabağda rus qoşunlarına xidmәt göstәrә bilәrdilәr. 
Göstәrdilәr dә! 
1801-ci ildә Rusiya Şәrqi Gürcüstanı özünә birlәşdirdi. Sonra Quba, Lәnkәran xan-
ları (1902) vә Bakı xanı (1903) Rusiya tәbәәliyini qәbul etmәyә mәcbur oldular. Növbә 
Car-Balakәnә, Gәncә, Qarabağ,  İrәvan vә digәr Azәrbaycan xanlıqlarına çatdı. Öncә 
Car-Balakәn camaatlığı  işğal olundu. Car-Balakәn hәrbi  әmәliyyatında rus qoşunları 
әhalinin ciddi müqavimәtinә rast gәldilәr. Hәtta Zәkәrtala (Zaqatala) hәndәvәrindәki 
döyüşlәrdә rus qoşunları dәstәsinin başçısı general Qulyakov öldürüldü. 
Rusiyanın işğalçılıq planlarında Gәncә xanlığının zәbti mühüm yer tuturdu. Gәncә 
Rusiya üçün Gürcüstan tәrәfdәn  Şirvanın da, Qarabağın da, İranın da әsas qapısı idi. 
Digәr tәrәfdәn, Rusiya qoşunlarının Qafqazda baş komandanı general Sisianovun 
fikrincә, “asiyalıların alınmaz qala hesab etdiklәri Gәncә bütün Azәrbaycanı vahimәdә 
saxlayırdı”. 

Tofiq Köçərli 
- 52 - 
Qarabağ: Yalan və Həqiqət 
Sisianov öncә dilә tutma vә hәdә-qorxu ilә Cavad xanı tәslim etmәk cәhdi göstәrdi. 
1803-cü il fevralın 25-dә Sisianov Tiflisdәn Cavad xana mәktub yazıb xanlığın hәlә 1796-
cı ildә Rusiya tәbәәliyini qәbul etmәsini xatırlatdı vә bununla әlaqәdar Cavad xanı itaәtә 
çağırdı. Tәlәb etdi ki, Cavad xan itaәt әlamәti kimi böyük oğlu Uğurlu xanı Tiflisә girov 
(“amanat”) göndәrsin.
162
 Cavad xan belә şәrәfsizliyi qәbul etmәdi. 
Sisianov Cavad xana bir-birinin dalınca mәktublar göndәrәrәk ona “xan qalmağı vә 
bac verәn” olmağı  tәklif etdi. Sisianov qraf A.Voronosova yazmışdı ki, Cavad xan bu 
tәklifi “nәinki qәbul etmәdi, hәtta cavab vermәdi”.
163
 
Cavad xan Gәncә xanlığının mәnafeyini vә azadlığını öz şәxsi mәnafeyindәn, xan 
rütbәsindәn üstün tutdu, qәsbkarlara qarşı ölüm-dirim mübarizәsi yolunu seçdi. 
Sisianov Cavad xana axırıncı mәktublarının birindә (29 noyabr 1903) iddia edirdi ki, 
“çar Tamara dövründә Gәncә mahalı ilә birlikdә Gürcüstana mәxsus olmuşdur vә Gürcü 
çarlarının zәifliyi üzündәn Gürcüstandan qoparılmışdır”, ona görә Gürcüstanın havadarı 
Rusiya razı ola bilmәz ki, “Gürcüstanın tәrkibi” olan Gәncә “yadların әlindә” qalsın.
164
 
Cavad xan bu iddianı qәti rәdd edәrәk bildirdi ki, “bu nağıla heç kәs inanmaz. Ancaq 
bizim babalarımız Abbasqulu xan vә başqaları Gürcüstanı idarә ediblәr”, bunu bu gün 
demәklә “Gürcüstanı bizә vermәzlәr”.
165
 
“Savaş istәyirsәnsә, savaşarıq”.
153
 “Bәlkә  әcәl sizi (Sisianovu - T.K.) Peterburqdan 
buraya gәtirib”. Sisianovun hәdә-qorxularına mәrdanә  vә qorxmaz cavab belә oldu. 
Dekabrın 3-dә Sisianov Cavad xana yazdı: “Bir daha soruşuram: qalanı Rusiya rәisinә 
verirsәn, ya yox?”.
166
 
Yox, yox vә yenә dә yox! - Cavad xan әzmi, Cavad xan qәtiyyәti belә idi. 
Gәncәnin bir aylıq mühasirәsindәn sonra Sisianovun qoşunları Hücuma keçib şәhәrә 
soxuldular. Qanlı döyüşlәr oldu. Gәncәlilәr çox saylı  vә yaxşı silahlanmış  işğalçılara 
qәhrәmanlıqla müqavimәt göstәrdilәr. Cavad xan әlindә silah mәrdliklә döyüşә-döyüşә 
Gәncә müdafiәçilәrini ruhlandırdı. 
Gәncәnin müdafiәsindә Cavad xan qәhrәmancasına hәlak oldu (3 yanvar 1904). 
Cavad xan Vәtәnin azadlığı uğrunda bu şәrәfli. ölümlә ölmәzlәşdi. Deyilәnlәrә görә, 
şair  Әbdürrәhmanağa Dilbazi oğlu hәmin döyüşlәrin  şahidi olub. O, döyüşlәri belә 
tәrәnnüm edib: 

Tofiq Köçərli 
- 53 - 
Qarabağ: Yalan və Həqiqət 
Yağdı lәşkәr, girdi meydana, әdavәt qıldılar, 
Qırdılar әdayi ol dәmdә fәrağәt qıldılar, 
Xub döyüşdü Gәncә xalqı bir rәşadәt qıldılar, 
Haqq yolunda bәzi kәs ol dәm şәhadәt qıldılar.
167
 
Artıq qeyd edildiyi kimi, dәrhal Gәncәnin adı  dәyişdirildi.  İmperator I Aleksandr 5 
fevral 1804-cü il tarixli “ali reskripti” ilә Sisianovun Gәncәnin adını Yelizavetpol qoymaq 
haqqında tәklifini qәbul etdi. 
Sisianov Gәncәnin milli tәrkibini dәyişdirmәyә başladı. O, 1805-ci il avqustun 13-dә 
ermәni arxiyepiskopu İoannesdәn xahiş etdi ki, Gәncәyә “İrәvan ermәnilәrini köçürsün”. 
Sisianov bildirdi ki, Gәncәyә köçәn ermәnilәrin “Hәr birinә hazır ev, bağ,  әkin sahәsi” 
verilәcәkdir. 
168
 
Gәncәyә İrәvandan, habelә Avlabardan, Pambakdan ermәnilәr köçürüldülәr ... 
Cavad xanın qanına bais olan, Gәncәni qana qәrq edәn istilaçı Sisianov 1806-cı ilin 
fevralında cәzasına çatdı. O, Bakıda öldürüldü. 
Rus qoşunlarının yәni komandanı markiz Pauliççi Gәncәdә olarkәn Cavad xan 
şәxsiyyәtilә çox maraqlanır, onun әskәri  şücaәtindәn, dәyanәtindәn xәbәrdar olur. 
Mәktublarının birindә Pauliççi yazır: “Vәtәnә  lәyaqәtlә xidmәt edәnlәr Cavad xan adını 
hörmәtlә yad edirlәr. Ona görә mәn dә qalanı әlindә silah müdafiә edәn zaman hәlak 
olan Cavad xana haqq qazandırıram”. 
XIX әsr ermәni müәllifi M.Y.Qarabaği (Nesterov) Gәncә xanı Cavad xanın “qüdrәtli 
rus dövlәtinә tabe olmaq” haqqında Sisianovun tәklifini rәdd edәrәk, “döyüş meydanına” 
girmәsini vә “düşmәnә ağır zәrbәlәr vuraraq özünü qәhrәmancasına müdafiә” etmәsini 
vә qәhrәmancasına hәlak olmasını qәlәmә almışdır. 
Ermәni müәllifi hәm dә yazmışdır: “Cavad xanın qәtli barәsindә türk dillәrindә çoxlu 
şerlәr vә beytlәr deyilmişdir. Bunlardan bir hissәsini biz burada qeyd edirik ki, oxucular 
Gәncә әhlinin nә kimi vәziyyәtlәrdәn sonra tabe olduğunu bilsinlәr. 
... Cavad xan bu nә olacaq 
Dildәn dilә söylәnәcәk 
Cavad xan bir xan olacaq, 
Alәmdә dastan olacaq ...”
169
 
Belә bir şәraitdә, 14 may 1805-ci ildә  İbrahim xan Sisianovla Qarabağ xanlığının 
Rusiya hakimiyyәti altına keçmәsi haqqında müqavilә imzaladı. 

Tofiq Köçərli 
- 54 - 
Qarabağ: Yalan və Həqiqət 
Müqavilәdә  Şuşalı  vә Qarabağlı  “İbrahim xanın bütün ailәsi, nәsli vә  әyalәti ilә 
Ümumrusiya imperiyasının tәbәәliyinә daxil olması” elan edildi. Başqa cür yox, mәhz 
belә: ermәnilәrin; yaxud ermәni mәliklәrinin deyil, mәhz İbrahim xanın öz әyalәti vә s. 
ilә Rusiyaya daxil olması.  İbrahim xanın “әyalәtinin (Qarabağ xanlığının - T.K.) 
bütövlüyünün saxlanmasına imperator zәmanәti”
170
 verildi. Ermәni mәliklәrinin deyil, 
mәhz İbrahim xanın “әyalәtinin bütövlüyünün saxlanmasına imperator zәmanәti” verildi! 
Bu gün rus xadimlәrinin öz sәlәflәri tәrәfindәn imzalanmış  hәmin müqavilәni 
görmәmәzliyә vurmaları vә qulaqardına vermәlәri әn azı tәәccüb doğurur,. 
Müqavilәdә  “Şuşalı  vә Qarabağlı  İbrahim xan ... Gürcüstan Baş hakimi ilә 
qabaqcadan qarşılıqlı razılıq olmadan qonşu hakimlәrlә  әlaqә saxlamamağa, onlardan 
elçilәr gәlәrsә  vә ya mәktub göndәrilәrsә, onlardan mәzmunca tutarlı olanları Baş 
hakimә göndәrmәyә  vә ondan icazә istәmәyә, dәyәri az olanlar haqda isә  mәlumat 
vermәyә  vә Gürcüstan Baş hakimi tәrәfindәn” xanın yanına “tәyin edilmiş  şәxsә 
mәlumat vermәyә vә onunla mәslәhәtlәşmәyә söz” verdi. 
Belәliklә Qarabağ xanı xarici dövlәtlәrlә  әlaqә saxlamaq hüququnu itirdi. Lakin 
“İbrahim xan zati-alilәrinin vә onun ocağından olan varislәrin vә arxasının Qarabağ 
xanlığı üzәrindә hakimiyyәtinin dәyişmәz” saxlanmasına, habelә “daxili idarә etmә ilә 
bağlı hakimiyyәt işlәrinin, mәhkәmә  vә divanxana işlәrinin, bununla yanaşı ölkәdәn 
yığılan gәlirin zati-alilәrin (xanın) sәlahiyyәtindә” qalacağına zәmanәt verildi.
171
 
Gәtirilәn faktlar göstәrir ki, XVIİ әsrdә Rusiya, ermәni xadimlәrinin bilavasitә tәhriki 
ilә Qarabağı, bütün Azәrbaycanı  әlә keçirmәyә çox cәhd göstәrmişdir. Lakin Rusiya 
hәmin  әsrdә  hәlә Azәrbaycanda, o cümlәdәn Qarabağda möhkәmlәnә bilmәmişdi, 
Rusiyanın Qarabağda “tәyinedici tәsiri” olmamışdı. Bu sahәdә  vәziyyәt XIX әsrin 
әvvәllәrindә  dәyişmişdir. Faktlar hәm dә göstәrir ki, müstәqil Azәrbaycan xanlığı 
Qarabağ Rusiyaya İrandan keçmәmişdir. Qarabağ xanı İranın rәyini soruşmadan, onunla 
hesablaşmadan vә İranın mәnafelәrinin tam ziddinә olaraq Rusiyanın vassalığını  qәbul 
etmişdir.  Әlacsızlıqdan, Rusiya kimi böyük bir dövlәtә müqavimәt göstәrmәk imkanı 
olmadığına görә etmişdir. Nәhayәt, tarixi faktlar Qarabağ xanlığında “heç bir Azәrbaycan 
yerli-dibli olmamışdır” deyәnlәri tamamilә ifşa edir. 
 

Tofiq Köçərli 
- 55 - 
Qarabağ: Yalan və Həqiqət 
Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin