AZӘrbaycan elmlәr akademiyasi



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə8/9
tarix31.01.2017
ölçüsü1 Mb.
#7191
1   2   3   4   5   6   7   8   9

8.
 
VII Fәsil 
“Nurnberq prosesi” olmalıdır! 
 
Balayan haqlıdır: 
“Tarixi faktların saxtalaşdırılması  hәmişә manqurtluq üçün bәslәyici mühit 
olmuşdur”. O, hәm dә deyir ki, Rusiyanı  vә Ermәnistanı  “әksәr hallarda tarixi 
saxtalaşdıranda bәdbәxtlik yaxalamışdır.  İstәr qәdim, istәrsә  dә  әn yeni tarixi 
saxtalaşdıranda” . Bu axırıncı iddiaya qiymәt vermәk mәnim işim deyildir. 
Ancaq soruşmaq gәrәkdir: 
- Kimdir bu gün tarixi saxtalaşdıran, daha dәqiqi, saxtakarlığı özünә peşә edәn? 
Bәlkә  dә bu gün mәhz ermәni müәlliflәri, onların toruna düşmüş Stupişinlәr 
saxtakarlıq üzrә dünya çempionudurlar. Bәlkә dә ermәni müәlliflәri hәlә heç bir zaman 
indiki qәdәr tarixi saxtalaşdırmayıblar. Balayanın söylәdiklәrinә inansaq, Ermәnistanı 
yaxalayacaq әn dәhşәtli bәdbәxtlik hәlә qabaqdadır! 
Balayan yazır ki, Bakı “yalnız Rusiya Qarabağ  mәsәlәsini hәll etmәk  şәrti ilә, yәni 
әgәr yerli ermәni  әhalili tarixi ermәni vilayәti Türkiyәnin (Türkiyәnin!-T.K.) tәrkibinә 
daxil edilәrsә, nefti Rusiya vasitәsilә  qәrbә  nәql etmәyә hazırdır. Zira hәtta  şagirdә 
mәlumdur ki, Qarabağ mәsәlәsinin hәllinin belә variantı hәyata keçirildiyinin ertәsi günü 
Azәrbaycan ermәni Naxçıvanı  vә ermәni Qarabağı ilә birlikdә heç bir hüququ әngәlsiz 
Türkiyә ilә qovuşacaqdır”. 
Bu, başdan-ayağa uydurmadır. Rusiya siyasi xadimlәrini qıcıqlandırmaq, Rusiya ilә 
Azәrbaycan vә Türkiyә arasında münasibәtlәri pozmaq mәqsәdi güdәn haray-hәşirdir. 
Axı, Balayanın uydurduğu  şәrti Bakı Rusiya qarşısında qoymamışdır. Bir dә ki, ilkin 
Azәrbaycan neftinin Bakı-Novorossiysk neft kәmәri ilә nәql edilmәsi mәsәlәsi artıq hәll 
edilmişdir. O ki, qaldı Azәrbaycanın Türkiyә ilә qovuşması  mәsәlәsinә gur sәslә deyә 
bilәrik: 
Xoflanmayın cәnablar! Belә şey yoxdur. Bu, Azәrbaycanda heç kimin xәyalına belә 
gәlmir. 

Tofiq Köçərli 
- 137 - 
Qarabağ: Yalan və Həqiqət 
Azәrbaycan kiminlәsә, hәtta doğma Türkiyә ilә birlәşmәk, “qovuşmaq” üçün ayrılıb 
müstәqil olmamışdır. Azәrbaycanın müstәqilliyi, Azәrbaycanın suverenliyi bölünmәz vә 
şәriksizdir. 
Xatırladım ki, hәtta 1918-çi ildә Azәrbaycan Cümhuriyyәti yaradılan zaman müәyyәn 
dairәlәrdә Türkiyә ilә birlәşmәyә meyl var idi. Lakin bütün ağlagәlmәz çәtinliklәrә 
baxmayaraq, Azәrbaycan xalqı, onun liderlәri üçün Azәrbaycanın müstәqilliyi müqәddәs 
prinsip oldu. Bunu da xatırladım ki, yenә  hәmin ildә  hәlә Azәrbaycanın paytaxtı Bakı 
şәhәri düşmәn  әlindә olarkәn Azәrbaycan Cümhuriyyәti hökumәtinin rәsmi dәvәti ilә 
kömәyә  gәlmiş türk qoşun hissәlәri gәnc Azәrbaycan silahlı qüvvәlәri ilә birlikdә Bakı 
uğrunda hәlledici döyüşlәr apararkәn, bax hәtta, belә bir çәtin anda Azәrbaycan 
hökumәti suverenliyinin türk qoşunları komandanı Nuru paşa tәrәfindәn pozulmasına 
dözmәmişdi. Azәrbaycanın baş naziri F.X.Xoyski avqustun 23-dә müvәqqәti paytaxtdan 
Gәncәdәn  İstanbula Azәrbaycan nümayәndә heyәtinin başçısı M.Ә.Rәsulzadәyә 
yazmışdı: “Nuru paşanın siyasәti get-gedә bizim daxili işlәrimizә qarışmağa meyl edir. 
İstanbulun mövqeyini ehtiyatla aydınlaşdırmaq lazımdır. Müstәqildiyimizin qorunması 
üçün lazımi tәdbirlәr görmәk lazımdır”. Avqustun 31-dә Xoyski M.Ә.Rәsulzadәyә 
göndәrdiyi mәktubda bir dә  hәmin mәsәlәni vurğulamışdı: “Әn başlıcası, Türkiyә ilә 
qarşılıqlı münasibәtlәrimizi qәti aydınlaşdırmaq lazımdır, yoxsa hәr bir işi vә idarәetmәni 
tam puç edәn ikihakimiyyәtlilik vә çoxhakimiyyәtlilik әmәlә gәlir. Mәn belә hesab edirәm 
ki, bütün idarәetmә Azәrbaycan hökumәtinin әlindә cәmlәşmәlidir. Türk qoşun hissәlәri 
idarәetmә işinә bilavasitә qarışmamalı, bütün arzu vә istәklәrini Azәrbaycan hökumәtinә 
vermәli vә hökumәt vasitәsilә hәyata keçirmәlidir”. 
Nuru paşanın hәddini aşması  mәsәlәsindә Azәrbaycan hökumәtinin prinsipial 
mövqeyi Nuru paşanı Azәrbaycanın müstәqilliyinә hörmәt etmәyә vadar etmәklә 
nәticәlәndi. 
Hәtta  әn çәtin,  әn mәsuliyyәtli anda Nuru paşanın ümumi komandanlığı altında 
Bakını yad qüvvәlәrdәn azad etmәk kimi taleyüklü bir vәzifә  hәll olunduğu bir vaxtda 
Nuru paşanın Azәrbaycanın daxili işlәrinә qarışması ilә Azәrbaycan hökumәtinin 
barışmaması çox әlamәtdardır vә çox ibrәtamizdir. 

Tofiq Köçərli 
- 138 - 
Qarabağ: Yalan və Həqiqət 
Bu gün Azәrbaycan müstәqilliyini hәr şeydәn uça, hәr şeydәn әziz tutur. Tam әsasla 
demәk olar ki, bu gün Azәrbaycan dünyanın tam müstәqil, tam sәrbәst siyasәt yeridәn 
dövlәtlәrindәn biridir. Azәrbaycan hәr hansı başqa dövlәtin, kәnar qüvvәnin öz iradәsini 
Azәrbaycana qәbul etdirmәk cәhdini qәtiyyәtlә, birmәnalı  rәdd edir. Azәrbaycan 
rәhbәrliyi Azәrbaycanın müstәqilliyi prinsipindәn sapmalara әsla yol vermir (hәtta 
hansısa ani siyasi divident xatirinә belә), diplomatik çarpışmalarda bu prinsipi çox 
savadlı, sәriştәli, heç bir güzәştsiz, ardıcıl, qәtiyyәtlә, mәharәtlә  vә barışmaz  şәkildә 
qoruyur. Qoy bilmәyәnlәr bilsinlәr vә xatircәm olsunlar, nә qәdәr kәskin problemlәrimiz 
vә çәtinliklәrimiz olsa da, xalqımız dәyanәt göstәrәrәk, bu vә ya başqa dövlәtin, hәtta 
lap nәhәng dövlәtin Azәrbaycanı “itaәtkar müttәfiqә” çevirmәk cәhdlәrini qәtiyyәtlә rәdd 
edәcәkdir. 
1997-çi il aprelin 11-dә ABŞ-da çıxan “The Wall Street Journal” qәzeti Ermәnistanı 
Moskvanın “itaәtkar müttәfiqi” adlandırmışdır. 
Bir dövlәtin başqa dövlәtin “itaәtkar müttәfiqi” olması, yaxud bir dövlәtin başqa bir 
dövlәtlә birlәşmәsi hәmin dövlәtlәrin daxili işidir. Mәsәlәn, Mikaelyan Ermәnistanı  hәr 
hansı bir formada (federasiya, konfederasiya vә s.) Rusiya ilә birlәşdirmәk, Balayan isә 
Ermәnistanla Rusiyanın strateji vә siyasi inteqrasiyasını inkişaf etdirmәk” mәsәlәsini 
qaldırır. 
Onlara demәk olar ki, cәnablar, bu sizin öz hüququnuzdur, cәnablar, heç kәs sizә 
irad tutası deyil. Ancaq başqasının hüququnu mәnimsәmәyin, fitnәkarlıqla mәşğul 
olmayın. Mikaelyanın Rusiyanı “azad olunmuş  әrazilәr dә (Ağdam, Laçın, Kәlbәcәr, 
Qubadlı, Zәngilan, Füzuli -T.K) daxil olmaqla Qarabağa” öz tәrkib hissәsi kimi baxmağa 
çağırışı fitnәkarlıq, provakasiya deyilsә, bәs nәdir? 
Bir fikir verin, Mikaelyan daha nәlәr uydurmur: 
Panislamizmin, pantürkizmin “mәqsәdlәri fundamentalizmin, pantürkizmin xristian 
sivilizasiyası ilә qarşıdurma-sına aparır vә ümumiyyәtlә dünya tәrәqqisinә qarşı 
yönәlmişdir”. 
Son dövrdә Moskva mәtbuatında ermәni dairәlәrinin geniş vurğuladıqları 
panislamizm vahimәsi, pantürkizm vahimәsi mifdir. Panislamizmin, pantürkizmin 
“xristian sivilizasiyasına”, “dünya tәrәqqisinә qarşı” yönәlmәsi haqqında iddia mәkrli 

Tofiq Köçərli 
- 139 - 
Qarabağ: Yalan və Həqiqət 
siyasi mәqsәd güdәn böhtandır. Rusiyanı vә Qәrbi uydurma vahimә ilә qorxudub, onları 
islam dünyasının, türk dünyasının üzәrinә salışdırmaq cәhdidir. 
Mikaelyanın “bolşevik-kamalçılar (Türkiyә - T.K) alyansının faciәli nәticәlәri, alyansın 
Rusiyanın taleyinә (bax-a: Rusiyanın taleyinә - T.K.), regionun xalqlarının taleyinә  vә 
hәm dә bütün dünyanın taleyinә (bax-a: bütün dünyanın taleyinә - T.K) tәsiri” barәdә 
fәryadı da eynilә hәmin bәd niyyәtә xidmәt edir. 
Panislamizmlә bağlı V.LVeliçkonu eşidәk. O, hәlә әsrimizin әvvәllәrindә yazmışdır: 
“Bizdә (Rusiya - T.K) fanatizm anlayışı yanlış  vә  әsassız olaraq islam anlayışı ilә 
әlaqәlәndirilir. Müsәlmanlar haqqında söz düşәn kimi, dәrhal “qәzavat” sözü (yәni 
müqәddәs müharibә) işlәdilir, panislamizm ilә qorxudulur. Bizdә islamı bilmirlәr ... İslam 
haqqında mәsәlәyә biz indiyә qәdәr qeyri-mәdәni yanaşırıq”. 
Rusiya diplomatı V.F.Mayevski isә 1906-çı ildә demişdi: “Belә hesab edәk ki, 
Qafqazda panislamizm ideyalarının güclü inkişafı mövcuddur, lakin onda heç cür 
anlamaq olmur, nә üçün bu ideyalar ta-tarlarda Qafqazın bütün dikәr xalqlarını kәnara 
qoyaraq yalnız tәkcә ermәnilәrә qarşı mübarizәdә vә talanda özünü göstәrir? Bu halda 
әsas әzab çәkәn şәxs rus elementi olmalı idi, panislamizm birinci növbәdә mәhz bununla 
mübarizә aparmalı idi. halbuki, hәqiqәtdә  qәti belә hal göstәrmәk mümkün deyil. Nә 
üçün tatarlar gürcülәrә toxunmayıblar? ... vә  nә üçün bircә ermәnilәr panislamizm 
qurbanı olublar? ...” 
Bu suallar bu gün dә aktual sәslәnir. 
90 il keçib o vaxtlardan. Ancaq, deyә-sәn, bütün bәlaların sәbәbini islamda 
axtarmaq avamlığı müәyyәn dairәlәrdә hәlә dә yaşayır. 
Mikaelyana görә, ermәnilәrin xarici siyasәtdә  Qәrbә  vә ya Rusiyaya üstünlük 
vermәsi “dünya vә regionda Rusiya missiyasının dirçәldilmәsi zәruriliyinin Rusiyada dәrk 
edilmәsindәn asılı olacaqdır”. Yәni bil vә agah ol, Rusiya! Әgәr deyilәn zәrurәti dәrk 
etmәsәn, ermәnilәr Rusiyaya deyil, Qәrbә oriyentasiya götürәcәklәr, ermәnilәrsiz isә 
fәlakәt baş verәcәk. Rusiya batacaqdır, dünyanı su basacaqdır! Xәbәr-darlıq qәtidir: 
әgәr Rusiya Ermәnistanı müdafiә etmәsә, “ Rusiyanın regionda yeganә  tәbii tarixi 
dayağı” Ermәnistan yox olacaqdır, bu isә Rusiyanın “regionda mövqelәrinin bәrpasına 
kömәk etmәyәcәkdir”, hәm dә Rusiyanı “islam, türk amili” yaxalayacaqdır, Türkiyә, İran, 

Tofiq Köçərli 
- 140 - 
Qarabağ: Yalan və Həqiqət 
onların vasitә-silә islam, türk amili şәksiz regionda hakim mövqe tutacaq”, bunun isә 
“Şimali Qafqaza, Volqa boyuna vә Orta Asiyaya” güclü tәsiri olacaqdır. Bu hәdәrәn-
pәdәrәnlәr, әsassız fikirlәr, tәbii ki, Ancaq sadәlövh, siyasәtdәn bixәbәr adamları aldada 
bilәr. 
Yaxud, hәddini aşan Mikaelyan Rusi-yanı ittiham edәrәk yazır: Blokada dünyada 
“ermәnilәrin tәcavüzkar hәrәkәtinin nәticәsi kimi izah vә  qәbul olunur. Belә 
dezorientasiyanın meydana çıxması Rusiya xarici siyasәtinin, onun zәifliyinin vә 
prinsipsizliyinin dә nәticәsidir”. 
Buradan belә anlaşılır ki, demә, Ermәnistanın Azәrbaycana qarşı hәrbi tәcavüzü zad 
olmayıbmış vә yoxdur. Bu, oğrunun “oğrunu tut!” fәryadına bәnzәyir, Ancaq bir fәrqlә 
ki, oğrunun dünyada oğru kimi (“ermәnilәrin tәcavüzkar hәrәkәti”) tanınmasında Rusiya 
dövlәti, onun xarici siyasәtinin” “zәifliyi vә prinsipsizliyi” günahkar sayılır!!!  Әcәb 
mәntiqdir. 
Yaxud da: “Ermәnilәr hәlә Azәrbaycan bolşeviklәrinin ilhaq etdiklәri, tarixәn 
ermәnilәr yaşadıqları  әrazilәri azad edirlәr, blokada zәncirlәrini qırmağa çalışırlar. 
Tәhlükәsizlik  Şurası isә Rusiyanın razılığı ilә ermәnilәri başqalarının  әrazilәrini işğal 
etmәkdә ittihamlayır”. 
Göründüyü kimi, Mikaelyan Tәhlükәsizlik  Şurasından da, Rusiyadan da yamanca 
inciyibmiş! Mikaelyana görә, gәrәk Tәhlükәsizlik  Şurası  hәqiqәti demәyәydi, 
Ermәnistanın Azәrbaycanın әrazisinin 20 faizini işğal etmәsini ittiham etmәyәydi, Rusiya 
isә ... hәmin qәrarın qәbul olunmasına razılıq vermәyәydi. 
Mikaelyanın hәqiqәtdәn uzaq, dolaşıq vә fitnәkar fikirlәrindәn birini dә  gәtirәk. 
Mikaelyan yazır: “Rusiyanın Qarabağ  mәsәlәsinin hәllinә yanaşmasında izolyasionizm, 
münaqişәyә qarışmamaq (onu saymamaq vә saxtalaşdırmaq bahasına), imperiya 
ambisiyasının olmamasının nәzәrә çarpan nümayişi, yaxın xaricdә sabitliyi tәmin etmәk 
(yolverilmәz güzәştlәr bahasına), qonşularla nә bahasına olursa-olsun yaxşı 
münasibәtlәr saxlamaq vә guya uzaq gәlәcәkdә inteqrasiya perspektivi yaratmaq cәhdi 
vә s. üstünlük tәşkil edir. Ola bilsin, Azәrbaycan neftinin çıxarılmasından böyük iqtisadi 
mәnfәәt әldә etmәk imkanı barәdә illüziyalar da әhәmiyyәtli rol oynayır”. 

Tofiq Köçərli 
- 141 - 
Qarabağ: Yalan və Həqiqət 
Rusiya Federasiyası Dağlıq Qarabağ probleminә münasibәtdә izolyasionizm, yaxud 
münaqişәyә qarışmamaq siyasәtinә üstünlük verirmi? hәr halda Mikaelyanın bu vә digәr 
belә suallarına Rusiya hökumәtinin nümayәndәlәri daha dәqiq cavab verә bilәrlәr. 
Mikaelyanın dikәr bir fikri belәdir: “Rusiya Ermәnistanla  әn sıx müttәfiqlik xarakterli 
sazişlәr seriyası bağlamağa getmәlidir, Ermәnistanın vә Qarabağın blokadasını götürmәk 
haqqında qәti mәsәlә qoymalıdır ...Öz növbәsindә ermәni tәrәfi ABŞ-da, Fransada, 
Yaxın Şәrqdә vә başqa ölkәlәrdә ermәni diasporunun Rusiyanın rolunu ... müdafiә edәn 
geniş lobbi işini tәşkil edә bilәr. Bütün bunlar öz növbәsindә Rusiyanın proqressiv, 
qabaqcıl, demokratik ölkә kimi obrazının yaranmasına, ABŞ-la Rusiyanın mövqelәrinin 
yaxınlaşmasına kömәk edә bilәr ...” 
Bir dә: “... Ermәni-Rusiya münasibәtlәrindә  sıçrayış Rusiyanın dünyanın  әsl 
demokratik dövlәtlәri sırasına qayıtmasında dönüş anı ola bilәr”. 
Düzü, bunları oxuyandan sonra demәk istәyirsәn: 
- Közün aydın, Rusiya! Deyәsәn, Mikaelyan kimi “uzaqgörәn” siyasәtçilәrin sayә-
sindә  bәxtin açılacaqdır. Nicatın, istiqbalın, beynәlxalq nüfuzun ermәnilәrlә möhkәm 
ittifaqdaymış: Mikaelyanın mәslәhәtlәrinә  әmәl etsәn, ermәni diasporunun kömәyini 
alar, proqressiv, demokratik ölkә ki-mi tanınarsan! “Rusiyanın dünyanın әsl demokratik 
dövlәtlәri sırasına” qayıtmasının “dönüş anı” isә demә, “ermәni-Rusiya münasibәtlәrindә 
sıçrayış” ola bilәrmiş! 
Hәlә harasıdı. Demә Rusiya “öz-özlәrini elan etmiş absurd sәrhәdli mini-imperiyaları 
(yәni Ukraynanı, Gürcüstanı, Azәrbaycanı  vә dikәr keçmiş sovet respublikalarını -T.K) 
tanımasa, o hәm öz evindә vә hәm dә dünyada indiki alçaldıcı vәziyyәtә düşmәzmiş”. 
Rusiya doğrudanmı belә bir “alçaldıcı  vәziyyәtә” düşüb, düşübsә onun sәbәblәrin-
dәn biri Rusiyanın “mini-imperiyaları tanıması”mı olub? Yәqin Rusiya üçün son dәrәcә 
tәhqiramiz olan bu iddiaya da ruslar özlәri lazım bilsәlәr cavab verәrlәr. Mәn isә bircә 
onu qeyd etmәk istәyirәm ki, keç-miş SSRİ  mәkanında yaranmış dövlәtlәrә, onların 
xalqlarının istiqlal ruhuna vә әzminә belә hәqarәtli, açıq düşmәn münasibәt yalnız ağlını 
itirmiş adamın işi sayıla bilәr, ağlını itirmiş adamın sәr-hәdlәrә  tәzәdәn baxmaq, 
sәrhәdlәri dәyişdirmәk fәryadı isә yalnız gülüş doğurar vә  çәtin ki, Rusiyada kimsә bu 
fitnә-fәsada uya bilәr. 

Tofiq Köçərli 
- 142 - 
Qarabağ: Yalan və Həqiqət 
Zәmanә dәyişmişdir, artıq “Qatar ketmişdir”. İstiqlal qatarı! 
Mikaelyan fantaziyasında hüdudsuzdur. Onun fantaziyasına görә Rusiyada “belә bir 
ideya inadla yayılır ki, özünün milli dövlәt mәnafelәrinin başa düşülmәsindәn vә elan 
olunmasından imtina etmәk, aqressiv millәtçiliyә yol vermәk, statuskvonun vә süni 
yaradılmış mini-imperiyaların  әdalәtsiz sәrhәdlәrini - Rusiyaya vә dünya birliyinә zorla 
qәbul etdirilmiş  hәmin sәrhәdlәri saxlamaq guya Rusiyanı xaosdan, müharibәlәr-dәn, 
sabitsizlikdәn xilas edәcәkdir”. 
Közlәmәk olar ki, keç-tez Rusiyada kimsә Mikaelyanın yaxasından tutub soruşacaq: 
- Rusiya öz milli-dövlәt mәnafelәrinin başa düşülmәsindәn vә elan edilmә-sindәn nә 
vaxt imtina edib? 
- Belә bir sәrsәm ideya, ümumiyyәtlә, olubmu vә onu kim yayıb, özü dә inadla? 
- Rusiya aqressiv millәtçilik tәrәf-darıdırmı  vә  nә üçün Rusiya aqressiv millәtçilik 
tәrәfdarı olmalıdır? 
- hansı “mini-imperiya” öz “әdalәtsiz sәrhәdlәrini” Rusiyaya zorla qәbul etdirib vә 
ümumiyyәtlә, kim buna qadirdir? 
Deyәsәn, kifayәt edәr. Ancaq mәqamıdı soruşasan: görәsәn, Mikaelyanın hәdәrәn-
pәdәrәnlә, gic-gic şeylәrlә dolu mәqalәsini çapa getmәzdәn  әvvәl “Независимая 
газета” redaksiyasında oxuyan olub ya yox? Bir dә  mәqamıdı soruşasan: görәsәn, 
haradasa baş-qa elә bir qәzet varmı ki, orada Rusiyanın müasir xarici siyasәti 
mikaelyansayağı kobud tәhrif edilmiş vә bayağılaşdırılmış olsun, bu siyasәtә Mikaelyan 
sәviyyәdә qara yaxılmış vә lәkә salınmış olsun?! 
“Независимая газета”nın Mikaelyan әllamәliklәrinә, yalanlarına, fitnә-fәsadlarına öz 
sәhifәlәrindә yel vermәsi tәәccüb vә. tәәssüf doğurur. Ayzek Azimov yaxşı deyib: 
“Güman etmirәm ki, bütün insanları bir-birinә sevdirmәk mümkün olsun. Amma mәn 
insanlar arasında nifrәti mәhv etmәyi arzulayıram”. Mikaelyanların, Balayanların , 
Stupişinlәrin uydurmaları, böhtanları, dezinformasiyaları insanlar arasında, xalqlar 
arasında, dövlәtlәr arasında düşmәnçilik yaradır, nifrәt artırır. 
“Независимая  газета” qәdim Roma tarixçisi Tatsidin “qәzәbsiz vә  qәrәzsiz” zәrbi-
mәsәlәni özü üçün epiqraf seçmişdir. Arzu edәk ki, “Müstәqil qәzet” müstәqil olsun, 

Tofiq Köçərli 
- 143 - 
Qarabağ: Yalan və Həqiqət 
bütöv xalqlara qarşı “qәzәblә vә qәrәzlә” yazılan, hәtta demәk caizsә, qan qoxusu kәlәn 
mәqalәlәri yaxına buraxmasın. 
Mikaelyan “1905-çi ildә Bakıda ermәni qırğınları”, “Sovet Azәrbaycanında ermәnilәrә 
vә dikәr qeyri Azәrbaycanlılara qarşı “ağ genosid” tәşkil edilmәsi” barәdә söhbәt açaraq, 
yazır ki, “indiki vә  gәlәcәk düşmәnçiliyi,  şübhә  vә etimadsızlığı aradan götürmәyin 
dәrmanı yalnız sәmimi tövbә, cinayәtlәrin etirafı, intiqam, hәr bir tәrәfin cinayәtlәri 
üzәrindә “Nürnberq prosesi”, tarixi faktları düzgün işıqlandır-maq yolu ilә barışıq ola 
bilәr”. 
Bununla  әlaqәdar qısaca deyim: inanıram, Azәrbaycanda yaşayan hәr bir qeyri-
azәrbaycanlı (rus, yәhudi, lәzgi, avar, talış vә i.a.), o cümlәdәn obyektivliyini itirmәyәn 
hәr bir ermәni Azәrbaycanda “aparteid siyasәtin yeridilmәsi”, Azәrbaycanda “ermәnilәrin 
vә dikәr qeyri Azәrbaycanlıların” “ağ genosidә” mәruz qalmaları haqqında Mikaelyanın 
böhtanını bir mәnalı vә qәti rәdd edәr. 
Ona da әminәm ki, biz hamıdan çox “tarixi faktların düzgün işıqlandırılması” 
tәrәfdarıyıq. Ona görә dә “hәr bir tәrәfin cinayәtlәri üzәrindә “Nürnberq prosesi” tәşkil 
edilmәsi” tәklifinә tam şәrikәm. 
“Nürnberq prosesi” lazımdır.  İnanıram, bu beynәlxalq proses birinci olaraq daşnak 
partiyasını cinayәtkar bir tәşkilat kimi, regionumuzda әsas bәdbәxtliklәrin baisi kimi 
damğalayar. 
Bәli, Zaqafqaziyada genosid olmuşdur. Bütün hallarda genosidin tәşkilatçıları  vә 
icraçıları ifrat ermәni millәtçilәri olublar. Әsrin  әvvәllәrindәn ta bu künә  qәdәr 
Azәrbaycanda ermәnilәrә qarşı  nә edilmişdirsә, hamısı ermәnilәrin cinayәtlәrinә cavab 
reaksiyası kimi baş vermiş, özünümüdafiә xarakteri daşımışdır. 
Beynәlxalq “Nürnberq prosesi” lazımdır. Lazımdır Zaqafqaziyada genosid 
ideoloqlarını, genosid tәşkilatçılarını, genosid İcraçılarını ifşa vә ittiham etmәk üçün, 
ermәni hәrbi tәcavüzünü, aqressiv ermәni millәtçiliyini ittiham etmәk üçün. Bәşәriyyәtә, 
kәlәçәyә görk olmaq üçün. 
1984-çü il dekabrın 10-da ABŞ-ın Birlәşmiş Millәtlәr Tәşkilatında nümayәndәsi Xanım 
Kirpatrik demişdir: “Biz yalanı tәkzib etmәmәklә, onun yayılmasına imkan verdik. Sonra 

Tofiq Köçərli 
- 144 - 
Qarabağ: Yalan və Həqiqət 
bu yalan siyasәtә çevrildi. Rәdd edilmәyәn hәmin siyasәt isә ölümә apardı ... Bәzәn 
bütöv xalqların taleyi sözdәn asılı olur”. 
Elә bil bu ağıllı, müdrik fikir bizim Zaqafqaziya regionu üçün deyilibmiş. Doğrudan da 
“bәzәn bütöv xalqların taleyi sözdәn asılı” olurmuş! 
Balayanların, kaputikyanların, xanzadyanların Dağlıq Qarabağ haqqında vaxtında 
rәdd edilmәyәn fitnәlәri, qızışdırıcı sözlәri, ağ yalanları Ermәnistanın dövlәt siyasәtinә 
çevrildi vә rәdd edilmәyәn bu siyasәt Ermәnistanın Azәrbaycana qarşı hәrbi tәcavüzü ilә, 
qanlı müharibә ilә nәticәlәndi! 
“Nürnberq prosesi” lazımdır. Genosid tәşkilatçıları  vә icraçıları ilә yanaşı  zәhәrli 
sözlә, yalanla, böhtanla xalqlar arasında düşmәnçilik toxumu sәpib,  әdavәt vә nifrәt 
yaradan vә nәticә etibarı ilә minlәrlә insanların qanına, Azәrbaycan vә ermәni xalqlarının 
min bir bәlaya düçar olmasına bais peşәkar saxtalaşdırıcıları, peşәkar böhtançıları, 
dezinformasiya ustalarını müttәhimlәr kürsüsündә oturtmaq üçün lazımdır. 
“Nürnberq prosesi” olmalıdır. Ancaq şübhәm yoxdur: Tarixin Mәhkәmәsi, Xalqın 
Mәhkәmәsi olacaqdır! Mütlәq olacaqdır! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Tofiq Köçərli 
- 145 - 
Qarabağ: Yalan və Həqiqət 
9. Әdәbiyyat 
 
1.”Turan' jurnalı, 1991, №1, s.105-106 
1a.Azәrbaycan respublikası dövlәt arxivi. F.894,s.0, iş 154, v.16-17 
2.A.A.Topçibaşev. Diplomatiçeskie besedı v Stambule (1918-1919 q.q.), Bakı,1994,s.53  
3.İstoriki antiçnosti, Moskva, 1989, s.204-220 
4.Mahmud İsmayılov. Azәrbaycan tarixi, Bakı, 1992, s. 11-18 
4a.Xәlil Kamal Türközü. Ermәni zülmü. İkinçi nәşri. Ankara, 1983, s.5-6 
5.Sara Aşurbeili. Qosudarstvo Şirvanşaxov, Bakı, 1983, s.56-58 
6.Yenә orada, s.58 
7.Yenә orada, s.57 
8.Axmad ibn Asam Al-Kufi. Kniqa zavoevanii, Bakı, 1981, s.39, 59 vә b. 
9.Yaqut әl-hәmәvi. “Muçәm-әl-buldәn” - Azәrbaycan tarixi üzrә qaynaqlar. Bakı, 1989, s.165 
10.Ş.Strabon. Coğrafiya, - Azәrbaycan tarixi üzrә qaynaqlar, s.16  
10a.Plutarx. İzbrannıe jizneopisanin. İkinçi cildq Moskva, 1990, s.311 
11.Kemal Aliev. ”Antiçnıe istoçniki po istorii Azerbaidjana”. Bakı, 1987, s.101-103 
12. Farida Mamedova. Politiçeskan istoril i istoriçeskal qeoqrafin Kavkazskoi 
Albanii. Bakı, 1986, s. 123,248 
13.Moisey Kalankatuklu. Albaniya tarixi ... Bakı, 1993, s.16 
14.Yenә orada, s.81-82. Z.Bünyadov yazır ki, keşiş Smbatyan bu fikri әksinә tәrcümә etmişdir: guya 
ermәnilәr xristianlığı albanlardan 270 il qabaq qәbul etmişlәr! 
15.Ziya Bünyadov. Azәrbaycan VII-IX әsrlәrdә, Bakı, 1989, s.60,97  
16.Moisey Kalankatuklu. Göst. әsәr, s.117,127 
17.Yenә orada, s. 119-121 
18.Yenә orada, s.121 
19.Yenә orada, s.128 
20.Ziya Bünyadov. Göst. әsәr, s.79-80 
21.Alilrov S.S. Ob etnoqeneze zerbaidjanskoqo naroda. Bakı, 1984, s.19  
22.Ziya Bünyadov. Göst. әsәr, s. 196-213 
23.Cahankir Zeynaloğlu. Müxtәsәr Azәrbaycan tarixi, Bakı, 1992, s.9 
24.Jan Şardәn. Sәyahәtnamә, Bakı, 1994, s.68 
25.Mahmud İsmayılov. Göst. әsәr, s.3-4 26.Fazlallax Raşid ad-Din. Oquz-name. Bakı, 1987, s.41  
27.Abdulla Fazili. Azәrbaycanın qәdim vә ilk orta әsrlәr tarixi İran tarixşünaslığında, Bakı, 1984, s.92  
28.Cahankir Zeynaloğlu. Göst. әsәr, s.10 
29.Yenә orada 
30.Yenә orada 
31.Ziya Bünyadov. Göst. әsәr, s.138 
32.Jan Şardәn, Göst. әsәr, s.68 
33.Ziya Bünyadov. Göst. әsәr, s.136 
34.Yenә orada, s.137 
35.Yenә orada 
36.Yenә orada, s.174 
37.Yenә orada 
38.Yenә orada, s.92 
38a.Azәrbaycan tarixi üzrә qaynaqlar, s.114 
39.Sara Aşurbәyli. Göst. әsәr, s.67  
40.Cahankir Zeynaloğlu. Göst. әsәr, s.10  
41.Aktı Kavkazskoi Arxeoqrafiçeskoi komissii (sonra: AKAK), II cild, sәnәd 1216 42.Yenә orada, s.592 
43.Yenә orada, s.594 
44.Prisoedinenie Vostoçnoi Armenii k Rossii. Sbornik dokumentov, I cild, Yerevan, 1972, s.442  
45.Mirza Kazembek. İzbrannıe proizvedenin. Bakı, 1985, s.355, 418 
46.Әli bәy hüseynzadә. Türklәr kimdir vә kimlәrdәn ibarәtdir. Bakı, 1997, s.34  


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin