AZӘrbaycan elmlәr akademiyasi



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə6/9
tarix31.01.2017
ölçüsü1 Mb.
#7191
1   2   3   4   5   6   7   8   9

6.
 
V Fәsil 
"Dağlıq Qarabağı Azәrbaycan SSR hüdudlarında saxlamaq"! (Qafqaz bürosunun 
qәrarından) 
 
Tariximizi saxtalaşdıranların hamısı iddia edir ki, guya 1920-ci il dekabrın 1-dә 
Azәrbaycan “Dağlıq Qarabağı Ermәnistanın ayrılmaz hissәsi elan etmişdir” vә guya 
1921-ci ildә “Dağlıq Qarabağ mexaniki surәtdә Ermәnistandan qoparılıb Azәrbaycana 
qatılmışdır” (yaxud: bolşeviklәr “ermәni Qarabağını Azәrbaycana bağışlayıblar”). 
Bu iddialar başdan-ayağa uydurmadır vә yalandır. 
Azәrbaycan Cümhuriyyәti silahlı qüvvәlәri Qarabağda daşnak qiyamını 
müvәffәqiyyәtlә yatırdığı bir zamanda Azәrbaycan Sovet Rusiyasının açıq hәrbi 
tәcavüzünә mәruz qaldı. Hәlә 1920-ci il martın 17-dә (martın 17-dә!) V.İ.Lenin Qafqaz 
cәbhәsinin Hәrbi-inqilab  şurasına tapşırmışdı:” Bakını tutmaq (tutmaq! -T.K) bizә 
olduqca zәruridir. Bütün sәyinizi buna verin”. Hәtta aprelin 16-da, hәlә Azәrbaycan 
Cümhuriyyәti sağ ikәn, RSFSR hökumәti A.P.Serebrovskini Azәrneftin rәisi tәyin etmişdi! 
Aprelin 25-dә Levandovski “aprelin 27-dә Azәrbaycan Cümhuriyyәtinin sәr-hәddini 
keçәrәk,  şiddәtli hücumla Bakı quberniyasının  әrazisini tutmaq” haqqında Qızıl Orduya 
әmr verdi. Bu әmәliyyat beş gün әrzindә başa çatmalı idi. Dәmir yolunu tutmaq üçün 
Kürdәmirә yandan süvari dәstәlәri yeridilmәli idi. Xәzәr hәrbi donanmasının komandanı 
Raskolnikova  әmr edilmişdi ki, XI ordu Abşeron yarımadasına yaxınlaşan vaxt, Әlәt 
stansiyası rayonuna desant çıxartsın. 
Sonrası hamıya mәlumdur: Sovet Rusiyası beynәlxalq normaları kobudcasına 
pozaraq Azәrbaycanı işğal etdi. Müstәqilliyi Paris sülh konfransının Ali Şurası tәrәfindәn 
vә bir sıra başqa dövlәtlәr tәrәfindәn artıq tanınmış Azәrbaycan Cümhuriyyәti zorla 
devrildi. Aprelin 28-dә Azәrbaycan Sovet Sosialist Respublikası elan olundu. 
Yeni hökumәt Dağlıq Qarabağ  mәsәlәsinә  dәrhal münasibәt bildirdi. Aprelin 30-da 
Azәrbaycan Sovet hökumәti Ermәnistana nota verәrәk, Qarabağ vә Zәngәzur әrazilәrini 
Ermәnistan qoşunlarından tәmizlәmәyi tәlәb etdi. Әks tәqdirdә Azәrbaycan özünü 
Ermәnistanla müharibә  vәziyyәtindә hesab edәcәkdi. Eyni zamanda Qarabağ  vә 

Tofiq Köçərli 
- 89 - 
Qarabağ: Yalan və Həqiqət 
Zәngәzurda olan Azәrbaycan qoşun hissәlәrinә әmr edildi ki, “hücum dayandırılsın” vә 
әlverişli müdafiә mövqeyi tutulsun.
247
 
Lakin Dağlıq Qarabağ  mәsәlәsinin vә bir sıra digәr müstәsna  әhәmiyyәtli 
mәsәlәlәrin hәllindә Azәrbaycan Sovet hökumәtinin başçısı  Nәrimanovun işini 
çәtinlәşdirәn vә mәhdudlaşdıran ciddi amillәr var idi. 
Sovet Rusiyası Azәrbaycanın müstәqilliyini tanıdığını elan etmişdi. Lakin 
Azәrbaycanın müstәqilliyi formal xarakter daşıyırdı. Azәrbaycan hökumәti öz 
fәaliyyәtindә sәrbәst deyildi: 
- artıq iyun ayının axırında Lenin “Azәrbaycanın bütün xarici vә daxili siyasәtinә 
rәhbәrliyi” Orconikidzeyә rәsmi hәvalә etmişdi.
248
 Çox hallarda Orconikidze öz iradәsini 
Azәrbaycan hökumәtinә diqtә edir, prinsipial mәsәlәlәrә qeyri ciddi yanaşır onlara 
münasibәtdә ardıcıllıq göstәrmir, özbaşınalıq edirdi vә i.a. Mәsәlәn, irәlidә görәcәyik ki, 
o ilk mәrhәlәdә Dağlıq Qarabağla Zәngәzurun Azәrbaycan әrazisi olmasını vurğulamış vә 
bu  әrazinin “dәrhal vә danışıqsız Azәrbaycana birlәşdirilmәsini” tәlәb etmiş, lakin az 
sonra Zәngәzuru “mübahisәli” saymış, nәhayәt, 1921-ci il iyulun 4-dә Dağlıq Qarabağı 
Ermәnistana vermәk haqqında qәrara sәs vermişdi! 
- Azәrbaycanda Sovet Respublikasıelan olunandan az sonra Moskva Kaminskini, 
sonra Kirovu, sonra da başqalarını Azәrbaycan KP-ә rәhbәrliyә göndәrmişdi. Azәrbaycan 
Zaqafqaziya respublikaları içәrisindә yeganә respublika idi ki, onun kommunist 
partiyasının 1-ci katiblәri ta 1933-cü ilә qәdәr qeyri azәrbaycanlılar olmuşdular. Bu, kadr 
qıtlığı ilә yox, azәrbaycanlılara siyasi etimadsızlıqla bağlı idi. Hadisәlәrin bilavasitә içindә 
olan Nәrimanov 1923-cü ildә RK(b)P MK-yә, Stalinә (surәti Trotskiyә  vә Radekә) 
ünvanlanan mәktubda mәrdi-mәrdanә yazmışdı: “Zәrrö qәdәr dә şübhәm yoxdur ki, AK 
(b)P MK-sı Serqo vә Stalinin simasında biz türklәrә etibar etmir vә Azәrbaycanın taleyini 
ermәni daşnaklarına tapşırır”
249
 Sovet hakimiyyәtinin ilk illәrindә Azәrbaycan Kommunist 
Partiyasının  әn böyük vә  hәlledici tәşkilatı olan Bakı  tәşkilatının bir-birinin ardınca 
rәhbәrlәri olmuş Mikoyan, Sarkis, Mirzoyan addımbaşı Azәrbaycan hökumәtinin başçısı 
Nәrimanova badalaq gәlir, maneçilik törәdirdilәr. “Sapı özümüzdәn olanlar” da onların 
fitnә-fәsadına uyurdular; 

Tofiq Köçərli 
- 90 - 
Qarabağ: Yalan və Həqiqət 
- Azәrbaycan neft sәnayesi kimi әsas vә  hәlledici sahә Moskvanın emissarı 
Serebrovskinin sәrәncamına verilmişdi. Nәrimanovun  şәhadәtinә görә, Azәrbaycanda 
dövlәt içәrisindә dövlәt - “başda kral” Serebrovski olmaqla “monarxiya” yaradılmışdı.
250
 
- RSFSR hökumәti addımbaşına Azәrbaycan hökumәtinin suveren hüquqlarını tap-
dalayırdı. Tәkcә bir fakt: 1920-ci il iyunun 29-da, hәlә SSRİ yaradılmadığı bir şәraitdә 
Lenin Azәrbaycan xalq tәsәrrüfatı  şurasına belә bir teleqram vurmuşdu: “Әrzaq 
Komissarlığının aldığı  mәlumata görә Sizin sәrәncamınızda altı min pud sıxılmış qara 
kürü vardır vә siz bunu müstәqil  әmtәә mübadilәsi qaydasında xaricә göndәrmәk 
istәyirsiniz. Lazım bilirik diqqәtinizi cәlb edәk ki, sizin әmtәә mübadilәsi mәsәlәsindә 
bizimlә razılaşmadan hәrәkәt etmәniz ümumi dövlәt nöqteyi-nәzәrindәn arzu 
edilmәzdir”.
251
 
RSFSR hökumәti bir çox hallarda Azәrbaycanın milli mәnafelәri ilә hesablaşmır, 
hәtta әrazi mәsәlәsi kimi kәskin mәsәlәdә Azәrbaycanın mövqeyini saya salmırdı. 
Vә sairә... 
Hәmin amillәr müstәqil siyasәt yeritmәkdә Azәrbaycanın  әl-qolunu bağlayırdı, o 
cümlәdәn Dağlıq Qarabağ mәsәlәsinin әdalәtli hәllinә mәnfi tәsir edirdi. 
Azәrbaycan Sovet Respublikası qurulduqdan bir neçә gün sonra. Qarabağda da 
Sovet hakimiyyәti elan olundu. Dağlıq Qarabağda bu yeni şәraitlә әlaqәdar yerli daşnak 
başçılarından biri Yerevana mәlumat vermişdi ki, “ermәni kәndlәri bizim (daşnakların - 
T.K) hakimiyyәtimizi tanımaqdan imtina etdilәr”.  İyunun ortalarında Orconikidze 
Qarabağa gedәrәk, yerli әhalinin, hәm§ azәrbaycanlıların, hәm dә ermәnilәrin, siyasi 
әhval-ruhiyyәsi ilә  şәxsәn tanış oldu. Hәmin! tәәssüratla da o, iyunun 19-da Çiçerint 
teleqramla bildirdi ki, Qarabağ vә Zәngәzur1 “özlәrini Azәrbaycan Sovet Respublikasının! 
hissәsi hesab edirlәr”.
252
 
Hәmin vaxt RSFSR ilә Ermәnistan Respublikası arasında müqavilә bağlamağa 
hazırlıq gedirdi. 
İyunun axırlarında Orconikidze Rostovda olarkәn Ermәnistan nümayәndә heyәti ilә 
görüşür. Dağlıq Qarabağ vә Naxçıvan mәsәlәlәri dә müzakirә olunur. Nümayәndә heyәti 
Orconikidzeyә bildirir ki, “әgәr Azәrbaycan  Şәrur-Dәrәlәyәz qәzasından vә Naxçıvan 

Tofiq Köçərli 
- 91 - 
Qarabağ: Yalan və Həqiqət 
rayonundan imtina etsә (Ermәnistanın xeyrinә -T.K.), ermәni nümayәndә heyәti 
Qarabağla Zәngәzurun dәrhal Azәrbaycana birlәşdirilmәsinә razı olar”.
253
 
Bu barәdә Orconikidze Rostrvdan teleqramla Leninә, Stalinә vә Çiçerinә xәbәr verir. 
Hәm dә öz fikrini bildirir ki, Qarabağ vә Zәngәzur Azәrbaycana birlәşdirilmәlidir; “orada 
muxtariyyәt elan edәrik..., mәsәlәnin başqa cür hәlli bizim vәziyyәtimizi Azәrbaycanda 
laxladır, Ermәnistanda isә heç bir şey qazanmırıq”.
254
 
Daha sonra Orconikidze yazırdı: “Yaxşı başa düşürәm, ola bilsin, müәyyәn siyasi 
şәraitdә Ermәnistan bizә lazım ola bilәr. Necә lazım bilirsinizsә, elә dә hәll edin. Bizә hәr 
nә göstәriş verilsә, yerinә yetirәcәyik. Lakin icazә verin nәzәrinizә çatdıraq ki, 
Azәrbaycana belә münasibәt bizi Azәrbaycanın geniş kütlәlәri gözündә 
lәkәlәyәcәkdir”.
255
 
Görünür, Moskvada Dağlıq Qarabağa dair hansısa başqa plan cızılırmış. Bunun 
konkret olaraq nәdәn ibarәt olması  hәlә tam aydınlaşdırılmayıb. “Azәrbaycana belә 
münasibәt” nәdәn ibarәt imiş? Bunu Orconikidze açıqlamayıb. Ancaq Orconikidzenin 
yenә Rostovdan Çiçerinә başqa bir teleqramı onu demәyә әsas verir ki, Moskva Dağlıq 
Qarabağı vә Zәngәzuru “mübahisәli әrazi” elan etmәk fikrindә olub. Hәmin teleqramda 
deyilir: “Ermәnistanla Azәrbaycanın mübahisәli vilayәtlәri haqqında teleqramlarınızı 
yalnız bu gecә almışam...  Әgәr hәmin yerlәr (Qarabağ, Zәngәzur vә Naxçıvan -T.K.) 
mübahisәli qalarsa, onları danışıqsız türklәr tutacaqlar”.
256
 
Sonra Orconikidze Dağlıq Qarabağ  mәsәlәsindә öz mövqeyini tәkrar etmişdi: 
“Mәnim fikrim - Qarabağ  vә  Zәngәzur dәrhal Azәrbaycana birlәşdirilmәlidir. Mәn 
Azәrbaycanı  hәmin vilayәtlәrә muxtariyyәt vermәyә  mәcbur edәrәm. (“mәcbur 
edәrәm”! - T.K.) Lakin tәşәbbüsü Azәrbaycan etmәlidir, bu, heç bir vәchlә müqavilәdә 
(RSFSR-Ermәnistan müqavilәsindә -T.K.) qeyd olunmamalıdır”, “mәsәlә belә  hәll 
edilәrsә, Azәrbaycanı başqa vilayәtlәrdәn (Naxçıvandan -T.K.) imtina etmәyә  mәcbur 
etmәk olar” (“mәcbur etmәk olar”! - T.K.).
257
 
Orconikidze Bakıya Nәrimanova zәng çalır: “Qarabağ vә Zәngәzur barәsindә indicә 
Çiçerinlә danışdım. Tәklif edirәm hәmin vilayәtlәr dәrhal vә danışıqsız Azәrbaycana 
birlәşdirilsin, siz başqa vilayәtlәrә (Naxçıvan .T.K.) iddialarınızdan  әl çәkin vә Dağlıq 
Qarabağa vә Zәngәzura muxtariyyәt verin, özü dә muxtariyyәt verilmәsi mәsәlәsi sülh 

Tofiq Köçərli 
- 92 - 
Qarabağ: Yalan və Həqiqət 
müqavilәsindә (Rusiya-Ermәnistan müqavilәsi T.K.) әsla göstәrilmәmәlidir, tәşәbbüsü 
yalnız siz etmәlisiniz”.
258
 
Nәrimanov qәti cavabı sabah vermәyi vәd edir. 
Nәrimanov Qafqaz bürosu üzvü Mdivani, AKP MK üzvü Mikoyan vә Ermәnistan KP 
MK üzvü Nuricanyan ilә birlikdә Çiçerinә vә Vladiqafqazda olan Orconikidzeyә teleqram y 
göndәrir. 
Teleqramda deyilirdi: 
- “qәti bәyan edirik ki, artıq Sovet Azәrbaycanının tәrkibinә daxil olmuş guya 
mübahisәli Zәngәzur vә Qarabağ, mübahisәsiz Azәrbaycan әrazisidir vә indәn sonra da 
Azәrbaycan hüdudlarında olmalıdır”. 
- “Culfa vә Naxçıvan rayonları tamamilә müsәlmanların mәskunlaşdığı yerlәrdir, bir 
ildәn artıqdır ki, daşnak hökumәtindәn öz güclәrilә müdafiә olunurlar... Hәmin yerlәr 
bizim qoşunlar tәrәfindәn tutulmalı vә Azәrbaycana birlәşdirilmәlidir”.
259
 (Naxçıvanlıların 
daşnaklara qarşı mübarizәdә göstәrdiklәri qәhrәmanlıq vә mәtanәti Ermәnistanın ilk baş 
naziri O.Kaçaznuni dә etiraf etmәli olmuşdu. O, 1923-cü ildә yazmışdı: “Vedi Basar, 
Şәrur, Naxçıvan kimi mühüm yerlәrdә  hәtta silah gücünә öz hakimiyyәtimizi qura 
bilmәdik, mәğlub olduq vә geri çәkildik”).
260
 
Demәli, Nәrimanov Orconikidzenin başlıca tәlәbinә - Naxçıvandan imtina etmәk 
tәlәbinә  mәnfi münasibәt bildirir vә  tәkid edir ki, Naxçıvan Azәrbaycana birlәşdirilsin. 
Әgәr Nәrimanov Dağlıq Qarabağla Zәngәzurun “dәrhal vә danışıqsız Azәrbaycana birlәş-
dirilmәsi” naminә Naxçıvandan imtina etmәk tәlәbinә “bәli” desәydi,  şübhәsiz 
Naxçıvanın Ermәnistana verilmәsi prosesi başlayardı. 
Bu da aydın olur ki, Dağlıq Qarabağa Azәrbaycan tәrkibindә muxtariyyәt vermәk 
ideyası Orconikidzeyә mәxsusdur. Lakin Nәrimanov nә yuxarıda adı çәkilәn teleqramda, 
nә dә Qarabağa dair 1920-ci il dekabra qәdәr olan digәr mәktub vә sәnәdlәrindә hәmin 
mәsәlәyә münasibәt bildirmәmişdir. Ehtimal etmәk olar ki, Nәrimanov prinsip etibarı ilә 
Dağlıq Qarabağa muxtariyyәt verilmәsinin әleyhinә olmuşdur. 
Hadisәlәrin sonrakı inkişafı, o cümlәdәn Çiçerinin iyunun 29-da Leninә göndәrdiyi 
mәktub göstәrir ki, Çiçerin “mübahisәli  әrazilәr” adlandırılan mәsәlәdә Azәrbaycan 
rәhbәrliyinin mövqeyi ilә hesablaşmamışdır. Yәqin , Ermәnistana xüsusi rәğbәt göstәrәn 

Tofiq Köçərli 
- 93 - 
Qarabağ: Yalan və Həqiqət 
Çiçerin Naxçıvandan imtina etmәk  şәrtilә Dağlıq Qarabağ  vә  Zәngәzurun “dәrhal vә 
danışıqsız Azәrbaycanla birlәşdirilmәsi” haqqında Orconikidzenin tәklifinә  dә etinasız 
yanaşmışdır. Ola bilsin, Nәrimanovla Çiçerin şәxsi münasibәtlәrindәki gәrginlik vә 
habelә, RSFSR Xarici İşlәr Komissarı müavini Qaraxanın (Qaraxanyan) öz komissarı 
Çiçerinә tәsiri Çiçerindә Azәrbaycana mәnfi münasibәt formalaşdırmışdı. 
Leninә mәktubda Çiçerin hәr şeydәn әvvәl Naxçıvan әtrafında türk hәrbi hissәlәrinin 
peyda olması barәdә Mdivanidәn teleqram aldığını  vә guya “türklәrin Azәrbaycan 
istiqamәtindә hәrәkәt etmәlәrini” mәlumat verirdi. 
Fәrz edәk ki, belә  dә olub. Bәs bu şәraitdә Sovet Rusiyası müttәfiqi Sovet 
Azәrbaycanına hansısa kömәyi, deyәk ki, artıq Azәrbaycanda, o cümlәdәn  Şuşada 
yerlәşmiş XI Qızıl Ordu hissәlәrini Zәngәzura, oradan da Naxçıvana yeritmәyi vә belәliklә 
hәm Zәngәzuru daşnaklardan azad etmәyi vә  hәm dә türklәrin “Azәrbaycan 
istiqamәtindә hәrәkәtini”. dayandırmağı tәklif edirdimi? 
Etmirdi. 
Çiçerin Nәrimanova qara yaxaraq yazırdı ki, Nәrimanov rus hissәlәrinin Qarabağı, 
Zәngәzuru, Naxçıvanı tutub “Azәrbaycana Hәdiyyә etmәsini istәyir. Nәrimanov mәhz bu 
kombinasiyanı  nәzәrdә tutur... Bu kombinasiyanı Rusiya hissәlәrinin  әli ilә etmәk  әsla 
yolverilmәzdir”. 
Bәlkә Çiçerin bu işi Azәrbaycan SSR әsgәrlәrinin öz әli ilә görmәk tәrәfdarıymış? 
Әsla yox. Әksinә, Çiçerin Leninә yazırdı ki, Zәngәzuru, Naxçıvanı tutmaq üçün 
ermәnilәrә qarşı Azәrbaycan әsgәrlәrinin göndәrilmәsi “Qәti yolverilmәzdir vә әn böyük 
cinayәt olardı” Nә üçün? Ona görә ki, “hәmin vilayәtlәrә cәnubdan türklәr hücum edirlәr 
vә Azәrbaycan müsәlman hissәlәri oraya göndәrilәrsә, dәrhal türklәrә әl uzadarlar”. 
Bәs Çiçerin nә istәyirdi, onun әsas tezisi nә idi? 
“Azәrbaycan hәmişә Ermәnistana mәnsub olan vә faktiki surәtdә Ermәnistan 
respublikasının  әlindә olan okruqlara iddia etmәk fikrinә düşüb. Azәrbaycan hökumәti 
Qarabağa, Zәngәzura vә Naxçıvan, Ordubad, Culfa ilә birlikdә Şәrur-Dәrәlәyәz qәzasına 
iddia edir”. 
Sadalanan rayonların “daim Ermәnistana mәnsub olması” haqqında fikir tarixi 
faktları bilmәmәk nәticәsindәnmi yaranmışdı? Hәtta belәdirsә dә, bu, RSFSR Xalq Xarici 

Tofiq Köçərli 
- 94 - 
Qarabağ: Yalan və Həqiqət 
İşlәr Komissarına  şәrәf gәtirmir. Tutduğu vәzifәyә görә  vә qaldırdığı  mәsәlәnin 
kәskinliyinә görә Çiçerin heç olmasa yaxın keçmişin faktların-dan, deyәk ki, 
Azәrbaycanın Qarabağ vә Naxçıvan xanlıqlarının mövcud olması vә bu xanlıqların mәhz 
müsәlman xanlıqları kimi Rusiya hakimiyyәtini qәbul etmәlәri faktlarından xәbәrdar 
olmalıydı. O, mәsәlәn, xәbәrdar olmalıydı ki, Rusiya imperatoru mәhz “Şuşalı  vә 
Qarabağlı  İbrahim xanın... vә onun varislәrinin ölkәsinin bütövlüyünü saxlamağa öz 
imperator zәmanәtini” vermişdi. 
Deyilәn yerlәrin “hәmişә Ermәnistana mәnsub olması” haqqında fikir Çiçerinә 
kәnardan, ola bilsin, müavini Qaraxan tәrәfindәn tәlqin edilibmiş. 
Mәktub yazılan zaman hәmin yerlәrin kimin Әlindә olması haqqında mәsәlәdә 
bolşevik Çiçerin kimә etibar etmişdi: “Naxçıvan bir neçә aydır üsyançıların-
müsәlmanların  әlindәdir”, Qarabağ  vә  Zәngәzur “özlәrini Azәrbaycan Sovet 
Respublikasının tәrkib hissәsi sayırlar” deyәn bolşevik Orconikidzeyәmi; Qarabağ  vә 
Zәngәzur  şәksiz Azәrbaycan vilayәtlәridir”, “tamamilә müsәlmanlarla mәskunlaşmış 
Culfa vә Naxçıvan rayonları bir ildәn artıqdır ki, yerli әhalinin gücü ilә daşnak 
hökumәtindәn qorunurlar” deyәn bolşevik Nәrimanovamı, yaxud daşnaklaramı? 
Sonunculara. 
Çiçerin RSFSR Xarici İşlәr Komissarı kimi bilmәmiş olmazdı ki, mәsәlәn, Naxçıvanda 
Araz Türk Cümhuriyyәti, sonra başda amerikan qubernatoru olmaqla Naxçıvan 
qubernatorluğu mövcud olmuş  vә Kaçaznunin dediyi kimi, Ermәnistan “Vedi Basar, 
Şәrur vә Naxçıvanda hәtta silah gücünә öz hakimiyyәtini qura bilmәmiş, mәğlub olmuş 
vә geri” çәkilmişdi”. Çiçerin Ermәnistan informasiya bürosunun 1919-cu il mart ayının 
sonunda yaydığı  vә elә o zaman rus dilli mәtbuatda dәrc olunan belә bir mәlumatı 
bilmәmiş olmazdı ki, müttәfiq qoşunların komandanı general r Tomson Yerevanda 
olarkәn, Ermәnistan hökumәti ondan acizanә xahiş etmişdi: y 
Şәrur vә Naxçıvanın müsәlman  әhalisi mәcbur edilsin ki, ermәni qaçqınlarını 
danışıqsız öz kәndlәrinә qayıtmağa qoysun. 
Әgәr Naxçıvan Çiçerinin dediyi kimi, “faktiki surәtdә Ermәnistanın  әlindә” isә, nә 
üçün Ermәnistan hәmin xahişlә Tomsona müraciәt edirdi? Hәqiqәt baş nazir 
Kaçaznuninin dediyindә idi: Ermәnistan “Şәrur vә Naxçıvanda hәtta silah gücünә öz 

Tofiq Köçərli 
- 95 - 
Qarabağ: Yalan və Həqiqət 
hakimiyyәtini qura bilmәmişdi”. Yaxud Çiçerin komissar kimi bilmәmiş olmazdı ki, 
mәsәlәn, 1919-cu ilin avqustunda Dağlıq Qarabağ ermәni qurultayı Azәrbaycan 
hakimiyyәtini qәbul etmәk; Dağlıq Qarabağı Azәrbaycan Respublikası hüdudlarında 
hesab etmәk barәdә saziş imzalamışdı. 
Yәqin deyilәn mәsәlәdә  dә Çiçerin Qara-xanın informasiyasının qurbanı  vә  әsiri 
olubmuş. 
Çiçerin Leninә bildirirdi ki, Ermәnistan nümayәndә heyәti “heç bir vәchlә Qarabağ 
okruqundan savayı Ermәnistan hakimiyyәti altında olan digәr yerlәrin Rusiya işğalına 
könüllü verilmәsinә razı deyildir”. 
Demәli, hәr şey Ermәnistan necә istәyirsә elә dә hәll olunmalı idi. Çiçerinin mәntiqi 
belә idi! 
Çiçerin tәklif edirdi ki, “Türkiyә  tәhlükәsi” ilә  әlaqәdar artıq tutulmuş  Şuşa vә 
Cәbrayıl rayonları ilә kifayәtlәnilsin vә “Ermәnistanın hәr hansı yeni hissәlәrinin, hәtta 
Onlar mübahisәli sayılırsa da, tutulmasından imtina edilsin”. 
Bu, Çiçerinin fikrincә, Ermәnistanla müqavilә bağlamağı “asanlaşdırardı”. Çiçerin 
hәmin müqavilәni “mümkün qәdәr tez bağlamağı” vacib sayırdı. Artıq Sovet hakimiyyәti 
Ermәnistanın da qapısını döyürdü. Türkiyәnin Moskvada elçisi Әli Fuad Paşanın 
yazdığına görә, o zamanlar Lenin özü Türkiyә nümayәndәlәri ilә söhbәtdә demişdi ki, 
“hәm Ermәnistanın, hәm dә Gürcüstanın çox yaxın bir zamanda istәdiyimiz bir şöklә 
girәcәyinә  şübhә yoxdur”, Söhbәtin nәdәn getdiyini anlamaq çәtin deyil. Çiçerin әla 
bilirdi ki, Azәrbaycandan sonra növbә Gürcüstanın vә Ermәnistanındır. Axı, Çiçerin özü 
Azәrbaycan, Gürcüstan vә i.a. milli hakimiyyәtlәrini zorla devirib, burada Sovet 
Hakimiyyәti qurmaq planının әsas müәlliflәrindәn biri idi. Belә olduğu halda bәs nә üçün 
Çiçerin Ermәnistanla müqavilә bağlamağı sürәtlәndirirdi? 
Mәlum deyil. Bәlkә ermәnipәrәst Çiçerin Azәrbaycanın zәrәrinә  vә Azәrbaycan 
әrazisini Ermәnistana güzәştә getmәklә Ermәnistan-Azәrbaycan  әrazilәrini vә 
sәrhәdlәrini müәyyәnlәşdirmәk vә belәliklә Azәrbaycanı baş vermiş fakt qarşısında 
qoymaq vә gәlәcәk Sovet Ermәnistanını “mübahisәli әrazilәr”) problemindәn azad etmәk 
istәyirmiş? 
İstisna etmirәm.  

Tofiq Köçərli 
- 96 - 
Qarabağ: Yalan və Həqiqət 
İyulun 7-dә RK (b)P MK siyasi bürosu Çiçerinin tәklifi üzrә Qafqaz cәbhәsi hәrbi-
inqilabi  Şurasına tәlimat” qәbul etdi. Nәrimanova, habelә RSFSR-in Gürcüstanda, 
Ermәnistanda vә Türkiyәdә diplomatik nümayәndәlәri Kirova, Leqrana vә Eliavaya 
göndәrilәn hәmin sәnәddә deyilirdi: “Hәrbi vәziyyәtimiz rus hissәlәrinin Qarabağı, 
Zәngәzur qәzasını, Naxçıvanı, Culfanı,  Şәrur vә  Dәrәlәyәz qәzasını tutmasına imkan 
vermәdiyi üçün Rusiya hәrbi hakimiyyәtlәri Ermәnistanla Azәrbaycan arasında o 
mübahisәli yerlәri tutmaqla kifayәtlәnmәlidirlәr ki, o yerlәr, yәni Şuşa vә Cәbrayıl artıq 
tutulmuşdur... Hәmin yerlәrdә heç bir Azәrbaycan vә Ermәnistan hakimiyyәti 
olmamalıdır” (artıq Cәbrayıl da “mübahisәli әrazi” elan edilibmiş!) 
Çiçerinin Leninә  mәktubu vә “tәlimat” Azәrbaycanın suveren hüquqlarını kobud 
şәkildә pozurdu. Görünür, hәmin sәnәdlәrlә  әlaqәdar Nәrimanov teleqrafla Lenindәn 
hәyәcanla soruşmuşdu (teleqramı akademik C.Quliyev aşkar edib): “... bilmәk istәyirәm, 
mәrkәz bizә, müsәlmanlara necә yanaşır vә mәrkәz necә belә mühüm mәsәlәlәri bizsiz 
hәll etmişdir... Ermәnistanın vә Gürcüstanın müstәqilliyini tanıyan (Rusiya), 
Azәrbaycanda Sovet hakimiyyәti qurulanadәk mübahisәsiz olan vilayәti indi mübahisәli 
hesab edir. Çiçerin yoldaş Mәrkәzin> siyasәtinә tabe olmaq haqqında danışır, lakin eyni 
zamanda Mәrkәz nәzәrә alırmı ki, hәmin Mәrkәz bizi şirma olmağa vadar edir?”. 
İyulun 10-da Azәrbaycan K(b)P MK bürosunun RSFSR-in Ermәnistandakı 
nümayәndәsi Leqranın iştirakı ilә iclası oldu. “Qarabağdan mәruzә” dinlәnildi. Mәruzәdә 
deyilirdi: “Daşnakların  әsas dayağı türkiyәli ermәni qaçqınlarıdır. Dro öz dәstәsi ilә 
Qarabağdan Zәngәzura qaçmışdır... (Qarabağ) ermәni kәndlisi Ermәnistanın tәrkibinә 
daxil olmaq istәmir... Hazırda mәrkәzin irәli sürdüyü mәsәlә anlaşılmaz işdir... Birinci 
növbәdә qaçqınlar mәsәlәsini hәll etmәk lazımdır, çünki ermәni qaçqınlar Ermәnistana 
qayıtmağa razı deyillәr...”.
261
 
“Mәruzәnin  әsas - müddәaları “ qәbul edildi”. Büro protokolunda mәlumat bu qö-
dәrdir. 
İyulun 10-da Nәrimanov, RK(b)P MK Qafqaz bürosunun üzvü Mdivani, Azәrbaycan 
K(b)P MK üzvlәri Mikoyan, Naneyşvili, XI Qızıl Ordu HİŞ üzvlәri Vesnik, Levandovski vә 
Mixailov RK (b)P MK-nә “Zәngәzur vә Qarabağ  mәsәlәsinә dair vahid fikir” bildirdilәr. 
Teleqramdan aydın olur ki, RSFSR-in Ermәnistanla apardığı danışıqlarda “Zәngәzur vә 

Tofiq Köçərli 
- 97 - 
Qarabağ: Yalan və Həqiqət 
Qarabağ  mәsәlәsi” müzakirә olunurmuş. Azәrbaycanın tәmsil olunmadığı  hәmin 
danışıqlarda “Zәngәzur vә Qarabağın neytrallaşdırılması, yaxud daşnaklara verilmәsi” 
nәzәrdә tutulurmuş. Bununla da әlaqәdar aşağıdakı “vahid fikir” RK(b)P MK-ya çatdırıldı: 
1. Qarabağ müsavat hökumәti dövründә bütünlüklә Azәrbaycan tәrkibindә 
olmuşdur”. Xatırladılmışdı ki, hәlә o zaman 1919-cu ilin avqustunda, Qarabağ 
ermәnilәrinin kәndli qurultayı Dağlıq Qarabağı Azәrbaycan hüdudlarında hesab etmişdi. 
2. “Qarabağ vә onun dağlıq hissәsi... ket-gedә sovet qurulucuğunun dayağı olurlar”. 
3. “Zәngәzurun şimal hissәsindә, cәngavәr Kürdüstanda әhalinin yarısı öz tәşәbbüsü 
ilә sovetlәrdә birlәşmişdir. Orada olmuş diviziya komissarı  mәlumat verir ki, kürdlәr 
Sovet hakimiyyәtinin bütün şәrtlәri vә әmrlәri ilә. razıdırlar” (Belә bir arxiv sәnәdi var: 
1920-ci il iyunun 25-dә XI Qızıl Ordu 32-ci diviziyasının kәşfiyyat rәisi mәlumat vermişdi 
ki, zәngәzurlular “atletik qәddi-qamәtli, davamlı,  әla atıcı, at sürәn adamlardır, 
vaxtlarının çoxunu ermәnilәrә qarşı basqınlarda vә müharibәlәrdә keçirirlәr”. Ermәnistan 
“Zәngәzurda kürdlәrin güclü müqavimәtinә rast gәlib. Buraya göndәrilәn  әn yaxşı 
ermәni dәstәlәri: Andranikin, Hamazapsın vә Dronun dәstәlәri böyük itkilәr veriblәr vә 
Ermәnistanın planı (kürdlәri Zәngәzurdan qovmaq planı -T.K.) baş tutmamışdır... Ararat 
hökumәti kürdlәrә qarşı fәallığını dayandırmağa mәcbur olmuşdur”) 
4. “Zәngәzur vә Qarabağın neytrallaşdırılması, yaxud daşnaklara verilmәsi... xәyanәt 
sayılacaqdır (“xәyanәt sayılacaqdır”! - T.K.) ... Keçmişә gözlәnilmәz dönüşü vә Sovet 
hakimiyyәtinin Azәrbaycanı әvvәlki sәrhәdlәri hüdudlarında saxlamağa qadir olmamasını 
müsәlman kütlәlәri satqınlıq, ermәnipәrәstlik, yaxud Sovet hakimiyyәtinin zәifliyi hesab 
edәcәklәr”, 
5. “Azәrbaycanın Qızıl Ordu himayәsindә olan vә ermәnilәrә vә gürcülәrә paylanan 
mәlәzә çevrilmәmәsi naminә, biz, Mәrkәzi Qarabağ vә Zәngәzur mәsәlәsindә tәrәddüd 
etmәkdәn saqındırırıq”.
262
 
Orconikidzenin hәr halda bu “vahid fikir”dәn xәbәri olardı. Lakin, o bunu nәzәrә 
almamış  vә Leqran ilә birlikdә (Leqran ilә birlikdә!) iyulun 14-dә Bakıdan Çiçerinә 
aşağıdakı  mәzmunda teleqram göndәrmişdi: “Mәsәlәni Azәrbaycanı qismәn tәmin edә 
bilәcәk belә bir qaydada hәll etmәyi zәruri sayırıq: Qarabağ tamamilә  vә danışıqsız 

Tofiq Köçərli 
- 98 - 
Qarabağ: Yalan və Həqiqət 
Azәrbaycana birlәşdirilir. Zәngәzur mübahisәli elan olunur. Qalan vilayәtlәr (Naxçıvan -
T.K.) Ermәnistanda qalır”.
263
 
Orconikidze “Azәrbaycanın bütün xarici vә daxili siyasәtinә  rәhbәrliyi” belә  hәyata 
keçirirdi! Azәrbaycan rәhbәrliyindәn xәbәrsiz nәyin Azәrbaycanı “qismәn tәmin 
edәcәyinә” tәminat verir, nәyi kimә verib vermәmәyi, nәyin mübahisәli elan olunmasını 
hәll edirdi. Diqqәti bir dә o cәlb edir ki, dünәn, sırağa gün “Zәngәzur dәrhal 
Azәrbaycana birlәşdirilmәlidir” deyәn  şәxs, bu gün Zәngәzuru “mübahisәli  әrazi” elan 
edir! Bilinmir, Orconikidze kimi tәmsil edir, Sovet Azәrbaycanınımı, yaxud burjua 
Ermәnistanınımı?1 
İyulun 15-dә MK bürosu Orconikidze vә Leqranın iştirakı  İlә “Ermәnistanla sülh 
haqqında mәsәlә” müzakirә edir. İclasın stenoqrafik yazısı yoxdur, Ona görә mәsәlәnin 
nә ilә  .әlaqәdar müzakirәyә qoyulması, iclas iştirakçılarının konkret mövqelәri, orada 
gedәn fikir mübadilәsi vә mübarizә haqqında qәti fikir söylәmәk imkan xaricindәdir. 
Yalnız büroda qәbul olunan qәrarı izah etmәklә kifayәtlәnmәli oluruq. 
Qәrarın tam mәtni belәdir: 
“1. Qarabağla Zәngәzur Azәrbaycana birlәşdirilmәlidir.  
2. Naxçıvandan vә başqalarından imtina etmәli, (hәmin yerlәrin) rus qoşunları 
tәrәfindәn işğal olunmasını tәklif etmәli. 
3. Hәlә Ermәnistanda vәziyyәt haqqında tam informasiya alanadәk, sülh 
imzalamamaq yolu Leqrana tәklif olunsun. 
4. Danışıqlar vaxtı bütün hәrbi  әmәliyyatları dayandırmaq Ermәnistana tәklif 
olunsun”.
264
 
Ehtimal etmәk olar ki, iclasda Orconikidze Zәngәzuru mübahisәli elan etmәk tö-
lәbindә israr edib. Lakin hәmin tәlәb qәbul olunmayıb. 
Ehtimal etmәk olar ki, Naxçıvandan imtina edilmәsi haqqında tәklifin müәllifi 
Orconikidze olmuşdur vә mәhz onun tәzyiqi ilә dә hәmin tәslimçi vә biabırçı bәnd qәbul 
edilmişdir. 
Onu da ehtimal etmәk olar ki, mәhz Nәrimanovun tәkidi ilә Naxçıvanın Sovet 
qoşunları tәrәfindәn tutulması haqqında qәrar qәbul edilib. 

Tofiq Köçərli 
- 99 - 
Qarabağ: Yalan və Həqiqət 
Nәrimanovun tәkidinә görәmi, yaxud başqa mülahizәlәrә görәmi, mәlum deyil, 
RSFSR Şuşa vә Cәbrayılla kifayәtlәnib başqa yerlәri tutmamaq haqqında öz qәrarından 
imtina etdi. 
İyulun 17-dә  Qızıl Ordu korpusunun komandiri Todorski Nәrimanova bütün 
Zәngәzurun daşnak zülmündәn azad edilmәsi vә orada Sovet hakimiyyәti qurulması 
haqqında teleqram vurdu. Qızıl Ordu hissәlәrinin Naxçıvan hәndәvәrinә yaxınlaşması 
Naxçıvanda hadisәlәrin inkişafına müsbәt tәsir etdi. 
İyulun 28-dә Naxçıvanda Sovet hakimiyyәti elan edildi. Avqustun 10-da Orconikidze 
Naxçıvanın sovet qoşunları  tәrәfindәn tutulmasını Moskvaya xәbәr verdi. Naxçıvan 
inqilab komitәsi Ermәnistan hökumәtinә sülh danışıqlarına başlamağı tәklif etdi. Cavab 
olaraq Ermәnistan hәrbi naziri “Naxçıvanın Ermәnistana danışıqsız itaәt etmәsini” tәlәb 
etdi.  Şuşa  şәhәrindәn XI Qızıl Ordu 28-ci diviziyası  qәrargahının rәisi Frolovun Bakıya 
teleqrafla verdiyi mәlumata görә, Ermәnistanın şәrtlәri nә az, nә çox belә idi: 
“Naxçıvan qәzası  әhalisi Ermәnistan hökumәtinә danışıqsız itaәt etmәli, yeddi min 
tüfәng vә  hәr tüfәngә 80 güllә, bütün pulemyotları, sursatı, üç yüz min pud buğda, 
ondan yüz әlli min pud әvәzsiz, 300 yәhәrli at, 200 baş  iş heyvanı vermәlidir.  İcra 
müddәti 48 saat!. 
Naxçıvan inqilab komitәsinin sәdri M.Bәktaşi Ermәnistanın ultimatumunu rәdd etdi. 
Eyni 3amanda XI Qızıl Ordu komandanlığı avqustun 1-qde Ermәnistana xәbәrdarlıq etdi 
ki, Ermәnistan Naxçıvan rayonunda fәal hәrbi  әmәliyyatları dayandırmasa, bir sıra 
sarsıdıcı  zәrbәlәrlә cavab verilәcәkdir. Ermәnistan bu xәbәrdarlığa mәhәl qoymadı. 
Avqustun  әvvәllәrindә XI Qızıl Ordu 28-ci diviziyasının süvarilәri Naxçıvan  şәhәrinә 
hücum edәn ermәni hissәlәrini geri oturtdular. Şahtaxtı rayonunda da ermәni hissәlәri 
mәğlubiyyәtә uğradıldı. 
Belә bir şәraitdә, avqustun 10-da RSFSR ilә Ermәnistan arasında müvәqqәti sülh 
sazişi imzalandı. Sazişә görә,  Şahtaxtı  vә Culfa, habelә  Şahtaxtı-Culfa dәmiryolu 
Ermәnistan işğalında qalırdı  Dәmiryolundan Ermәnistan hәrbi mәqsәdlәr üçün istifadә 
etmәmәli idi. Lakin bu, sazişin antiazәrbaycan mahiyyәtini dәyişmirdi. 
Saziş barәsindә  mәtbuatda xәbәr verilәn kimi, avqustun 12-dә Azәrbaycanın 
Moskvada fövqәladә nümayәndәsi B.Şahtaxtinski Leninә  vә Çiçerinә  mәktub göndәrdi. 

Tofiq Köçərli 
- 100 - 
Qarabağ: Yalan və Həqiqət 
Bildirdi ki, “Naxçıvan ölkәsi  әhalisi türklәr getdikdәn sonra Araz Cümhuriyyәti yaratdı. 
Naxçıvan ölkәsi әhalisi bir neçә il әrzindә öz Müstәqilliyini daşnaklardan qoruyub saxladı. 
Bütün cәhdlәrinә baxmayaraq, daşnaklar Naxçıvana Yiyәlәnә bilmәdilәr”. B.Şahtaxtinski 
“ qanlı müharibәdәn sonra әlindә silah azad olan vә Azәrbaycanla birlәşmәyә nail olan” 
Naxçıvan  әmәkçilәrinin, Sovet Azәrbaycanının hüquq vә  mәnafelәrinin pozulmasına 
etiraz bildirdi. Tәklif etdi ki, yaranmış şәraitdә Azәrbaycanla Ermәnistan arasında әrazi 
mübahisәlәri qәti hәll olunanadәk Qızıl Ordu bütün Naxçıvan ölkәsini tutsun.  
B.Şahtaxtinski o zaman Moskvada danışıqlar aparan Türkiyә nümayәndәlәri ilә 
görüşdü. Türkiyәnin Moskvada böyük elçisi Әli Fuad Paşanın yazdığına görә, 
B.Şahtaxtinski demişdi Ki, Ermәnistan Naxçıvan vә Zәngәzurun Ermәnistana qatılmasına 
Sovet hökumәtinin razılığını almışdır. Bununla әlaqәdar B.Şahtaxtinski Azәrbaycan 
rәhbәrliyinin mövqeyini açıqlamışdı: “Naxçıvan ya Azәrbaycana vә ya Türkiyәyә 
birlәşdirilmәlidir vә yaxud müstәqil bir Hökumәt olaraq qalmalıdır”. 
Әli Fuad Paşa Çiçerinlә danışıqlarda Naxçıvan mәsәlәsinin müzakirәsi barәdә maraqlı 
mәlumatlar vermişdir. 
Çiçerin Türkiyә nümayәndәlәri ilә görüşdә demişdi: 
“Biz, ermәnilәrlә bir saziş yapdıq. Mәtnini bu gün qәzetlәrdә yayınladıq. Bu sazişә 
görә, Naxçıvan ordumuzun (RSFSR ordusunun-T.K.) vә  Şahtaxtı  qәsәbәsi ilә Culfa, 
Şahtaxtı dәmiryol xәtti Ermәnistanın işğalında qalacaqdır. Ancaq bu tәdbir keçicidir”. 
Nümayәndә Heyәtinin başçısı  Bәkir Sami bәy dәrhal etiraz etmişdi . “Çiçerin, qısa 
bir: Keciçi bir şeydir, qәti deyildir dedi”. 
Çiçerin “Sarıqamış ilә Şahtaxtının türklәr tәrәfindәn qәti biçimdә işğalını qәbul edirdi. 
Bu işğal sırasında ermәnilәrin qәtlinә meydan verilmәmәsinә  tәminat istәyirdi. Bәkir 
Sami bәy, hәmin istәyә bu cavabı vermişdi. 
- Silahsız ermәnilәrin öldürülmәsi xatirimizdәn belә keçmәz,... Qarsda, Naxçıvanda 
vә Şahtaxtıda müsәlmanlara qarşı sürdürülәn qәtlә son vermәk lazımdır”. 
Türkiyә nümayәndә heyәti Leninlә görüşdә  dә Sovet hökumәtinin “Naxçıvan- 
Şahtaxtı  dәmiryolunu Ermәnistana tәslim etmәsinin heyrәt vә üzüntülәrimizә  sәbәb 
olduğunu” vurğulamışdı. Buna münasibәtini bildirәn Lenin demişdi: 

Tofiq Köçərli 
- 101 - 
Qarabağ: Yalan və Həqiqət 
“Bәli, bunda bir haqsızlıq vә xәta oldu. Bununla birlikdә mәsәlә incәlәnmәkdә olub 
üç-dörd gün içәrisindә uyğun bir çözüm bulunacağından umutluyam”. 
Naxçıvan mәsәlәsindә  Nәrimanovun prinsipial mövqeyi, onun adından 
B.Şahtaxtinskinin Moskvada atdığı addımlar Rusiya-Türkiyә Moskva danışıqlarında 
Türkiyә nümayәndәlәrinin seçdiyi xәtt Moskvanın Naxçıvan mәsәlәsinә münasibәtinin 
dәyişmәsinә  vә  nәticә etibarı ilә Naxçıvana Azәrbaycan tәrkibindә muxtariyyәt 
verilmәsinә ciddi tәsir etmişdi. 
Onu da qeyd etmәk lazımdır ki, Çiçerin Şahtaxtı ilә Culfanın, dәmir yolunun 
Ermәnistan işğalında olmasını keçici bir şey sayarkәn, sәmimilik göstәrmәmişdir. 
Çiçerinin rәhbәrliyi altında tәlәsik Ermәnistanla müqavilә layihәsi hazırlanmışdı. Hәmin 
müqavilә layihәsindә Azәrbaycanın bütövlüyünә qәsd edilmiş vә Naxçıvanla Zәngәzurun 
Ermәnistana verilmәsi nәzәrdә tutulmuşdu. 
Bu antiazәrbaycan sövdәlәşmәsindәn Nәrimanov xәbәrdar olmuşdu. 
AK(b)P MK Siyasi bürosunun noyabrın 4-dә Stalinin vә Orconikidzenin iştirakı ilә 
keçirilәn iclası ehtimal ki, Nәrimanovun sәyi vә  tәkidi ilә  qәrara aldı: “Naxçıvanın vә 
Zәngәzurun Ermәnistana verilmәsi haqqında tәklif olunan maddә (Rusiya-Ermәnistan 
müqavilә layihәsindәki maddә-T.K.) nә siyasi, nә dә strateji cәhәtdәn sәrfәli deyildir”. 
Bununla Naxçıvandan imtina etmәk barәdә AK(b) P MK-nın 15 iyul tarixli qәrarı 
faktiki olaraq lәğv edildi. Gözlәmәk olardı ki, Stalinin iştirakı ilә qәbul edilәn bu qәrarla 
Naxçıvan vә  Zәngәzur barәsindә Azәrbaycan rәhbәrliyinin vә Stalinin rolu nәzәrә 
alınmaqla Moskvanın mövqeyi qәti müәyyәnlәşdi. Lakin noyabrın 9-da Bakıda Stalin 
Naxçıvan barәsindә ona verilәn suala cavab olaraq bildirdi: “Zәngәzurun vә Naxçıvanın 
kimә  mәxsus olması barәdә demәliyik ki, onları indiki Ermәnistan hökumәtinә vermәk 
olmaz, lakin orada Sovet hakimiyyәti yaransa vermәk olar”. 
Bu ikili mövqe Stalinin taleyüklü mәsәlәyә necә konyuktur vә yüngül yanaşmasını 
göstәrir. Hәm dә guya Naxçıvan mәsәlәsinin Ermәnistanın ziddinә hәllindә Stalinin “әn 
qaba tәzyiq” etmәsi barәdә iddianı tәkzib edir. 
Әn başlıcası, Stalinin belә cavabı Orconikidzeyә vә başqalarına әsas verirdi ki, sabah 
Ermәnistanda sovet hakimiyyәti qurulanda Naxçıvanın vә Zәngәzurun Ermәnistana veril-
mәsi mәsәlәsini tәzәdәn irәli sürsünlәr. 

Tofiq Köçərli 
- 102 - 
Qarabağ: Yalan və Həqiqət 
Belә  dә oldu, Ermәnistanda Sovet hakimiyyәti elan olunması münasibәtilә 
Azәrbaycan K(b) P MK-sı noyabrın 30-da qәrar qәbul etdi. Noyabrın 4-dә qәbul olunmuş 
qәrara zidd olaraq Zәngәzurun Ermәnistana verilmәsi elan edildi (Demәk lazımdır ki, bu 
qәrara baxmayaraq, Azәrbaycan hökumәti Zәngәzuru Azәrbaycan tәrkibindә saxlamağa 
çalışmışdı. Hәmin istiqamәtdә axırıncı  cәhdlәrdәn biri 1921-ci ilin mayında edilmişdi. 
Azәrbaycan MİK-si mayın 30-da Nәrimanovun iştirakı ilә “Zәngәzur qәzasında vәziyyәt 
haqqında” mәsәlә müzakirә edәrәk, qәrara almışdı: “Zәngәzur bandaları  lәğv 
olunanadәk Zәngәzur (Qubadlı) qәzası üçün Şuşada xüsusi inzibati tәsәrrüfat apparatı 
tәşkil olunsun, hәmin  әrazi bandalardan tәmizlәnәn kimi, dәrhal apparat Gorusda 
yerlәşdirilsin”.)
265
 
30 noyabr tarixli qәrarda Naxçıvan mәsәlәsinә  әsla toxunulmamışdı. Lakin hәmin 
qәrar  әsasında hazırlanıb dekabrın 1-dә  Nәrimanov tәrәfindәn elan edilәn Bәyan-
namәdә  Zәngәzurla yanaşı, “Naxçıvan qәzası  әrazisinin Sovet Ermәnistanının ayrılmaz 
hissәsi” olması bildirildi. 
Bu, Naxçıvan barәsindә Nәrimanovun mövqeyinә, yeritdiyi xәttә tamamilә zidd idi. 
Bәlkә Nәrimanovun bәyanatı qәzetdә dәrc olunanda (dekabrın 2-dә) sәhv buraxılıbmış? 
Hәmin halda Nәrimanov sәhvi tәkzib edәrdi. Bәlkә Orconikidze vә başqaları  әlavә bir 
qәrar qәbul edib Nәrimanovu Hәmin addımı atmağa vadar ediblәrmiş? İstisna etmirәm, 
Bәlkә Moskvadan kim isә, yaxud Orconikidze Nәrimanova deyibmiş ki, beynәlmilәlçilik 
naminә Naxçıvanı Ermәnistanınkı elan et, sabah Ermәnistan proletar beynәlmilәlçiliyi 
naminә Naxçıvanı Azәrbaycanınkı elan edәr? Demәk çәtindir. 
Hәr halda bir maraqlı fakt var. Nәrimanovun hәmin bәyanatının 27-ci günü, yәni 
dekabrın 27-dә Ermәnistan inqilab komitәsi dekret verir ki, “Sovet Azәrbaycanı tәntәnәli 
aktla (1 dekabr tarixli bәyanatla- T.K.) Azәrbaycan vә Ermәnistan arasında mübahisәlәri 
mәhv etmiş ... vә Naxçıvanı Sovet Ermәnistanının ayrılmaz hissәsi elan etmişdir. Lakin 
Ermәnistanın Sovet hakimiyyәti... öz gücünü yalnız xalqın, o cümlәdәn Naxçıvan әhalisi 
zәhmәtkeşlәrinin açıq ifadә olunmuş iradәsindә görür”. Ermәnistan inqilab komitәsi 
Naxçıvan әhalisinә tәklif edir ki, özü öz yolunu seçsin, bütün әmәkçi Sovet Ermәnistanı 
ilә Naxçıvan zәhmәtkeşlәri üçün arzu olunan qarşılıqlı  әlaqәlәr haqqında özünün aydın 
ifadә olunmuş mütәşәkkil rәyini bildirsin. 

Tofiq Köçərli 
- 103 - 
Qarabağ: Yalan və Həqiqət 
Azәrbaycan Elmlәr Akademiyasının müxbir üzvü Qaraş Mәdәtovun mәlumatına görә, 
1921-ci ilin әvvәllәrindә Naxçıvanda referendum keçirildi. Әhalinin 90 faizindәn çoxu 
Naxçıvanın Muxtar respublika statusunda Azәrbaycanın tәrkibindә qalmasına sәs verdi. 
Demәli, Ermәnistan hökumәtinin ra-zılığı  vә Naxçıvan  әhalisinin öz iradәsi ilә 
Naxçıvanın Azәrbaycan tәrkibindә qalması mәsәlәsi hәll edildi. 1921-c.i il martın 16-da 
Moskva RSFSR ilә Türkiyә arasında bağlanan müqavilә artıq baş vermiş faktı tәsdiq etdi. 
Rusiya vә Türkiyә Naxçıvanın Azәrbaycanın protektoratı altında muxtariyyәtә malik 
olmasını tәsbit etdilәr. 
Naxçıvanın bu statusu digәr bir beynәlxalq müqavilәdә  dә - Rusiya, Türkiyә, 
Azәrbaycan, Gürcüstan vә Ermәnistanın 1921-ci ilin oktyabrında imzaladıqları Qars 
müqavilәsindә tәsdiqlәndi vә tәsbitlәndi. 
Balayan yazır ki, Moskva müqavilәsi ilә guya “nәinki Türkiyә, hәm dә Rusiya 
Naxçıvan üzәrindә protektorat almışdır” O, Hәm dә ciddi bir әda ilә  әlavә edir: “ o 
zamanlardan Rusiyanın Naxçıvan üzәrindә protektoratı olmamışdır ... Moskvanın 
protektoratı haqqında artıq hamı unutmuşdur, o cümlәdәn Rusiyanın özündә 
unutmuşlar”. 
Belә de! Lakin müqavilәnin mәtni Balayanı ifşa edir: Hәmin müqavilә Naxçıvan 
üzәrindә protektoratı nә Türkiyәyә, nә dә Rusiyaya yox, mәhz Azәrbaycana vermişdir! 
Müqavilәnin hәmin maddәsi belәdir: “Müqavilә bağlayan tәrәflәr razıdırlar ki, Naxçıvan 
vilayәti, bu Müqavilәnin I (s) әlavәsindә göstәrilәn sәrhәdlәrdә Azәrbaycanın 
protektoratı altında muxtar әrazidir, bir şәrtlә ki, Azәrbaycan bu protektoratı üçüncü bir 
dövlәtә güzәştә getmәyәcәkdir”. 
Naxçıvan haqqında belә bir prinsipial razılığa gәlinmәsinә  Nәrimanovun tәsiri 
olmuşdumu? Şübhәsiz vә çox böyük. 
Doğrudur, Ermәnistan hökumәti Naxçıvan barәsindә yuxarıda göstәrilәn dekreti 
vermişdi vә bunun әsasında Naxçıvan әhalisi referendum yolu ilә Naxçıvanın Azәrbaycan 
tәrkibindә qalması haqqında öz, demәk olar, yekdil iradәsini ifadә etmişdi. Ancaq 
Nәrimanov Çiçerinlә  gәrgin münasibәtlәrini, Çiçerinin Azәrbaycanın  әrazi bütövlüyü 
mәsәlәsinә tendensiyalı  vә obyektiv olmayan münasibәtini yaxşı bilirdi. Ona görә 
Nәrimanov Naxçıvanın statusunun beynәlxalq tanınmasına vә birinci növbәdә Rusiyanın, 

Tofiq Köçərli 
- 104 - 
Qarabağ: Yalan və Həqiqət 
Türkiyәnin tanımasına çalışırdı. Rusiya ilә müqavilә imzalamağa gedәn Türkiyә 
nümayәndә heyәti yolüstü Bakıda dayanmış  vә  Nәrimanovla  әtraflı söhbәt etmişdi. 
Nәrimanov B.Şahtaxtinskini Türkiyә nümayәndә heyәti ilә birlikdә Moskvaya 
göndәrmişdi. Onunla Leninә xüsusi mәktub da göndәrmişdi. Mәktub çox kәskin 
mәktubdur. Orada mәsәlәn, Nәrimanov yazır: “Әziz Vladimir İliç, mәn dәhşәtli saatı 
qabaqcadan görürәm, ona görә sizdәn heç bir şeyi gizlәtmәmәyi zәruri sayıram. Mәnә 
inanırlar vә  hәr  şeyi deyirlәr: mәndә ucqar muxtar respublikalarda vәziyyәt vә bizә 
münasibәt barә-sindә  şifahi vә yazılı  mәruzәlәr var. Bütün mәruzәlәrdә Sovet 
Respublikasının müstәmlәkәçi siyasәti haqqında danışılır. 
Bütün bu respublikalarda yerli mәsul işçilәr ÇK vә Xüsusi şöbәnin agentlәri 
tәrәfindәn dәhşәtә salınır. (Kamenev Nәrimanovun mәktubunun üstündә yazmışdı: 
“Ucqarların  әhval-ruhiyyәsinin xarakterizә edil-mәsindә fikrimcә, Nәrimanov V» 
haqlıdır”. 
“Ermәni mәsәlәsi” ilә  әlaqәdar Nәrimanov yazmışdır: “Mәn sizi xәbәrdar et-
mәliyәm: Çiçerin yoldaş Şәrq mәsәlәsini dolaşıq salır, o ermәni mәsәlәsi ilә hәddindәn 
artıq maraqlanır vә ermәni mәsәlәsi üzündәn türklәrlә әlaqә kәsilsә, nә baş verәcәyini 
nәzәrә almır. Mәn qәti bildirirәm: Qafqazda (Dağıstan vә Gürcüstanda) yaranmış 
şәraitdә әgәr Azәrbaycanı saxlamaq istәyiriksә, biz necә olursa olsun türklәrlә möhkәm 
ittifaq bağlamalıyıq”. Lenin Stalinә tapşırmışdı ki, “MK-nın bütün üzvlәrini” Nәrimanovun 
mәktubu ilә tanış etsin. 
Fevralın 21-dә Leninә göndәrdiyi başqa bir mәktubda Nәrimanov bir daha qeyd 
edirdi ki, “Türkiyәnin nümayәndә heyәti ilә danışıqlarda ermәni mәsәlәsi rol 
oynamamalıdır”. 
RSFSR - Türkiyә müqavilәsi hazırlanıb imzalanarkәn, Nәrimanovun fikirlәri nәzәrә 
alınmışdı. Qәti demәk olar ki, hәm Naxçıvanın Azәrbaycan protektoratı altında muxtar 
әrazi statusu almasında, hәm dә  bu  statusun  beynәlxalq tanınmasında Nәrimanov 
hәlledici rol oynamışdır. 
Belәliklә, Ermәnistanın Naxçıvana yiyәlәnmәk cәhdi boşa çıxdı. 

Tofiq Köçərli 
- 105 - 
Qarabağ: Yalan və Həqiqət 
Dağlıq Qarabağ  mәsәlәsinә qayıdaq. AK(b)P MK tәşkilat bürosunun vә siyasi 
bürosunun noyabrın 30-da qәbul etdiyi qәrarda deyilirdi: “Qarabağın dağlıq hissәsinә öz 
müqәddәratını tәyin etmәk hüququ verilir”.
266
 
Bu prinsipial qәrar dekabrın 1-dә  Nәrimanovun elan etdiyi Bәyannamәdә  dә öz 
әksini tapdı. 
Bәyannamә ilk dәfә 1920-ci il dekabrın 2-dә, yәni elan edildiyi günün sәhәri Bakıda 
“Kommunist” qәzetindә (rus dilindә), dekabrın 3-dә isә “Бакинский Рабочий” qәzetindә 
dәrc olunmuşdur. Hәmin Bәyannamә Yerevanda da çap edilmişdir. Bәyannamә “Böyük 
Oktyabr sosialist inqilabı  vә Ermәnistanda Sovet hakimiyyәtinin qәlәbәsi” (sәnәdlәr 
mәcmuәsi, Yerevan, 1957) mәcmuәsinә daxil edilmişdir. Özü dә bu cür nәşrlәrә aid 
bütün tәlәblәrә  әmәl edilmәklә, yәni ixtisar edilmәdәn, üç nöqtәsiz vә Ermәnistan 
Mәrkәzi dövlәt arxivindә saxlanan Bәyannamәnin surәtinә istinadla vә Bәyannamәnin ilk 
dәfә Bakıda “Kommunist” qәzetinin 1920-ci il 2 dekabr tarixli 178-ci nömrәsindә işıq üzü 
görmәsi göstәrilmәklә çap olunmuşdur. 
Bir daha deyәk: Bәyannamәnin Yerevanda çap edilmiş  mәtnindә  dә açıq-aydın 
yazılmışdır: “Dağlıq Qarabağın  әmәkçi kәndlәrinә öz müqәddәratını tam tәyin etmәk 
hüququ verilir”. 
1988-ci ilәdәk ermәni müәlliflәri bunu inkar etmir vә heç bir şübhәyә almırdılar. 
Elә ki, Dağlıq Qarabağ hadisәlәri başlandı, ermәni müәlliflәri dәrhal bir ağızdan 
Azәrbaycanın 1 dekabr tarixli Bәyannamәsindә guya Dağlıq Qarabağın Ermәnistanın 
ayrılmaz hissәsi elan olunduğunu iddia etdilәr. 
Bu iddianı onlar dekabrın 1-dә Bәyannamә qәbul edilәn iclasda Orconikidzenin nitqi 
vә onun Moskvaya teleqramı ilә  әsaslandırırlar. Nitqdә Orconikidze sәhv olaraq 
Bәyannamә ilә Dağlıq Qarabağın Ermәnistanın . ayrılmaz hissәsi elan olunduğunu 
söylәmişdi.
267
 Bu sәhv onun Deninә  vә Stalinә göndәrdiyi teleqramda da (“Pravda”, 4 
dekabr 1920) tәkrar olunmuşdu. 
Lakin ilkin mәnbә - göstәrilәn Bәyannamәni elә o zaman Bakıda, sonra Yerevanda 
çap edilmiş  mәtni göstәrir ki, Orconikidzenin nitqindә  vә Moskvaya göndәrdiyi 
mәlumatda hәqiqәtәn sәhvә yol verilmişdir. 

Tofiq Köçərli 
- 106 - 
Qarabağ: Yalan və Həqiqət 
Bunu әsas sәnәd olan Bәyannamәnin mәtni ilә yanaşı başqa sәnәdlәr dә tәsdiq edir. 
Elә  Bәyannamә  qәbul edilәn gün, yәni dekabrın 1-dә Orconikidze bir başa  әlaqә ilә 
Nazaretyana bildirmişdi ki, bu gün Bakıda Sovetin tәntәnәli iclası oldu. Nәrimanov 
Azәrbaycan hökumәtinin bәyanatını oxudu. Orada göstәrilir ki, ““Dağlıq Qarabağ 
ermәnilәrinә öz müqәddәratını  tәyin etmәk hüququ verilir”.
268
 Orconikidze bunu geniş 
tәbliğ etmәyi Nazaretyandan xahiş etmişdi. Başqa bir fakt. 1921-ci il iyunun 27-dә 
Nәrimanov birbaşa  әlaqә ilә Tiflisdә olan xarici işlәr komissarı M.D.Hüseynova 
tapşırmışdı ki, Dağlıq Qarabağ barәdә Qafqaz bürosuna çatdırsın: “Әgәr onlar mәnim 
Bәyannamәmә (1 dekabr tarixli Bәyannamәdә -T.K.) istinad edirlәrsә, orada hәrfәn belә 
deyilmişdir: “Dağlıq Qarabağa öz müqәddәratını  tәyin etmәk hüququ verilir”
269
 Bir 
sәnәdә dә müraciәt edәk. Zaqafqaziya kommunist tәşkilatlarının I qurul-tayına (1922-ci 
il fevral ayı) Qafqaz ölkә komitәsinin siyasi mәruzәsindә deyilirdi ki, Dağlıq Qarabağ 
mәsәlәsinin “hәlli әhalinin öz ixtiyarına verilir”.
270
 
Tәkzib olunmaz faktlar belәdir. Lakin ermәni müәlliflәri qatığa qara deyәrәk ictimai 
rәy yaratmaq mәqsәdilә saxtakarlıqlarını davam etdirirlәr. Deyirlәr, bax, Azәrbaycan özü 
1920-ci ilin dekabrın 1-dә Dağlıq Qarabağı Ermәnistanın tәrkib hissәsi elan etmişdir, 
demәli, Dağlıq Qarabağ Ermәnistan tәrkibindә olmuşdur vә Ermәnistan әrazisidir! Digәr 
mәqsәd yalan üzәrindә yeni yalan uydurmaqdan ibarәtdir: guya “Azәrbaycan rәhbәrliyi 
Dağlıq Qarabağı Sovet Ermәnistanının ayrılmaz his-! sәsi hesab etmәk haqqında özünün 
qәrarını dәyişdirmәk mәsәlәsini RK(b)P MK Qafqaz bürosu qarşısında qaldırmışdır.” 
Biz gördük ki, Azәrbaycan Hökumәtinin 1 dekabr Bәyannamәsindә Dağlıq Qarabağ 
Ermәnistanın ayrılmaz hissәsi elan olunmamışdır. Bu barәdә Azәrbaycan hökumәtinin, 
yaxud Azәrbaycan K(b)P MK-nın heç bir ayrıca qәrarı da olmamışdır. Ona görә  dә 
Azәrbaycan rәhbәrliyi özünün mövcud olmayan qәrarı barәsindә Qafqaz bürosu 
qarşısında mәsәlә qaldıra bilmәzdi vә qaldırmamışdı. Dağlıq Qarabağ Azәrbaycan 
tәrkibindә idi, orada Azәrbaycan qanunları  işlәyirdi. Dağlıq Qarabağın hakimiyyәt vә 
partiya orqanları Bakıya  tabe  idi,  Bakıdan idarә olunurdu. Azәrbaycan nә üçün Dağlıq 
Qarabağın  әrazi mәnsubiyyәti haqqında mәsәlә qaldırmalıydı? Demәli, Azәrbaycan 
rәhbәrliyinin guya “öz qәrarını dәyişdirmәk” haqqında mәsәlә qaldırması barәdә iddia da 
ağ yalan vә uydurmadır. 

Tofiq Köçərli 
- 107 - 
Qarabağ: Yalan və Həqiqət 
Qafqaz bürosunda Dağlıq Qarabağ mәsәlәsinә qayıdışın tarixçәsi belәdir: 
Qafqaz bürosu Azәrbaycanla Ermәnistan arasında sәrhәd mәsәlәsini müzakirә 
edәndә, Ermәnistan hökumәti Dağlıq Qarabağın  әrazi mәnsubiyyәti haqqında mәsәlә 
qaldırmışdı. Azәrbaycan hökumәti deyil, mәhz Ermәnistan hökumәti hәmin mәsәlәni 
qaldırmışdı, 
Dağlıq Qarabağa sahib olmaq uğrunda Ermәnistan yeni geniş miqyaslı mübarizәyә 
başlamışdı. 
1921-ci il iyun ayının 3-dә Qafqaz bürosu qәrara aldı: 
“5. Ermәnistan hökumәtinin bәyanatında Dağlıq Qarabağın Ermәnistana mәnsub 
olmasını göstәrmәk...” Hәmin qәrar Azәrbaycanda çap edilmәyib. Ermәnilәr onu 
yuxarıda gәtirilәn şәkildә çap ediblәr. Qәrarın tam mәtni necәdir, o necә qәbul olunub, 
müzakirәdә Azәrbaycan nümayәndәlәri iştirak edibmi, onların qәrara münasibәti necә 
olub? Mәlumatım yoxdur. 
Akademik C.Quliyev mәsәlәyә müәyyәn aydınlıq gәtirmişdir. Onun fikrinә görә
iyunun 3-dә  Qafqaz  bürosu  Zәngәzurda daşnak qruplarının tezliklә  lәğv edilmәsi 
haqqında qәrar qәbul etmişdir. Hәmin qәrarda Qafqaz bürosu “guya taktiki mülahizәlәri 
nәzәrә almaqla” Ermәnistan hökumәtinin bәyanatında Dağlıq Qarabağın Ermәnistana 
mәnsub olmasını göstәrmәyi lazım bilmişdi. 
Qafqaz bürosunun bu “dәlili”  әlbәttә, saxta dәlil idi, qәrar qәbul edәnlәrin qeyri 
ciddilik әlamәti idi, uşaq oyununu xatırladan siyasi oyun idi. 
Artıq qeyd olunduğu kimi, 16 mart 1921-ci il tarixli RSFSR-Türkiyә müqavilәsi ilә 
Naxçıvanın Azәrbaycan protektoratı altında muxtariyyәti tanınmışdı. Bu, Orconikidzenin 
uzun müddәt  әrzindә Naxçıvanı Ermәnistana vermәk uğrunda göstәrdiyi cәhdin boşa 
çıxması  vә eyni zamanda Naxçıvanı Azәrbaycan tәrkibindә saxlamaq uğrunda 
Nәrimanovun yeritdiyi siyasәtin qәlәbәsi demәk idi. Ola bilsin, Orconikidze Naxçıvan 
barәsindә öz siyasәtinin açıq uğursuzluğuna görә Dağlıq Qarabağ haqqında 3 iyun tarixli 
qәrarla Nәrimanovdan, Azәrbaycandan qisas alırmış. Ola bilsin. 
Hәr halda Qafqaz bürosunun 3 iyun tarixli qәrarı öz mәnhus rolunu oynadı. 
Ermәnistan hökumәti Qafqaz bürosunun “taktiki mülahizәlәrindәn” dәrhal istifadә etdi. 
İyunun 19-da Yerevanda Ermәnistan hökumәtinin “Dağlıq Qarabağın Ermәnistanla 

Tofiq Köçərli 
- 108 - 
Qarabağ: Yalan və Həqiqət 
yenidәn birlәşdirilmәsi (“воссоединение”) haqqında” dekreti çap olundu. Dekretdә 
deyilirdi: “Azәrbaycan Sovet Sosialist Respublikası inqilab komitәsinin bәyanatı  vә 
Ermәnistan vә Azәrbaycan Sovet Sosialist Respublikaları hökumәtlәrinin sazişi әsasında 
elan edilir ki, bu gündәn etibarәn Dağlıq Qarabağ Sovet Ermәnistanının ayrılmaz 
hissәsidir.” Dekretdәn bir neçә gün sonra Ermәnistan hökumәti Mravyanı Ermәnistanın 
Dağlıq Qarabağda fövqәladә müvәkkili tәyin etdi vә Dağlıq Qarabağa göndәrdi. 
Bu dekretdә әlamәtdar bir etiraf vardır. 
Dekretin adından göründüyü kimi, söhbәt Dağlıq Qarabağın Ermәnistanla “yenidәn 
birlәşdirilmәsindәn” gedir. Demәli, Ermәnistan hökumәti etiraf etmişdir ki, dekret elan 
olunanadәk Dağlıq Qarabağ Ermәnistan tәrkibindә olmamışdır. Tәbii, Dağlıq Qarabağ 
kosmik fәzada deyil, mәhz Azәrbaycan tәrkibindә, olmuşdur. Dekret qәbul edilәn 
gündәn etibarәn isә, bir dә deyәk, mәhz hәmin gündәn etibarәn Dağlıq Qarabağ 
Ermәnistana “yenidәn birlәş-dirilir” vә Dağlıq Qarabağ Ermәnistanın “ayrılmaz hissәsi” 
hesab edilir. Bәs haçan, hansı ildә, yaxud әsrdә onu Ermәnistandan qoparıb 
Azәrbaycana birlәşdiriblәrmiş? Bu suala ermәni müәlliflәri cavab vermәyiblәr vә indi dә 
verә bilmirlәr. 
Ermәnistan hökumәtinin dekretindә iki ağ yalana yol verilmişdir. 
Yalandan biri odur ki, guya Azәrbaycanın 1 dekabr tarixli bәyanatı Dağlıq Qarabağı 
Ermәnistanın “ayrılmaz hissәsi” elan edib. 
Halbuki bәyanat yalnız vә yalnız Dağlıq Qarabağın  әmәkçi kәndlilәrinә öz 
müqәddәratını tәyin etmәk hüququ verib, 
İkinci yalan. 
Guya Dağlıq Qarabağı Ermәnistana birlәşdirmәk, onu Ermәnistanın tәrkib hissәsi 
elan etmәk haqqında Azәrbaycan hökumәti ilә Ermәnistan arasında hansısa saziş, 
razılaşma olub. 
Qәti belә şey yoxdur. 
İyunun 25-27-dә Tiflisdә Zaqafqaziya respublikalarının sәrhәdlәrini 
müәyyәnlәşdirmәk üzrә konfrans keçirilir. C.Quliyevin yazdığına görә, konfransda çıxış 
edәn Ermәnistan nümayәndәsi Bekzadyan dil tökür: “ümumi hәmrәylik, bir dәfәlik  әn 
sәmimi, dostluq qarşılıqlı münasibәtlәrinin yaradılması naminә” Ermәnistana “müәyyәn 

Tofiq Köçərli 
- 109 - 
Qarabağ: Yalan və Həqiqət 
әrazi güzәştlәri olunsun”. Bekzadyan bildirir ki, Moskvada onunla vә Myasnikovla 
söhbәtdә Stalin bu fikirә “tam şәrik” olmuşdur. 
Azәrbaycan vә Gürcüstan nümayәndәlәri Bekzadyanın Tәklifini qәbul etmirlәr, әrazi 
mәsәlәlәri hәll olunmamış qalır.  İyunun 26-da Orconikidze vә Kirov teleqramda 
Nәrimanovdan xahiş edirlәr ki, tәcili olaraq AK(B) P MK siyasi bürosu vә Xalq 
komissarları Soveti Qarabağ mәsәlәsinә baxsın. 
İyunun 27-dә Azәrbaycan K(b)P MK-nın siyasi bürosu vә  tәşkilat bürosunun iclası 
keçirilir. İclas “Tiflisdә komissiyanın işi ilә әlaqәdar Azәrbaycanla Ermәnistanın sәrhәdlәri 
haqqında” mәsәlәyә baxıb aşağıdakı qәrarı qәbul edir: 
1. “Siyasi büro va tәşkilat bürosu Dağlıq Qarabağın Azәrbaycana  şәksiz iqtisadi 
meylini nәzәrә aparaq, Dağlıq Qarabağ haqqında mәsәlәnin Bekzadyan tәrәfindәn 
qoyuluşunu qәbul edilmәz sayır. Mәsәlә hәmin mәnada da hәll olunmalıdır. 
2. Ona görә ermәni vә türk әhalili yerlәrin müvafiq olaraq Ermәnistana vә 
Azәrbaycana ayrılması  tәklifi inzibati vә iqtisadi mәqsәdәuyğunluq baxımından qәbul 
edilә bilmәz. 
3. Mәsәlәnin yeganә  hәlli kәnddә ermәni vә müsәlman kütlәlәrinin Sovet 
quruculuğuna cәlb edilmәlәri ola bilәr (Nәrimanov yoldaşın bәyanatından aydın olduğu 
kimi). 
4. Bu mәsәlәnin sonrakı gedişi vә müzakirәsi Tiflisdәn informasiya alana qәdәr açıq 
qalsın. 
5. Siyasi büronun vә tәşkilat bürosunun rәyini Tiflisә çatdırmaq Nәrimanov yoldaşa 
tapşırılsın”.
271
 
Bu qәrar hәm dә Ermәnistan Hökumәtinin Dağlıq Qarabağ haqqında dekretinә 
dolayı münasibәt idi. Hәmin gün qәrarın tam mәtni telefonla Tiflisdә olan 
M.D.Hüseynova çatdırıldı. Nәrimanov Xalq Komissarları Sovetinin iclasında olduğundan 
qәrarın mәtnini çatdıran A.Q.Şirvani M.D.Hüseynova dedi: “Nәrimanov yoldaş bildirmәyi 
xahiş etdi ki, mәsәlә yalnız bu şәkildә (qәrarda deyildiyi kimi -T.K.) hәll olunmalıdır, 
yoxsa Xalq Komissarlar Soveti mәsuliyyәti üzәrindәn götürür”.
272
 
Hәmin an telefona gәlәn Nәrimanov Hüseynova bildirdi: “Deyin ki, bu, Siyasi 
büronun vә  tәşkilat bürosunun rәyidir.  Әgәr onlar mәnim bәyanatıma (1 dekabr 

Tofiq Köçərli 
- 110 - 
Qarabağ: Yalan və Həqiqət 
bәyanatı -T.K.) istinad edirlәrsә, orada hәrfәn belә deyilmişdir: Dağlıq Qarabağa öz 
müqәddәratını sәrbәst tәyin etmәk hüququ verilir.” 
Vә bir dә  Nәrimanov Hüseynova xәbәr verdi: “Dünәn Serqo yoldaşla söhbәt 
etmişәm, o bir başa dedi ki, Qarabağ mәsәlәsi bütün Sovet respublikalarının şәrәf işidir 
vә onu elә hәll etmәliyik ki, bu axırıncı dәfә olsun, yәni mәn dünәn sizә dediyim şәkildә” 
hәll edilmәlidir.
273
 Buradan aydın olur ki, Nәrimanov  әvvәlki gün, iyulun 26-da Dağlıq 
Qarabağ haqqında qәti fikrini artıq Hüseynova çatdırıbmış. 
Hüseynovun Nәrimanova dediyi aşağıdakı sözlәr xüsusi maraq doğurur: “Bir 
tәrәfdәn Ermәnistan Xalq komissarları Soveti bizim xәbәrimiz olmadan bәyanat verir vә 
öz 
fövqәladә komissarını Qarabağa göndәrir. Hәrçәnd ermәni yoldaşlar iddia edirlәr ki, 
bütün bunlar bizim razılığımız ilә edilir vә biz bunlardan xәbәrdarıq. Digәr tәrәfdәn biz 
onlara teleqram göndәrәrәk, onların qәrarlarını demәk olar lәğv edirik.”
274
 
Demәli, nә Nәrimanovun, nә dә xarici işlәr komissarı Hüseynovun Dağlıq Qarabağ 
haqqında Ermәnistan dekretinin verilmәsinә razılıqları olmayıb, bundan ümumiyyәtlә 
xәbәrsiz olublar. Bu haqda Azәrbaycan rәhbәrliyinin heç-bir qәrarı da olmayıb. 
Lakin biz nәzәrә alsaq ki, ermәnilәrin dediklәrindә hәqiqәt var, hәm onların dekreti, 
hәm dә Dağlıq Qarabağa fövqәladә komissar göndәrmәlәri Azәrbaycanın razılığı ilә 
edilib, onda bunu Azәrbaycan partiya rәhbәrliyi vә Qafqaz bürosu adından çox ehtimal 
Orconikidze edib. 
İyunun 27-dә Nәrimanov Orconikidzeyә vә Ermәnistan XKS sәdri Myasnikova xüsusi 
bir teleqram da göndәrmişdi. 
Teleqramda Ermәnistanın Dağlıq Qarabağ haqqında dekretinә bilavasitә münasibәt 
bildirilmişdir. Orada deyilirdi ki: “Dağlıq Qarabağ haqqında mәsәlә yalnız Ermәnistan 
inqilab komitәsi tәrәfindәn hәll edilmişdir, ancaq hәmin mәsәlәyә Xalq Komissarları 
Sovetindә (Azәrbaycan XKS-dә -T.K.) hәlә baxılmamışdır vә baxılmır”.
274a
 (“Hәlә 
baxılmamışdır vә baxılmır”! - T.K.) Tәkcә gәtirilәn bu sitat da tәsdiq edir ki, Ermәnistan 
dekretinin Azәrbaycan hökumәti ilә razılaşdırılması barәsindә iddia әfsanәdir. 
Sonra teleqramda deyilirdi ki, Azәrbaycan Xalq komissarları Soveti “yekdilliklә 
Mravyan yoldaşın Ermәnistanın Dağlıq Qarabağda fövqәladә müvәkkili kimi peyda 

Tofiq Köçərli 
- 111 - 
Qarabağ: Yalan və Həqiqət 
olmasını böyük siyasi vә taktiki sәhv hesab edir. Azәrbaycan komissarları Soveti 
Mravyan yoldaşın dәrhal geri çağırılmasını xahiş edir” Bu tәlәbә dәrhal әmәl olundu. 
Belәliklә. Azәrbaycan rәhbәrliyi Ermәnistan rәhbәrliyinin Dağlıq Qarabağ barәsindә 
növbәti kәlәyinin qarşısını ala bildi. 
Sәnәdlәr  şәhadәt verir ki, hәmin günlәrdә Dağlıq Qarabağ  mәsәlәsi ilә  әlaqәdar 
olduqca gәrgin, böhranlı  vә dramatik siyasi vәziyyәt yaranıbmış. Nәrimanov istefa 
mәsәlәsi qoyubmuş. İyunun 27-dә Qafqaz bürosu “Qarabağ mәsәlәsinә dair Hüseynov 
yoldaşın Nәrimanov yoldaşla danışıqları haqqında” mәsәlәyә baxdı. Bu barәdә Hüseynov 
Nәrimanova bildirmişdi: “mәnim son bәyanatlarımdan sonra qәrara alındı ki, mәsәlә 
(Dağlıq Qarabağ  mәsәlәsi -T.K.) hәr halda açıq qalır”. Bununla birlikdә ultimatum 
xarakteri daşıyan bir qәrar qәbul edildi. Nәrimanov vә Myasnikova tәklif olunurdu ki, 
teleqramı “alan kimi dәrhal Qafqaz bürosunun fövqәladә plenumuna gәlsinlәr”. Deyilirdi 
ki, Qafqaz bürosunun 6 üzvü Tiflisdәdir.  Әgәr gәlmәsәniz hәmin 6 üzvün qәrarı 
“mәcburi hesab edilәcәkdir, ona görә sizin dәrhal gәlmәyinizi tәkid edirik”.
275
 
İyulun 4-dә Qafqaz bürosunun Stalinin iştirakı ilә iclası oldu. “Qarabağ  mәsәlәsi” 
müzakirә edildi. Deyәsәn, iclasın stenoqramı yoxdur. Ona görә mәsәlәnin müzakirәsinin 
tәfsilatı, kimlәrin çıxış etmәsi vә nә demәsi barәdә danışmaq qeyri-mümkündür. İclasın 
protokolundan mәlum olan odur ki, sәsә 4 mәsәlә qoyulmuşdur: 
a) Qarabağı Azәrbaycanın hüdudlarında saxlamaq (saxlamaq! -T.K.) 
b) bütün ermәni vә müsәlman  әhalisinin iştirakı ilә bütün Qarabağda rәy sorğusu 
keçirmәk. 
v) Qarabağın dağlıq hissәsini Ermәnistan tәrkibinә daxil etmәk (daxil etmәk! -T.K.). 
q) yalnız Dağlıq Qarabağda, yәni ermәnilәr içәrisindә rәy sorğusu keçirmәk.”
276
 
Qarabağın Azәrbaycan hüdudlarında saxlanmasına Nәrimanov, Maxaradze vә 
Nazaretyan sәs verir. (әleyhinә Orconikidze, Kirov, Myasnigov vә Fiqatner). Bununla 
Orconikidze özünün uzun müddәt ardıcıl olaraq yeritdiyi xәttә - Dağlıq Qarabağı dәrhal 
vә danışıqsız Azәrbaycanla birlәşdirmәk, Dağlıq Qarabağa muxtariyyәt vermәk xәttinә 
dönük çıxır, açıq-aşkar prinsipsizlik göstәrir. 
Dağlıq Qarabağın Ermәnistan tәrki-binә daxil edilmәsinә Orçonikidze, Myasnikov, 
Fiqatner vә Kirov sәs verdi. 

Tofiq Köçərli 
- 112 - 
Qarabağ: Yalan və Həqiqət 
Belәliklә, Qafqaz bürosu qәrara aldı: “Dağlıq Qarabağ Ermәnistan SSR-in tәrkibinә 
daxil edilsin (daxil edilsin! -T.K.), rәy sorğusu yalnız Dağlıq Qarabağda keçirilsin”.
277
 
Ermәni müәlliflәri bu qәrar üzәrindә “kiçiçik” әmәliyyat aparıblar: “daxil edil-sin” 
ifadәsini “saxlanılsın” ilә әvәz ediblәr. 
Bu saxtakarlıqda hansı siyasi mәqsәd güdülür? Qәrar qәbul edilәn dövrdә Dağlıq 
Qarabağın guya Ermәnistan tәrkibindә olması  tәsәvvürünü yaratmaq. Belә olduğuna 
görә  dә Qafqaz bürosunun guya Dağlıq Qarabağı Ermәnistan tәrkibindә “saxlamaq” 
haqqında qәrar qәbul etmәsi tәsәvvürünü yaratmaq! 
Ermәni müәlliflәri mәsәlәnin Qafqaz bürosunun iclasında mәhz “Qarabağın dağlıq 
hissәsini Ermәnistan tәrkibinә daxil etmәk” şәklindә qoyulmasını qulaq ardına vururlar. 
Qafqaz bürosu Dağlıq Qarabağı Ermәnistan tәrkibindә “saxlamaq” haqqında heç bir 
qәrar qәbul etmәmişdir. Qәrar belә olmuşdur: “Dağlıq Qarabağ Ermәnistan SSR-in 
tәrkibinә daxil edilsin... “ Başqa cür yox, mәhz belә! 
Heç  şübhә yoxdur ki, bu qәrar qәbul edilәn anda Nәrimanov sussaydı, qәrara 
etirazını bildirmәsәydi, Azәrbaycanın milli mәnafelәri müdafiәsindә möhkәm dayanma-
saydı, Azәrbaycan üçün, bütün gәlәcәk nәsillәrimiz üçün tәhqiredici vә biabırçı olan 
hәmin qәrar qüvvәyә minәrdi. O zamanlar partiya qәrarının nә demәk olduğunu, Hansı 
küçә malik olduğunu hamımız yaxşı bilirik. 
Nәrimanov susmayıb! Protokol sәtirlәri belәdir: “Nәrimanov yoldaşın bәyanatı: 
Qarabağ mәsәlәsinin Azәrbaycan üçün әhәmiyyәtini nәzәrә alaraq, onu RKP MK-nın qәti 
hәllinә vermәyi zәruri sayıram”.
278
 Nәrimanovun bu bәyanatına müvafiq dә qәrar qәbul 
olundu: “Qarabağ haqqında mәsәlә ciddi fikir ayrılığı doğurduğuna görә RKP MK Qafqaz 
bürosu hәmin mәsәlәni RKP MK-nın qәti hәllinә vermәyi lazım bilir”.
279
 
Mәsәlәnin RKP MK-sı ilә razılaşdırılması, yaxud neçә razılaşdırılması haqqında 
mәlumat yoxdur. Bu bәllidir ki, ertәsi günü, iyulun 5-dә Qafqaz bürosu aşağıdakı adda 
mәsәlә müzakirә etmişdir: “Orçonikidze vә Nazaretyan әvvәlki plenumun Qarabağ 
haqqında qәrarına yenidәn baxmaq haqqında mәsәlә qaldırırlar”
280
. Orçonikidze özü! 
Mәsәlә üzrә  qәrara alındı: “Yuxarı  vә  aşağı Qarabağın iqtisadi әlaqәlәrini, yuxarı 
Qarabağın Azәrbaycanla daimi әlaqәlәrini vә müsәlmanlarla ermәnilәr arasında milli 
sülhün zәruriliyini nәzәrә alaraq, Dağlıq Qarabağı Azәrbaycan SSR hüdudların-da 

Tofiq Köçərli 
- 113 - 
Qarabağ: Yalan və Həqiqət 
saxlamaq (saxlamaq! -T.K.), Dağlıq Qarabağa Şuşa şәhәri inzibati mәrkәz olmaqla geniş 
muxtariyyәt vermәk”
281
 
Ermәni müәlliflәri yazırlar ki, qәrar “sәsә qoyulmadan” qәbul edilmişdir.
282
 Bu uy-
durmadı. Qәrar sәsә qoyulmuşdur. Qәrara 4 nәfәr sәs vermişdi. 3 nәfәr isә bitәrәf 
qalmışdı.
283
 Lakin onların kimlәr olması protokolda öz әksini tapmayıb. 
Belәliklә, Qafqaz bürosu Dağlıq Qarabağın Ermәnistan tәrkibinә daxil edilmәsi 
haqqında öz әvvәlki qәrarını  lәğv edәrәk, Dağlıq Qarabağı Azәrbaycan tәrkibindә 
saxlamaq haqqında qәrar qәbul etdi. 
Bu, tarixi hәqiqәtin qәlәbәsi idi, saxtakarlığın,  әsassız iddiaçılığın mәğlubiyyәti idi. 
Belәliklә Dağlıq Qarabağı Azәrbaycandan qoparıb Ermәnistana daxil etmәk cәhdi boşa 
çıxdı. 
Ermәni müәlliflәrinin fikrincә, “Qafqaz bürosu Stalinin tәkidi ilә öz qәrarına tәzәdәn 
baxmışdır”. Bu da uydurmadır. Bu, Stalinin tәkidi ilә olmamışdı. Ümumiyyәtlә Qafqaz 
bürosunun iyulun 4 vә 5-dәki iclaslarında Stalinin çıxış edib et-mәmәsi, nә deyib 
demәmәsi, hәr iki qәrarın qәbul olunmasında nә kimi rol oynaması haqqında heç bir 
mәlumat aşkar edilmәmişdir. 
Mәhz Nәrimanovun qәti tәlәbi ilә hә-min mәsәlәyә yenidәn baxılmışdı. hәlә Qafqaz 
bürosu iclası  әrәfәsindә  Nәrimanov birmәnalı  bәyan etmişdi ki, Dağlıq Qarabağ 
Azәrbaycan tәrkibindәn çıxarılarsa, Azәrbaycan hökumәti istefa verәcәkdir. Mәhz 
Nәrimanovun tәkidi ilә iyulun 4-dә Dağlıq Qarabağ  mәsәlәsini Mәrkәzin “qәti hәllinә 
vermәk” qәrara alınmışdı. Bu demarş da, istefa mәsәlәsi dә  “şıltaqlıq” deyildi, Dağlıq 
Qarabağ mәsәlәsindә ardıcıl prinsipial mövqe idi, Azәrbaycan mәnafelәrinin hәr şeydәn, 
o cümlәdәn şәxsi reputasiyadan, hökumәt başçısı kürsüsündәn üstün tutulması demәk 
idi. 
“Нагорний  Карабах.  Историческая  справка” kitabının yüksәk elmi rütbәli 
müәlliflәri (Qaloyan, Barseqov, Barxudaryan, Mikaelyan, Muradyan, Sarkisyan, 
Simonyan, Xoçabeqyan, Xudaverdyan vә Xurşudyan) Nәrimanovun mәnә bәlli olmayan 
bir fikrini gәtiriblәr: “Dünyada heç kim göstәrilәn vilayәtlәrin (Dağlıq Qarabağ  vә 
Zәngәzurun-T,K.) әhalisinә Azәrbaycanla birlәşmәyә öz fikrini bildirmәyә tәsir etmәkdә 
bizә mane ola bilmәz” (MPA, f.64, s.2, iş 5, v.80).
284
 

Tofiq Köçərli 
- 114 - 
Qarabağ: Yalan və Həqiqət 
Ermәni müәlliflәri bunu yәqin, Nәrimanovu “millәtçi” kimi tәqdim etmәk vә onu SSRİ 
rәhbәrliyi nәzәrindә közdәn salmaq üçün ediblәr. 
Lakin Nәrimanovun hәmin sözlәri, ehtimal ki, 1920-çi ildә söylәnmiş sözlәr, 
Nәrimanovun Dağlıq Qarabağ  mәsәlәsindә mövqeyinin dönmәzliyinә, ardıcıllığına vә 
әzminә daha bir sübutdur. 
O zamankı ağlagәlmәz mürәkkәb siyasi şәraitdә “Dağlıq Qarabağı Azәrbaycan SSR 
hüdudlarında saxlamaq” haqqında qәrar qәbul olunması Nәrimanovun tarixi xidmәtidir. 
Ermәni müәlliflәri Qafqaz bürosunun bu qәrarını (Dağlıq Qarabağ Azәrbaycan SSR-in 
hüdudlarında saxlanılsın) Dağlıq Qarabağı mexaniki surәtdә Ermәnistan tәrkibindәn 
çıxarıb Azәrbaycan tәrkibinә “daxil etmәk” qәrarı kimi tәqdim edirlәr. 
Bu ermәni iddiaları XX әsrin son-larının әn böyük yalanlarından biridir. 
Tarixi hәqiqәt budur ki, 5 iyul tarixli qәrarla Ermәnistan hökumәtinin Dağlıq 
Qarabağı Azәrbaycan tәrkibindәn çıxarıb Ermәnistana birlәşdirmәk cәhdi rәdd edilmiş, 
Dağlıq Qarabağın Azәrbaycan  әrazisi olması  tәsdiqlәnmiş, Dağlıq Qarabağı Azәrbaycan 
tәrkibindә saxlamaq vә Dağlıq Qarabağa Azәrbaycan tәrkibindә muxtariyyәt vermәk 
mәsәlәsi hәll edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Tofiq Köçərli 
- 115 - 
Qarabağ: Yalan və Həqiqət 
Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin