AZӘrbaycan elmlәr akademiyasi



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix31.01.2017
ölçüsü1 Mb.
#7191
1   2   3   4   5   6   7   8   9

4.
 
III Fәsil 
Ermәni köçkünlәrinin "böyük hissәsini, xüsusәn  әn kasıbları Qarabağa getmәyә 
tәhrik etmәk" (general Paskeviçin әmrnamәsindәn) 
 
Tarixi saxtalaşdıranlar Qarabağ  әhalisinin milli tәrkibi haqqında olmazın yalanlar 
uydurmuşlar. 
Mәsәlәn, Z.Balayan yazır ki, “keçәn әsrin әvvәllәrindә ermәnilәr Qarabağda әhalinin 
doxsan sәkkiz faizini, hәtta 1913-cü ildә doxsan altı faizini tәşkil etmişlәr”, Ermәnistan 
Akademiyasının nәşr etdiyi “Dağlıq Qarabağ. Tarixi mәlumat” kitabında isә oxuyuruq: 
“Yalnız XVIII әsrin ikinci yarısından Pәnah xan vә  İbrahim xan dövründә  Şuşaya az 
miqdarda köçәri müsәlman köçmüşdür. Tәsadüfi deyildir ki, hәtta müsәlmanlar 
içәrisindә doğum yüksәk olsa da, onlar bizim yüzilliyin әvvәllәrindә ölkәnin (Qarabağın -
T.K.)  әhalisinin beş faizdәn çoxunu tәşkil etmәyiblәr”.
172
  İ. Lenski vә başqaları da 
Qarabağ әhalisinin doxsan beş faizinin ermәnilәrdәn ibarәt olmasını iddia edir. 
Burada hәr şey yalandır. 
“Az miqdarda köçәri müsәlmanın”, yaxud Z.Balayanın ifadәsi ilә, “bir ovuc kәlmә 
köçәrinin” “ermәni mühitindә” göstәrdiyi rәşadәt - zәmanәnin güclü Qarabağ xanlığını 
yaratması, ermәni mәliklәrini özünә tabe etmәsi, bu Azәrbaycan xanlığını 
möhkәmlәndirib XIX әsrin әvvәllәrinәdәk saxlaya bilmәsi haqqında danışmışıq. 
İndi isә  Şuşa haqqında qısaca söhbәt açaq. Gördüyümüz kimi, ermәni müәlliflәri 
iddia edirlәr ki, “Pәnah xan vә  İbrahim xan dövründә  Şuşaya az miqdarda keçәri 
müsәlman köçmüşdür”. 
Ş.Mkrtıçyanın fikrinә görә, güya Şuşa 1740-cı ildә hansısa ermәni knyazı tәrәfindәn 
bәrpa edilmişdir.
173
 
Ermәni müәlliflәri  Şuşanın ermәni  şәhәri olması haqqında uydurmalarını dünyaya 
yayıblar. Bu barәdә iki “tәzә” misal: 
- 1996-cı ilin noyabrında  Şuşaya gәlmiş amerikan müxbiri Piter Ford yazmışdır: 
“Şuşa, bu şәhәr, ermәni  şәhәri olmuşdur, 1921-ci il qırğınından sonra şәhәrdә 
azәrbaycanlılar mәskunlaşmışlar” (“Krisçen Sayens monitor” qәzeti, 22 noyabr, 1966, 

Tofiq Köçərli 
- 56 - 
Qarabağ: Yalan və Həqiqət 
yәqin, müәllif 1920-ci ildә Dağlıq Qarabağda ermәni qiyamının darmadağın edilmәsini 
nәzәrdә tutur. Görünür, hәmin müxbirin Dağlıq Qarabağ ermәnilәrinin lideri 
R.Koçaryanla söhbәti olubmuş  vә Koçaryan Şuşa haqda yanlış fikri onun beyninә 
yeridibmiş. Koçaryan 1996-cı ildә  dәfәlәrlә  bәyan edib: “Şuşa, azәrbaycanlıların 20-ci 
illәrdә әlә keçirdiyi ermәni şәhәridir”). 
- Moskvalı Vladimir Stupişin isә yazmışdır: “Dağlıq Qarabağı asan türklәşdirmәk üçün 
DQMV-i ilә Ermәnistan arasında  әrazicә  kәsilmә saxlanmışdır. Artıq 1979-cu ildә 
ermәnilәr Dağlıq Qarabağda yüz faizә qәdәr deyil, yetmiş faizdәn azacıq çox olmuşdular 
vә hәtta Qarabağın tarixi mәrkәzi Şuşa daha az ermәni vә daha çox azәrbaycanlı şәhәri 
olur”. 
Öncә  İbrahim Xәlil xanın yanında mirzәlik etmiş, 1797-ci ildә Molla Pәnah Vaqif 
öldürüldükdәn sonra, 1822-ci ilәdәk Qarabağ xanlığının vәziri işlәmiş Mirzә Camal 
Cavanşir Qarabağinin  Şuşa qalasının tikilmәsi haqqında yazdıqlarını  qısaca olaraq 
oxuculara çatdıraq. Mirzә Camalın “Qarabağ xanlığının tarixi” әsәrini akademik A.Berje 
rus dilinә  tәrcümә edәrәk, hәlә 1855-ci ildә, Tiflisdә  çıxan “Qafqaz” qәzetindә çap 
etmişdir. (“Kavkaz”, 1855, №61, 62, 65, 67, 68, 69). Nә o zaman, nә dә sonra, gәrәk 
ki, heç kim Qarabağ xanlığının müasiri, iyirmi beş il Qarabağ xanlarının vәziri işlәmiş, 
Şuşada yaşamış Mirzә Camalın yazdıqlarını tәkzib etmәmişdir. 
Qarabağ xanlığının ilk mәrkәzi Bayat qalası idi. Bayat qalası Çәlәbi xanın yürüşünә 
tab gәtirsә dә xanlığın mәrkәzi üçün әlverişli deyildi. Ona görә Pәnah Әli xan “Şahbulağı 
adı ilә mәşhur olan Tәrәnküt qalasını” bina etdi, qalanın “әtrafında yüksәk yerdә geniş 
hasar hördülәr. Bazar çarsu, (meydan), Hamam vә  mәscid tikdilәr”
174
  Şahbulaq qalası 
Qarabağ xanlığının mәrkәzi oldu. 
Lakin  şәrait daha etibarlı, daha möhkәm vә alınmaz qala tikmәyi tәlәb edirdi. 
M.C.Qarabağiyә görә, Pәnah xanın  әmri ilә xanın “işgüzar vә bacarıqlı adamları 
mәslәhәtlәşib qәrara gәldilәr ki, biz gәrәk dağların içindә, möhkәm vә keçilmәz yerdә 
elә bir әbәdi vә sarsılmaz qala tikәk ki, onu güclü düşmәn belә mühasirә edә 
bilmәsin”.
175
 Bu niyyәti “Mәlik Şahnәzәr bәyә söylәdilәr vә onun mәslәhәti vә bәlәdçiliyi 
ilә Şuşa qalasını tikmәk qәrarına gәldilәr. Xanın bir neçә nәfәr bilici vә mәlumatlı adamı 
gedib, qalanın yerini vә  әtrafını yoxladı. Qalanın içindә iki-üç bulaqdan başqa axar su 

Tofiq Köçərli 
- 57 - 
Qarabağ: Yalan və Həqiqət 
yox idi. Bu bulaqların suyu isә qala camaatına kifayәt etmәzdi. Ona görә güman gәlәn 
yerlәrdә quyu qazdırıb, müәyyәn elәdilәr ki, buranın bir çox yerlәrinda su quyuları 
qazmaq mümkündür. Bu xәbәri mәrhum Pәnah xana çatdırdılar. Xan sevinәrәk bir neçә 
nәfәr öz yaxın adamı ilә buraya gәldi, yerlә tanış olub, әzmlә qalanın binasını qoydu”.
176 
XIX  әsr ermәni müәllifi Mirzә Yusif Qarabaği dә (Nersesov) Şuşa qalasının tikilmәsini 
buna bәnzәr tәsvir etmiş vә yazmışdır ki, “1752 (1166)-ci ildә Pәnah Xan xoş bir gündә 
Şuşa  şәhәrinin tәmәlini qoydu”.
177
 (Bir sıra müәlliflәrin fikrincә,  Şuşa qalasının  әsası 
1750-ci ildә qoyulmuşdur). 
Demәyәsәn, “keçәri” Pәnah xanın  şәhәr-salmadan “başı  çıxırmış!”. O, gәlәcәk 
şәhәrin su problemi haqda düşünürmüş (sonralar xan qızı  şairә Xurşudbanu Natәvan 
Şuşaya su kәmәri çәkdirmişdi). O, Hәsәn İxfa Әlizadәnin yazdığına görә, Şuşanı tikmәk 
üçün Tәbriz, Әrdәbil vә başqa şәhәrlәrdәn ustalar gәtiribmiş vә onlar özlәri Şuşanın ilk 
sakinlәri olublarmış.
178
 
Azәrbaycan milli memarlıq  әnәnәlәri  әsasında tikilәn qala hazır olduqdan sonra 
Pәnah xan “Şahbulaq qalasının sakinlәri olan bütün rәiyyәtlәri - әyanın, mәliklәrin, 
mülazimlәrin, ellәrin vә bir para kәndlәrin kәndxudalarının ailәlәrini köçürüb, bu qalanın 
içindә yerlәşdirdi”. 
Mirzә Camal Qarabaği yazır ki, “o vaxta qәdәr burada yaşayış evlәri yox idi. Bura 
şәrq tәrәfdә, qalanın altı verstliyindә yaşayan  Şuşa kәndi  әhalisinin әkin yeri vә otlağı 
idi.”
179
 
Pәnah  Әli xan Şuşanı birinci növbәdә müdafiә qalası kimi tikdirmişdir. Ona görә 
qalaya “beş arşın hündürlüyündә, iki arşın enindә”, uzunluğu 2,5 km olan döyüş bürclü, 
dörd darvazalı әzәmәtli divar hörülmüşdü. Şuşa hәqiqәtәn dә uzun müddәt basılmaz bir 
qala olmuşdur. Qarabağın  İstiqlal qalası! hәr ehtimala qarşı lazım gәlәrsә xanlığın 
xәzinәsini saxlamaq üçün Şuşanın yanından keçәn Qarqar çayının o tayında, yolsuz-izsiz 
әlçatmaz sıldırım qayalıqda Xәzinә qayası adlanan otaqlar qazılıb hazırlanmışdı. 
Şuşa bina edilәn zaman onun adı Pәnahabad olub. Şәhәrә sadәcә Qala da deyiblәr. 
Burada xanlığın zәrbxanası tikilmişdi. Gümüşdәn kәsilәn pulun bir üzündә  şәhәrin adı 
(“Pәnahabad”) yazılmışdır. Hәsәn  İxfa  Әlizadәnin fikrincә, az sonra qala “Şәhri  Şişә”, 
yaxud “Şişә” şәklindә işlәnmәyә başlandı. Rus dilindә şәhәrә “Şuşa” deyildi.
180a
 

Tofiq Köçərli 
- 58 - 
Qarabağ: Yalan və Həqiqət 
Yaraşıqlı iki-üç mәrtәbәli saraylar, memar Kәrbәlayi Sәfihin “nәqşәrә  vә  rәhbәrliyi 
altında tikilәn Gövhәr ağa mәscidi”, mәhәllә mәscidlәri, Qara Böyük xanımın Qala-Saray 
kompleksi, karvansaraylar, digәr gözәl binalar Şuşanı, binası qoyulan günlәrdәn bir növ 
milli memarlıq muzeyinә çevirmişdi. 
Şuşa milli әdәbiyyat vә  mәdәniyyәtimizin, elmimizin beşiklәrindәn biri kimi 
formalaşmışdı. Milli Şuşa mühiti, milli Qarabağ mühiti böyük şairimiz Molla Pәnah Vaqifi 
yetişdirmişdir. 
“Vilayәtdә urus olub ixtiyar
Eylәyib bir bina yoxdu görәn kar, 
Tamam işlәr olub cahilә bazar, 
Heyif buvilayәt, heyhat-heyhat.” 
deyәn “amansız satirik” (S.Vurğun) Qasım bәy Zakir Qarabağ xanlığının  şöhrәtli 
günlәrindә, 1784-cü ildә burada - Şuşada doğulmuş, Şuşada yazıb yaratmışdır. Hәr biri 
milli fәxrimiz olan Xurşudbanu Natәvan, Nәcәf bәy Vәzirov,  Әbdürrәhim bәy 
Haqverdiyev, Süleyman Sani Axundov, Yusif Vәzir Çәmәnzәminli vә b. yaradıcılıq yoluna 
Şuşada başlamışdılar. 
Mirzә Adıgözәl bәy, Mirzә Camal Qarabaği, Әhmәd bәy Cavanşir, Mir Mehdi Xәzani 
kimi salnamәçilәr, Firudin bәy Köçәrli kimi alim Şuşada yetişmişdi, 
Şuşada  şair,  şer, teatr mәclislәri var idi. X.Natәvan “Mәclisi - üns”, Mir Möhsün 
Nәvvab “Beytül Xamuşan” mәclisinin yaradıcıları idilәr. 
Y.V.Çәmәnzәminli yazmışdır ki, Xan Qaradaği, Növrәs, Mәmayi, Baki, Alı Yüzbaşı 
oğlu Hәsәn Nәvvabın “Beytül Xamuşan” mәclisinin, digәr  şair, müğәnni vә çalanlar 
(Mirzә Sadıx Piran, Mirzә Rәhim Fәnan, Mirzә Mәmmәd Katib vә b) Natәvanın “Mәclisi-
üns” mәclisindә toplaşarlarmış. Teatr xadimlәri  Ә.haqverdiyev, N.Vәzirov, Mәmmәd 
Hәsәn bәy Mirzәcamalov, Vәkil Hәsәnәli bәy ayrıca bir mәclisdә cәmlәşmişdilәr. 
Şuşada qaynar әdәbi vә mәdәni hәyat olmuşdur. Burada hәvәskar gәnclәr 1884-cü 
ildә M.F.Axundovun komediyalarını, 1899-cü ildә  Şekspirin “Otello”sunu, 1905-ci ildә 
“Adәm vә Hәvva”nı tamaşaya qoymuşdular. (“Otello”nun tәrcümәçisi H.Vәzirov Otello, 
A.Zarifyan Dezdemona, Mәmmәdhәsәn bәy Mirzәcamalov Yaqo rollarını oynamışdılar)
181
 
vә s. vә i.a. 
Qarabağ Azәrbaycan milli musiqisinin beşiyi idi. Y.V.Çәmәnzәminli şәhadәt verir: 

Tofiq Köçərli 
- 59 - 
Qarabağ: Yalan və Həqiqət 
Şuşada “küçәdә evimizin qarşısındakı quyuluqda gözәl  şәrqilәr söylәrdilәr, saz vә 
qarmon çalınardı. Nә oxuyanlar vardı! Axşam çağı qatıq almağa gedәn uşaqlar qazanı 
yanağına dayayıb, elә bayatı vә şikәstә oxuyardılar ki, adamın gözlәri yaşarırdı. Vaqif vә 
Zakirin vәtәni olan bu şәhәrә  tәbiәt  şer, musiqi vә şәrqi ilhamı bağışlamışdı. Qafqazın 
bütün adlı-sanlı türk xanәndә vә sazandәlәrini bu şәhәr yetirәrdi. Mәşәdi İsi, Hacı Üsü, 
Qar-yağdı oğlu Cabbar, Әbdül Bağı, Seyid, İslam kimi oxuyanlar, Sadıqcan kimi çalanlar 
Şuşada yetişmişdir”.
182
 
Böyük Üzeyir bәy Hacıbәyov  Şuşada dünyaya gәlmişdir. Neçә-neçә  şöhrәtli 
bәstәkar, müğәnni, sazәndә yaradıcılıq yoluna Şuşada qәdәm qoymuşdur. “Poeziya, 
musiqi vә mahnının bәxtiyar vәtәni olan Şuşa bütün Zaqafqaziyanın 
konservatoriyasıdır”
183
 deyәn ermәni musiqişünası V.D.Karqanov haqlıdır. Bu, 1908-ci 
ildә söylәnmişdir. 
Bütün bunlar Qarabağ haqqında. tarixi hәqiqәtlәrdir. Qarabağın tarixi ilә bilavasitә 
mәşğul olmayan şәxs bu hәqiqәtlәri bilmәyә bilәr. Ancaq ciddi әda ilә Qarabağdan 
yazan, Qarabağda “heç bir Azәrbaycan yerli dibli yox idi” - deyәn  şәxs, özü dә tarix 
elmlәri doktoru, hәm dә diplomat hәmin hәqiqәtlәri bilmәyә borcludur, tarixi mәnbәlәri 
öyrәnmәyә borcludur. 
İndi dә Qarabağın vә onun paytaxtı Şuşanın әhalisinin tәrkibi haqqında. 
Ümumiyyәtlә, bu barәdә material olduqca azdır. Olan da çox ziddiyyәtlidir vә bәzәn 
qәti surәtdә  ağılkәsәn deyil. Biz artıq yuxarıda belә bir -fantastik ermәni mәlumatı 
gәtirmişdik ki, guya 1760-cı ildә Qarabağda 900 ermәni kәndi olub vә az qala 657 min 
ermәni yaşayıb. 
Ermәni müәlliflәrinin başqa bir mәlumatına görә, XVIII әsrin axırlarında Qarabağda 
11 min ermәni ailәsi olmuşdur. 
Qarabağda  әhalinin sayı  vә milli tәrkibi haqqında qismәn etibarlı  mәnbә Rusiya 
mәnbәlәridir. Lakin hәmin mәnbәlәrә  dә  tәnqidi yanaşmaq lazımdır. Mәsәlәn, 1972-ci 
ildә Yerevanda “Присоединение Восточной Армении к России” adlı iki cildlik sәnәdlәr 
mәcmuәsi nәşr olunmuşdur. Onun 1-ci cildindә Zaqafqaziyadakı yerli rus mәmurlarının 
Rusiya daxili işlәr nazirliyinә tәqdim etdiyi arayış (19 iyul 1811-ci il) verilmişdir. Orada 
göstәrilir ki, Qarabağda 12 min ailә yaşayır. Onun 2500-ә qәdәri ermәni ailәsidir.
184
 

Tofiq Köçərli 
- 60 - 
Qarabağ: Yalan və Həqiqət 
Ermәni naşirlәri bu rәqәmә münasibәt bildirmәyib. Zәnnimcә, 12 min vә 2 min 
yarım rәqәmlәri ümumi planda Qarabağ  әhalisinin nisbәti, yәni azәrbaycanlıların 
ermәnilәrdәn az qala beş dәfә çox olması haqqında düzgün tәsәvvür versә dә, hәqiqәti 
dәqiq әks etdirmir. 
XIX әsrin әvvәllәrindә Qarabağda әhalinin sayı, milli tәrkibi haqqında qismәn etibarlı 
mәnbә 1823-cü ildә  tәrtib olunmuş “Qarabağ  әyalәtinin tәsviri ...” kitabı sayıla bilәr. 
Hәmin kameral sayım materialları  әsasında X.D.Xәlilov hesablayıbdır ki, 1823-cü ildә 
Qarabağ  әyalәtindә 20095 ailә, o cümlәdәn 15729 azәrbaycanlı (78,3 faiz) vә 4366 
ermәni ailәsi (21,7 faiz) yaşamışdır.
185
 Başqa tәdqiqatçılar (S.S.Әliyarov vә s.) yenә 
hәmin materiallar әsasında deyilәn ildә Qarabağ әyalәtindә 18 min 563, o cümlәdәn beş 
ermәni-mәlikliyindә 1 min 559 ermәni ailәsinin (8,4 faiz) qeydә alınmasını 
göstәrmişlәr.186 
N.Axundov isә 19655 ailәnin, o cümlәdәn 4805 ermәni ailәsinin olmasını qeyd 
etmişdir.
187
 
Hәmin mәnbә ermәni müәlliflәrinin diqqәtindәn dә yayınmamışdır. Onlar 
hesablamışlar ki, 1823-cü ildә Qarabağ әyalәtindә 5107 ermәni ailәsi olmuşdur. 
Rәqәmlәrdәki fәrqlәr göz qabağındadır. Bununla belә Azәrbaycanlı ailәlәrin sayının 
ermәni ailәlәrindәn qat-qat çox olması şәksizdir. (Qarabağ әyalәtinin tәsviri ...” kitabı ilә 
mәn dә tanışam. Kitab Şuşa  şәhәri üzrә  vә  kәndbәkәnd ailәlәrin sayından, yәni ailә 
başçılarının ad vә familiyalarından ibarәtdir. Onları dәqiq hesablamaq, bir çoxlarının milli 
mәnsubiyyәtini müәyyәnlәşdirmәk (artıq qeyd olunduğu kimi, Xaçın mәliklәri Mirzә, 
Allahverdi, Qәhrәman, Çilәbird mәliyi Allahqulu kimi bir çox ermәnilәr azәrbaycanlı 
adlarını daşıyırdılar) olduqca әziyyәtli vә mürәkkәb işdir. Xüsusәn dә  mәnim gücüm 
çatan iş deyil. Ona görә  mәn, Xәlilovun hesablamalarını  әsas götürdüm. Deyәsәn, o, 
ciddi hesablama aparıb). 
Göstәrilәn ermәni ailәlәrindәn nә qәdәrinin yerli әhali olması vә nә qәdәrinin 1805-
1823-cü illәrdә İrandan gәlmәsi dә hәlә dәqiqlәşdirilmәyib. 
İrandan Qarabağa vә Azәrbaycanın digәr rayonlarına ermәnilәrin köçürülmәsi 1828-
ci ildәn kütlәvi vә mütәşәkkil xarakter almışdı. Bu, çarizmin rәsmi dövlәt siyasәti idi. 
1828-ci il fevralın 29-da general Paskeviç göstәriş vermişdi ki, ermәnilәr “başlıca olaraq 

Tofiq Köçərli 
- 61 - 
Qarabağ: Yalan və Həqiqət 
İrәvan vo Naxçıvan vilayәtlәrindә  vә qismәn Qarabağda” yerlәşdirilsin, “bir sıra 
müsәlman kәndlәri dindaşlarının  әn çox mәskunlaşdığı yerlәrә köçürülsün” vә  hәmin 
yerlәr ermәnilәrә verilsin. Bu, azәrbaycanlıları öz dәdә-baba yurdlarında sıxışdırmağa 
istiqamәt verilmәsi demәk idi. Bu, hәmdә Veliçkonun yazdığı kimi, “Zaqafqaziyanın bәzi 
hissәlәrinin, ermәnilәr tәrәfindәn müstәmlәkәlәşdirilmәsinin başlanması idi.” Paskeviçin 
başqa bir direktivi belә idi: “Şübhә yoxdur ki, xristianların böyük bir hissәsi 
Azәrbaycanda (İran Azәrbaycanında -T.K.) qalmayacaqdır... Xristianları Naxçıvan vә 
İrәvan vilayәtlәrinә getmәyә razı salmaq lazımdır. Bu vilayәtlәrdә xristian әhalisini nә 
qәdәr mümkündürsә çoxaltmaq nәzәrdә tutulur. Üzümçü vә onun yaxınlığındakı üç 
ermәni kәndinin sakinlәrinә Qarabağa getmәyә icazә vermәk lazımdır” 
188
 
İran ermәnilәrinin köçürülmәsinә bilavasitә başçılıq edәn ermәni Lazarov Paskeviçә 
fәrәhlә  xәbәr verirdi ki, “Qabaqca Marağa ermәnilәri, sonra bütün Azәrbaycan (İran 
Azәrbaycanı -T.K.) ermәnilәri (yerlәrini). tәrk etmәyi qәrara aldılar”.
189
 
Qlinkanın yazdığı kimi, “Türkmәnçayla hәmhüdud kәndlәrin ermәnilәri Qarabağa 
yollandılar”
190
 Üç ay yarım әrzindә 8 min ermәni ailәsi Araz çayını keçdi.
191
 
Beş mindәn artıq ermәni ailәsi Araza yaxınlaşan zaman, 1828-ci il aprelin 24-dә 
Paskeviç Lazarevә tapşırıq verdi ki, “keçkünlәrin böyük hissәsini, xüsusәn  әn kasıbları 
Qarabağa getmәyә tәhrik etsin”
192
. Lazarev tapşırığı can-başla yerinә yetirdi. Qlinkanın 
yazdığına görә, Lazarev “ermәni köçkünlәrinin böyük bir hissәsini, onları yol xәrci üçün 
pulla tәmin etmәklә, İrәvan xanlığına vә Qarabağ xanlığına getmәyә inandırdı.” 
Ermәnilәrin Qarabağa köçürülmәsindә Qarabağ komendantı Kaleçevski dә 
canfәşanlıq göstәrirdi. O, Paskeviçә yazırdı ki, “İran hökumәti Qarabağa keçmәk istәyәn 
ermәnilәrә maneçilik törәdir”.
193
 Paskeviç 1828-ci il noyabrın 9-da Qriboyedova tapşırdı 
ki, Kalaçevskinin qaldırdığı  mәsәlәyә dair İran hökumәti ilә danışıqlar aparsın. 
Qriboyedov tapşırığa  әmәl etdi vә noyabrın 29-da Paskeviçә bu barәdә  mәlumat 
verdi.
194
 Eyni zamanda Qriboyedov Qarabağ komendantına yazdı: “Mәktublarınızı mәnә, 
mәn olmayanda Amburqerә ünvanlayın, tәlәblәriniz hәmişә yerinә yetirilәcәkdir “.
195
 
Qriboyedov görürdü ki, “müsәlman mülkә-darlarının torpaqlarında yerlәşdirilmiş” 
ermәni köçkünlәri “müsәlmanları sıxıntılı vәziyyәtә salırlar vә onları әsaslı surәtdә narazı 

Tofiq Köçərli 
- 62 - 
Qarabağ: Yalan və Həqiqət 
edirlәr”, müsәlmanlar “ehtiyat edirlәr ki, ermәnilәr bir dәfә buraxdıqları torpaqlara 
hәmişәlik yiyәlәnәcöklәr”.
195a
 
Bu sözlәr çin oldu. Çar hakimiyyәt orqanlarının bilavasitә havadarlığı ilә yersizlәr 
gәlib yerlilәri sıxışdırmağa başladılar. Azәrbaycanda da İ.Çavçavadze yazdığı kimi oldu: 
“Çoxmu ya azmı  şeyә malikik, fәrqi yoxdur. hәr halda sizә (ermәnilәrә - T.K) 
daldalanacaq verdik, sizi sığındırdıq, sizinlә qardaşlaşdıq. Bizim öz evimizdә, bizimlә 
düşmәn kimi rәftar etmәyin”.
196
 
Hәlә 1911-ci ildә N.İ.Şavrov Zaqafqaziyaya 1828-1830-cu illәr әrzindә 40 min İran 
vә 84600 Türkiyә ermәnisinin köçürülmәsini vә onların “ermәni әhalisi yox dәrәcәsindә 
olan” Yelizavetpol vә  İrәvan quberniyalarında yerlәşdirilmәsini qeyd etmiş  vә onların 
xüsusәn “Yelizavetpol quberniyasının dağlıq hissәsindә (Dağlıq Qarabağda - T.K.) vә 
Göyçә gölü sahilindә mәskunlaşdırılmasını” vurğulamışdır. Şavrov hәm dә yazmışdır ki, 
Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermәnidәn 1 milyondan artığı  kәlmә 
ermәnidir.
197
 
Tarixi saxtalaşdıranlar üçün Paskeviçin әmrnamәlәri, Qriboyedovun yazdıqları, 
Qlinkaların,  Şavrovların kitabları ya yoxdur ya da heç nәdir. Siyasi mәqsәdlә, hәm dә 
görünür,  şәxsi maraqlar naminә uydurmaçılıq vә saxtakarlıq onlar üçün hәr  şeydir, 
hәqiqәtdәn üstündür. 
Çarizmin ermәnilәri Zaqafqaziyaya köçürmәk siyasәti Qarabağda ermәni  әhalisinin 
sürәtlә artmasına sәbәb oldu. Ermәni müәlliflәrinin yazdıqlarına görә köçkünlәrdәn 
Qarabağa cәmisi “700 ermәni ailәsi köçürülmüşdü. Onlardan 300 ailә geri qayıtmış 
(geriyә yol artıq bağlı idi! - T.K.), qalanların böyük hissәsi taun xәstәliyinә tutularaq 
hәlak olmuşdu.”. 
Ermәni müәlliflәrinin dediklәrindә bircә  hәqiqәt var: köçkün ermәnilәr içәrisindә 
ölәnlәr olmuşdu. Mәsәlәn, general Zubarevin Qarabağdan 1830-cu il aprelin 30-da 
Paskeviçә göndәrdiyi mәktubdan aydın olur ki, ermәnilәr nәinki tәkcә Dağlıq Qarabağa, 
hәmçinin Düzәn Qarabağa, Bәrdәyә köçürülüblәrmiş. Zubarev yazırdı ki, “Marağa 
ermәnilәri  әvvәlcә, qәdim, indi dağılmış  Bәrdә  şәhәrindә yerlәşdirilmişdi”. Lakin onlar 
Bәrdәnin qızmar günәşinә dözmәdilәr vә “üç ay әrzindә onlardan 1012 nәfәr hәlak oldu” 

Tofiq Köçərli 
- 63 - 
Qarabağ: Yalan və Həqiqət 
Lakin ermәni müәlliflәrinin gәtirdiklәri digәr faktlar hәqiqәtdәn tam uzaqdır. 1832-ci 
il üçün Qarabağda ermәni ailәlәrinin sayı artıq 6491-ә çatmış vә Qarabağ әhalisinin 31,6 
faizini tәşkil etmişdi.
198-199
 Әgәr ermәnilәrin yazdığı kimi, 1823-cü ildә Qarabağda 5107 
ermәni ailәsi olmuşdursa, artıq 1832-ci ildә onların sayı 1823-cü ildәkindәn 1384 ailә 
çox idi. Әgәr mәsәlәn, Xәlilovun göstәrdiyi rәqәmi - 1823-cü il üçün 5107 deyil, 4366 
ermәni ailәsini әsas götürsәk, artım 2125 ailә tәşkil edәr. Hәr halda 10 il әrzindә belә 
tәbii artım ola bilmәzdi. Bu artım, başlıca olaraq İrandan köçürülәnlәr hesabına baş 
vermişdi. 
A.Y.Xan-Aqov (çox ehtimal ki, ermәni müәllifidir) 1887-ci ildә yazmışıdır ki, 1825-
1826-cı illәrdә İrandan Zaqafqaziyaya 18 minә yaxın ermәni ailәsi köçmüşdür.
200
 Bu fakt 
Qlinka,  Şavrov vә digәr rus müәlliflәrindә yoxdur. Onlar, yaxşı  mәlum olduğu kimi, 
Zaqafqaziyaya 1828-ci ildәn başlayan ermәni axınını  tәdqiq ediblәr.  Әgәr Xan-Aqovun 
dediyi hәqiqәtdirsә, onda Şavrovun gәtirdiyi fakta -Zaqafqaziyada yaşayan bir milyon üç 
yüz min ermәnidәn bir milyonunun gәlmә olmasına 90 min dә (18000x5) әlavә 
edilmәlidir. Zәnnimcә, Xan-Aqova inanmamağa  әsas yoxdur. Çünki o, mәsәlә ilә 
bilavasitә mәşğul olmuş, xüsusәn Cavanşir qәzası kәndlәrinin vәziyyәtini tәdqiq etmiş vә 
sözügedәn- 18000 ailәnin bir hissәsinin mәhz Cavanşir elindә  mәskunlaşmasını, daha 
konkret, Maraqalı, Canyataq, yuxarı Çaylı  vә  Aşağı Çaylı  kәndlәrini bina etmәsini 
vurğulamışdır.
201
 
Köçkün ermәnilәr Qarabağdan kәnarda da yerlәşdirilmişdi. Mәsәlәn, 30-cu illәrdә 
İrandan gәlәn ermәnilәr Göyçay qәzasında Gәrmәxana kәndini vә  Şamaxı  qәzasında 
Zarhu kәndini salmışdılar.
201a
 Bu faktı tәdqiqatçı İ.A.Abelov gәtirmişdir. 1887-ci ildә. 
İran vә Türkiyәdәn köçürülәn ermәnilәrin nә qәdәrinin Azәrbaycanda yerlәşdirilmәsi 
hәlә  dәqiqlәşdirilmәyib. Ümumi şәkildә demәk olar ki, hәmin ermәnilәrin  әsas hissәsi 
çarizmin rәsmi siyasәtinә müvafiq olaraq vә Paskeviçin konkret göstәrişinә  әsasәn 
(“müsәlman vilayәtlәrindә xristian әhalisini nә  qәdәr mümkündürsә çoxaltmaq”.) 
müsәlman vilayәtlәrindә yerlәşdirilmişdi. Mәsәlәn, Z.Balayan, 1920-ci ildә Ermәnistanda 
700 min nәfәr ermәni yaşamasını söylәyәrәk etiraf etmişdir ki, bu ermәnilәr “әsasәn 
1828-ciildә  İranda rus sәfiri Aleksandr Qriboyedovun xilas etdiyi ermәnilәrdir. Onlar 
İrandan (hәm dә Türkiyәdәn - T.K.) repatriasiya edilәnlәrdir. Ümumiyyәtlә bizim bir çox 

Tofiq Köçərli 
- 64 - 
Qarabağ: Yalan və Həqiqət 
yaşayış  mәntәqәlәrimiz Qriboyedovun vaxtında salınmışdır. Mәsәlә bundadır ki, indiki 
әrazimizdә yalnız bәzi adacıqlar yaşayış üçün yararlı idi, әsrlәr boyu, minilliklәr boyu 
insanlar harada su varsa, oazis varsa, yalnız orada yaşamışlar”. 
Bu, düzgün etirafdır. Ancaq Balayan, hәm dә etiraf etsәydi ki, “indiki Ermәnistan 
әrazisindә yalnız bәzi adacıqlar yaşayış üçün yararlı” olsa da, bu yerlәr boş qalmamışdı 
vә orada azәrbaycanlılar mәskunlaşmışdı, onda Balayan hәqiqәti tam etiraf etmiş olardı. 
Әlbәttә, bu halda Balayan Balayan olmazdı! Amerikan müәllifi C.Makkarti haqlıdır: 
“1828-ci ilәdәk Ermәnistan  әhalisinin 80 faizi müsәlmanlardan ibarәt olmuşudur”. 
Bununla  әlaqәdar bir mәsәlәni ötәri qeyd edәk. Rusiya statistikasına görә, XIX әsrin 
әvvәllәrindә, Naxçıvanın Rusiya tәrәfindәn işğalına qәdәr Naxçıvan әyalәtindә ermәnilәr 
әhalinin yalnız 16,4 faizini tәşkil etmişlәr. Lakin ermәni müәlliflәri bu faktla 
hesablaşmadan uy-dururlar ki, ermәnilәr Naxçıvan әhalisinin 80 faizini (R.Yenkibaryan), 
yaxud 55 faizini (K.Mikaelyan) tәşkil etmişlәr. Bu saxta dәlillәrә istinad edәrәk dә onlar 
Naxçıvana iddia irәli sürürlәr. 
Әgәr ermәni müәlliflәrinin “mәntiqi”  әsas götürülsә, onda XIX әsrin  әvvәllәrindә 
Ermәnistan  әhalisinin yalnız 20 faizini tәşkil edәn ermәnilәr Ermәnistandan imtina 
etmәlidirlәr. Azәrbaycan XVIII әsrin vә XIX әsrin  әvvәllәrinin siyasi reallıqlarına, o 
zamankı Ermәnistan  әhalisinin milli tәrkibi haqqında saxta vә uydurma olmayan real 
faktlara әsaslanaraq Ermәnistana, Yerevana iddia irәli sürmәlidir. 
Şuşa  şәhәri  әhalisinin tәrkibindә  dә ciddi dәyişikliklәr baş vermişdi. 1823-cü ildә 
Şuşada yaşayan 1532 ailәdәn 1111-i azәrbaycanlı (72,5 faiz), 421-i ermәni ailәsi (27,5 
faiz) idi. 
Artıq 1832-ci ildә  gәlmәlәr hesabına ermәnilәr  Şuşa  әhalisinin 44,9 faizini tәşkil 
etmişdilәr. 1823-1832-ci illәr әrzindә onlar 27,5 faizdәn 44,9 faizә çatmışdılar! 
Qarabağın,  Şuşanın ermәnilәşdirilmәsinin startı belә götürülmüşdü. Startçı isә 
Rusiya idi! 
Bu, artıq 1897-ci ildә ermәnilәrin Şuşada çoxluq tәşkil etmәsi ilә nәticәlәndi (14356 
ermәni vә 10809 azәrbaycanlı). 
Göründüyü kimi, Şuşa  şәhәrindә vaxtı ilә barmaqla sayılan ermәnilәr artıq  şәhәr 
әhalisinin  әksәriyyәtini tәşkil etmişdilәr. Hәmin proses Şuşa qәzasında da getmişdi 

Tofiq Köçərli 
- 65 - 
Qarabağ: Yalan və Həqiqət 
(mütәxәssislәrin fikrincә, Şuşa qәzasının әrazisi әsasәn indiki Dağlıq Qarabağ vilayәtinin 
әrazisinә uyğun olub). 1807-ci ildә qәzada 88243 ermәni (14356-sı Şuşa şәhәrindә) vә 
73910 azәrbaycanlı 10809-u Şuşada) yaşayırdı. 
Bir anlığa hesab edәk ki, Şuşa qәzasında Şuşa azәrbaycanlılar yaşayan yeganә oazis 
olmuş, qәzada Xocalı  kәndi vә azәrbaycanlılar yaşayan onlarca digәr kәndlәr 
olmamışdır. Vә hesab edәk ki, qәza әhalisi yalnız 88243 (73887+14356) ermәnidәn vә 
10809 Şuşa azәrbaycanlılarından ibarәt imiş. Hәmin halda ermәnilәr qәza әhalisinin 95 
faizini yox, yalnız 11 faizini tәşkil etmiş olarlar. 
Götürәk 1897-ci il üçün Qarabağın üç qәzasının - Şuşa, Cavanşir vә Cәbrayıl qәzaları 
әhalisinin tәrkibini. hәmin qәzalarda müvafiq olaraq 88243, 19555 vә 15750, yәni 
123548 ermәni vә müvafiq olaraq 73910, 52041 vә 49189, yәni 175140 azәrbaycanlı 
olmuşdur. Fәrz edәk ki, birinci haldakı  kimi,  bu  halda da  hәr üç qәzanın  әhalisi yalnız 
123548 ermәnidәn vә 10809 Şuşalı azәrbaycanlılardan ibarәt imiş. Bu halda da tәkcә 
Şuşalı azәrbaycanlılar deyilәn miqdarın 8,1 faizini tәşkil edәr. 
1897-1917-ci illәr  әrzindә  Şuşa qәzası  әhalisinin etnik tәrkibindә ciddi dәyişikliklәr 
baş vermәmişdi. “Кавказский  Календарь” mәcmuәsinin mәlumatına görә 1917-ci il 
üçün  Şuşa qәzasında 98347 ermәni (22934-ü Şuşa  şәhәrindә) vә 84592 azәrbaycanlı 
(19091-i Şuşada) yaşamışdır. Deyәk ki, qәzanın әhalisi yalnız vә yalnız 98347 ermәnidәn 
vә 19091 Şuşa azәrbaycanlısından ibarәt olub. Bir anlığa tәsәvvür edәk ki, belә olub. Bu 
halda da tәkcә Şuşalı azәrbaycanlılar qәza әhalisinin 16 faizini tәşkil etmiş olarlar. 
Ermәni müәlliflәri dә,  İ.Lenski dә V.Stupişin dә deyә bilәrlәr ki, biz tәkcә  Şuşa 
qәzasını yox, Cavanşir vә Cәbrayıl qәzalarını da nәzәrdә tuturuq. Olsun. 1917-ci il üçün 
hәmin qәzaların birindә 21755 ermәni vә 65583 azәrbaycanlı, digәrindә 22008 ermәni 
vә 46947 azәrbaycanlı olmuşdur. Bir anlığa fәrz edәk ki, deyilәn üç qәzanın әhalisi yalnız 
vә yalnız 142111 ermәnidәn (98347+21756+22008) vә 19091 şuşalı azәrbaycanlıdan 
ibarәt olmuşudur. Hәmin qәzalarda 178031 azәrbaycanlı da (Şuşa daxil edilmәdәn) әsla 
yaşamamışdır. Bu halda yenә  dә  tәkcә  Şuşa azәrbaycanlıları deyilәn üç qәzanın 
әhalisinin 11,8 faizini tәşkil etmiş olar. 
Faktlar belәdir. 

Tofiq Köçərli 
- 66 - 
Qarabağ: Yalan və Həqiqət 
Bir sözlә Lenskinin, Stupişinin vә ermәni müәlliflәrinin ermәnilәrin Qarabağda 
әhalinin 95 ya 98 faizini tәşkil etmәlәri haqqında iddiaları tamamilә әsassızdır. 1920-ci 
ildә Dağlıq Qarabağda 145 min nәfәr ermәni yaşaması haqqında mәlumat da havadan 
götürülmә mәlumatdır. 
1918-1920-ci illәr әrzindә Dağlıq Qarabağın ermәni әhalisi hәtta qismәn azalmışdı. 
Bu, Ermәnistanın Dağlıq Qarabağda yaratdığı  gәrgin hәrbi-siyasi vәziyyәt nәticәsindә 
baş vermişdi. 
Gәrәk ki, ingilislәr deyib: “Rәqәm yalan danışa bilmәz, amma yalan rәqәmdә ifadә 
olunar”. 
Balayanların vә onlara dәm tutanların Qarabağda ermәnilәrin xüsusi çәkisi haqqında 
dönә-dönә gәtirdiklәri rәqәmlәrdә yalan ifadә edilmişdir. 
Ağ yalan vә uydurma! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Tofiq Köçərli 
- 67 - 
Qarabağ: Yalan və Həqiqət 
Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin