AZƏrbaycan diLİ VƏ tariXİ



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə8/16
tarix31.01.2017
ölçüsü1,83 Mb.
#7201
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

HƏSƏNƏLİ QARADAĞİ 
 
QARABAĞ VİLAYƏTİNİN  
QƏDİM VƏ CƏDİD KEYFİYYƏT  
VƏ ÜVZALARI… 
 
(İQTİBAS) 
 
 
121

 
HƏSƏNƏLİ QARADAĞİ 
 
Həsənəli Qaradaği (1848-1928) Qarabağda çoxcəhətli fəaliyyət 
göstərmişdir. O, ana dili ilə yanaşı olaraq rus, fars, ərəb dillərini də 
yaxşı bilirdi. Didaktik məzmunlu  şeirləri və  tərcümələri Qori 
seminariyası üçün nəzərdə tutulan "Vətən dili" kitabından tutmuş, 
müasir dövrümüzə  qədər müxtəlif dərslik və  məcmuələrdə çap 
olunmuşdur. Mir Möhsün Nəvvabla dostluq etmiş  və  Şuşada "Məclisi 
fəramuşan" yığıncaqlarında iştirak etmişdir. 0, hələ  Şuşada ana dilli 
məktəblərdə müəllimlik edərkən  Şuşa və Qarabağ tarixi abidələrinə 
dərin maraq göstərirdi. 
Qarabağ tarixinə  bəslənən dərin maraq nəticəsində 1880-ci ildə 
"Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları, Pənah xan, 
İbrahim xan və Mehdiqulu xan əyyami-hökumətlərinin əksər vəqaye və 
hekayətləri" adlı əsər yazmışdır. Təəssüf ki, əsər tam halda əldə yoxdur. 
Oxuculara həmin  əsərdən Həsənəli Qaradağinin oğlu Məhəmməd 
Qaradağinin 1936-cı ildə etdiyi qısa iqtibası oxuculara təqdim edirik. 
  
 
122

 
 
ÜMUM QARABAĞ VİLAYƏTİNİN 
(SABİQ QARABAĞ XANLIĞININ) 
MƏRKƏZİ OLAN ŞUŞA ŞƏHƏRİNİN ƏHLİ, 
1848-ci MİLADİ İLİNDƏ TƏVƏLLÜD TAPMIŞ VƏ 
1929-cu İLDƏ VƏFAT ETMİŞ VƏ ŞUŞADA 
MƏDFUN OLMUŞ, ZƏMANƏSİNİN MƏRUF VƏ 
MƏŞHUR ƏDİB VƏ ŞAİRİ VƏ MƏTBUAT İŞÇİSİ 
HƏSƏNƏLİ QARADAĞİNİN ƏSƏRİ OLAN, 
1880-ci İLDƏ YAZILIB HƏMAN İLİN YEDDİ 
AVQUSTUNDA XƏTM EDİLMİŞ 
 
"Qarabağ vilayətinin qədim və  cədid keyfiyyət və övzaları, Pənah 
xan,  İbrahim xan və Mehdiqulu xan əyyami-hökumətlərinin  əksər 
vəqaye və hekayətləri" adlı kitabından iqtibas: 
Mən məzkur Həsənəli Qaradağinin oğlu hal-hazırda Ağdam 
şəhərində (Qarabağ) yaşayan Ağdam rayon torpaq şöbəsinin müfəttiş-
aqronomu Məhəmməd Qaradaği mənə tapşırıldığı üzrə gərək rus dilində 
yazaydım. Lakin dövlət orqanları  tərəfindən mənə verilmiş vaxt yalnız 
bir gündən ibarət olduğundan (yəni 1936-cı il 8 may) mərhum ağamın 
yazdığı kitabın mühüm və lazımi yerlərindən iqtibas edərək eynilə türk 
dilində bu dəftərə köçürməyi lazım bildim. 
Kitabın müqəddiməsində: Qarabağın keyfiyyət və hekayətlərinə dair 
keçmişlərdən nüsxəcati-mütəfərriqə tərqim və tərsil qılmışdılar. Amma 
onların müsəvvəcatı köhnə  və mündəris olmuşdular. Həm də farsi 
zəbani ilə inşa edib yazmışdılar ki, savadı az olan türklər ondan 
ləzzətəndus və dimağəfruz olmazdılar. 0 cəhətə, o mütəfərriqə 
nüsxələrdən və qeyrilərdən tərtib və  təsnif etdim. Vazeh türk lisanına 
tərcümə  qılıb yazdım ki, Qarabağ vilayətinin  əksər vəqaye və 
keyfiyyətləri və  xəvanini-sabiqlərin icmalən  əhvalat və hekayətləri və 
əlavə münasibi-məqam olan güzarişlərdən ondan məcmu və mündərəc 
ola ki, bir asar və yadigar qala. Zira bu vaxta kimi bu işə hələ başqası 
iqdam etməmişdir. 
 
123

Ümidvaram ki, bu təzə güftarı uyubi-kəzb və duruqdan ari bilib qeyri 
təvarixlərin mədh və zəmm və ifrat və təfrit birlə münəffəm güman və 
qiyas olunmayıb ki, həqiqəti  əhval sidqi məqqad mərqum və  məshur 
olmuşdur. 
 
Bəsirət əhli hikmət sanma hər cahildən əxz eylər,  
Süluk əhli təriqəti mürşidi kamildən əxz eylər.  
Səyahət bəhru bər seyli deyil, ərbabi-ürfanə,  
Ki, rəsmi hikməti arif baxar, aqildən əxz eylər. 
 
 
QARABAĞIN SƏRHƏD VƏ SINIRI VƏ ONDA OLAN  
MƏNFƏƏTLİ NƏHRİ-ƏZİM VƏ ŞƏHRİ QƏDİMLƏR 
 
Qədim asar və  təvarixə görə Qarabağ vilayətinin sərhəd və  sınırı 
cənub tərəfi Araz çayıdır. Xudafərin körpüsündən gedib Qazax Dəmirçi-
Həsənəli camaatının içində vaqe olan "Sınıq körpü"yə ki, indi rusca ona 
"Krasnıy most" deyilir. Şimal tərəfi Kür çayıdır.  Şərq tərəfi Cavad 
qəryəsidir ki, orada Araz ilə Kür bir-birinə müttəsil olub gedib dəryayi-
Xəzəriyyəyə tökülür. Qərb tərəfi böyük dağlardır ki, Gəncənin Qazax, 
Şəmsəddin xalqının və Qarabağ ilatının yaylaqlarıdır. 
Bu halda Qarabağda sərhədi-müəyyən budur: Cənub Araz çayı 
Xudafərin körpüsündən gedir Cavad, Zərdab və  Əlvənd kəndlərinin 
müqabilinədək, Şərq Kür çayıdır. Səmti - şimali ki, Gəncə ilə Qarabağın 
sərhədi olan Goran çayıdır. Qərbən Kuhistani - Qarabağdır. İlat xalqının 
yaylağı ki, Küşpək, Salvartı  və  Ərikli dağlandır. Yazılara görə bu 
Qarabağ vilayəti qədim Aran məmləkəti cümləsindəndir. Nuh 
tufanından sonra Nuhun övladlarından Aran adlı birisi gəlib bu 
vilayətlərə hökmran olub, bu məkanları abad qılıb və Kür suyu ilə Araz 
çayının arasında olan şəhərlərə ki, ibarət ola Tiflis, İrəvan və Naxçıvan 
və Qarabağda olan Bərdə  və Beyləqan  şəhərləri ki, hənuz ikisi də 
xarabadır və  Gəncə ki, indi Rusiya ona Yelizavetpol ad qoyubdur, 
tamam bu yerlərə öz ismini qoyub Aran məşhur edibdir. Qarabağ 
vilayətində əvvəl şəhər ki, bina olub Bərdə şəhəridir ki, Tərtər çayının 
üstə və Kür çayının qiblə tərəfində və üç ağaclığında 
  
 
124

vaqedir. Sabiq Bəni Abbasiyə xəlifələrinin əsrində, o zamandakı Bağdad 
şəhərini məmur edib və Darülxilafə qılıb əylənirlər. İslamiyyə tarixi 306 
sənədə olanda həmən  şəhərin  əhli müsəlman oldular. Bərdədən sonra 
Qarabağda səmti-Arazda Beyləqan  şəhəri bina olub. İran və Fars 
padşahlarından Qubad padşah (zahirən  Ənuşirəvan Adilin atası) bina 
etmişdir. Təxminən min yüz il bundan qabaq. Həmən Qubad şah Araz 
çayından bir əzim arx götürüb səhrayı  vəsiül-fəzai Beyləqan  şəhərini 
abad edib və Köndələn çayı ilə Qarqar çayının arasında yaxşı  kəndlər 
salıb,  əkin yerləri təqsim edib. Hamı o aralıqda bağ  və ziraət və 
abadanlıq etmişdir. Qədim vaxtı o arxın adı "Bərlası"dır.  İndi Govur 
arxı  məşhur olub. İslam tarixi 635-ci ildə Çingiz xan (monqol) 
davasında bu Beyləqan  şəhəri mühasirədə qalandan sonra Çingiz xan 
İrana artıq qəzəbnak olduğu üçün o şəhəri qətliam etdirib, o şəhəri və 
arxı viran etmişlər. Qarabağ vilayətinin  əhalisi təmamən Qarabağın 
dağlarına və  Şirvana pərakəndə olub dağıldılar. Çox müddət bu yerlər 
virana qaldı. Teymurləng padşah sultani-Rum İldırım Bayazıdı davada 
məğlub edib qayıdarkən Muğana gəldi və güzarı Beyləqan  şəhərinin 
xərabəsinə düşüb bu yerləri çox bəyendi. Oraları yenidən abad etməyə 
başladı.  Əmr verdi, camaat toplandı. Sabiq qərar üzrə buraları abad 
etdirdi.  İkinci dəfə bu şəhər Səfəviyyə dövlətinin  əsrinə yaxın  İran və 
Rum qoşunları Gürcüstan və  Şirvan vilayətlərinə  tərəddüd etməyindən 
və mükərrər gəlib-getməkdən o məkanlar səhra və düz yerlər olduğu 
cəhətdən ləşkər tərəfindən payımal və qarət olmağa davam gətirməyib 
əhali  şəhəri buraxıb yenə  də dağıldılar. Nəhr və  şəhər yenidən viranə 
qaldı. Bu yaxın vaxtlarda Əhməd bəy Cavanşir ibn Cəfərqulu bəy və o 
da Məmməd bəyin oğlu ki, Pənah xanın övladlarındandır, hicri 1283-cü 
ildə Qarabağın Vərəndə mahalına hakim mənsub olmuşdur. Buna 
baxmayaraq ki, rus hökuməti çox mühəndis və mütəxəssislər 
göndərmişdir, gəlib o arxın məbərinə mülahizə edib ixracatına təxmin 
qılmışlar. Dəhnəsi və  məbəri qayətdə  əsəb və üsirül-əlac olduğu üçün 
əmələ  gəlməyib artıq milyonlar xərc tələb etdiyi üçün uzun müddət 
tədricən təmir etməyə  qərar qoymuşdular. Nəhayət,  Əhməd bəy 
Cavanşir öz tədbirli adamları ilə  əlahiddə  məhəldən arxa dəhnə bina 
edib öz xərci ilə bu arxı yenidən çıxartdı. Şimdi otuz dəyirman işlədən 
suyu vardır. Keçən il bu arxın altında düyü, maş, küncüd, 
 
125

bostan, ipək, çəltik, ipək üçün tut, darı  və  hər növ hübubat əkilmişdir. 
Əgər bu arx yaxşı  təmir olunub nizama salınarsa, beş min ev burada 
gözəlcə güzəran edər. Bu arxdan başqa Beyləqan səhrasına qədim 
əsrlərdə ayrı-ayrı bir çox arxlar Araz çayından dəxi çəkib gətirmişlər. 
Və öz üzərlərində böyük kəndlər və ziraətlər bulunmuş. Bu balaca 
arxlardan Pənah xan və  İbrahim xan əsrlərində  təmir edilib istifadə 
edilirmiş. Bu arxların adları: Kürək arxı, Meymənə arxı, Ləvar arxı, 
Gəmiçi arxı, Taşqay arxı, Sarı arx, Xan arxı, Ayaz arxı olmuşdur. 
 
 
ƏVVƏLİNCİ FƏSİLDƏN 
 
Qarabağ qədimlərdə Gəncə xanlarına tabe olarmış. Gəncə xanlarının 
əsilləri Qacariyyədir ki, onlara məşhur Ziyadoğlu itlaq edərlərmiş. Onlar 
sabiq padşahın firdosməkan Səfəviyyənin  əsrlərində dudman olub, 
nəhayət, çox ixlas və iradətləri olduğu səbəbə  əksər ovqat İran 
dövlətində sahibi ixtiyar, bəylərbəyi və sərdar olurdular. Həmişə iqamət 
yerləri Gəncə olurdu. Gürcüstan ilə onların sərhədləri Sınıq körpü, 
Yuxarı Surudaş  və  İran Azərbaycanı ilə  sərhədləri Araz çayı  və 
Xudafərin körpüsü olub. Gəncədə daim sakin və hakim olublar. Bəzən 
tamam Azərbaycan məmləkətinə hökumət olublar. 1148-ci sənədə Nadir 
şah məmaliki-İrana padşah oldu. Nadir şah Muğan səhrasında özünü 
şahi-İran elan etdikdə  Gəncə xanları bunun İrana  şah olmasına bərəks 
olduqlarını Nadir şaha xəbər verdilər. O da onları oradan Xorasana 
sürgün etdirdi. Nadir şah tez zaman Gəncə, Tiflis, Qarabağ, İrəvan, Şəki 
və Şirvan vilayətlərini Rum sultanının tələssütündən çıxarıb öz tərəfinə 
gətirdi. Bir az müddət bu vilayətlər Gəncə hakiminə baxdılar. Amma 
sonra Ümumazərbaycan bəylərbəyisinə tabe oldular. Belə ki, hər 
mahalda xanlar və  məliklər və minbaşılar olub Azərbaycan sərdarının 
əmri ilə idarə edilirdilər. Tainki, 1160-cı tarixdə Nadir şahı Xorasanda 
qətlə yetirdilər. Hər yerdə iğtişaş düşdü. 
  
 
126

 
İKİNCİ FƏSİL 
 
 
Pənah xanın  əsil və  nəsəbi Cavanşir Dizaq elindən və Sarıcalı 
oymağındandır ki, Sarıcalı  qədim Bəhmənli elindən bir firqədir ki, 
əyyami-sabiqdə Türküstan məmləkətindən gəlibdir. Mirzə Adıgözəl 
nam yazdığına görə, belə rəvayət edir ki, Pənah xanın əsil-nəsəbi Arqun 
xan Çingizə yetişib. Belə ki, dudmani-Çingiziyyənin padşahlığı 
dağıldıqdan sonra o nəsildən biri Gürcüstanın Lori qalasına gəlib gizli 
yaşayır. Gəncə xanlarının işləri tərəqqi edən zaman isə  gəlib Gəncədə 
xidmət edirmiş. Sonradan daha o xanlara xidmət etmək istəməyib 
Qarabağa gəlir və Cavanşir oymağında olur. Burada yaxşı dövlət 
qazanır. Bir oğlu olur, çox gözəl, adını Əli qoyur. Bunu çox sevərmiş. 
Və Sarıca Əli deyərmiş. Burada dövləti, naxırı, sürüsü, çoban və nökər, 
muzdurları artırıb bir böyük oba olurlar. Bu obanın adını o vaxtdan 
Sarıca Əli qoyurlar. Pənah xan həmin bu nəsildən əmələ gəlmiş (Sarıcalı 
kəndi indi Ağdam rayonundadır). Pənah xanın atasının adı İbrahimxəlil 
ağa imiş. Bu İbrahimxəlil ağanın Ağdamda tağbənd damı varmış. 
(Damın üstü ağ olduğu üçün yer Ağdam adını bu damdan götürmüş.) 
Araz kəndində  dəxi asari və yaylaqda İbrahimxəlil ağa qalağı, məşhur 
imarəti və nişanəsi vardır. Bunlar hamısı onun böyük dövlət və hikmət 
sahibi olmasını sübut edir. Nadir şah bu yerləri tələssüt edən zaman 
harada qoçaq və bacarıqlı adam varsa öz başına toplamağa başlayır. O 
cümlədən,  İbrahimxəlil ağanın böyük oğlu Fəzləli bəyi çağırıb öz 
yanında yaxşı xidmətə qoyub (eşikağası mənsəbinə), sonra Fəzləli bəyi 
qətlə yetirirlər. Nadir şah onun qardaşı ilat arasında məşhur Pənahəli 
bəy Cavanşir Sarıcaəlini çağırıb qardaşının yerinə qoyur və rütbəsini 
dəxi artırır. Nadir şah Gəncə  və s. vilayətləri Osmanlı sultanının 
ixtiyarından çıxarandan sonra Osmanlı sultanı Abdulla paşanı yüz min 
atlı  və piyada qoşun ilə göndərib Nadir şahdan həmən vilayətləri xilas 
etmək üçün dava etmişlər.  Əlhasil, Nadir şah onları  məğlub edib, 
Abdulla paşanı  dəxi qətlə yetirmişdir. Bu davada Pənah xan böyük 
rəşadət göstərmiş. Nadir şah bundan sonra Pənah xanı çox yaxın 
tutarmış. Bu yaxınlıq sonralar çox müqərrəb  şəxslərin həsədinə bais 
olduğundan Nadir şaha Pənah xandan çox iftiralar düzəldib deyirdilər. 
Nadir  şahın yavaş-yavaş  Pənah xana etibarı  kəsilir, bunu hiss edən 
Pənah xan Nadir şahın Xorasandan getməsindən istifadə edib, yığışıb 
Qarabağa fərar edir. 
  
 
127

Başına dəstə toplayıb quldurmanənd dağlarda və meşələrdə 
yaşayaraq və  ətraf  Şəki vilayətində  Qəbələ mahalında gün keçirərmiş. 
Nadir  şah bu əhvalı bilərkən onun Cavanşirdə olan qövm elini və 
əqrəbasını və camaatını tamamilə Xorasana sürgün etdirib Pənah xanın 
özünün tutulmasına və təqib edilməsinə əmr verdi. Sonralar Pənah xanın 
15 yaşında oğlu  İbrahimxəlil ağa (babasının adını qoymuşdu) 
Xorasandan qaçıb atasının yanına gəlmişdi. Nəhayət, Nadir şah 
Xorasanda qətlə yetiriləndən sonra (hicri 1160-cı il) Pənah xan 
Qarabağda hüzura çıxır və başına cavanlardan böyük qüvvə toplayıb 
Gəncə  və Naxçıvan tərəflərə hücum edib, çalıb-çapıb, götürürlər. 
Xorasana sürgün edilmiş ilat Nadir şah qətlə yetiriləndən sonra geri 
qayıdırlar. Bu xəbər Pənah xana çatan kimi İraq və Azərbaycan 
sərhədlərinədək öz dəstəsi ilə ilatı istiqbal edir. Böyük şadyanalıq ilə 
Qarabağa varid olurlar. Bu dəfə Pənah xan bu camaatın qüvvətlənməsi 
üçün çalışıb bunları bir növ düzəldir. Tez bir zamanda bu yerlərdə 
böyük hörmət və qüvvəyə malik olur. 
Pənah xanın calal və qüdrətini bilən  ətraf  Şirvan və  Şəki hakimləri 
bunun davamını özləri üçün qorxulu olduğuna qərar verdilər və  rəfinə 
ölçü götürməyə çalışdılar. Pənah xan dəxi öz növbəsində bunlardan 
özünü müdafiə etmək üçün tədbirlər görməyə başladı. İlk əvvəl bir qala 
bina etməli idi ki, ətraf xanlar ona hücum edən zaman öz ailə  və 
yaxınlların orada hifz edə bilsin. Hicri 1161 (1747)-ci ildə Bayat 
qalasını ki, indi Kəbirli mahalındadır, bina edib hasar çəkdirdilər. Əhli-
əyallarını buraya topladılar.  Şəki və  Şirvan xanları  dəfələrlə hücum 
etdilərsə, Pənah xan onları  məğlub etdi. Ondan sonra günü-gündən 
Pənah xan qüvvətlənib böyüdü. 
Nadir  şahdan sonra İranda Adil şah hakim oldu. Bunun tərəfindən 
Azərbaycana göndərilən hakim əmirlər Pənah xanın şöhrətini bilib ona 
ənam göndərirlər. Pənah xan da qəbul edib, onun adamlarına böyük 
hörmət və ziyafət edir. Əlhasil sərdar Əmiraslanın yazmasına görə Adil 
şah Pənahəliyə xanlıq fərmanı göndərir. Bu dəfə olur Pənahxan(1747-ci 
ildə). 
Qarabağın erməni camaatı yaşayan tərəf o vaxt Xəmseyi-Əramənə 
adlanaraq, beş  məlikə  təqsim edilirdi. Bu məliklər erməni məlikləri 
tərəfindən idarə olunaraq İran şahlarına tabe idilər. 
1. Dizaqmahalı. Məlik Yeqan tərəfindən idarə olurdu. Bu məlik 
Nadir şaha çox yaxın idi. Əsli Loridən fərar etmişdi. 
  
 
 
128

2. Vərəndə mahalı. Məlik Şahnəzər. Əsli Göyçə mahalındandır. 
3. Xaçın mahalı. Məlik Həsən Calalyan övladı. 
4. Çiləbörd mahalı. Məlik Allahqulu nəsli tərəfindən idarə olu-nurdu. 
5. Talış mahalı. Məlik Usub nəsli. 
Bu məliklər ilə xüsusən Çiləbörd və Talış mahalı ilə  Pənah xanın 
vuruşmaları olub. Sonralar özünə tabe edir. Pənah xan Qarabağda ikinci 
bir qala tikdirdi. Bu da Tərnəgüt qalası adlandı. Hansı ki, indi Şah 
bulağı deyilir. 1165-ci hicridə. Bunun səbəbi o idi ki, Bayat qalası Aran 
yerdə olduğu üçün yay zamanı yaşamaq çətin idi. Odur ki, dağ səmtinə 
getməyi məsləhət bildilər. Təzə qalanın yaxşı suyu və badi-səfa yeri var 
idi. Tez bir zaman Pənah xan bütün Gürcüstan, İran, Naxçıvan, 
Azərbaycan və  hər yerdə  şöhrət tapıb hamı qorxudan ona yaxınlıq və 
dostluq etməyə başladılar. Hara gedirdi, təsərrüf tapırdı. 
Azərbaycana Məhəmmədhəsən xan Qacar hakim olmuşdu. Hərçənd 
son illər ki, hakimlər ilə, xüsusən Əmiraslan xan ilə Pənah xan çox dost 
idi, lakin bu yeni gəlmiş  Məhəmmədhəsən xandan ehtiyat edirdi. Ona 
görə  də mövcud qalaları  əgər dava düşərsə,  İran qızılbaşlarına 
cavabverici tərzdə deyildi. Pənah xan və onun yaxınları yeni bir 
möhkəm qalanın binasına qərar verdilər. Bu qalanın elə bir mərkəzdə 
olmasını  məsləhət gördülər ki, bura həm Aran, həm də dağ camaatına 
yaxın olsun. Belə bir məkan, indiki Şuşa şəhərinin yerini tapdılar. Təbii 
bir qaladır ki, hər yandan hündür qayalar, əlçatmaz daşlar idi. Yalnız 
belə bir yerdə İran qızılbaşlarından müdafiə olunmaq mümkün idi. Şuşa 
qalası hicri 1168 (1754)-ci ildə bina olunmuşdu.  İlk  əvvəl bura 
Pənahabad adlandırılır. Burda pul sikkəsi dəxi vurulur. Eyni zamanda 
şəhərin yaxınlığında olan Şuşa kəndinin adı ilə Şuşa da adlanır. Pənah 
xanın üzərinə Azərbaycan hakimi Məhəmmədhəsən xan hücum etməyə 
başladı. Şuşa qalasını mühasirə etdi. Çox davam etdikdən sonra İranda 
İraq vilayətində  Kərim xan Zəndin cülus etməsini eşidib çoxlu qoşun 
toplayıb İrana getdi və Qarabağı buraxdı. Bu dava ona müyəssər olmadı. 
Özü də orada qətlə yetirildi. Pənah xan sonralar Kərim xan Zəndin 
yanına gedib böyük rütbəyə mənsub oldu. Qarabağda oğlu İbrahimxəlil 
xan qalmışdı. Bir müddətdən sonra xəstəliyindən öz əcəli ilə  Şiraz 
vilayətində  vəfat etdi. Ancaq onun nəşini götürüb Qarabağda, indiki 
Ağdamda dəfn etdilər. 
  
 
129

Nadir  şahın qətlindən sonra Pənah xan 12 il Qarabağda xanlıq 
etmişdi. Pənah xandan sonra İbrahimxəlil xan hökumət edib, o da 1174-
cü hicri ilindən 1221-ci hicri ilinə kimi Qarabağda hökumət olubdur. 
Bunun ən müqərrib adamlarından Qarabağın məşhur şairi Molla Pənah 
Vaqif olmuşdu. 
İbrahim xan çox tədbirlər, xüsusən  şəhərə hasar çəkdirmək və 
Şuşanın 28 kilometrliyində daş yolda olan Əsgəran adlanan möhkəm 
banları da Şuşanı  kənar düşmənlərinin hücumundan xilas etmək üçün 
çəkdirmişdir. 
Onun hökmranlığında Ağa Məhəmməd  şah Qacar iki dəfə  Şuşa 
qalasına hücum etmişdir. Birinci dəfə qaçmış, ikinci dəfə Şuşanı təsəllüt 
etmiş, özü də  Şuşada qətlə yetirilmişdir. Ağa Məhəmməd  şah 
hadisələrinin və ondan sonra rus dövlətinin təsəllütünü müfəssəl 
yazmağa lüzum yoxdur. Zira bu tarix aydındır və  hər bir kəsə 
məlumdur. İbrahim xan dəxi öz atasının yanında Ağdamda indi (imarət) 
adlanan hasarlı bağda mədfun olmuşdur. Onun və ondan sonra olan 
nəsillərinin qəbirləri dəxi oradadır (günbəzlərdir). Molla Pənah Vaqifin 
qəbri isə  Şuşa  şəhərində  Cıdır düzü adlanan yerin aşağısında qoşa 
günbəzlər ilə hazırda vardır. 
 
Ağdam şəhəri, Qaradağlı  
8.V. 1936. 
  
 
130

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ABBASQULU AĞA BAKIXANOV 
 
GÜLÜSTANİ-İRƏM 
 
V FƏSİL 
  
 
131

 
ABBASQULU AĞA BAKIXANOV 
 
Abbasqulu ağa Bakıxanov (1794-1846) Azərbaycan xalqının ictimai 
fikir tarixində görkəmli yer tutur. O, XIX əsrin birinci yarısında 
Azərbaycan maarifçiliyinin əsasını qoyanlardan biridir. İstedadlı  şair 
olan A.Bakıxanov eyni zamanda ensiklopedik biliyə malik idi. Onun 
tərbiyə problemlərinə dair "Təhzibül-əxlaq", "Nəsihətnamə" fars dilinin 
qrammatikasından bəhs edən "Qanuni-Qüdsi", coğrafiyaya aid "Kəşfül-
qəraib" və "Ümumi coğrafiya", astronomiyaya aid "Əsrarül-mələkut", 
"Eynül mizan" və bir sıra başqa əsərləri vardır. 
A.Bakrxanov təhsilə Bakı  şəhərində başlamış, Qubada onu davam 
etdirərək fars və  ərəb dillərini, klassik Şərq  ədəbiyyatı, tarixi və 
fəlsəfəsini öyrərrmişdir. 
Qafqazın baş hakimi M.P. Yermolovun dəvəti ilə 1819-cu ilin 
dekabrından Tiflisdə  Şərq dilləri mütərcimi vəzifəsində  işləmişdir. 
A.Bakıxanov Rusiya-İran (1826-1829) və Rusiya-Türkiyə (1829) 
müharibələrində bilavasitə iştirak edib fərqlənmişdir. 
1828-ci ildə Türkmənçay müqaviləsi bağlanarkən A.Bakıxanov 
draqoman-tərcüməçi sifətilə orada iştirak edirdi. 
A.Bakıxanovun Azərbaycan, o cümlədən, Qarabağ tarixinə marağı 
hədsiz idi. 1823-cü ildə o, Yermolov tərəfindən Qarabağ əyalətini tədqiq 
edən komissiyanın üzvü təyin olunur. Onun Qarabağın tarixi, 
coğrafiyası  və etnoqrafiyası barədə topladığı materiallar 1841-ci ildə 
tamamladığı "Gülüstani-İrəm"  əsərində öz əksini tapmışdır. Müəllif 
Azərbaycan tarixini öyrənmək üçün misli olmayan həmin əsərini 1844-
cü ildə rus dilinə  tərcümə etmişdir... Təəssüf ki, əsəri tam halda çap 
etdirə bilməmişdir. 
"Gülüstani-İrəm"in V (sonuncu) fəslində Azərbaycanın başqa 
xanlıqları ilə yanaşı, Qarabağ xanlığının 1747-1813-cü illərdəki siyasi 
mənzərəsi öz əksini tapmışdır. Bu səbəbden və Qarabağ xanlığının 
başqa Azərbaycan xanlıqları ilə  əlaqəsi barədə nisbətən geniş  təsəvvür 
almaq məqsədilə "Gülüstani-İrəm"  əsərinin V fəslini "Qarabağna-
mələr"ə əlavə etdik. 
  
 
132

 
 
NADİR ŞAHIN VƏFATINDAN "GÜLÜSTAN" 
ADLI YERDƏ RUSİYA VƏ İRAN DÖVLƏTLƏRİ 
ARASINDA BAĞLANAN SÜLH 
MÜAHİDƏSİNƏ QƏDƏR 
 
Nadir  şahın öldürülməsi xəbəri ordu içərisində yayıldı.  Əfqan və 
özbək tayfaları sonradan Əfqamstan  şahı olacaq Abdallı  Əhməd xanın 
sərkərdəliyilə, Nadir şahın qatilləri  əfşarlarla müharibəyə giri-şib qalib 
gəldilər. Ordunu qarət edərək öz yerlərinə getdilər. 
Nadir  şahın qardaşı  oğlu  Əliqulu xan İbrahim xan oğlu Heratdan 
Məşhədi-müqəddəsə  gəldi və Zöhrab adlı qulamını dünyanın qəribə 
asarından sayılan Kəlat qalasına göndərdi. O da qalanı  qəflətən alıb 
Rzaqulu mirzəni böyüklü-kiçikli on beş  nəfər Nadir övladı ilə  bərabər 
öldürdü. Nadir şahın oğlanları  Nəsrulla mirzə  və  İmamqulu mirzəni, 
Rzaqulu mirzənin Şah Sultan Hüseynin qızından olan oğlu Şahrux mirzə 
ilə Məşhədə gətirdi. Nadirin oğlanlarını və 14 yaşlı Şahrux mirzəni də, 
gizlində qalada həbs edib öldürüldüyü xəbərini yaydı. Bu tədbirlə o, 
belə  xəyal edirdi ki, əgər iranlılar onun səltənətinə razı olmasalar, iki 
tərəfi bu səltənətə layiq olan şahzadəni  əldə saxlamış olsun. Özü də 
Əlişah adı ilə taxta oturdu. Cavahirat və sair qiymətli şeylərdən başqa, 
on beş gürurluq nağddan ibarət olan Nadirin xəzinələrini Kəlatdan 
Məşhədə gətirib israfla puç etməyə başladı. 
Bu zaman İsfahan hakimi olan qardaşı İbrahim xan üsyana başladı. 7 
aydan artıq Mazandaranda olan Əlişah qardaşını  cəzalandırmaq üçün 
hərəket etdi. Zəncan ilə Sultaniyyə arasında müharibə vaqe oldu. Bu 
müharibədə  Əlişah məğlub olub Tehrana qaçdı. Qardaşının  əmrilə 

Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin