AZƏrbaycan diLİ VƏ tariXİ



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə2/16
tarix31.01.2017
ölçüsü1,83 Mb.
#7201
1   2   3   4   5   6   7   8   9   ...   16

 
KƏRİM XAN ZƏNDİN VƏFATI 
 
İbrahim xana xəbər yetər ki, İran padşahı hicri 1193 (1759)-cü ildə 
Şirazda vəfat etdi. Bədihidir ki, bu xəbərdən xan müstərib olub təşvişə 
düşər. Zira xanın iştiharına bane Kərim xan əsrində müstəqillən Pənah 
xan  əvəzində Qarabağda xanlıq etməyindən.  Əgər  İran dövləti bu işi 
xəlaf hesab etsəydi, hər vəchlə inkar edib dəf edərdi. Odur ki, bu 
qəzadan bikülli xatiri əfsurda olmayıb Kərim xan vəfatı qonşu 
əyalətlərdə nə təsir göstərdiyindən əxbar cəm edib müntəziri-həvadisati 
ayəndə olar. Bu əsnada Gürcüstan valisindən rəsul varid olub nameyi-
dustanə  və töhfeyi-müşfiqanə yetirər. Məzmuni-nameyi padşahi  İran 
vəfat etməyini havi və  İbrahim xan rəyini məsəllət edər ki, bu hadisə 
vüquunda xan ayəndə üçün nə fikir edir, ta o fikirdə vali həm onunla 
ittifaq etsin. Çün İbrahim xan bilirdi ki, vali İran  əlaqəsindən xoşdil 
deyilsə, artıq meyli Rusiya dövlətinədir. Ona görə vali kağızına cəvabən 
məktubi-dustanə yazıb Molla Pənah səhabəti ilə Tiflisə rəvanə qılır. Bu 
mükatibə  nəticəsində xan ilə vali arasında müahideyi-ittihad və ittifaq 
əmələ  gəlir,  İran dövlətinin  əleyhinə. Çünki Pənah xan Şirazda vəfat 
etmək məsələsindən İbrahim xan qəlbi xali əz küdurət deyildi. 
  
 
 
 
18

KƏRİM XAN VƏFATINDAN SONRA 
İRAN MƏMLƏKƏTİNİN HALI 
 
Padşah vəfatından sonra çeşmi-çirağı-məmaliki-aləm hesab olunan 
İrani-viran və  əhali bədbəxt 1193-cü ildən 1206-cı ilədək
1
 zülm və 
zülmət dəryasında bisahib əl-ayaq qalar. 
Şirazda Kərim xan təhəti-nəzarətində olan Məhəmmədhəsən xan 
Qacar övladı  Ərşəd oğlu Ağa Məhəmməd xan qardaşları ilə  vəfati-
Kərim xanı  şəhərdənkənar işkargahda eşidən kimi oradan çox sürətlə 
fərar edirlər. Astrabada çatan kimi öz havaxahlarını başlarına cəm edib, 
hər tərəfə səs sahrlar. Qoşun cəm etməyə başlayırlar. Cuş və xuruş hər 
yerdə üz verir. Ağa Məhəmməd xan atasının qanını almaq üçün 
Türkmaniyyə  və Astrabadiyyə hücum edir. Mazandaran və  ətraf xırda 
şəhərləri misli-vari, barfruş  və qeyrəni 1206-cı ilədək hər yerdə olan 
Zəndiyyə hakimlərini məqfur və müstasil edir. Bir nəhv ilə ki, tamam 
Gilanat təhəni-hökuməti Ağa Məhəmməd xanda bulunar. Özünü İran 
şahı adlandırar. Tamam İran dairəsini bemövcibi-əyalət islah etmək 
fikrində olar. O cümlədən Azərbaycan və Süleyman xan Nizamüddövlə 
ixtiyarına 6000 nəfər süvari qoşun təyin edib Azərbaycan ümuratına 
məmur edər. Zimnən müqərrər olunar ki, Qarabağ hakimi İbrahim xanı 
dəf etsin. 
 
 
AĞA MƏHƏMMƏD ŞAHIN  
TƏXTİ-SƏLTƏNƏTİ-İRANƏ CÜLUS ETMƏYİ 
 
1210 (1795)-cu ildə  əyani-ləşkər və ricali-dövlət təkid və israrına 
görə Ağa Məhəmməd şah Qacar libasi-cülus geyib taci-səltənət götürüb 
rəsmi surətdə  təxti-şahanə üzrə  əyləşir. Dövlət xadimləri salama gəlib 
mübarək deyirlər... Müğəlləl və təntənəli şəraitdə neçə gün eyşü-nuş və 
suri-sürur imtidad bulur. 1210-cu ildə İbrahim Xəlil xan üçüncü ilə daxil 
olur ki, əməniyyət ilə  tənəffüs edib özünü və Qarabağı  ləgədnubi-
ləşkəri-İran görmədikdə hesab edir. Ağa Məhəmməd  şah Tehrana 
müavidət edən kimi yenə Azərbaycan səfəri və yenə Qarabağ sahəsinə 
hücum etmək fikrinə düşür. 
                                                           
1 Miladi tarixlə 1779-1791-ci illərdə 
 
 
19

  
İBRAHİM XANIN QONŞU  
XANLAR İLƏ MÜNASİBƏTİ 
 
İbrahim xan Qarabağ əyalətində öz hökumətini ədalət və ehsan təriqi 
ilə aparmağa görə qonşu əyalətlər içində yaxşı ad ilə məşhur olduğuna 
qonşu xanlar hər kəs istər  İbrahim xan ilə dustanə bir müravidə yolu 
açsın. İbrahim xan özü də lazım bilib qonşulardan böyük qüvvə sahibi 
olanlar ilə aşnalıq və get-gəl etməyə nail olur. 
 
 
AVAR XANI TƏRƏFİNDƏN  
DOSTLUQ MÜNASİBƏTİ 
 
Məlum deyil nə vasitə ilə vaqe olursa, İbrahim xan avarlı Ümmay 
xan (Ümmə xan - N.A.) ailəsi ilə şərəfi-qərabət bular. Avar xan kəriməsi 
Bikə ağanı İbrahim xan üçün daimi nikah ilə əqd edib, böyük təntənə və 
cəlal ilə hicri 1193 (1779)-cü ildə Qarabağa gəlin gətirirlər. 
 
 
ŞƏKİ XANI TƏRƏFİNDƏN 
 
İbrahim xan Şəki ailəsi ilə sabiqə  və rabitə olduğu səbəbə öz 
kərimələrindən birini zövciyyəti-daimi ilə şəkili Səlim xana əqd etdirir. 
 
 
ŞİRVAN XANI İLƏ OLAN MÜNASİBƏT 
 
Şirvanlı Mustafa xan həmə vaxt İbrahim xan zamanın onunla dustanə 
rabitədə olub bir-birinə töhfə  və  hədiyyə göndərir. Bəlkə dostluq və 
xeyirxahlıq səriştəsin  əldə saxlayırdılar. Miladi 1796-cı ildə Rusiya 
sipəhsaları qraf Zubov bir tərəfdən və İran padşahı Ağa Məhəmməd şah 
bir tərəfdən  Şirvanat qəsdi ilə  gələn zaman Mustafa xan Fit qalasında 
davam gətirməyib öz xəzinə və dəfinəsini Fit dağında bir möhkəm yerdə 
gizlədib Qarabağ tərəfinə hərəkət edir ki, İbrahim xan rəiyyətində özünü 
və əyalını Pənahabadda mühafizət etsin. Amma imperator II Yekaterina 
vəfat etdiyinə dava moquf olub Zubov Rusiyaya qayıdar. Mustafa xan 
Qarabağdan öz vətəninə müraciət edər. 
  
 
20

 
İBRAHİM XAN ƏBDUSSƏMƏD BƏY 
CAVANŞİRİ AĞA MƏHƏMMƏD ŞAH HÜZURUNA 
ZAVAL GÖNDƏRMƏYİ 
 
Ağa Məhəmməd  şah Qacarın xüruc etməyini və  məmaliki-İran, 
həmçinin Azərbaycan barəsində olan tədbirləri eşidib, İbrahim xan hərçi 
övzanı münqəlib görsə də tədbir yolunu itirməyib dərhal öz əmisi oğlu 
Əbdüssəməd bəyi, ləyaqətli və adlı-sanlı bir şəxs kimi ərizeyi-məzirət 
və şayəstə töhfə və tədarük ilə şah hüzuruna rəsul göndərir. Üzr istəyir 
ki, naxoş olmaq səbəbinə hüzuruna gələ bilməyib.  Əmizadəsi 
Əbdüssəməd bəyi hüzura göndəribən təəhhüd edir ki, bir qeyri vaxt 
şərəfyabi hüzur olsun. O vaxt yetincə  Əbdüssəməd bəy həmə vaxt 
mültəzimi-rikab olub, səadəti-qürub hüzuru ilə sərbülənd olsun. 
 
 
ƏBDÜSSƏMƏD BƏYİN MƏQTUL OLMAĞI 
 
Şiraz və Kirman səfərində 3 il şah rikabində müdavimət edib 
müraciət edəndən sonra Əbdüssəməd bəy Azərbaycana gəlmək 
iradəsindən fərar etmək istər. Sərhəddatin bir mövqeyində süvari çapıb 
istər ki, fərar etsin. O anda o yerdə hazır olan neçə nəfər şah-sevənlilər 
onu tanıyıb istəyirlər rutsunlar. Əbdüssəməd bəy tünd at çapan halda 
şahsevən adamları tüfəng atarlar. Güllə  Əbdüssəməd bəyə  dəyib atdan 
yıxılır.  Şahsevənlər yetişib başım kəsib,  şah hüzuruna aparırlar. Bu 
qəziyyədən İbrahim xan qəlbinə nəhayətdə ağır küdurət və məlal oturar. 
Müntəzir olar ki, İran tərəfdən dəxi nə hadisə üz verəcəkdir. 
Bu  əsnada  İran dövlətinə  xəbər yetişər ki, İbrahim xan Gürcüstan 
valisi ilə İran əleyhinə həməhd olmuşlar (1208-1209-cu illər).
1
                                                           
1 Miladi 1793-1794-cü illərdə 
 
 
21

 
İRAN LƏŞKƏRİNİN AZƏRBAYCANA GETMƏYİ 
 
Yuxarıda mərqum halat əsnasında beynəl-tərəfeyn arasında nə tülu 
edəcəyinə cəmi xəlayiq müntəzir ikən Ağa Məhəmməd şah sərdari-sünahə əmr 
edir ki, şahzadəgani-Qacar,  Əkabir,  əyani-ləşkər və cavan İran  əhli hazır 
olsunlar ki, şah Azərbaycana gedəndə ittifaq etsinlər. Yola düşməzdən qabaq 
Məhəmmədhüseyn xana əmr sadir olar ki, bir dəstə qoşun ilə qabaqca Araz 
çayının üstünə gedib, onun üzərində olan Xudafərin körpüsündə  ləşkərgah 
etsin. Ta İbrahim xan tərəfdən körpüyə bir sədəmə vurulmasın. 
Məhəmmədhüseyn xan nə  qədər tezraq gələrsə  də, körpünü İbrahim xan 
adamlarının  əli ilə  şikəst tapar. Dərhal  əhvalatı  şah hüzuruna xəbər verirlər. 
Ağa Məhəmməd şah dərhal Süleyman xan Nizamüddövləyə əmr edir ki, 10000 
nəfər qoşun  əhli götürüb getsin Araz çayına və  şikəst olmuş körpünü təmir 
etdirsin. Oradan gedib Pənahabadı  əhatə etsin. Körpü təmirindən sonra 
Süleyman xan Pənahabada tərəf hərəkət edən zaman yolda İbrahim xan 
qarovulları ilə rast gəlib, bəzisini məqtul və  bəzisini dəstgir edib Pənahabad 
tərəfə rəvanə olar. 
Şuşa kəndinin başında Pənahabada müqabil səngər bina etdirər, tain ki, Ağa 
Məhəmməd şah hesabsız qoşun ilə varid olar. 
 
 
PƏNAHABAD QALASININ MÜHASİRƏSİ 
 
Ağa Məhəmməd  şahın  əmri ilə  Pənahabad qalasına od yağdıran topların 
ağzı açılır. Qalada çox evlərə sədəmə dəyər, insan həlak olar, İbrahim xan dava 
tədarükündə olub, 10000 nəfər silahlı qoşun ilə şəhərdən çıxıb, İran qoşunu ilə 
müqabilət edir. Bütün gün hər iki tərəf bir-biri ilə vuruşub, çoxlu canlar tələf 
olur. Gün batana yaxın dava dayandırılıb  İbrahim xan qoşunu ilə qalaya 
qayıdar. Neçə gün tərəfeyn arasında iş sükut ilə keçdiyinə mühasirə uzanar. 
Ağa Məhəmməd  şahın fikri isə mühasirə xiyyəti ilə tul qalmaq faydasızdır. 
İbrahim xana bir məktub göndərib, bu beytin məzmunu ilə təhdid edər: 
 
Zi məncəniqi-fələk səngi-fitnə mibarəd, 
To əblehanə girifti miyani-şişə qərar.
1
 
Ürfi 
 
                                                           
1
 
Fələkin məncəqindən fitnə daşı yağır,  
Sən axmaqcasına şişə içərisinə sığınmısan. 
 
22

  
Xan tərəfdən Molla Pənah bu beyti yazıb, cavab göndərər: 
 
Gər nigəhdari-mən anəst ki, mən midanəm,  
Şişera dər bəğəli-səng nigəh midarəd.
1
 
Bu cavabdan şahın ovqatı ziyadə  təlx olar... Şuşanı almaqdan əl 
çəkər. 
 
 
AĞA MƏHƏMMƏD ŞAHIN AZƏRBAYCANA VƏ  
PƏNAHABADA GƏLMƏYİ 
 
1212 (1797)-ci il tarixi-hicridə zilqədə ayında Ağa Məhəmməd  şah 
Tehrandan  Ərdəbilə  hərəkət edir. Buradan 100000 nəfər təcrübə 
olunmuş adamlardan götürüb, gəlir Araz kənarında ləşkərgah edir. 
Məlum olur ki, İran qoşunu gəlincə  İbrahim Xəlil xanın  əmri ilə 
Xudafərin körpüsünü şikəst ediblər. Ağa Məhəmməd şah körpü təmirinə 
hövsələ etməyib atlıları sudan keçirər. Qoşun  əhlindən tələfat olur. 
Amma  şah Pənahabad müqabilinə yetənədək  İbrahim xan özünü və 
övladını mühafizə etmək qəsdilə Pənahabaddan çıxıb, üz qoyur Şəki və 
Ləzgistana getməyə. Tain ki, Balakən deyilən ləzgi əqvamlarının içində 
mənzil edir. 
Ağa Məhəmməd xan İbrahim xanın fərar etməyini eşidib, maneəsiz 
şəhərə daxil olur. Məhəmmədhəsən ağa oturduğu imarətdə mənzil edir. 
Şəhərdə güman olunan əmval və əsqal, xəzinə və dəfinə hər kəsdə zənn 
olunarsa, əxz olunur. Şahin təvəscü-fündən doqquz gün keçir. Əz-qəza 
doqquzuncu gün hüzura yavuq qulluqçulardan iki nəfər ki, biri Səfərəli 
namdır, qüsuri-xidmət  əvəzində bazxasti-şədid olmağa sizavar olurlar. 
Şah o gecənin sübhünə bazxəst vədə verir. Şahın bu vədəsi canilər üçün 
o qədər  əsbabi-xof və  vəhşət olur ki, guya əcəli-həqiqi gəlib bunların 
yaxasını tutmuş.  Şiddəti-vahimədən bir dəqiqə aram olmağa bunların 
canında qüvvət qalmır. Canilər istəyirlər salim qalmağa. Bir tədbir 
etsinlər mümkün olmur. Məgərinki şahın öz vücuduna xətər yetirmək. 
                                                           
1
 
Əgər məni qoruyan mənim bildiyimdirsə,  
O, şişəni daşın qoltuğunda mühafizə edər. 
 
23

  
PƏNAHABADDA AGA MƏHƏMMƏD ŞAH  
QACARIN MƏQTUL OLMAĞI 
 
Şənbə gecəsi 21 zilhiccətül-həram ayı 1212 (1797)-ci il qəzayi-hətmi 
və  mərgi-müqəddər saat yetib Abbas bəy Səfərəli adlı yoldaşı ilə  əli 
xəncərli  şah sərapərdəsinə girib öz yataq otağında  şahı  qətl edirlər. 
Cavahirat sandıqçasını  və  şəmşiri-mürəssə  və zinəti-İran deyilən iki 
böyük almazı, biri Dəryayi-Nur və biri Taci-Mahi götürüb yataq 
otağından çıxıb gedirlər, Sadıq xan Şəqaqi mənzilinə  və macarati nəql 
edirlər. Sadıq xan hövl edib qatillər ilə gecə ikən Pənahabaddan fərar 
edirlər. Gecə vaxtı, ya səhərə yaxın orduyi-ləşkərdən hər kəs  şahın 
məqtul olunduğunu bilirsə, dərhal fərar edirdilər. İrana tərəf çox pərişan 
və pərakəndə surətdə qaçırlar. 
Pənahabad  şəhərinin  əhalisi kimi gecə, kimi səhər bir-birinə  dəyib 
qaçırlar Məhəmmədhəsən ağa evinə tərəf. Xəncər ilə parçalanmış şahın 
cəsədini və şahın evini, ev əşyalarını qarət olunmuş bulurlar. 
İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy ki, Qarabağda qalmışdı, 
məlum deyil ki, o gecə şəhərdə, ya xarici şəhərdə olub... Çünki şah qətlə 
yetişəndən sonra ona mənsub qiymətli  əşyalardan Məhəmməd bəy 
xidmətinə çox cəm olunmuş ta bir dərəcəyədək ki, oturmağa meyli 
olmayıb həvayi mali dünya ki, qəflətən əlinə düşüb, onu şura gətiribdir. 
İzdihami-kəsir süvarələr ilə mahalatda vaxt keçirirmiş. Guya Molla 
Pənah Vaqifin əyalini Molla sağ ikən, ya o şəhid olandan sonra kəsrəti-
mal ilə tamah edirmiş. Hər halda hadiseyi-qətli-şahdan sonra şəhərə və 
xaricə fəqət Məhəmməd bəy hökmran olmuşdur. 
Şahın başını  Məhəmməd bəy Balakənə  İbrahim xanın qulluğuna 
göndərib hadisəni və İran qoşununun qayıtmağını ona xəbər verir. Şahın 
cəsədinin hansı qəbiristanda dəfn olunduğundan xəbər yoxdur. İbrahim 
xan şahın başını görəndə məhzun olub başa qüsl verib, qutu içində bir 
mötəbər qəbiristanda dəfn etdirir. Bu əhvalatı Dağıstan xanları  və 
əyanları  eşidib xanın hüzuruna təsliyət və suguvarlıq ilə  gəlirlər. Neçə 
gün Quranxanlıq və ehsan sərf olunur. 
  
 
 
24

ƏHVALATI-MOLLA PƏNAH VAQİF 
 
İbrahim xan Dağıstana çatanda tamam əhli-əyalı ilə, oğlanlarını əyali 
ilə, damadlarını və sair lazım bildiyi yaxın adamlarını özü ilə götürüb, 
cəmiyyəti-əzim ilə köç edir. Molla Pənahdan başqa ki, məqami-
vəzarətdə  ən yavuq adamdır, bu camaatın içində olmaz. Səbəb məlum 
deyil. Necə ki, sonra danışıldı, qaçaqaç zamanı guya Molla Pənah 
Kolanı camaatının içinə düşübdür. Şah Pənahabadda olarkən məhbusən 
onu şah hüzuruna gətirməyi xidmət hesab edirlər. Şah mollanı röviyyət 
etməmiş  əyani-dərvardan bir xana əmr edir ki, saxlatsın. Sonra izhar 
eyləyəcəkdir. Əlqissə elə ittifaq düşür ki, izhar olmamış şah məqtul olar. 
İranlılar hamısı qaçıb gedər. Molla Pənah azad qalıb hadiseyi-şah 
barəsində məşhur qəzəli şair yoldaşı Molla Vidadiyə yazar: 
 
Ey Vidadi gərdişi-dövrani gəcrəftarə bax... 
 
Ölkənin sahibsiz zamanı o halda işlərə müdaxilə edən, ancaq 
Məhəmməd bəy  əhli-həsəd və  şərafəti-əfsad üçün yaxşı macal tapar. 
Məhəmməd bəyin xatirini Molla Pənahdan dolandırarlar. Tarixi xəbər 
yoxdur. Amma aralıqda danışılıb ki, Məhəmməd bəy özünə yavuq 
müfsidlərə tapşırıb ki, bir nəhv ilə mollaya xəbər yetirsinlər. Onlar gecə 
vaxtı Məhəmməd bəyin adı ilə onu çağırıb Cıdır düzü adlı yerə aparıb 
başını kəsiblər. 
 
İBRAHİM XANIN QARABAĞA QAYITMAĞI 
 
İran padşahı  məqtul olduğuna  İbrahim xan Dağıstandan qayıtmaq 
fikrinə,  əvvəl qabaqca oğlu Mehdiqulu xanı bir neçə  nəfər xeyrən-diş, 
məqul adamlar ilə göndərər Pənahabada ki, xalqa dilculuq və izhari-
məhəbbət etsin. Maaşlarına qeydkeş olsun. Mehdiqulu xan qalaya varid 
olandan sonra atası verdiyi dəsturüləmələ  sərəncam edir. Şəhər  əhlinə 
dilculuq edib, müvazib olur. Neçə gündən sonra İbrahim xan bəzi 
sifarişat ilə  Məhəmmədhəsən ağanı  dəxi Qarabağa göndərər. O da 
gələndən sonra Mehdiqulu ağa ilə bir yerdə şəhər 
 
25

və çöl işlərinə  sərkeş  və  məşğul olarlar. Tain ki, İbrahim xan şah 
vəfatından iki ay sonra Qarabağa müraciət edər.  İcrayi-siyasət və 
idareyi-əyalətə  məşğul olar. Molla Pənahdan bir əsər bulmaz. 
Mehdiqulu ağa gələnədək sabiq molla məqtul olmuş. Vazehdir bu 
cinayətdə Məhəmməd bəy iştirak etmiş, özü də Mustafa xan fitvası ilə 
Şəkidə məqtul və molla gedən yerə getmiş. 
 
 
FƏTƏLİ ŞAHIN CÜLUS ETMƏYİ 
 
1213-cü ildə Fətəli şah təxti-səltənəti-İranə cülus edən kimi İbrahim 
xan adına mənşu yazıb, xahiş edir ki, Ağa Məhəmməd  şah nəşini 
Hüseynqulu xan İzzəddinli səhabəti ilə  İrana göndərsin.  İbrahim xan 
dəxi  şayəstə  vəch ilə  cənazə hazır etdirib Hüseynqulu xana lazımi 
ehtiram və adamlarına nəvaziş edib böyük ehtiram ilə  rəbiül-əvvəl 
ayının axırlarında 1213 (1798)-cü ildə yola salar, 1214 (1799)-cü ildə 
Fətəli şahın izhar etməyinə görə İbrahim xan öz oğlu Əbülfət xanı İrana 
göndərər. O vaxt şah xarici-Tehranda olduğuna Miyanə və Gərmrud adlı 
yerdə şah hüzuruna yetişər. Və mövridi-iltaf və şifaqi-şahanə olar. 
1215 (1800)-ci ildə  Həsən xan Qaragözlü Tehrandan Qarabağa 
İbrahim xanın yanına gələr. Danışılmış məsləhətə görə xanın səviyyəsi 
Ağabəyim ağanı  şah üçün ərus aparar. Tehrana varid olan kimi böyük 
bir təntənə  şadmanlıq ilə  Ağabəyim ağanı  hərəmxanəyə aparıb  şah 
hərəmlərinə  sərhərəm qərar verərlər. Bir mərtəbə ki, səlatini-bozorg 
hərəmləri şah hərəmxanəsinə dustanə kağız yazanda xüsusilə Ağabəyim 
ağanın adına yazarlarmış. Məsələn, ingilis kralının hərəmi və Rusiya 
imperatorunun hərəmi və s. 
 
 
RUSİYA QOŞUNUNUN GÜRCÜSTANA KÖMƏYİ 
 
1797-ci il tarixi miladidə Gürcüstan payi-mali-ləşkəri-İran olduğunu 
və mütləqi-bisahib qaldığını bilibən bu dəfə zahirən Gürcüstan əhlinin 
əcz və labəsinə  tərəhhüm edib onlara müavinət qəsdilə batinən illər 
boyu arzusunda olduğu Qafqaza malik olmağa yaxşı macal görüb 
Rusiya dövləti Gürcüstana böyük qoşun ordusu, lazımi 
  
 
26

tədarükat və silah ilə göndərər. Qoşunun sərdarlığı sabiqən Rusiyada 
tərbiyə almış, gürcünəsəb general knyaz Sisianov məmur olar. Hər bir 
işdə, xüsusilə Qafqaz barəsində cəmi mətalib, xüsusilə Qafqaz barəsində 
cəmi mətalib, xüsusilə onun rəy və ixtiyarına tapşırılar. Rusiya qoşunu 
Gürcüstana gəlməyi təqribən 1797-ci səneyi-miladidə vaqe olur.
1
 
 
GÜRCÜSTAN RUSİYA HÖKUMƏTİNİN 
İXTİYARINA MÜNTƏQİL OLMAĞI 
 
Gürcüstanda Rusiya qoşunu bir-bir lazım məhəldə cabəca olub və 
ibtidai-siyasi qanunlar qoyulandan sonra general Sisianov xəriteyi-
şəmalini-Qafqaza nəzər edib 3 xətdə  fəaliyyəti lazım bilir: İrəvan, 
Gəncə, Bakı.  İbtida Gəncə qitəsində  iş görmək məsləhət olar. Çünki 
Gəncə dairəsindən sonra Qarabağ xanlığı olduğuna hər yerdə müharibə 
üçün müsəttəh meydanlar və asan səhra yolları mövcuddur. Bu şərait 
sühuləti-əməl üçün lazım bir mətləbdir. 
 
 
SİSİANOV GƏNCƏNİ TƏSXİR ETMƏYİ 
VƏ CAVAD XANIN MƏQTUL OLMAĞI 
 
General Sisianov 1218 (1803)-ci ildə tarixdə çox böyük rus qoşunu, 
top və topxana ilə Tiflisdən Gəncəyə  hərəkət edir. Varid olan kimi 
müharibəyə hazır olmaq tədarükünə  məşğul olar. Cavad xan ki, 
qabaqcadan Sisianovun fikrini bilib şah hüzuruna xəbər vermişdi. 
Gəncədə və xaricdən mümkün olan qədər davaya bacarıqlı qoşun hazır 
edilmişdi ta düşmənə müqabilə etsin. Rus qoşunu Gəncə qoşunu ilə 
müqabil gələr. Sisianov və Cavad xan qoşununun qabağında hər kəs öz 
ləşkərinə əmr verib üzbəüz şiddətlə vuruşmağa məşğul ikən Nəsib bəy 
Şəmsəddinli öz camaatı ilə  və  Gəncə erməni qoşunu Cavad xan 
tərəfindən qaçıb Rusiya qoşununa mülhəq olarlar. Cavad xan əhvalı belə 
görəndə naçar qalıb qalan qoşun ilə  Gəncə qalasına girib qaladarlığa 
məşğul olarlar. Rusiya qoşunu hər tərəfdən tökülüb hasara qələbə edib 
Cavad xanı  və  oğlunu öldürüb və sair müsəlman qoşu-nunu dəxi 
qırarlar. Qalada ağır-yüngül nə varsa qarət edərlər. 
                                                           
1 Sisianov Gürcüstana 1803-cü ildə gəlmişdir. 
 
 
27

  
SİSİANOV İBRAHİMXƏLİL XANI VƏ İRƏVAN 
XANINI RUSİYA TƏBƏƏTİNƏ DƏVƏT ETMƏYİ 
 
Gəncə davası Sisianovu bilmərrə xatircəm və ümidvar edər ki, 
Qafqazda olan hamı müsəlman  əyalətləri asan vəch ilə  ələ  gələcəkdir. 
Hər xanlıqda aciz və namus satan var ki, düşmən qabağında millət 
naminə atıb,  əl qılınca aparmayıb düşmənə nökər olmağa hazırdırlar. 
Hər xanlıqda erməni tayfası vardır ki, millət təəssübündə paydar və 
millətə xidmət etməkdə cannikardırlar. Pəs xanlar doğru və hünərmənd 
qoşunu haradan tapıb Rusiya ləşkərinə müqabil gələcəklər. 
 
 
QARABAĞ VƏ İRƏVAN XANLARINA MÜRACİƏT 
 
Gəncə  əməlindən asudə olan kimi Sisianov bir qasid İbrahim xanın 
və birini İrəvan xanının yanına göndərib, onlara təklif edir ki, davasız 
Rusiya dövlətinə itaət edib, hövzeyi-Rusiyaya daxil olsunlar. 
Xanlar Gəncə  əhvalatını  eşidib Sisianovun dəvətindən təşviş edib 
İrəvan xanı  əhvalı  İran vəliəhdinə  xəbər verib, müntəziri-əmr olar. 
Amma İbrahim xan İrana nisbət həmişə xəyalı süst olduğuna görə İran 
dövlətinə xəbər verməmiş günagün fikirlər səhrasında heyrətdə qalar. 
Tain ki, 1219, ya 1220-ci ilədək ki, gəlib Kürək çayda Sisianov ilə 
mülağat edər. Xan ilə Sisianov arasında çox danışıq olub tərəflər üçün 
səlahiyyət yolu bulunandan sonra İbrahim xan Sisianovla görüşməyi 
mümkün bilibdir. 
 
 
RUSİYA İLƏ İBRAHİM XAN ARASINDA ƏHDNAMƏ 
 
General Sisianovun Rusiya imperatorundan təvəkkülən Qarabağ  və 
Şuşa xanı ilə bu əhdnaməni öz aralarında bağladılar: Fəqərati-zeyl 
xüsusda 14 səfər 1220-ci il (14 may 1805) Gəncə lağırında Kürək çayda. 
Əhdnamə mündəricatı on bir maddədir: 
1.  İbrahim xan özgə dövlətlərdən  əlaqəsini qət edib, tamam dünya 
nəzərində yalqız Rusiya dövlətinə təbəiyyət edər ki, bəndə; 
2. Rusiya təəhhüd edir ki, xanın mülkünü bilazərər mühafizat etsin. 
  
 
 
28

3. Xanın xanlığı daimidir. Ozündən sonra böyük oğlu və ondan sonra 
onun fərzəndi-ərşədi baği qalacaqdır. Bu xüsusda imperator təsdiq 
etmiş. Hər dəfə qramota (fərmani-imza və möhri-səltənət ilə) verilsin və 
xan öz sədaqətinə yəmin etsin. 
4. Qonşu hökumətlər ilə xan mülaqat etməyi və ya məktublarına 
cavab vermək sərdar iznilə olsun. 
5. Rusiya təəhhüd edir ki, tamam Qarabağ camaatını mühafizə etsin. 
Xanın xanlığı daimi olmağın hifz etsin. Xalqı idarə etmək və divan 
mürafiəsi xanın özünə  məxsusdur. Xanı  və övladını  və  xəlayiqi 
mühafizə qəsdi ilə qalaya 500 nəfər rus qoşunu qoyulsun. Topxana ilə 
və lazım olsa artıq da qoysun. 
6. Qoşundan ötrü ucuz qiymətə xan buğda aldırsın. Qoşuna mənzil 
versin. Gəncə tərəfdən qalaya yol açdırsın. Cavad tərəfə yol lazım olsa, 
işləməyə münasib ücrət ilə fəhlə verdirsin. 
7. Rusiya imperatorunun xana mərhəməti olmaq nişanəsi dövlət 
bayrağı verilir. Əlaməti-səltənət ilə görüb ki, həmişə xan özü hərəkət 
edən zaman götürüləcəkdir. 
8.  İldə 8000 əşrəfi Rusiya dövlətinə xan xərac verməlidir. Hər altı 
ayda 4000 əşrəfi. 
9. Bu əhdnaməyə xan tərəfindən doğru  əməl olmağa zəmanət 
mənasında xanın böyük oğlu Məhəmmədhəsən ağanın ikinci oğlu Şükür 
ağa zaval verilir ki, həmişə Tiflisdə iqamət etsin. Gündə 10 manat 
Rusiya xəzinəsindən ona xərc verilsin. 
10. Bu əhdnamə daima gərək öz halında baqi qalsın. 
11. 6 ay müddətində və bəlkə tez əlahəzrət imperator imzasına yetib, 
dövlət möhrü ilə möhürlənib, bu əhdnamə  təsdiq surətdə İbrahim xana 
verilsin. Sisianov və  İbrahim xan dəst-xət yazıb, möhürlərini səbt 
etdilər. 
 
 
Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin