AZƏrbaycan diLİ VƏ tariXİ


İBRAHİM XANIN BALAKƏNDƏN ŞUŞAYA



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə7/16
tarix31.01.2017
ölçüsü1,83 Mb.
#7201
1   2   3   4   5   6   7   8   9   10   ...   16

İBRAHİM XANIN BALAKƏNDƏN ŞUŞAYA  
GƏLMƏSİ VƏ BAŞQA HADİSƏLƏR 
 
Balakəndə 2-3 ay qalandan sonra İbrahim xan böyük əzab və fəlakət 
içərisində olan Qarabağa qayıtdı. Bir tərəfdən təbii fəlakət, digər 
tərəfdən Ağa Məhəmməd  şahın sərbazları  tərəfindən qarət və talan 
edilməsi nəticəsində Qarabağda ağır bir yoxsulluq yaranmışdı. Əhalinin 
bir hissəsi qaçıb başqa yerə dağılmışdı. Ətraf xanlar da üzdə onun dost 
olmalarına baxmayaraq, bu ağır günlərdə Qarabağa heç bir yardım 
göstərməmişdilər. Əksinə, bir çox halda Qarabağın ətraf kəndlərini talan 
və qarət etməkdə idilər. 
Ağa Məhəmməd  şah Qacar öldürüləndən sonra Şiraz hakimi Ağa 
Məhəmməd  şahın qardaşı  oğlu Sərdar Baba xan adlanan Fətəli  şah 
Qacar Tehrana gələrək vəsiyyətə görə  İran  şahlığını  ələ almışdı. O, 
tezliklə İranın hər yerində nizam-intizamı bərpa etməyə müvəffəq oldu. 
Şah  İbrahim xanın yanına elçilər göndərib Ağa Məhəmməd  şahın 
cənazəsini tələb etdi. Xan İrandan gələn elçilərə lazımi hörmət göstərdi. 
Ağa Məhəmməd şahın cənazəsini hörmətlə İrana yola saldı. 
  
 
102

Fətəli  şah  İbrahimxəlil xanın bu hərəkətindən razı qaldı, onun 
Tehrana  şahı  dəfn etməyə  gələn adamlarına bəxşiş  və  xələtlər verərək 
hörmətlə Qarabağa yola saldı. Eyni zamanda, İbrahim xana qılınc və 
qızıl yəhər göndərərək Qarabağdan  əlavə, Qaradağ vilayətinin bütün 
mədaxilini onun ixtiyarına verdi. Eyni zamanda, İbrahim xanla qohum 
olmaq arzusunu bildirdi: Beləliklə, İbrahim xanın ağıllı və sevimli qızı 
Ağabəyim ağa üçün Tehrandan elçilər gəldi, kəbin kəsildi. Ağabəyim 
ağa  Şuşadan Tehrana təntənəli  şəraitdə yola salındı. Eyni zamanda, 
İbrahim xanın oğlu  Əbülfət ağa da şahın yanına göndərildi. Fətəli  şah 
Əbülfət ağaya xanlıq rütbəsi verdi və yüksək dərəcəli xanlar sırasında öz 
hüzurunda saxladı. Fətəli  şah tez-tez bəxşişlər və  xələtlər göndərmək 
yolu ilə İbrahim xanı öz tərəfinə çəkməyə çalışırdı. 
Fətəli  şahın bütün istəklərinə  rəğmən  İbrahim xan Rusiya ilə 
birləşmək üçün əlverişli məqam axtarırdı. Bu məqsədlə Mazdok xətti ilə 
Tiflisə  gələn general Qudoviçin yanına  İbrahimxəlil xanın elçiləri 
göndərildi və itaətə hazır olduğunu bildirdi. Nəhayət, 1803-cü ildə 
general Sisianov Zaqafqaziyaya sərdar təyin olunaraq Tiflisə  gəldi. 
Əslən gürcü olan Sisianov şöhrətpərəst,  şəxsiyyətini hədsiz sevən 
mənsəbpərəst bir adam idi. Buna görə  də o, birinci dəfə Car və Tala 
ləzgilərini, İrəvan və Gəncə xanlıqlarını özünə tabe etmək və bu yol ilə 
Gürcüstanı ətraf xanlıqların hücumundan xilas etməyə çalışdı... 
O, 1803-cü ilin dekabr ayında Gəncə üzərinə hücum edib, 1804-cü 
ilin yanvarında oranı  işğal etdi. Lisaneviç Cavad xanı öldürdü, Gəncə 
əhalisini qırıb talan etdilər... Sisianov Gəncəni alandan sonra mayor 
Lisaneviçi İbrahim xanın yanına göndərib rus hökumətinə tabe olmağa 
çağırdı. İbrahim xan razılıq verib Lisaneviçi hörmətlə geri qaytardı. 
1805-ci ilin mayında Gəncə ilə Qarabağ  sərhədi olan Kürək-çayda 
Sisianovla  İbrahim xan arasında təntənəli  şəraitdə danışıqlar başladı. 
İbrahimxəlil xanı bu görüşdə  oğlanları  Məhəmmədhəsən ağa, 
Mehdiqulu ağa, Xanlar ağa, eləcə  də Qarabağın məşhur bəyzadələri 
müşayiət edirdilər. İbrahim xanın dəvəti üzrə onun kürəkəni Şəki hakimi 
Səlim xan da Kürəkçaya gəldi. 14 may 1805-ci il tarixindən Kürəkçayda 
əhdnamə və müqavilə ilə Qarabağ xanlığı Rusiya itaətini qəbul edib rus 
təbəəliyini qəbul etdi. 
  
 
103

 
Həmin müqaviləyə görə Qarabağ xanlığı  təxminən aşağıdakıları 
öhdəsinə almışdı: 
1.  İbrahim xan İran, Türkiyə  və başqa dövlətlərlə  hər cür əlaqə  və 
asılılıqdan imtina edib, yalnız rus imperiyasını tanıyır və onun 
hakimiyyətini qəbul edir. 
2. Qarabağ xanlığı qonşu hakimlərlə əlaqə saxlamamalıdır. Onlardan 
alınan hər növ məktublar  Şuşadakı rus komandanlığının və ya 
Gürcüstan baş hakiminin Qarabağda olan vəkilinin mülahizəsinə 
verilməlidir. 
3. Xanlığın  ərazisində saxlanan rus qoşunları üçün komandanlıq 
tərəfindən təsdiq olunmuş qiymətlərlə ərzaq tədarük olunmalıdır. 
4. Rus qoşunları üçün lazımi bina verilməlidir. 
5. Gəncədən  Şuşaya gedən yol arabaların rahat getməsi üçün təmir 
olunmalıdır. 
6. Sədaqət və inam əlaməti olaraq xanın böyük oğlundan olan nəvəsi 
həmişəlik Tiflisdə yaşamaq şərtilə girov verilməlidir. 
7. Xan hər il 8000 çervon rus dövlətinə bac verməlidir. Və bunu da 
iki vaxtda: fevralın birində, sentyabrın birində ödəməlidir. 
Bu şərtlərin müqabilində rus dövləti Qarabağ xanlığına aşağıdakıları 
vəd edirdi: 
1. Xanın mülkü salamat saxlanılır. Xanlığın idarəsi irsi böyük-lüyə 
görə nəsildən-nəslə keçir və bunu rus imperatoru təsdiq edir. Məhkəmə 
işi, cəza və vergi toplamaq xanlığın ixtiyarında qalır. 
2. Xanın mülkünü müdafiə etmək üçün Şuşa qalasına topları ilə 
birlikdə 500 nəfər rus soldatı göndərilir. 
3. Xana öz evində saxlamaq üçün üzərində rus gerbi olan bayraq 
bağışlanır. 
4. Xanın əmanət təyin edilən nəvəsinə gündəlik xərc olmaq üzrə 10 
manat gümüş pul müəyyən edilir. Bütün bunlarla birlikdə İbrahim xana 
general-leytenant, Məhəmmədhəsən ağaya general-mayor, Xanlar ağaya 
polkovniklik hərbi rütbəsi verilir. 
Az sonra mayor Lisaneviçin komandanlığı ilə rus hərbi hissəsi xan 
bağında yerləşdi, bir qədərdən sonra bu soldatlar bilavasitə  Şuşa 
şəhərinə köçürüldülər.  İbrahim xanın ruslarla birləşməsi Fətəli  şahı 
təşvişə saldı. O, guya kömək məqsədi ilə  Əbülfət xanın başçılığı ilə 
5000 sərbazı Qarabağa İbrahim xanın köməyinə göndərdi. Şah təklif 
  
 
104

edirdi ki, qoy Əbülfət xan həmişəlik Qarabağda qalsın,  əvəzində 
Məhəmmədhəsən ağa şahın hüzuruna gəlsin. 
Şahın bu təklifiəri  İbrahim xanı acıqlandırdı.  Əmr etdi ki, Əbülfət 
xan təcili olaraq öz qoşunları ilə Qarabağ torpağını  tərk etsin. Əbülfət 
xan riyakarlıq edərək geri qayıtmaq əvəzinə Tuğ kəndi ətrafında mövqe 
tutdu. Həmin zaman İbrahim xan oğlu Məhəmmədhəsən ağa və 
Mehdiqulu ağa ilə  həmin kənddə idilər.  Əbülfət xan hücum edərək 
onları  əsir etmək fikrinə düşdü. Müharibə  nəticəsində  Əbülfət xan 
məğlub olub Arazın İran sahilinə qaçdı. 
Bu hadisə  Fətəli  şah Qacarı son dərəcə  qəzəbləndirdi.  Şah Kərim 
xan, Rəhim xan və Abdulla xanı elçi sifətilə  İbrahim xanın yanına 
göndərdi. Mülayim söz və qəliz andlarla dolu bir məktub dəxi yazaraq 
bütün Qaradağ və Qaradağın şahlıq xəzinəsinə çatası vergilərini İbrahim 
xana və onun övladlarına veriləcəyinə vəd etdi. Şah bu təklifin əvəzində 
Əsgəran qalasının hər iki bürcünün İran hökuməti ixtiyarına verilməsini 
təklif edirdi. Eyni zamanda Şuşa çayı  və  şəhərin beş verstliyində olan 
səngər dəxi  İranın  əlində olmalı idi. Şahbulaq qalasında isə bir İran 
sərdarı  və  sərbaz saxlanmalı idi. Bununla şah rusların  Şuşaya gəlmək 
yollarını bağlamaq istəyirdi və s. Şahın məqsədi o idi ki, Şirvan və 
Gürcüstan vilayətlərinin qapısı olan şəhəri rusların deyil, iranlıların 
əlində olsun. Təbii ki, İbrahim xan öz əhdnaməsinə sadiq qaldı  və 
iranlıların təkliflərini rədd etdi. Belə olduqda İran qoşunlarının Araz 
kənarına yaxınlaşması  xəbəri yetişdi. Arazın suyu çox yüksəldiyindən 
yalnız körpüdən keçmək mümkün idi. Məhəmmədhəsən ağa  İran 
qoşununu körpüdən geri qaytarmaq məqsədilə mayor Lisaneviçi götürüb 
Xudafərin körpüsünə doğru getdi. Təəssüf ki, iranlılar körpünü keçib 
Qarabağ ərazisinə soxulmuşdular. İranlılarla rus və Qarabağ döyüşçüləri 
Cəbrayıl bağlarında üz-üzə  gəldilər. Qanlı müharibə başlandı. Gecə 
Məhəmmədhəsən ağa öz əsgərlərini götürüb Şuşanın mühafizəsi üçün 
qalaya qayıtdı. İranlılar irəliləyib Şuşanın 28 verstliyində olan Ağoğlan 
qalasını tutdular. İran qoşunlarının sərkərdəsi naibüssəltənə Abbas 
Mirzə öz qərargahını Çanaxçı  kəndində yerləşdirdi. O, 5000-dən çox 
İran sərbazı göndərərək  Şuşa  şəhərini mühasirəyə başladı. Digər 
tərəfdən, polkovnik Karyagin və polkovnik Kotlyarevski qoşun və 
topxana ilə gəlib Şahbulaq qalasında yerləşdi. 
  
 
105

Rusların gəlməsini eşidən naibüssəltənə Abbas Mirzə Çanaxçı 
kəndindən çıxıb polkovnik Karyaginin üstünə  gəldi.  Əsgəran  ətrafında 
on gün müharibə getdi. Nəticədə polkovnik Kotlyarevski yaralandı  və 
ruslar geri çəkilməyə  məcbur oldular. Bu müharibədə ruslara Vanya 
yüzbaşı 
bələdçilik edirdi. İranlılar 
Şahbulağı alıb oranı 
möhkəmləndirdilər. 
Fətəli  şah ruslara qarşı müharibəni daha da qızışdırmaq məqsədilə 
qoşunla  Şuşa  şəhərinin 18-20 verstliyində ordugah qurdu. Belə bir 
şəraitdə ruslar Vanya yüzbaşının bələdçiliyi ilə meşələrdən, dağlardan 
keçib  Şuşaya daxil oldular. Lakin özləri mühasirəyə düşüb Gən-cəyə 
qayıtmağa məcbur oldular. Şuşa ətrafında İran qüvvələrinin gücləndiyini 
eşidən Sisianov böyük qüvvə ilə Qarabağa gəldi. Naibüssəltənə Gəncə - 
Tiflis istiqamətində irəliləyərkən Fətəli  şah Ağoğlan qalasında 
çadırlarını qurmuşdu. Bu zaman Fətəli  şaha xəbər çatdı ki, rus hərbi 
qüvvələri Xəzər dənizi vasitəsilə Talış və Rəştə əsgərlər çıxanınşlar. Şah 
Ağoğlandan hərəkət edib Ərdəbil tərəfə getdi. 
General Sisianov Ağoğlan yaxınlığında olan Xonaşenə  qədər 
irəlilədisə də, iranlılarla qarşılaşmadı. Geri qayıdarkən Sisianov Şuşaya 
gəldi.  Şuşada  İbrahim xanın yanına  İrandan göndərilən və girov 
saxlanan üç İran xanı ilə görüşdü, onlara ehtiram göstərdi. 
1805-ci ilin qışında Sisianov Bakı,  Şamaxı, Dərbəndi almaq 
məqsədilə Kür çayını keçib Şəki istiqamətində hərəkət etdi. İbrahimxəlil 
xanın göstərişi ilə  oğlu Mehdiqulu ağa və  şəkili Səlim xan Sisianova 
kömək edirdilər. 
Şirvan hakimi Mustafa xan Sisianova tabe olmaqdan boyun qaçıraraq 
Fit dağına çəkilmişdi. Mehdiqulu ağanın elçiliyi ilə Mustafa xan yola 
gəlib rus dövlətinə itaət etdi. 
Sisianovun qoşunu  Şirvandan Bakı üzərinə  hərəkət etdi. Bu zaman 
İbrahim xanın böyük oğlu Məhəmmədhəsən ağa vəfat etdi. Ona görə 
Sisianov Mehdiqulu ağanı  Şuşaya qaytardı  və  İbrahim xana başsağlığı 
məktubu göndərdi. Sisianov Məhəmmədhəsən ağanın oğlu Cəfərqulu 
ağaya məktub yazaraq onu həmişə himayə etməyə hazır olduğunu 
bildirdi. 
Sisianov Bakı üzərinə hücum edərkən onu həm qurudan, həm də 
dənizdən mühasirəyə aldı. Vəziyyəti belə görən Bakı xanı Hüseynqulu 
xan hiyləyə əl atdı. O, Sisianovu qaladan azca aralıda qurulmuş 
  
 
106

çadırına dəvət etdi. Sisianov Hüseynqulu xanın çadırında danışıq 
apararkən xanın qohumlarından  İbrahim bəy namərdlik edib Sisianovu 
tapança ilə vurdu. 
Sisianovun ölümü İbrahimxəlil xanı da kədərləndirdi. Sisianovdan 
sonra onun yerinə müvəqqəti olaraq Nesvetayev təyin olundu. İbrahim 
xan onun yanına elçilər göndərib Rusiyaya sədaqətini bir daha təsdiq 
etdi. General Nesvetayev xanın elçilərini hörmətlə qəbul edib ənam və 
bəxşişlərlə Qarabağa yola saldı. 
 
 
İBRAHİMXƏLİL XANIN ÖLDÜRÜLMƏSİ. İRANLA 
MÜHARİBƏNİN GENİŞLƏNMƏSİ 
 
1806-cı ilin yaz fəslində iranlılar yenə  də Qarabağa yürüş etməyə 
hazırlaşırdılar. Tez-tez İbrahim xanın yanına şah elçiləri gəlir, vədlər və 
ümidlərlə onu öz tərəfinə  çəkmək istəyirdilər. Hər dəfə iranlılarla 
görüşünü  İbrahim xan mayor Lisaneviçə bildirirdi. Müharibənin 
qarşısını almaq üçün İbrahim xan bacardıqca iranlılarla mülayim hərəkət 
etməyə çalışırdı. Digər tərəfdən, məhsulun yetişməsi və yığılması dövrü 
yaxınlaşdığından xan Qarabağı müharibə meydanı etməkdən çəkinirdi. 
Bu biri tərəfdən  Şuşada rus qoşunu o qədər az idi ki, bununla ciddi 
müharibə aparmaq mümkün deyildi... 
Bu zaman xəbər çatdı ki, İran sərbazları Şuşa qalasına doğru hərəkət 
edirlər.  İbrahim xan Şuşadan 12 kilometr aralıda olan Xan bağından 
köçüb şəhərin 4 kilometrliyində Qaraqaya adlı yerə gəlib düşərgə saldı. 
Fitnəkarların aravurması  nəticəsində gecə mayor Lisaneviç qoşunla 
Şuşadan çıxıb xanın düşərgəsinə hücum etdi. Xan çadırdan çıxıb 
mayoru gördü: "- Gecənin bu vaxtında nə hadisə üz vermişdir?" - deyə 
sual verdi. Lakin nahaq qan tökməyə adət etmiş Lisaneviç çadırlara atəş 
açmaq üçün soldatlara əmr etdi. Həmin gecə çadırda olanlardan 17 
nəfəri öldürüldü. Ölənlər içərisində  İbrahimxəlil xan, arvadı Tuba 
xanım, qızı  Səltənət bəyim, 12 yaşlı  oğlu Abbasqulu ağa, Kəbirli 
bəylərindən iki nəfər qonaq və başqaları var idi. Həmin qanlı və faciəli 
gecədə Mehdiqulu ağa və  Cəfərqulu ağa  Şuşada idilər. Nagahani olan 
bu hadisədən  şuşalılar və bütün Qarabağ  əhli həyəcana düşdü. Lakin 
Mehdiqulu xan xalqı sakit edib dedi: "Hökumət özü 
 
107

müqəssirləri cəzalandıracaq". Lakin xalqın narazılığı  və çoxlu şikayəti 
nəticəsiz qaldı.  İbrahim xan çarizmin qəddar müstəmləkəçiliyinin 
qurbanı oldu. Lisaneviçin hörməti və hərbi rütbəsi artırılırdı. 
Şuşada belə  gərgin vəziyyət yarandığı  şəraitdə  İran qoşunları 
Qarabağa hərəkət edib Ağoğlanda yerləşdilər. Tezliklə general Nebolsin 
öz qoşunu ilə gəlib əvvəlcə Şahbulağa, sonra Əsgərana çatdı. Mehdiqulu 
xan və bəzi Qarabağ əyanları tezliklə rus qoşunu ilə birləşdilər. General 
Nebolsin iranlıların hücumunu iki gün gözlədi. Lakin üçüncü gün özü 
iranlılar üzərinə hücum etməyə başladı.  İranlılar general Nebolsinə 
Xonaşen dərəsindəki vuruşmada qalib gəldilər. Lakin köməyə  gələn 
Mehdiqulu xanın Qarabağ süvariləri tezliklə iranlıları geri qaytardılar. 
Atasının ölümündən sonra Mehdiqulu xanın bu şücaəti ancaq onun milli 
qeyrətindən irəli gəlirdi. 
1811-ci ilin sentyabrında Bakıya səfər üçün yola düşən general 
Markiz Pauliççi Gəncədə dayandı, Cavad xanın dustaq və əsir olan ailə 
üzvlərini həbsdən azad etdi. Qafqazın hər yerində ruslara qarşı narazılıq, 
şuriş  əhvalı hökm sürürdü. Rusların qaba rəftarı, müstəmləkəçi 
hərəkətləri nəticəsində  əhali  İrana və Türkiyəyə mühacirət edirdi. 
İbrahim xanın nəvəsi Cəfərqulu ağa da İrana qaçmışdı. Bunu görən 
naibüssəltənə Abbas Mirzə Qarabağa hücum edərək bir batalyon rus 
soldatını məhv etdi. Bu xəbəri eşidən Markiz Bakı səfərini təxirə salıb 
Şuşaya tərəf hərəkət etdi. Markiz Pauliççi Şuşa şəhərinə daxil olub bəzi 
adamları  məzəmmət etdi, şəhərdə nizam-intizamın bərqərar olmasına 
çalışdı.  Şuşada asayiş qaydaya düşdükdə, general Pauliççi Tiflisdən 
arvadından məktub aldı ki, Kaxetiyada və onun ətrafında üsyan 
başlanmışdır. 12 fevral 1811-ci ildə Markiz Pauliççi Şuşadan Tiflisə 
getdi. Gürcüstanda əmin-amanlıq bərpa edilərkən Fransa-Rusiya 
müharibəsi başlanması ilə  əlaqədar Markiz Pauliççi 16 aprel 1812-ci 
ildə Rusiyaya çağrıldı.  Əvəzində Retişşev baş komandan təyin olundu. 
O, Rusiyanın beynəlxalq vəziyyətini nəzərə alaraq İranla müharibəni 
dayandırıb danışıqlar aparmağa başladı. 12 oktyabr 1813-cü ildə 
Gülüstan deyilən yerdə İranla Rusiya arasında sülh müqaviləsi bağlandı. 
Müqaviləyə əsasən Zaqafqaziyanın böyük əraziləri Rusiyaya verildi. 
"Gülüstan" müqaviləsindən bir qədər sonra general Retişşevi baş 
komandan vəzifəsində general Yermolov əvəz etdi. Yermolovun 
  
 
108

kobudluğu, müstəmləkəçiliyi o dərəcəyə çatdı ki, Qarabağ xanı 
Mehdiqulu xan və şirvanlı Mustafa xan İrana qaçmağa məcbur oldular. 
Şəki xanı da vəfat etdi. Özündən çox bədgüman olan Yermolov 1822-ci 
ildə Qarabağ,  Şəki və  Şirvanda xanlıq idarəsini ləğv edərək onların 
əvəzinə çar zabitlərindən ibarət komendantlıq yaratdı. Beləliklə, çarizm 
öz vədlərindən əl çəkib Zaqafqaziyanı həqiqi müstəmləkəyə çevirdi. 
"Gülüstan" müqaviləsindən sonra Qafqazda bir müddət asayiş oldusa 
da, həmin müqavilədən narazı qalan İran Rusiyaya qarşı yeni, böyük 
müharibəyə hazırlaşırdı. 1826-cı ilin iyulunda İranla-Rusiya arasında 
ağır müharibə yenə də Qarabağ ətrafında, Şuşa şəhəri uğrunda mübarizə 
ilə başladı.  Şahzadə naibüssəltənə Abbas Mirzə Qarabağa daxil olub 
Gorusda olan rus soldatlarına hücum etdi. Rus qüvvələrinə isə  Şuşaya 
geri çəkilmək  əmri verilmişdi. Bu döyüşdə  şuşalılar qalib gəlirlər. 
Polkovnik Nazımka və mayor Kovalenski və xeyli soldat əsir alınıb 
Ərdəbil şəhərində dayanmış Fətəli şahın hüzuruna göndərilir. Bu zaman 
qaradağlı Mahmudqulu xan və  sərdar  Əmirxan Naxçıvana, Gorunzor 
istiqamətində şahzadənin yanına gedirlər. Səhər Çanaxçıdakı rusları əsir 
etməyi qərara alan şahzadə Kürdüstan yolu ilə deyil, Şuşadan keçib 
getməyi qərara alır. Elə bu zaman Mehdiqulu xanın Şuşadan çıxıb İran 
tərəfinə keçməsi xəbəri almır.  Şəhəri  əldən verməmək üçün general 
Reutt cəld hərəkət edib Şuşa  şəhərinə daxil olur. Şahzadə belə bir 
şəraitdə Çanaxçıya getmək planını  dəyişib, böyük qüvvə ilə irəliləyib 
Şuşa  şəhərini mühasirəyə alır. Qarabağ erməniləri Xəzinə qayası 
tərəfdən hücum edib ruslara kömək etmək istərkən  əks nəticə verdi və 
bu hücum iranlıların xeyrinə oldu. O zaman Qarabağ  rəiyyətindən bir 
çoxu  İran tərəfə keçərək Mehdiqulu xanın yanına gedirdilər. Vaxtilə 
Şuşam müdafiə edən qarabağlılardan bir çoxu indi İran tərəfdə 
vuruşurdu. Bu zaman Ruslar Talış xanlığını  tərk etməli oldular. Talış 
Mir Həsən xan üsyan qaldırıb Kaspi dənizindəki rus batalyonunu məhv 
etmişdi. Sonra qardaşlarını Abbas Mirzənin yanına göndərib ona 
sədaqətini bildirmişdi.  İranlıların sürətlə Zaqafqaziyada irəliləmələri 
nəticəsində bir çox xanlar qayıdıb  əvvəlki hakimiyyətlərini bərpa 
etmişdilər. O cümlədən,  şirvanlı Mustafa xan Şamaxıda  əvvəlki 
xanlığını bərpa edirdi... 
  
 
109

Rus qoşunlarının yüz minlik İran qoşunu qarşısında geri çəkilməsini 
görən  şahzadə Abbas Mirzə dayısı  Əmir xan ilə  Nəzərli xanı  Gəncə 
qalasını möhkəmləndirmək üçün ora göndərmişdi. Naibüssəltənə öz 
yaxın adamlarından Biçən xanı böyük müjdə  və ümidlə mühasirə 
halında olan Şuşa  şəhəri üzərinə göndərib  şəhəri təslim etməyi ona 
tapşırmışdı. Lakin 1795-ci ildə olduğu kimi, 1826-cı il mühasirəsində də 
şuşalıların iradəsini qırmaq qeyri-mümkün idi. Ruslar təslim olmaq 
təklifini müzakirə üçün və Yermolovdan qalanın sonrakı taleyini 
öyrənmək üçün iranlıların razılığı ilə Tiflisə bir heyət göndərdilər. 
Yermolov iranlılara belə cavab yazmışdı: "...Kapitulyasiya sözü rus 
dilində yoxdur. Fransız dilində isə kapitulyasiya qalanı  təslim etməyə 
deyilir". Beləliklə, Şuşanın mübarizəsi bir neçə ay davam etdi və qələbə 
ilə nəticələndi... 
Rusiya-İran müharibəsi Şamxor və Gəncə ətrafında davam edirdi. Ən 
böyük döyüşlər general Mədətovun qoşunları ilə  sərdar  Əmir xanın 
qüvvələri arasında olmuşdur.  İranlıların məğlub olmaq xəbərini eşidən 
şahzadə Mehdiqulu xanı  Ağdam tərəfdə qoyub, Gəncə  tərəfə getdi. 
1826-cı ilin 13 sentyabrında Gəncədə Nizami məqbərəsi yanında baş 
verən müharibədə ruslar özlərindən bir neçə  dəfə artıq olan iranlıları 
məğlub etdilər. Beləliklə,  İran sərbazları  İrana çəkildilər. Gəncə 
müharibəsindəki məğlubiyyətdən sonra (13 sentyabr 1826-cı il) iranlılar 
Şuşanın mühasirəsindən  əl çəkdilər.  İranlıların təqib edilməsində 
Qafqazın yeni canişini, sonralar İrəvan qalasını  fəth edən Paskeviç 
iştirak etmişdi. O, sərhədi keçərək İranın bir çox əyalətlərini almışdı. 
General Mədətovun özünü pis aparıb sabiq xanları incitdiyinə  və 
başqa özbaşınalıqlar etdiyinə görə, 1827-ci ilin aprel ayında onun yerinə 
knyaz Abxazov təyin olundu. O, Qarabağ, Şəki və Şirvan vilayətlərinin 
rəisi kimi əhalini sakitləşdirirdi. General Paskeviç isə  İrəvan və 
Sərdarabadın fəthi üçün yola düşdü. Bu zaman Dərələyəzidə olan 
Qarabağ hakimi Mehdiqulu xan Paskeviçin təminatı ilə  İran 
hökumətindən üz çevirərək təkrar Rusiya tərəfinə keçdi. Bu əməliyyat 
belə olmuşdur: Paskeviçin göstərişi ilə general Abxazov iki batalyon 
soldat götürərək, Mehdiqulu xanın yanına getdi. İki dövlətin sərhədi 
olan Ağ Karvansara adlı yerdə görüşdülər. General 
  
 
110

Abxazov Mehdiqulu xanı xatircəm edib onunla İrana getmiş adamları 
Qarabağa köçürülməsinə təminat verdi... 
Naibüssəltənə Abbas Mirzə  və general Paskeviç qoşunları arasında 
olan  şiddətli vuruşmalar nəticəsində  İrəvan və  Sərdarabad qalaları 
ruslara təslim olur. 
Paskeviç elə bu zaman Qarababa yaylağında istirahətdə olan general 
Eristova Təbriz üzərinə hücum etmək haqqında əmr verdi. Rus qoşunları 
heç yerdə ciddi müqavimətə rast gəlmədən 13 oktyabr 1827-ci ildə 
Təbrizə daxil oldular. Təbrizin fəthindən sonra Abbas Mirzə ilə general 
Paskeviç arasında sülh danışıqları başlandı. Lakin rusların sülh 
təkliflərini Abbas Mirzə inadla rədd edirdi. Danışıqların uzandığını 
görən general Paskeviç Tehran üzərinə yürüşə hazırlaşmaq əmrini verdi. 
Xəbər tezliklə Abbas Mirzəyə  və atası  Fətəli  şaha çatdı.  Şah çarəsiz 
qalıb sülhə razı oldu. Hər iki dövlətin nümayəndələri Türkmənçay 
adlanan yerdə sülh məclisinə toplaşdılar. Araz çayı  İran ilə Rusiya 
arasında sərhəd təyin olundu. İran tərəfi təzminat olaraq ruslara 7 kürur 
verməli oldular (hər kürur rus gümüş pulu hesabı ilə iki milyon 
manatdır). Bu pul ödənənə qədər Xoy vilayəti rusların əlində girov kimi 
qalmışdı. Türkmənçay müqaviləsilə  İrəvan və Naxçıvan xanlıqlarının 
əraziləri də rusların əlinə keçdi. 
 
 
ŞUŞANIN MƏDƏNİ HƏYATI VƏ 
TARİXİ ABİDƏLƏRİ 
 
XVIII  əsrin ikinci yarısından başlayaraq  Şuşa  şəhəri Azərbaycan 
mədəniyyəti,  ədəbiyyat və incəsənətinin mühüm mərkəzlərindən biri 
olmuşdur.  Şübhə yoxdur ki, bu işin möhkəm təməlini  İbrahim xanın 
vəziri Molla Pənah Vaqif qoymuşdur. O da məlumdur ki, Vaqif Şuşada 
fəaliyyətə Saatlı  məhləsində açdığı  mədrəsə ilə başlamışdı. Vaqifin 
böyük  ədəbi məktəb yaratdığı, onlarca davamçılar yetirdiyi oxuculara 
yaxşı  məlumdur. Hələ o zaman Şuşada Molla Əli Xəlfə, Molla 
Zeynalabdin və bir çox başqa müdərrislər çoxlu istedadlı  şagirdlər 
yetişdirmişlər. 
  
 
111

Hələ o dövrdə Şuşada yaşamış Musa Kəlimullahın qələmi ilə XVIII 
əsrin ağır müharibələri, xalqın çətin vəziyyəti qələmə alınmışdır: 
 
Zalım fələk! Sənə netdim, neylədim?  
Əcəl qılıncları çalhaçaldadır.  
Hansı halalını haram eylədim,  
Bəlasız başımız qalmaqaldadır? 
 
Şirvanlı Çələbi döyülüb qaçdı,  
Qacar Məmmədhəsən bir oyun açdı,  
Ovşar Fətəli də yolunu çaşdı,  
İndi başqa fikir, başqa haldadır. 
 
Qızmış şirə döndü Ağamməd Qacar,  
Qarabağa gətdi qanlı bir azar.  
O saymadı, bax gör fələk nə sayır,  
Leşi gorda, başı bizim yaldadır. 
 
Yasa döndü bütün toylar, düyünlər,  
Ələ düşdü nazlı qızlar, gəlinlər,  
Ləkələndi ismət, namus, yəminlər,  
Bu cəza nə yerdə, nə mahaldadır. 
 
İbrahim Xəlil xanın oğlu Əbülfət xan Tuti və qızı Ağabəyim ağa da 
şair idilər. Onların hər ikisi Şuşada və Qarabağda əminamanlıq və sülh 
yaratmaq məqsədilə Fətəli şahın sarayına göndərilmişdilər. 
Əbülfət xan Şuşadan gedərkən yazmışdı: 
 
O gün kim həsrətilə ol büti-zibadan ayrıldım,  
Qalıb bir surəti-bahiss kimi mənadan ayrıldım... 
 
Eyni ayrılıq ruhunu biz onun bacısı Ağabəyim ağanın şeirlərində də 
görürük: 
 
Mən aşiqəm, Qarabağ,  
Qara salxım, qara bağ.  
Tehran cənnətə dönsə,  
Yaddan çıxmaz Qarabağ. 
  
 
112

O, başqa bır şerındə yazırdı: 
 
Şərhi-Şişə ki, əcəb abi-həvayi darəd,  
Xürrəm on ki, bə səri-kuyi o cayi darəd... 
 
Ağabəyim ağanın Azərbaycan və fars dillərində bir çox mənzumələri 
olmuşdur: 
 
Əfsus ki, yarım gecə gəldi, gecə getdi, 
Heç bilmədim, ömrüm necə gəldi, necə getdi. 
 
Şuşa  şəhəri zəngin memarlıq abidələri  şəhəridir. Bunların bir çoxu 
tarix keçdikcə uçub dağılmış, bir hissəsi isə bizim dövrümüzə  qədər 
gəlib çatmışdır. Bu abidələrdən iki məscid, divanxana (ruslar buranı 
hərbi kəlisaya çevirmişdilər), böyük karvansara daha yaxşı  vəziyyətdə 
qalmışdır. 
Cümə  məscidi adı ilə  məşhur olan bu bina meydanın qarşısında 
tikilmişdir.  Əhali çox vaxt həmin binaya yuxarı  məscid deyir. Bu bina 
hicri 1182 (1768)-ci ildə İbrahim xan tərəfindən tikilmişdir. 
Hicri 1282 (1866)-ci ildə  İbrahim xanın qızı  həmin məscidi  əsaslı  
şəkildə  təmir etmişdir. Bunu məscidin girəcəyindəki qapının üstündəki 
kitabələr  əks etdirir. Bu kitabələr həmin məscidin vəqf hesabına 
işlənməsi və təmir olunmasını göstərir. Məsciddəki kitabələr fars dilində 
aydın nəstəliq xətlə daşa həkk olunan sənət  əsərləridir. Eyni zamanda, 
kitabələr vəqf məqsədi daşıyan hər iki məscidin gəlirinin nəyə  sərf 
olunduğunu bildirir. 
Yuxarı məscidin (meydandakı) kitabəsinin tərcüməsi belədir: 
"Ürəkləri bilən odur" (o Allahdır).  Şuşa qalasında olan iki 
gövhəriyyə  mədrəsəsi və iki məscidin vəqfləri aşağıdakılardır: aşağı 
məscidin cənub tərəfində bir qatardan ibarət bütün on bir ədəd 
dükanlardır ki, bir tərəfdən məscidin həyətinə bitişir və digər tərəfdən 
qala meydanına qədər uzanır. Cavanşir mahalından Maqsudlu kəndinin 
aşağı  tərəfindəki qərbdən hüdudu quzey kəndləri,  şərqdən 
Gəlinxanımlıya və Quzanlıya, bir tərəfdən Kudri yüzbaşılıya və oradan 
da Ağ  Kəhrizin yuxarısından otaqçı damına çatır. Və oradan da yeddi 
gözə  qədər və  cənubdan  Şahbulaq və Göytəpə  sərhədinə  və 
Gəlinxanımlıya doğru üzüaşağı şimaldan Xaçın çayına kimi 
 
113

quzey kəndlərindən Tösü bağının yuxarısında olan Yolçu bağına kimi 
və Kudri yerindən dəstəmaz suyuna və Elçi şıxlara kimi çıxır. 
Cavanşir mahalından Qaradağlı  kəndinin bütün altındakı hüdudu, 
şərqdən Tələk çayına, qərbdən Seysulan çayına və  cənubdan Seysulan 
xəndəyinin ortasına qədər və oradan üzüaşağı  Səngi köbər və ildırım 
uçan,  şimaldan Səhləbada gedən yolla və Daşlı keçiddən üzüaşağı 
Şıxbaba çinarına kimi və  nəhayət, Telek çayına qədər uzanır. Kəbirli 
mahalından Evoğlu kəndinin bütün aşağı hissəsinin hüdudu: Şərqdən 
Saqqız ağacı pirinə, qərbdən Hacı Lazımın dəyirmanının başından 
üzüaşağı  Oğulboynu çayına kimi və oradan Lələ bağına və oradan 
Qarqarlı meşəsinə və oradan Kiçik Şumlu təpəsinə və oradan Gurşənaha 
ağacına, oradan Kürə və Saqqız ağacı pirinə kimi və şimaldan yuxarısı 
Hacı Lazımın dəyirmanına və üzüaşağı Ərəs xanın əkdiyi yerə qədər və 
oradan bağ ağzına və oradan Evoğlu qışlağına qədər, çaydan və oradan 
Evoğlu əkin yerinə qədər gəlir və oradan Kürə və oradan yastı yolun və 
oradan Saqqız ağacına qədərdir. Və Daruqəli torpağının bütün mülk və 
bağları. Məhduddur  şərqdən Xıdırlı çayı ilə, qərbdən Qarağacı 
qəbiristanından Damlı  təpəyə gedən ümumi yol ilə, cənubdan Kərim 
ağanın bağı ilə, şimalda Daşlı təpədən üzüaşağı qeyd olunan çaya qədər. 
Şərqdən Mirzəlibəy və şimaldan Məşədi Aşurun bağı ilə, qərbdən dəllək 
oğlu Məhərrəmin və Allahqulu oğlu  İmamqulunun bağı ilə, cənubdan 
böyük yol ilə,  şimaldan Süleyman xan oğlu Həsən ağanın bağı ilə 
məhdud olan Telli kəndindəki bir parça meyvə və üzüm bağı bütünlüklə 
məscidin vəqfinə daxildir. 
İki məscid mövqüfatının qalan hissəsi vəqfnamənin əslində və onun 
kitabçalarında ətraflı surətdə şərtlərlə yazılmışdır ki, vilayətin möminləri 
və müvəkkilləri onların (şərtlərinin) yerinə yetirilməsinə əməl etsinlər. 
Cənnət məkanlı xanlar xanı xoşbəxt İbrahimxəlil xan Cavanşirin qızı 
həzrəti Zəhranın möhtac kənizi, misilsiz xanım, böyük əsilli və uca 
nəsəbli, səadətli və  şərafətli və  həqiqət  ədalı yüksəklik və böyüklüyün 
xəzinəsinin yeganə gövhəri həzrəti Məryəm xasiyyətli,  əsrin Bilqeyisi 
sərkar cənabi-Gövhər ağa bütün möminlərdən, xüsu-silə  Şuşa 
şəhərindəki qeyd olunmuş möminlərdən dua tələb edir. Hər kim qeyd 
olunan mövqüfata zülm əlini uzatsa, Allahın və Allahın övliyalarının 
əbədi lənətinə tutulsun. 
  
 
114

Allahın lənəti olsun zalım tayfaya..." 
Şuşada meydan qarşısında olan yuxarı Gövhər ağa məscidinin 
girəcəyində qapının sol tərəfində  də çox sözlü zərif bir kitabə vardır. 
Həmin kitabə qapının sağ  tərəfində yuxarıda farscadan tərcüməsini 
verdiyimiz kitabə ilə eyni həcmdə və formadadır. 
Bu kitabə  də  vəqf yerlərindən alınan gəlirin (mədaxilin) nəyə  və 
haraya xərc olunmasından bəhs edir. 
Kitabənin mətni: 
"Sirləri bilən odur (Allahdır). Gövhəriyyənin iki məscid və iki 
mədrəsəsinin mövqüfatını xərcləyən mütəvəkkillər vəqf gəlirini hər il üç 
yerə bölsünlər; üçdə bir hissəsinin  şəri qaydalara əsasən müamilələr 
vasitəsilə hər iki məscid və mədrəsə üçün tənxah (ehtiyat) yığsınlar və 
bu qaydanı müəyyən müddət davam etdirsinlər ki, inşallah məscid və 
mədrəsələrin təmirinə bütünlüklə kifayət edəcək məbləğ hazır olsun. 
Allah eləməmiş məscidlər və mədrəsələr xarab olarsa, müvəkkillər (bu 
pul ilə) onları yenidən təmir etsinlər və  həmin üçdə bir hissəsini 
xərcləsinlər. 
Müvəkkillər qalan iki hissəsini xərclərkən (aşağıda göstərilən 
surətdə) məscid və  mədrəsələrin hal-hazırda və  gələcəkdəki təmirini 
birinci dərəcəli iş kimi nəzərdə tutsunlar. Sonra isə gecələr məscid və 
mədrəsələrin hücrələrinin işığını, qış  və payız fəsillərində isə kömür 
pulu, məscid və mədrəsələrin iki nəfər işçisinin və iki nəfər əzançısının 
məvacibini, mədrəsələrdə iki nəfər müəllimin məvacibini, məscidin 
işlərini idarə edən iki işçi, o cümlədən, zəhmət çəkən müvəkkillərin 
zəhmət haqqı da ödənilsin. 
Aşuranın on günlüyündə  cənabi Seyyidi-Şühədanın (imam 
Hüseynin) təziyyəsinin xərci ödənilsin. Vaxtın tələbinə görə 
müvəkkillər lazım bilsələr eləcə də Tasua günündə (yəni Məhərrəmin 9-
cu günündə) məscidlərdə və  həyətlərində şərbət paylasınlar. Məhərrəm 
və ramazan aylarında vaxtın tələbi və müvəkkillərin məsləhətinə görə 
ehtiyacı olanlara müəyyən miqdarda pul paylansın. Məscidlərin 
minbərlərində  vəqf sahibini xeyir-dua ilə yad etdirməkdən ötrü bir 
məbləğ  xərclənsin. 70 nəfər müstəhəqqə  rəmazanəl-mübarək ayının 
əhya gecələrində  məscidlərin həyətində iftar verilsin. Rəmazan  əl-
mübarək ayında 3 gün əhyanı məscid həyətlərində tutanların 
 
115

yanacaq və buxur (buxur - yanarkən müşk-ənbər qoxusu verən, bir növ 
bitkidir - red.) ödəsinlər. 
Ramazan ayında məscidlərdə otuz gün (gecə  və gündüz) 20 nəfər 
Quran oxuyanın haqqı pul ilə ödənsin. Belə ki, ramazan ayının 30 
günündə 100 cild Allah kəlamını (burada cild surə mənasındadır - red.) 
oxuyub, onlardan 50 cild vəqf sahibəsinin özü üçün, 20 cild ata və anası 
üçün, 20 cild bacı və qardaşları üçün, 10 cild də qohum-əqrəbaları üçün 
- hamısı adbaad vəqfnamədə qeyd olunduğu kimi Quran tapşınlsın. 
Quran-tapşırma işi əsasən əhya günlərində məsciddə başa çatdırılsın. 
Şəban ayının 15-ci günü qəriblərə  və tüllablara
1
  məscidlərdə 
mütəvəkkillərin məsləhəti və vəqtin tələbinə görə yemək verilsin və hor 
Qurban bayramında məscidlərin həyətində on qoyun kəsib, ehtiyacı 
olanlara paylayıb vəqf edəni və onun sülaləsini xeyir-dua ilə yad 
etsinlər. Məscidlərin birinin yanında yeri-yurdu olmayan qərib xəstələr 
üçün "Darüş-şəfa" adlı xəstəxana açıb həmin gəlirdən təmin etsinlər və 
onun xərcləri: müalicə, dərman, pərəstarların maaşı  və ölənlərin dəfn 
xərci vəqfnamədə göstərildiyi kimi təmin edilsin. Qeyd olunanlardan 
sonra artıq qalan gəliri mütəvəkkillər iki yerə bölüb, bir hissəsini yenə 
bir etibarlı adama tapşırsınlar ki, o pul həmişə müamilədə - artmaqda 
olsun ki, əgər işdir, bir il vəqflərin gəliri olmasa və ya az olsa və yaxud 
da mədrəsə  və  məscidlərin hər ildəkindən artıq təmirə ehtiyacı olsa, 
haman ikinci toplanmış pulu onların təmir və abadlaşmasına sərf 
etsinlər. Qalan hissədən ilbəil şəriət və müqəddəmat elmlərinə aid kitab 
alıb mədrəsələrin kitabxanasına vəqf adı ilə vəqfnamədə qeyd olunmuş 
şərtlər  əsasında daxil etsinlər (müqəddəmat: tarix, sərfnəhv, məntiq və 
başqa ictimai elmlər nəzərdə tutulur - red.). 
Əgər bir adam bunu (yəni yuxarıda deyilənləri) eşidəndən sonra onu 
dəyişsə, xəbəri yoxdur ki, onu dəyişənlərin günahı  nədən ibarətdir. 
Onlar bilməlidirlər ki, zülmkarlar hansı axirətə qayıdacaqlar. 
Xanlar xanı xoşbəxt  İbrahim xan Cavanşirin qızı vaqifə, hezrəti 
Zəhranın ən alçaq kənizi, misilsiz xanım, sərkar Gövhər ağa, ilahi haqq-
hesab günündə möminləri, məni və mənim valideynlərimi bağışla. 1282 
(1866-1867)-ci il. 
 
                                                           
1 Mədrəsədə təhsil alanlara deyilirdi. 
 
 
116

Yuxarı  məsciddə başqa kitabələr də vardır. Bu məscidin  şimal 
tərəfində, yəni girəcək yolunda üç qapı vardır. Bu qapılardan ikisi kiçik 
və biri (ortadakı) böyükdür. Qapıların hər üçünün üstündə daş lövhələr 
vardır ki, bu lövhələrdə müxtəlif kitabələr həkk olunmuşdur. Aşağıda 
həmin kitabələrin farscadan tərcüməsini veririk. 
Birinci balaca qapı üzərində (şərq tərəfdə) yazılmışdır: 
Peyğəmbər - Allahın ona salam və salavatı olsun, - dedi: -Allaha 
ibadət edin! Guya sən onu görürsən, əgər görməsən, o səni görür və əbd 
sözündə, üç hərfdən  ع ayn,  ب be,  د dal hərflərindən ibarətdir. Əbd 
sözündəki ayrı onun (Allah bəndəsinin - red.) Allaha aid olmasını; be 
onun (Allah bəndəsinin - red.) başqasına qarşı olan fəzilətdir. Dal isə 
onun görünməyən və pərdəsiz Allaha yaxın olmasıdır. Həqiqəti olmayan 
(yəni inamı olmayan - red.) yalan ibadət köynəyini geymək iddiasında 
olmaqdan şiddətli (ağır) günah yoxdur". 
Girəcəkdə orta böyük qapı üzərində daşa həkk olunmuş kitabənin 
tərcüməsi: 
"Doğrudan da, Allah kərimdir. Onu razı salmaqdan ötəri qapısına 
əyilən əlacsız bəndələri üçün kəramət arzulayır. 
Cənnətməkan Gövhər ağanın vəsiyyətnaməsinə əsasən (məscid təmir 
olundu)". 
Bu kitabənin üzərində iki kiçik xonça rəsmi dəxi vardır. 
Birinci xonçada aşağıdakı sözlər həkk olunmuşdur: "Allah, 
Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn". 
İkinci xonçada isə belə bir cümlə  həkk edilmişdir: "O Allahın  əli 
onların əlləri üstündədir". 
Aşağı məscid də İbrahimxəlil xanın qızı Gövhər ağa tərəfindən bina 
olunmuşdur. Maraqlıdır ki, hər iki məscidin inşa və təmirləri bir-birinə 
yaxın tarixə  təsadüf olunur. Şuşada məhlə  məscidləri ilə yanaşı, iki 
came məscidinin tikilməsinə  zənnimizcə ciddi ehtiyac var idi. Çünki 
Şuşada yalnız şiələr deyil, sünnilər də var idi. 
Dindarlar arasında da təfriqələr çox idi. XVIII əsrin sonu, XIX əsrin 
əvvəllərində  Şuşada 12-yə  qədər təriqət və ya əqidə mövcud idi. O 
cümlədən:  Şeyxi, Üsuli, Mütəşər, Kərim xanı  və s. Xüsusilə  Şuşada 
"Şeyxi"lər və "Üsuli"lər məşhur idi. Şeyxilər ilə Üsulilər arasında gərgin 
mübarizə gedirdi. Mərhum Gövhər ağa 
  
 
117

yuxarı Cümə  məscidini inşa vstəmir edən kimi Şeyxilər dərhal oranı 
"işğal etdilər..." Aşağı masciddə isə əsasən Üsulilər ibadətlə məşğul idi. 
Aşağı məsciddə kitiələr çox məhduddur. Yalnız məscidin içərisində olan 
minbərlərJən (ortada) birində ayaq tərəfdən qarışıq nəstəlik xətlə 
Qurandanayələr və  hədislər həkk edilmişdir. Aşağı  məscidin xaricində 
şimaltərəfi də (fasadda) məscidə daxil olmaq üçün yuxarı  məsciddəki 
kimi iki xırda və bir böyük qapı vardır. Xırda qapılar üzərində kitabə 
yoxdur. Ortada olan böyük qapının yuxarısında iki balaca və bir böräk 
lövhə vardır. Balaca lövhələrdə "Allah, Məhəmməd, Əli, Fatima, Həsən 
və Hüseyn" sözləri yazılmışdır.  İki kiçik lövhə arasındakı böyük 
lövhədə aşağıdakı mənzumə həkk olunmuşdur (farscadan səfi tərcümə): 
 
 
"Şişə şəhərinin banisi ki, həşəmət və mərtəbə etibarilə, 
Onun taxtının qübbəsi ayın sərapərdəsinə tərə vururdu. 
Yəni fələk şövkətli olan sərdar İbrahim xan 
Ki, onun qapısına bütün dünya xanlarının sığınacağı idi. 
Onun parlaq və mübarəkgünlü bir Gövhəri var idi ki, 
Bunun üzünün işığı günəşin başına tac idi. 
Bu məscid və mehrabı binadən həmin pak olan Gövhər 
oldu. 
Behişt əhli tamamilə buna şahiddirlər. 
Dua edənlərin qələmi onun tarixini belə yazır: 
Bu Gövhər həmişə Allahın sədəfi içərisində olsun". 
 
Həmin mədhnamə  əslində  məscidin bina olunması haqqında 
"maddeyi-tarix" idi. 
"Məscidi-əqsayi-Hüseyniyyə" haqqında aşağıdakıları demək olar:  
Bu bina-karvansara Şuşanın dindar varlılarından olan Məşədi 
Hüseyn Mirsiyab oğlu tərəfindən yuxarı  məscidə  vəqf olunmuşdur. 
Şuşada Yuxarı Cümə məscidindsn təxminən 25-30 metr aralı böyük bir 
karvansara bina olunubdur. Bu karvansaranın daxilində 25 dükan və 
dükanlardan yuxarıda 2-ci mərtəbədə 25 mənzil vardır.  Şimal tərəfdən 
dörd dənə dükan vardrki, bu da karvansaranın, tikintinin genişliyini, 
onun üç dalan və qapanın zəruriliyini əmələ gətirmişdir. Karvansaranın 
ikinci mərtəbəsində  cənub tərəfin qurtaracağında böyük bir zal məscid 
üçün nəzadə tutulmuşdur. 
  
 
118

Həmin böyük salonu Məşədi Hüseyn məscid məqsədilə  təsis 
etmişdir. Həmin məscid  Şuşanın məhəllə  məscidləri həcmindədir. Bu 
binanı  vəqf edən Məşədi Hüseyn Mirsiyab oğlu öz vəsiyyət-naməsini 
karvansaranın həmin məscid salonunun bayır fasadında gözəl və aydın 
xətlə daşa həkk etdirmişdir. Həmin kitabədə  Məşədi Hüseyn məscidi 
"Məscidi-əqsaya Hüseyniyyə" adlandırmışdır. 
Məşədi Hüseynin vəsiyyəti dörd parça daş üzərində  nəqş olun-
muşdur. Aşağıda nəstəliq xətlə fars dilində yazılmış kitabənin 
tərcüməsini veririk. 
Birinci kitabənin tərcüməsi: 
"Pəhmli və mehriban Allahın adı ilə (başlayıram).  Şəriətin 
göstərişinə uyğun olaraq yüksək nəcabətli Mirsiyab oğlu Məşədi 
Hüseyn öz mülk və dükanlarını abad edərək bunu "Məscidi-əqsa" 
adlandırmışdır. Və aşağıda göstərilən qayda ilə vəqf edilmişdir. Əvvəla, 
meydanın qərbində olan karvansara ona tabe olan mənzillər və 
içərisində olan əşyalar hamılıqla (ardı 2-ci kitabədədir)". 
İkinci kitabənin tərcüməsi: "Vəqf olunmuş töhfələr zəminində əlliyə 
qədər mənzil və dükanlar ki, karvansaradadır və buna şimal tərəfdən 
olan dörd bab dükan dəxi əlavə olunur. Bundan başqa bazar başında rus 
kilsəsi yanında Qara Hacı Sadıq oğlu ilə şərikli olan on beş bab dükanlar 
və  qəssabxananın  şimalında yenə  həmin Qara ilə  şərikli üç dükan. Bu 
karvansara və dükanlar vəqf sahibinə müşəxəssdir (məxsusdur), 
tamamilə doğru və düzgün qayda ilə öz xahişi və razılığı ilə  vəqf 
olunur". 
Üçüncü kitabənin tərcüməsi: 
"Mülklərdən gələn mədaxili mütəvəkillər xərcləməkdən ötəri qayda 
və qanun: Bütün mülklərdən gələn gəliri üç hissəyə bölməlidirlər. 
Əvvəlan birinci hissəni  şəriətin qanuni ilə artırmaq üçün müamiləyə 
buraxmah ki, Allah eləməmiş, məscidi əqsayi-hüseyniyyə uçarsa və ya 
xarab olarsa, həmin qazanılmış  nəqd ilə  bərpa olunsun. Bundan sonra 
qalan üçdə iki hissəni bu qərar ilə sərf etməlidirlər (xərcləməlidirlər)". 
Vəqfiyyat işlərinə mübaşir olan vəkilə ildə bir yüz manat. Bundan 
sonra vəkillər o molla ki, hər gün gəlib bu məscidi-əqsada cəmaət 
namazı  qılır və bu işi özü üçün bir vəzifə kimi hesab edir. Həmin 
mollaya ildə əlli manat. Bir nəfər müəzzin və bir nəfər mücavir; 
 
119

hər birinə ildə  qırx manat. Bir nəfər rövzəxana iyirmi beş manat 
(verilsin). Hər məhərrəm ayı hər bir məhəlləyə beş put qara neft və üç 
manat nəqd pul; hər üç nəfərə piyada zəvvarın hər birinə 15 manatdan 
20 manata kimi (verilsin). İstehqaq əhlindən (kimsəsizlərdən) qərib yerli 
və qeyri hər kəs ölərsə onu kəfən və başqa şəri tələbat ilə təchiz etməli. 
Vəqf sahibinin ehsanına olaraq hər il həcc üçün (gedənlər üçün) beş yüz 
manat və ya vəkillər məsləhəti ilə 500-dən 700-dək, bundan sonra baqi 
qalanlardan hər həftə cümə axşamları  şəhər füqərasına üç manat 
(verilsin). 
Dördüncü kitabənin mətni, demək olar ki, üçüncünün yekunundan 
ibarətdir. 
Bizim yuxarıda gətirdiyimiz və memarlıq abidələrinə  məna verən 
kitabələr  Şuşanın inzibati, hərbi və yaşayış binalarında son dərəcə 
çoxdur. 
Şuşa  şəhəri quruluş etibarilə Azərbaycan və ümumən  Şərq üsuli-
memariyyəsinə nümunədir.  Şəhərin Bazar başı, Rasta bazar, Meydan, 
Aşağı bazar, Şeytan bazar, Çar su, karvansaralar və başqa 
komplekslərinin tikintisi XIX əsrin ikinci yarısından başlayaraq, 
əsrimizin 20-ci illərinə qədər davam etmişdir. 
  
 
120

 
 
 
 
 
 
 
 
 
 
 
Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin